Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6133/2020 22.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), X3 və X2 ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, X4 Zöhrab qızının, onun vəkili X1, Cavabdeh2 iştirakı ilə, X4 Zöhrab qızının cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı yaşayış sahəsindən çıxarılma tələbinə dair ilk, iddiaçı Cavabdeh2 cavabdeh Davidova Güldəniz Zöhrab qızına qarşı pulun geri qaytarılması və mənəvi zərərin ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə bağlı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxx 2015-ci il tarixli 2(011)-2791/2015 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X4 Zöhrab qızı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı yaşayış sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərin əşyaları ilə birlikdə Bakı şəhəri Əhmədli qəsəbəsi N.Mahmudov küçəsi 20 a saylı evdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 isə X4 Zöhrab qızına qarşı pulun geri qaytarılması və mənəvi zərərin ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilk iddianın rədd edilməsi, ödənilmiş 100000 ABŞ dollarının, çəkdiyi 50000 ABŞ dollarının, ona dəymiş 10000 manat mənəvi zərərin əvəzinin və ödədiyi 30 manat dövlət rüsumunun iddiaçıdan tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxx 2015-ci il tarixli 2(011)-2791/2015 saylı qətnaməsi ilə ilk və qarşılıqlı iddia tələbləri rədd edilmişdir. Həmin qətnamədən Cavabdeh2 apelyasiya şikayəti Bakı Apelyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(103)-6133/2020 saylı qərardadı ilə mümkün hesab edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən Bakı Apelyasiya Məhkəməsinə məktub göndərilərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(011)-2791/2015 saylı qərardadından ilkin iddia tələbi üzrə X4 Zöhrab qızı tərəfindən şikayət daxil olması bildirilmiş və həmin şikayətə baxılması üçün mülki işin rayon məhkəməsinə göndərilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxx 2015-ci il tarixli 2(011)-2791/2015 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayəti apelyasiya baxışından çıxarılmalı, mülki iş Bakı şəhəri Xətai Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 400-cü maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxx 2015-ci il tarixli 2(011)-2791/2015 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayəti apelyasiya baxışından çıxarılsın. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(011)-2791/2015 saylı qərardadından ilk iddia tələbi üzrə X4 Zöhrab qızı tərəfindən verilmiş şikayətə baxılması üçün mülki iş Bakı şəhəri Xətai Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-6133/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6133/2020
22.09.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver