Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-615/2021 28.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərovdan və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Küdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X12 iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 sentyabr 2019-cu il tarixli 2(005)-82/2019 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh MMC-nə qarşı X5 və X15 cavabdeh tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində göstərilməklə “sağlamlığa vurulmuş zərərin ödənilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh (VÖEN: **********) üzərinə İddiaçı 01 avqust 2016- cı il tarixdən etibarən hər ay 280 manat əmək qabiliyyətini itirməyə görə təzminat, 525,00 manat isə əlilə qulluq edənə ödənilən haqq olaraq, ümumilikdə 805,00 manat (səkkiz yüz beş manat) məbləğində pul ödəmək öhdəliyi qoyulması, həmin pul öhdəliyinin qətnamə icra edilən günə qədər olan hissəsi (keçmiş dövrü üçün), bir dəfəyə, qalan hissəsi isə müvafiq təqvim ayının son iş günündən gec olmayaraq ödənilməsi, Cavabdehndən (VÖEN: **********) həmçinin müalicə xərclərinə görə təzminat qismində 140000 manat, mənəvi zərər qismində isə 50000 manat olmaqla, ümumilikdə 190000 (yüz doxsan min) manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı 16 iyul 2016-cı il tarixdə Cavabdehnə (VÖEN: **********) məxsus “X22” adında tibb müəssisəsində (hüquqi şəxs statusu olmayan) yalnış müalicə olunmaqla sağlamlığına vurulmuş ziyan nəticəsində o, iflic olmuş və əmək qabiliyyətini tamamən itirmişdir. Belə ki, tibbi xidmət göstərmiş Cavabdeh MMC-nin həkimləri, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Quliyev Məzahir ilə Mehdi Şıxəli iddiaçının əməliyyat öncəsi müayinəsinin nəticələrinə ciddi əhəmiyyət verməyərək, cərrahi əməliyyatın təxirə salınmalı olduğu halda, onu cərrahi əməliyyata almış və əməliyyatdan sonrakı durumunun ağır olmasına səhlənkar yanaşaraq ona gərəkli tibbi müdaxilələri vaxtında etməmişlər. Nəticədə, iddiaçının səhhətində əmək qabiliyyətinin tam itməsinə, onun ömürlük birinci dərəcəli əlil olmasına səbəb olan fəsadlar baş vermişdir. Əmək qabiliyyətini itirməyə görə aylıq ödəniş məbləği: Sağlamlığına vurulmuş xəsarət nəticəsində İddiaçı əmək qabiliyyətini ömürlük olaraq 100% itirdiyi üçün birinci dərəcəli əlil olmuşdur. “X20” MMC-nin təqdim etdiyi 15.11.2017-ci il tarixli lR№-007 saylı arayışla təsdiq olunur ki, İddiaçı 06.04.2013-cü il tarixdən xəsarət alan tarixədək həmin müəssisədə fəhlə vəzifəsində işləmiş, aylıq əmək haqqı 280 (iki yüz səksən) manat olmuşdur. Ona görə də əmək qabiliyyətinin itirilməsi nəticəsində İddiaçı cavabdeh tərəfindən ayda onun aylıq orta qazancının 100%-i miqdarında pul, yəni 280 manat ödənilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 yanvar 2003-cü il tarixli 3 N°-li qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydalari, şərtləri və məbləği”nin 2.3-cü bəndinə əsasən, zərərə görə aylıq ödəncin məbləği müəyyənləşdirilərkən zərərçəkənə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə pozulması ilə əlaqədar təyin edilmiş əlilliyə görə pensiya, eləcə də həm sağlamlığına zərər vurulanadək, həm də zərər vurulduqdan sonra təyin edilmiş digər pensiyalar, müavinətlər və digər bu cür ödənişlər nəzərə alınmır və zərərin əvəzinin ödənilməsi miqdarının azaldılmasına səbəb olmur (zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir). 3.2-ci bəndinə əsasən isə, zərərçəkənlərə və yaxud zərərə görə aylıq ödənc almaq hüququna malik olan şəxslərə ödənclər xəsarət nəticəsində əvvəlki peşə əmək qabiliyyətini itirdiyi gündən verilir. İddiaçı əmək qabiliyyətini 16 iyul 2016-cı il tarixdə itirdiyi üçün ona avda 280 manat pulun tamamı 01 avqust 2016-cı il tarixdən etibarən ödənilməlidir. Xəstəyə qulluq xərclərinin məbləği: Cavabdeh iddiaçıya sağlamlığının pozulması ilə bağlı möhtac olduğu yardım və qulluq növlərinə çəkdiyi xərclərin əvəzini ödəməlidir. Belə ki, iddiaçı sağlamlığına vurulmuş zərər nəticəsində sərbəst hərəkət etmək qabiliyyətini itirdiyi üçün daim ona baxacaq və qulluq edəcək bir mütəxəssisə ehtiyacı vardır. İndiyə qədər iddiaçıya öz ailə üzvləri və qohumları işlərindən ayrılaraq baxmışlar. Lakin ailə üzvlərinin həmişəlik olaraq öz işindən ayrılaraq xəstəyə baxmaları və ailəyə qazanc gətirməməkləri mümkün deyildir. İddiaçıya əmək haqqı qarşılığında qulluq edən bir nəfər tutulmalıdır. Bu da onun maddi tələbatının artmasına səbəb olur. Azərbaycan Respublikası Statistika Komitəsinin rəsmi hesabatla yaydığı X8 əsasən, 2017-ci ildə (yanvar-noyabr aylarında) Azərbaycanda orta aylıq nominal əmək haqqı 525,00 manat olmuşdur. Yəni, iddiaçıya baxan şəxsə ödənilməli orta aylıq əmək haqqının məbləği 525,00 manatdır. Bu məbləğ iddiaçının xəstəxanadan çıxdığı gündən, 01 avqust 2016-cı il tarixdən etibarən ödənilməlidir. Müalicə xərcləri: İddiaçının müalicəsi üçün bugünədək çəkilmiş faktiki xərclərin məbləği 40.000 manatdan çoxdur. Onun bir qismi cavabdehə ödənilsə də, cavabdeh rəsmi sənədləri iddiaçıya təqdim etmədiyi, habelə digər şəxslərə xidmət və dərman üçün ödənilmiş xərclərə görə qəbzlər verilmədiyi üçün bu barədə sübutların hamısını məhkəməyə təqdim etmək mümkün olmur. Lakin dərmanların alınmasına və başqa tibb müəssisələrinə ödənilmiş xərcləri təsdiq edən bəzi sənədlər saxlanılmışdır. Onlar sübut qismində məhkəməyə təqdim olunur. Hesab edir ki, MM-nin 1125.2-ci maddəsinə müvafiq olaraq, iddiaçının sağlamlığına vurulmuş zərərə görə əlavə xərclərin ödənilməsi məbləğləri putyovkaların alınması, gediş haqqının, xüsusi nəqliyyat vasitələri haqqının ödənilməsi də daxil olmaqla, müvafiq xidmətlərin və əmlakın dəyəri tibb ekspertizasının rəyinə əsasən müəyyənləşdirilən müddətlər daxilində gələcək zaman üçün də təyin edilməli və qabaqcadan ödənilməlidir. İddiaçıya gələcəkdə müalicəsini davam etdirə bilməsi üçün qabaqcadan ən azı 100.000 manat ödənilməlidir. Əlavə müalicə xərclərinin məbləği tibbi və iqtisadi ekspertlər tərəfindən iddiaçının və digər tibb müəssisələrinin qiymət tarifləri əsasında müəyyən edilə bilər. Ekspertizanın rəyi ilə müalicə xərclərinə görə faktiki çəkilmiş xərcin 40.000 manatdan, gələcəkdə çəkilməli əlavə müalicə xərclərinin isə 100.000 manatdan, ümumilikdə 140.000 manatdan az olmayacağı təsdiq oluna bilər. Mənəvi zərər: İddiaçı onun həyatının məhv edilməsinə, ailəsinin ağır və çıxılmaz vəziyyətə salınmasına görə çox ciddi psixoloji sarsıntılar keçirir. Düşdüyü iflic vəziyyəti və fiziki hərəkətsizlik durumu onu həyatdan tamamən küsdürmüşdür. Bunun nəticəsində ona dəymiş mənəvi zərərin miqdarı pulla ölçülə bilməyəcək qədər çoxdur. Amma iddiaçı Azərbaycan reallıqlarını da nəzərə alaraq mənəvi zərərə görə ən az məbləği - 50.000 manat ödənilməsini tələb edir. Bundan sonra İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəməyə iddiaya əlavə və dəyişikliklər edilməsi barədə ərizə iləməhkəməyə müraciət edərək, Cavabdeh (VÖEN: **********) üzərinə İddiaçı 01 avqust 2016-cı il tarixdən etibarən hər ay 730,88 manat əmək qabiliyyətini itirməyə görə təzminat, 554,90 manat isə əlilə qulluq edənə ödənilən haqq olaraq, ümumilkdə 1285,78 manat (bir min iki yüz səksən beş manat 78 qəpik) məbləğində pul ödəmək öhdəliyinin qoyulmasını, həmin pul öhdəliyinin qətnamə icra edilən günə qədər olan hissəsinin (keçmiş dövrü üçün), bir dəfəyə, qalan hissəsinin isə müvafiq təqvim ayının son iş günündən gec olmayaraq ödənilməsi, Cavabdehndən (VÖEN: **********) həmçinin müalicə xərclərinə görə təzminat qismində 145.000 manat, mənəvi zərər qismində isə 50.000 manat olmaqla, ümumilikdə 195.000 (yüz doxsan beş min) manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 sentyabr 2019-cu il tarixli 2(005)- 82/2019 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh MMC-yə qarşı X5 və X15 cavabdeh tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində göstərilməklə, sağlamlığa vurulmuş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi təmin edilməmiş, iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun İddiaçı aid edilməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 61,52 (altmış bir manat 52 qəpik) manat və 142 (yüz qırx iki) manat İddiaçı dövlət nəfinə tutulması qət edilmişdir. Qətnamədən narazı qalan İddiaçı apelyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 sentyabr 2019-cu il tarixli 2(005)-82/2019 nömrəli qətnaməsinin ləğv edilməsini, Cavabdeh (VÖEN: **********) üzərinə İddiaçı 01 avqust 2016-cı il tarixdən etibarən hər ay 319,98 manat əmək qabiliyyətini itirməyə görə təzminat, 554,90 manat isə əlilə qulluq edənə ödənilən haqq olaraq, ümumilkdə 874,88 manat (səkkiz yüz yetmiş derd manat səksən səkkiz qəpik) məbləğində pul ödəmək öhdəliyinin qoyulması, həmin pul öhdəliyinin qətnamə icra edilən günə qədər olan hissəsinin (keçmiş dövrü üçün), bir dəfəyə, qalan hissəsinin isə müvafiq təqvim ayının son iş günündən gec olmayaraq ödənilməsi, cavabdeh “Cavabdeh" Məhdud Məsuliyyətli Cəmiyyətindən (VÖEN: **********) həmçinin müalicə xərclərinə görə təzminat qismində 145.000 manat, mənəvi zərər qismində isə 50.000 manat olmaqla, ümumilikdə 195.000 (yüz doxsan beş min) manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun sağlamlığına vurulmuş zərərin baş verməsində tibb müəssisəsinin təqsirinin olduğunu sübut etmək vəzifəsi Mülki Məcəllənin 1112-ci maddəsi ilə istisna olunur. Həmin hüquq norması cavabdeh tibb müəssisəsinin üzərinə iddiaçının sağlamlığına zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirmək vəzifəsi qoyur. Əks halda, cavabdehin iddiaçının sağlamlığına vurulmuş zərərə görə məsuliyyətdən azad edilməsini istisna edir. Birinci instansiya məhkəməsi iddiaçının sağlamlığına vurulmuş zərərin baş verməsində cavabdehin təqsirinin olmadığının sübut edildiyi qənaətinə gəldiyi üçün deyil, iddiaçı tərəfindən onun sağlamlığına vurulmuş ziyanın baş verməsində cavabdehin təqsirli olduğunu sübut edə bilmədiyi qənaətinə gəlmişdir. Bununla da qanunsuz qətnamə qəbul etmişdir. Digər tərəfdən, birinci instansiya məhkəməsi işin hallarının tam və hərtərəfli araşdırılması üçün zəruri olan kopmleks məhkəmə ekspertizasının keçirilməsini təmin etməmişdir. Məhkəmənin istinad etdiyi məhkəmə-tibbi ekspertiza rəyləri isə iş üzrə mötəbər sübut kimi qəbul oluna bilməz. Belə ki, iddiaçı tərəfindən məhkəməyə verilmiş 23.11.2018-ci il tarixli vəsatətdə məhkəmə tibbi ekspertizasının təyin edilməsi, ekspertizanın keçirilməsinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xüsusi yaradılan komissiyasına həvalə edilməsi, ekspertizanın Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin məhkəmə libbi ekspertləri Ziyafəddin Məmmədovun, Rafik Nuriyevin və Cavid Cahangirlinin iştirakı olmadan keçirilməsi xahiş edilmişdir. Vəsatətdə ekspertizanın keçirilməsinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin məhkəmə tibbi ekspertlərinə deyil, xüsusi yaradılan komissiyasına həvalə edilməsini məhkəmədən xahiş etmişdir. Belə ki, iddiaçının arvadı X4 hazırkı iş üzrə üçüncü şəxslərə qarşı vaxtı ilə Nəsimi rayon məhkəməsində qaldırdığı iddia üzrə başqa bir mülki işdə Məhkəmə-Tibbi Ekspertiza və Patologiji Anatomiya ETT Birliyinin komisyon şöbəsi tərəfindən iddiaçı barəsində məhkəmə-tibbi ekspertizası keçirilmiş və 18.05.2017-ci il tarixli 161/KEŞ saylı rəy verilmişdir. Bu rəy Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin məhkəmə tibbi ekspertləri Ziyafəddin Məmmədov, Rafik Nuriyev və Cavid Cahangirli tərəfindən verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 26.04.2018-ci il tarixli 2(102)-2542/18 №-li Qərarı iş üzrə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-10410/2017 №-li 28 noyabr 2017- ci il tarixli qətnaməsi ləğv edilərək mülki işin icraatına iddiaçının iddiadan imtina etməsi əsası ilə xitam verilmişdir. Buna baxmayaraq, cavabdeh tərəf 18.05.2017-ci il tarixli 161/KEŞ saylı rəyi məhkəməyə təqdim edərək, hazırkı işdə məhkəmənin yalnız bununla kifayətlənməli olduğunu bildirmişdir. Məhkəmə-Tibbi Ekspertiza və Patologiji Anatomiya ETT Birliyinin məsul şəxsləri ikinci dəfə fərqli və daha obyektiv rəyin verilməsinə mane olacaqlar. Sorğuya cavab olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin (Tibbi yardımın Təşkili şəbəsinin müdiri cənab G.Poladovun) 22 fevral 2018-ci il tarixli 02/19- 1670 tarixli məktubunda bildirilir ki, son vaxtlar müasir tibbi texnologiyaların, profilaktika, diaqnostika, müalicə və reabilitasiya metodlarının inkişafını nəzərə alaraq 2008-ci ildə tərtib edilmiş klinik protokolların yenidən baxılmasına zərurət yaranmışdır. Hazırda həmin kliniki protokollar ləğv edilmiş və onların yenidən baxılması, qəbul olunmuş normativ sənədlər, müasir diaqnostika və müalicə metodları nəzərə alınmaqla tərtib edilməsinin təşkili Səhiyyə Nazirliyinin baş mütəxəssisləri cəlb olunmaqla X10 və Mərkəzlərinə, Azərbaycan Tibb Universitetinin və Ə.Əliyev adına X3 İnstitutunun kafedralarına tapşırılmışdır. Azərbaycan Tibb Universitetindən də (X11) sorğuya cavab olaraq 27 fevral 2018-ci il tarixli 35 saylı məktubda bildirilmişdir ki, “burun boşluğunun polipi, sağtərəfli haymorit, etmoidit, soltərəfli popiloz etmoidit, burun çəpərinin əyriliyi” diaqnozu qoyulmuş xəstələrdə beynəlxalq protokollara görə, həqiqətən də “FESC” əməliyyatına göstəriş var. Bu əməliyyat ümumi intubasyon narkoz altında aparılır. Əməliyyatın həcmi və müddəti patologiyanın həcmindən asılıdır. Dünya təcrübəsində əməliyyatın nəticəsi olaraq, əsasən orta burun balıqqulaqlarının zədələndiyi və ya burun boşluğunda geniş yara səthinin olması zamanı iybilmə hissinin pozulması, burun tənəfüsünün məhdudlaşması, əməliyyat zamanı görmə orqanının bütövlüyü pozularsa və ya görmə siniri zədələnərsə, görmə qabiliyyətininazalması və ya itməsi, beyinlə paranazal burun ciblərinin sərhədi pozularsa, beyin mayesinin burundan axması (rinolikvorreva) və ya s. ağırlaşmalar rast gəlinməkdədir. Adları çəkilən ağırlaşmaların meydana çıxa bilməsi səbəbindən, bu əməliyyat texniki hazırlığı və yüksək səviyyəli kadr potensialı olan klinikalarda aparılmalıdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin rəsmi internet səhifəsində 28.02.2018-ci il tarixə qüvvədə olan bütün klinik protokolların siyahısı verilmişdir. Bu siyahıda da “burun boşluğunun polipi, sağtərəfli haymorit, etmoidit, soltərəfli popiloz etmoidit, burun çəpərinin əyriliyi” diaqnozu qoyulmuş xəstələrdə “FESC” cərrahi əməliyyatının aparılmasına dair heç bir klinik protokol yoxdur. Göründüyü kimi, iddiaçıya qoyulmuş diaqnoz üzrə xəstəliyin müalicəsi üçün klinik protokolu hələ Səhiyyə Nazirliyinin baş mütəxəssisləri, X10 və Mərkəzləri, Azərbaycan Tibb Universiteti və Ə.Əliyev adına X3 İnstitutunun kafedraları tərəfindən hazırlanmaqdadır. Belə bir klinik protokol olmadan Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin ümumi ixtisaslaşmış ekspertləri əsaslandırılmış və düzgün rəy verə bilməzdilər. Belə rəyi yalnız Səhiyyə Nazirliyinin xüsusi yaradılmış və yuxarıda qeyd olunan müəssisələrinin mütəxəssislərindən ibarət komissiyası verə bilərdi. Ekspertlər qarşısında qoyulan sualların bir qismi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin ekspertlərinin fəaliyyət dairəsinə aid deyildir. Məhkəmə-tibbi ekspertizasının səlahiyyətlərinə aid olmayan sualların cavablandırılması üçün Səhiyyə Nazirliyinin digər qurumlarının mütəxəssislərinin cəlb edilməsi tələb olunurdu. Əslində, 17.08.2019-cu il tarixli 184/MEŞ №-li sənədi ekspertiza rəyi adlandıqmaq doğru deyildir. Çünki bu sənəd qanunvericiliklə ekspertiza rəyi üçün müəyyən edilmiş tələblərə ümumiyyətlə cavab vermir. Rəydə bütün suallara iddiaçının əleyhinə olan və heç bir halla əsaslandırılmayan cavabların yazıldığı aşkar görünür. Digər tərəfdən, 04.03.2019-cu il tarixli 760 №-li rəydə məhkəmə-tibbi ekspertizasının səlahiyyətlərinə aid olmadığı üçün cavablandırılmayan 4, 5 və 21-ci suallara 17.08.2019-cu il tarixli 184/MEŞ №-li rəydə məhkəmə-tibbi eksperləri 4, 5 və 20-ci suallarda cavab vermişdir. Ekspertiza qarşısında qoyulmuş saulların heç biri tədqiq edilməyib, cavablanıdırlan suallar heç bir elmi-metodla və tədqiqatla əsaslandırmayıbdır. Həmin ekspertiza rəyi mötəbər sübut kimi qəbul edilə bilməz, iş üzrə obyektiv və hərtərəfli araşdırma aparılması üçün təkrar və kompleks ekspertizanın keçirilməsi vacibdir. 184/MEŞ №li rəyin qərəzliyi və əsassızlığı, suallara mahiyyəti üzrə cavab vermədiyi və onları birmənalı şəkilə cavablandırmaqdan yayındığı ekspertiza qarşısında qoyulan suallarla onlara verilmiş cavabların müqayisəsindən aşkar görünür. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-14968/2019 saylı, 26 dekabr 2019-cu il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 sentyabr 2019-cu il tarixli 2(005)- 82/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-2664/2020 saylı, 22 iyul 2020-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 dekabr 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin və apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X15 apelyasiya şikayətinə etiraz edərək, apelyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 sentyabr 2019-cu il tarixli 2(005)-82/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir: Belə ki, iş materiallarına əlavə olunmuş epikrizdən görünür ki, İddiaçı «City Hospital» Klinikasında 16.07.2016-cı il tarixdən 27.07.2016-cı il tarixədək stasionar qaydada tibbi müayinədən keçmiş, ona burun boşluğunun polipi, sağ tərəfli polipoz, haymorit, etmoidit, sol tərəfli polipoz etmoidit kliniki diaqnozu; hipertoniya xəstəliyi İİ dərəcə, sol orta beyin art.hövzəsində işemik insult, sağ tərəfli hemiparaz, mator afaziya geden diaqnozları qoyulmuş; xəstədə 16.07.2016-cı il tarixdə ümumi intubasion narkoz altında «FESC» cərrahi əməliyyatı aparılmış, əməliyyat və narkoz fəsadsız keçmişdir. Xəstə tam ayıldıqdan sonra ayılma palatasına verilmiş, göstəricilər tam stabilləşdikdən sonra huşu aydın və tənəffüsü sərbəst şəkildə palataya köçürülmüşdür. Ertəsi gün xəstə evə getməyə hazırlaşarkən başında ağrı və sağ ətraflarının keyiməsini hiss etmişdir. Bunun üçün müalicə həkiminə müraciət etmişdir. Aparılan müayinələrdən və nevropatoloqun konsultasiyasından sonra xəstədə «hipertoniya xəstəliyi İİ dərəcə, sol orta beyin art.hövzəsində işemik insult, sağ tərəfli hemiparaz, mator afaziya» diaqnozu müəyyən edilmişdir. Müvafiq müalicə aparılmış, müalicənin gedişi qənaəetbəxş olmuşdur. Xəstə 27.07.2016-cı il tarixdə kafi vəziyyətdə evə, nevramatoloq və terapevtin nəzarəti altında ambulator müalicəyə yazılmışdır. İş materiallarına əlavə olunmuş siyahıdan görünür ki, İddiaçı müalicəsi üçün bəzi dərmanlara çəkilmiş xərclərin ümumi dəyəri 7904,12 manat təşkil edir. İş materiallarına əlavə olunmuş 071749 nömrəli lisenziyadan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən Cavabdeh MMC-nə tibbi fəaliyyət keçirməyə icazə verilmişdir (qeydiyyat nömrəsi 1059; qeydiyyat tarixi 18.02.2013-cü il). İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş kommersiya qurumunun Dövlət reyestrindən çıxarışdan görünür ki, Cavabdeh MMC (VÖEN **********) 09.03.2004-cü il tarixdən vergi ödəyicisi kimi dövlət qeydiyyatına alınmış; təsisçisi və qanuni təmsilçisi X6r. İş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10410/2017 nömrəli qətnaməsindən görünür ki, iddiaçı X4 cavabdehlər «X22» və qeyrilərinə qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 09.08.2017-ci il tarixli, 2(006)1360/2017 nömrəli qətnaməsi ilə təmin edilməmişdir. Həmin qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10410/2017 nömrəli qətnaməsinə əsasən apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 09.08.2017-ci il tarixli, 2(006)1360/2017 nömrəli qətnaməsinin iddiaçı X7 münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin 26.04.2018-ci il tarixli, 2(102)-2542/18 nömrəli qərarından görünür ki, iddiaçı X9 iddiadan imtina etdiyi üçün Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10410/2017 nömrəli qətnaməsinin ləğv edilməsi və mülki işin icraatına xitam verilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə- Tibbi Ekspertiza və Pataloji Anatomiya ETT Birliyinin 161/KEŞ nömrəli ekspert rəyindən görünür ki, 1959-cu il təvəllüdlü İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, iş materiallarına əlavə edilmiş məlumatlara və özünün məhkəmə tibbi müayinəsinə əsaslanaraq qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlmişdir: 1 İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən o, 16.07.2016-cı il tarixdə «City Hospital» şəhər xəstəxanasına burun tənəffüsünün kəskin pozulması şikayətləri ilə müraciət etmişdir. Aparılmış müvafiq müayinələrdən sonra xəstəyə «burun boşluğunun polipi; sağ tərəfli polpoz haymorit, etnoidit; sol tərəfli polipoz etnoidit; burun çəpərinin əyriliy» diaqnozu təyin edilmiş və cərrahiyyə əməliyyatının aparılması planlaşdırılmışdır. Əməliyyatönü hazırlıqdan sonra 16.07.2016-cı il tarixdə inkubasion narkoz altında «FESC» cərrahiyyə əməliyyatı icra edilmişdir. Əməliyyat faktiki və texniki cəhətdən düzgün yerinə yetirilmişdir. 2-3. Tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, istər cərrahiyyə əməliyyatı, istərsə də anesteziyanın tətbiqi zamanı xəstədə hər-hansı bir ağırlaşma (qanaxma, reaksiya, anestezioloji fəsad və s.) qeyd edilməmişdir. Lakin 17.07.2016-cı il tarixdə xəstənin ümumi vəziyyəti nevroloji sferada ağırlaşmış və müayinə zamanı baş beyin qan dövranın pozğunlğu, sol arxa beyin arteriya hövzəsində işemik insultun olduğu müəyyən edilmişdir. Mütəxəssis müayinəsinə əsasən, İddiaçı qeyd olunan pataloji vəziyyətin cərrahi əməliyyatla və anesteziyanın tətbiqi ilə səbəbli əlaqəsi olmamışdır. İş materiallarına əlavə olunmuş 16.07.2016-cı il tarixli xəstə razılığından görünür ki, «City Hospital»ın həkimləri keçirəcəkləri əməliyyatın həyatı riskləri, təhlükələri, meydana gələ biləcək fəsadları barəsində İddiaçı məlumat vermişlər, o, isə azad iradəsi ilə bu əməliyyatın keçirilməsinə bir baş özünün razılıq vermiş və əməliyyatın (həkim səhvi istisna olmaqla) maddi və mənəvi məsuliyyətini öz üzərinə götürmüşdür. İş materiallarına əlavə edilmiş İddiaçı 17.07.2016-cı il tarixli beyin MR müayinəsi barədə arayışdan görünür ki, İddiaçı sol tərəfdə bazal qanqliyalarda, insulyar sahədə, gicgah və təpə paylarda, sol yan mədəciyini cisminin qonşuluğunda perivintrikulyar sahədə səpələnmiş şəkildə çoxsaylı dövr işemik insul ocaqları aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı 12.07.2016-cı il tarixli paranazal sinus KT müayinəsi barədə arayışdan görünür ki, hər iki tərəfdə etmoidal hücrətləri dolduran, burun pasajına doğru uzanaraq orta konxaları əhatə edən, alt konxalara sirayət göstərən, bilateral olaraq solda daha çox olmaqla xoananı dolduran və sol tərəfidən xoanadan nazofaringeal boşluğa uzanan polipoid yumşaq toxuma, burun çəpərində açıqlığı sola baxan əyrilik aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15.10.2018-ci il tarixli, 24274/26844 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş mülki işin 94-112 vərəqlərində olan AZS-003 ******* nömrəli stasionar xəstənin tibbi kartasının içərisində epikriz xəstənin razılığı, müxtəlif müayinələrinin və analizlərinin nəticələri, həkimlərini qeydləri və s. sənədlər olmaqla cəmi 17 vərəqədən ibarətdir. Həmin vərəqələrdən 8 ədədinin aşağı sağ küncündə əlyazma rəqəmlərlə ardıcıllığı gözləmədən nömrələnmişdir. Kartdakı digər vərəqlər nömrələnməmişdir. Təqdim edilmiş mülki işin 97 və 99 vərəqələrinin həkim qeydləri olan vərəqləriqnin aşağı sağ küncündəki «4» rəqəminin yerində əvvəlcə «3» rəqəmi, «5» rəqəminin yerində əvvəlcə «4» rəqəmi, «6» rəqəminin yerində əvvəlcə «5» rəqəmi olub, sonra üzərində əlavə cizgi atmaqla indiki vəziyyətə gətirilmişdir. Təqdim edilmiş mülki işin 113-189-cu vərəqələrində olan AZS-066 ******* nömrəli stasionardan çıxanın statistik kartasının içərsində təqib cədvəlləri, təynat vərəqələri, qəbzlər, resept nüsxələri, mədaxil orderləri və s. Sənədlər olmaqla cəmi 76 vərəqdən ibarətdir. Həmin kartadakı sənədlər nömrələnməmişdir. Rəyin tədqiqi hissəsinin 3-cü bəndində göstərilən səbəblərlə əlaqədar olaraq 94-112-ci və 113- 189-cu vərəqlər üzrə sənədlərin icra müddətini müəyyən etmək mümkün olmamışdır. Aprılmış ekspertiza tədqiqatının dəyəi 61,52 manat təşkil edir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29.10.2018-ci il tarixli, 24099 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş mülki işin 96-cı vərəqəsində yerləşən 16.07.2016-cı il tarixli xəstə razılığında «imza» qrafasındakı imza ilə İddiaçı adına olan AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsində «vəsiqə sahibinin imzası» və P3671909 saylı pasportda «pasport sahibinin imzası» qrafasındakı imzalar ehtimal ki, öz aralarında müxtəlif şəxslər tərəfindən icra olunmuşdur. Aparılmış ekspertizanın dəyəri 142 manat təşkil edir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə- Tibbi Ekspertiza və Pataloji Anatomiya ETT Birliyinin 760 nömrəli ekspert rəyindən görünür ki, 1959-cu il təvəllüdlü İddiaçı adına təqdim edilmiş iş materiallarına əsaslanaraq, qərarda qoyulmuş suallara uyğun olaraq aşağıdakı nəticəyə gəlinir: 1. Təqdim olunmuş 2(005)- 1589/2018 nömrəli işin materiallarında İddiaçı dair aşağıdakı tibbi sənədlər vardır: 12.07.2016-cı il il tarixli paranazal sinus KT müayinəsi; Laborator müayinələr; radioloqun müayinəsi; DQO R müayinəsi; elektro kardioqramma müayinəsi; 16.07.2016-cı il tarixli ******* saylı stasionar xəstənin tibbi kartası. 2.3.İddiaçı adına tərtib edilmiş stasionar xəstənin ******* saylı tibbi kartası hazırda səhiyyə sistemində qüvvədə olan normativ aktlara uyğun tərtib olunmuşdur. 4.5,21. Hər hansı bir özəl tibb müəssisəsinin maddi texniki təchizatı və tibbi personalının fəaliyyəti məsələləri məhkəmə-tibbi ekspertizasının səlahiyyətlərinə aid deyil. 6,12 İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdən görünür ki, aparılmış müayinələr əsasında ona «burun boşluğunun polipi; sağ tərəfli polipoz haymorit, etnoidit; sol tərəfli polipoz etnoidit; burun çəpərinin əyriliyi» diaqnozu düzgün təyin edilmiş və təyin edilmiş diaqnoza uyğun olaraq onun üzərində 16.07.2016-cı il tarixdə «FESC» cərrahiyyə əməliyyatı icra edilmişdir. Cərrahiyyə əməliyyatı taktiki cəhətdən düzgün seçilmiş və icra edilmişdir. 7.8. İddiaçı arterial təzyiqinin 160/95 mm..c.st olması onun üzərində icra edilmiş cərrahiyyə əməliyyatında əks göstəriş hesab edilməyə bilər. 9. İddiaçı xəstəlik tarixində xəstəliklərin XBT kodu göstərilməmişdir. X1 üzrə onun xəstəliyi J- 33, J-33.0, J-34.2 kodları altında göstərilməli idi. 10.11. Həkim - otorinolarinqoloqun hüquq və vəzifə təlimatları Səhiyyə nazirliyinin 19.09.2012-ci il tarixli 70 saylı əmri ilə tənzimlənir. 13. İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən onun üzərində «FESC» cərrahiyə əməliyyatının icra edilməsinə əks göstəriş olmamışdır. 14.17. İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdən görünür ki, istər cərrahiyə əməliyyatı, istərsə də anesteziyanın tətbiqi zamanı xəstədə hər hansı bir ağırlaşma (qanaxma, reaksiya anestezioloji fəsad və s.) qeyd edilməmişdir. Lakin 17.07.2016- cı il tarixdə xəstənin ümumi vəziyyəti nevroloji sferada ağırlaşmış və müayinə zamanı baş beyin qan dövranı pozğunluğu, sol arxa beyin arteriya hövzəsində işemik insultun olduğu müəyyən edilmişdir.
15. İddiaçı adına «City Hospital»da tərtib edilmiş xəstəlik tarixində göstərilənlərə əsasən o, 16.07.2016-cı il tarixdə saat 08:30-da stasionara qəbul edilmiş, saat 09:00-da cərrahiyə əməliyyatına götürülmüşdür, lakin əməliyyatın bitmə vaxtı xəstəlik tarixində qeyd edilməmişdir. 16,18. İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, 16.07.2016-cı il tarixdə əməliyyatdan sonrakı dövr ərzində göstərilmiş ixtisaslı tibbi yardımlar onun vəziyyətinə uyğun olmuşdur. 19. İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, burun boşluğunda silikonların dəyişdirilməsinin onun sağlamlığında baş vermiş fəsadlarla səbəbli əlaqəsi olmamışdır. 20,22. İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, onda müəyyən edilən “Hipertoniya xəstəliyi İİ dərəcə, sol orta beyin arteriya hövzəsinin işemik insultu, sağ tərəfli hemiparez, motor afaziya” xəstəliyinin baş verməsinin ona aparılmış müayinə və müalicələrlə səbəbli əlaqəsi olmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə- Tibbi Ekspertiza və Pataloji Anatomiya ETT Birliyinin 184/MEŞ nömrəli ekspert rəyindən görünür ki, 1959-cu il təvəllüdlü İddiaçı adına təqdim edilmiş iş materiallarına əsaslanaraq, qərarın təsviri hissəsində göstərilənləri nəzərə alaraq və ekspertiza qarşısında qoyulmuş suallara uyğun olaraq komisiya aşağıdakı nəticəyə gəlir: 1. İddiaçı adına 2(005)-82/2019 saylı iş materialında 12.07.2016-cı il tarixli Paranazal sinusların KT müayinəsi; Laborator müayinələr; radioloqun müayinəsi; döş qəfəsi orqanlarnın rentgen müayinəsi; Elektrokardioqramma müayinəsi; 16.07.2016-sı il tarixli ******* saylı stasionar xəstənin tibbi kartası kimi ilkin tibbi sənədlər vardır. 2,3. İddiaçı adına «City Hospital»da tərtib edilmiş stasionar xəstənin ******* saylı tibbi kartası hazırda Səhiyyə sistemində qüvvədə olan normativ aktlara uyğun tərtib olunmuşdur. Həmin tibbi sənədin tərtibatında xronoloji ardıcıllığın uyğunsuzluğu aşkar edilmədi. 4. X2 ixtisası, həkimlik sertifikatı və peşə hazırlığı «FESC» (funksional endoskopik sinus cərrahiyəsi) cərrahi əməliyyatını aparmağa əsas verir, tibb üzrə fəlsəfə doktorudur və sertifikatı Səhiyyə sistemində qüvvədə olan normativ aktlarla uyğun hesab edilir. 5. Cavabdeh ünvan 1 ünvanda yerləşən “City Hospital” tibb müəssisəsində bütün növ ambulator, stasionar və səyyar tibbi xidmətlərin göstərilməsinə dair lisenziyası verilmişdir. Həmin tibb müəssisəsinin maddi-texniki təchizatı, tibbi personal heyətinin peşəkarlığı və sair göstəriciləri FESC cərrahi əməliyyatının aparılmasına əsas verir. 6. İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə müayinələr, müalicə tədbirləri və tibbi ləvazimatların istifadəsi təyin olunmuş diaqnoza uyğun həcmdə aparılmışdır. Belə ki, istifadə olunmuş dərman preparatları və tibbi ləvazimatlar İddiaçı müalicə olunması üçün kifayət edirdi. 7. İddiaçı təyin olunmuş diaqnoz X1 üzrə (XBT) müəyyən edilmiş təsnifata uyğun olmuşdur. Lakin müvafiq XBT kodu altında göstərilməməsi diaqnostikanın normativ və ya metodik sənədlərə əsasən həyata keçirilməməsi, xəstəyə diaqnozun düzgün qoyulmaması, «FESC» cərrahi əməliyyatının düzgün seçilməməsi və faktiki olaraq nöqsansız yerinə yetirilməməsi demək deyildir. 8. «FESC» cərrahi əməliyyatından 4 gun əvvəl aparılmış tibbi yoxlamaların nəticəsinə əsasən İddiaçı cərrahi əməliyyata alınması tibbi norma və qaydalara uyğun olmuşdur. 9.10. İddiaçı cərrahi əməliyyatöncəsi arterial təzyiqinin 160/95-dən yüksək olduğu və bu səbəbdən həyati göstəricilərinin aşağı düşdüyü müəyyən edilməsinə baxmayaraq, bu barədə diaqnoz XBT kodu göstərilməklə onun tibbi kartasında yazılmaması cərrahi əməliyyatına əks göstəriş hesab edilə bilməzdi. 11. İddiaçı barəsində qoyulmuş diaqnozlar X1 üzrə J-33, J-33.0, J-34.2 kodları altında göstərilməli idi. 12.13. İddiaçı müayinə və müalicələri həkim - otorinolarinqoloqun klinik protokolları əsasında təyin olunmuş diaqnoza müvafiq həcmdə icra olunmuşdur. 14. İddiaçı 16.07.2016-cı il tarixdə əməliyyatdan öncə aparılmış müayinələrinin nəticələri «FESC» cərrahi əməlyyatın keçirilməsinə əks göstəriş olmamışdır. 15.16. İddiaçı hipertoniya xəstəliyi, İİ kəskin baş-beyin qan dövranının pozğunluğu, sol orta beyin arteriya hövzəsinin işemik insultu, sağ tərəfli hemiparez, motor afaziya xəstəliyinə istər cərrahiyyə əməliyyatı, istərsə də anesteziyanın tətbiqi səbəb olmamışdır. 17. İddiaçı adına tərtib olunmuş stasionar xəstənin tibbi kartasında cərrahiyyə əməliyyatının 16.07.2016-cı il tarixdə, saat 09:30-da başlanması göstərilmiş, lakin əməliyyatın bitmə vaxtı qeyd edilməmişdir. 18.19. 16.07.2016-cı il tarixdə əməliyyatdan sonra, saat 16;00-dan 24:00-a qədər İddiaçı arterial təzyiqinin artmasının qarşısının alınması üçün müvafiq müalicə tədbirləri görülmüş, dərman preparatları təyin edilmiş, baş beyinin MRT müayinəsi məsləhət görülmüşdür. 20. İddiaçı burun boşluğuna yerləşdirilmiş silikonlar 18.07.2016-cı il tarixdə xaric edilmişdir. Silikonların gec çıxarılması və ya gec yenilənməsi İddiaçı sağlamlığında baş vermiş fəsadlara səbəb ola bilməzdi. 21. İddiaçı 16.07.2016 - 17.07.2016 tarixlərdə müalicəsində tibb müəssisəsinin və tibb personalının hərəkətlərində hər-hansı bir nöqsana yol verilməmişdir. 22. İddiaçı «hipertoniya xəstəliyi İİ, kəskin baş-beyin qan dövranının pozğunluğu; Sol orta beyin arteriya hövzəsinin işemik insultu; Sağ tərəfli hemiparez; Motorafaziya»; diaqnozunun ağırlaşmasına səbəb həmin xəstəliyin ağırlığı və gedişi olmuşdur. İş materiallarında olan 08.02.2018-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumunu ödəmişdir. Kassasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qərarında qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi ziddiyyətli hesab edilən ilk ekspert rəyi, eyni zamanda ümumiyyətlə əsaslandırılmayan təkrar ekspert rəyinə istinad etməklə iddia sübut olunmadığından iddianın rədd edilməsi barədə qanunsuz və əsassız nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi də həmin ekspert rəyləri ilə kifayətlənməklə və iddiaçının təkrar ekspertiza keçirilməsi barədə vəsatətini formal mülahizə hesab etməklə, birinci instansiya məhkəməsi tərəfindən yol verilən hüquq pozuntusuna qiymət verməməklə bərabər, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392-ci maddəsinin tələblərini pozaraq iddiaçının apellyasiya şikayətində irəli sürdüyü dəlillərə prosessual qanunvericiliyinin tələbləri baxımından düzgün hüquqi qiymət vermədən və apellyasiya şikayətində irəli sürülmüş dəlilləri hansı əsaslarla qəbul etmədiyini ümumiyyətlə göstərmədən birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni haqlı hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya məhkəməsinin göstərişləri əsasında apellyasiya icraatı zamanı mülki iş üzrə təkrar kompleks məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. İş materiallarına əlavə edilmiş və apelyasiya icraatı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi Publik Hüquqi şəxsin 30 dekabr 2020-ci il tarixli ekspert rəyindən görünür ki, 1959-cu il təvəllüdlü İddiaçı adına tərtib edilmiş tibbi sənədlərə və qərarda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: 1. Vətəndaş İddiaçı adına iş materiallarında ******* saylı tibbi karta, paranazal sinusların 12.07.2016-cı il tarixli kompüter tomoqrafik müayinə protokolu, radioloq, laborator müayinələr, döş qəfəsinin rentgenoqramması, elektrokardioqrafik müayinə protokolu kimi ilkin tibbi sənədlər mövcuddur. 2,3. Vətəndaşı İddiaçı adına tərtib edilmiş tibbi karta hal-hazırda Səhiyyə sistemində mövcud olan normativ hüquqi aktlara görə tərtib edilmiş və həmin sənəddə tərtibatın xronoloji ardıcıllığının pozulması müşahidə olunmur. 4. Həkim M.D.Quliyevin ixtisası, peşə hazırlığı və əldə etdiyi funksional endoskopik sinus cərrahiyəsinə (FESC) aid olan əməliyyatların aparılmmasına imkan verir. Həkiçç tibb üzrə fəlsəfə doktoru olmaqla, aldığı sertifikat Səhiyyə sistemində qüvvədə olan mövcud hüquqi-normativ aktlarla təsbit olunur. 5. “City Hospital” özəl tibb müəssisəində 16.07.2016-cı ildə xəstələrə bütün ambulator, stasionar və səyyar tibb xidmətlərini həyata keçirməyə lisenziyası olmuş, müəssisəsinin madditexniki təchizatı, tibbi personalın peşəkarlığı “FESC” əməliyyatların aparılmasına tam cavab vermişdir. 6. “City Hospital”da İddiaçı cərrahi əməliyyatının aparılması üçün tibbi ləvazimatlar və istifadə edilən dərman preparatları tibbi kartada öz əksini tapmış, onların miqdarı və növü xəstə üzərində cərrahi əməliyyatın aparılması üçün yetərincə olmuşdur. 7. Xəstə İddiaçı düçar olduğu xəstəliyin tibbi kartada kodunun Səhiyyə sistemində qəbul olunmuş Beynəlxalq təsnifat üzrə göstərilməməsi diaqnozun düzgün qoyulmaması və ya icra olunmuş cərrahi əməliyyatın qüsurla yerinə yetirilməsi demək deyildir. 8. Cərrahi əməliyyatdan dörd gün öncə tibbi müayinələrin aparılması tibbi praktikada istifadə olunan haldır. 9,10,23. Cərrahi əməliyyatdan öncə İddiaçı qan təzyiqinin 160/90 mm civə sütunundan yuxarı olması üzərinə “FESC” əməliyyatın təxirə salınması və ya aparılmasına əks göstəriş ola bilməzdi. Lakin əməliyyat boyun buna fikir verilməli və onun nizamlanması həyata keçirilməlidir. Buna tibbi kartada göstərilənlərə əsasən əməl edilmişdir. 11. Vətəndaş İddiaçı düçar olduğu xəstəliklərin Beynəlxalq kodu J-33, J-33.0, J-34.2-dir. 12,13,14. Vətəndaş İddiaçı müayinə və müalicəsi ilə məşğul olan burun-qulaq-boğaz həkimlərinin hüquq və vəzifə təlimatları Səhiyyə Nazirliyinin 19.09.2012-ci il tarixli 70 saylı əmri ilə tənzimlənir. Cərrahi əməliyyatdan öncə aparılmış müayinələr həmin əməliyyatın aparılması üçün yetərincə olmuşdur. 15,16. Təqdim edilmiş tibbi sənədlərə əsasən cərrahi əməliyyatdan öncə və cərrahi əməliyyatdan sonra xəstənin vəziyyətində ciddi narahatlıq olmamışdır. Lakin, 17.07.2016-cı ildə (saat göstərilməyib) xəstə evə yazılarkən vəziyyəti pisləşmiş, aparılan KT müayinə zamanı sol beyin yarımkürəsində çoxsaylı işemik, yəni damar tutulmasından yaranmış işemik insult ocaqları müəyyən edilmişdir. Aparılan medikamentoz terapiya nəticəsində xəstənin vəziyyəti stabilləşmiş və 27.07.2016-cı ildə evə ambulator müalicəyə yazılmışdır. 17. Təqdim edilmiş tibbi kartaya əsasən İddiaçı 16.07.2016-cı ildə saat 08:30-da klinikaya daxil olmuş, 09:30-da cərrahi əməliyyata götürülmüş, lakin əməliyyatın qurtarma vaxtı göstərilməmişdir. 18. İddiaçı cərrahi əməliyyatdan sonra saat 16:00-dan 24:00-a qədər arterial təzyiqin nizamlanması üçün amilodipin 10 mq x 1 tablet və beyin qan dövranının yaxşılaşdırılması üçün isə nimotop 10,0+NaCl 50,0 təyin edilmişdir ki, bu da qan dövranının stabilləşməsi üçün yetərli olmuşdur. 19. Vətəndaş İddiaçı 17.07.2016-cı ildə işemik insult keçirdiyindən həmin gün onun vəziyyətinin bərpa edilməsi üçün cərrahi əməliyyatın aparılması hazırda səhiyyənin imkanı xaricindədir. 20. Xəstə İddiaçı burun boşluğuna yeridilmiş silikonlar 18.07.2016-cı ildə xaric edilmişdir. Silikonların gec çıxarılması və ya əvəz olunması onun vəziyyətinin dəyişməsinə və fəsadlara səbəb ola bilməzdi. 21. İddiaçı 16-17.07.2016-cı ildə tibb müəssisəsində müalicəsi zamanı hər-hansı ciddi nöqsan olmamışdır. 22. Vətəndaş İddiaçı “hipertoniya xəstəliyi, kəskin baş beyin qan dövranının pozğunluğu, sol orta beyin arteriya hövzəsinin işemik insultu, sağ tərəfli hemiparez, motorafaziya” xəstəliyinin yaranmasına səbəb bu xəstəliyin gedişi və ağırlığı olmuşdur ki, bu da aparılan cərrahi müdaxilə və müalicə tədbirləri ilə əlaqədar deyildir. İş materialları ilə müəyyən edilmişdir ki, İddiaçı səhhətində yaranmış problemlərlə bağlı cavabdeh «City Hospital» Klinikasına ("Cavabdeh” MMC) müraciət etmişdir. Orada aparılmış tibbi müayinələrdən sonra İddiaçı burun boşluğunun polipi, sağ tərəfli polipoz, haymorit, etmoidit, sol tərəfli polipoz etmoidit kliniki diaqnozu qoyulmuşdur. Xəstədə 16.07.2016-cı il tarixdə ümumi intubasion narkoz altında «FESC» cərrahi əməliyyatı aparılmış, əməliyyat və narkoz fəsadsız keçmişdir. Xəstə tam ayıldıqdan sonra ayılma palatasına verilmiş, göstəricilər tam stabilləşdikdən sonra huşu aydın və tənəffüsü sərbəst şəkildə palataya köçürülmüşdür. 17.07.2016-cı il tarixdə İddiaçı başında ağrı və sağ ətraflarının keyiməsini hiss etmişdir. Bunun üçün müalicə həkiminə müraciət etmişdir. Aparılan müayinələrdən və nevropatoloqun konsultasiyasından sonra xəstədə «hipertoniya xəstəliyi İİ dərəcə, sol orta beyin art.hövzəsində işemik insult, sağ tərəfli hemiparaz, mator afaziya» diaqnozu müəyyən edilmişdir. Müvafiq müalicə aparılmış, müalicənin gedişi qənaəetbəxş olmuşdur. Xəstə 27.07.2016-cı il tarixdə kafi vəziyyətdə evə, nevramatoloq və terapevtin nəzarəti altında ambulator müalicəyə yazılmışdır. İddiaçı iddia edir ki, cavabdeh təşkilatın tibbi personalı qeyri-peşəkarlığı nəticəsində aparılmış tibbi müayinə və əməliyyatdan sonra orqanizmində fəsadlar yaranmış, bunun nəticəsi kimi sağlamlığına ciddi zərər dəymişdir. Orqanizmində yaranmış fəsadların aradan qaldırılması üçün külli miqdarda maddi ziyana məruz qalmış, gələcəkdə müalicəsini davam etdirmək üçün çoxlu pul vəsaiti tələb olunur, ən başlıcası isə ona və ailə üzvlərinə böyük maddi və mənəvi zərər dəymişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1096.1 -ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); Mülki Məcəllənin 1097.1 -ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə, hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 21, 1096, 1097.1-ci maddələrinin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Mülki qanunvericilik mülki hüquq pozuntusunu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaraq təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərərəti və ya hərəkətsizliyi) tanıyır. Hüquq pozuntusu üçün şəxsin (və ya şəxslərin) təqsirli davranışı olmalıdır. Yalnız təqsirli davranış hüquq pozuntusu kimi ola bilər. Əgər şəxs təqisrli davranışa yolu verməmişdirsə, onda hüquq pozuntusunun yaranmasından söhbət gedə bilməz. Başqa sözlə, hüquqa zidd hərəkətin edilməsində şəxsin yalnız təqsirli olduqda həmin hərəkət hüquq pozuntusu sayılır. Bundan əlavə, hüquq pozuntusu hüquqi məsuliyytə səbəb olmalıdır. Hüquqi məsuliyyətə səbəb olmayan hüquqa zidd davranış, hüquqa zidd əməl hüquqla qadağa edilmiş hərəkət və hərəkətsizlik formasında ola bilər. Vacid amillərdən biri sayılan hüquq pozuntsunun obyektiv cəhəti hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqa zidd əməl (hərəkət və ya hərəkətsizlik) habelə, zidd əməllə onun ictimai-təhlükəli nəticəsinin müəyyən edilməsi səbəbli əlaqə təşkil edir. Hüquq pozuntusunun tərkibini təşkil edən elementlərdən hər hansı birinin (məsələn təqsirin) mövcud olması onun hüquq pozuntusu hesab edilməsinə gətirib çıxarır və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olmur. Həmin Məcəllənin 1099.1 -ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1112-ci maddəsinə əsasən tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, İddiaçı "Sity Hospital” (Cavabdeh MMC) xəstəxanasında aparılmış keyfiyyətsiz tibbi müayinə və müalicələr («FESC» əməliyyatı) nəticəsində səhhətinin daha da pisləşdiyi, nəticədə orqanizmində ciddi fəsadların (iflic vəziyyəti, fiziki hərəkətsizlik durumu, əmək qabiliyyətini itirmə) yarandığını və bunun nəticəsi kimi maddi və mənəvi zərərə məruz qalması ilə bağlı Mülki Prosessual Məcəllənin 77.1 -ci maddəsinə görə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmiş, həmin hal iş üzrə keçirilmiş ekspertiza tədqiqatının nəticələri ilə də öz təsdiqini tapmamışdır. İş üzrə müəyyən olunmuşdur ki, İddiaçı üzərində «City Hospital»da aparılmış müayinə və müalicələr («FESC» əməliyyatı) səhiyyə sistemində mövcud təlimat qaydalarına uyğun olmuş, İddiaçı 16.07.2016 - 17.07.2016 tarixlərdə müalicəsində tibb müəssisəsinin və tibb personalının hərəkətlərində hər- hansı bir nöqsana yol verilməmişdir. Məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən iddiaçıya delikt nəticəsində maddi zərər vurulması halı öz təsdiqini tapmamış, iddiaçı Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmiş, həmin hal iş üzrə keçirilmiş ekspertiza tədqiqatının nəticələri ilə də öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. İstinad olunan maddənin mənasından göründüyü kimi sübut etmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Qeyd edilən prosessual hüquq normalarının tələblərinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən qərarında təsbit olunmuş hüquqi mövqenin mövcud mülki mübahisənin həllinə tətbiqi nəticəsində müəyyən edilir ki, iddia tələbininəsasını sübut etmək vəzifəsi cavabdehin deyil, iddiaçının üzərinə düşür. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətlərinin dəlilinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya şikayətlərində qeyd olunanlar formal mülahizələr olmaqla yuxarıda qeyd olunanlara əsasən əsaslı sayıla və təmin edilə bilməz. Belə ki, iddiaçı apelyasiya şikayətində ekspert rəylərini mübahisələndirsə də, apellyasiya icraatı zamanı mülki iş üzrə təkrar kompleks məhkəmə-tibbi ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi Publik Hüquqi şəxs 30 dekabr 2020-ci il tarixli ekspert rəyi digər iş üzrə keçirilmiş dikər iki rəyi təsdiq etmişdir. Digər tərəfdən, iddiaçı Mülki Məcəllənin 1112-ci madəsinə istinad edir ki, həmin normaya əsasən zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. İş üzrə cavabdehin iddiaçıya zərər vurulmasında təqsirinin olmaması iş üzrə keçirilmiş ekspert rəyləri ilə təsdiq olunduğundan, iddiaçının tələbi əsassız hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 sentyabr 2019-cu il tarixli 2(005)-82/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
qət etdi:
İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 sentyabr 2019-cu il tarixli 2(005)- 82/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.