Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6164/2024 25.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi mübahisə predmeti üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı işi üzrə QƏTNAMƏSİ Açar sözlər: (“maddi və mənəvi zərərin ödənilməsi”) hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə «bəraət almış şəxsə vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1812/2024 saylı işi üzrə xx.xx.2024-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı
1. İddiaçı iddia (tələbinin dəqiqləşməsi, tələbin həcminin artırılması barədə ərizələr) ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası CM-nin 188.3-cü maddəsi ilə əsassız olaraq onun şübhəli şəxs qismində cəlb edilməklə 2 gün müddətində həbsdə saxlanıldığı, daha sonra 1 il 6 ay müddətinə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilməklə bağlı ona dəymiş maddi ziyana görə 20000 manat, mənəvi ziyana görə 20000 manat olmaqla, cəmi 40000 manat və 180 manat dövlət rüsumu, vəkilə xidmət haqqı olaraq ödədiyi 320 manat pul vəsaitinin cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Son olaraq dövlət rüsumunu 10000 manata deyil, 20000 manat münasibətdə hesablamaqla əlavə olaraq ödənilmiş 30 manat dövlət rüsumunun da nəzərə alınmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası CM-nin 188.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Yevlax rayon Məhkəməsində baxılmış və o, həmin məhkəmənin 12 yanvar 2023-cü il tarixli 1(039)-6/2023 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 188.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, onun xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı iki gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 4 gün hesablanmaqla ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 3 il 5 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi, onun üzərinə cəza müddəti ərzində yaşadığı Yevlax rayonu ərazisini, eləcə də saat 23:00-dan saat 06:00-dək yaşayış yeri olan ərazi hüdudlarını tərk etməmək, cəza müddəti ərzində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerini dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması, onun cəzasının əvvəlinin Yevlax rayon İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanması, işdə olan 100 manat ekspertiza tədqiqatının dəyərinin ondan alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi, hökmün icrasının onun yaşadığı yer üzrə Yevlax rayon İcra və Probasiya şöbəsinə tapşrılması hökm edilmişdir. Yevlax rayon Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli 1(039)-6/2023 saylı hökmündən müdafiəçisi Vəkil tərəfindən apellyasiya şikayəti verilmişdir. Eyni zamanda zərər çəkmiş X9 və onun nümayəndəsi X2 tərəfindən apellyasiya şikayəti verilmişdir. Hər iki apellyasiya şikayətinə apellyasiya qaydasında baxılmış və Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(107)-3/2024 saylı hökmünə əsasən müdafiəçisi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, zərərçəkmiş X9 və onun nümayəndəsi X2 tərəfindən birgə verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Onun Azərbaycan Respublikası CM-nin 118.3-cü maddəsi ilə məhkum edilməsinə dair Yevlax rayon Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli 1(039)-6/2023 nömrəli hökmü ləğv edilmiş, onun Azərbaycan Respublikası CM-nin 118.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyinə görə ona bəraət verilməsi, barəsində seçilmiş «polsin nəzarəti altına vermə» növündə qətimkan tədbirinin ləğv edilməsi, onun Azərbaycan Respublikası CPM-nin 56 və 63-cü maddələrinə əsasən cinayət prosesini həyta keçirən orqanın səhvi nəticəsində vurulmuş ziyanın ödənilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək və kompensasiya almaq hüququnun tanınması və ona izah edilməsi, iş üzrə məhkəmə məsrəfi olan 100 manat ekspertiza xərcinin ödənilməsindən onun azad edilməsi hökm edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 11 yanvar 2024-cü il tarixli 1(107)-3/2024 saylı qərarı elan olunduğu andan qanuni qüvvəyə mindiyindən o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, o, Azərbaycan Respublikası CM-nin 188.3-cü maddəsi ilə şübhəli şəxs qismində iki gün, yəni 10 iyun 2022-ci il tarixdən 11 iyun 2022-ci il tarixədək həbsdə saxlanılmış, eyni zamanda 11 iyun 2022-ci il tarixdən 11 yanvar 2024-cü il tarixədək barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. O, Yevlax rayonu Qaraməmmədli kəndində yaşadığı halda, hər gün Yevlax RPŞnin inzibati binasına gələrək orada imza etmək məcburiyyətində olmuşdur. O, sahibkardır. Mal-heyvan saxlayır. Barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçildiyindən həmin fəaliyyəti həyata keçirə bilməmişdir. Belə ki, hər gün Yevlax rayonuna gedib-gəlməklə yanaşı, təsərrüfatı idarə etmək mümkün deyildir. Xüsusi olaraq diqqətə çatdırmaq istəyir ki, heyvandarlıqla məşğul olan təsərrüfat sahibi kimi Dövlətdən 30000 manat kredit pul vəsaiti götürərək 100 baş qoyun almışdır ki, təsərrüfatını böyütsün. Barəsində cinayət işi açıldığı, o cümlədən «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçildiyindən təsərrüfatını işlədə bilməmişdir. Çünki, heyvandarlıqla məşğul olan təsərrüfatçı 24 saat təsərrüfatının üzərində nəzarət etməlidir. Ona görə də, 300 manata aldığı qoyunları 250 manata satmaq məcburiyyətində qalmışdır. Habelə, əvvəlcədən özünə məxsus olan 100 baş qoyunu da satmaq məcburiyyətində qalmışdır. Belə ki, ailədə ondan başqa təsərrüfata nəzarət edə bilən şəxs yoxdur. Atası birinci qrup əlildir. O, ailə başçısıdır. Ailənin yeganə qazanc gətirən üzvüdür. Bir azyaşlı övladı var. Eyni zamanda həyat yoldaşı hamilədir. Anası vəfat etmişdir. Çox yaşlı və çox xəstə atası vardır ki, atası onun himayəsindədir. X3 insult xəstəsidir. Yeriyə bilmir, əynini geyinə bilmir, çörək doğrayıb yeyə bilmir. Atasını tam olaraq o idarə edir. Barəsində gedən cinayət işinin ibtidai və məhkəmə istintaqı zamanı, o, dəfələrlə öz günahsızlığını diqqətə çatdırmışdır. Nəhayət, ədalət bərqərar olmuş və o, yuxarıda qeyd etdiyi kimi, Şəki Apellyasiya Məhkəməsinin hökmü ilə məsuliyyətdən azad edilmişdir. O, qanunsuz və əsassız olaraq 2 gün şübhəli şəxs statusunda həbsdə saxlanılmışdır. 1 il 6 ay müddətində isə təqsirləndirilən şəxs stasunda olmuşdur. 1 il 6 ay müddətində barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. Bütün bu hallara görə daim gərgin, həyacanlı bir həyat yaşamışdır. İşləyə bilməmişdir. Mütəmadi olaraq Yevlax RPŞ-yə, Yevlax Rayon Məhkəməsinə və daha sonra Şəki Apellyasiya Məhkəməsinə dəvət edilmişdir. Kənd içərisində hər dəfə poçt vasitəsilə hüquq-mühafizə orqanlarından və məhkəmələrdən bildirişlər alaraq həmin orqanlara dəvət edilmişdir. Kənd içərisində cinayətkar hesab edilərək nüfuzdan düşmüşdür. Ailə üzvləri, xəstə atası və körpə uşaq anası, eyni zamanda hamilə həyat yoldaşı ona görə narahat olmuş, üzülmüş və hər an qorxu içərisində yaşamışlar. Bununla da ona həm maddi, həm də mənəvi ziyan dəymiş, əldən çıxmış qazancları olmuşdur. O, xx.xx.1984-cü il təvəllüdlüdür. Həqiqi hərbi xidmət borcunu yerinə yetirmişdir. Ailənin yeganə qazanc gətirən üzvüdür. Şübhəli şəxs qismində saxlanılanadək həmişə işləmişdir və ailəsinin dolanışığını təmin etmişdir. Azərbaycan Respublikası CM- nin 188.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində tanınması və məsuliyyətə cəlb edilməsi onu və ailə üzvlərini ağır maddi duruma salmışdır. O, ən ümdə hüquqlarından olan azadlığının əsassız olaraq müəyyən bir müddət ərzində əlindən alınmasını, o cümlədən azadlığının məhdudlaşdırılmasını özünə qarşı ən böyük zərbə hesab edir və bununla bağlı mənəvi ziyanının məbləği hesaba gəlməzdir.O, özünə dəymiş mənəvi ziyanın məbləğini 10000 manat qiymətləndirir və həmin məbləği cavabdehdən tələb edir. Ona ittiham verilmişdir ona görə ki, X6 məxsus xx.xx.2016-cı il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********90 reyestr nömrəli çıxarışla verilmiş 2.9937 ha torpaq sahəsinin 1.17 ha torpaq sahəsini və Yevlax rayonu Qaraməmmədli Bələdiyyəsinə məxsus 0.58 ha torpaq sahəsini zəbt etmişdir. Əslində, bəraət hökmündən göründüyü kimi, o, heç bir sahəni zəbt etməmiş, həmin torpaq sahəsi həmkəndlisi Əhmədovlar ailəsinə Respublikada torpaq islahatı keçirilən zaman, o cümlədən Yevlax rayon Aqrar İslahat Komissiyasının 20 iyun 1998-ci il tarixli 32 nömrəli qərarı ilə verilmiş, eyni zamanda təhkim aktı ilə həmin sahə Əhmədovlar ailəsinə təhvil verilmişdir. 2012-2013-cü illər arası qarşılıqlı razılaşma əsasında əldə edilmiş icarə müqaviləsi əsasında həmin torpaq sahəsi onun istifadəsində olsa da, 2014-cü ildən etibarən mülkiyyətində - sahibliyində və istifadəsindədir. O, cinayətin obyekti hesab edilən torpaq üzərində mülkiyyət hüququnun həyata keçirilməsi ilə əlaqədar yaranan ictimai münasibətlərdə vicdanlı alıcı olmuşdur. Lakin barəsində cinayət işi qaldırıldıqdan sonra, zərər çəkmiş şəxs Yusif Vəliyev cinayət işi üzrə mübahisə edilən (cinayətin obyekti hesab edilən) torpaq sahəsini JN 0173 saylı 90108018 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən mülkiyyətçilər olan Hüseyn Əhmədovdan və onun ailə üzvlərindən satın aldığı 1.98 ha torpaq sahəsini (əslində ona ittiham Yusif Vəliyevə məxsus 1.17 ha sahəyə görə verilmişdir) istifadə etməyə başlamışdır. Bunu Yevlax RPŞ İstintaq Bölməsinin müstəntiqi Elton Kərimov etmişdir. Elton Kərimov ona bildirmişdir ki, onun barəsində cinayət işi başlamışdır, torpaq sahəsini təhvil verməlidir. Artıq iki ildir ki, X9 həmin torpaq sahəsindən - 1.98 ha torpaq sahəsindən istifadə edir, orada taxıl əkir. Bununla da, onun əldən çıxmış faydası vardır. Belə ki, 2 il müddətində X9 ona məxsus 1.98 ha torpaq sahəsində taxıl əkməklə - 1 hektar torpaq sahəsi 5 ton buğda verdiyi üçün 1 kq buğdanın qiyməti - 0.40 qəpik olduğu təqdirdə, ümumilikdə ona, məhz bu məsələ ilə bağlı 7920 manat ziyan vurmuşdur.
2. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin məhkəməyə elektron kabinet vasitəsilə təqdim etdiyi iddia ərizəsinə etirazda qeyd olunmuşdur ki, İddiaçı hüquq-mühafizə orqanlarının hərəkətləri və çıxarılan hökm ilə əlaqədar maddi və mənəvi ziyanın ödənilməsi tələbi ilə çıxış edərək Azərbaycan Respublikası Maliyyə Nazirliyini cavabdeh qismində müəyyən etmiş və iddia tələbini ərizəsində qeyd etdiyi kimi hüquq pozuntusunu törədən ibtidai istintaq orqanına deyil, Maliyyə Nazirliyinə yönəltmişdir. Aşağıda qeyd olunanlara əsasən hesab edir ki, həmin iddia tələbi rədd edilməlidir. İlk növbədə bildirir ki, Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 9 fevral tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Maliyyə Nazirliyi haqqında Əsasnamə»də Maliyyə Nazirliyinin təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi vəzifəsinin olması müəyyən edilməmişdir. Digər tərəfdən qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 63-cü maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ödənilməsi qaydaları mülki mühakimə icraatı qaydasında «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanunu ilə həyata keçirilir. Mülki mühakimə icraatı qaydasında qaldırılan bu cür iddiaların hüquqi əsasını təhqiqat, ibtidai istintaq və məhkəmə araşdırmaları zamanı həmin orqanların (vəzifəli şəxslərin) qanunsuz hərəkətləri təşkil etsə də, fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi ilə bağlı məhkəmə proseslərinə cavabdeh qismində qanunsuz hərəkəti törətmiş qurumlar deyil, Azərbaycan Respublikası Maliyyə Nazirliyi cəlb olunur. Halbuki, sözügedən qanunda «müvafiq icra hakimiyyəti», yəni Maliyyə Nazirliyi qeyd olunmamışdır, bu isə o deməkdir ki, ziyanın ödənilməsi buna cavabdeh olan, yəni hüquq pozunutusunu törətmiş aidiyyəti dövlət orqanı və ya müvafiq bələdiyyə orqanı tərəfindən ödənilməlidir. Eyni zamanda Azərbaycan Respublikasında ali hüquqi qüvvəyə malik olan Azərbaycan Respublikası Konstitusiyasının 68-ci və 146-cı maddəsinin tələblərinə müvafiq olaraq dövlət, dövlət qulluqçuları ilə birlikdə, dövlət qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyır. Bələdiyyələr, bələdiyyə qulluqçuları ilə birlikdə, bələdiyyə qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyırlar. Burdan da bir daha aydın olur ki, dövlətin adından Maliyyə Nazirliyi deyil, hüquq pozuntusuna yol vermiş aidiyyəti dövlət orqanı və ya bələdiyyələr çıxış edir. Həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 127-ci və 129-cu maddələrinin tələblərinə görə isə hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 6-cı maddəsində fiziki şəxslərə vurulmuş ziyanının ödənilməsinin dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilməsi nəzərdə tutulsa da, bu hal sözügedən iddia tələbləri üzrə Maliyyə Nazirliyinin cavadeh kimi tanınmasına əsas yarada bilməz. Belə ki, Maliyyə Nazirliyi dövlət büdcəsinin sərəncamçısı olmadığından, bununla bağlı müstəqil çıxış etmək hüququna malik deyildir. Nazirlik öz əsasnaməsinə uyğun olaraq dövlət büdcəsindən maliyyələşən təşkilatların, o cümlədən təhqiqat və ibtidai istintaq orqanlarının sifarişinə əsasən yalnız onların maliyyələşdirilməsini həyata keçirir. Təsadüfi deyildir ki, analoji olaraq sosial və infrastruktur təyinatlı layihələrin icrası zamanı mülkiyyətçilərə vurulmuş zərərin maliyyələşmə mənbəyi dövlət büdcəsi olsa da, həmin məhkəmə işlərinə cavabdeh qismində müvafiq layihəni həyata keçirən və pozuntuya yol vermiş dövlət orqanı, 3-cü şəxs qismində isə Maliyyə Nazirliyi cəlb olunur. Təhqiqat, ibtidai istintaq və məhkəmə araşdırmaları zamanı fiziki şəxslərə vurulmuş ziyanın da dövlət büdcəsindən ödənildiyini nəzərə alaraq, bu tipli işlərə də eyni praktika tətbiq edilməlidir. Həmçinin sözügedən məhkəmə proseslərinə cavabdeh qismində müvafiq təhqiqat və ibtidai istintaq orqanlarının cəlb olunması aidiyyəti vəzifəli şəxslərin məsuliyyətliliyinin gücləndirilməsinə, eləcə də bu sahədə yol verilən pozuntuların azaldılmasına, nəticədə vətəndaşların hüquq və azadlıqlarının qorunmasına və məhkəmələrin iş yükünün azaldılmasına səbəb olacaqdır. Eyni zamanda Maliyyə Nazirliyinin sözügedən məhkəmə işlərinə cavabdeh qismində cəlb edilməsi və sonrakı prosessual hərəkətlərin (vəsatətlərin, apellyasiya və kassasiya şikayətlərinin verilməsi və s.) onun tərəfindən həyata keçirilməsi cəmiyyətdə və mediada Nazirliyin fiziki şəxslərə zərər vurulmasında təqsirli olması imicini yaratmaqla, Mülki Məcəllənin 23-cü maddəsində qeyd olunan işgüzar nüfuzuna xələl gətirməkdədir. Fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi ilə bağlı məhkəmə proseslərinə Maliyyə Nazirliyinin cavabdeh qismində cəlb olunmasının hər hansı konkret hüquq normasına söykənmədiyini nəzərə alaraq, habelə məhkəmə proseslərinin obyektiv tədqiq edilməsi, qanun pozuntusuna yol vermiş təqsirkar qurumların məsuliyyətinin artırılması və qanunvericilin müddəalarının düzgün tətbiq edilməsi üçün bu tipli məhkəmə işlərinə cavabdeh qismində müvafiq cinayət işləri üzrə təhqiqat və ibtidai istintaq aparmış orqanların cəlb olunması zəruridir. Həmçinin Mülki Məcəllənin 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Sözügedən maddənin məzmunundan belə anlaşılır ki, hüquq pozuntusu dövlət orqanları və ya onların vəzifəli şəxsi tərəfindən törədildikdə Azərbaycan Respublikası, digər halda isə müvafiq bələdiyyə ödəyir. Həmin Məcəllənin 1101-ci maddəsinə görə isə qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Lakin yuxarıda göstərilən 2 maddənin məzmununda qeyd edilən orqan dedikdə Maliyyə Nazirliyi nəzərdə tutulmur. Belə ki, Mülki Məcəllənin 43.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. Maddələrin məzmunundan da göründüyü kimi «Azərbaycan Respublikası» dedikdə təkcə Azərbaycan Respublikası Maliyyə Nazirliyi deyil, digər dövlət orqanları da nəzərdə tutulur. Eyni zamanda, Azərbaycan Respublikası Maliyyə Nazirliyi dövlət büdcəsindən maliyyəşən mərkəzi icra hakimiyyəti orqanıdır, onun hesabındakı vəsait isə orqanın saxlanması xərcləridir (Nazirliyin mərkəzi aparatı işçilərinin əmək haqqı, dəftərxana ləvazimatlarının alınması və s.) və Nazirlik hər hansı sərbəst vəsaitə malik deyildir. Həmçinin «Büdcə sistemi haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq hər ilin dövlət büdcəsi üzrə Azərbaycan Respublikası Milli Məclisi tərəfindən təsdiq edilmiş ayırmalar ciddi şəkildə öz təyinatına uyğun olaraq maliyyələşdirilir və onların icra müddəti büdcə ilinin sonunda başa çatır. Maliyyə Nazirliyi Azərbaycan Respublikası Milli Məclisi tərəfindən hər il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını onların şifarişləri əsasında tərtib olunmuş smetalarına uyğun olaraq mütəmadi maliyyələşdirir. Bildirir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» 03 noyabr 2008-ci il tarixli 7 №-li Qərarına əsasən Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. İş materialları əsasında sübut olunur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya qarşı onun hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmasına gətirib çıxaran heç bir qanunsuz hərəkətə və va hərəkətsizliyə vol verilməmişdir, onunla mənəvi zərər arasında səbəbli əlaqə mövcud deyildir. Buna görə də, iddia mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh Maliyyə Nazirliyinə münasibətdə təmin edilə bilməz. Eyni zamanda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. İddiaçı maddi və mənəvi zərərə məruz qaldığını bildirsə də, bu zərərin məhz Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən vurulması ilə bağlı heç bir sübut göstərməmişdir. Bununla yanaşı qeyd edir ki, iddiaçının maddi zərərə görə kompensasiya tələb etməsi də əsassız hesab edilməlidir. Belə ki, iddiaçı tərəfindən məhkəməyə onun işləməsi, aylıq gəlir və qazancını sübut edəcək faktlar təqdim edilməmişdir. Bu baxımdan iddiaçının maddi zərərə görə kompensasiya tələb etməsi ağlabatan deyildir. Bundan başqa, Cinayət-Prosessual Məcəllənin 407.2-ci maddəsində apellyasiya instansiya məhkəməsinin qərarı elan olunduğu andan sonra dərhal qanuni qüvvəyə minməsi qeyd edilsə də, həmin Məcəllənin 410.1.2-ci maddəsinə görə bəraət hökmündən kassasiya şikayəti və ya protesti onu vermək hüququna malik olan şəxslər tərəfindən 3 ay müddətində verilə bilər. Mülki Prosessual Məcəllənin 254.1.4-ci maddəsinə əsasən mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa, məhkəmə iş üzrə icraatı dayandırmalıdır. İddiaçı Şəki Apellyasiya Məhkəməsinin 11 yanvar 2024-cü il tarixli qərarından kassasiya protesti verilməsi müddəti gözlənilməli və həmin müddət ərzində iddia ərizəsinə mahiyyəti üzrə baxılması həmin müddət bitənədək təxirə salınmalıdır. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə uyğun olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandırılan halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Göstərilənlərə əsasən, İddiaçı Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddiasının tam həcmdə rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
3. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3499/2024 saylı işi üzrə xx.xx.2024-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, İddiaçı vurulmuş mənəvi zərərə görə 5800 manat, vəkilə hüquqi yardıma görə ödədiyi 320 manat olmaqla, cəmi 6120 manat məbləğində pul vəsaitinin cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi, ödənilmiş 180 manat məbləğində dövlət rüsumunun dövlət büdcəsindən İddiaçı geri qaytarılması, iddia tələbinin qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Konstitusiyasının 68; Mülki Məcəllənin 1096, 1100, 1101.1, 1101.2; Cinayət Prosessual Məcəllənin 56.0.2, 57.1, 58.1, 58.2, 60.1, 61.2, 63; «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 1, 4, 5, 6; Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4; Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin" Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarına istinadən qeyd edilmişdir ki, İddiaçı barəsində qanuni qüvvəyə minmiş bəraət hökmündə cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində ona vurulmuş ziyanın ödənilməsini mülki məhkəmə icraatı qaydasında tələb etmək hüququnun olması izah edilmiş və o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Təqdim edilmiş sənədlərdən göründüyü kimi, iddiaçının ibtidai araşdırma müddətində 2 gün həbsdə olması, bəraət aldığı günədək barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbirinin qüvvədə olması işin mübahisəsiz halıdır.Məhkəmə hesab edir ki, şəxsin təqsirli olmadığı əməl görə 2 gün həbsdə saxlanması və həmçinin də barəsində prosessual məcburiyyət tədbirinin seçilməsi nəticəsində iddiaçıya mənəvi ziyan vurulması halı öz təsdiqini tapır. İddia ərizəsinin məzmunundan aşkar şəkildə görünür ki, iddiaçı əsassız yerə təqsirləndirilərək, iki gün həbs edilmiş, «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş, azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş, uzun müddət ərzində törətmədiyi cinayət əməlinə görə ittiham edilməsi ilə əlaqədar mənəvi iztirab çəkmiş, iddiaçı ailəsindən, rahatlığından məhrum olmuş, heç bir təqsiri olmadan keşməkeşli və təlatümlü dönəmdən keçmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının həbsdə saxlandığı 2 gün müddəti və barəsində xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin qüvvədə olduğu 1 il 7 ay müddət üçün mövcud məhkəmə təcrübəsində müəyyən edilmiş həddə mənəvi zərərə görə kompensasiyanın tutulması mümkündür. Belə ki, məhkəmə bu qənaətə gəlir ki, qeyd edilən 2 gün həbsə görə 100 manat və 19 ay polisin nəzarəti altına vermə qətimkan tədbiri üçün 5700 manat olmaqla, mənəvi zərərə görə cəmi 5800 manat məbləğində pul kompensasiya qismində dövlət büdcəsi vəsaiti hesabına iddiaçıya ödənilməlidir. Məhkəmə iddiaçıya ödənilməli mənəvi ziyanın həcmini 5800 manat müəyyən edərkən, bütün diqqətəlayiq məqamları nəzərə alır. Belə ki, mənəvi təzminatın məbləğinə təsir edən elementlərdən biri də zərərçəkənin iqtisadi vəziyyətidir. Çünki, qane olma səviyyəsi hamıda eyni deyil. İddiaçının maddi ziyanın ödənilməsi tələbi bağlı vurğulayır ki, iddiaçı maddi ziyanın vurulması tələbini onunla əsaslandırmışdır ki, o, təsərrüfat fəaliyyəti ilə məşğul olan şəxs kimi barəsində məhz polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi ilə əlaqədar olaraq hər gün və gün ərzində iki dəfə Rayon Polis İdarəsinə gedərək qeydiyyat jurnalında imza etməsini irəli sürmüşdür. Həmçinin sanki təsərrüfatını idarə edə bilməməsinə görə mal-qaranı dəyərindən aşağı qiymətə satmaq məcburiyyətində qalmışdır. Lakin məhkəmə araşdırması zamanı bu dəlil qətimkan tədbirini icra edən Yevlax Rayon Polis İdarəsinin müvafiq qeydiyyat jurnalında aparılan qeydiyyatla tam təkzib olunmuşdur. Belə ki, həmin qeydiyyat jurnalında aparılan qeydiyyatdan aydın olur ki, iddiaçı yalnız həftənin cümə günləri və yalnız ibtidai araşdırma müddətində idarəyə gedərək qeydiyyat jurnalında imza etmişdir. Bu hal onu deməyə əsas verir ki, iddiaçı həftənin cümə günü idarəyə gedib qayıtmağa sərf etdiyi vaxtdan əlavə bütün ibtidai araşdırma müddətində sərbəst olmuşdur. Üstəlik də ittiham aktı xx.xx.2022-ci il tarixdə təsdiq edilərək cinayət işi məhkəməyə göndərildikdən sonra və xx.xx.2022-ci il tarixdən sonra isə ümumiyyətlə qətimkan tədbirinin icrası ilə əlaqədar müvafiq qeydiyyat jurnalında imza etməmişdir. İddiaçı say hesabı ilə cəmi 6 dəfə olmaqla müvafiq qeydiyyatdan keçmişdir. Odur ki, iddiaçının yeganə qazanc mənbəyi hesab etdiyi təsərrüfat fəaliyyəti ilə məhz barəsində aparılan ibtidai araşdırma və qətimkan tədbirinin seçilməsi ilə əlaqədar yaranan məhdudiyyətlərə görə məşğul ola bilməməsinə dair dəlilləri tamamilə əsassızdır. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, şəxsin mülkiyyətində kifayət qədər sayda torpaq sahələri olduğu halda və sərbəst şəkildə həmin sahələrdə kənd təsərrüfatı fəaliyyəti məşğul ola biləcəyi təqdirdə bunu etməmişdir. Nəzərə alınmalıdır ki, kənd təsərrüfatı fəaliyyəti kifayət qədər zəhmət tələb edən sahədir və bu fəaliyyətlə məşğul olan şəxs bacardığı qədər təsərrüfatının tələf olmasına biganə qalmaz. İddiaçıya vurulmuş maddi ziyanla bağlı məhkəmə bu nəticəyə gəlir ki, həmin hissədə iddia təmin edilə bilməz. İddiaçı 10000 manat dəyərində kiçik buynuzlu heyvanları, hər birini 300 manata alaraq, 250 manata satmasına, eləcə də bundan öncə özündə olan digər kiçik buynuzlu heyvanları satmaq məcburiyyətində qalmasına dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Habelə məhkəmə araşdırması zamanı irəli sürdüyü maddi ziyanın məhz barəsində aparılmış cinayət təqibi əlaqədar olmasına dair səbəbli-nəticə əlaqəsi müəyyən edilməmişdir. Qeyd edilməlidir ki, bu qəbildən olan işlər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad edilmişlər. Lakin, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsinin təqdim olunması üçün 180 manat və 30 manat olmaqla, cəmi 210 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Dövlət rüsumu haqqında qanunun tələblərinə əsasən məhkəməyə iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun ödənilməsində azad edilmiş iddiaçıların iddiası təmin olunduğu təqdirdə dövlət rüsumuna görə pul dövlət rüsumunun ödənilməsindən azad edilməmiş cavabdehdən dövlət büdcəsi hesabına tutulmalıdır. Hazırki halda cavabdehin özünün də dövlət rüsumu ödənilməsindən azad olan şəxs olması nəzərə alınmaqla ödənilmiş rüsum məbləği dövlət büdcəsindən iddiaçıya geri qaytarılmalıdır.
4. İşin icraatı zamanı müəyyən edilmişdir ki: - Yevlax Rayon Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli 1(039)-6/2023 saylı hökmünə əsasən, Vəliyev X4 Respublikası CM-nin 188.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 3 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş; İddiaçı 10 iyun 2022-ci il tarixdən 11 iyun 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı iki gün müddət CM-nin 69.3-cü maddəsinə əsəsən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 4 gün hesablanmaqla ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 3 il 5 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış; İddiaçı barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmış; İddiaçı üzərinə cəza müddəti ərzində yaşadığı Yevlax rayon ərazisini, eləcə də saat 23:00-dan saat 06:00-dək yaşayış yeri olan Yevlax və Bərdə rayonlarının ərazi hüdudlarını tərk etməmək, cəza müddəti ərzində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuş; İddiaçı cəzasının əvvəli Yevlax rayon İcra və Probasiya Şöbəsinə qeydiyyata alındığı vaxtdan hesablanmış; işdə olan 100 manat ekspertiza tədqiqatının dəyərinin təqsirləndirilən şəxs İddiaçı alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə köçürülməsi; hökmün icrasının təqsirləndirilən şəxs İddiaçı yaşadığı yer üzrə Yevlax rayon İcra və Probasiya şöbəsinə tapşırılması; təqsirləndirilən şəxs İddiaçı Yevlax şəhər Vəkil Bürosunun vəkili Vəkil göstərdiyi 16 saat hüquqi yardımın ödənilməsinin Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi; məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 96 manatın dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Vəkil ödənilməsi barədə göstəriş verilmişdir; - Şəki Apellyasiya Məhkəməsi Cinayət kollegiyasının 11 yanvar 2024-cü il tarixli 1(107)-3/2024 saylı hökmünə əsasən, təqsirləndirilən şəxs İddiaçı müdafiəçisi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, zərər çəkmiş şəxs X9 və onun nümayəndəsi X2 tərəfindən birgə verilmiş apellyasiya şikayəti təmin edilməmiş; İddiaçı Azərbaycan Respublikası CM-nin 188.3-cü maddəsi ilə məhkum edilməsinə dair Yevlax rayon Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli 1(039)- 6/2023 nömrəli hökmü ləğv edilmiş; İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyinə görə ona bəraət verilmiş; İddiaçı barəsində seçilmiş «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri ləğv edilmiş; İddiaçı Azərbaycan Respublikası CPM-nin 56 və 63-cü maddələrinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində vurulmuş ziyanın ödənilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək və kompensasiya almaq hüququ tanınmış və ona izah edilmiş; iş üzrə məhkəmə məsrəfi olan 100 manat ekspertiza xərcinin ödənilməsindən İddiaçı azad edilmişdir; - Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarına əsasən, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti və zərərçəkmiş şəxsin nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Azərbaycan Respublikası CM-nin 188.3-cü maddəsi ilə bəraət verilmiş İddiaçı barəsində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 yanvar 2024-cü il tarixli hökmü dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə və zərərçəkmiş şəxsin nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır; - 11 saylı Ərazi Vergilər Baş İdarəsinin 30 may 2024-cü il tarixli **********828200 saylı məktubuna əsasən, İddiaçı (VÖEN: **********) əsas fəaliyyət növü və gəlirlərinə dair məlumatın verilməsi barədə xx.xx.2024-cü il tarixli müraciətə aidiyyatı üzrə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsində baxılmışdır. Bildirilmişdir ki, vergi ödəyicisi İddiaçı xx.xx.2012-ci il tarixdən xx.xx.2019-cu il tarixədək əsas fəaliyyət növü «Digər qruplara daxil edilməyən sair informasiya xidmətləri» fəaliyyəti, xx.xx.2019-cu il tarixdən halhazırki tarixədək əsas fəaliyyət növü «Dənli (çəltik istisna olmaqla) bitkilərin becərilməsi» fəaliyyəti, digər fəaliyyət növü «Digər qruplara daxil edilməyən sair informasiya xidmətləri» fəaliyyəti olmuşdur. Əlavə olaraq bildirilmişdir ki, İddiaçı (VÖEN: **********) 11 saylı Ərazi Vergilər Baş İdarəsində vergi ödəyicisi kimi uçota alındığı xx.xx.2012-ci il tarixdən xx.xx.2022ci il tarixədək olan dövr ərzində tərəfindən təqdim edilmiş sadələşdirilmiş vergi bəyannamələrinə əsasən dövriyyəsi 2.448,80 manat olmuş və xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr ərzində dövriyyəsi olmamışdır. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında X12 İnkişaf Mərkəzinin 13 may 2024-cü il tarixli məktubundan görünür ki, Yevlax rayonu ərazisində torpaq-iqlim şəraitinə uyğun olaraq əsasən pambıq, taxıl, günəbaxan, qarğıdalı və yonca bitkiləri əkilir. Yevlax rayonu üzrə 2023-cü təsərrüfat ilində aşağıda göstərilən bitkilər üzrə hər hektardan götürülən gəlir orta hesabla təxminən aşağıdakı kimi olmuşdur: pambıq 1 ha ***-**** manat, taxıl 1 ha 700-800 manat, günəbaxan 1 ha 2200-2300 manat, qarğıdılı 1 ha 1000-1200 manat, yonca 1 ha 1100-1200 manat; - Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin 27 may 2024-cü il tarixli məktubundan görünür ki, 2023-2024-cü əkin ilində İddiaçı EKTİS-ə daxil etdiyi məlumatlara əsasən Yevlax rayonu Qaraməmmədli kəndi ərazisində yerləşən 25,62 ha torpaq sahəsində həyata keçirdiyi 1.858 ha payızlıq arpa və 23.7588 hektar yonca əkinlərinə görə hesablanmış 2071,87 manat subsidiya məbləği onun kart hesabına ödənilmişdir; - xx.xx.2022-ci il tarixli 3040***-*******01L/İ1 saylı ipoteka müqaviləsindən görünür ki, ipoteka saxlayan "Bank Respublika” ASC və ipoteka qoyan İddiaçı arasında eyni tarixli əsas kredit limiti razılaşmasının təminatı kimi Yevlax rayonu, Qaraməmmədli kəndində yerləşən ümumi sahəsi 4,52 ha olna xüsusi mülkiyyətli kənd təsərrüfatı təyinatlı torpaq sahəsi bank qarşısında yüklü edilmişdir.Eyni tarixli əsas kredit limiti razılaşmasından görünür ki, bank borcalana 120 ay müddətində 100000 manat məbləğində illik 30 faiz dərəcəsi ilə kredit limiti ayırmışdır; - Şəki İnzibati Məhkəməsinin 06 iyun 2023-cü il tarixli 2-1(116)-1257/2023 nömrəli qərardadına əsasən, inzibati iş üzrə X9 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişdir. Məhkəməyə təqdim edilmiş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən verilmiş çox sayda çıxarışların surətlərindən müəyyən edilir ki, İddiaçı mülkiyyətində Yevlax rayonu, Qaraməmmədli kəndində kənd təsərrüfatı təyinatlı torpaq sahələri mövcuddur; - Məhkəməyə təqdim edilmiş Yevlax rayon Prokuroru tərəfindən xx.xx.2022-ci il tarixdə təsdiq edilmiş ittiham aktından müəyyən edilir ki, araşdırma xx.xx.2022-ci il tarixdə başlamış və 07 iyul 2022-ci il tarixdə ittiham aktı tərtib edilməklə araşdırma başa çatmışdır; - Məhkəməyə təqdim edilmiş Yevlax rayon Polis Şöbəsinin DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş Yevlax rayon X8 bölməsində ibtidai istintaqı aparılmış ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 188.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş İddiaçı barəsində Şöbənin "polisin nəzarəti altına verilən şəxslərin qeydiyyatı jurnalı”nda olan məlumatların kserosurətindən aydın olur ki, nəzarət altına verilən şəxs-İddiaçı qeydiyyat üçün müəyyən edilmiş vaxt və günləri 5-ci gün müəyyən edilmiş, şəxs xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il,xx.xx.2022-ci il tarixlərdə qeydiyyat jurnalında imza etmişdir; - xx.xx.2024-cü il tarixli BPM**********82 nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı Yevlax şəhər Vəkil Bürosuna xidmət haqqına görə 320 manat məbləğində ödəniş etmişdir. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
5. Cavabdeh apellyasiya şikayəti verərək, mülki prosessual qanunvericiliyə əsasən Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(006)-1812/2024 nömrəli qətnaməsinin ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli 7 №-li Qərarına; Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 81; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1101.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətiimkan tədbiri kimi həbsəalmanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası (konkret dövlət büdcəsi nəzərdə tutulmamışdır) qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Hazırkı iddianın hüquqi əsasını təhqiqat, ibtidai istintaq və məhkəmə araşdırmaları zamanı həmin orqanların (vəzifəli şəxslərin) qanunsuz hərəkətləri təşkil etsə də, iddiaçıya vurulmuş ziyanın ödənilməsi ilə bağlı məhkəmə proseslərinə cavabdeh qismində qanunsuz hərəkəti törətmiş qurumlar deyil, Maliyyə Nazirliyi cəlb olunmuşdur. Maliyyə Nazirliyinin iddiaçıya ziyan vurulmasına səbəb olmuş qanunsuz hərəkətlərdə iştirakı və hər hansı əlaqəsi olmadığından həmin hərəkətləri törətmiş təqsirkar qurumların əvəzinə Nazirliyin cavabdeh kimi tanınması qanunvericiliyin tələbləri, o cümlədən mülki məhkəmə icraatının təməl prinsipləri ilə uzlaşmır. Hüquqi məsuliyyətin əsas ünsürlərindən biri olan hüquqpozan şəxsin təqsiri təəssüflər olsun ki, məhkəmə tərəfindən müəyyən edilməmiş, səthi şəkildə aparılmış araşdırma nəticəsində iddiaçının iddia tələbi qismən təmin edilmişdir. Təsadüfi deyildir ki, sosial və infrastruktur təyinatlı layihələrin icrası zamanı mülkiyyətçilərə vurulmuş zərərin maliyyələşmə mənbəyi dövlət büdcəsi olsa da, həmin məhkəmə işlərinə cavabdeh qismində müvafiq layihəni həyata keçirən və pozuntuya yol vermiş dövlət orqanı, 3-cü şəxs qismində isə Maliyyə Nazirliyi cəlb olunur. Məhkəmə iddiaçının mənəvi iztirab çəkməsini heç bir mötəbər sübutla təsdiqləməmiş, yalnız iddiaçının mülahizələrinə əsaslanaraq iddiaçıya maddi və mənəvi zərərə görə 6120 manat vəsaitin ödənilməsi qənaətinə gəlmişdir. Eyni zamanda hesab edirlər ki, mənəvi zərərin müəyyən edilməsi zamanı analoji norma kimi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 190-cı maddəsinin müddəaları nəzərə alınmalıdır. Belə ki, həmin maddədə zərər çəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş ziyana görə müvafiq məbləğdə kompensasiya almaq hüququ müəyyən edilmişdir, (ona qarşı xüsusilə ağır cinayət törədildikdə — üç yüz otuz manat, ona qarşı ağır cinayət törədildikdə — yüz altmış beş manat, ona qarşı az ağır cinayət törədildikdə — əlli beş manat, ona qarşı böyük ictimai təhlükə törətməyən cinayət törədildikdə — on bir manat). Məhkəmə tərəfindən iddiaçıya hüquqlarının müdafiəsi üçün dəymiş maddi ziyanın əvəzi olaraq 320 manat məbləğində pul vəsaitinin ödənilməsi ağlabatan və ədalətli deyildir. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin İİ hissəsinə əsasən vəkilin qonorarının məbləği vəkilin yardımından istifadə edən şəxs və vəkil arasında bağlanmış, göstərilən yardımın və qonorarın məbləğini əks etdirən müqavilə əsasında ödənilməli olduğu qeyd edilsə də, məhkəmə xx.xx.2024-cü il tarixli mədaxil qəbzinə istinad edərək sübutların mümkünlüyü baxımından səhvə yol vermişdir. Göründüyü kimi mövcud qanunvericiliyə əsasən hər hansı şəxsə qarşı ağır cinayət törədildiyi halda ona ödəniləcək kompensasiyanın məbləği yüz altmış beş manatdır. Cinayət-Prosessual Məcəllənin yuxarıda sadalanan norması kontekstində iddiaçıya maddi və mənəvi zərərə görə 6120 manat məbləğində kompensasiya hesablanması qanuni olmamaqla yanaşı, ağlabatan və ədalətli deyildir. Lakin iddiaçı tərəfindən ona dəymiş mənəvi ziyanla bağlı konkret sübutlar təqdim edilməmişdir. Bu baxımdan mənəvi ziyanın miqdarı ilə bağlı birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab edirlər ki, mənəvi zərərə görə kompensasiya müəyyən edərkən hər baxılan iş üzrə sosial, psixoloji və iqtisadi qiymətləndirməni mütənasiblik və ədalətlilik prinsipləri əsasında aparmalıdırlar. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 04 saylı qərarının 2.4 cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Lakin məhkəmənin çıxardığı qətnamə sözügedən qərarda sadalanan tələblərə cavab vermir. Mülki Prosessual Məcəllənin 385-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Mülki Prosessual Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesat edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmçinin, Ali Məhkəmə tərəfindən bütün məhkəmələrə tövsiyyə xarakterli məktub yazılaraq izah edilmişdir ki, dövlət büdcəsi hesabına ödənilən pul tələbləri, o cümlədən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz cinayət məsuliyyətinə cəlb etmə, qətimkan tədbiri kimi həbsə alma və ya qanunsuz məhkum etmə nəticəsində fiziki və hüquqi şəxslərə vurulmuş zərərin ödənilməsi barədə iddialar üzrə işlərə baxarkən xüsusilə diqqətli olsunlar, ödəmə tələbinin əsaslarını ətraflı araşdırsınlar, ödəmələr üzrə hesablamalar apardıqda mütəxəssis rəyi alsınlar. Yuxarıda sadalananlardan görünür ki, məhkəmə işə mahiyyəti üzrə baxarkən məsələni tam, obyektiv və hərtərəfli araşdırmamış, kifayət qədər əsaslar olmadan iddiaçının xeyrinə qətnamə çıxarmışdır. Göründüyü kimi məhkəmə tərəfindən qətnamə qəbul edilərkən əsaslı və iş üçün əhəmiyyət kəsb edən sübutlara və müvafiq normativ hüquqi aktlara istinad olunmamış, işin faktiki halları tam araşdırılmamış, maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Məhkəmə qətnaməsinin nəticə hissəsi yuxarıda qeyd olunan qanunvericilik aktları ilə ziddiyyət təşkil etməkdədir.
Apellyasiya icraatı zamanı müəyyən edilən hallar
6. Məlumatlandırılması üçün qanununvericilikdən nəzərdə tutulan tədbirlərin görülməsi nəticə vemədiyindən iddiaçı, cavabdeh və (cəlb edilən) müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə (hər iki tərəf şikayət verdiyindən tam) yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi
8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.1 və 82.4-cü maddələrinin tələblərinə əsasən: Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun mübahisə edilən hissəsi üzrə yoxlayır.
9. Zərərçəkmiş şəxsə kompensasiya ödənilməsi Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin İİ hissəsində öz əksini tapmışdır. Həmin maddəyə əsasən hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır.
10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1101.1-ci maddəsinə əsasən Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Məcəllənin 1101.2-ci maddəsinin tələblərinə görə, Təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir.
11. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 56.0.2 və 56.0.3-cü maddəsinə əsasən bu Məcəllənin 39.1.1, 39.1.2, 39.1.6—39.1.8, 39.2-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilmiş və həmçinin, bu Məcəllənin 39.1.3, 39.1.4, 39.1.10 və 39.1.11-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan, lakin vaxtında xitam verilməyən və haqqında cinayət təqibi davam etdirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. 57.1. Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir. 58.1. Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş maddi ziyan əsaslandırılaraq hesablandıqdan sonra kompensasiyası verilməklə tam həcmdə ödənilməlidir. 58.2. Fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir.
12. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» 29 dekabr 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun tələblərinə (maddələrinə) əsasən, Azərbaycan Respublikası ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanları tərəfindən hər hansı şəxsin qanunsuz olaraq təqsirləndirilən şəxs qismində cəlb edilməsi, məhkum edilməsi, işdən (vəzifədən) kənarlaşdırılma və ya onun hüquqlarını məhdudlaşdıran digər prosessual hərəkətlərin həyata keçirilməsi nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. Göstərilən Qanunun 4-cü maddəsinə əsasən vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş miqdarda və qaydada ödənilməsi hüququ bəraətverici hökm çıxarıldıqda; cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarıldıqda; inzibati xəta haqqında işə xitam verildikdə yaranır. 5. Bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə: 1) məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər; 2) müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları Tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı; 3) ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə; 4) hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər; 5) vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həbsdə saxlanılmasına, məhkəmə məsrəflərinə, həbsdə saxlanılarkən gördüyü məcburi işlərə görə haqqın verilməsinə sərf olunmuş məbləğlər təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş ziyanın ödənilməsi üçün nəzərdə tutulmuş məbləğdən çıxıla bilməz. 6. Bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Bu Qanunun 5-ci maddəsinin 1-ci bəndində nəzərdə tutulmuş ödənilməli olan məbləğlərin miqdarı şəxsin işdən (vəzifədən) kənarlaşdırıldığı, təyin olunmuş cəzanı çəkdiyi dövrdə əldə edilməmiş gəliri nəzərə almaqla müəyyən edilir.Bu Qanunun 5-ci maddəsinin 2-ci bəndində nəzərdə tutulmuş əmlak natura formasında, bu mümkün olmadıqda isə, onun dəyəri dövlət və ya onu əvəzsiz olaraq əldə etmiş müəssisə, idarə və təşkilatların hesabına ödənilir.Evlərin və digər tikililərin dəyəri, yalnız bu əmlakın natura şəklində qalmadığı, şəxsin dəyərcə bərabər olan yaşayış sahəsinin və ya digər tikililərin əvəzsiz olaraq onun mülkiyyətinə verilməsindən imtina etdiyi hallarda və ya həmin şəxsin yaşayış evlərinin və digər tikililərin dəyərinin ödənilməsinə razılığı olduqda ödənilir. Yaşayış sahəsinin və digər tikililərin dəyəri mövcud bazar qiymətlərinə əsasən müəyyən edilir.Əmlakın dəyəri onun ödənilməsi haqqında qərarın qəbul edildiyi vaxtda mövcud olan qiymət əsasında ödənilir. Əmlakın zədələnməsi və ya köhnəlməsi hallarında vurulmuş ziyan tam həcmdə ödənilməlidir.Ödənilməli olan əmlakı əvəzsiz olaraq əldə etmiş müəssisənin, idarənin və təşkilatın ləğv edildiyi və ya vurulmuş ziyanın ödənilməsi üçün onların vəsaiti çatışmadığı hallarda, əmlakın dəyəri (əmlakın dəyərinin çatışmayan hissəsi) dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.Qanunsuz məhkum edilməsi nəticəsində yaşayış sahəsindən istifadə etmə hüququndan məhrum edilmiş şəxsə müvafiq icra hakimiyyəti orqanları tərəfindən həmin yaşayış sahəsi bir ay müddətində, bu yaşayış sahəsi natura şəklində qalmadığı hallarda isə, bununla əlaqədar edilmiş müraciətdən sonra altı ay müddətində həmin yaşayış məntəqəsində ailə tərkibi və yaşayış sahəsinə dair qüvvədə olan normalar nəzərə alınmaqla növbədənkənar eyni dəyərli abadlaşdırılmış yaşayış sahəsi verilməlidir.Ödənilməli olan əmlakı əldə edilmiş şəxs, bu əmlakın vurulmuş ziyanın ödənilməsi qaydası əvvəlki sahibinə qaytarılması ilə əlaqədar əvəzində dövlətdən abadlaşdırılmış, dəyərcə və bütün digər əlamətlərlə bərabər olan əmlakı və ya onun dəyərini tələb etmək hüququna malikdir. Belə tələb irəli sürüldükdən sonra bir ay müddətindən gec olmayaraq dövlət tərəfindən təmin edilir.Bununla əlaqədar bütün mübahisələr məhkəmə qaydasında həll olunur.
13. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Mülki Məcəllənin 21.1-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir.
14. Azərbaycan Respublikası Prezidentinin 09 fevral 2009-cu il tarixli, 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə"nin 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi (bundan sonra - Nazirlik) Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır.
15. Mülki Məcəllənin müddəalarına görə: 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər.
16. Qeyd edilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 28-71; 1966-cı ildə BMT tərəfındən qəbul edilmiş «Vətəndaş və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt»ın 9-cu maddəsinə; «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyanın 5-ci maddəsinə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 56-63; Mülki Prosessual Məcəllənin 4.1, 76.1, 77.1, 80-82, 106.2, 119, 217.4, 220.5, 385-390cı maddələrinə istinadən məhkəmə kolegiyası hesab edir ki, apellyasiya şikayətinin faktiki və hüquqi əsasları olmayan dəlilləri formal mülahizə xarakter daşıdığından əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsi tərəfindən maddi ziyana görə əsaslandırılmış və mənəvi zərərə görə ağlabatan məbləğdə tutulan kompensasiyanın sübutu qanunvericiliklə müəyyən edilən və hamıya bəlli olan hallardır. Cavabdehin apellyasiya şikayəti üzrə tələbinin dəlilləri özü-özlüyündə də ziddiyyət təşkil edir. Belə ki, cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilərək iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi kimi tələb təsbit etsə də, şikayətin məzmununda iddianın bir tərəfədən onların cavabdehliyinin istisna edildiyini, digər tərəfdən isə zərərin məbləğinin düzgün müəyyən edilmədiyinə yönəlik işin mahiyyətinə dair dəlilləri mübahisələndirmişdir. Qeyd edilənlər, habelə Büdcə sistemi haqqında Azərbaycan Respublikası Qanunu, Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında Azərbaycan Respublikası Qanunu və digər sahəvi qanunvericiliklə cavabdehin fəaliyyətinə (səlahiyyətinə) aid məsələlərin müəyyən edilməsi məhkəmələrin vəzifələrinə aid deyildir. Bu baxımdan dövlət büdcəsinə yönəldilən məbləğin maliyyə mənbəyinin göstərilməməsi, həmin vəsaitin gələcəkdə dövlət büdcəsinə bərpası (qaytarılması) məqsədilə ziyanı vuran təqsirli vəzifəli şəxsin müəyyən edilməməsi və həmin vəsaitin hansı qaydada dövlət büdcəsinə qaytarılması barədə qətnamədə heç bir izahın verilməməsi kimi şikayətin dəlillərinin hər hansı hüquqi əsası müəyyən edilmir. Hüquqi əsassız olan faktoloji dəlillərin sübut edilməsi bu dəlilləri irəli sürənlərin vəzifəsinə aid olduğu halda, məhkəmə çəkişmə prinsipinə zidd olaraq özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz.
17. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Q Ə T E T D İ: Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1812/2024 saylı işi üzrə xx.xx.2024-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.