Məhkəmə qərarları › İş №2(103)-6121/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6121/2025

21.01.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6121/2025 21.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh 5 saylı “Bakı Asan” Xidmət Mərkəzində Notariat Ofisinə (X25, X13, X23 və X19 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi və miras əmlakda payın müəyyən edilməsi” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X9 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Abdullayeva Çiçək Pərviz qızının katibliyi, Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X7, Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslərin vəkili və nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı X25, X13, X23 və X19 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə cavabdeh 5 saylı “Bakı Asan” Xidmət Mərkəzində Notariat Ofisinə qarşı “mirasın qəbul olunması üçün buraxılmış müddətin üzürlü hesab edilərək bərpa olunması və miras əmlak üzrə payın müəyyən olunması” tələbinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 25 avqust 2025-ci il tarixli 2(007)- 1415/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. AZ-İİ seriyalı 371674 nömrəli ölüm haqqında notarial qaydada təsdiq olunmuş şəhadətnamənin surətindən görünür ki, X8 14 dekabr 1998- ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 23 iyul 2024-cü il tarixdə 733 nömrə ilə qeyd edilmişdir.

2. V-ЖT seriyalı 293159 nömrəli ölüm haqqında notarial qaydada təsdiq olunmuş şəhadətnamənin surətindən görünür ki, X26 14 dekabr 1998-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 22 dekabr 1998-ci il tarixdə 265 nömrə ilə qeyd edilmişdir.

3. AZ-İİ seriyalı 396574 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X10 26 noyabr 2004-cü il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 11 dekabr 2004-cü il tarixdə 903 nömrə ilə qeyd edilmişdir.

4. Bakı Şəhəri Nizami Rayon Qeydiyat Şöbəsi tərəfindən verilmiş 07 avqust 2024- cü il tarixli, 3-16-5/7-1060/69 nömrəli arayışdan görünür ki, Əvəz Fərrux-Mirzə oğlu ilə X10 xx.xx.1952-ci ildə nikaha daxil olmuşlar.

5. AZ-T seriyalı 256735 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx xxx 1959-cu il tarixdə, Bakı şəhərində anadan olmuşdur. X11, anası X10 qızıdır.

6. 5 saylı Bakı “Asan xidmət” Mərkəzində Notariat Ofisinin 13 yanvar 2025-ci il tarixli məktubundan görünür ki, iddiaçı xx.xx.2025-ci il tarixdə 5 saylı “Asan xidmət’’ mərkəzində fəaliyyət göstərən Notariat Ofisinə xx.xx.1998-ci il tarixdə vəfat etmiş atası X4 vərəsəlik işinin rəsmiləşdirilməsi ilə əlaqədar olaraq miras əmlaka dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi üçün müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243-cü maddəsində qeyd edilmişdir ki, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1246-cı maddə isə mirasın qəbul edilməsi üçün müddəti müəyyən edir. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Mirasın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müdddəti ötürdüyünündən müraciətini təmin etmək mümkün olmamışdır və məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur.

7. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1142/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin surətindən görünür ki, xx.xx.1929-cu il təvəllüdlü Bakı şəhərində anadan olmuş (Babayev) Əvəz Fərruxmirzə oğlunun xx.xx.1998-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilmişdir.

8. Bakı Şəhər Xəzər Rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixdə veriyi arayışın surətindən görünür ki, xx.xx.1929-cu il təvəllüdlü X8 1945-ci ildən xx.xx.1998-ci il tarixə (vəfat edənə) qədər ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olmuşdur.

9. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubunun surətindən görünür ki, mərhum X5 məxsus ünvan 2 ünvanına dair ilkin torpaq sənədlərinin və ilkin texniki pasportun surətinin verilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli müraciətinizə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi idarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, mərhum Babayev Eyvaz (sənəddə olduğu kimi) Fərruxmirzə oğlunun adına ünvan 2 saylı fərdi yaşayış evinə dair tərtib edilmiş texniki pasport İdarənin arxivində mövcuddur. Sözügedən texniki pasportun surətinin əldə edilməsi ilə bağlı hüquqi vərəsələr dairəsinin müəyyən edilməsi haqqında notariat ofisindən məktubun təqdim edilməsi məqsədəmüvafiqdir.

10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2025-ci il tarixli məktubunun surətindən görünür ki, mərhum X4 vərəsələrinin dairəsini müəyyən edən sənədlərin surətinin istənilməsi barədə müraciətə baxılmışdır. Müraciətə əsasən Ə.X1 ilə nikahı və sonuncunun ölümü, övladları Nəzakət Əvəz qızının, Nərminə Babayevanın, Sədaqət Babayevanın, Aslan Babayevin, Ruslan Babayevin, Mehman Əvəz oğlunun doğumu və sonuncunun ölümü haqqında akt qeydlərinin kserosurəti Sizə göndərilir. Eyni zamanda qeyd olunur ki, “Elektron notariat” informasiya sistemində aparılmış araşdırma nəticəsində Ə.Babayevin adına respublikanın notariat ofislərində vərəsəlik işinin açılması aşkar olunmamışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat

11. İddiaçı X25, X13, X23 və X19 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə cavabdeh 5 saylı “Bakı Asan” Xidmət Mərkəzində Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum atası X4 adında açıq qalan ünvan 3 ünvanda yerləşən mirasın qəbul olunması üçün buraxılmış müddətin üzürlü hesab edilərək bərpa olunması və miras əmlakı üzrə payın müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum atası X8 14 dekabr 1998-ci il tarixdə vəfat edib. Mərhum atasından Bakı şəhəri, Xəzər Rayon, Mərdəkan qəsəbəsi, Əzizbəyov küçəsi, ev 17 ünvanda yerləşən fərdi yaşayış evi və torpaqyanı sahə miras qalmışdır. Mərhum atası vəfat edəndə bütün bacı-qardaşlar yığılıb köməkləşib hüzürünü vermişlər. Onlarda olan adət-ənənəyə görə hüzür məclisində ancaq qohum-əqrəba iştirak edirdi. Böyük təmtəraqlı məclis keçirməmişlər. O, çay, qənd, un, konfet, şəkər tozu, xurma almışdı və əlavə olaraq həmin dövrdə (50 şirvan) pul vermişdi. Mərhum atası vəfat edənə qədər və vəfat edəndən sonra ailəsilə birlikdə hər il altı-yeddi ay həmin evdə yaşamışlar. Atasının ölüm haqqında şəhadətnaməsi 2024-cü ilədək alınmamışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinə 2024-cü il tarixdə o, müraciət etdi və 23 may 2024-cü il tarixli 2(007)- 1142/2024 saylı qətnaməsilə atasının ölüm haqqında şəhadətnaməsini 23 iyul 2024-cü il tarixdə almışdır. Mərhum atasından qalmış mirasın qəbul olunması üçün buraxılmış müddətin üzürlü hesab edilərək bərpa olunması və miras əmlak üzrə payın müəyyən olunması ilə bağlı 5 saylı Bakı “Asan xidmət” Mərkəzində Notariat Ofisinə müraciət etdi. 5 saylı Bakı “Asan xidmət” Mərkəzində Notariat Ofisi 13 yanvar 2025-ci il tarixli 101 saylı qərarı ilə Notariat hərəkəti aparmaqdan imtina edilməsi ilə bağlı qərar vermişdir. O, hesab edir ki, həmin imtina əsassızdır və onun hüququnu pozur. Yaranmış vəziyyətdə mübahisənin yeganə həll yolu mərhum atasından qalan miras əmlaka mirasın qəbul olunması üçün buraxılmış müddətin üzürlü hesab edilərək bərpa olunması və miras əmlak üzrə payın müəyyən olunması məhkəmə qaydasında müəyyən edilməlidir.

13. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslərin (X15, X12, və X7) vəkili və nümayəndəsi Vəkil2 iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, müdafiə etdiyi şəxslər X23, X19 və X13 – müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb ediliblər. Qeyd olunan iş üzrə İddiaçı irəli sürdüyü iddia onların hüquq və qanuni maraqlarlarına birbaşa təsir etdiyindən, aşağıdakı mövqelərini təqdim edirlər: 1) İddiaçı tərəfindən iddia ərizəsində qeyd olunur ki, mərhum X4 ölüm faktı qeydə alınmayıb və ölüm haqqında şəhadətnamə mövcud deyil. Bu məlumat tamamilə əsassızdır. Nəzərə çatdırır ki, X8 14 dekabr 1998-ci il tarixində Bakı şəhəri, Əzizbəyov rayonu, Mərdəkan qəsəbəsində vəfat etmiş və bu barədə 22 dekabr 1998-ci il tarixində ölüm haqqında şəhadətnamə verilmişdir. Məlumatlar aşağıdakı kimidir: • Vətəndaş: Əvəz Fərruxmirzə oğlu • Ölüm səbəbi: Kəskin ürək çatışmazlığı • Öldüyü yer: Bakı şəhəri, Mərdəkan qəsəbəsi, Əzizbəyov rayonu • Akt qeydiyyatı: 265 nömrəli ölüm aktı • Şəhadətnamənin verilmə tarixi: 22 dekabr 1998-ci il Qeyd olunan ölüm haqqında şəhadətnamə hüquqi qüvvəsini bu günə qədər saxlayır, itirilməmiş və ya ləğv olunmamışdır. Sənədin notarial qaydada təsdiqlənmiş surəti sübut qismində məhkəməyə təqdim olunur. 2) İddiaçı tərəfindən 2025-ci ildə 5 saylı Bakı “ASAN xidmət” Mərkəzinin Notariat Kontoruna vərəsəlik şəhadətnaməsinin alınması ilə bağlı müraciət edilmişdir. Qeyd olunan kontordan 13 yanvar 2025-ci il tarixində iddiaçıya verilmiş rəsmi cavabda açıq şəkildə göstərilir ki, vərəsəlik hüququnun həyata keçirilməsi üçün qanunla müəyyən edilmiş müddət keçmişdir. Qanunvericiliyə əsasən, mirasın qəbul müddətində həyata keçirilməməsi və ya miras əmlakının nə idarə olunması, nə də qəbul edilməsinə dair hər hansı bir hərəkətin edilməməsi hüquqdan faktiki imtina kimi qiymətləndirilir. İddiaçının 27 il ərzində miras əmlakı ilə bağlı heç bir hüquqi və ya faktiki fəaliyyət göstərməməsi bu imtinanı sübut edir. Həmçinin, müddətin bərpası yalnız üzürlü səbəblərlə mümkündür, lakin bu iş üzrə belə sübutlar mövcud deyil. X23 və X19 mərhum ataları Əvəz Fərruxmirzə oğlunun vəfat etdiyi gündən etibarən miras əmlakını faktiki olaraq qəbul etmiş, onu idarə etmiş və sahiblənmişlər. Onların bu hüquqi münasibətləri təsdiqləyən sənədlər (əmlak üzrə ödəniş sənədləri, kommunal xərclər və s.) sübut qismində mövcuddur. Həmçinin, qeyd edir ki, mərhumun sağlığında da həmin şəxslər onunla birlikdə yaşamış, ona qulluq göstərmiş və ailənin qayğısını çəkmişlər. Yuxarıda göstərilən halları və təqdim etdikləri sübutları nəzərə alaraq, iddiaçının mirasın qəbul edilməsi üçün müəyyən olunmuş müddəti buraxmasının üzürlü səbəblərlə əsaslandırıla bilməməsini və bu səbəbdən müddətin bərpasına dair tələbin təmin edilməməsini, həmçinin, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər olaraq onların hüquq və qanuni maraqlarını müdafiə edilməklə məhkəmədən İddiaçı 2(007)-1415/2025 saylı mülki iş üzrə irəli sürdüyü iddianın əsassız olması səbəbindən rədd edilməsini məhkəmədən xahiş etmişdir.

14. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1415/2025 nömrəli 25 avqust 2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.

15. Məhkəmə iddianı rədd edərkən ona istinad etmişdir ki, X8 14 dekabr 1998-ci il tarixdə ölmüşdür. İddiaçı iddia ərizəsində qeyd edir ki, “mərhum X4 ölüm faktı qeydə alınmayıb və ölüm haqqında şəhadətnamə mövcud deyil”. Bu səbəbdən vərəsəlik haqqında şəhadətnamə ala bilməmişdir. Lakin V-ЖT seriyalı 293159 nömrəli ölüm haqqında notarial qaydada təsdiq olunmuş şəhadətnamənin surətindən görünür ki, Əvəz Fərruxmirzə oğlu 14 dekabr 1998- ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 22 dekabr 1998-ci il tarixdə 265 nömrə ilə qeyd edilmişdir. Göründüyü kimi Əvəz Fərruxmirzə oğlunun ölüm haqqında şəhadətnaməsi ola-ola iddiaçı ölüm haqqında şəhadətnamənin verilməsi üçün məhkəməyə müraciət etmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1142/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə xx.xx.1929-cu il təvəllüdlü Bakı şəhərində anadan olmuş (Babayev) Əvəz Fərruxmirzə oğlunun xx.xx.1998-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçı mirasın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddəti ötürdüyünü bildiyi üçün ölüm haqqında şəhadətnamə mövcud olduğu halda yenidən ölüm haqqında şəhadətnaməni özünü müdafiə xarakteri kimi almışdır. Belə ki, İddiaçı xx.xx.2025-ci il tarixdə 5 saylı Bakı “Asan xidmət’’ mərkəzində fəaliyyət göstərən Notariat Ofisinə xx.xx.1998-ci il tarixdə vəfat etmiş atası X4 vərəsəlik işinin rəsmiləşdirilməsi ilə əlaqədar olaraq miras əmlaka dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi üçün müraciət etmişdir. Lakin 5 saylı “Bakı Asan” Xidmət Mərkəzində Notariat Ofisinin 13 yanvar 2025-ci il tarixli məktubu ilə mirasın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddəti ötürdüyündən onun müraciəti təmin olunmamış və məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Miras qoyanın öldüyü dövrdə qüvvədə olmuş Mülki Məcəllənin 528-ci maddəsinə əsasən vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Həmçinin həmin dövrdə qüvvədə olmuş Mülki Məcəllənin 552-ci maddəsinə əsasən vərəsə, vərəsəlik açıldığı gündən altı ay müddətində miras əmlakı faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab edilir. Göründüyü kimi X8 14 dekabr 1998-ci il tarixdə ölmüşdür. İddiaçı isə uzun illər sonra 2024cü il tarixdə vərəsəliyi qəbul etmək üçün notariusa müraciət etmişdir. Bundan əlavə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən mirasın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müdddətin ötürülməsi ilə bağlı məhkəməyə hər hansı üzürlü səbəb göstərməmişdir. Əksinə İddiaçı iddia ərizəsində atası rəhmətə gedən zaman məlumatlı olması, ərzaq və pulla yas mərasiminin keçirilməsinə kömək etməsini qeyd etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X4 övladlarından X23 və X19 atalarının ölümündən sonra miras əmlaka faktiki sahiblik edərək qəbul etmişlər. İddiaçı, X25 və X13 atalarından miras qalmış evdə yaşamırlar, yəni miras əmlakı faktiki qəbul etməmişlər və qanunla müəyyən edilmiş zamanda mirasın açılması üçün müraciət etməmişlər. Bundan başqa Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2025-ci il tarixli məktubunun surətindən görünür ki, eyni zamanda qeyd olunur ki, “Elektron notariat” informasiya sistemində aparılmış araşdırma nəticəsində Ə.Babayevin adına Respublikanın notariat ofislərində vərəsəlik işinin açılması aşkar olunmamışdır.

16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 29-cu, Azərbaycan SSR-in Mülki Məcəlləsinin (1964-cü il redaksiyalı) 523-cü, 527-ci, 528-ci, 532ci, 538-ci, 552-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 119.1-ci, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinin dəlilləri

17. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılması xahiş edilmişdir.

18. Apellyasiya şikayətinin məzmunu iddia tələbinin məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, valideyinlərinin rəhmətə getməsindən sonra demək olar ki, onlar ilin 6-7 ayını mübahisə predmeti olan mənzildə yaşamışlar. Birinci inistansiya məhkəməsi bütün bu halları nəzərərə almamış nəticədə üçüncü şəxslərin məhkəməyə heç bir sübut təqdim etmədiyi halda əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Bununla bağlı da məhkəməyə heç bir sübut təqdim etməmişlər.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. ç) Proses iştirakçılarının izahatı

20. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi.

21. Cavabdeh tərəfə qanunla müəyyən edilmiş qaydada əvvəlcədən məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Kollegiya işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

d) Tətbiq edilən hüquq

22. Azərbaycan Respublikası Konstitusiyasının: 29-cu maddəsinin V hissəsinə əsasən dövlət vərəsəlik hüququna təminat verir.

23. Azərbaycan SSR-in Mülki Məcəlləsi (1964-cü il redaksiyası): 532.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla uşaqlar (o cümlədən övladlığa götürülən) ər (arvad) və ölənin valideynləri (övladlığa götürənlər) birinci növbə vərəsələr hesab olunurlar. 552-ci maddəsinə əsasən, mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə miras əmlakı faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər vərəsəlik açılan gündən 6 ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmdığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət 3 aydan az olduqda isə həmin müddət 3 aya qədər uzadılır.

24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

e) Apellyasiya baxışının hədləri

26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

28. Cavabdeh tərəfindən qətnamə tam mübahisələndirilərək onun ləğv edilməsi və yeni qətnamənin qəbul edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.

ə) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas yoxdur.

30. Hazırkı işin faktiki hallarına əsasən X8 14 dekabr 1998-ci il tarixdə ölmüşdür. X3 və X19 atalarının ölümündən sonra miras əmlaka faktiki sahiblik edirlər. Bununla da onlar mirası qəbul etdiklərini nümayiş etdiriblər. Digər vərəsələr İddiaçı X25 və X13 atalarından miras qalmış evdə yaşamırlar. İddiaçı xx.xx.2025-ci il tarixdə 5 saylı Bakı “Asan xidmət’’ mərkəzində fəaliyyət göstərən Notariat Ofisinə xx.xx.1998-ci il tarixdə vəfat etmiş atası X4 vərəsəlik işinin rəsmiləşdirilməsi ilə əlaqədar olaraq miras əmlaka dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi üçün müraciət etmişdir. Lakin 5 saylı Bakı “Asan xidmət’’ Mərkəzində Notariat Ofisinin 13 yanvar 2025-ci il tarixli məktubu ilə mirasın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müdddəti ötürdüyündən onun müraciəti təmin olunmamış və məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Hazırda iddiaçı mərhum atası X4 adında açıq qalan ünvan 3 ünvanda yerləşən mirasın qəbul olunması üçün buraxılmış müddətin üzürlü hesab edilərək bərpa olunması və miras əmlakı üzrə payın müəyyən olunmasını xahiş edir.

31. Məhkəmə kollegiyası işin hallarına və apellyasiya şikayətinin dəlillərinə istinadən qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin mirasın qəbulu institutunun tələblərindən irəli gələn hüquqi tənzimləmələrin bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilməsi, mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərarın qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməsi qərara alınmışdır.

32. Məhkəmə kollegiyası qeyd edir ki, xx.xx.1998-ci il tarixdə X4 ölməsi ilə miras həmin tarixdə açıldığından hazırkı mübahisəli hüquq münasibətinə tətbiq edilməli olan maddi hüquq normaları 1964-cü il 11 sentyabr tarixli qüvvədən düşmüş Azərbaycan SSR Mülki Məcəlləsidir. İddiaçı da mirası əldə etməklə bağlı həmin tarixdə qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş 6 ay müddət ərzində iradəsini ifadə etməmiş, yəni sözügedən yaşayış sahəsini faktiki olaraq idarə etməyə başlamamış, ona yiyələnməmiş, nə də həmin dövrdə vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə vermişdir. Həmçinin, məhkəmə araşdırması zamanı da İddiaçı miras açıldıqdan sonra mirasın onun tərəfindən faktiki olaraq qəbul olunmasını göstərən heç bir sübut təqdim etməmişdir. Bundan əlavə tərəflərin, xüsusilə də iddiaçının öz izahatından da müəyyən edilir ki, o miras əmlak barədə kifayət qədər məlumatlı olmuş, lakin bununla belə artıq qeyd edildiyi kimi, müəyyən edilmiş müddət ərzində mirasa dair hüquqlarını irəli sürməmişdir.

33. Belə ki, X8 14 dekabr 1998-ci il tarixdə ölmüşdür. İddiaçı iddia ərizəsində qeyd edir ki, “mərhum X4 ölüm faktı qeydə alınmayıb və ölüm haqqında şəhadətnamə mövcud deyil”. Bu səbəbdən vərəsəlik haqqında şəhadətnamə ala bilməmişdir. Lakin V-ЖT seriyalı 293159 nömrəli ölüm haqqında notarial qaydada təsdiq olunmuş şəhadətnamənin surətindən görünür ki, Əvəz Fərruxmirzə oğlu 14 dekabr 1998-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 22 dekabr 1998-ci il tarixdə 265 nömrə ilə qeyd edilmişdir.

34. Göründüyü kimi Əvəz Fərruxmirzə oğlunun ölüm haqqında şəhadətnaməsi olaola iddiaçı ölüm haqqında şəhadətnamənin verilməsi üçün məhkəməyə müraciət etmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1142/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə xx.xx.1929-cu il təvəllüdlü Bakı şəhərində anadan olmuş (Babayev) Əvəz Fərruxmirzə oğlunun xx.xx.1998-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilmişdir.

35. İddiaçı mirasın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müdddəti ötürdüyünü bildiyi üçün ölüm haqqında şəhadətnamə mövcud olduğu halda yenidən ölüm haqqında şəhadətnaməni özünü müdafiə xarakteri kimi almışdır. Belə ki, İddiaçı xx.xx.2025-ci il tarixdə 5 saylı Bakı “Asan xidmət’’ mərkəzində fəaliyyət göstərən Notariat Ofisinə xx.xx.1998-ci il tarixdə vəfat etmiş atası X4 vərəsəlik işinin rəsmiləşdirilməsi ilə əlaqədar olaraq miras əmlaka dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi üçün müraciət etmişdir. Lakin 5 saylı “Bakı Asan” Xidmət Mərkəzində Notariat Ofisinin 13 yanvar 2025-ci il tarixli məktubu ilə mirasın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddəti ötürdüyündən onun müraciəti təmin olunmamış və məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur.

36. Hazırki işdə də iddiaçı övladlarının mirası qəbul etməsinə dair ərizə ilə qanunvericilikdə nəzərdə tutulmuş 6 aylıq müddət ərzində notariat orqanına müraciət etməmiş, bununla yanaşı həmçinin miras əmlakı qəbul etməsinə dair iradə ifadəsini bəyan edən hərəkətlər etməmiş, miras əmlaka daxil edilən əmlaklara faktiki sahiblik etməmişdir. İddiaçı bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.

37. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, mərhum X8 ilə X6 birgə nikahından doğulmuş xx.xx.1959-cu il təvəllüdlü İddiaçı qızı mərhum atası mərhum X4 birinci növbə vərəsələri olmalarına baxmayaraq, miras əmlakın qəbulu ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş 6 aylıq müddəti ötürdüklərindən, bu müddət ərzində notariat orqanına mirasın qəbulu ilə bağlı ərizə vermədiklərindən, habelə bu müddət ərzində miras əmlaka sahiblik etməsini və ya əmlakı idarə etməsini təsdiq edə biləcək mötəbər sübut təqdim etmədiyindən birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbini mərhum X2 qalmış miras əmlakla mirasın qəbul edilməsi üçün müddətin üzrlü hesab edilərək bərpa edilməsi və miras əmlak üzrərində payın müəyyən olunması hissəsində təmin etməmişdir.

38. Bundan əlavə iş üzrə müəyyən olunan hal ondan ibarətdir ki, iddiaçı tərəf mirasın qəbulu ilə bağlı vaxtında notariat orqanına müraciət etmədiyindən vərəsə kimi X23 və X19 müəyyən olunmuşdur. İddiaçı vərəsəlik hüququnun tanınması üçün müəyyən edilmiş müddət ərzində müraciət etmədiyindən və müddətin ötürülmə səbəbi barədə mötəbər sübut təqdim etmədiyindən ötürülmüş müddət bərpa oluna və iddiaçının vərəsəlik hüququ tanına bilməz. İddiaçının X2 qalmış miras əmlakın qəbul edilməsi müddətinin uzadılması ilə bağlı tələbinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Lakin hazırki halda miras əmlakın qəbulu müddətinin buraxılmasının səbəblərinin üzrlü hesab edilməsi üçün hər hansı bir əsas iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmiş və məhkəmə tərəfindən müəyyən edilməmiş, eyni zamanda iddiaçı notariat orqanına müraciət etməməklə yanaşı, mirasa faktiki sahiblikdə ifadə olunan, mirası qəbul etməsinə dair iradə ifadəsini göstərən hərəkətlər də etməmişdir.

39. Halbuki, İddiaçı iddia ərizəsində atası rəhmətə gedən zaman məlumatlı olması, ərzaq və pulla yas mərasiminin keçirilməsinə kömək etməsini qeyd etmişdir.

40. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X4 övladlarından X23 və X19 atalarının ölümündən sonra miras əmlaka faktiki sahiblik edərək qəbul etmişlər. İddiaçı, X25 və X13 atalarından miras qalmış evdə yaşamırlar, yəni miras əmlakı faktiki qəbul etməmişlər və qanunla müəyyən edilmiş zamanda mirasın açılması üçün müraciət etməmişlər

41. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası vurğulamağı zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1 və 5.1-ci maddələrinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır.

42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

43. Konstitusiya Məhkəməsinin bu Qərarda nümayiş etdirilmiş hüquqi mövqeyi bir daha “S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 3 iyul 2015-ci il tarixli Prenum Qərarında öz əksini tapmışdır.

44. Qanunvericiliyin tələbləri baxımından hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edən şəxs ilk növbədə hər hansı qanunla qorunan hüquq və azadlıqlarının və yaxud maraqlarının pozulmasını, eləcə də bununla bağlı tələb etmək hüququnun olmasını sübut etməlidir. Bu baxımdan da işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin subyektiv hüquqa malik olub-olmamasını, subyektiv hüququn pozulub-pozulmamasını, cavabdehin bu pozuntunu edib-etməməsini araşdırmalıdır. Yalnız subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Hazırkı işdə isə iddiaçı subyektiv hüququn həyata keçirilməsi müddətini ötürmüş, bununla da tələb hüququnu itirmişdir.

45. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq, belə qənaətə gəlir ki, faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə ləğv edilə və ya dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

46. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 382-ci, 384-cü, 392ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi: İddiaçı tərəfindən verilən apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1415/2025 nömrəli 25 avqust 2025ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar