Məhkəmə qərarları › İş №2(103)-6105/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6105/2024

30.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6105/2024 30.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Şərur MTK-ın Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: müddətin bərpa edilməməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X2 ibarət tərkibdə, İddiaçı Şərur MTK-ın Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(010)-1953/2024 saylı qərardadından Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1953/2024 nömrəli, 06 iyun 2024cü il tarixli qətnaməsinə əsasən iddia tələbi qismən təmin edilərək, Cavabdeh 135000 manat pul vəsaiti və 420 manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı Şərur MTK-ya ödənilməsi qət edilmişdir. Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil xx.xx.2024-cü il tarixdə apellyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 06 iyun 2024-ci il tarixli, e-2(008)-1953/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi apellyasiya şikayətini qəbul edərək, baxılması üçün şikayəti mülki işlə birlikdə, Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5205/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadına əsasən iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş 06 iyun 2024-cü il tarixli qətnamədən Cavabdeh verdiyi apellyasiya şikayəti üzrə apellyasiyanın qeyri-mümkün hesab edilməsi və apellyasiya şikayətinin qaytarılması məsələsinin həll edilməsi üçün mülki işin Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil qeyd olunan qətnamədən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş müddətin bərpa edilməsinə dair ərizə verərək, buraxılmış prosessual müddəti üzürlü hesab edilərək bərpa edilməsini və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-1953/2024 nömrəli, 06 iyun 2024-ci il tarixli qətnaməsindən verdikləri apellyasiya şikayətini baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-1953/2024 nömrəli, xx.xx.2024cü il tarixli qərardadına əsasən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 1953/2024 nömrəli, 06 iyun 2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsinə dair Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil ərizəsi təmin edilməmişdir. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 360-cı maddəsinə görə, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş 1 aylıq müddətin axımı qətnamənin tərəfə rəsmi təqdim edildiyi vaxtdan başlayır. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən edilmiş çıxarışdan görünür ki, Sabunçu Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnaməsi cavabdehin vəkili (nümayəndəsi) Vəkil elektron kabinetinə xx.xx.2024-cü il tarixdə yerləşdirilmişdir. Belə olan halda, cavabdehə münasibətdə qətnamədən apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin sonuncu günü xx.xx.2024-cü il tarix olmuşdur. Lakin Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, cavabdeh apellyasiya şikayətini elektron kabinet vasitəsi ilə xx.xx.2024-cü il tarixdə verilmişdir. Bu halı nümayəndə və vəkilin Bakı şəhərində olmaması ilə əsaslandırmışdır. Məhkəmə hesab edir ki, məhkəmənin qəbul etdiyi qətnamədən Cavabdeh özü şikayət verə bilərdi, həmçinin nümayəndəsi və vəkilinin məhkəmə qətnaməsindən şikayət verməsi üçün onun Bakı şəhərində olması mütləq əsas deyildir. Belə ki, elektron kabinet vasitəsilə Azərbaycan Respublikasının istənilən yerindən internet vasitəsi ilə vəkil apellyasiya şikayətini yükləyə bilərdi. Müddətin bərpası barədə ərizədə göstərilən halları məhkəmə üzürlü hal kimi qəbul etmir. Qanunun məzmunundan göründüyü kimi buraxılmış müddətin bərpası üçün əsas həmin müddətin üzürlü səbəbdən buraxılması və bunun məhkəmə tərəfindən üzürlü hesab edilməsidir. Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-1953/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından şikayət verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 13 sentyabr 2024-cü il tarixli, e- 2(008)-1953/2024 nörəli qərardadının ləğv edilməsi və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi, əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı Şərur MTK Cavabdeh qarşı pul tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 108 ton armatur üçün ödənilmiş 135250 manat pulun cavabdehdən tutularaq kooperativə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin iş № e-2(008)-1953/2024 saylı 06 iyun 2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Həmin qətnaməni xx.xx.2024-cü il tarixdə rəsmi qaydada qəbul edərək tanış olmuş, hesab edir ki, qətnamə maddi və prossesual hüquq normalarının pozulması ilə çıxarılmışdır. 24 iyul 2024-cü il tarixdə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin iş № e-2(008)-1953/2024 saylı 06 iyun 2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə apellyasiya şikayətini qəbul edərək, baxılması üçün şikayəti mülki işlə birlikdə, Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5205/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadına əsasən iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş 06 iyun 2024-cü il tarixli qətnamədən Cavabdeh verdiyi apellyasiya şikayəti üzrə apellyasiyanın qeyrimümkün hesab edilməsi və apellyasiya şikayətinin qaytarılması məsələsinin həll edilməsi üçün mülki işin Sabunçu Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5205/2024 nömrəli 21 avqust 2024-cü il tarixli qərardadı ilə həmin qətnamədən apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddət iki gün ötürüldüyündən və buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə verilmədiyindən, apellyasiya şikayəti qeyri-mümkün hesab edilmiş və sonrakı prosessual hərəkətlərin yerinə yertirilməsi üçün mülki iş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. 03 sentyabr 2024-cü il tarixdə qeyd olunan qətnamədən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş müddətin bərpa edilməsinə dair ərizə verərək, buraxılmış prosessual müddəti üzürlü hesab edilərək bərpa edilməsini və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-1953/2024 nömrəli, 06 iyun 2024-ci il tarixli qətnaməsindən verdikləri apellyasiya şikayətini baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Buraxılmış prosessual müddəti üzürlü hesab edilərək bərpa edilməsi barədə ərizəni onunla əsaslandırmışdır ki, qətnamə onun elektron kabinetinə 21 iyun 2024-cü il tarixdə yerləşdirilmiş, qətnamədən apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin sonuncu günü 22 iyul 2024-cü il tarix olmuşdur. Həmin ərəfədə Lənkəran rayonunda yaxın qohumunun vəfatı ilə əlaqədar Bakı şəhərində olmamış, 23 iyul 2024-cü il tarixdə axşam Bakı şəhərinə qayıtdıqdan sonra 24 iyul 2024-cü il tarixdə apellyasiya şikayətini elektron kabinet vasitəsi ilə vermişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin iş № e-2(008)-1953/2024 saylı 13 sentyabr 2024-cü il tarixli qərardadı ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1953/2024 nömrəli, 06 iyun 2024- cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsinə dair ərizəsi əsassız hesab olunaraq təmin edilməmişdir. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə görə, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş 1 aylıq müddətin axımı qətnamənin tərəfə rəsmi təqdim edildiyi vaxtdan başlayır. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən edilmiş çıxarışdan görünür ki, Sabunçu Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnaməsi cavabdehin vəkili (nümayəndəsi) Vəkil elektron kabinetinə xx.xx.2024-cü il tarixdə yerləşdirilmişdir. Belə olan halda, cavabdehə münasibətdə qətnamədən şikayətinin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin sonuncu günü xx.xx.2024-cü il tarix olmuşdur. Lakin Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, cavabdeh apellyasiya şikayətini elektron kabinet vasitəsi ilə xx.xx.2024-cü il tarixdə verilmişdir. Bu halı nümayəndə və vəkilin Bakı şəhərində olmaması ilə əsaslandırmışdır. Məhkəmə hesab edir ki, məhkəmənin qəbul etdiyi qətnamədən Cavabdeh özü şikayət verə bilərdi, həmçinin nümayəndəsi və vəkilinin məhkəmə qətnaməsindən şikayət verməsi üçün onun Bakı şəhərində olması mütləq əsas deyildir. Belə ki, elektron kabinet vasitəsilə Azərbaycan Respublikasının istənilən yerindən internet vasitəsi ilə vəkil apellyasiya şikayətini yükləyə bilərdi. Müddətin bərpası barədə ərizədə göstərilən halları məhkəmə üzürlü hal kimi qəbul etmir. Hesab edir ki, birinci instansiya məhkəməsinin buraxılmış prosessual müddətin bərpası haqqında ərizəsinə münasibəti ədalətsiz olmuşdur. Belə ki, əvvələn, prosessual müddət həftələrlə, aylarla deyil, cəmi iki gün buraxılmışdır, səbəbi də bundan ibarət olmuşdur ki, həmin ərəfədə Lənkəran rayonunda mərhum dayısının kürəkəni və eyni zamanda da orta məktəbdə müəllimi olmuş hörmətli bir ziyalının, el ağsaqqalının vəfatı ilə əlaqədar 21-22 və 23 iyul 2024-cü il tarixlərdə Bakı şəhərində olmaması, bununla bağlı hansısa orqandan arayış alaraq məhkəməyə təqdim etmək və ya həmin faktı təsdiq etməkdən ötrü kənddən Bakıya – məhkəmə iclasına bir neçə şahid gətirmək qeyri-mümkündür, bu, gülünc və absurd bir hərəkət olardı, ikincisi, o, 23 iyul 2024-cü il tarixdə axşam Bakı şəhərinə qayıtdıqdan sonra 24 iyul 2024-cü il tarixdə apellyasiya şikayətini elektron kabinet vasitəsi ilə vermişdir. Bununla bağlı hakim qərardadda göstərmişdir ki, məhkəmənin qəbul etdiyi qətnamədən Cavabdeh özü şikayət verə bilərdi, həmçinin nümayəndəsi və vəkilinin məhkəmə qətnaməsindən şikayət verməsi üçün onun Bakı şəhərində olması mütləq əsas deyildir. Belə ki, elektron kabinet vasitəsilə Azərbaycan Respublikasının istənilən yerindən internet vasitəsi ilə vəkil apellyasiya şikayətini yükləyə bilərdi. Bununla bağlı bildirir ki, Cavabdeh şəxsi işləri ilə əlaqədar uzun müddətdir ki, Respublikadan kənardadır, etibarnamə əsasında onu Respublikada o təmsil edir, digər tərəfdən, yaşadığı Lənkəran rayonunun ucqar dağ kəndində hələlik internet olmadığına görə oradan elektron kabinet vasitəsilə internet vasitəsi ilə apellyasiya şikayətini yükləmək qeyri-mümkündür. Hesab edir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 13 sentyabr 2024-ci il, tarixli № e-2(008)-1953/2024 saylı qərardadı ləğv edilməli və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətlər yerinə yetirilməli, əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1953/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadına əsasən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)- 1953/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayət ərizəsi təmin edilməmiş, 7 gün müddətinə şikayət baxılması üçün mülki iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır. Tətbiq edilən hüquq normaları Azərbaycan Respublikasının Konstitusiyası Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Maddə 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Maddə 357.2. Həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Prokuror bu Məcəllənin 50-ci, 306-cı və 355-1.1-ci maddələrində göstərilən hallarda məhkəmə baxışında iddiaçı və ya ərizəçi olarsa, məhkəmə aktlarından protest verə bilər. Maddə 360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Maddə 363.1. Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: 363.1.3. apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə; Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; Maddə 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 08 may 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, «… qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPMin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.» Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə). Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Mülki işdən görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1953/2024 nömrəli, 06 iyun 2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti vermək üçün qanunla müəyyən olunmuş müddəti ötürən Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil aşağıda qeyd olunan halların müddətin bərpa edilməsi üçün üzürlü səbəblər kimi qəbul edilməli olmasını hesab edir: 1.nümayəndənin yas mərasimində iştirak etməsi;

2. nümayəndənin olduğu yerdə internet olmadığına görə elektron kabinet vasitəsilə apellyasiya şikayətinin vaxtında məhkəməyə təqdim edilməsinin mümkün olmaması; 3. müddətin 2 gün ötürülməsi; 4. cavabdehin ölkədə olmaması: Kollegiya qeyd edir ki, prosessual müddətlər məhkəmə aktından şikayət vermək hüququ olan şəxlər (tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər, maraqlı şəxslər, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər) üçün müəyyən edildiyindən, cavabdehi təmsil edən nümayəndənin (vəkilin) özü ilə bağlı səbəblərə görə müddətin ötürülməsi qanuni qüvvəsini alan məhkəmə aktından apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin üzrlü səbəblərdən baş verməsi qənatinə gəlmək üçün əsas ola biləz. Belə ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Bundan başqa qanunvericiliklə ötürülmüş müddətin neçə gün ərzində deyil, üzrlü səbəblərdən baş verdiyi halda bərpa edilməsinin mümkün olduğu müəyyən etmişdir. Daha sonra tərəfin yalnız ölkə xaricində olması halı da, müddətin üzürlü hesab edilərək bərpa edilməsi üçün əsas ola bilməz. Belə ki, onu qane etməyən məhkəmə aktından cavabdeh özü və ya digər nümayəndəsi vasitəsi ilə də apellyasiya şikayəti vermək imkanına malikdir. Hazırkı işdə məhkəmə aktını vaxtında alan, ona həvalə edilən tapşırığın icrasını müddətin sonuncu günlərinə saxlayan cavabdehin nümayəndəsi (vəkili) buraxılmış müddətin ötürülməsini cavabdehin deyil, özünün iradəsindən asılı olmayan səbəblərlə, cavabdehin isə başqa ölkədə olması ilə əsaslandırmağa çalışsa da, bu barədə hər hansı bir sübutunu şikayətinə də əlavə etməmişdir. İstinad olunanlara əsasən kollegiya cavabdehin nümayəndəsinin ərizəsində qeyd etdiyi halları buraxılmış prosessual müddətin bərpa edilməsi üçün üzürlü səbəb hesab etməyən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq belə qənaətə gəlir ki, cavabdehin nümayəndəsi tərəfindən mübahisələndirilən məhkəmə aktı şikayət verilə bilən hüquq pozuntusuna əsaslanmadığından şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı isə dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası

qərara aldı:

Şikayət təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(010)- 1953/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar