Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6097/2024 29.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Xanlar oğlunun sədrliyi ilə, Sadıqov Vahid Nəriman oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(001)- 2181/2024 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı öhdəliyin qoyulması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(001)- 2181/2024 saylı qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilmiş, ünvan 1 ünvanda 14 mərtəbəli yaşayış binasının giriş 4, 8- ci mərtəbəsində yerləşən 228 saylı mənzilinə dair mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması üçün qanunvericiliklə tələb olunan sənədlərin İddiaçı verilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulması; vəkilin göstərdiyi yardıma görə ödənilmiş pulun 200 manat hissəsi və 100 manat ödənilmiş dövlət rüsumunun Cavabdehndən tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 işə vəkil kimi əlavə edilməsinə dair ərizəsi daxil olmuş, həmin tarixdə vəkil hazırkı işə əlavə edilmiş və xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(001)- 2181/2024 saylı qətnaməsindən Cavabdeh (nümayəndəsi və vəkili Vəkil2) tərəfindən verilmiş apellyasiya şikayəti və prosessual müddətin bərpa edilməsi barədə ərizəsi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə daxil olmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(001)- 2181/2024 saylı qərardadı ilə ərizə təmin edilmişdir. Həmin qərardaddan İddiaçı tərəfindən verilmiş şikayət “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə daxil olmuşdur. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(001)-2181/2024 saylı qətnaməsi 13 may 2024-cü il tarixdə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqi ünvanı üzrə - ünvan 2ərilmiş və iş materiallarında məktubun xx.xx.2024-cü il tarixdə alıcı tərəfindən qəbul edilməsinə dair https://www.azerpost.az/az/tracking/ internet səhifəsindən çıxarış mövcuddur. Məhkəmə iclası zamanı təqdim edilmiş arayılşlada sübut olunmuşdur ki, iyul ayı ərzində cavabdehin işçisi ilə dəfələrə mobil telefon vasitəsi ilə danışıqlar aparılmışdır. Eyni zamanda məhkəməyə bildirilmişdir ki, xx.xx.2024-cü il tarixdə iş icra mərhələsində olarkən iddiaçı cavabdeh şirkətə yaxınlaşaraq qətnaməni təqdim edib və icranın edilməmə səbəbi ilə maraqlanıb. Cavabdeh şirkətdə işləyən bir xanım iddiaçıya həmin qətnamənin onlarda olmasını bildirib və iddiaçı ilə qismən də olsa müəyyən razılığa gəlib. Daha sonra cavabdeh fikrini dəyişib apellyasiya şikayəti ilə məhkəməyə müraciət edib. Eyni zamanda məhkəmə tərəfindən cavabdehə məxsus mobil nömrələrə sms bildiriş göndərilmişdir. Cavabdeh iddia ərizəsini, bildirişləri və qətnaməni vaxtında almışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(001)- 2181/2024 saylı qərardadı ilə şikayəti təmin edilməmiş, şikayət baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir; 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir; 133.3-cü maddəsinə əsasən müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməlidir və s); 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər; 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Məhkəmə kollegiyası qeyd edir ki, müddətin bərpası hər bir halda fərdi xarakter daşıyır, yəni məhkəmə prosessual müddəti konkret şəxs üçün (həmin müddəti üzrlü səbəbdən buraxılmış şəxs üçün), özü də konkret prosessual hərəkətin edilməsi üçün bərpa edir. Müddətin bərpasının fərdi xarakter daşıması həm də onunla əlaqədardır ki, məhkəmə müvafiq prosessual müddəti həmin müddəti yalnız üzrlü səbəbdən buraxmış şəxs üçün bərpa edə bilər. Buraxılmış müddət yalnız buraxılmanın səbəbləri məhkəmə tərəfindən üzrlü hesab edildikdə bərpa edilə bilər. Ona görə də buraxılmış müddətin bərpası haqqında ərizədə onun buraxılmasının səbəbləri izah edilməli və ərizəçinin bu səbəbləri üzrlü hesab etməsinin əsasları, həmçinin ərizəçinin həmin müddətdə müvafiq prosessual hərəkətləri etmək imkanının olmaması haqqında sübutlar göstərilməlidir. Üzrlü səbəb dedikdə isə hüquqi nəticə etibarı ilə müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyri-mümkün edən və ya bunu çətinləşdirən səbəblər başa düşülməlidir. Məhkəmə hər hansı halı üzrlü səbəb hesab edərkən onun həmin şəxsə nə dərəcədə mane olduğunu, habelə həmin halın hansı müddətdə mövcud olmasını, edilməli olan prosessual hərəkətin mahiyyətini və onun edilməsi üçün nəzərdə tutulmuş ümumi müddəti və digər zəruri amilləri nəzərə almalıdır. Hər bir halda konkret səbəbi üzrlü hesab etmək məhkəmənin səlahiyyətindədir və müddətin bərpası haqqında qərar çıxarmaq məhkəmənin vəzifəsi deyil, hüququdur. Hazırki işin halları baxımından məhkəmə kollegiyası vurğulayır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(001)-2181/2024 saylı qətnaməsi 13 may 2024- cü il tarixdə Cavabdeh hüquqi ünvanı üzrə - ünvan 2ərilmiş və iş materiallarında məktubun xx.xx.2024-cü il tarixdə alıcı tərəfindən qəbul edilməsinə dair https://www.azerpost.az/az/tracking/ internet səhifəsindən çıxarış mövcuddur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmurları tərəfindən tərtib edilmiş aktdan görünür ki, Cavabdeh hüquqi ünvanı üzrə - Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, ev 143b, mənzil 238 ünvanında X1 ailəsi ilə birlikdə yaşayır və onun Cavabdeh barədə hər hansı məlumatı yoxdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(001)- 2181/2024 saylı qətnaməsindən şikayət verilməsi üçün mülki-prosessual qanunvericiliklə müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edib, buraxılmış müddəti bərpa etmişdir. Bu səbəbdən İddiaçı şikayəti təmin olunmamalı, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(001)-2181/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264-cü, 397-398-ci, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(001)- 2181/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-6097/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6097/2024
29.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver