Məhkəmə qərarları › İş №2(103)-6163/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6163/2020

09.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6163/2020 09.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, Elşən Cələddin oğlu Kazımov və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Humay Məmməd qızı Qurbanovanın katibliyi ilə, İddiaçı və onun vəkili X1, Cavabdeh “xxxxxxxxxxxx” MMC-nin vəkili YəhyəzadəElşən Rüfət oğlununiştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli 2(006)- 3902/2018 nömrəli qətnaməsindən cavabdeh “xxxxxxxxxxxx” MMC tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh “xxxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxxxxxxxxxx” MMC-dən 6000 manat maddi və 10000 manat mənəvi ziyanın, 30 manat dövlət rüsumunun və 200 manat hüquqi yardım haqqının onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair məhkəməyə ərizə təqdim edərək, cavabdeh “xxxxxxxxxxxx” MMC-dən 6000 manat maddi və 2000 manat mənəvi ziyanın, 30 manat dövlət rüsumunun və 200 manat hüquqi yardım haqqının onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, o, ispan dilini mükəmməl bildiyindən ispan dilli ölkələrə gedib onların mədəniyyəti, abidələri və ənənələri barədə məlumat toplayır. Bu, onun işi ilə bağlıdır. 2017-ci ilin iyun ayında Latın Amerikasında yerləşən Kolumbiya dövlətinə getmək qərarına gəlmiş, bununla bağlı cavabdehə müraciət etmişdir. Bakı- Moskva-Madrid-Boqota marşrutu ilə bilet sifariş etmək istəmiş, lakin bu sahədə olan qanunvericiliyin tələblərini bilmədiyindən, cavabdehin nümayəndələri bununla bağlı bütün məsuliyyəti öz üzərinə götürmüş, göstərilən istiqamətdə yola salınması problemini həll edəcəklərini bildirmişlər. Cavabdeh təşkilatın nümayəndəsi bildirmişdir ki, Moskva şəhərində təyyarə biletlərini göstərdikdən sonra Şengen vizası veriləcək və təyyarəyə buraxılacaq. Bundan sonra cavabdehin nümayəndəsi Bakı-Moskva, Moskva-Bakı reyslərinə bilet vermiş, digər biletlərin verilməsi üçün onun kartında pul çatmadığından o, iş yoldaşına pul verərək kartına otuzdurmağı xahiş etdi. Lakin, həmin gün bankda bəzi problemlər olduğundan pul karta bir necə saatdan sonra oturdu. Təqribən 3-5 saatdan sonra biletlər yazılmış və onun poçtuna göndərilmişdir. Bir müddətdən sonra internetdən öyrənmişdir ki, Madrid şəhərinə uçmaq üçün ona Şengen vizası lazım olavaq. əgər, şəxsdə axırıncı məntəqəyə qədər bir bilet varsa, o halda o şəxs tranzit sərnişin hesab olunur. Əgər müxtəlif biletlər varsa, o halda tranzit sərnişin hesab edilmədiyindən viza tələb olunacaq. Bu barədə o, dərhal cavabdehin nümayəndəsinə məlumat vermiş, bu zaman ona Şengen vizası açılacağı bildirilmişdir. Cavabdehin nümayəndəsi bildirmişdir ki, səfirlikdə onun yaxını işləyir və müəyyən xidmət haqqı müqabilində viza açdıracaq. Vizanın alınması üçün sənədlərin toplanmasını məsləhət görmüş, bununla bağlı bütün sənədləri toplamışdır. Sentyabr ayında sənədləri cavabdehin nümayəndəsinə təqdim etmiş, cavabdeh təşkilatın nümayəndəsi vizanı ala bilməmişdir. Lakin bildirilmişdir ki, tranzit sərnişinlərlə əlaqədar vəziyyət dəyişdiyindən bir və ya ayrı-ayrı biletin olmasından asılı olmayaraq onu təyyarəyə qəbul edib təyyarə biletində göstərilmiş axırıncı nöqtəyə çatdıracaqlar. xx.xx.2017-ci il tarixdə Moskva şəhərinin Domodedova aeroportuna endikdə, onu Madrid şəhərinə qədər təyyarəyə buraxmamış və bildirmişlər ki, onda axırıncı nöqtəyə qədər bir bilet deyil, ayrı-ayrı biletlərdir və o, tranzit sərnişin deyil. Aeroportda gecələyib səhəri gün Bakıya qayıtmalı olmuşdur. Cavabdehin nümayəndələri əvvəlcədən yalan informasiya verməklə onamaddi və mənəvi ziyan vurublar. Göstərilənləri nəzərə alaraq, məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli 2(006)- 3902/2018 nömrəli qətnaməsi ilə iddia ərizəsi təmin edilərək cavabdeh “xxxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən İddiaçı xeyrinə 6000 manat maddi və 2000 manat mənəvi ziyan, 30 manat dövlət rüsumu və 200 manat hüquqi yardım haqqının tutulması qət edilmişdir. Qətnamədən narazı qalan cavabdeh “xxxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti apelyasiya şikayəti verərək, Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli 2(006)-3902/2018 nömrəli qətnaməsinin ləğv olunmasını iddia ərizəsinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1, 385.1.1, 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırmaması, müəyyən edilmiş, iş üçün əhəmiyyətli olan halların sübut edilməməsi və qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 388-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 389-cu maddəsinə əsasən məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 390-cı maddəsinə əsasən məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişsə, məhkəmənin qətnamədə göstərdiyi dəlillər işin hallarına uyğun hesab edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0 və 384.0.2-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə və ya qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Bununla bağlı məhkəmənin nəzərinə çatdırmaq istəyirlər ki, "xxxxxxxxxxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti hüquqi şəxs olaraq Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı X4 iş üzrə Baş İdarəsində xx xxx 2017-ci il tarixdə qeydiyyata alınmaqla ********** eyniləşdirmə nömrəsi verilmişdir. Bundan sonra, xx xxxxxxxx 2017-ci il tarixdən başlayaraq cəmiyyət xx xxxxxxxx 2021-ci il tarixə kimi sahibkarlıq fəaliyyətini dayandırmışdır. Cəmiyyətin adından sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədi ilə vergi orqanında hər hansı təsərrüfat obyekti qeydiyyata alınmamış və ümumiyyətlə xx xxx 2017-ci ildən xx xxxxxxxx 2017-ci il tarixə kimi hər hansı əməliyyat aparmamış və turizm sahəsində fəaliyyətə başlamağa heç imkan olmämış və Cəmiyyətə muzdlu işçilər cəlb edilməmiş sahibkarlıq fəaliyyəti müyyən iqtisadi səbəblər ilə əlaqədar dayandırılmışdır. İddiaçının tələbi ilə bağlı məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, cavabdehin qanuni təmsilçisi İddiaçı adlı şəxsi tanımır, həmin şəxslə hər hansı məsələyə dair razılaşması olmamış, iddiaçıdan hər hansı vasitə ilə pul almamışdır. İddiaçı ehtimal ola bilər ki, rahat adlandırılan bir travel ofisi ilə hər hansı əməliyyat apara bilər amma həmin ofisin "xxxxxxxxxxxx" MMC-yə hər hansı aidiyyəti olmadığını qeyd etmişdir. Həmçinin, cavabdeh "xxxxxxxxxxxx" MMC-nin hüquqi ünvanı olan Cəmşid Naxçivanski küçəsində yerləşən 65 saylı evin, 55 saylı mənzili Bakı şəhəri Nizami rayonu ərazisinə aidiyyəti olduğundan hazırkı mülki işə Nizami Rayon Məhkəməsində baxılmalı olduğu halda cavabdehə aidiyyəti olmayan ərazinin məhkəməsində mülki işə baxılması ərazi aidiyyəti qaydaların pozulması ilə baş vermişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh “xxxxxxxxxxxx” MMC-nin vəkili YəhyəzadəElşən Rüfət oğlu apelyasiya şikayətinin dəlillərinə istinad edərək apelyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını iddia ərizəsinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kolegiyasının iclasında iştirak edən İddiaçı və onun vəkili X1, iddia tələbinin dəlillərinə istinad edərək apelyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvəsində saxlanılmasını xahiş etmişlər. İddiaçı məhkəmə zamanı verilən suallara cavab olaraq bildirmişdir ki, o, bileti “Marine Plaza” Biznes Mərkəzində fəaliyyət göstərən Səbinə adlı xanımdan almış, telefon əlaqəsi zamanı Səbinə adlı xanım rəhbərinin Şəbnəm Əliyeva olduğunu bildirmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin olunmalı, birinciinstansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı və iddia rədd olunmalıdır. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, iddiaçı Şengen vizasının alınması üçün lazımi sənədlər toplanmışdır. İş materiallarına əlavə olunmuş biletlərin və oturulma talonlarının surətindən görünür ki, İddiaçı Boqotaya uçması nəzərdə tutulduğu halda, Moskvadan Madridə buraxılmamış və Bakıya geri dönmüşdür. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, "xxxxxxxxxxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti hüquqi şəxs olaraq Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı X4 iş üzrə Baş İdarəsində xx xxx 2017-ci il tarixdə qeydiyyata alınmaqla ********** eyniləşdirmə nömrəsi verilmişdir. Bundan sonra, xx xxxxxxxx 2017-ci il tarixdən başlayaraq cəmiyyət xx xxxxxxxx 2021-ci il tarixə kimi sahibkarlıq fəaliyyətini dayandırmışdır.Cəmiyyətin adından sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədi ilə vergi orqanında hər hansı təsərrüfat obyekti qeydiyyata alınmamışdır.Həmçinin, cavabdeh "xxxxxxxxxxxx" MMC-nin hüquqi ünvanı Bakı şəhəri Nizami rayonu Cəmşid Naxçivanski küçəsində yerləşən 65 saylı evin, 55 saylı mənzilidir. İş materiallarına əlavə olunmuş Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə ünvanladığı sorğuya cavab olaraq təqdim olunmuş sənədlərdən görünür ki, X3 qanuni təmsilçisi olduğu “xxxxxxxxxxxxxx” MMC ayrıca hüquqi şəxs kimi xx.xx.2016-cı il tarixdə dövlət qeydiyyatına alınmışdır, hüquqi ünvanı ünvan 2 mənzil 15-dir, təsisçisi X2r. İş materiallarına əlavə olunmuş Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixdə “Marine Plaza” Biznes Mərkəzinə ünvanladığı sorğuya cavab məktubundan görünür ki, “Marine Plaza” Biznes Mərkəzində“xxxxxxxxxxxx” şirkəti öz fəaliyyəti X3 şəxsində təmsil olunan “xxxxxxxxxxxxxx” MMC (VÖEN:**********) olaraq qeydiyyatda olmuşdur. “xxxxxxxxxxxxxx” MMC xx xxxxxxxx 2018-ci ildən “Marine Plaza” Biznes Mərkəzində müqavilə müddəti bitdiyinə görə onlarda artıq yerləşmirlər. Beləliklə, müəyyən olunmuşdur ki, İddiaçı2017-ci ilin iyun ayında Latın Amerikasında yerləşən Kolumbiya dövlətinə getmək üçün Bakı-Moskva-Madrid-Boqota marşrutu ilə bilet sifariş etmək istəmiş, bileti “Marine Plaza” Biznes Mərkəzində fəaliyyət göstərən Səbinə adlı xanımdan almış,biletlər "xxxxxxxxxxxx" şirkətinin adından satılmış və telefon əlaqəsi zamanı Səbinə adlı xanım rəhbərinin Şəbnəm Əliyeva olduğunu bildirmişdir.İş materiallarından o da müəyyən olunmuşdur ki, “Marine Plaza” Biznes Mərkəzində “xxxxxxxxxxxx” şirkəti öz fəaliyyəti X3 şəxsində təmsil olunan “xxxxxxxxxxxxxx” MMC (VÖEN:**********) olaraq qeydiyyatda olmuşdur. “xxxxxxxxxxxxxx” MMC xx xxxxxxxx 2018ci ildən “Marine Plaza” Biznes Mərkəzində müqavilə müddəti bitdiyinə görə onlarda artıq yerləşmirlər.Həmçinin, iş materiallarından müəyyən olunmuşdur ki, hazırkı iş üzrə cavabdeh "xxxxxxxxxxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti hüquqi şəxs olaraq Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı X4 iş üzrə Baş İdarəsində xx xxx 2017-ci il tarixdə qeydiyyata alınmaqla ********** eyniləşdirmə nömrəsi verilmişdir, cavabdeh "xxxxxxxxxxxx" MMC-nin hüquqi ünvanı Bakı şəhəri Nizami rayonu Cəmşid Naxçivanski küçəsində yerləşən 65 saylı evin, 55 saylı mənzilidir. Kollegiya, İddiaçı 2017-ci ilin iyun ayında Latın Amerikasında yerləşən Kolumbiya dövlətinə getmək üçün Bakı-Moskva-Madrid-Boqota marşrutu ilə sifariş etdiyi bileti “Marine Plaza” Biznes Mərkəzində fəaliyyət göstərən Səbinə adlı xanımdan aldığını,biletlər "xxxxxxxxxxxx" şirkətinin adından satılmasına baxmayaraq və telefon əlaqəsi zamanı Səbinə adlı xanımın rəhbərinin Şəbnəm Əliyeva olduğunu bildirməsini, iş materiallarından “Marine Plaza” Biznes Mərkəzində “xxxxxxxxxxxx” şirkəti öz fəaliyyəti X3 şəxsində təmsil olunan “xxxxxxxxxxxxxx” MMC (VÖEN:**********) olaraq qeydiyyatda olduğunu, “xxxxxxxxxxxxxx” MMC xx xxxxxxxx 2018-ci ildən “Marine Plaza” Biznes Mərkəzində müqavilə müddəti bitdiyinə görə artıq“Marine Plaza” Biznes Mərkəzində yerləşmədiyini, həmçinin, iş materiallarından hazırkı iş üzrə cavabdeh "xxxxxxxxxxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti hüquqi şəxs olaraq Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı X4 iş üzrə Baş İdarəsində xx xxx 2017-ci il tarixdə qeydiyyata alınmaqla ********** eyniləşdirmə nömrəsi verilməsini, cavabdeh "xxxxxxxxxxxx" MMC-nin hüquqi ünvanı Bakı şəhəri Nizami rayonu Cəmşid Naxçivanski küçəsində yerləşən 65 saylı evin, 55 saylı mənzil olmasını nəzərə alaraq qeyd edir ki, "xxxxxxxxxxxx" MMC iddia tələbinə cavab verməyən şəxsdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Göründüyü kimi, iddia cavabdeh olmayan şəxsə qarşı verildiyindən, yəni cavabdeh "xxxxxxxxxxxx" MMC tərəfindən iddiaçıya bilet satışı həyata keçirilməsi iş materialları ilə təsdiqini tapmadığından, beləliklə də cavabdeh tərəfindən iddiaçıya hər hansı ziyan vurulması müəyyən edilmədiyindən,apelyasiya şikayəti təmin olunmalı, Bakı şəhəri NəsimiRayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli 2(006)-3902/2018nömrəli qətnaməsi ləğv olunmalı, iddia rədd olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin : 89.3-cü maddəsinə əsasən, lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apelyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli 2(006)-3902/2018 nömrəli qətnaməsi ləğv olunsun. İddia rədd olunsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar