Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6087/2021 15.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Aytən Kərimovanın katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil1, üçüncü şəxs Leyla Heydərovanın, üçüncü şəxsin vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “qiymətləndirmə hesabatanın ləğv edilməsi barədə” iddiasına dair mülki iş üzrə Səbail Rayon Məhkəməsinin 25.06.2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Münasibətlər: İddiaçı və üçüncü şəxs Leyla Heydərova keçmiş ər-arvaddır. Onların ümumi əmlakının bölünməsi barədə məhkəmə mübahisəsi olub, Bakı Apellyasiya Məhkəməsi həmin mübahisə üzrə 23.08.2017-ci il tarixli qətnamə qəbul edib və icra sənədi verilib. İcra sənədi üzrə icraat zamanı Səbail Rayon İcra Şöbəsinin sifarişi əsasında Cavabdeh MMC aşağıda göstərilən daşınmaz əşyaları qiymətləndirib və qiymətləndirmənin nəticələri haqqında 01.03.2019-cu il tarixli hesabatlar verilib: 1) Yasamal rayonu, K.Kazımzadə küç., ev № 115, mənzil № 18; 2) Yasamal rayonu, K.Kazımzadə küç., ev № 115, mənzil № 15; 3) Yasamal rayonu, K.Kazımzadə küç., ev № 115-də 30 kv.m qeyri-yaşayış sahəsi; 4) Yasamal rayonu, K.Kazımzadə küç., ev № 115-də 15 kv.m qeyri-yaşayış sahəsi; 5) Səbail rayonu, Cəfərov Qardaşları küç., ev № 23-də 673,4 kv.m qeyri-yaşayış sahəsi; 6) Yasamal rayonu, İ.Qutqaşınlı küç., ev № 99-da 114 kv.m. qeyri-yaşayış sahəsi; 7) Xızı rayonuu, Giləzi qəsəbəsində 2,0 ha torpaq sahəsi; 8) Xızı rayonu, Giləzi qəsəbəsində 1,50 ha, 2,50 ha və 4,0 ha torpaq sahələri. Tələb və onun həlli: İddiaçı iddia ərizəsində tələb olunub ki, Cavabdeh MMC tərəfindən verilmiş 01.03.2019-cu il tarixli qiymətləndirmə hesabatları ləğv edilsin. Tələb onunla əsaslandırılıb ki, daşınmaz əşyalar dəyərindən aşağı qiymətləndirilib. Səbail Rayon Məhkəməsinin 25.06.2019cu il tarixli qətnamə ilə qət olunub ki, iddia rədd olunsun. Apellyasiya şikayəti və izahatlar: İddiaçı apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunsun. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil1 apellyasiya şikayətinin əsaslı olduğunu, üçüncü şəxs Leyla Heydərova, onun vəkili və nümayəndəsi Vəkil2 apellyasiya şikaytinin əsassız olduğunu bildirdi. Cavabdeh MMC-nin və üçüncü şəxs Səbail Rayon İcra Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Əvvəlki apellyasiya icraatı: Bundan əvvəl mülki işə 2 dəfə apellyasiya qaydasında baxılıb, hazırkı məhkəmə baxış 3-cü apellyasiya baxışıdır. 1-ci dəfə Bakı Apellyasiya Məhkəməsinin 07.10.2019-cu il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılıb. Bu qətnamə Ali Məhkəmə tərəfindən ləğv olunaraq iş yeni apellyasiya baxışına göndərilib. 2-ci dəfə Bakı Apellyasiya Məhkəməsinin 11.11.2020-ci il tarixli qətnaməsi ilə qət olunub ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilsin, iddia qismən təmin olunsun, 1,2,3,4, 5, 6 və 7-ci daşımaz əşyalara münasibətdə qiymətləndirmənin nəticələri haqqında hesabatlar ləğv edilsin, iddia qalan hissədə, yəni 8-ci daşınmaz əşyaya münasibətdə təmin edilməsin. Bu qətnamə Ali Məhkəmə tərəfindən iddianın təmin edilməsinə aid olan hissədə, yəni 1,2,3,4,5,6 və 7-ci daşınmaz əşyalara münasibətdə ləğv edilib və həmin hissədə iş yeni apellyasiya baxışına göndərilib. Qətnamənin yoxlanılması: Hazırda birinci instansiya məhkəməsinin qətnaməsi 1,2,3,4,5,6 və 7-ci daşımaz əşyalara münasibətdə yoxlanılır. 8-ci daşınmaz əşyaya münasibətdə iddia rədd edilib və bu barədə olan qətnamə qanuni qüvvəyə minib. “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 8-ci maddəsinə görə qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. 2-ci apellyasiya icraatı zamanı həmin daşınaz əşyaların qiymətləndirilməsi üçün məhkəmənin qərardadı əsasında 1 dəfə qiymətləndirmə keçirilmiş və qətnamə qəbul edilmişdir. Ali Məhkəmə bu qətnaməni ona görə ləğv etmişdir ki, iki qiymətləndirmə hesabatında (yəni mübahisələndirilən qiymətləndirmə hesabatında və 2-ci apellyasiya icraatı zamanı verilmiş qiymətləndirmə hesabatında) göstərilən qiymətlərin əhəmiyyətli dərəcədə fərqlənməsi nəzərə alınmamış, təkrar qiymətləndirmə keçirilməmişdir. Ona görə də hazırkı (3cü) apellyasiya baxışı zamanı yenidən qiymətləndirmə keçirilmişdir. Məhkəmə daşınmaz əşyaların qiymətləndirilməsi ilə bağlı ardıcıllıqla aşağıdakıları qeyd edir: 1-ci daşınmaz əşya: Yasamal rayonu, K.Kazımzadə küçəsi, ev № 115, mənzil № 18. Bu mənzilin qiyməti Cavabdeh MMC-nin qiymətləndirmə hesabatında (mübahisələndirilən hesabatda) 66.000 manat göstərilib. Apellyasiya icraatı zamanı "xxxx" MMC tərəfindən verilmiş qiymətləndirmə hesabatında (1-ci hesabatda) qiymət 140.000 manat göstərilib. Apellyasiya icraatı zamanı "xxxx" MMC tərəfindən verilmiş qiymətləndirmə hesabatında (2-ci hesabatda) qiymət 81.500 manat göstərilib. Göründüyü kimi, məhkəmə icraatı zamanı alınmış qiymətləndirmə hesabatları təsdiq edir ki, mübahisələndirilən hesabatdakı qiymət düzgün müəyyən edilməyib. Ona görə də həmin hesabat ləğv edilməli, məhkəmə qərardadı əsasında axırıncı verilmiş hesabat əsas götürülməklə mənzilin qiyməti 81.500 manat müəyyən olunmalıdır. Belə ki, axırıncı qiymətləndirmə əvvəlki iki qiymətləndirmə hesabatında (yəni mübahisələndirilən qiymətləndirmə hesabatında və 2-ci apellyasiya icraatı zamanı verilmiş qiymətləndirmə hesabatında) müəyyən edilmiş qiymətlər arasında əhəmiyyətli dərəcədə fərq olduğuna görə təyin olunmuşdur. 2-ci daşınmaz əşya: Yasamal rayonu, K.Kazımzadə küçəsi, ev № 115, mənzil № 15. Bu mənzilin qiyməti Cavabdeh MMC-nin qiymətləndirmə hesabatında (mübahisələndirilən hesabatda) 133.000 manat göstərilib. Apellyasiya icraatı zamanı "xxxx" MMC tərəfindən verilmiş qiymətləndirmə hesabatında (1-ci hesabatda) qiymət 350.000 manat göstərilib. Apellyasiya icraatı zamanı "xxxx" MMC tərəfindən verilmiş qiymətləndirmə hesabatında (2-ci hesabatda) qiymət 182.000 manat göstərilib. Göründüyü kimi, məhkəmə icraatı zamanı alınmış qiymətləndirmə hesabatları təsdiq edir ki, mübahisələndirilən hesabatdakı qiymət düzgün müəyyən edilməyib. Ona görə də həmin hesabat ləğv edilməli, məhkəmə qərardadı əsasında axırıncı verilmiş hesabat əsas götürülməklə mənzilin qiyməti 182.000 manat müəyyən olunmalıdır. Belə ki, axırıncı qiymətləndirmə əvvəlki iki qiymətləndirmə hesabatında (yəni mübahisələndirilən qiymətləndirmə hesabatında və 2-ci apellyasiya icraatı zamanı verilmiş qiymətləndirmə hesabatında) müəyyən edilmiş qiymətlər arasında əhəmiyyətli dərəcədə fərq olduğuna görə təyin olunmuşdur. 3-cü daşınmaz əşya: Yasamal rayonu, K.Kazımzadə küçəsi, ev № 115-də 30 kv.m qeyri-yaşayış sahəsi. Bu qeyri-yaşayış sahəsinin qiyməti Cavabdeh MMC-nin qiymətləndirmə hesabatında (mübahisələndirilən hesabatda) 24.000 manat göstərilib. Apellyasiya icraatı zamanı "xxxx" MMC tərəfindən verilmiş qiymətləndirmə hesabatında (1-ci hesabatda) qiymət 40.000 manat göstərilib. Apellyasiya icraatı zamanı "xxxx" MMC tərəfindən verilmiş qiymətləndirmə hesabatında (2-ci hesabatda) qiymət 23.000 manat göstərilib. Göründüyü kimi, məhkəmə icraatı zamanı alınmış qiymətləndirmə hesabatları təsdiq edir ki, mübahisələndirilən hesabatdakı qiymət düzgün müəyyən olunub. Belə ki, məhkəmə qərardadı əsasında axırıncı verilmiş hesabatda göstərilən qiymət (23.000 manat) mübahisələndirilən hesabatda göstərilən qiymətdən (24.000 manatdan) 1.000 manat azdır, bu isə əhəmiyyətli fərq hesab olunmur. Ona görə də mübahisələndirilən qiymətləndirmə hesabatının ləğv edilməsi barədə tələb təmin oluna bilməz. 4-cü daşınmaz əşya: Yasamal rayonu, K.Kazımzadə küçəsi, ev № 115-də 15 kv.m qeyri-yaşayış sahəsi. Bu qeyri-yaşayış sahəsinin qiyməti Cavabdeh MMC-nin qiymətləndirmə hesabatında (mübahisələndirilən hesabatda) 12.000 manat göstərilib. Apellyasiya icraatı zamanı "xxxx" MMC tərəfindən verilmiş qiymətləndirmə hesabatında (1-ci hesabatda) qiymət 25.000 manat göstərilib. Apellyasiya icraatı zamanı "xxxx" MMC tərəfindən verilmiş qiymətləndirmə hesabatında (2-ci hesabatda) qiymət 15.000 manat göstərilib. Göründüyü kimi, məhkəmə icraatı zamanı alınmış qiymətləndirmə hesabatları təsdiq edir ki, mübahisələndirilən hesabatdakı qiymət düzgün müəyyən edilməyib. Ona görə də həmin hesabat ləğv edilməli, məhkəmə qərardadı əsasında axırıncı verilmiş hesabat əsas götürülməklə qeyri-yaşayış sahəsinin qiyməti 15.000 manat müəyyən olunmalıdır. Belə ki, axırıncı qiymətləndirmə əvvəlki iki qiymətləndirmə hesabatında (yəni mübahisələndirilən qiymətləndirmə hesabatında və 2-ci apellyasiya icraatı zamanı verilmiş qiymətləndirmə hesabatında) müəyyən edilmiş qiymətlər arasında əhəmiyyətli dərəcədə fərq olduğuna görə təyin olunmuşdur. 5-ci daşınmaz əşya: Səbail rayonu, Cəfərov Qardaşları küçəsi, ev № 23-də 673,4 kv.m qeyri-yaşayış sahəsi. Bu qeyri-yaşayış sahəsinin qiyməti Cavabdeh MMC-nin qiymətləndirmə hesabatında (mübahisələndirilən hesabatda) 1.400.000 manat göstərilib. Apellyasiya icraatı zamanı "xxxx" MMC tərəfindən verilmiş qiymətləndirmə hesabatında (1-ci hesabatda) qiymət 2.000.000 manat göstərilib. Apellyasiya icraatı zamanı "xxxx" MMC tərəfindən verilmiş qiymətləndirmə hesabatında (2-ci hesabatda) qiymət 1.481.000 manat göstərilib. Göründüyü kimi, məhkəmə icraatı zamanı alınmış qiymətləndirmə hesabatları təsdiq edir ki, mübahisələndirilən hesabatdakı qiymət düzgün müəyyən edilməyib. Ona görə də həmin hesabat ləğv edilməli, məhkəmə qərardadı əsasında axırıncı verilmiş hesabat əsas götürülməklə qeyri-yaşayış sahəsinin qiyməti 1.481.000 manat müəyyən olunmalıdır. Belə ki, axırıncı qiymətləndirmə əvvəlki iki qiymətləndirmə hesabatında (yəni mübahisələndirilən qiymətləndirmə hesabatında və 2-ci apellyasiya icraatı zamanı verilmiş qiymətləndirmə hesabatında) müəyyən edilmiş qiymətlər arasında əhəmiyyətli dərəcədə fərq olduğuna görə təyin olunmuşdur. 6-cı daşınmaz əşya: Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, ev № 99-da 114 kv.m qeyri-yaşayış sahəsi. Bu qeyri-yaşayış sahəsinin qiyməti Cavabdeh MMC-nin qiymətləndirmə hesabatında (mübahisələndirilən hesabatda) 35.000 manat göstərilib. Apellyasiya icraatı zamanı "xxxx" MMC tərəfindən verilmiş qiymətləndirmə hesabatında (1-ci hesabatda) qiymət 57.000 manat göstərilib. Apellyasiya icraatı zamanı "xxxx" MMC tərəfindən verilmiş qiymətləndirmə hesabatında (2-ci hesabatda) qiymət 45.600 manat göstərilib. Göründüyü kimi, məhkəmə icraatı zamanı alınmış qiymətləndirmə hesabatları təsdiq edir ki, mübahisələndirilən hesabatdakı qiymət düzgün müəyyən edilməyib. Ona görə də həmin hesabat ləğv edilməli, məhkəmə qərardadı əsasında axırıncı verilmiş hesabat əsas götürülməklə qeyri-yaşayış sahəsinin qiyməti 45.600 manat müəyyən olunmalıdır. Belə ki, axırıncı qiymətləndirmə əvvəlki iki qiymətləndirmə hesabatında (yəni mübahisələndirilən qiymətləndirmə hesabatında və 2-ci apellyasiya icraatı zamanı verilmiş qiymətləndirmə hesabatında) müəyyən edilmiş qiymətlər arasında əhəmiyyətli dərəcədə fərq olduğuna görə təyin olunmuşdur. 7-ci daşınmaz əşya: Xızı rayonuu, Giləzi qəsəbəsində 2,0 ha torpaq sahəsi. Bu torpaq sahəsinin qiyməti Cavabdeh MMC-nin qiymətləndirmə hesabatında (mübahisələndirilən hesabatda) 5.000 manat göstərilib. Apellyasiya icraatı zamanı "xxxx" MMC tərəfindən verilmiş qiymətləndirmə hesabatında (1-ci hesabatda) qiymət 10.000 manat göstərilib. Apellyasiya icraatı zamanı "xxxx" MMC tərəfindən verilmiş qiymətləndirmə hesabatında (2-ci hesabatda) qiymət 8.000 manat göstərilib. Göründüyü kimi, məhkəmə icraatı zamanı alınmış qiymətləndirmə hesabatları təsdiq edir ki, mübahisələndirilən hesabatdakı qiymət düzgün müəyyən edilməyib. Ona görə də həmin hesabat ləğv edilməli, məhkəmə qərardadı əsasında axırıncı verilmiş hesabat əsas götürülməklə torpaq sahəsinin qiyməti 8.000 manat müəyyən olunmalıdır. Belə ki, axırıncı qiymətləndirmə əvvəlki iki qiymətləndirmə hesabatında (yəni mübahisələndirilən qiymətləndirmə hesabatında və 2-ci apellyasiya icraatı zamanı verilmiş qiymətləndirmə hesabatında) müəyyən edilmiş qiymətlər arasında əhəmiyyətli dərəcədə fərq olduğuna görə təyin olunmuşdur. Beləliklə, birinci instansiya məhkəməsinin qətnaməsi baxılan hissədə ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul olunmalı, iddia qismən təmin edilməli, 1,2,4,5,6 və 7-ci daşınmaz əşyalara münasibətdə qiymətləndirmə hesabatlı ləğv edilməli, 3-cü daşınmaz əşyaya münasibətdə qiymətləndirmə hesabatının ləğv edilməsi barədə tələb rədd olunmalıldır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti qismən təmin olunsun. Hazırkı iş üzrə Səbail Rayon Məhkəməsinin 25.06.2019-cu il tarixli qətnaməsi baxılan hissədə ləğv edilsin. Həmin hissədə iddia qismən təmin olunsun. Cavabdeh MMC-nin verdiyi 01.03.2019-cu il tarixli qiymətləndirmə hesabatı Yasamal rayonu, K.Kazımzadə küçəsi, ev № 115, mənzil № 18-ə münasibətdə ləğv edilsin və həmin mənzilin qiyməti 81.500 manat müəyyən olunsun. Cavabdeh MMC-nin verdiyi 01.03.2019-cu il tarixli qiymətləndirmə hesabatı Yasamal rayonu, K.Kazımzadə küçəsi, ev № 115, mənzil № 15-ə münasibətdə ləğv edilsin və həmin mənzilin qiyməti 182.000 manat müəyyən olunsun. Cavabdeh MMC-nin verdiyi 01.03.2019-cu il tarixli qiymətləndirmə hesabatı Yasamal rayonuu, K.Kazımzadə küçəsi, ev № 115-də yerləşən 15 kv.m qeyri-yaşayış sahəsinə münasibətdə ləğv edilsin və həmin qeyri-yaşayış sahəsinin qiyməti 15.000 manat müəyyən olunsun. Cavabdeh MMC-nin verdiyi 01.03.2019-cu il tarixli qiymətləndirmə hesabatı Səbail rayonu, Cəfərov Qardaşları küçəsi, ev № 23-də yerləşən 673,4 kv.m qeyri-yaşayış sahəsinə münasibətdə ləğv edilsin və həmin qeyri-yaşayış sahəsinin qiyməti 1.481.000 manat müəyyən olunsun. Cavabdeh MMC-nin verdiyi 01.03.2019-cu il tarixli qiymətləndirmə hesabatı Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, ev № 99-da yerləşən 114 kv.m qeyri-yaşayış sahəsinə münasibətdə ləğv edilsin və həmin qeyri-yaşayış sahəsinin qiyməti 45.600 manat müəyyən olunsun. Cavabdeh MMC-nin verdiyi 01.03.2019-cu il tarixli qiymətləndirmə hesabatı Xızı rayonu, Giləzi qəsəbəsində yerləşən 2,0 ha torpaq sahəsinə münasibətdə ləğv edilsin və həmin torpaq sahəsinin qiyməti 8.000 manat müəyyən olunsun. İddia qalan hissədə, yəni Yasamal rayonu, K.Kazımzadə küçəsi, ev № 115-də yerləşən 30 kv.m qeyri-yaşayış sahəsinə münasibətdə qiymətləndirmə hesabatının ləğvi edilməsi barədə tələbə aid hissədə rədd edilsin. Qiymətləndirmə xidmətinin dəyri olan 500 manat İddiaçı alınaraq "xxxx" MMC-yə verilsin. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6087/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6087/2021
15.10.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver