Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6103/2024 28.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), X2 və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Janashia Leilaya qarşı (X1, Dövlət Vergi Xidməti və Dövlət Gömrük Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-103/2024 nömrəli 16 sentyabr 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-103/2024 nömrəli 15 mart 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh Janashia Leiladan 68.183 ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) və 2500 manat məbləğində pul və 408,41 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı ödənilməsi, keçirilmiş ekspertizanın xərci olan 138 manat məbləğində pul vəsaitinin cavabdeh Janashia Leiladan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamə xx.xx.2024-cü il tarixdə İddiaçı elektron kabinetinə yerləşdirilmişdir. Hazırda iddiaçı qətnamədən apellyasiya şikayəti, eləcə də prosessual müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə Azərbaycanı tərk etmiş və xx.xx.2024-cü il tarixdə geri Azərbaycana qayıtdığından, Yasamal Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnaməsindən xəbərsiz olmuş və xx.xx.2024-cü il tarixdə geri qayıtdıqdan sonra bu barədə ona məlum olmuşdur. Ona görə də hesab edir ki, qətnamədən apellyasiya şikayətinin verilməsi müddətinin buraxılması üzürlü hesab edilməlidir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-103/2024 nömrəli 16 sentyabr 2024-cü il tarixli qərardadı ilə ərizə rədd edilmişdir. Həmin qərardaddan iddiaçının verdiyi şikayət məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respulikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) müvafiq olaraq prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir (maddə 128.1). Apelyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər (maddə 360). Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur (maddə 130.1). Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir (maddə 133.1). Məhkəmə belə qənaətə gəlmişdir ki, müvafiq qətnamə 10 aprel 2024-cü il tarixdə “Azemis” X4 vasitəsilə İddiaçı elektron kabinetinə yerləşdirilmişdir. Belə olduğu halda, iddiaçının xaricdə olması səbəbindən məhkəmə qətnaməsindən xəbərsiz olmasına dair gətirdiyi səbəb məhkəmə tərəfindən əsassız hesab olunur. Bundan əlavə, iddiaçı ərizəsində həqiqətən də, onun tərəfindən müddətin üzrlü səbəbdən buraxılmasını təsdiq edən halları və bu halları təsdiq edən sübutları göstərməmişdir. Göründüyü kimi qətnamə xx.xx.2024-cü il tarixdə iddiaçının, eyni zamanda onun nümayəndəsi-vəkili X5 elektron kabinetinə yerləşdirilmişdir. Apellyasiya şikayəti isə xx.xx.2024-cü il tarixdə həmin nümayəndə-vəkil tərəfindən verilmişdir. Kollegiya hesab edir ki, məhkəmə düzgün nəticəyə gəlmişdir. Prosessual müddətin ötürülməsi üzrlü səbəbdən baş verməmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddiaçı tərəfindən apellyasiya şikayəti vermək üçün prosessual müddətin üzrlü səbəb olmadan buraxıldığı barədə qənaətə gəlmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-103/2024 nömrəli 16 sentyabr 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-6103/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6103/2024
28.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver