Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-610/2020 18.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Mayılov Ülvi Arif oğlu və Abiyeva Kəmalə Nəbi qızından ibarət tərkibdə Orucova Aysu Əli qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili X15 iştirakları ilə, İddiaçı cavabdeh Kekilliyeva Selbiyə qarşı (X20 və X21 3-cü şəxs qismində cəlb edilməklə) “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 2(006)-1887/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Nəsimi Rayon Məhkəməsinin 2(006)-1887/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh Kekilliyeva Selbiyə qarşı (X20 və X21 3-cü şəxs qismində cəlb edilməklə) “pul” tələbinə dair iddiası qismən təmin edilərək, ünvan 8 10 ünvanında tikilən yeni binanın 6-cı mərtəbəsində yerləşən 11 saylı mənzilin satışından əldə edilmiş 280.000 manat və Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, 91 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin satışından əldə edilmiş 470.000 manatla Bakı şəhəri, Neftçilər prospekti, 151 ünvanında yerləşən “X26” binalarından 1503B saylı mənzil üçün ödənilmiş 442.724 manatın fərqini təşkil edən 27.276 manat, cəmi 307.276 manat məbləğində pulun cavabdeh X7 tutularaq İddiaçı xeyrinə ödənilməsi,iddianın qalan hissələrdə rədd edilməsi qət edilmişdir. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək, qətnamənin iddianın təmin olunmayan hissəsində ləğv edilərək, iddianın həmin hissədə də təmin olunmasına dair qətnamə cıxarılmasını xahiş etmiş və apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı həbs olunan ərəfədə evdə olan 90.000 ABŞ dollarını ona verməməklə mənimsənilməsinə dair iş materiallarında yetərincə sübutların məhkəməyə təqdim edilməsinə baxmayaraq iddia tələbi həmin hissədə tam araşdırılmamışdır. Bundan əlavə tərəfindən xx xxxx 2013-cü ildə əldə edilmiş ** LL *** d/q nömrə nişanlı boz rəngli, 2013-cü il istehsalı olan “X27 Rover Vogue” markalı avtomobilin xx xxxx 2017-ci il tarixdə alqısatqısından əldə edilmiş 60.000 ABŞ dolları mbləğində pul vəsaiti cavabdehlə birgə yaşadıqları evdə olan seyfdə saxlanılmış, 2018-ci ilin yanvar ayında cavabdehin ona qarsı nikahın pozulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi ona məlum olduğu günün sabahı seyfə baxarkən 60.000 ABŞ dollarının orada olmadəğının şahidi olduğunu, bu barədə cavabdehdən maraqlandıqda “o pullar sənin deyil, uşaqlarla mənimdir” cavabını verdiyini, tərəfindən pulun bir hissəsinin onunla bölünməsi təklifi ilə razılaşmadıqda isə məcburiyyət qarşısında qalaraq hüquq mühafizə orqanlarına bu barədə məlumat verəcəyini bildirdiyini, həmin hadisənin sabahı günü cavabdehin atası ona zəng edərək polisə müraciət etməməsini xahiş etdiyini, məsələnin onun kömyi ilə həll olunacağını bildirdiyini, həmin gündən sonra cavabdehin 60.000 ABŞ dollarından 20.000 ABŞ dollarının ona qaytarmaq məcburiyyətində qaldığını, 60000 ABŞ dollarının aralarında bərabər bölünməli olduğundan cavabdehin ona 10.000 ABŞ dolları məbləğində ödənişi qalmışdır. Sadalanan faktlar məhkəmənin öz səlahiyyətlərindən kənara çıxmaqla qəbul etdiyi qərəzli qətnamə, bunula əlaqədar maddi və prosessual hüquq normalarının təələblərinin pozulması həmin qətnamənin ləğv edilməsi olmasını şərtləndirir. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək iddianın rədd olunması xahiş edilmiş və apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ünvan 8 10 ünvanında tikilən yeni binanın 6-cı mərtəbəsində 11 saylı mənzil nikah dövründə iki dəfə təmir olunmuş, həmçinin orada cavabdehin 100 min dollara yaxın cehiz əmlakı olmuşdur. X21 da həmin mənzili içərisində olan mebellərlə birlikdə almış mənzilin pulunu Salam ov Hüseyn Teymur oğlunun sürücüsünə ödəmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 35-ci maddəsinə əsasən, nikahda olduqları dövrdə ərarvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabəna ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər. ünvan 8 10, ünvanında tikilən yeni binanın 6-cı mərtəbəsində 11 saylı mənzil nikah dövründə 2 dəfə təmir olunduğu, həmcinin orada yerləşən mebellərlə birlikdə satıldığı üçün həmin əldə olunmuş pul vəsaiti birgə dövründə əldə olunmuş əmlak hesab olunmalıdır. Bundan başqa işin mübahisəsiz halıdır ki, uşaqların təhsil haqqına və digər xərclərinə kifayət pul vəsaiti ödənilib. Məhkəmənin həmin ödənişlərin iddiaçının həbsindən əvvəldə iddia etməsi ilə bağlı qeyd etmək istərdik ki, iddiaçı həbs olunmamışdan öncə xxxx MTK-dan alınmış mənzil üçündə aylıq 1 min manata yaxın pul ödənişi həyata keçirilirdi. Lakin iddiacı həbs olunduqdan sonra bu mümkün olmamışdı, əgər məhkəmənin iddia etdiyi kimi mümkün olsaydı xxxx MTK-ya ödənişlər də həyata keçirilməli idi. İddiaçının həbsindən sonra, həmin ödənişlərin həyata keçirilməməsi bir daha cavabdehin dediklərinin həqiqətə uyğun olmasını sübut edir. Digər tərəfdən Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 82.1-ci əsasən, hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Şəxsin həbs edilməsindn sonra kifayət qədə xərc çəkilməsi cəmiyyətdə hamıya məlum olduğu haldır və bunun əlavə sübuta ehtiyacı yoxdur. Digər tərəfdən iddiaçı bu faktı, yəni əmlakların özgəninkiləşdirilməsini hələ həbsdə olarkən bildiyi halda buna öz etirazını bildirməməklə faktiki olaraq həmin vəsaitin xərclənməsini qəbul etmişdir. Məhkəmə Kollegiyasının iclasında iştirak etmiş iddiaçı tərəf apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın rədd olunmuş hissəsində ləğv edərək, həmin hissədə də iddianın təmin olunmasına dair yeni qətnamə cixarılmasını, cavabdehin apelyasiya şikayətinin isə əsasız olduğundan təmin edilməməsini xahiş etdilər. Məhkəmə Kollegiyasının iclasında iştirak etmiş cavabdeh tərəf apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın rədd olunmasına dair yeni qətnamə cixarılmasını, iddiaçının apelyasiya şikayətinin isə əsasız olduğundan rədd edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətlərini iş materialları ilə birlikdə araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarından müəyyən olunur ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 8 10 ünvanında tikilən yeni binanın 6-cı mərtəbəsində 11 saylı mənzilin satışından əldə edilən 180.000 ABŞ dollarının, onun razılığı olmadan ona məxsus olan Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, 91 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin satışından əldə edilən 400.000 ABŞ dollarının, o, həbs olunan ərəfədə evdə olan 90.000 ABŞ dollarının, **-LL-*** dövlət qeydiyyat nişanlı, boz rəngli, 2013-cü il istehsalı olan “X28 Rover Vogue” markalı avtomobilin satışından əldə edilmiş 60.000 ABŞ dollarından qalan 10.000 ABŞ dollarının ödənildiyi gün Mərkəzi Bankın müəyyən etdiyi məzənnə ilə manatla cavabdeh X7 tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş, sonradan iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 8 10 ünvanında tikilən yeni binanın 6-cı mərtəbəsində 11 saylı mənzilin satışından əldə edilən 280.000 manatın, iddiaçının razılığı olmadan ona məxsus olan Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, 91 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin satışından əldə edilən 470.000 manatla Bakı şəhəri, Neftçilər prospekti, 151 ünvanında yerləşən “X26” binalarından 1503B saylı mənzil üçün ödənilən 442.724 manatın fərqini təşkil edən 27.276 manatın, o, həbs olunan ərəfədə evdə olan 90.000 ABŞ dollarının, **-LL-*** dövlət qeydiyyat nişanlı, boz rəngli, 2013-cü il istehsalı olan “X28 Rover Vogue” markalı avtomobilin satışından əldə edilmiş 60.000 ABŞ dollarından qalan 10.000 ABŞ dollarının ödənildiyi gün Mərkəzi Bankın müəyyən etdiyi məzənnə ilə manatla cavabdeh X7 tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələblərinin həcminin azaldılması barədə ərizə onunla əsaslandırılmışdır ki, ünvan 8 10 ünvanında tikilən yeni binanın 6-cı mərtəbəsində 11 saylı mənzilin satışından əldə edilən 180.000 ABŞ dollarının; iddiaçının razılığı olmadan ona məxsus olan Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, 91 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin satışından əldə edilən 400.000 ABŞ dollarının, o, həbs olunan ərəfədə evdə olan 90.000 ABŞ dollarının, **-LL-*** dövlət qeydiyyat nişanlı, boz rəngli, 2013-cü il istehsalı olan “X28 Rover Vogue” markalı avtomobilin satışından əldə edilmiş 60.000 ABŞ dollarından qalan 10.000 ABŞ dollarının ödənildiyi gün Mərkəzi Bankın müəyyən etdiyi məzənnə ilə manatla cavabdeh X7 tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Hazırda iddia tələbinin həcminin azaldılması zərurəti yaranmışdır. Belə ki, X21 iş üzrə keçirilən məhkəmə iclasında, həmçinin İddiaçı cavabdehlər X10, X18 və X19 qarşı (maraqlı şəxs: Bakı Şəhər İcra Hakimiyyəti) “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə keçirilən məhkəmə iclasında ünvan 8 10, ünvanında tikilən yeni binanın 6-cı mərtəbəsində 11 saylı mənzili 180.000 ABŞ dollarına deyil, 280.000 manata aldığını bildirmişdir. Eyni zamanda İddiaçı cavabdehlər X10, X18 və X19 qarşı (maraqlı şəxs: Bakı Şəhər İcra Hakimiyyəti) “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(009)-3294/2018 saylı qətnaməsi ilə (qətnamənin 9-cu vərəqinin 7-ci abzası) müəyyən edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Z.Əhmədbəyov küçəsi, 10 saylı evin 11 saylı mənzil X11 adından yazılmış və 46 saylı Notariat Kontorunda təsdiq edilmiş ərizə əsasında X17 adına 280.000 manata satılaraq rəsmiləşdirilmişdir. Bununla yanaşı həmin iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2(103)-3278/2019 saylı qətnaməsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(009)-3294/2018 saylı qətnaməsi ilə Bakı şəhəri, Yasamal rayonu, Z.Əhmədbəyov küçəsi, 10 saylı evin 11 saylı mənzil X8 adından yazılmış və 46 saylı Notariat Kontorunda təsdiq edilmiş ərizə əsasında X17 adına 280.000 manata satılaraq rəsmiləşdirilməsi təsdiqlənmişdir. Həmçinin, tərəflərindən məhkəməyə təqdim edilmiş sənədlərdən göründüyü kimi X16 tərəfindən iddiaçıya məxsus olan Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, 91 ünvanında yerləşən qeyri-yaşayış sahəsini ona heç bir məlumat verilmədən 46 saylı DNK tərəfindən təsdiq edilmiş xx xxxxxx 2016-cı il tarixli, 4Ə- 273 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən 470.000 manata X2. Satışdan əldə edilən həmin vəsaitdən xxxx MTK şirkətinə onun adından 442.724 manat ödənilərək, Bakı şəhəri, Neftçilər prospekti 151 ünvanında yerləşən “X26” binalarından 1503 B saylı mənzil xx xxxxxx 2016-cı il tarixdə müxtəlif qanunsuz və dolayısı yollarla öz adına rəsmiləşdirilmişdir. Eyni zamanda, İddiaçı cavabdehlər X10, “Port Baku” Yaşayiş Mərkəzinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı “müqavilələrin etibarsız hesab edilməsi və digər tələblərə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(006)-2440/2018 saylı qətnaməsi ilə (qətnamənin 11-ci vərəqi, 1ci abzas) müəyyən edilmişdir ki, İddiaçı azadlıqda olmadığından, eyni zamanda etibarından istifadə edən cavabdeh X16 iddiaçının razılığı olmadan ona məxsus olan Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, 91 ünvanında yerləşən qeyri-yaşayış sahəsini iddiaçıya heç bir məlumat verilmədən xx xxxxxx 2016-cı il tarixdə 470.000 manata satılmış və satışdan əldə edilən həmin vəsaitdən xx xxxxxx 2016-cı il tarixdə xxxx MTK şirkətinə iddiaçının adından 442.724 manat ödənilərək, Bakı şəhəri, Neftçilər prospekti, 151 ünvanında yerləşən “X26” binalarından 1503 B saylı mənzil xx xxxxxx 2016-cı il tarixdə qanunsuz yollarla 1 gün müddətində məqsədyönlü, əvvəlcədən Lalə Bağırova ilə əlbir olub müxtəlif əməliyyatları qanunsuz, əsassız həyata keçirməklə öz adına rəsmiləşdirilmişdir. Cavabdehdən ünvan 8 10, ünvanında tikilən yeni binanın 6-cı mərtəbəsində 11 saylı mənzilinin satışından əldə edilən 180.000 ABŞ dolları deyil, 280.000 manat və Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, 91 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin satışından əldə edilən 470.000 manatın 442.724 manatı Bakı şəhəri, Neftçilər prospekti, 151 ünvanında yerləşən “X26” binalarından 1503 B saylı mənzil üçün ödənildiyindən Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, 9 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin satışından əldə edilən 470.000 manat deyil, həmin məbləğlə Bakı şəhəri, Neftçilər prospekti, 151 ünvanında yerləşən “X26” binalarından 1503 B saylı mənzil üçün ödənilən 442.724 manatın fərqini təşkil edən 27.276 manat tələb edilməlidir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. İş materiallarından görünür ki; - Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti tərəfindən verilmiş Mülkiyyət hüququ haqqında Şəhadətnaməyə əsasən Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 91 ünvanında yerləşən 37,3 kv.m qeyriyaşayış sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. Mülkiyyət hüququ 2 nömrəli reyestr kitabının 97 nömrəli səhifəsində xx.xx.2002-ci il tarixdə 001363 nömrə ilə qeydiyyata alınmışdır. - Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş AZ-İİ № 098804 saylı nikahın bağlanması haqqında şəhadətnamənin qanunla müəyyən olunmuş qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı ilə X16 nikahlarını bağlamışlar, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.2009-cu il tarixdə 1063 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Kekilliyeva soyadı verilmişdir. - AR-İ № 446692 saylı xx xxxx 2016-cı il tarixli etibarnamənin kserosurətindən görünür ki, Salamov X9 Selbi Bayramovnaya bütün əmlaklara dair ümumi etibarnamə vermişdir. Etibarnamə xx.xx.2026-cı il tarixədək qüvvədədir. - Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxxx 2016-cu il tarixli, 1(101)-555/2016 saylı hökmünün surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, İddiaçı ona təyin edilmiş cəzanı məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilməsi, İddiaçı cəza çəkməsinin əvvəli barəsində həbs qətimkan tədbiri seçildiyi xx xxxxxxx 2015-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsi hökm edilmişdir. - xx.xx.2016-cı il tarixli daşınmaz əmlakın alqı-satqısı müqaviləsinə əsasən İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 91 ünvanında yerləşən 37,3 kv.m qeyri-yaşayış sahəsini 470.000 manata X3. İddiaçı adından müqaviləni onun etibarnamə əsasında nümayəndəsi Kekilliyeva Selbi imzalamışdır. - Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli, 7(002)- 854/2017 saylı qərarının surətindən görünür ki, ərizənin təmin edilməsi, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxxx 2016-cu il tarixli hökmü ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, azadlıqdan məhrum etmə cəzasının sonu xx.xx.2018-ci il olan İddiaçı çəkilməmiş qalan cəzasının 1 (il) 23 (iyirmi üç) gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsi, məhkum, şərti olaraq azad olunma dövrü ərzində qəsdən cinayət törədəcəyi təqdirdə Azərbaycan Respublikasının CM 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin ediləcəyi ona izah edilməsi, davranışı üzərində nəzarət yaşayış yeri üzrə icra qurumuna tapşırılması, şərti məhkum etmə dövründə məhkum İddiaçı üzərinə işə düzəlmək və ailəsinə maddi yardım göstərmək vəzifəsi qoyulması qərara alınmışdır. - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(006)- 2440/2018 saylı qətnaməsinin (hakim N.Tağıyeva) surətindən görünür ki, iddia tələbi təmin edilmiş, xx xxxxxx 2016-cı il tarixdə xxxx MTK şirkəti, İddiaçı və Lalə Bağırova (Vəkil olunan) arasında 1503 B saylı mənzilə dair PBR 730 saylı müqaviləyə əsasən Hüquq və öhdəliklərin ötürülməsi üzrə bağlanmış Müqavilə; xxxx MTK şirkəti ilə Lalə Bağırova arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli. PBR 1081 saylı investor Müqaviləsi; Lalə Bağırova ilə Selbi Kekiliyeva arasında bağlanmış Hüquq və öhdəliklərin ötürülməsinə dair xx xxxxxx 2016-cı il tarixli, PBR 1081 saylı Müqavilə; xxxx MTK şirkəti ilə Selbi Kekilliyeva arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli, PBR 1082 saylı İnvestor Müqaviləsi; Avtomobil dayanacağı sahəsinin ayrılması barədə xx xxxxxx 2016-cı il tarixli, PBR 1082 saylı Müqaviləyə xx xxxxxx 2016-cı il tarixli, 1 nömrəli düzəliş və ona dair ödəniş cədvəli; xxxx MTK şirkəti ilə Selbi Kekilliyeva arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli Əlavə 1 nömrəli Xidmət Müqaviləsi; xxxx MTK şirkəti ilə Selbi Kekilliyeva arasında bağlanmış Xidmət haqqının ödənilməsinə dair Müqavilənin etibarsız hesab edilməsi, X10 Bakı şəhəri, Nəsimi rayonu, Üzeyir Hacıbəyli küçəsi, b.l28A, M 17, m.3 ünvanında yerləşən mənzilə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx xxxxxx 2016-cı il tarixdə verilmiş Texniki Pasportun və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli, xx xxxxxx 2016-cı il qeydiyyat tarixli, Daşınmaz əmlakın dövlət reyestrində 2592 nömrəli kitabın 240362 nömrəli vərəqində qeydiyyata alınmış Çıxarış ləğv edilməsi, “Tover B” Binasının 15-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 262.6 m2, eyvanı 24.4 m2 təşkil edən 1503B saylı mənzilə dair xxxx MMC şirkəti ilə İddiaçı arasında bağlanmış xx xxxx 2013-cü il tarixli, PBR 730 saylı Müqavilə; xx xxxx 2013-cü il tarixli, PBR 730 saylı Müqaviləyə 5 nömrəli ödəniş cədvəli ilə bağlı əlavə; xx xxxx 2013-cü il tarixli, PBR 730 saylı Müqaviləyə xx xxxxxx 2014-cü il tarixli, 1 nömrəli düzəliş; xx xxxx 2013-cü il tarixli, PBR 730 saylı Müqaviləyə xx xxxxxx 2014-cü il tarixli, 1 nömrəli düzəlişə uyğun tərtib edilmiş ödəniş cədvəli; xx xxxx 2013-cü il tarixli, PBR 730 saylı Müqaviləyə xx xxxxxxxx 2015-ci il tarixli, 2 nömrəli düzəliş bərpa edilməsi qət edilmişdir. - “xxxx” MTK-nın xx.xx.2018-ci il tarixli məktubundan görünür ki, xx.xx.2004-cü il tarixli order ilə İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Z.Əhmədbəyov küçəsi, 10 ünvanda, 4 otaqlı, 11 saylı mənzili olmuş, sonradan həyat yoldaşı X10 verilən etibarnamə ilə, sonuncu tərəfindən yazılan xx.xx.2016-cı il tarixli, notarial təsdiqli ərizə əsasında X17 adına keçirilmişdir. - Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(009)- 3294/2018 saylı qətnaməsinin (hakim Ş.Abdullayev) surətindən görünür ki, İddiaçı cavabdehlər X14, X18 və X19 qarşı xx xxxx 2016-cı il tarixdə X10 verilmiş etibarnamə əsasında xx xxxx 2004-cü il tarixli orderə əsasən ona ayrılmış ünvan 8 10, ünvanında tikilən yeni binanın 6-cı mərtəbəsində 11 saylı mənzilin X17 adına rəsmiləşdirilməsinə dair X8 Bakı şəhəri 46 saylı Notariat kontorunda təsdiq edilmiş ərizələrinin ləğv edilməsi, ünvan 8 10, ünvanında tikilən yeni binanın 6-cı mərtəbəsində 11 saylı mənzilə dair onun adına verilmiş xx xxxx 2004-cü il tarixli orderin bərpa edilməsi, Mülkiyyət hüququ haqqında xx xxxx 2002-ci il tarixli Şəhadətnaməyə əsasən ona məxsus olan Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, 91 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair İddiaçı ilə (X10 verilmiş və Bakı şəhəri 17 saylı notariat kontorunda rəsmiləşdirilmiş xx xxxx 2016-cı il tarixli, 7E-1236 reyestr nömrəli etibarnamə əsasında) X20 arasında 46 saylı DNK tərəfindən təsdiq edilmiş xx xxxxxx 2016-cı il tarixli, 4Ə-273 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, 91 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair X18 verilmiş mülkiyyət sənədinin ləğv edilməsi, Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, 91 ünvanında yerləşən qeyriyaşayış sahəsinin mənim mülkiyyətimə verilməsinə dair Mülkiyyət hüququ haqqında xx xxxx 2002-ci il tarixli Şəhadətnamənin bərpa edilməsi barədə iddia tələbləri əsassız olduğundan təmin edilməməsi qət edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2(103)-3278/2019 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı nümayəndəsi və vəkili X13 apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 3294/2018 saylı işi üzrə xx xxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(006)-250/2019 saylı qətnamənin (hakim R.Səmədov) surətindən görünür ki, ilkin iddia tələbi qismən təmin edilmiş, X8 xx xxx 2016-cı il tarixdə rəhbəri və yeganə təsisçisi kimi dövlət qeydiyyatından keçmiş nizamnamə kapitalı 50 manat olan “xxxx” MMC (VÖEN **********) tərəflərin birgə nikah dövründə əldə etdikləri əmlak kimi bərabər paylarla bölünməsi, həmin əmlak üzərində İddiaçı ½ pay hüququ və X8 ½ pay hüququ üzrə mülkiyyət hüquqları tanınması, ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia tələbinin qismən təmin edilmiş, tərəflərin birgə nikah dövründə əldə etdikləri Bakı şəhəri, Nəsimi rayonu, Üzeyir Hacıbəyov küçəsi, 128A, M17, m3 tərəflərin birgə nikah dövründə əldə etdikləri əmlak kimi paylara bölünməsi, həmin əmlak üzərində X8 ¼ pay hüququ və İddiaçı ¾ pay hüququ üzrə mülkiyyət hüquqlarının tanınması, qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməməsi, qətnamənin İddiaçı və X8 göstərilən əmlaklar üzərində paylı mülkiyyət hüquqlarının Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınması üçün əsas olması qət edilmişdir. - «Elektron Notariat» X1 Çıxarışdan görünür ki, Bakı şəhəri 46 saylı dövlət notariat kontorunda X16 İddiaçı adından kooperativ tərəfindən ünvan 7 ünvandla tikilən yeni binanın 6-cı mərtəbəsində bir ədəd 4 otaqlı, 11 saylı xx xxxx 2004-cü il tarixli orderlə İddiaçı ayrılmış mənzili X17 adına keçirilmişdir. - Notariat qaydasında xx xxxxxx 2016-cı il tarixdə Bakı şəhəri 46 saylı notariat kontorunun xüsusi notariusu T.H.Kərimova tərəfindən təsdiq edilmiş AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 91 Selbi Kekilliyeva (İddiaçı əvəzindən) tərəfindən X18 470.000 manat məbləğinə satılmışdır. - «Elektron Notariat» X1 Çıxarışdan görünür ki, Bakı şəhəri 46 saylı dövlət notariat kontorunda X16 İddiaçı adından kooperativ tərəfindən ünvan 8 10 ünvanında tikilən yeni binanın 6-cı mərtəbəsində bir ədəd 4 otaqlı, 11 saylı xx xxxx 2004-cü il tarixli orderlə İddiaçı ayrılmış mənzili X17 adına keçirilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş və kollegiyanın iclasında öz təsdiqini tapmış həqiqi hallarından görünür ki, Salamov X9 Selbi Bayramovna ilə xx xxxxxxxx 2009-cu il tarixdə nikaha daxil olmuş, birgə nikahlarından 2 övladları anadan olmuşdur. X16 ilə birgə nikaha daxil olanadək iddiaçının mülkiyyətində Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, 91 ünvanında yerləşən qeyri-yaşayış sahəsi və ünvan 8 10 ünvanında tikilən yeni binanın 6-cı mərtəbəsində 11 saylı mənzil mövcud olmuşdur. Həmçinin, cavabdeh X16 ilə birgə nikah dövründə iddiaçı tərəfindən Bakı şəhəri, Neftçilər prospekti 151 ünvanında yerləşən “X26” binalarından 1503 B saylı mənzilin əldə edilməsinə dair onunla “xxxx” MMC şirkəti (VÖEN: **********) arasında xx xxxx 2013-cü il tarixli, PBR 730 saylı müqavilə bağlanmışdır. İddiaçı Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxxx 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, sonuncu Bakı İstintaq Təcridxanasında olarkən cavabdeh X4 iştirakı olmadan ona məxsus olan bütün daşınar və daşınmaz əmlaklara dair bütün səlahiyyətləri özündə əks etdirən Bakı şəhəri 17 saylı notariat kontorunda rəsmiləşdirilmiş xx xxxx 2016-cı il tarixli, 7E-1236 reyestr nömrəli etibarnamə vermişdir. xx xxxx 2016-cı il tarixdə X6 verilmiş etibarnamə əsasında xx xxxx 2004-cü il tarixli orderə əsasən ayrılmış ünvan 9 ünvanında tikilən yeni binanın 6-cı mərtəbəsində 11 saylı mənzil Bakı şəhəri 46 saylı Notariat kontorunda 280.000 manata X5, Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, 91 ünvanında yerləşən qeyri-yaşayış sahəsi sözügedən etibarnamə əsasında 2016-cı ilin noyabr ayında 400.000 ABŞ dollarına satmış və satışdan əldə edilən həmin vəsaitdən “xxxx” MTK şirkətinə iddiaçının adından 442.724 manat ödəniş etmiş, Bakı şəhəri, Neftçilər prospekti 151 ünvanında yerləşən “X26” binalarından 1503 B saylı mənzili xx xxxxxx 2016-cı il tarixdə cavabdehin adına rəsmiləşdirilmişdir. Qaradağ Rayon Məhkəməsinin məhkumun şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə xx xxxxxxxx 2017-ci il tarixli, 7(002)-854/2017 saylı qərarı ilə İddiaçı çəkilməmiş qalan cəzasını çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Apelyasiya şikayətlərinin məzmunundan görünür ki, iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsini iddianın rədd olunmuş hissəsində, cavabdeh isə iddianın təmin olunmuş hissəsində mübahisələndirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2005-ci il tarixli qərarında məhkəmələrin diqqəti Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə əsasən qətnamənin qanuni və əsaslı tərtib olunmasının zəruriliyinə cəlb edilmiş, məhkəmə qətnaməsinin maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edildiyi vurğulanmışdır. Həmin qərarda məhkəmələrə tövsiyyə olunmuşdur ki, “qətnamənin məzmunu giriş, təsviri, əsaslandırıcı və nəticə hissələrindən ibarət olub, həmin ardıcıllıqla Azərbaycan Respublikası MPM-nin 220-ci maddəsində göstərilən məlumatları əks etdirməlidir. Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir”. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apelyasiya baxışının hədlərini qətnamənin həm iddianın təmin, həm də rədd olunmasına dair hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Kollegiya ilk öncə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Qətnamədən hər iki tərəf apelyasiya şikayəti verdiyindən Kollegiya ilkin olaraq iddiaçının apelyasiya şikayəti üzrə dəyərləndirmə aparılmasını məqsədə müvafiq sayır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən Mülki Prosessual Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Kollegiya qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsiplərinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktlara istinad etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Azərbaycan Respublikası MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. İş üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlı olduğundan, bu məsələyə dair İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi də mühüm əhəmiyyət kəsb edir. Belə ki, Mahmudov Rusiyaya qarşı iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında həmin Məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§ 93). Məhkəmə Kollegiyası, işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən müddəalarını nəzərə alaraq hesab edir ki, rədd olunan iddia tələbi üzrə iddiaçı öz tələbini əsaslandıra və bununla bağlı hər hansı mötəbər sübutlar təqdim edə bilmədiyindən birinci instansiya məhkəməsi iddianı həmin hissədə rədd etməkdə haqlı olmuşdur. Belə ki, iddia ərizəsindən, həm də apelyasiya şikayətinin məzmunundan aydın olur ki, iddiaçı həbs olunan ərəfədə evdə olan 90.000 ABŞ dollarını cavabdehdən tələb etsə də, cavabdeh evdə həmin pul məbləğinin olmasını etiraf etməmiş, iddiaçı isə tələb edilən pulun əldə edilmə mənbəyi və mövcudluğu barəsində nə birinci instansiya məhkəməsinə, nə də apelyasiya instansiyası məhkəməsinə hər hansı mötəbər sübut təqdim etməmişdir. Birgə nikah dövründə əldə edilmiş, ** LL *** d/q nişanlı, boz rəngli, 2013-cü il istehsalı olan “X28 Rover Vogue” markalı avtomobilin satışından əldə edilmiş 60.000 ABŞ dollarından qalan 10.000 ABŞ dollarının ödənildiyi gün Mərkəzi Bankın müəyyən etdiyi məzənnə ilə manatla cavabdeh X7 tutulmasına dair apelyasiya şikayətinin dəlililinə gəldikdə isə «X28 Rover Vogue» markalı ** LL *** dövlət qeydiyyat nişanlı avtomobilin 60.000 ABŞ dollarına, həm də iddiaçı tərəfindən satılması işin mübahisəsiz halıdır. İş materiallarından müəyyən olunur ki, iddiaçı ** LL *** d/q nişanlı, boz rəngli, 2013-cü il istehsalı olan “X28 Rover Vogue” markalı avtomobilin satışından əldə edilmiş 60.000 ABŞ dollarından qalan 10.000 ABŞ dollarının əsası kimi satış məbləğinin cavabdehlə bölərkən ona 20000 ABŞ dollarının verilməsini, qalan 10000 ABŞ dollarının isə vəd verilməsinə baxmayaraq hazırki vaxta kimi qaytarılmamasına istinad etsə də, cavabdeh nikah müddətində əldə etdikləri «X28 Rover Vogue» markalı ** LL *** dövlət qeydiyyat nişanlı avtomobilin satışından məlumatı olmamasını, avtomobilin satışından əldə edilən pulun ona verilməməsini bildirmişdir. İş materiallarında da, avtomobilin satışından əldə edilmiş pulun cavabdehdə olmasına dair də hər hansı sübut mövcud deyildir. Əksinə, iş materiallarına əlavə edilmiş, Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(006)-250/2019 saylı qətnaməsi ilə müəyyən edilmişdir ki, ** LL *** d/q nişanlı, boz rəngli, 2013-cü il istehsalı olan “X28 Rover Vogue” markalı avtomobil tərəflərin birgə nikahları dövründə əldə edilsə də, həmin avtomobil tərəflər birgə təsərrüfat apardıqları vaxt ailənin ümumi mənafeyi naminə faktiki olaraq, digər qaydada özgəninkiləşdirilərək, əldə edilən vəsait ailənin ümumi qayğılarının həll edilməsi üçün sərf edilmişdir. İş materiallarından da müəyyən olunur ki, avtomobil xx xxxx 2017-ci ildə satılmış, cavabdeh boşama barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi yanvar 2018-ci il tarixədək tərəflər birgə təsərrüfat aparmışlar. Eyni zamanda, kollegiya sözügedən avtomobilin iddiaçı tərəfindən satılması, avtomobil satılan ərəfədə tərəflər arasında olan münaqişəli vəziyyət mövcudluğunu nəzərə alaraq, avtomobilin satışından əldə edilən pulun yarıya bölünməsi və bu zaman iddiaçıya verilən 30000 ABŞ dolları məbləğində puldan 10000 ABŞ dollarının ödənilməməsinə dair dəlilini ağlabatan mühakimə hesab etmir. Qeyd edilənlərə əsasən Kollegiya birinci instansiya məhkəməsinin bu hissədə iddianın rədd olunmasına dair nəticəsini qanuni və əsaslı sayır. İddiaçının həbsdə olduğu müddət ərzində ona məxsus əmlakın satışından əldə edilən pulların iddiaçının özünün, ailənin ehtiyaclarına, tələbatına, o cümlədən yaşadıqları və təmir etdikləri mənzil üzrə mövcud olan borcun bağlanmasına dair cavabdehin apelyasiya şikayətinin dəlillərinə gəldikdə isə bu dəlillər formal mülahizələrdən ibarət olub, iş materialları ilə öz təsdiqini tapmır. Belə ki, cavbdeh iddiaçıya məxsus olmuş ünvan 8 10 ünvanında yerləşən 11 saylı mənzil nikahdan əvvəl ona məxsus olsa da nikah müddətində mənzilin təmirinə və avadanlıqlarına külli miqdarda vəsait sərf edildiyindən, avadanlıqlar dəyişdirildiyindən AR Ailə Məcəlləsinin 35-ci maddəsinə əsasən birgə mülkiyyət statusunda olmasını bildirsədə, cavabdeh bu hallara dair heç bir mötəbər və tutarlı sübut nə birinci instansiya məhkəməsinə, nə də apelyasiya instansiya məhkəməsinə təqdim etməmiş, həmçinin də, iş materiallarında sözügedən mənzilin tərəflərin (ər-arvadın) birgə mülkiyyəti hesab edilməli olmasına dair məhkəmə qərarı müəyyən edilməmişdir. Əksinə, cavabdehin iddiaçıya məxsus əmlakları sonuncunun verdiyi etibarnamə əsasında sataraq əldə etdiyi pulları mənimsəməsi faktı tərəflər arasında olmuş digər məhkəmə çəkişmələri zamanı qəbul edilmiş və qanuni qüvvəsini almış məhkəmə qətnamələrində də öz əksini tapmışdır. Belə ki, iş materiallarında olan qanuni qüvvəsini almış Nəsimi Rayon Məhkəməsinin qətnamələri ilə müəyyən edilmişdir ki, X16 ünvan 8 10, ünvanında tikilən yeni binanın 6-cı mərtəbəsində 11 saylı mənzili 180 000 ABŞ dollara sataraq “xxxx” MTK-nın ödənişlərinin müəyyən hissəsini həyata keçirmək məqsədi ilə İddiaçı tərəfindən ona verilmiş etibarnamə əsasında onun tərəfindən həmin mənzil satılsa da, pulu tam olaraq mənimsənilmiş və satışdan əldə edilən vəsait ödənişlərə sərf edilməmişdir. Bundan sonra Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, 91 ünvanında yerləşən qeyri-yaşayış sahəsi İddiaçı heç bir məlumat verilmədən 2016-cı ilin noyabr ayın 26-sı 470.000 manata satılmış və satışdan əldə edilən həmin vəsaitdən 2016-cı ilin noyabr ayın 28-i “xxxx” MTK şirkətinə İddiaçı adından 442.724 AZN ödənilərək, Bakı şəhəri, Neftçilər prospekti 151 ünvanında yerləşən “X26” binalarından 1503 B saylı mənzil xx xxxxxx 2016-cı il tarixdə müxtəlif qanunsuz və dolayısı yollarla 1 gün müddətində məqsədyönlü əvvəlcədən Lalə Bağırova ilə əlbir olub müxtəlif əməliyyatları həyata keçirməklə öz adına rəsmiləşdirilmişdir. Belə ki, xx.xx.2016cı ildə X16 İddiaçı məxsus olan Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, 91 ünvanında yerləşən qeyri-yaşayış sahəsini İddiaçı adından 46 saylı DNK-nin xx.xx.2016-cı il tarixli 4Ə-273 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X3. xx xxxxxx 2016-cı il tarixdə Bakı şəhəri, Neftçilər prospekti 151 ünvanında yerləşən “X26” binalarından 1503 B saylı mənzil X16 tərəfindən İddiaçı cəza çəkdiyi müddətdə onun razılığı olmadan, etibarından sui-istifadə edilərək özgəninkiləşdirilmişdir. Eyni zamanda S.Kekilliyeva Bakı şəhəri, Neftçilər prospekti 151 ünvanında yerləşən “X26” binada 1503 B saylı mənzil xx xxxxxx 2016-cı il tarixdə müxtəlif yollarla 1 gün müddətində müxtəlif əməliyyatları həyata keçirməklə öz adına rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 782.1-ci maddəsinin tələblərinə görə vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur. Bunula yanaşı, Kollegiya bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi tərəflərin birgə nikahdan olan övladlarının təhsil haqqının iddiaçıya məxsus yaşayış və qeyri-yaşayış sahələrinin satışından əldə edilmiş puldan ödənilməməsinə dair səhv nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsi həmin hissədə cavabdehin etirazının dəlilləri ilə razılaşmamasını tərəflərin övladlarının xeyli müddətdir ki, “Oxbridge Academy” təhsil müəssisəsində təhsil alması, uşaqların təhsil haqları iddiaçının həbsindən də əvvəl, həbs müddətində, eləcə də, ondan sonra da ödənildiyindən, bu ödənişlərin iddiaçının özünə məxsus olan əmlaklardan əldə edilən vəsaitlərlə əlaqələndirməsinin inandırıcı olmaması ilə əsaslandırmış və hesab etmişdir ki, iddiaçı həbs edilməsəydi belə, uşaqların təhsil haqları ödəniləcəkdir və bu ödənişlər əvvəllər də həyata keçirilmişdir. İş materiallarina əlavə edilmiş “Oxbridge Academy”–nin icraçı direktoru tərəfindən imzalanmış və möhürlənmiş arayışdan müəyyən olunur ki, tərəflərin birgə nikahdan olan övladlarının hər birinin illik təhsil haqqı 5000 ABŞ dolları təşkil edir. İş materiallarından və tərəflərin izahatlarından müəyyən edilmişdir ki, iddiaçı həbs olunduqdan sonra ailənin yeganə qazanc mənbəyi Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, 91 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin (xx xxxxxx 2016-cı il tarixədək) icarəyə verilməsindən aylıq əldə edilən 3000 manat olmuşdur. Belə olan halda, bu gəlirin yalnız ailənin tələbatını (ərzaq, geyim, kommunal ödənişlər və sair) ödəməklə yanaşı, həm də tərəflərin birgə nikahdan olan övladlarının təhsil haqqının ödənilməsi ( 2 nəfər üçün ilə 10.000 ABŞ dolları=34.000 manat) üçün kifayət etməsi real və inandırıcı deyildir. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. İşin faktiki hallarını, yuxarıda qeyd edilən qanunvericilik normalarını nəzərə alaraq Kollegiya hesab edir ki, Bakı şəhəri, Yasamal rayonu, Z.Əhmədbəyov küçəsi, 10 saylı evin 11 saylı mənzilinin X8 adından yazılmış və 46 saylı Notariat Kontorunda təsdiq edilmiş ərizə əsasında X17 adına 280.000 manata satılaraq rəsmiləşdirilməsi Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(009)-3294/2018 saylı qətnaməsi ilə müəyyən edildiyindən, həmcinin iddiaçıya məxsus olan Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, 91 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin satışından əldə edilən 470.000 manat məbləğindən «X26» binasının 1503B saylı mənzili üçün 442.724 manat məbləğində ödəniş edildiyindən, 27.276 manat pul cavabdehdə qaldığından, qeyd edilən əmlaklar iddiaçı tərəfindən birgə nikah dövründən əvvəl əldə edildiyindən, həmin əmlakın satışından əldə etdiyi pulların ailənin ehtiyaclarına, tələbatına və yaşadıqları və təmir etdikləri mənzil üzrə mövcud olan borcun ödənilməsinə sərf etdiyini (birgə nigahdan olan iki övladlarının təhsil aldığı “Oxbridge Academy” təhsil müəssisəsinə edilən təhsil haqqı istisna olmaqla) cavabdeh sübut edə bilmədiyinə görə, bu pulu, yəni 317.276 -34.000 =283.276 manatı etibarnamə ilə təmsil etdiyi şəxsə verməli olduğundan cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Beləliklə, məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, cavabdehin apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən-307.276 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində dəyişdirilərək, cavabdeh X12 283.276 (iki yüz səksən üc manat iki yüz yetmiş altı) manat tutlaraq İddiaçı xeyrinə ödənilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalı, iddiacının apelyasiya şikayəti təmin olunmamalıdır Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.3, 392 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiacının apelyasiya şikayəti təmin olunmasın. Cavabdehin apelyasiya şikayəti qismən təmin edilsin. Nəsimi Rayon Məhkəməsinin 2(006)-1887/2019 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qətnaməsi iddianın qismən təmin edilmiş hissəsində-307.276 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi- dəyişdirilsin. Cavabdeh X12 283.276 (iki yüz səksən üc manat iki yüz yetmiş altı) manat tutlaraq İddiaçı xeyrinə ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: İmza Hakimlər: İmzalar Əsli ilə düzdür: Sədrlik edən: M.N.Tağızadə
Məhkəmə qərarları › İş №2(103)-610/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-610/2020
18.03.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver