Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-61/2024 12.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X16 qarşı, Maraqlı şəxs, X6, X5 İddiaçı, Bakı şəhəri 10 saylı notariat ofisinə, X22, Cavabdeh, X34, X35, X17, X36, X23 qarşı iddia tələblərinə dair bir icraatda birləşdirilmiş mülki işlər üzrə (Açar sözlər: payın naturada ayrılması, miras əmlak, mirasdan imtina, mirasın qəbul edilməsi, vərəsəlik şəhadətnaməsi, sübutetmə yükü) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi, iddiaçı (cavabdeh) İddiaçı iştirakı ilə İddiaçı X16 qarşı “evin naturada paylara ayrılması” tələbinə dair (birinci iş) mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli qətnaməsindən Maraqlı şəxs tərəfindən; Maraqlı şəxs, X6, X5 İddiaçı, Bakı şəhəri 10 saylı notariat ofisinə, X22, Cavabdeh, X34, X35, X17, X36 və X23 qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, miras paylarının yenidən müəyyən olunması, faktiki qəbul olunmuş mirasın adlarına rəsmiləşdirilməsi və yeni vərəsəlik şəhadətnaməsinin verilməsi” tələblərinə dair (ikinci iş) Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 16 iyun 2023-cü il tarixli qətnaməsindən X9 (nümayəndəsi) tərəfindən verilmiş apellyasiya şikayətləri əsasında apellyasiya instansiyasına daxil olan və bir icraatda birləşdirilən mülki işlərə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. ünvan 1 ünvanında yerləşən 33 saylı fərdi yaşayış evi Ağabacı Pirverdi qızına məxsus olmuş, Ağabacı Pirverdi qızı xx.xx.1975-ci il tarixdə vəfat etmişdir.
2. Ağabacı Pirverdi qızının Qadir Dadaşbala oğlu ilə nikahından X45, X52, X46, Nəriman Qadir oğlu, X37, X53 dünyaya gəlmiş, X46 xx.xx.1995-ci il tarixdə, Nəriman Qədir oğlu xx.xx.1993-cü il tarixdə, X54 xx.xx.1993-cü il tarixdə, X38 xx.xx.2000-ci il tarixdə vəfat etmişlər.
3. ünvan 1 ünvanında yerləşən 33 saylı fərdi yaşayış evində X37, Nəriman Qadir oğlu və X46 yaşamış, X27 Məlahət, Qadir və Vahid adında üç övladı olmuşdur və hazırda onlar həmin fərdi yaşayış evində yaşamırlar.
4. X24 Fəxrəddin, Firudin və Arzu adlı üç övladı olmuş, onlardan Arzu və Fəxrəddin vəfat etmişlər.
5. X2 Dadaşovun həyat yoldaşı, Məsmə və Kamran Dadaşov(a)lar onların uşaqlarıdır.
6. Nəriman Qadir oğlunun Təranə və Tərlan adlı iki övladı olmuş, Tərlan vəfat etmişdir.
7. X42 adlı bir övladı olmuşdur və hazırda sağdır.
8. X56 adında bir övladı olmuş və vəfat etmiş, İslam Dadaşovun isə Zərifə və Səmayə adında qızları olmuş, onlardan Səmayə vəfat etmişdir.
9. ünvan 1 ünvanında yerləşən 33 saylı fərdi yaşayış evində Nəriman Qədir oğlunun vərəsəsi - İddiaçı, X24 vərəsələri - Cavabdeh və X18, X19 vərəsəsi Ehtibar Mehtiyev yaşamışlar.
10. xx.xx.2020-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnaməyə əsasən ünvan 1 ünvanında yerləşən 33 saylı fərdi yaşayış evinin ½ hissəsinə İddiaçı, ¼ hissəsinə Cavabdeh vərəsəlik hüquqları tanınaraq ¼ hissə Ağabacı Pirverdi qızının adında açıq saxlanılmışdır.
11. X28 (Amalya Dadaşovanın oğlu) həmin vərəsəlik işi üzrə verdiyi ərizəsində göstərmişdir ki, 03 may 1975-ci ildə vəfat etmiş mərhum nənəsi Ağabacı Pirverdi qızından miras qalmış Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Çingiz Nəsirov küçəsi, döngə 2, ev 33-də yerləşən evdən ona çatası miras payı qəbul etməmişdir, qəbul etmək də istəmir.
12. xx.xx.2022-ci il tarixdə verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə ilə ünvan 1 ünvanında yerləşən 33 saylı fərdi yaşayış evinin açıq saxlanılan ¼ hissəsinə Maraqlı şəxs, X5 və X6 vərəsəlik hüquqları tanınmışdır. Həmin şəhadətnamədə qeyd olunmuşdur ki, miras əmlakın ¾ hissəsinə xx.xx.2020-ci il tarixdə 2V-99 saylı reyestrlə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir.
13. X29 həmin vərəsəlik işi üzrə verdiyi ərizəsində göstərmişdir ki, 03 may 1975ci ildə ölmüş Ağabacı Pirverdi qızından irs qalmış (yaşayış (ev, mənzil və otaq), qeyriyaşayış və torpaq sahələrindən, habelə digər əmlak hüquqlarından ibarət) mirasın ona çatası hissəsini qəbul etməmişdir, etmək niyyətində də deyil.
14. X55 həmin vərəsəlik işi üzrə verdiyi ərizəsində göstərmişdir ki, 03 may 1975ci ildə ölmüş Ağabacı Pirverdi qızından irs qalmış (yaşayış (ev, mənzil və otaq), qeyriyaşayış və torpaq sahələrindən, habelə digər əmlak hüquqlarından ibarət) mirasın ona çatası hissəsini qəbul etməmişdir, etmək niyyətində də deyil.
Birinci instansiya məhkəmələrində icraat
a) Birinci iş üzrə icraat
15. İddiaçı X16 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə (məhkəmə vəya birinci instansiya məhkəməsi) müraciət edərək, paylı mülkiyyət hüququ üzrə ½ hissədə ona, ¼ hissədə cavabdehə, ¼ hissədə mərhumə Ağabaçı Pirverdi qızının adına açıq qalmış olan ünvan 2 ünvanında yerləşən evin naturada paylara ayrılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
16. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, nənəsi Ağabacı Pirverdi qızının vəfatından sonra vərəsəlik hüququ ilə ünvan 3 ünvanda yerləşən ev paylı mülkiyyət hüquqi ilə ½ hissədə onun, ¼ hissədə X10 mülkiyyətinə keçmiş, ¼ hissə mərhum Ağabaçı Pirverdi qızının adında açıq saxlanılmış, bununla bağlı DƏDRX tərəfindən müvafiq çıxarış verilmişdir. Cavabdehlə aralarında evə dair hüquqların həyata keçirilməsində anlaşılmazlıqlar vardır və evin paylı mülkiyyətdə olması onun əmlakdan istifadə etməsini, ona dair sərəncam verməsini çətinləşdirir. Belə ki, əmlakla bağlı istənilən addım atılan zaman digər mülkiyyətçinin də razılığı tələb olunur.
17. Cavabdeh X30 məhkəməyə ünvanladığı ərizəsində göstərmişdir ki, ünvan 4, 33 saylı fərdi yaşayış evi atası X31, bibisi X25 və əmisi X32 məxsus olmuş, atası, əmisi və bibisi vəfat etdikdən sonra o və mərhum qardaşı Fəxrəddin Dadaşov bibisinin oğlu Mehtiyev Ehtibara bibisinə məxsus pay hissəsinin pulunu ödəmişlər. Bibisinin yaşadığı 2 mərtəbəli evin birinci mərtəbəsi qardaşı Fəxrəddinə və ona məxsusdur. Hazırda həmin evin 2-ci mərtəbəsinin yarı hissəsində o və ailə üzvləri, birinci mərtəbəsində isə mərhum qardaşının ailə üzvləri yaşayır. İddiaçı həmin evin 2-ci mərtəbəsinin yarı hissəsində yaşayır. Hazırda həmin ev ½ hissədə qardaşı Fəxrəddinə, ¼ hissədə ona, ¼ hissədə İddiaçı məxsusdur.
18. Məhkəmənin təyinatı əsasında tədqiqat aparan Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli rəyində göstərilmişdir ki, ünvan 4 ünvanında yerləşən 33 saylı fərdi yaşayış evinin İddiaçı məxsus 1/2 hissəsinin real olaraq naturada bölünməsi texniki cəhətdən mümkündür. Bunun üçün fərdi yaşayış evinin 1-ci mərtəbəsində yerləşən, texniki pasport sənədində 3 nömrəsi ilə qeydə alınmış, sahəsi 16.6 kv.m olan yaşayış otağı bütövlükdə, texniki pasport sənədində 1 nömrəsi ilə qeydə alınmış, sahəsi 26.5 kv.m olan yaşayış otağının isə 11.2 kv.m hissəsi arakəsmə ilə ayrılaraq iddiaçıların istifadəsinə verilməlidir. 2-ci mərtəbədən isə texniki pasport sənədində 2, 3 və 4 nömrəsi ilə qeydə alınmış sahələr iddiaçının istifadəsində saxlanılmalıdır. Bölgü variantı rəyə əlavə olunmuş sxemdə ətraflı göstərilmişdir. Həyətyanı torpaq sahəsi faktiki olaraq mişar daşından inşa edilmiş hasar ilə bölünmüşdür və həmin bölgü variantı paylara uyğun şəkildədir.
19. Birinci instansiya məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, ünvan 4, 33 saylı fərdi yaşayış evinin 1-ci mərtəbəsində yerləşən, texniki pasport sənədində 3 nömrəsi ilə qeydə alınmış, sahəsi 16,6 kv.m olan yaşayış otağının bütövlükdə, texniki pasport sənədində 1 nömrəsi ilə qeydə alınmış, sahəsi 26,5 kv.m olan yaşayış otağının isə 11,2 kv.m hissəsinin arakəsmə ilə ayrılmaqla və 2-ci mərtəbədə texniki pasport sənədində 2, 3 və 4 nömrə ilə qeydə alınmış sahələrin İddiaçı istifadəsinə verilməklə faktiki mövcud vəziyyətə uyğun olaraq naturada bölünməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manatın İddiaçı tutularaq dövlətin xeyrinə ödənilməsi qət olunmuşdur.
20. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçı ünvan 1, 33 saylı fərdi yaşayış evinin ¼ hissədə mülkiyyətçisidir və həmin evin onun payına uyğun bölünməsinin texniki cəhətdən mümkün olması barədə ekspert rəyi vardır.
21. Gəldiyi nəticənin hüquqi əsaslandırılması zamanı məhkəmə, Mülki Məcəllənin 152.1-ci, 220.1-ci, 220.2-ci, 220.3-cü və 223.2-ci maddələrinə istinad etmişdir.
22. Həmin qətnamədən qətnamənin maraqlarına toxunduğunu irəli sürən Maraqlı şəxs apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini belə əsaslandırmışdır ki, məhkəmə işə iştirakları olmadan baxmış, sübutlara düzgün qiymət verməmiş, onun və anasının mərhum nənəsi Ağabacı Pirverdi qızının vərəsələri olmaqla mübahisəsi gedən evdə yaşadıqlarını, mirası qəbul etdiklərini, evin birinci mərtəbəsinin faktiki olaraq onların istifadələrində olduğunu, 10 saylı notariat kontorunda vərəsəlik işi açılarkən vərəsələrin dairəsinin düzgün müəyyənləşdirilmədiyini və yanlış vərəsəlik şəhadətnaməsi verildiyini nəzərə almamış, nəticədə qanunsuz qərar çıxarmışdır.
23. Apellyasiya şikayətinə apellyatorun mərhum Ağabacı Pirverdi qızının miras əmlakının açıq qalmış ¼ hissəsinin vərəsəsi olduğuna dair xx.xx.2022-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” əlavə edildiyindən o, qətnamənin maraqlarına toxunduğu şəxs kimi tanınmış və apellyasiya mümkün hesab olunmuşdur.
b) İkinci iş üzrə icraat
24. Maraqlı şəxs, X20 və X3 Təranə Nəriman qızına, Bakı şəhəri 10 saylı notariat ofisinə, X22 və Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, ünvan 4, 33 saylı fərdi yaşayış evinə dair 10 saylı notariat kontorunun 01 sentyabr 2020-ci il tarixdə verdiyi 2V-99 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız sayılması, faktiki olaraq X39 tərəfindən onların xeyrinə imtina edilmiş və faktiki olaraq qəbul etdikləri mirasın vərəsəlik haqqında şəhadətnamədə onların adına qeyd olunması və yenidən onlara vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
25. X1 nümayəndəsi (vəkili) iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr vermiş, ünvan 4, 33 saylı fərdi yaşayış evinə dair 10 saylı notariat kontorunun 01 sentyabr 2020-ci il tarixli 2V-99 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv olunması, faktiki olaraq X11 iddiaçıların xeyrinə imtina edilmiş və faktiki olaraq qəbul etdikləri mirasın vərəsəlik haqqında şəhadətnamədə onların adına qeyd edilməsi və yenidən onlara vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
26. İddia tələbi belə əsaslandırılmışdır ki, Suraxanı Rayon Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı iddiası təmin edilərək, ünvan 4, 33 saylı fərdi yaşayış evinin 1-ci mərtəbəsində yerləşən, texniki pasport sənədində 1 nömrə ilə qeydə alınmış, sahəsi 26.5 kv.m olan yaşayış otağının 11.2 kv.m hissəsi arakəsmə ilə ayrılmaqla və 2-ci mərtəbədə texniki pasport sənədində 2,3 və 4 nömrə ilə qeydə alınmış sahələr İddiaçı istifadəsinə verilməklə faktiki mövcud vəziyyətə uyğun olaraq naturada bölünməsi qət edilmişdir. Həmin qətnaməni 18 mart 2022-ci il tarixdə əldə etmişlər, onlara məlum olmuşdur ki, İddiaçı 10 saylı Dövlət notariat kontoruna müraciət edərək qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almış və həmin şəhadətnamədə onun payı miras əmlakın ¼ hissəsi kimi müəyyən edilmişdir. Onlar mərhum Ağabacı Pirverdi qızının vərəsələridirlər, mübahisəli evdə yaşayaraq mirası faktiki qəbul etmişlər. Lakin məhkəmə iclaslarına dəvət edilmədiklərindən onların miras əmlakla bağlı hüquqlarının olmasını məhkəmənin nəzərinə çatdıra bilməmişlər. Buna görə də hüquqları pozulmuşdur. Belə ki, sözügedən qətnamədə mübahisəli yaşayış evinin birinci mərtəbəsinin bir hissəsinin, həmçinin ikinci mərtəbəsinin bir hissəsinin İddiaçı istifadəsinə verilməsi qət edilmişdir. Halbuki, yaşayış evinin birinci mərtəbəsi faktiki olaraq bütövlükdə onların istifadəsindədir. Eyni zamanda evin ikinci mərtəbəsinin yarısı da faktiki olaraq onların istifadəsindədir. Belə ki, yaşayış evinin birinci mərtəbəsinin ½ hissəsi qanunla Maraqlı şəxs X57a miras qalmışdır, digər ½ hissəsi isə bibisi X21 varisi Ehtibar Mehtiyevə məxsus olmuşdur. Maraqlı şəxs atası X43 Mehtiyevə ev alıb vermiş, buna görə də, Ehtibar Mehtiyev öz hissəsindən onların xeyrinə imtina etmişdir. X50 hissəsini faktiki olaraq qəbul etmişlər. Digər tərəfdən yaşayış evinin ikinci mərtəbəsinin ½ hissəsi əmisi Firidun Dadaşova, ½ hissəsi isə İddiaçı məxsus olmuşdur. Əmisinin başqa yerdə özünə məxsus evi olduğu üçün faktiki olaraq həmin hissədə də onlar yaşayırlar. Bununla da, mübahisəli yaşayış evinin ¾ hissəsi faktiki olaraq onların istifadəsindədir. Onlar əmlaka faktiki sahibliyi həyata keçirməklə mirası qəbul etmişlər. Bakı şəhəri 10 saylı notariat kontorunun notariusu vərəsəlik işini açarkən vərəsələrin tam dairəsini müəyyən etməyərək onları işə cəlb etməmiş və nəticədə yanlış vərəsəlik şəhadətnaməsi vermişdir. Belə ki, digər vərəsə Etibar Mehtiyev öz payından onların xeyrinə faktiki olaraq imtina etməsinə baxmayaraq, Bakı şəhəri 10 saylı notariat kontorunun notariusu əsassız olaraq həmin hissədə bütövlükdə İddiaçı payını tanımışdır. Daha sonra onlar miras əmlakın qəbul edilməsi ilə bağlı Bakı şəhəri 10 saylı notariat kontoruna ərizə ilə müraciət etmişlər və onlara 2V-99 saylı 23 iyun 2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Lakin həmin şəhadətnamədə miras əmlakın yalnız ¼ hissəsi onlara keçmişdir. Halbuki, yaşayış evinin birinci mərtəbəsi faktiki olaraq bütövlükdə onların istifadəsindədir. Eyni zamanda evin ikinci mərtəbəsinin yarısı da faktiki olaraq onların istifadəsindədir. Belə olan halda miras əmlakın ½ hissəsinə onların payı tanınmalıdır.
27. Maraqlı şəxs və X20 iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, uzun illər ərzində həmin evdə yaşadıqlarını və buna görə də miras əmlakdan daha çox payları olmasını əsas gətirərək iddianın təmin olunmasını xahiş etmişlər.
28. X5 nümayəndəsi (vəkili) X12 iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, paylar düzgün bölünməmişdir. Belə ki, iddiaçılar 2007-ci ildən həmin evdə yaşamışlar və faktiki olaraq həmin miras əmlakı qəbul etmişlər. Yaşayış evinin birinci mərtəbəsi və evin ikinci mərtəbəsinin yarısı da faktiki olaraq iddiaçıların istifadəsindədir. Belə ki, yaşayış evinin birinci mərtəbəsinin ½ hissəsi qanunla Fəxrəddin Dadaşova miras qalmış, digər ½ hissəsi isə bibisi X21 varisi Ehtibar Mehtiyeva məxsus olmuşdur. Atası X43 Mehtiyevə ev alıb vermiş, buna görə də Ehtibar Mehtiyev öz hissəsindən onların xeyrinə imtina etmişdir. Lakin paylar düzgün müəyyən olunmamış, Ehtibar Mehtiyev özü də etiraf etmişdir ki o, öz payından iddiaçılara görə imtina etmişdir.
29. Cavabdeh İddiaçı iddia tələbini qəbul etməyərək bildirmişdir ki, mübahisəli fərdi yaşayış evi Ağabacı Pirverdi qızına məxsus olmuş və o, 1975-ci ildə vəfat etmişdir. Onun həyat yoldaşı Qadir Dadaşbala oğlu ilə birgə nikahından X45, X52, X46, X40, X37, X53 adlı uşaqları olmuşdur. Onların hamısı vəfat etmişlər. Ölən günə kimi həmin evdə miras qoyanın ancaq üç övladı - X37, X40 və X46 yaşamışdır. X27 Məlahət, Qadir və Vahid adında üç övladı olmuşdur və onlar həmin fərdi yaşayış evində yaşamırlar. X24 Fəxrəddin, Firudin və Arzu adlı üç övladı olmuş və onlardan Arzu vəfat etmişdir. Onun atası Nərimanın iki övladı - o və Tərlan olmuşdur, Tərlan vəfat etmişdir. Amalyanın Etibar adlı bir övladı olmuş, hazırda sağdır. Kübranın Ədilə adında bir övladı olmuş və vəfat etmişdir. İslamın isə Zərifə və Səmayə adında qızları olmuş, onlardan Səmayə vəfat etmişdir. Mübahisəli evdə o, X24 uşaqları və Ehtibar Mehtiyev yaşamışlar. Evin sənədləri qaydasında olmadığından o, Firuddin və Fəxrəddinə müraciət etmiş, Firudin ona sənədləşmə işlərinin aparılması üçün etibarnamə vermiş, lakin Fəxrəddin etibarnamə verməmişdir. X51 həmin evdən köçüb getmiş və notarial qaydada ərizə vermişdir ki, miras payı qəbul etmir və qəbul etmək niyyətində də deyildir. Buna görə də Ağabacı Pirverdi qızına məxsus olan miras əmlakın ½ hissəsi Nəriman Qədir oğluna, ½ hissəsi X4 olduğundan və onlar vəfat etdiklərindən ½ hissə Nəriman Qədir oğlunun vərəsəsi olan ona, ¼ hissə isə Fərmanın vərəsəsi Cavabdeh keçmiş, ½ hissənin ¼ hissəsi isə açıq qalmışdır. Ona dair hissə düzgün bölündüyündən iddia tələbi rədd olunmalıdır. Belə ki, qardaşı vəfat etmiş və atasına düşən pay ona tam şəkildə verilmişdir.
30. Cavabdeh izahatında bildirmişdir ki, Etibar Mehtiyev xəstə olduğundan ona ev almışlar ki, o ayrıca evdə yaşasın. Sonra İddiaçı o, cəzaçəkmə müəssisəsində olarkən evin sənədləşməsi üçün ona etibarnamə verməsini istəmiş, Təranəyə etibarnamə vermişdir ki, o evi özəlləşdirə bilsin. Hazırkı bölgü ilə razı deyildir. İddiaçılar 2007-ci ildən həmin evdə yaşayırlar, Etibar isə evdən 2007-ci ildən getmişdir.
31. Birinci instansiya məhkəməsinin 16 iyun 2023-cü il tarixli qətnaməsi ilə iddia tələblərinin təmin olunmaması qət edilmişdir.
32. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:
32.1. Tərəflərin izahatından və işin müəyyən edilmiş faktiki hallarından görünür ki, mübahisəli fərdi yaşayış evi Ağabacı Pirverdi qızına məxsus olmuşdur və o 1975-ci ildə vəfat etmişdir. Onun həyat yoldaşı Qadir Dadaşbala oğlu ilə birgə nikahından X45, X52, X46, Nəriman Qadir oğlu, X37, X53 adlı uşaqları olmuşdur. Onların hamısı vəfat etmişdir. Ölən günə kimi həmin evdə miras qoyanın ancaq üç övladı - X37, Nəriman Qadir oğlu və X46 yaşamışdır. X27 üç övladı Məlahət, Qadir və Vahid adında üç övladı olmuşdur və hazırda onlar həmin fərdi yaşayış evində yaşamırlar. X24 üç övladı Fəxrəddin, Firudin və Arzu adlı üç övladı olmuş və onlardan Arzu vəfat etmişdir. Nəriman Qadir oğlunun iki övladı Təranə və Tərlan doğulmuşdur və onun qardaşı Tərlan vəfat etmişdir. Amalyanın Etibar adlı bir övladı olmuş, hazırda sağdır. Kübranın Ədilə adında bir övladı olmuş və vəfat etmişdir. İslamın isə Zərifə və Səmayə adında qızları olmuş, onlardan Səmayə vəfat etmişdir. Hazırkı mübahisəli evdə isə Nəriman Qədir oğlunun vərəsəsi - İddiaçı, X24 vərəsələri-Cavabdeh və X18 və X19 vərəsəsi-Ehtibar Mehtiyev yaşamışlar. Həmin evin sənədləri qaydasında olmadığından İddiaçı Firuddin və Fəxrəddinə müraciət etmiş, Firudin ona evin sənədləşmə işlərinin aparılması üçün etibarnamə vermiş, lakin Fəxrəddin isə ona etibarnamə verməmişdir. X51 həmin evdən köçüb getmiş və notarial qaydada ərizə vermişdir ki, miras payı qəbul etmir və qəbul etmək də niyyətində deyildir. Buna görə də Ağabacı Pirverdi qızına məxsus olan miras əmlakın ½ hissəsinə Nəriman Qədir oğluna, ½ hissəsi isə X4 olduğundan və onlar vəfat etdiklərindən ½ hissə Nəriman Qədir oğlunun vərəsəsi İddiaçı, ¼ hissə isə Fərmanın vərəsəsi Cavabdeh keçmiş və ½ hissənin ¼ hissəsi isə açıq qalmışdır. 32.2. Beləliklə məhkəmə müəyyən etmişdir ki, Ağabacı Pirverdi qızına məxsus olan miras əmlakın ½ hissəsinə onun vərəsəsi Nəriman Qədir oğlunun və ½ hissəsi isə X24 payları tanınmalı olduğundan, lakin onlar vəfat etdiklərindən faktiki olaraq onların övladları tərəfindən qəbul edilmişdir. Etibar Mehtiyev tərəfindən isə miras əmlakdan məhz iddiaçıların xeyrinə imtina etməsi barədə notarial qaydada ərizə verilməmişdir. 32.3. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iş üzrə başqa mötəbər sübutlar təqdim olunmadığından və Etibar Mehtiyev tərəfindən miras əmlakdan iddiaçıların xeyrinə imtina etməsi barədə notarial qaydada ərizə verilmədiyindən Maraqlı şəxs, X6, X5 iddia tələbləri təmin oluna bilməz.
33. Gəldiyi nəticənin hüquqi əsası kimi məhkəmə, Mülki Məcəllənin 1133.1-ci, 1133.2-ci, 1145-ci, 1146-cı, 1159.1.1-ci, 1159.1.3-cü, 1243.2-ci, 1243.3-cü, 1255-ci maddələrinə istinad etmişdir.
34. X15 nümayəndəsi (vəkili) apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddia tələblərinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin işin hallarına və sübutlara güzgün qiymət vermədiyini, X13 öz miras payından iddiaçıların xeyrinə imtina etdiyini nəzərə almadığını irəli sürmüşdür.
Apellyasiya şikayət(lər)inə etiraz(lar)
35. Apellyasiya şikayət(lər)inə qarşı yazılı etiraz(lar) verilməmişdir.
Apellyasiya icraatı, izahatlar
36. Birinci iş üzrə çıxarılmış qətnamədən verilən apellyasiya şikayətinə baxılarkən Maraqlı şəxs, Vüsalə Dadaşovanın və X58 Rəşidovaya və Bakı şəhəri 10 saylı notariat kontoruna qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi və miras paylarının yenidən müəyyənləşdirilməsi” tələbi ilə məhkəməyə müraciət etdiyi (ikinci iş) müəyyən olunduğundan, işin icraatı xx.xx.2020-ci il tarixli qərardadla dayandırılmışdır.
37. Sonradan, icraatın dayandırılmasına səbəb olan mülki iş (ikinci iş) Bakı Apellyasiya Məhkəməsinə daxil olmuş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə onun birinci mülki işlə bir icraatda birləşdirilməsi qərara alınmışdır.
38. Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclaslarında iştirak edən X9, Maraqlı şəxs və sonuncunun nümayəndəsi (vəkili) Vəkil2 apellyasiya şikayətlərinin dəllilərini müdafiə edərək müvafiq məzmunda izahatlar vermiş, Cavabdeh və X39 şikayətlərlə razılaşdıqlarını, İddiaçı isə şikayətlərin əsassız olduğunu bildirmiş, ikinci iş üzrə digər cavabdehlər məhkəməyə gəlməmişlər.
39. Apellyasiya baxışı zamanı apellyasiya şikayətlərinin dəlilləri nəzərə alınmaqla əlavə tikinti-texniki ekspertizası təyin olunmuş, eksertlər qarşısında aşağıdakı suallar qoyulmuşdur:
- ünvan 1 ünvanında yerləşən 33 saylı fərdi yaşayış evinin hansı hissələri İddiaçı istifadəsindədir? Bu sual cavablandırılarkən İddiaçı istifadəsində olan tikililər konkret göstərilsin (texniki pasportun göstəricilərinə uyğun olaraq).
- ünvan 1 ünvanında yerləşən 33 saylı fərdi yaşayış evinin paylı mülkiyyətçilərin paylarına uyğun şəkildə naturada bölünməsi mümkündürmü?.
- ünvan 1 ünvanında yerləşən 33 saylı fərdi yaşayış evinin paylı mülkiyyətçilərin paylarına uyğun şəkildə naturada bölünməsi mümkündürsə müvafiq bölünmə qaydası və hər bir mülkiyyətçiyə düşməli olan sahələr müəyyənləşdirilsin.
- ünvan 1 ünvanında yerləşən 33 saylı fərdi yaşayış evinin İddiaçı mülkiyyətində olan ½ hissəsinə uyğun sahə digər mülkiyyətçilərin istifadəsindəki sahədən hansı qaydada ayrıla bilər? Bu suala cavab verilərkən bütün mümkün variantlar müəyyən olunsun və həmin variantlar plan-sxemlərdə əks etdirilsin.
40. Həmin təyinat əsasında verilmiş xx.xx.2024-cü il tarixli rəydə göstərilmişdir ki, “ünvan 1 ünvanında yerləşən 33 saylı fərdi yaşayış evinin mülki iş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən həmin fərdi yaşayış evinə dair tərtib edilmiş xx.xx.2020-ci il tarixli “Texniki Pasport” sənədində 2-ci mərtəbə üzrə 2 nömrəsi ilə işarələnmiş, sahəsi 2,2 kv.m. olan giriş hissə, 3 nömrəsi ilə ilə işarələnmiş, sahəsi 16,0 kv.m. olan bağlı eyvan və mətbəx, həmçinin 4 nömrəsi ilə işarələnmiş, sahəsi 17,8 kv.m. olan yaşayış otağının faktiki olaraq İddiaçı istifadəsində olduğu müəyyən olunur. ... Fərdi yaşayış evinin paylı mülkiyyətçilərin paylarına uyğun şəkildə (3 hissəyə) naturada bölünməsi texniki cəhətdən mümkün deyildir. Lakin həmin fərdi yaşayış evinin İddiaçı mülkiyyətində olan ½ hissəsinə uyğun sahənin digər mülkiyyətçilərin istifadəsindəki sahədən naturada ayrılmasının texniki cəhətdən mümkün olduğu müəyyən edilir. Bölgü variantı rəyə əlavə olunmuş sxemdə qeyd edilmişdir”.
Tətbiq edilən hüquq
Azərbaycan SSR-in Mülki Məcəlləsi (1964-cü il redaksiyalı)
41. Maddə 532. Qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (övladlığa götürülənlər), arvad (ər), ölənın valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar.
42. Maddə 552. Vərəsə, vərəsəlik açıldığı gündən altı ay müddətində miras əmlakı faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab edilir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
43. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
44. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
45. Maddə 213. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur.
46. Maddə 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir.
47. Maddə 215.2. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər.
48. Maddə 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər.
49. Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər.
50. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.
51. Maddə 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər.
52. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
53. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
54. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.
55. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
56. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər); 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar; 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar; 1159.2. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar.
57. Maddə 1160. Əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir.
58. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.
59. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
60. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.
61. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.
62. Maddə 1252. Əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır.
63. Maddə 1253.1. Mirasın irsi transmissiya üzrə qəbul edilməməsi vərəsəni bilavasitə ölən vərəsəyə çatası mirası almaq imkanından məhrum etmir.
64. Maddə 1253.2. Əmlakı irsi transmissiya üzrə almaqdan imtina edildikdə əmlak ölmüş vərəsələrlə birlikdə mirası qəbul etməyə çağırılmış şəxslərə keçir.
65. Maddə 1261. Vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. Ləyaqətsiz vərəsə sayılmış və ya vəsiyyətnamənin birbaşa göstərişi ilə vərəsəlik hüququndan məhrum edilmiş şəxsin xeyrinə mirasdan imtina yolverilməzdir. Bu cür imtina barəsində digər vərəsələr məhkəməyə şikayət verə bilərlər.
66. Maddə 1262. Əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın.
67. Maddə 1263. Əgər mirasdan imtina etmiş vərəsə həmin növbənin vərəsələri arasında yeganə vərəsədirsə, miras sonrakı növbənin vərəsələrinə keçir.
68. Maddə 1264. Əgər vərəsə mirası qəbul etməkdən bir neçə şəxsin xeyrinə imtina edirsə, onlardan hər birinin payını göstərə bilər. Belə göstəriş olmadıqda onun payı mirasın qəbulundan imtina xeyirlərinə edilmiş vərəsələr arasında bərabər bölüşdürülür.
69. Maddə 1269. Mirasa sahiblik etməyə və ya onu idarə etməyə faktik başlamış vərəsə mirasın qəbulu üçün müəyyənləşdirilmiş vaxt ərzində mirasın qəbulundan imtina edə bilər. Bu barədə ərizə ilə o, notariat orqanına müraciət etməlidir.
70. Maddə 1318. Notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görməlidir.
71. Maddə 1321.1. Vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər.
72. Maddə 1321.2. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir.
73. Maddə 1321.3. Vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun.
“Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu
74. Maddə 55. Açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir. Notarius həmçinin kütləvi elan verilməsi və ya mətbuatda məlumat dərc edilməsi yolu ilə vərəsələri çağıra bilər. Notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür.
75. Maddə 57. Mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş müddətlərdə verilməlidir.
76. Maddə 59. Notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
77. Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz.
78. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
79. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
80. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
81. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
82. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
83. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
84. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
85. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının həddi
86. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
87. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
Bir icraatda birləşdirilmiş işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
88. Mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir.
89. Ümumi paylı mülkiyyətdə olan payın ayrılması iki formada həyata keçirilə bilər: 1) ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması; 2) pul kompensasiyasının (dəyərinin) ödənilməsi. Ümumi mülkiyyətdə pay mühüm hüquqi funksiyanı həyata keçirir. Xüsusilə, ümumi mülkiyyətin saxlanmasına çəkilən xərclərdə mülkiyyətçilər, payın həcminə müvafiq olaraq iştirak edirlər (Mülki Məcəllənin 217-ci maddəsi). Paylı mülkiyyətin iştirakçısı ümumi mülkiyyətin ideal paya mütənasib payın onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir.
90. Qanunun mənasından (§ 45, 46, 47, 48) göründüyü kimi, əşyanın naturada ayrılmasının ilkin şərti, həmin əşyanın paylı mülkiyyətdə olmasıdır.
91. ünvan 1 ünvanında yerləşən 33 saylı fərdi yaşayış evinin paylı mülkiyyətdə olduğu işin mübahisəsiz halıdır.
92. Bununla yanaşı nəzərə alınmalıdır ki, həmin ev üzərində mülkiyyət payları qanun üzrə vərəsəlik şəhadətnaməsi əsasında təsis olunmuşdur və şəhadətnamənin qanuniliyi mübahisələndirilməkdədir.
93. Buna görə kollegiya hesab edir ki, birinci iş üzrə düzgün nəticəyə gəlinməsi üçün, əvvəl ikinci iş üzrə apellyasiya şikayətinə qiymət verilməlidir.
94. Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş vərəsəlik hüququna verilmiş təminat vərəsəlik hüququnun əsasını təşkil edən sosial ədalətlilik prinsipinin qorunmasına və gələcəkdə hər hansı vərəsənin qanuni əsaslarla qəbul edilmiş miras əmlak üzərində mülkiyyət hüququndan formal tələblərə görə məhrum edilməməsinə yönəlmişdir.
95. İşin hallarından görünür ki, xx.xx.1975-ci il tarixdə vəfat etmiş Ağabacı Pirverdi qızına məxsus olmuş ünvan 1 ünvanında yerləşən 33 saylı fərdi yaşayış evi mirasqoyanın xx.xx.1995-ci il tarixdə ölmüş oğlu X46 və xx.xx.1993-cü il tarixdə ölmüş oğlu Nəriman Qədir oğlu tərəfindən faktiki qəbul edilmişdir.
96. Sözügedən yaşayış evində Ağabacı Pirverdi qızının digər vərəsəsi (qızı) Amalya Dadaşovanın da yaşadığı (mirası faktiki qəbul etdiyi) müəyyən olunsa da, nəzərə alınmalıdır ki, onun vərəsəsi (oğlu) olan X28 miras payını qəbul etmədiyi barədə ərizə verdiyindən, Amalya Dadaşovaya düşən payın X31 və Nəriman Qədir oğluna keçdiyi qəbul olunmalıdır.
97. Belə ki, Ehtibar Mehtiyevin müvafiq ərizəsi əslində, onun öz anasından ala biləcəyi miras payını qəbul etmədiyi mənasına gəlir; bu isə o deməkdir ki, Amalya Dadaşovaya düşən pay (1/3 hissə) X24 və Nəriman Qədir oğlunun arasında onların paylarına mütənasib surətdə bölüşdürülmüş sayılır (§ 64,66).
98. Xüsusilə qeyd olunmalıdır ki, Ehtibar Mehtiyevin müvafiq ərizəsi mirasdan imtina kimi qiymətləndirilə bilməz – çünkü, əgər o, 2000-ci ildə vəfat etmiş anasından qalan mirasa sahiblik etməyə və ya onu idarə etməyə başlamışdısa, bu halda mirasın qəbulu üçün müəyyənləşdirilmiş vaxt ərzində mirasın qəbulundan imtina edə bilərdi (§ 69). Buna görə də onun ərizəsi mirasdan imtina deyil, anasından qalmış mirası ümumiyyətlə qəbul etmədiyi barədə iradə bəyanı kimi nəzərə alınmalıdır.
99. Ehtibar Mehtiyevin müvafiq ərizəsi hətta mirasın qəbulundan imtina kimi qiymətləndirilsə belə, bu halda da, ona anasından qalmış miras payı ikinci iş üzrə iddiaçıların paylarına əlavə edilə bilməzdi – çünkü o, mirasdan kimin xeyrinə imtina etdiyini bildirməmişdir (§ 66).
100. İkinci iş üzrə iddiaçıların iddia tələbləri baxımından əhəmiyyət kəsb etməsə də, kollegiya qeyd edir ki, X14 və X33 müvafiq məzmunlu ərizələrinə də eyni kontekstən yanaşılmalıdır.
101. Şərh olunanlar o qənaətə gəlməyə əsas verir ki, Ağabacı Pirverdi qızına məxsus olan ünvan 1 ünvanında yerləşən 33 saylı fərdi yaşayış evinin onun vərəsələri qismində bərabər paylarla məhz Fərman Dadaşova və Nəriman Qadir oğluna keçdiyini vurğulayan və xx.xx.2020-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”ni bu xüsusatı əsas götürməklə tərtib edən notarius hər hansı səhvə yol verməmişdir.
102. Belə ki, X24 vərəsələri Firudin və Fəxrəddin Dadaşovlar olmuş, Fəxrəddin Dadaşov xx.xx.2020-ci il tarixdə vəfat etmişdir.
103. Firudin Dadaşov sağdır, Fəxrəddin Dadaşovun isə 3 vərəsəsi – övladları Məsmə və Kamran Dadaşov(a)lar, habelə həyat yoldaşı Vüsalə Dadaşova həyatdadırlar.
104. Nəriman Qadir oğlunun sağ qalan vərəsəsi isə İddiaçıdır.
105. xx.xx.2020-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”ni tərtib edən notariusa Fərman Dadaşovun vərəsəsi olan Firudin Dadaşov və Nəriman Qadir oğlunun vərəsəsi olan İddiaçı müraciət etdiklərindən, notarius haqlı olaraq İddiaçı payını ½ hissə (Nəriman Qadir oğlundan keçən tam pay), Firudin Dadaşovun payını isə ¼ hissə (Fərman Dadaşovdan keçən ½ hissənin yarısı) olaraq müəyyənləşdirmiş, Fərman Dadaşovdan keçən payın qalan ¼ hissəsini isə açıq saxlamışdır – hansı ki, həmin ¼ hissə sonradan xx.xx.2022-ci il tarixli şəhadətnamə əsasında Məsmə, Kamran və Vüsalə Dadaşov(a)lar arasında bərabər paylarla bölüşdürülmüşdür.
106. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, ünvan 4, 33 saylı fərdi yaşayış evinə dair 10 saylı notariat kontorunun 01 sentyabr 2020-ci il tarixdə verdiyi 2V-99 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin etibarsız sayılması üçün heç bir əsas mövcud deyil və ikinci iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur.
107. Məhkəmənin birinci iş üzrə gəldiyi nəticə ilə bağlı isə kollegiya aşağıdakıları qeyd edir.
108. İşin yuxarıda qeyd olunan hallarından göründüyü kimi, ünvan 1 ünvanında yerləşən 33 saylı fərdi yaşayış evi ½ hissədə İddiaçı, ¼ hissədə Cavabdeh, hər birinə 1/12 hissə olmaqla Məsmə, Vüsalə və Kamran Dadaşov(a)ların paylı mülkiyyətlərindədir.
109. Birinci iş üzrə çıxarılmış qətnamədən verilən apellyasiya şikayətinin, həmçinin ikinci iş üzrə iddia ərizəsinin dəlillərinə görə, ilkin ekspertiza tədqiqatını həyata keçirən ekspert evin birinci mərtəbəsinin faktiki olaraq bütövlükdə, ikinci mərtəbəsinin isə yarısının faktiki olaraq Məsmə, Kamran və Vüsalə Dadaşov(a)ların istifadəsində olmasını nəzərə almamış, onlara aid sahələrin İddiaçı ayrılması barədə əsassız rəy vermiş, məhkəmə də bu rəyi əsas götürüb qanunsuz qərar çıxarmışdır.
110. Apellyasiya baxışı zamanı alınmış ekspert rəyi ilə müəyyən olunmuşdur ki, mübahisəsi gedən fərdi yaşayış evinin “Texniki Pasport” sənədində 2-ci mərtəbə üzrə 2 nömrəsi ilə işarələnmiş, sahəsi 2,2 kv.m. olan giriş hissə, 3 nömrəsi ilə işarələnmiş, sahəsi 16,0 kv.m. olan bağlı eyvan və mətbəx, həmçinin 4 nömrəsi ilə işarələnmiş, sahəsi 17,8 kv.m. olan yaşayış otağının faktiki olaraq İddiaçı istifadəsindədir, evin paylı mülkiyyətçilərin paylarına uyğun şəkildə (3 hissəyə) naturada bölünməsi texniki cəhətdən mümkün olmasa da, İddiaçı mülkiyyətində olan ½ hissəsinə uyğun sahənin digər mülkiyyətçilərin istifadəsindəki sahədən naturada ayrılması texniki cəhətdən mümkündür.
111. Beləliklə müəyyən edilən odur ki, ünvan 1 ünvanında yerləşən 33 saylı fərdi yaşayış evinin ½ hissədə mülkiyyətçisi olan İddiaçı faktiki istifadəsində olan sahələr evin “Texniki Pasport” sənədində 2-ci mərtəbə üzrə 2 nömrəsi ilə işarələnmiş, sahəsi 2,2 kv.m. olan giriş hissə, 3 nömrəsi ilə işarələnmiş, sahəsi 16,0 kv.m. olan bağlı eyvan və mətbəx, həmçinin 4 nömrəsi ilə işarələnmiş, sahəsi 17,8 kv.m. olan yaşayış otağıdır (cəmi 36 m2); halbuki, onun mülkiyyət payına düşən sahə 63,85 m2 olmalıdır.
112. Başqa sözlə, İddiaçı evin 63,85 m2 hissəsinin mülkiyyətçisi olduğu halda, hazırda əmlakın cəmi 36 m2 hissəsindən istifadə edir; bu isə o deməkdir ki, onun mülkiyyətindəki sahənin qalan hissələri digər mülkiyyətçilərin (şəxslərin) istifadəsindədir.
113. Bu kontekstdə kollegiya, birinci iş üzrə məhkəmənin gəldiyi nəticəni əsaslı hesab edir; belə ki, ekspert, iddiaçının payının digər mülkiyyətçilərin paylarından naturada ayrılmasının mümkünlüyünü müəyyən etmişdir və məhkəmənin müəyyənləşdirdiyi bölgü qaydası nəticəsində iddiaçı məhz 63,8 m2 sahəyə sahiblik edə biləcəkdir.
114. Kollegiya məhkəmə xərclərinə də münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayətləri üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri apellyatorların özlərinə aid olunmalı, apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatnın dəyəri olan 50 manat isə Maraqlı şəxs alınıb müvafiq hesaba köçürülməlidir.
115. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-762/2021 saylı iş üzrə 21 dekabr 2021-ci il tarixli və e-2(010)-783/2023 saylı iş üzrə 16 iyun 2023-cü il tarixli qətnamələri dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətləri üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri apellyatorların özlərinə aid olunsun, apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatnın dəyəri olan 50 (əlli) manat isə Maraqlı şəxs alınıb Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Məmməd Məmmədov