Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6111/2024 30.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Sabah Tikinti Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Suraxanı Rayon İcra Şöbəsinə qarşı “icraata başlamaq haqqında qərarın ləğv olunması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: mülki iş üzrə icraata xitam verilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X* ibarət tərkibdə, İddiaçı Sabah Tikinti Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Suraxanı Rayon İcra Şöbəsinə qarşı “icraata başlamaq haqqında qərarın ləğv olunması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(0*0)- 4053/2024 saylı qərardadından iddiaçı Sabah Tikinti Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat İddiaçı Sabah Tikinti Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Suraxanı Rayon İcra Şöbəsinə qarşı “icraata başlamaq haqqında qərarın ləğv olunması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, Bakı Kommersiya Məhkəməsinin e-2-2(**3)-2470/2023 saylı 2*.09.2023-cü il tarixli icra sənədi üzrə Suraxanı Rayon İcra Şöbəsinin icra məmuru Teymur Bayramovun xx.xx.2024-cü il tarixdə icraata başlamaq haqqında qərarının ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(0*0)-4053/2024 nömrəli, 23 sentyabr 2024-cü il tarixli qərardadı ilə iddiaçı Sabah Tikinti Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Suraxanı Rayon İcra Şöbəsinə qarşı “icraata başlamaq haqqında qərarın ləğv olunması” tələbinə dair iddia ərizəsi üzrə işin icraatına xitam verilmişdir. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, “icraata başlamaq haqqında qərarının ləğv olunması barədə” tələb mülki məhkəmə icraatı qaydasında deyil, icra sənədlərinin icra edilməsinə məhkəmə nəzarəti qaydasında baxılır. Eyni zamanda, iş materiallarından görünür ki, icra sənədi Bakı Kommersiya Məhkəməsinə aiddir. Belə olan halda, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 23*.3-cü maddəsi (kommersiya məhkəməsinin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin kommersiya məhkəməsi və ya icra məmurunun olduğu yer üzrə müvafiq kommersiya məhkəməsi tərəfindən dayandırılır) analogiya üzrə tətbiq edilməklə, “icraata başlamaq haqqında qərarının ləğv olunması barədə” tələbə icra sənədlərinin icra edilməsinə məhkəmə nəzarəti qaydasında baxılmalı olduğu üçün Bakı Kommersiya Məhkəməsinə müraciət edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı Sabah Tikinti MMC-nin cavabdeh Suraxanı Rayon İcra Şöbəsinə qarşı “icraata başlamaq haqqında qərarın ləğv olunması” tələbinə dair iddia ərizəsi üzrə işin icraatına xitam verilməli və iddiaçıya qeyd olunan məsələ ilə bağlı işin icra sənədlərinin icra edilməsinə məhkəmə nəzarəti qaydasına baxılması üçün Bakı Kommersiya Məhkəməsinə müraciət edə biləcəyi hüququ izah edilməlidir. Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə İddiaçı Sabah Tikinti Məhdud Məsuliyyətli Cəmiyyəti şikayətlə məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(0*0)- 4053/2024 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılır ki, iddiaçı Sabah Tikinti MMC cavabdeh Suraxanı Rayon İcra Şöbəsinə qarşı “icraata başlamaq haqqında qərarın ləğv olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Kommersiya Məhkəməsinin e-2- 2(**3)-2470/2023 saylı 2*.09.2023-cü il tarixli icra sənədi üzrə Suraxanı Rayon İcra Şöbəsinin icra məmuru Teymur Bayramovun xx.xx.2024-cü il tarixdə icraata başlamaq haqqında qərarının ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e2(0*0)-4053/2024 nömrəli, 23 sentyabr 2024-cü il tarixli qərardadı ilə iddiaçı Sabah Tikinti Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Suraxanı Rayon İcra Şöbəsinə qarşı “icraata başlamaq haqqında qərarın ləğv olunması” tələbinə dair iddia ərizəsi üzrə işin icraatına xitam verilmişdir. Hesab edilir ki, Suraxanı Rayon Məhkəməsinin e-2(0*0)-4053/2024 nömrəli, 23 sentyabr 2024-cü il tarixli qərardadı qanunsuz və əsassızdır və bu səbəbdən ləğv olunmalıdır. Belə ki, şikayətə əsasən, məhkəmənin iş üzrə düzgün nəticəyə gəlmədiyi hesab edilir. MPM-nin 23*.3-cü maddəsində qeyd edilmişdir ki, məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanılmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. Hazırda icra sənədi Suraxanı Rayon İcra Şöbəsinin icraatında olduğundan Suraxanı Rayon Məhkəməsinə düzgün müraciət olunmuşdur. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(0*0)-4053/2024 saylı, 03.*0.2024-cü il tarixli qərardadına əsasən iddiaçı Sabah Tikinti Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(0*0)-4053/2024 saylı qərardadından verilmiş şikayətin təmin edilməməsi, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(0*0)-4053/2024 saylı qərardadının qüvvəsində saxlanılması və həmin qərardaddan verilmiş şikayətin iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şikayətə Azərbaycan Respublikası MPM-in *0.8-* və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır. Tətbiq edilən hüquq normaları Azərbaycan Respublikasının Konstitusiyası Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə *53.2. Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: *53.2.*. ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə; Maddə 26*.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 26*.0.*. iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə; Maddə 262.*. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Maddə 262.3. Bu Məcəllənin 26*.0.*-ci və ya 26*.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Maddə 23*.3. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2*.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması (bundan sonra - icra üzrə icraatın dayandırılması) məsələləri, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, kommersiya məhkəməsinin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin kommersiya məhkəməsi və ya icra məmurunun olduğu yer üzrə müvafiq kommersiya məhkəməsi tərəfindən dayandırılır. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması , habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara bu Məcəllənin 23*.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.*. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; Maddə 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.*. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. İcra haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 8.*. İcra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. Maddə 8.2. İcra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Maddə 8.5. Tərəflər icraata başlamaq haqqında qərardan, onun surətini aldıqdan sonra *0 gün müddətində məhkəməyə şikayət edə bilərlər. Maddə 26. İcra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Mülki işdən görünür ki, iddiaçı Bakı Kommersiya Məhkəməsinin e-2-2(**3)-2470/2023 saylı 2*.09.2023-cü il tarixli icra sənədi üzrə Suraxanı Rayon İcra Şöbəsinin icra məmuru Teymur Bayramovun xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərarının ləğv olunması üçün şikayətlə həmin icra sənədinin icraasına nəzarət edən məhkəməyə müraciət etməli olduğu halda, həmin qərarın ləğv edilməsi üçün iddia ərizəsi ilə iddia icraatı qaydasında Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət etmişdir. Birinci instasiya məhkəməsi iddia ərizəsini icraatına qəbul edərkən iddia ərizəsinin mülki məhkəmə icraatı qaydasında baxılmalı olmasını yoxlamalı olduğu halda bunu etməmiş, daha sonra səhvən icraatına götürdüyü iddia ərizəsi üzrə MPM-nin 26*.0, 26*.0.*-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə xitam vermiş, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququnu izah etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının tələbindən aydın görünür ki, o, qanuni qüvvəsini alan məhkəmə aktı əsasında verilmiş icra sənədi üzrə icra məmurunun qəbul etdiyi icra icraatına başlamaq haqqında qərardan narazıdır və bu qərarın ləğv edilməsini xahiş edir. Bunun üçün isə yeni iddia ərizəsi ilə deyil, icra məmurunun hərəkətlərindən məhkəmə aktlarının icrası ilə bağlı müraciətlər qaydasında şikayət vermək hüququnundan istifadə etməlidir. İstinad olunanlara əsasən Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin şikayətin geri qaytarılması barədə gəldiyi nəticə düzgün olduğundan şikayət təmin edilə bilməz. Belə ki, icra sənədi üzrə tərəflərin icraata başlamaq haqqında qərardan, onun surətini aldıqdan sonra *0 gün müddətində məhkəməyə şikayət vermək hüququna malikdirlər. Qeyd olunanlara əsasən Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (202*-ci il * oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 202*-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(0*0)-4053/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-6111/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6111/2024
30.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver