Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6123/2022 19.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı MMC-nin nizamnamə kapitalındakı paya uyğun əmlakın naturada verilməsi tələbi barədə ilk iddiasına, cavabdehlərin iddiaçıya qarşı MMC-də iştiraka xitam verilməsi və pul tələbi barədə qarşılıqlı iddiasına, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X10 cavabdeh İddiaçı qarşı MMC-də iştiraka xitam verilməsi və pul tələbi barədə müstəqil iddiasına dair mülki iş üzrə (Açar sözlər: nizamnamə kapitalındakı paya uyğun əmlakın naturada verilməsi, təsisçiliyə xitam verilməsi, maddi zərərin əvəzinin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı nümayəndəsi, Vəkil3, nümayəndəsi X1, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 və müstəqil tələb irəli sürən üçüncü şəxs X10 nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı MMC-nin nizamnamə kapitalındakı paya uyğun əmlakın naturada verilməsi tələbi barədə ilk iddiasına, cavabdehlərin iddiaçıya qarşı MMC-də iştiraka xitam verilməsi və pul tələbi barədə qarşılıqlı iddiasına, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X10 cavabdeh İddiaçı qarşı MMC-də iştiraka xitam verilməsi və pul tələbi barədə müstəqil iddiasına dair 2(005)-4443/2018 saylı mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 noyabr 2018-ci il tarixli qətnamədən ilk İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. "xxxx" MMC-nin xx.xx.2006-cı ildə təsdiq edilmiş Nizamnaməsindən görünür ki, cəmiyyətin təsisçiləri hər birinin payı 50 faiz olmaqla X11 (Türkiyə Respublikasının vətəndaşı) və İddiaçıdur (Azərbaycan Respublikasının vətəndaşı).
2. "xxxx" MMC-nin nizamnaməsinə xx.xx.2017-ci il tarixdə edilmiş dəyişikliyə əsasən, cəmiyyətin təsisçiləri Nurettin Cengiz (50 faiz pay), İddiaçı (25 faiz pay) və Cavabdeh1dır (25 faiz pay).
3. "xxxx" MMC-nin nizamnaməsinə xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliyə görə cəmiyyətin adı dəyişdrilmiş, cəmiyətin nizamnaməsinin titul vərəqində və mətnində adının Cavabdeh2 MMC kimi oxunması qərara alınmışdır.
4. Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin X8 Qeydiyyatı İdarəsinin məktubuna görə, Cəmiyyətin təsisçilərinin ümumi yığıncağının xx.xx.2018-ci il tarixli qərarı ilə "xxxx" MMC-nin adı dəyişdirilərək Cavabdeh2 MMC kimi müəyyən edilmiş və müvafiq dəyişiklik xx.xx.2018-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Həmçinin bildirilmişdir ki, İdarədə olan reyestrə əsasən Cəmiyyətin təsisçiləri və onların nizamnamə kapitalındakı payları aşağıdakı kimidir: Cavabdeh1 – 2500 ABŞ dolları, 25 pay, 25 faiz pul şəklində, İddiaçı – 2500 ABŞ dolları, 25 pay, 25 faiz pul şəklində və Nurettin Cengiz (Türkiyə Respublikası) – 5000 ABŞ dolları, 50 pay, 50 faiz pul şəklində.
5. "xxxx" MMC-nin xx.xx.2018-ci il tarixli Müstəqil auditorun hesabatına əsasən, 01 yanvar 2006-cı il tarixdən 31 iyul 2017-ci il tarixədək olan dövr ərzində təsisçilərlə hesablaşmaların vəziyyətinə dair audit araşdırması aparılmış, 31 iyul 2017-ci il tarixə 7333517,08 manat çatışmazlıq aşkar edilmişdir.
6. "xxxx" MMC-nin xx.xx.2018-ci il tarixli Müstəqil auditorun hesabatına əsasən, 2011- 2015-ci illər ərzində təsisçilərdən İddiaçı tərəfindən "xxxx" MMC-nin kassasından ********* manat pulun götürülməsi müəyyən olunur. Həmin məbləği təsdiq edən ilkin sənədlər araşdırmaya təqdim olunmamışdır. Hüquqi qiymət verilməsi üçün isə hüquq mühafizə orqanları tərəfindən araşdırılması zərurəti vardır.
Birinci instansiya məhkəməsindəki icraat
7. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı ilk iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, "xxxx" MMC-nin (hazırda adı Cavabdeh2 MMC) nizamnamə kapitalının 50 faiz payçısı kimi, MMC-nin balansında olan bütün əmlakların nizamnamə kapitalındakı 50 faiz təsis payına uyğun naturada bölünməklə onun mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İlk İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, 1995-ci ildən MMC-nin təsisçisi və 50 faiz payçısı olmuş, xx.xx.2017-ci il tarixdə Cavabdeh1 ilə aralarında formal olaraq "xxxx" barədə uydurma müqavilə bağlanmış, həmin müqaviləyə görə MMC-də 50 faiz payın 25 faiz hissəsini Cavabdeh1 satmışdır. Müqaviləyə görə 25 faiz təsis payını alıcıya 2500 ABŞ dollarına satmışdır, lakin bu məbləğ halqı-satqı müqaviləsində tamamilə formal olaraq göstərilmişdir. MMC-nin balansında olan əmlakların və anbarda olan malların dəyəri milyonlarla manat təşkil edir. MMC-nin balansında onlarla daşınmaz əmlak (torpaq sahələri, qeyri-yaşayış sahələri), 100dən çox nəqliyyat vasitəsi vardır. Belə olan halda, MMC-nin 25 faiz payının dəyərinin 2500 ABŞ dolları olması ağlabatan deyildir, bu da alqı-satqının formal xarakter daşımasını bir daha təsdiq edir. Cavabdeh1 ilə bağlanmış payın alqı-satqısı müqaviləsinin formal olmasını göstərən digər bir əsas odur ki, alqı-satqı müqaviləsində göstərilən və satılan payın dəyərini təşkil edən (formal da olsa) 2500 ABŞ dolları məbləğində pul depozit hesabından nə onun tərəfindən, nə də nümayəndəsi tərəfindən çıxarılmamışdır, yəni satılan payın dəyəri olan pul ona verilməmişdir (nağd və ya digər formada). Cavabdeh1 tərəfindən formal da olsa MMCnin 25 faiz təsis payı alındıqdan sonra o, MMC-nin fəaliyyətindən, idarə edilməsindən kənarda saxlanılmış, hətta MMC-nin inzibati binasına və fəaliyyət göstərdiyi yerlərə belə buraxılmamış, onun şirkətə daxil olmasına qadağa qoyulmuşdur. Cavabdeh1 tərəfindən MMC-nin adı da dəyişdirilmiş, yeni rəhbərlik təyin edilmişdir. Hazırda iddiaçı, MMC-dən təsis payına uyğun nə dividend, nə də MMC-nin maliyyə vəziyyəti və digər məsələlər barədə məlumat ala bilmir. Ona görə də 50 faiz təsis payına malik olduğu şirkətin nizamnamə kapitalındakı payına uyğun əmlakının naturada onun mülkiyyətinə verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edildiyi kimi, sənəd üzərində 25 faiz payının olduğu görsənsə də, faktiki olaraq şirkətin 50 faiz təsisçilik payı ona məxsusdur.
9. Cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 İddiaçı qarşı qarşılıqlı iddia, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X11 İddiaçı qarşı müstəqil iddia irəli sürərək, İddiaçı MMC-də iştirakına xitam verilməklə dövlət reyestrində müvafiq dəyişikliklər edilməsi və İddiaçı 6184633,23 manat pulun tutularaq MMC-yə ödənilməsi barədə qətnamə sıxarılmasını xahiş etmişdir.
10. İş üzrə cavabdehlərin və üçüncü şəxsin iddiaları isə belə əsaslandırılmışdır ki, MMC-nin hazırda 3 səhmdarı var. MMC-nin səhmlərinin 50 faizi Türkiyə Respublikasının vətəndaşı Nurettin Cengizə, 25 faizi Cavabdeh1, digər 25 faizi isə İddiaçı məxsusdur. İddiaçı digər payçıların etibarından sui-istifadə edərək MMC-nin ümumilikdə 7333517,08 manat pulunu mənimsəmiş və israf etmiş, o cümlədən 5032428,13 manatını MMC-nin kassasından nağd qaydada, heç bir sənədləşmə aparmadan çıxardaraq ələ keçirmişdir. İddiaçı ilk iddiası tam əsassızdır. Belə ki, İddiaçı yuxarıda qeyd edilən alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia ilə Nərimanov Rayon Məhkəməsinə müraciət etmiş, onun iddia ərizəsi əsassız hesab edilərək rədd edilmişdir. İddiaçı əsassız iddialarla məhkəməyə müraciət etməsinin səbəbi MMC-də faktiki rəhbərlik etdiyi dövrdə mənimsədiyi vəsaiti geri qaytarmamaq üçün qarşı tərəfə məhkəmələr vasitəsilə təzyiq göstərməkdən ibarətdir. İddiaçı MMC-də payının məbləği 1148883,85 manatdır. MMC-yə vurduğu zərərin bir hissəsi həmin 1148883,85 manat payı ilə əvəzləşdirməklə o, MMC-nin təsisçilərinin siyahısından çıxarılmalı və yerdə qalan 6184633,23 manat isə İddiaçı alınaraq MMC-yə ödənilməlidir.
11. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 noyabr 2018-ci il tarixli 2(005)- 4443/2018 saylı qətnaməsi ilə ilk iddia rədd edilmiş, qarşılıqlı iddia qismən təmin edilməklə cavabdeh X4 Cavabdeh2 MMC-də iştirakına xitam verilməsi və X2 6184633,23 manat pulun tutularaq Cavabdeh2 MMC-yə ödənilməsi qət edilmiş, qarşılıqlı iddia qalan hissədə təmin edilməmişdir. (hakim Abbas Əliyev)
12. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlar, o, cümlədən şahid ifadəsinə əsasən müəyyən etmişdir ki, İddiaçı Cavabdeh2 MMC-nin (əvvəlki adı ilə "xxxx" MMC) 1995-ci ildən təsisçisi və 50 faiz payçısı olmuşdur. 25 oktyabr 2017-ci il tarixli alqısatqı müqaviləsinə əsasən iddiaçı 50 faiz payın 25 faizini 2500 ABŞ dollarına Cavabdeh1 satmışdır. Hazırda Cəmiyyətin təsisçiləri və onların nizamnamə kapitalındakı payları aşağıdakı kimidir: Cavabdeh1 - 2500 ABŞ dolları, 25 pay, 25 faiz, pul şəklində, İddiaçı - 2500 ABŞ dolları, 25 pay, 25 faiz, pul şəklində, X12 (Türkiyə Respublikası) - 5000 ABŞ dolları, 50 pay, 50 faiz, pul şəklində. Birinci instansiya məhkəməsi ilki iddia barədə qeyd etmişdir ki, ilk İddiaçı Cavabdeh2 MMC-də nizamnamə kapitalının 50 faiz payçısı kimi özünü qələmə versə də, iş materiallarında olan sənədlər üzrə onun payının hazırda 25 faiz olması halı mübahisəsizdir. Bundan əlavə, ilkin İddiaçı MMC-nin balansında onlarla daşınmaz əmlak (torpaq sahələri və qeyri-yaşayış sahələri), 100-dən çox nəqliyyat vasitəsi olmasını göstərsə də, Cavabdeh2 MMC-nin adında hazırda nəqliyyat vasitəsi yoxdur, MMC-nin adına yalnız ünvan 1 ünvanında əmlak kompleksi kimi müəssisə və ünvan 2nvanında qeyri-yaşayış binası vardır ki, həmin əmlaklar da xx.xx.2018-ci il tarixli icarə müqaviləsinə əsasən "xxxx" MMC-yə icarəyə verilmişdir. Birinci instansiya məhkəməsi daha sonra göstərmişdir ki, ilk İddiaçı MMC-də təsisçi kimi 25 faiz payının dəyərinin 2500 ABŞ dolları olmasını əvvəldən bildiyi halda, hazırkı vaxta kimi bu payın dəyərinin göstərilən məbləğdə olmasını heç vaxt mübahisələndirməmiş, hazırda da iddia tələbi qaydasında mübahisələndirmir. Həmçinin, hazırda Cavabdeh2 MMCdə ilkin iddiaçının 25 faiz payı olan 2500 ABŞ dolları məbləğində əmlakın olması da müəyyən edilmir. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş bu hallarına əsasən hesab etmişdir ki, iddiaçı payına uyğun əmlakın naturada verilməsi barədə deyil, təsis payı olan 2500 ABŞ dollarının verilməsi barədə tələb irəli sürməli idi ki, bu da onun MMC-nin təsisçiliyinə və səhmdar kimi pay hüququna xitam verilməsinə gətirib çıxarardı. Qarşılıqlı iddia tələbləri barədə isə birinci instansiya məhkəməsi qeyd etmişdir ki, məhkəmə baxışı zamanı tədqiq edilmiş "xxxx" MMC-nin 08 may 2018-ci il tarixli müstəqil auditorun hesabatında X4 Cavabdeh2 MMC-dən (əvvəlki "xxxx" MMC) pul vəsaitini mənimsəməsi müəyyən edilmişdir. Hazırda Cavabdeh2 MMC-nin balans dəyəri (daşınar və daşınmaz əmlaklar, kreditor borcları da daxil olmaqla) 4595535,37 manat, X4 hazırda Cavabdeh2 MMC-də olan payının həcmi isə həmin məbləğin 25 faizini təşkil edir. Balans dəyərinə münasibətdə Fizuli Adıgözəlovun payının məbləği 1148883,85 manatdır. X7 Məsuliyyətli Cəmiyyətə vurduğu maddi zərərin məbləği isə 7333517,08 manat təşkil edir. Həmçinin Cavabdeh2 MMC-nin təsisçisi X5 və digərləri tərəfindən cəmiyyətə külli miqdarda ziyan vurulması ilə bağlı Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikasının CM-nin 308.1-ci maddəsi ilə cinayət işi istintaq edilir. Məhkəmə Auditorlar Palatasının lisenziyası əsasında fəaliyyət göstərən "xxxx" MMC tərəfindən aparılmış, Cavabdeh2 MMC-nin maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrini əks etdirən audit yoxlamasına dair 08 may 2018-ci il tarixli müstəqil auditorun hesabatını, eləcə də Cavabdeh2 MMC-nin təsisçilərinin ümumi yığıncağının xx.xx.2018-ci il tarixli protokolunda müzakirə edilən və həmin iclasın qəbul olunan qərarı nəzərə alınaraq İddiaçı Cavabdeh2 MMC-yə vurduğu zərərin həcminin bir hissəsinin müqabilində təsisçilərin siyahısından çıxarılması və yerdə qalan 6184633,23 manatın isə ERBİ-H" MMC-yə ödənilməsi təmin edilməklə X4 “ERBİ-H» MMC-də iştirakına xitam verilməklə qarşılıqlı iddia tələbinin həmin hissələrdə təmin edilməsi qənaətinə gəlmişdir. Audit rəyinə münasibətdə birinci instansiya məhkəməsi qeyd etmişdir ki, ekspert (audit) rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Digər tərəfdən həmin rəy mübahisələndirilmədiyindən bu rəyin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olduğundan, məhkəmə hesab edib ki, lisenziya əsasında fəaliyyət göstərən "xxxx" MMC tərəfindən aparılmış audit yoxlamasına dair 08 may 2018-ci il tarixli müstəqil auditor rəyi hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməli və qiymətləndirilməlidir. Bununla belə, birinci instansiya məhkəməsi qarşılıqlı iddia tələbinin İddiaçı MMC-də iştirakına xitamı ilə bağlı dövlət reyestrində müvafiq dəyişikliklər edilməsi hissəsinin rədd olunmasını onunla əsaslandırmışdır ki, hazırkı qətnamə qanuni qüvvəsini aldıqdan sonra X4 “ERBİ-H» MMC-də iştirakına xitam verilməsi ilə bağlı dövlət reyestrində müvafiq dəyişikliklər edilməsi müvafiq icra hakimiyyəti orqanının vəzifəsidir, ona görə də tələbin bu hissəsinə məhkəmə qaydasında hüquqi qiymət verilməsi istisna olunur.
13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 94 və 95-ci və MPM-nin 101.3 və 206.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
14. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, ilk iddianın təmin, qarşılıqlı iddianın isə rədd olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2870/2021 saylı mülki iş üzrə 26 fevral 2019-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni qarşılıqlı iddiaya aid hissədə ləğv olunmuş, Cavabdeh1 və Cavabdeh2 MMC, həmçinin mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs Cengiz Nurettin tərəfindən İddiaçı qarşı irəli sürülmüş X4 Cavabdeh2 MMC-də iştirakına xitam verilməklə dövlət reyestrində müvafiq dəyişikliklər edilməsi və X2 6184633,23 manatın tutularaq Cavabdeh2 MMC-yə ödənilməsi barədə qarşılıqlı iddiası və üçüncü şəxsin iddiası rədd edilmiş, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Raqib Qurbanov (sədrlik edən və məruzəçi), Etibar Nəbiyev və Aida Hüseyn)
16. İddiaçı və cavabdehlər (qarşılıqlı iddiaçılar) Cavabdeh1 və Cavabdeh2 MMC və üçüncü şəxs Nurettin Cengiz qətnamədən kassasiya şikayəti vermişlər.
b) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
17. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-4783/2019 nömrəli iş üzrə 03 iyul 2019-cu il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilməmiş, cavabdehlərin kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin 26 fevral 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. (hakimlər – Qəhrəman Allahverdiyev (sədrlik edən və məruzəçi), İlqar Xələfov və Ənvər Şadiyev)
c) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
18. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-416/2020 nömrəli iş üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 27 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Məmməd Məmmədov (sədrlik edən və məruzəçi), Şeyda Məhərrəmova və Rəşad Həsənov)
19. İddiaçı qətnamədən kassasiya şikayəti vermişdir.
ç) Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat
20. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-2814/2019 nömrəli iş üzrə 02 avqust 2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. (hakimlər – Aqil Abbasov (sədrlik edən və məruzəçi), Elşanə Vəliyeva və Elşad Şamayev)
d) Apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat
21. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-9420/2021 nömrəli iş üzrə 14 dekabr 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin 27 noyabr 2018-ci il tarixli qətnaməsi qismən, qarşılıqlı iddianın təmin olunan hissəsində ləğv edilmiş və qarşılıqlı iddianın qismən təmin edilməsi barədə yeni qətnamə qəbul edilmiş, İddiaçı 5438747,76 (beş milyon dörd yüz otuz səkkiz min yeddi yüz qırx yeddi manat yetmiş altı qəpik) manat pulun tutularaq, Cavabdeh2 MMC-yə ödənilməsi, tutmanın İddiaçı əmlaklarına yönəldilməsi, borcun tutulması üçün İddiaçı məxsus əmlaklar yetərli olmadıqda, tutmanın İddiaçı Cavabdeh2 MMC-dəki payına yönəldildikdən sonra, onun Cavabdeh2 MMC-də iştirakına xitam verilməsi qət edilmiş, qarşılıqlı iddia qalan hissədə təmin edilməmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Qürbət Əsgərov (sədrlik edən və məruzəçi), Azad İmanov və Vahid Sadıqov)
22. İddiaçı həmin qətnamədən kassasiya şikayəti vermişdir.
e) Kassasiya instansiyası məhkəməsindəki üçüncü icraat
23. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-2681/2022 nömrəli iş üzrə 20 iyun 2022-ci il qərarı ilə İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 14 dekabr 2021-ci il tarixli 2(103)-9420/2021 nömrəli qətnaməsi qismən, yəni qarşılıqlı iddianın təmin olunan hissəsində ləğv edilmiş, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. (hakimlər Əhməd Nurməmmədov (sədrlik edən və məruzəçi), Abiddin Hüseynov və Əhməd Əhmədov)
24. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə ekspert rəyini Mülki Prosessual Məcəllənin 88 və 103.1-ci maddələrində müəyyən edilmiş qaydalar üzrə qiymətləndirməmiş, nəticədə Cavabdeh2 MMC-nin maliyyətəsərrüfat fəaliyyəti ilə bağlı hər hansı maliyyə və digər ciddi hesabat sənədləri (vergi hesabatları, gömrük bəyannamələri və s.) tədqiq edilmədən verilmiş ekspert rəyinin iddianın təmin olunmasına kifayət hesab etməkdə səhvə yol vermişdir. İşdən daha sonra görünür ki, qarşılıqlı iddia ərizəsində İddiaçı MMC-də iştirakına xitam verməklə dövlət reyestrində müvafiq dəyişikliklər edilməsi tələbi irəli sürülmüşdür. İşə baxan apellyasiya instansiyası məhkəməsi isə İddiaçı Cavabdeh2 MMC-yə ödəniləcək məbləğin tutulmasının İddiaçı əmlaklarına yönəldilməsi, borcun tutulması üçün İddiaçı məxsus əmlaklar yetərli olmadıqda, tutmanın İddiaçı Cavabdeh2 MMC-dəki payına yönəldilməsi, bundan sonra onun Cavabdeh2 MMC-də iştirakına xitam verilməsini qət etmişdir. Bununla da məhkəmə da iddia tələblərindən kənara çıxmış, bu kənara çıxmanın qanunda göstərilən müstəsna hallarını göstərməmişdir. Halbuki hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-nin 218.3-cü maddəsi). Məhkəmə həmçinin Mülki Məcəllənin 94-cü maddəsinin tələblərini pozmuşdur.
Apellyasiya instansiyası məhkəməsindəki dördüncü icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
Apellyasiya şikayətinin dəlilləri
25. İddiaçı mübahisələndirilən qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunub, ona qarşı irəli sürülmüş iddiaların rədd, ilk iddianın isə təmin olunmasını xahiş etmişdir.
26. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, işin faktiki halları sadalanmış, birinci instansiya məhkəməsinin maddi və prosessual hüquq normalarını pozmasına, işin hallarının tam və hərtərəfli araşdırılmamasına və işin hallarına uyğun olmayan nəticəyə gəlinməsinə istinad edilmişdir.
Apellyasiya şikayətlərinə qarşı etiraz
27. Cavabdeh2 MMC, Nurettin Cengiz və Cavabdeh1 tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz verilmişdir. Etiraz belə əsaslandırılmışdır ki, İddiaçı "xxxx" MMC-nin (indiki adı Cavabdeh2 MMC) təsisçilərindən biri olmuşdur. MMC təsis edildiyi gündən 2017-ci ilin sonunadək İddiaçı tam idarəçiliyində olmuşdur. MMC-nin digər sahibləri MMC-nin bütün maliyyə-təsərrüfat fəaliyyəti də daxil olmaqla tam idarəçiliyi ona etibar etmişdilər. 2017-ci ilin sentyabr ayında MMC-nin maliyyə vəziyyəti təsisçilər tərəfindən müzakirə edilərkən İddiaçı maliyyə pozuntuları üzə çıxmışdır. Aparılan audit yoxlamaları zamanı müəyyən edilmişdir ki, İddiaçı tərəfindən MMC-yə 7333517,08 manat məbləğində zərər vurulmuşdur. Həmin yoxlamanın nəticələri xx.xx.2018-ci il tarixli müstəqil auditin hesabatı və eləcə də 2009-2015-ci illər ərzində Türkiyə Respublikasından Cavabdeh2 MMC-nin ünvanına daxil olmuş uşaq bezləri yükləri üzrə müvafiq audit araşdırmasına dair tərtib edilmiş xx.xx.2018-ci il tarixli müstəqil auditor rəyi ilə rəsmiləşdirilmişdir. Beləliklə, auditor rəyinin legitimliyi şübhə doğurmur, auditor rəyinin doğruluğu qüvvədə olan məhkəmə qətnaməsi ilə təsdiq olunmuşdur. Həmin qətnamə ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilə bilməz və yenidən sübut edilməsinə zərurət yoxdur. Bundan əlavə, İddiaçı həm mülki, həm də cinayət xarakterli hərəkətləri nəticəsində Cavabdeh2 MMC-yə 7333517,08 manat ziyanın vurulması onun barəsində cinayət işinin istintaqı zamanı da sübuta yetirilmişdir. Müəyyən edilmişdir ki, həmin ziyanın 5448747,81 manat hissəsi mülki hüquq pozuntusu nəticəsində, 1884769,32 manat hissəsi isə cinayət xarakterli hərəkətlər nəticəsində vurulmuşdur. Buna görə də hesab edirlər ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməlidir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
28. İştirak etdiyi məhkəmə iclasında ilk İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək "xxxx" MMC-nin təsisçisi və qurucusu olduğunu, cavabdehlər tərəfindən təqiblərə məruz qalaraq əmlakının əlindən alındığını, MMC-yə heç bir ziyan vurmadığını, iddianın əsasında duran auditor rəylərinin əsassız olduğunu bildirdi və ona qarşı irəli sürülmüş iddiaların rədd, ilk iddianın isə təmin olunmasını xahiş etmişdir.
29. İddiaçının nümayəndələri Vəkil3 və X3 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini, iş üzrə cavabdehlərin və üçüncü şəxsin nümayəndəsi Vəkil1 isə şikayətin dəlillərinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 94. İştirakçının şəxsi borcları üzrə tutmanın onun məhdud məsuliyyətli cəmiyyətin əmlakındakı payına yönəldilməsinə yalnız onun başqa əmlakının borclarını ödəməyə kifayət etmədiyi halda yol verilir. Həmin iştirakçının kreditorları məhdud məsuliyyətli cəmiyyətdən tutmanın yönəldilməsi məqsədilə cəmiyyətin əmlakının borclunun nizamnamə kapitalındakı payına uyğun hissəsinin dəyərini ödəməyi və ya bu əmlak hissəsini ayırmağı tələb edə bilərlər. Cəmiyyətin əmlakının ayrılmalı hissəsi və ya onun dəyəri kreditorların tələb irəli sürdükləri məqamda tərtib edilmiş balans üzrə müəyyənləşdirilir. Maddə 94.2. İştirakçının məhdud məsuliyyətli cəmiyyətin əmlakındakı bütün payına tutmanın yönəldilməsi onun cəmiyyətdə iştirakına xitam verir. Maddə 95. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçısı onun digər iştirakçılarının razılığından asılı olmayaraq istənilən vaxt cəmiyyətdən çıxa bilər. Maddə 96.1. Məhdud məsuliyyətli cəmiyyətdən çıxan iştirakçıya, əgər cəmiyyətin nizamnaməsində ayrı qayda nəzərdə tutulmayıbsa, həmin iştirakçının nizamnamə kapitalındakı payına uyğun əmlak hissəsi ödənilir. Çıxan iştirakçının cəmiyyət ilə razılaşmasına əsasən əmlakın dəyərinin ödənilməsi əmlakın naturada verilməsi ilə əvəz edilə bilər. Cəmiyyətin əmlakının çıxan iştirakçıya düşən hissəsi və ya onun dəyəri iştirakçının çıxdığı məqamda tərtib edilən balans üzrə müəyyənləşdirilir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya baxışının hədləri
30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
31. Hazırkı apellyasiya şikayətində qətnamənin tam ləğv olunub ilk iddianın təmin olunması, qarşılıqlı iddianın rədd olunması xahiş olunduğundan qətnamə tam yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ilk iddianı rədd edib qarşılıqlı iddianı qismən təmin etməklə mübahisənin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir.
40. Belə ki, İddiaçı iddia ərizəsində Cavabdeh1 ilə bağladığı payın alqı-satqısına dair 25 oktyabr 2017-ci il tarixli müqavilənin uydurma əqd olmaqla etibarsız olmasını bildirsə də, iş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 31 avqust 2018-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh1 və Bakı şəhəri 41 saylı notariat kontoruna qarşı həmin müqavilənin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi barədə iddiası təmin edilməmişdir.
41. Bundan əlavə, İddiaçı iddia ərizəsində MMC-nin balansında onlarla daşınmaz əmlak (torpaq sahələri və qeyri-yaşayış sahələri), 100-dən çox nəqliyyat vasitəsi olmasını göstərsə də, iş materiallarından görünür ki, Cavabdeh2 MMC-nin adında hazırda nəqliyyat vasitəsi yoxdur, MMC-nin adına yalnız ünvan 1 ünvanında əmlak kompleksi kimi müəssisə və ünvan 2nvanında qeyri-yaşayış binası vardır ki, həmin əmlaklar da xx.xx.2018-ci il tarixli icarə müqaviləsinə əsasən "xxxx" MMC-yə icarəyə verilmişdir.
42. Araşdırma zamanı Cavabdeh2 MMC-nin balans dəyəri (daşınar və daşınmaz əmlaklar, kreditor və debitor borcları da daxil olmaqla) 4595535,37 manat olması müəyyən edilmişdir.
43. İddiaçı həmin MMC-də nizamnamə kapitalının 50 faiz payçısı kimi özünü qələmə versə də, iş materiallarında olan sənədlər üzrə onun payının hazırda 25 faiz olması halı mübahisəsizdir. Bu hal "xxxx" MMC-nin nizamnaməsinə xx.xx.2017-ci il tarixdə edilmiş dəyişiklikdə də əksini tapmışdır.
44. İlk iddianı rədd edən birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı payına uyğun əmlakın naturada verilməsi tələbinə dair deyil, təsis payı olan 2500 ABŞ dolları məbləğində pulun tələb edilməsi ilə bağlı məhdud məsuliyyətli cəmiyyətin iştirakçısı kimi təsisçisi olduğu cəmiyyətdən çıxmaq kimi iddia qaldırmalı idi. İş materiallarından görünür ki, İddiaçı Cəmiyyətdən çıxması barədə iddia qaldırmamışdır. Buna görə də kollegiya hesab edir ki, iddiaçı yalnız MMC-dən çıxması barədə iddia qaldırdıqdan sonra Mülki Məcəllənin 96.1-ci maddəsinin tələblərinə uyğun olaraq nizamnamə kapitalındakı payına uyğun əmlak hissəsinin ödənilməsini və ya əmlakın naturada verilməsini tələb edə bilərdi. Məhkəmə kollegiyası qeyd edir ki, qarşılıqlı iddianın təmin edilməsi də ilk iddianın təmin edilməsini aradan qaldırır.
45. Belə ki, qarşılıqlı iddiaçılar tərəfindən məhkəməyə təqdim edilmiş "xxxx" MMC-nin xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixli Müstəqil auditor hesabatlarına əsasən, 2011-2015ci illər ərzində təsisçilərdən İddiaçı tərəfindən "xxxx" MMC-nin kassasından ********* manat pulun götürülməsi və 31 iyul 2017-ci il tarixə Cəmiyyətin hesabında 7333517,08 manat çatışmazlığın aşkar edilməsi müəyyən edilmişdir.
46. Bundan əlavə, əvvəlki apellyasiya icraatı zamanı işə baxılarkən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının xx.xx.2020-ci il tarixli 29194 saylı rəyi ilə müəyyən olunmuşdur ki, təqdim edilmiş iş materiallarında olan MMC-nin xx.xx.2006-cı il tarixdən xx.xx.2017-ci il tarixədək olan dövr üzrə maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanmasına (təsisçilərlə hesablaşmaların vəziyyətinə) dair tərtib edilmiş xx.xx.2018-ci il tarixli müstəqil auditor hesabatı və digər sənədlərə əsasən xx.xx.2011-ci il tarixdən xx.xx.2017-ci il tarixədək MMC-nin mənfəətinin 30.432.432,94 manat (158.627.067,30 (mal, iş və xidmət satışından daxil olma) – 102.446.751,96 (satışın maya dəyəri) – 25.747.882,4 (kommersiya xərci)) təşkil etməsi və xx.xx.2011-ci il tarixə cəmiyyətin aktivlərinin 7.335.270,46 manat olması müəyyən olunur. Həmin sənədlər əsasında 30.432.432,94 manat mənfəətin 6.666.59,86 manatının aktivlərin alınmasına, 16.442.456,0 manatının təsisçilərlə hesablaşmalara sərf edilməsi müəyyən olunmaqla, yerdə qalan məbləğin isə hara xərclənməsi barədə hesabatın təqdim edilməməsi müəyyən edilir. Həmçinin iş materiallarında olan MMC-nin xx.xx.2006-cı il tarixdən xx.xx.2017-ci il tarixədək olan dövr üzrə maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanmasına (təsisçilərlə hesablaşmaların vəziyyətinə) dair tərtib edilmiş xx.xx.2018-ci il tarixli müstəqil auditor hesabatı, 2009-2015-ci illər ərzində Türkiyə Respublikasından MMC-nin ünvanına daxil olmuş “uşaq bezləri” yükləri üzrə müvafiq audit araşdırmasına dair tərtib edilmiş xx.xx.2018-ci il tarixli müstəqil auditor hesabatı və digər sənədlərə əsasən MMC-də 2011-2015-ci illər ərzində kassadan heç bir sənədləşmə aparılmadan 5.032.428,13 manat məbləğində pul vəsaitinin İddiaçı tərəfindən götürülməsi və xx.xx.2017-ci il tarixə 7.333.517,08 manat məbləğində çatışmazlığın olması müəyyən edilmişdir.
47. Məhkəmə kollegiyası hesab edir ki, xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixli müstəqil auditorun hesabatlarını, MMC-nin təsisçilərinin ümumi yığıncağının xx.xx.2018-ci il tarixli protokolunda müzakirə edilən və həmin iclasın qəbul etdiyi qərarı nəzərə alaraq İddiaçı MMC-yə vurduğu zərərin həcminin bir hissəsinin müqabilində təsisçilərin siyahısından çıxarılması və yerdə qalan 6.184.633,23 manatın isə MMC-yə ödənilməsini təmin etməklə birinci instansiya məhkəməsi işin hallarına uyğun düzgün nəticəyə gəlmişdir.
48. Qeyd olunan audit rəyləri və xx.xx.2018-ci il tarixli protokol bundan əvvəl İddiaçı tərəfindən məhkəmədə mübahisələndirilmiş və onun iddiası Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 09 iyul 2019-cu il tarixli qətnaməsi ilə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 27 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 09 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, qətnamədən kassasiya şikayəti verilməmişdir.
49. İddiaçı hazırda Cavabdeh2 MMC-də olan payının həcmi 25% olmaqla balans dəyərinə (4595535,37 manat) münasibətdə İddiaçı payının həcmi 4595535,37 x0,25=1148883,85 manat təşkil edir. İddiaçı MMC-yə vurduğu zərər isə 7333517,08 manatdır. İddiaçı Cavabdeh2 MMC-yə vurduğu zərərin məbləğindən onun MMC-də payı olan 1148883,85 manatı çıxdıqda qalan 6184633,23 manat pul ondan tələb olunan zərərin əvəzidir.
50. Kollegiya hesab edir ki, qarşılıqlı iddiaçının tələb etdiyi pul məbləği İddiaçı şəxsi borcu kimi yaranmış borc kimi qiymətləndirilə bilməz. Tələb olunan pul məbləği İddiaçı təsisçi kimi MMC-də faktiki rəhbərliyi həyata keçirərkən Cəmiyyətə məxsus pul vəsaitini qanunsuz olaraq götürməsi və Cəmiyyətə qaytarmaması səbəbindən yaranmış zərərdir. Bu səbəbdən kollegiya hesab edir ki, İddiaçı Cəmiyyətə vurduğu zərəri həm öz əmlakları, həm də Cəmiyyətdə mövcud olan təsis payına mütənasib ödəməlidir.
51. Əvvəlki apellyasiya icraatı zamanı Cavabdeh2 MMC-nin nümayəndəsi Vəkil1 iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə apellyasiya məhkəməsinə müraciət edərək İddiaçı 5438747,76 manat pulun tutularaq Cavabdeh2 MMC-yə ödənilməsi, qətnamə icra edilərkən İddiaçı 5438747,76 manat borcun tutulması üçün ona məxsus olan əmlaklar yetərli olmadıqda İddiaçı payına mütənasib olaraq ümumi borcundan çıxılaraq Cavabdeh2 MMC-nin MMC-dəki iştirakına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bu zaman Cavabdeh2 MMC-nin nümayəndəsi Vəkil1 öz mövqeyini belə ifadə etmişdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli hökmü ilə İddiaçı Azərbaycan Respublikası CM-nin 179.3.2 və 213.2.2-ci maddələri ilə təqsirli bilinib 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməklə yanaşı, zərərçəkmiş şəxs və mülki iddiaçı Cavabdeh2 MMC-nin mülki iddiası da təmin edilərək 1884769,35 manat pulun İddiaçı alınaraq Cavabdeh2 MMC-yə verilməsi qərara alınmışdır. İddia tələbinin həcminin azaldılması barədə ərizə ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, əvvəla həmin ərizə hər iki qarşılıqlı iddiaçı və müstəqil tələb irli sürən üçüncü şəxs tərəfindən yox, yalnız Cavabdeh2 MMC-nin nümayəndəsi tərəfindən imzalanmışdır. Bundan əlavə, apellyasiya icraatı mərhələsində iddia tələbinin həcminin azaldılması barədə ərizənin qəbul edilməsi mülki prosessual qanunvericilikdə nəzərdə tutulmamışdır.
52. İddiaçının iddia tələbinin həcmini azaltması qətnamənin icrası mərhələsində nəzərə alına bilər. Digər tərəfdən, iddia tələbinin həcminin azaldılması barədə ərizənin verilməsinə əsas olmuş məhkəmə hökmü qanuni qüvvəyə minməmişdir.
53. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(103)-416/2020 saylı mülki iş üzrə 27 noyabr 2018-ci il tarixli qətnaməsi İddiaçı apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamənin surəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.