Məhkəmə qərarları › İş №2(103)-6145/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6145/2020

07.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6145/2020 07.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi ” tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəmənin 2(006)-139/2020 saylı işi üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh vurulmuş maddi zərərə görə 4000 manat, mənəvi zərərə görə 500 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 31995 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində qeyd olunanlara, o cümlədən baxış zamanı aşkar olunmuş faktiki vəziyyətə və mülki iş materiallarında olan 51 saylı MKİS-in əməkdaşları tərəfindən tərtib olunmuş xx xxxxxx 2018-ci il tarixli aktın məlumatlarına əsasən, Bakı şəhəri Nəsimi rayonu 2-ci mikrorayon H.Seyidzadə küçəsində yerləşən 23 saylı evin 47 saylı mənzilinə suyun üst mərtəbədə yerləşən 50 saylı mənzildən sızması, suyun sızmasının isə 50 saylı mənzildə yaşayan sakinlər tərəfindən yararsız sanitar-qovşaq avadanlıqlarından istifadə edilməsi səbəbindən baş verə bilməsi müəyyən edilir (səh.53). Bakı şəhəri Nəsimi Rayon Məhkəmənin 2(006)-139/2020 saylı işi üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Vurulmuş 1911 manat maddi zərər, 300 manat mənəvi zərər və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesab üzrə ödənilməsi və iddianın qalan hissəsi rədd edilməsi qət edilmişdir. Qətnamədə Mülki Məcəllənin 21.2, 1097.1;Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4; «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli, 7 saylı qərarına istinadən qeyd edilmişdir ki, Bakı şəhəri Nəsimi rayonu 2-ci mikrorayon H.Seyidzadə küçəsində yerləşən 23 saylı evin 47 saylı mənzilinə 1911 manat məbləğində ziyan dəymişdir. Ziyan məhz 50 saylı mənzildən suyun sızması nəticəsində vurulmuşdur.cavabdehin mənzilindən su sızması nəticəsində iddiaçının mənzilinə zərər vurulmuşdur və bu, istənilən şəxsin psixikasına mənfi təsir edən, həyatının gündəlik ahəngini və rahatlığını pozan, insanı hiss, həyəcan, stress keçirməyə vadar edən haldır və iddiaçıya mənəvi ziyanın vurulması aşkardır. Məhkəmə vurulmuş mənəvi zərərin məbləğini təyin edərkən hər iki tərəfə münasibətdə bütün diqqətəlayiq halları nəzərə alaraq hesab edir ki, iddia mənəvi zərərin tutulmasına dair hissədə qismən təmin edilməli, vurulmuş mənəvi zərərə görə 300 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıvə ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesab üzrə ödənilməlidir. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası barədə mülki iş üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsinixahiş etmişdir. Apellyasiya şikayətində Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin (MPM) 385-ci maddəsinə istinadən qeyd edilmişdir ki, mənzilində sanitar qovşağı qurudur, orada olan avadanlıqlar saz vəziyyətdədir, özbaşına su sızması halları olmamışdır. Buna görə də iddianı qəbul etmədi və bildirdi ki, H.Seyidzadə küç.23 N-li evin 47 N-li mənzilinə sızan rütubətin mənbəyi mənzilində deyildir. Məhkəmə işin hallarını tam və hərtərəfli tədqiq etmədi. Mənzilinə, 47 N-li mənzilə su sızmasının real mənbəyi ola bilən digər yerlərə, yəni ondan yuxarıda olan digər mənzillərə, binanın şaxtasına, həmin mənzilin çöl divarına baxış keçirilmədi. ekspert rəyindən görünür ki, ekspert rütubətin səbəbi və mənbəyini dəqiq aşkar etməmişdir. Rəydə rütubətin sızmasının bir sıra eyni dərəcədə mümkün ola bilən mənbələri sadalanmışdır. Rəydə rütubətin mənbəyinin 50 N-li mənzil olmasıyalnız ehtimal edilir, bunun digər mümkün mənbələrdən biri kimi ola bilməsi güman edilmişdir. Ekspert yalnız 47 N-li mənzilə baxış keçirmişdir. ekspert rəyi məhkəmə qətnaməsi üçün əsas sübut kimi qəbul edilməməli idi. Azərbaycan Respublikasının MPM-nin 102.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, xx.xx.2020-ci il tarixli 31995 N-li ekspert rəyinin kifayət qədər dəqiq, qəti, aydın və tam olmadığına görə məhkəmə əlavə ekspertiza təyin etməklə rütubətin real mənbəyi və səbəbi barədə qəti və düzgün rəy almalı idi. Məhkəmənin qətnaməsində 47 N-li mənzildə olan televizor, kondisioner və tozsoranın qısa qapanma nəticəsində xarab olması göstərilmişdir. Lakin, elektrik cihazlarında qısa qapanmanın baş vermə səbəbi barədə işdə mütəxəssis rəyi yoxdur. Elektrik cihazlarında qısa qapanmanın isə onlarla səbəbi ola bilər. Odur ki, həmin cihazlarda qısa qapanmanın məhz 50 N-li mənzildən sızmış rütubət nəticəsində baş verməsi faktı sübut deyildir. Buna görə də məsuliyyətin onun üzərinə qoyulması əsassızdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, ekspertizanın onun iştirakı olmadan həyata keçirildiyini, özünün mənzilinə də evin şaxtasından su axdığını, mənzilinin iddiaçının mənzili üstündə olduğunu bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, illərdir ki, mənzilinə qarşı tərəfin mənzilindən su axdığını bildirmişdir. Məhkəmə kollegiyası mübahisə edilən hissədə apellyasiya şikayətinin dəlillərinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23–cü maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarı; " MM-nin 21.1, 1096 -1098, 1114-1115, 1159; "İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya"nın 41; MPM-in 14.2, 76.1, 76.2, 77.1, 80-82, 88, 119, 216, 217.4, 218.3, 220, 360, 372, 385, 386, 388, 390, 420-ci maddələrinə istinadən hesab edir ki, apellyasiya şikayətinin sübuta yetirilməyən dəlilləri formal mülahizə xarakteri daşıdığından əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edilməlidir ki, suyun cavabdehin mənzilinə başqa yerdən axıdılmasının sübuta yetirilməsindən asılı olmayaraq mənzillərin quruluşu nəzərə alınaraq iddiaçının mənzilinə axıdılmış suyun vurduğu zərərə görə cavabdehin mülki məsuliyyəti istisna edilmir.Apellyasiya şikayəti əsassız olduğundan onun verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu üçün məhkəmə xərci cavabdehin özünə aid edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəmənin 2(006)-139/2020 saylı işi üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar