Məhkəmə qərarları › İş №2(103)-6157/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6157/2024

25.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6157/2024 25.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh «Xəzər» Gənclərin X2 qarşı «pul» tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X5 ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi ilə, İddiaçı cavabdeh «Xəzər» Gənclərin X2 qarşı «pul» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2*.*8.2*24-cü il tarixli, 2(**6)-493/2*24 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İş üzrə icraat İddiaçı cavabdeh «Xəzər» Gənclərin X2 qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin əmək haqqı ödənişlərini gecikdirdiyinə görə iddiaçıya Nəsimi Rayon Məhkəməsinin *3.*3.2*22-ci il tarixli 2(**6)-137/2*22 saylı qətnaməsinə əsasən əmək haqqı üzrə 73318,31 manat borcu olduğundan gecikdirilmiş günlər üzrə əlavə olaraq 1*51165,58 (bir milyon əlli bir min yüz altmış beş) manat gecikmə faizinə uyğun vergi, DSMF və digər hesablamaları nəzərə alaraq əvvəlki borcdan əlavə hesablanması və 1*51165,58 (bir milyon əlli bir min yüz altmış beş) manat ödənilməsi, iddia ərizəsi və mediasiya xidməti üçün ödənilmiş rüsumların Xəzər GETYM-dən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2*.*8.2*24-cü il tarixli, 2(**6)-493/2*24 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *3.*3.2*22-ci il tarixli, 2(**6)-137/2*22 saylı qətnaməsi ilə qət edilmiş və iddiaçıya ödənilməli olan, lakin ödənilməyən 73318,31 manat pul vəsaitinin hər gecikdirilmiş gün üçün 1% həcmində hesablanmaqla, cəmi 531.555,5* manat pul vəsaiti cavabdeh «Xəzər» Gənclərin X1 tutularaq İddiaçı ödənilməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 1** manatın cavabdeh «Xəzər» Gənclərin X1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesab üzrə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iddiaçı tərəfindən mediasiya xərci qismində ödənilmiş 6* manatın cavabdeh «Xəzər» Gənclərin X1 tutularaq İddiaçı ödənilməsi, iddiaçı tərəfindən ödənilmiş 1** manat məbləğində dövlət rüsumunun dövlət büdcəsindən İddiaçı geri qaytarılması qət edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2*.*8.2*24-cü il tarixli, 2(**6)-493/2*24 nömrəli qətnaməsi ilə razılaşmayan iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddiasının təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki işin apellyasiya baxışı zamanı İddiaçı məhkəməyə elektron məhkəmə sistemi vasitəsi ilə ərizə göndərərək apellyasiya şikayətindən imtina etdiyini və apellyasiya şikayəti üzrə icraata xitam verilməsini xahiş etmiş, apellyasiya şikayətindən imtina etməsinin birinci instansiya məhkəməsinin qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olmasının ona məlum olmasını, ona görə də apellyasiya şikayətindən imtinasının qəbul edilməsi haqqında qərardad qəbul edilərək ona münasibətdə apellyasiya icraatına xitam verilməsini bildirmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmişlər. Bu səbəbdən də Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 369.1. İşdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. Maddə 369.2. Apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Maddə 369.3. Məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Maddə 369.4. Şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Maddə 4**. Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 4*2-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1* gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Maddə 4*2.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. 4*2.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 4*2.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 4*2.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 4*2.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 4*2.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 4*2.2.5. bu Məcəllənin 384.*.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.*.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Maddə 4*2.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Göründüyü kimi, iddiaçının apellyasiya şikayəti üzrə mülki işə apellyasiya qaydasında baxılmasının davam etdirilməsi üçün prosessual əsaslar yoxdur. Beləliklə, Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, iddiaçının apellyasiya şikayətindən imtina olunması barədə ərizəsi təmin edilməli və ona münasibətdə mülki işin apellyasiya icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 369, 4**, 4*2-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı cavabdeh «Xəzər» Gənclərin X2 qarşı «pul» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2*.*8.2*24-cü il tarixli, 2(**6)-493/2*24 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətindən imtina qəbul edilsin. İddiaçı cavabdeh «Xəzər» Gənclərin X2 qarşı «pul» tələbinə dair mülki iş üzrə apellyasiya icraatına iddiaçıya münasibətdə xitam verilsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar