Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6149/2022 07.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Baş Prokurorluğu və Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinə qarşı “əmlakın sıyahıdan çıxarılması, həbsdən azad olunması və qanuni sahibinə qaytarılması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 avqust 2022-ci il tarixli 2(001)-4297/2022 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Baş Prokurorluğu və Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin, ünvan 2 7 saylı mənzilin, Bakı şəhəri Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi 13C saylı evin 108 saylı mənzilinin, ünvan 3 ünvanında yerləşən 0,0365 ha həyətyanı torpaq sahəsinin, “Vaz- 21093” minik markalı, “AZ-**-BB-***” dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin hərraca çıxarılması və ya çıxarılacaq əmlakların siyahısından çıxarılması, onların həbsdən azad olunması və qanuni sahibi olan iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 avqust 2022-ci il tarixli 2(001)- 4297/2022 saylı qərardadı ilə mülki iş üzrə icraata xitam verilmişdir. Həmin qərardaddan iddiaçının verdiyi şikayət, məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə təmin olunmayaraq, baxılması üçün mülki işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə Kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 mart 2020-ci il tarixli, 1(101)-130/2020 saylı hökmündən görünür ki, mülki iddiaların təmin edilməsi üçün cinayət işi üzrə üzərinə həbs qoyulmuş İddiaçı adına Bakı şəhəri Xəzər rayonu, Buzovna qəsəbəsi, X3 küçəsi 14 ünvanında yerləşən qeyri-yaşayış sahəsi; ünvan 5a yerləşən qeyri-yaşayış sahəsi; ünvan 6il 7; Bakı şəhəri Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi ev 13C, mənzil 108; Bakı şəhəri Xəzər rayonu, Buzovna qəsəbəsi, B150 saylı sahədə yerləşən 0,12 ha torpaq sahəsi; ünvan 3 ünvanında yerləşən 0,0365 ha həyətyanı torpaq sahəsi; «Vaz-21093» minik markalı, «AZ**-BB-***» dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbs saxlanılmış, həmin əmlaklara xüsusi müsadirə tədbiq olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 fevral 2021-ci il tarixli, 1(103)-51/2021 saylı qərarından görünür ki, maraqlarına toxunan şəxs İddiaçı apellyasiya şikayəti verərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 mart 2020-ci il tarixli, 1(101)- 130/2020 saylı hökmü ilə onun adına olan əmlakların üzərinə qoyulmuş həbsin götürülməsi və müsadirə olunan əmlakların siyahısından çıxarılması barədə qərar qəbul edilməsini xahiş etmiş, onun apellyasiya şikayəti təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 11 noyabr 2021ci il tarixli, 2(102)-1231/2021 saylı qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 fevral 2021-ci il tarixli, 1(103)-51/2021 nömrəli qərarından maraqlarına toxunan şəxs İddiaçı kasassiya şikayəti verərək onun adına olan əmlakların üzərinə qoyulmuş həbsin götürülməsi və müsadirə olunan əmlakların siyahısından çıxarılması barədə qərar qəbul edilməsini xahiş etmiş, onun kassasiya şikayəti təmin edilməmişdir. “Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142.1, 383.1, 408.3-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 fevral 2022-ci il tarixli qərarında Plenum hesab etmişdir ki, cinayət prosesinin iştirakçısı olmasa da, cinayət prosesini həyata keçirən orqanın qərar və ya hərəkətləri ilə hüquq və mənafeləri pozulmuş şəxslər, o cümlədən əmlakı üzərinə həbs qoyulmuş mülkiyyətçilər də belə prosessual qərar və ya hərəkətlərdən məhkəmə nəzarəti qaydasında şikayət verə bilərlər. ...Məhkəmə hökmü ilə maraqlarına toxunan şəxsin məhkəməyə apellyasiya şikayəti vermək hüququnun təmin edilməsi həmin şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulduğu hallarda mümkün hesab edilməlidir. ...Bu şəxslər tərəfindən apellyasiya instansiyası məhkəməsinə şikayət verilməsi, şikayətin icraata qəbul edilməsi və ona baxılması, yaxud imtina edilməsi qaydalarının qanunverici tərəfindən müəyyən edilməsi onların Konstitusiyadan irəli gələn hüquqlarının əsassız olaraq məhdudlaşdırılmasının qarşısının alınmasına xidmət etmiş olar. Məhkəmə də gəldiyi nəticəni belə əsaslandırmışdır ki, hazırki iş üzrə iddiaçı Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 mart 2020-ci il tarixli, 1(101)-130/2020 saylı hökmünü qanunvericiliklə ona verilmiş hüquqlarından istifadə edərək mübahisələndirdiyindən, yenidən əmlakların müsadirəsinin qanuniliyini mülki mühakimə icraatı qaydasında mübahisələndirə bilməz. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mülki iş üzrə icraata xitam verilməsi barədə nəticəyə gəlməkdə haqlı olmuşdur. Şikayətin dəlilləri əsassızdır. İddiaçı Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 mart 2020-ci il tarixli, 1(101)-130/2020 saylı hökmünün iddia ərizəsində göstərilən əmlakların müsadirə olunması hissəsini apellyasiya və kassasiya icraatı çərçivəsində mübahisələndirmiş və qanuni qüvvədə olan məhkəmə hökmü ilə həmin əmlakların müsadirəsinin qanunauyğun olduğu təsbit olunmuşdur. Kollegiya onu da qeyd edir ki, cinayət işi üzrə Ali Məhkəmənin Cinayət Kollegiyasının 11 noyabr 2021-ci il tarixli, 2(102)-1231/2021 saylı qərarının 64-cü bəndində Məhkəmə mübahisələndirilən əmlakların əldə edilməsi ilə bağlı aşağıdakı nəticəyə gəlmişdir: «Bu səbəblərdən məhkəmə kollegiyası maraqlarına toxunan şəxslər tərəfindən verilmiş kassasiya şikayətlərinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, üzərinə həbs qoyulmuş əmlaklar məhz təqsirləndiririlən şəxs X1 cinayəti törətməsindən sonra onun adına olmasa belə, cinayət nəticəsində əldə olunmuş vəsait hesabına yaxınlarının adına qeydə alındığından, verilmiş kassasiya şikayətləri bu hissədə təmin edilməməli, həmin əmlaklar üzərinə qoyulmuş həbs götürülməməlidir.» Göründüyü kimi, E.Şirinovanın barəsində olan cinayət işi üzrə qanuni qüvvəsini almış məhkəmə aktları ilə müəyyən edilmişdir ki, hazırki iş üzrə iddiaçının həbsdən azad edilməsini tələb etdiyi əmlaklar E.Şirinova tərəfindən törədilmiş cinayət əməlləri nəticəsində əldə olunmuş vəsait hesabına yaxınlarının adına alınmış əmlaklardır. Başqa sözlə, hökmlə mübahisələndirilən əmlakların E.Şirinova tərəfindən və cinayət yolu ilə əldə olunmuş vəsait hesabına əldə olunması müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: İddiaçının şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 avqust 2022-ci il tarixli 2(001)- 4297/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6149/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6149/2022
07.09.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver