Məhkəmə qərarları › İş №2(103)-6108/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6108/2021

02.07.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6108/2021 02.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3 oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı “mənzilin açıq hərracdan satılması və satışından əldə olunmuş vəsaitin paylara uyğun ödənilməsi və pay hüquqlarının kompensasiyasının cavabdehə ödənilməsi ilə pay hüquqlarına xitam verilməsi” tələbi dair və qarşılıqlı iddia üzrə iddiaçı Ağayeva (İsayeva) Xəzəngül İsa qızının cavabdeh İddiaçı qarşı “pay hüquqlarının kompensasiyasının cavabdehə ödənilməsi ilə pay hüquqlarına xitam verilməsi və mənzilin açıq hərracdan satışından əldə olunmuş vəsaitin paylara uyğun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-25/2021 saylı, 28.01.2021-ci il tarixli qətnaməsindən ilkin iddia üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzilin açıq hərracdan satılması və satış pulunun ½ hissəsinin onun, ½ hissəsinin isə Cavabdeh ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ünvan 1 ünvanında yerləşən mənzilin naturada bölünməsi, bu mümkün olmadıqda isə həmin mənzilin açıq hərracdan satılması və satış pulunun ½ hissəsinin onun, ½ hissəsinin isə Cavabdeh ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 iyun 2018-ci il tarixli, 2(103)- 6545/2018 saylı qətnaməsi ilə ünvan 2 ünvanında yerləşən mənzilə onun 1/2 hissədə, Cavabdeh 1/2 hissədə payı müəyyən edilməklə həmin paya mülkiyyət hüquqları tanınmışdır. Həmin qətnamə AR Ali Məhkəməsinin 19 noyabr 2018-ci il tarixli, 2(102)-7523/2018 saylı qərarı ilə dəyişdirilmədən saxlanılaraq, qanuni qüvvəsini almışdır. O cavabdeh X.İsayevaya paylı mülkiyyətçi kimi dəfələrlə şifahi və yazılı təkliflər etmişdir ki, mənzili sataraq öz aralarında bölsünlər, yaxud da paylarını öz aralarında alsınlar. Lakin müraciətləri cavabsız qalmışdır. Cavabdeh ona məxsus hissəyə dair payın ayrılması üsulu və şərtləri haqqında təkliflərini, satın almaqda üstünlük hüququ ilə bağlı, ona aid hissəyə hüququn xitamı üçün kompensasiya təkliflərini bildirməyi ilə bağlı xahiş (bildirişini) ərizəyə əlavə edir. Cavabdehin onun müraciətlərinə müsbət reaksiya verdiyi üçün məhkəməyə müraciət etməli olmuşdur. 28.01.2021-ci il tarixli məhkəmə iclasında İddiaçı iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ünvan 2 ünvanında yerləşən mənzilin naturada bölünməsi, bu mümkün olmadıqda isə həmin mənzilin açıq hərracdan satılması və satış pulunun ½ hissəsinin onun, ½ hissəsinin isə Cavabdeh ödənilməsi barədə, Sumqayıt şəhəri, Corat qəsəbəsi, Corat Bağları ərazisi, 237 saylı bağ sahəsinin dəyərinin yarısının (6000 manat) onun tərəfindən Cavabdeh ödənilməklə onun həmin bağ sahəsinə mülkiyyət hüquqlarına xitam verilməsi və qeyd edilən bağ sahəsi üzərində İddiaçı tam mülkiyyət hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 08.04.2019-cu il tarixdə Cavabdeh qarşılıqlı iddia ərizəsi təqdim edərək, ilkin iddianın rədd edilməsi, ilkin iddiaçı ilə ½ pay hüququ ilə sahib olduğu Sumqayıt şəhəri, Corat qəsəbəsi, Corat Bağları ərazisində yerləşən 0.04 ha torpaq sahəsi və üzərindəki tikilinin, Nərimanov, Həsənoğlu küçəsi, məhəllə 851, ev 2-də yerləşən 21 saylı mənzilin və “BMV 318” markalı, **-VR-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin pay hüquqlarının kompensasiyasının cavabdehdən alınaraq Ağayeva (İsayeva) Xəzəngül İsa qızına verilməsi və kompensasiyanın ödənilməsi ilə pay hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Bildirirəm ki, ilkin İddiaçı paylı mülkiyyətimizin açıq hərracda satılması tələbinə dair 2(005)- 1800/2019 saylı mülki işi sizin ieraatınızdadır. Həmin mülki işin ilk məhkəmə baxışı 08.04.2019-cu ilə təyin edilmişdir. Mənim həmin mülki iş üzrə qarşılıqlı iddia ərizəsi vermək zərurətim yaranmışdır. Belə ki. ilkin iddiaçı ilə paylı mülkiyyətimiz təkcə ilkin iddiaçının bildirdiyi kimi Nərimanov, Həsənoğlu küç., məh.,851, ev 2, m.21 deyil. Nikahımızın pozulması və ar ıq bütün əlaqələrə son qoyulmalı olduğundan aramızda olan bütün paylı mülkiyyətlərin naturada bölgüsü vacib şərtdir. Belə ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)-225/2019 saylı, 12.02.2019-cu il tarixli qətnaməsi ilə birgə nikah dövüründə əldə olunmuş Sumqayıt şəhəri, Corat qəsəbəsi, Corat Bağlar ərazisində yerləşən 0.04 ha 2379Vsaylı torpaq sahəsi və BMV 318 markalı, 10VR 128 dövlət qeydiyyat nişanlı minik avtomobilinin üzərində /2 pay hüququmun müəyyən edilməsinin təmin edilməsi qət edilmişdir. Qeyd etmək istəyirəm ki. ilkin iddiaçının iddia ərizəsində qeyd edilən əmlakın hərracda satılmasına narazı olmaqla yanaşı, ilkin iddiaçı qanunvericilikdə nəzərdə tutulan pretenziya qaydasına riayət etməmiş və ilkin olaraq mənə bu barədə təklif göndərməmişdir. Belə bir təklif olmuş olsaydı mən ümumi paylı mülkiyyətimizdə olaıı əmlakların əvəzlənməsi yol ilə bunu qəbul edər, bu barədə pay dəyişmə müqaviləsi bağlayardım. Onu da vurğulamaq istəyirəm ki, qarşılıqlı iddia üzrə cavabdeh mənim payımı almaq istədiyini ərizəsində bildirir. Mən isə ona pay hüququmu salmaq istəmədiyimi bildirmədiyim halda onun mənzili hərracda satmaq istəməsi tam qanunsuzdur və iddia ərizəsi əsassızdır. Belə ki. ilkin iddiaçının hərracda satılmasını tələb etdiyi mənzil mənim yeganə daimi yaşayış məskənim olmaqla mənim həmin mənzildə xatirələrim və mənəvi bağlılığım var. Bu səbəbdən mən ilkin iddiaçının həmin mənzildəki pay hüququnu digər əmlaklardakı pay hüququmla əvəzləşdirmək və ya həmin əmlaklardakı pay hüququmu ona satmaq istəyərəm. İlkin iddia tələbindəki mənzilin pay hüququnun mənə verilməsi, mənim isə digər əmlaklardakı pay hüququmun ilkin iddiaçıya verilməsi ilə əvəzlənmənin və ya ilkin iddiaçının pay hüququnun mənə verilməsi və kompensasiyanın ödənməsi halında pay hüququna xitam verilməsini məhkəmədən xahiş edirəm. 28.01.20201-ci il tarixli məhkəmə iclasında qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 qarşılıqlı iddia tələbinin dəyişdirilməsinə dair ərizə təqdim edərək, Sumqayıt şəhəri, Corat qəsəbəsi, Corat Bağları ərazisi 2379 V saylı bağ sahəsinin dəyərinin ilkin iddiaçıya ödənməsi yolu ilə mülkiyyət hüquqlarına xitam verilərək X1, “BMV 318” markalı, **-VR-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin dəyərinin ilkin iddiaçıya ödənməsi yolu ilə mülkiyyət hüquqlarına xitam verilərək X1, Bakı şəhəri, Nərimanov rayonu , Həsənoğlu küçəsi, məhəllə 851, ev 2-də yerləşən 21 saylı mənzilin hərracda satılaraq dəyərinin tərəflər arasında bölünməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddia tələbinin dəyişdirilməsinə dair ərizəsinə əlavə təqdim edərək, “BMV 318” markalı, **-VR-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə mülkiyyət hüququnu əldə etdikdən sonra avtomobilin cavabdeh və digər şəxslərdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-25/2021 saylı, 28.01.2021-ci il tarixli qətnaməsi ilə ilkin iddia və qarşılıqlı iddia qismən təmin edilərək, ünvan 1 ünvanında yerləşən mənzilin açıq hərracda satılması, ünvan 1 ünvanında yerləşən mənzilin açıq hərracda ilkin satış qiymətinin 140 000 manat müəyyən edilməsi, ünvan 3 ünvanında yerləşən mənzilinin satışından əldə edilən vəsaitin tərəflərin paylarına uyğun, yəni ½ hissəsinin İddiaçı, ½ hissəsi Cavabdeh verilməsi, İddiaçı 2100 manat məbləğində kompensasiya ödənilməklə, “BMV 318” markalı, **-VR-*** dövlət qeydiyyat nişanlı avtomobilin 1/2 hissəsində mülkiyyət hüququna xitam verilməklə həmin avtomobilin Cavabdeh təhvil verilməsi qət edilmişdir (sədrlik edən: Solmaz Ədilova). Qətnamədən ilkin iddia üzrə Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilməyən hissəsində ləğv edilməsini xahiş etmişdir. Daha sonra ilkin iddia üzrə İddiaçı və qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə iddiadan imtina barədə ərizə təqdim edərək onun qəbul edilməsini xahiş etdilər. Kollegiya iclasında iştirak edən ilkin iddia üzrə İddiaçı iddiadan imtina barədə ərizənin qəbul edilməsini xahiş etdi. Kollegiya iclasında iştirak edən qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iddiadan imtina barədə ərizənin qəbul edilməsini xahiş etdi. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, ərizələr təmin edilməli, iddia tələblərindən imtina edilməsi barədə ərizələr təmin edilməli və mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 370.1-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunur. Həmin Məcəllənin 370.2-ci maddəsinə əsasən iddiadan imtinanın qəbul edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiadan imtina etmə, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə olunmalıdır. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19 və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Həmin Məcəllənin 261.0.4-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Şərh olunanlara əsasən, apellyasiya instansiya məhkəməsi hesab edir ki, İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı “mənzilin açıq hərracdan satılması və satışından əldə olunmuş vəsaitin paylara uyğun ödənilməsi və pay hüquqlarının kompensasiyasının cavabdehə ödənilməsi ilə pay hüquqlarına xitam verilməsi” tələbi dair və qarşılıqlı iddia üzrə iddiaçı Ağayeva (İsayeva) Xəzəngül İsa qızının cavabdeh İddiaçı qarşı “pay hüquqlarının kompensasiyasının cavabdehə ödənilməsi ilə pay hüquqlarına xitam verilməsi və mənzilin açıq hərracdan satışından əldə olunmuş vəsaitin paylara uyğun ödənilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilməklə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-25/2021 saylı, 28.01.2021-ci il tarixli qətnaməsi ləğv edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 191.1, 191.2, 263, 264, 370, 391, 400, 405.0.2-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: İlkin iddia üzrə İddiaçı və qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iddiadan imtinası qəbul edilsin. İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı “mənzilin açıq hərracdan satılması və satışından əldə olunmuş vəsaitin paylara uyğun ödənilməsi və pay hüquqlarının kompensasiyasının cavabdehə ödənilməsi ilə pay hüquqlarına xitam verilməsi” tələbi dair və qarşılıqlı iddia üzrə iddiaçı Ağayeva (İsayeva) Xəzəngül İsa qızının cavabdeh İddiaçı qarşı “pay hüquqlarının kompensasiyasının cavabdehə ödənilməsi ilə pay hüquqlarına xitam verilməsi və mənzilin açıq hərracdan satışından əldə olunmuş vəsaitin paylara uyğun ödənilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilməklə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-25/2021 saylı, 28.01.2021-ci il tarixli qətnaməsi ləğv edilsin. Qərardaddan 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar