Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6171/2020 22.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı nümayəndəsi və vəkili X3 iştirakı ilə, Bakı şəhərində Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-7174/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərardadından X13, X9, X6, X16, X4, X7, X10, X28, X5, X11, X17, X18 və X8 tərəfindən verilmiş şikayətlərə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(006)- 7174/2019 saylı qərardadı ilə Cavabdeh1 MMC-nin (VÖEN **********) “xxxxxxxxxx” ASCdə açılan AZ73GUNA******************** hesablaşma hesabına həbs qoyulması qərara alınmışdır. Hazırda X13, X9, X6, X16, X4, X7, X10, X28, X5, X11, X17, X18 və X8 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(006)-7174/2019 saylı qərardadından şikayət verərək, həmin qərardadın ləğv edilməsini və həbsin götürülməsini məhkəmədən xahiş etmişlər. Eyni məzmunlu şikayətlər onunla əsaslandırılmışdır ki, Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının 266 saylı sərəncamına əsasən, Nəsimi rayonu, Üzeyir Hacıbəyov, Zərifə Əliyeva, Rixard Zorge və Kövkəb Səfərəliyeva küçələrinin əhatə etdiyi ərazidə şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə olan, istismar müddəti başa çatmış evlərin sökülərək, yerində hündürmərtəbəli yaşayış və qeyri-yaşayış binalarının tikintisi Cavabdeh1nə həvalə edilmişdir. Onların qeydiyyatda olduqları Bakı şəhəri, Nəsimi ray, Z.Əliyeva küçəsində yerləşən 59 saylı evin mənzilləri tikinti layihəsi çərçivəsində söküləcək evlərin siyahısına daxil edilmişdir.Bundan sonra 2018-ci il tarixində onlarla “xxxxxxxxxxxxxx” MMC arasında bağlanmış müqavilələrə əsasən qanunvericiliyin tələblərinə uyğun olaraq binaların sökülməsindən sonra yeni yaşayış binası tikilənədək və tam təmir edilib təhvil verilənədək “xxxxxxxxxxxxxx” MMC onlara kirayə edilmiş mənzildə yerləşmələri üçün aylıq müəyyən məbləğlər şəklində kompensasiya ödəməyi öz öhdəsinə götürmüşdür.Bir müddət sonra İddiaçı cavabdehlər “Tac 1Residence” X1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.Eyni zamanda iddiaçı iddianın təmin tədbiri olaraq işə mahiyyəti üzrə baxılıb qurtarana kimi Cavabdeh1 MMC-nin (VÖEN **********) “xxxxxxxxxx” ASC-də açılan AZ73GUNA******************** hesablaşma hesabına həbs qoyulması barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Məhkəmənin 2(006)-7174/2019 saylı, xx.xx.2019-cü il tarixli qərardadı ilə ərizə təmin edilmiş və Cavabdeh1 MMC-nin (VÖEN **********) “xxxxxxxxxx” ASC-də açılan AZ73GUNA******************** hesablaşma hesabına həbs qoyulması qərarlaşdırılmışdır. Qəbul edilmiş qərardad ümumiyyətlə əsaslandırılmamış və ərizənin təmin edilməsi üçün əsas və zərurətin nədən ibarət olması müəyyən deyil.Bundan əlavə qəbul olunmuş qərardad cavabdehlərlə yanaşı qeyd edilən tikinti layihəsi çərçivəsində evləri söküləcək evlərin siyahısına daxil edilmiş şəxslərin, yəni onların hüquqlarını pozmaqla Mülki Prosessual Məcəllənin tələblərinə uyğun olmayaraq qəbul olunmuşdur. Belə ki, bu qərardadla “xxxxxxxxxxxxxx” MMC-nin hesablaşma hesabına həbs qoyulması nəticəsində MMC aralarında bağlanmış müqaviləyə əsasən hər ay onlara kirayə haqqı kimi ödəməli olan məbləğləri ödəyə bilmirlər. Öz maddi vəziyyətləri ağır olduğuna görə kirayə haqqını ödəməkdə çox çətinlik çəkirlər. Bununla yanaşı məhkəmənin bu qərardadı ilə Cavabdeh1 MMC-nin hesablaşma hesabına qoyulmuş həbs MMC-nin sökülmüş binaların yerində yeni yaşayış binası tikməsini və onlara sökülmüş mənzillərinin əvəzinə yeni mənzilər təhvil verilməsini mümkünsüz edir. Hal-hazırda onların ailələri ilə birlikdə evsiz, küçədə qalmaq təhlükəsi var. Göstərinlərə əsasən şikayətlərin təmin edilməsini xahiş etmişlər.. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-7174/2019 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı ilə şikayətlər təmin edilməmiş, şikayətlər mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X12 şikayətlərin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş digər tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası izahatı, iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 7174/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 157-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.1-ci maddəsinə görə isə, cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq növündə iddianı təmin etmək üçün tədbirlər görülə bilər. Qanunun göstərilən müddəaları baxımından iddianı təmin tədbiri, çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Öz təbiəti etibarilə iddianı təmin tədbirləri məhkəmə müdafiəsi hüququnun ayrılmaz ünsürü olan, qəbul edilən yekun məhkəmə aktının icrasının təmin edilməsinə xidmət edir. Belə ki, iddianın təmin olunması haqqında qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi özlüyündə pozulmuş subyektiv hüququn bərpasının elanıdırsa, qətnamənin icrası həmin subyektiv hüququn real bərpası deməkdir. Buna görə də kollegiya hesab edir ki, işə mahiyyəti üzrə baxılıb qurtaranadək Cavabdeh1 MMC-nin (VÖEN **********) “xxxxxxxxxx” ASC-də açılan AZ73GUNA******************** hesablaşma hesabına həbs qoyulması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Şikayətlərin dəlilinə gəldikdə isə kollegiya qeyd edir ki, şikayətlərdə qeyd edilən hallar yuxarıda göstərilənlərə əsasən əsaslı sayıla və qanuni və əsaslı məhkəmə qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, iddianın təmini tədbiri müvəqqəti xarakter daşıyır, işə mahiyyəti üzrə baxılıb qurtarana kimi müəyyən edilir və işi mahiyyəti üzrə həll etmir. Müvəqqəti xarakterli və işi qabaqcadan mahiyyəti üzrə həll etməyən məhkəmə aktı ilə cavabdeh hüquqi şəxsin bank hesabındakı pul vəsaiti üzərinə müvəqqəti məhdudiyyətin qoyulması məhz iddianı təmin etmə institutunun məqsədlərinə xidmət edir və qətnamənin gələcəkdə icrasını çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönəlmişdir. Eyni zamanda cavabdehin yalnız bir bank hesabı üzərinə həbs qoymuşdur. Üçüncü şəxslər kirayə haqlarının məhz üzərinə həbs qoyulmuş hesabdan ödənilməsi, habelə qərardadın onların mənafeyinə zidd olması barədə məhkəməyə hər hansı sübut təqdim etməmişlər. Ona görə də məhkəmə hesab edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 7174/2019 saylı, xx xxxxxx 2019- cu il tarixli qərardadından X13, X9, X6, X16, X4, X7, X10, X28, X5, X11, X17, X18 və X8 tərəfindən verilmiş şikayətlər əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayətlər təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-7174/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 400, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: X13, X9, X6, X16, X4, X7, X10, X28, X5, X11, X17, X18 və X8 tərəfindən verilmiş şikayətlər təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-7174/2019 saylı, xx xxxxxx 2019cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz. Sədrlik edən Azad İmanov Hakimlər Qürbət Əsgərov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-6171/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6171/2020
22.07.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver