Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6142/2021 09.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İddiaçı, Cavabdehn nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 06 may 20201-ci il tarixli, 2(004)-3265/2021 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, istifadəsinə verilmiş ********** mobil nömrənin qanunsuz olaraq bağlanılmasına görəödədiyi 30 (otuz) manat məbləğində pulun və mənəvi zərərin əvəzi olaraq 10.000 (on min) manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsini və etdiyi qanunsuz hərəkətə görə cavabdehin üzərinə ondan üzr istəmək vəzifəsinin qoyulmasını xahiş etmişdir. Eyni zamanda, İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, hazırki işə mahiyyəti üzrə baxılıb qurtaranadək, istifadəsində olan ********** mobil nömrənin bağlanmasının Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qadağan olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli, 2(004)-3265/2021saylı qərardadı ilə ərizənin təmin edilməsi, mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək, İddiaçı istifadəsində olan ********** mobil nömrənin bağlanmasının Cavabdehnə qadağan edilməsi qərara alınmışdır. Cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti Bakı şəhər Yasamal rayon Məhkəməsinin 06 may 20201-ci il tarixli, 2(004)-3265/2021saylı qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini və ərizənin rədd edilməsini xahiş etmişdir. Cavabdehin Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 06 may 20201-ci il tarixli, 2(004)- 3265/2021saylı qərardadından verdiyi şikayət, məhkəmənin 21 may 2021-ci il tarixli qərardadı ilə təmin edilməmiş və şikayət mülki iş materialları ilə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılır ki, kredit limiti keçildikdə nömrənin bağlanması “Azercell”-in öhdəliyi deyil, hüququdur. 17 mart 2021-ci il tarixində abunəçiyə 0 kredit limiti təyin edilmişdir. Kredit limiti 0 olduğundan 11 aprel 2021-ci il tarixi saat 22:41-də limit keçmə halı baş vermiş və ********** nömrəsinə xidmət göstərilməsinə müvəqqəti məhdudiyyət qoyulmuşdur. 12 aprel 2021-ci ildə Abunəçinin müraciəti nəzərə alınaraq ona 30 manat kredit limiti təyin edilmiş və nömrəyə xidmət göstərilməsinə qoyulmuş məhdudiyyət aradan qalıdırılmışdır. Lakin araşdırma nəticəsində müəyyən edilmişdir ki, abunəçinin istifadəsində olan ********* nömrəsində ödənilməmiş borc vardır və bu nəzərə alınaraq 22 aprel 2021-ci il tarixində kredit limiti sıfırlanmışdır. Kredit limiti 0 olduğu üçün 22 aprel 2021-ci il saat 16:26-da abunəçiyə aşağıdakı məzmunda sms göndərilmişdir. İddiaçı iddia ərizəsində qeyd edir ki, bu nömrə cavabdehin başqa nömrəsindəki borca görə bağlanıb. Halbuki belə deyildir. Cavabdeh sadəcə fakturalı nömrənin iş prinsipini düzgün başa düşməmişdir. Kredit limitinin 0 olması o deməkdir ki, abunəçinin istifadəsində olan paketin həcmindən asılı olmayaraq onun avansındakı məbləğ 0 olduqda kredit limiti aşılmış hesab edilir və kredit limitini aşmaya görə nömrə birtərəfli bağlanır. Bu halda da nömrə 0 kredit limitinin aşıimasına görə bağlanmış və abunəçi tərəfindən ödəniş edildikdən sonra açılmışdır. Göründüyü kimi, ********** nömrəsinin bağlanmasının qadağan edilməsi həmin nömrədə telekommunikasiya xidmətlərindən əlavə istifadə imkanı yaratmış olur ki, bunun nəticəsində də tariflərə uyğun olaraq əlavə xidmət haqqı hesablanacaqdır. Bu da ********** nömrəsində ödənilməmiş faktura borclarının artmasına gətirib çıxara bilər. Məhkəmə kollegiyasının iclasında Cavabdehn nümayəndəsi X3 şikayəti müdafiə edərək, onu təmin edilməsini və qərardadın ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı şikayəti qəbul etmədi, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 06 may 20201-ci il tarixli, 2(004)-3265/2021 saylı qərardadının dəyişdirilmədən saxlanmasını xahiş etdi. Məhkəmə kollegiyası iddiaçını və cavabdehin nümayəndəsinin izahatını dinləyib, şikayətin dəlillərini araşdırıb, iş materiallarını tədqiq edərək hesab edir ki, iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 06 may 20201-ci il tarixli, 2(004)-3265/2021saylı qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, şikayət təmin edilməməlidir. Belə ki, məhkəmə hesab etmişdir ki, iddiaçı istifadəsində olan mobil nömrənin bağlanmasına görə “pul” tələbi haqqında iddia tələbi irəli sürdüyündən, bununla da göstərilən mobil nömrə mübahisə predmeti olduğundan, mübahisə predmeti olan həmin mobil nömrənin bağlanmasına qadağa qoyulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.2 və 158.1.3-cü maddələrinə görə müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək və mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək növündə iddianı təmin etmək üçün tədbir görülə bilər. Həmin Məcəllənin 158.1.3-cü maddəsinə əsasən iddianı təmin etmək üçün hakim mübahisə predmetinə aid olan müəyyən hərəkətlərin edilməsini başqa şəxslərə qadağan edə bilər. Məhkəmə qeyd etmişdir ki, qanunun göstərilən müddəaları baxımından iddianı təmin tədbirinin əsas məqsədi qətnamənin gələcəkdə icrasını təmin etməkdən ibarətdir. Bu mənada, iddianı təmin tədbiri institutu özünün mahiyyəti etibarilə iddianın əsaslılığı prezumpsiyasına əsaslanan prosessual tədbirdir və həmin tədbirləri tətbiq edərkən məhkəmə belə mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi qətnamənin icrasını gələcəkdə çətinləşdirə və ya qeyri-mümkün edə bilər. Məhkəmə hesab etmişdir ki, tətbiq edilməsi tələb olunan iddianı təmin etmə tədbiri ilə irəli sürülmüş iddia tələbi arasında obyektiv əlaqənin mövcudluğu aşkardır, və həmin tədbirin tətbiq edilməməsi gələcəkdə iddianın təmin olunduğu təqdirdə qəbul ediləcək qətnamənin icrasını çətinləşdirə və hətta qeyri-mümkün edə bilər. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddianın təmin etmə tədbiri müvəqqəti xarakter daşıdığından və işi mahiyyəti üzrə həll etmədiyindən İddiaçı tərəfindən verilmiş ərizə təmin edilməli, mülki iş üzrə qəbul ediləcək yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək İddiaçı istifadəsində olan ********** mobil nömrənin bağlanması Cavabdehnə qadağan edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət əsassız olmaqla, qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə düzgün əməl olunmuşdur, ona görə də, məhkəmə qərardadı dəyişdirilmədən saxlanmalı, şikayət isə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Yasamal rayon Məhkəməsinin 06 may 20201-ci il tarixli, 2(004)-3265/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev
Məhkəmə qərarları › İş №2(103)-6142/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6142/2021
09.06.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver