Məhkəmə qərarları › İş №2(103)-6172/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6172/2023

27.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6172/2023 27.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2 və Cavabdeh3 oğuna qarşı işi uzrə QƏTNAMƏSİ Açar sözlər: («maddi və mənəvi ziyan hesabına pul ») hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, iddiaçı, iddiaçının numayəndəsi Vəkil və cavabdehin numayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2 və Cavabdeh3 oğuna qarşı “maddi və mənəvi ziyan hesabına pul” tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-51/2023 saylı işi uzrə 19 iyul 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mulki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq muəyyən etdi: İşin halları və iş uzrə məhkəmə icraat(lar)ı: 1.İddiaçı iddia ərizəsi (dəqiqləşmə) ilə məhkəməyə muraciət edərək, İddiaçı və cavabdeh Archico” MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli muqaviləyə əsasən sökulmuş yaşayış sahəsinə görə 120,9 m2 (87,80+33.18%=120.98) sahəsi olan mənzil verilməli olduğu halda, İddiaçı sahəsi 109.0 kvm olan mənzil verilməsi nəticəsində 11,98 m2 əskik qalan yaşayış sahəsi, əlavə olaraq MMC tərəfindən İddiaçı əsassız olaraq ödətdirilmiş 6000 manat pula gorə 6 m2 yaşayış sahəsi, qeyri-yaşayış sahəsinə gorə MMC tərəfindən ona 36.36 m2 (21.0+51,7%=36.36) sahəsi olan mənzil verilməli olduğu halda, faktiki sahəsi 24, 5 m2 mənzil verilməsi nəticəsində 11,86 m2 əskik qalan yaşayış sahəsi hesabına cəmi 29,84 m2 (11,98 m2 + 6 m2 + 11,86 m2 = 29,84 m2) yaşayış sahəsi əlavə olunmaqla İddiaçı faktiki sahəsi 24,5 m2 olan 1 otaqlı mənzilin əvəzinə sahəsi 55-60 m2 olan 2 otaqlı mənzil verilməsi, bu mumkun olmadıqda isə əskik qalan 29,84 kv.m yaşayış sahəsinin hər kvadrat metri 2500 manatdan 74600 manat, vurulmuş mənəvi ziyana görə 10000 manat, cəmi 84600 manat, ödənilmiş dövlət rusumu hesabına 343 manat 80 qəpik pulun cavabdehlər "Archico” MMC-dən, Cavabdeh2 və Cavabdeh3 muştərək qaydada alınıb İddiaçı verilməsi, iddiaçı ilə cavabdeh "Archico” MMC adından Cavabdeh2 arasında bağlanmış 22 aprel 2017-ci il tarixli muqavilənin 2.2.9-cu bəndinə əsasən 10 noyabr 2022-ci il tarixdən hazırki vaxta kimi hər ay 400 manat kirayə pulunun İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-51/2023 saylı işi uzrə 19 iyul 2023-cü il tarixli qətnaməsi ilə iddanın təmin edilməməsi, İddiaçı cəmi 200 manat ekspertiza xərcinin tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mulki Məcəlləsinin 5.3, 6.1.5, 21, 385.1, 390.1, 425.1, 437.1, 568.1. 577.1, 578.1, 1096, 1097.1; Mulki Prosessual Məcəllənin 77.1, 107, 115.0.1,119.1, 124.2-ci maddələrinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "C.Əzimovun şikayəti uzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mulki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 28 noyabr 2018-ci il Qərarına; X7 Məhkəməsi "Mahmudov Rusiyaya qarşı” iş uzrə 26 iyul 2007-ci il tarixli qərarına; Qavazov Bolqarıstana qarşı” iş uzrə 06 mart 2008-ci il tarixli qərarına; Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrubəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına; "Azərbaycan Respublikası Mulki Məcəlləsinin 21 və 23-cu maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına; Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş "Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın 3.8-ci bəndinin 1 -ci abzasına; Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59.1, 59.2-ci maddələrinə istinadən qeyd edilmişdir ki, İddiaçı mülkiyyətində olan 151 saylı mənzilin ümumi tikinti sahəsi 120,3 m2, 132 saylı mənzilin ümumi tikinti sahəsi 31,8 m2 olmaqla, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş "Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın 3.8-ci bəndinə uyğun azaltma əmsalı tətbiq edilərkən müvafiq olaraq 100 m2 və 23,3 m2 təşkil edir. Yəni mənzilin sahəsinin muəyyən olunmasında fərq yalnız onun hesablanması qaydasının muxtəlif olmasından irəli gəlmişdir. Məhkəmə iddia tələbinin "10 noyabr 2022-ci il tarixdən hazırki vaxta kimi hər ay 400 manat kirayə pulunun iddiaçıya verilməsi” hissəsinə münasibətdə qeyd edir ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında müqavilə üzrə razılaşdırılmış mənzillər hazır vəziyyətə gətirilərək təhvil alınması üçün iddiaçıya təklif olunmuş, lakin müqavilənin 1.1.6-cı bəndinə əsasən, iddiaçı müqavilədə göstərilən muddətdə və qaydada yeni tikilmiş mənzili qəbul etməyi öhdəsinə göturməsinə baxmayaraq, muqavilə ilə nəzərdə tutulmuş şərtlərə uyğun gəlməməsi əsası ilə mənzilləri təhvil almaqdan imtina etmişdir. Məhkəmə iddiaçının mənəvi zərər tələbi ilə bağlı qeyd edir ki, "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrubəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, "İnsan Huquqlarının və X3 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. "İnsan Huquqlarının və X3 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və X7 Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq munasibəti uzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mumkunluyu barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə muvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mulki Məcəlləsinin İX bölməsinin (Mulki huquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. İş materiallarından görünür ki, iddiaçı cavabdehin qanunsuz hərəkətləri nəticəsində 5 ilə yaxın ailə üzvləri ilə birlikdə əzab-əziyyətlərə, sarsıntılara, iztiraba düçar olmaqla şəraitsiz və dözulməz mənzillərdə yaşamağa məcbur olduqlarını bildirərək, həmçinin mənəvi ziyanın əvəzinin ödənilməsini xahiş etmiş, lakin cavabdehin qeyd etdiyi hərəkətlərinin mülki hüquq pozuntusu olması, onun hərəkətləri (və ya hərəkətsizliyi) ilə iddiaçıya mənəvi ziyan dəyməsi sübut olunmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin hüquqi əsası, yəni mülki qanunvericiliyin mülki hüquq pozuntusu nəticəsində dəymiş mənəvi ziyanın ödənilməsinə dair müddəalarının dispozisiya şərtlərinin mövcudluğu sübuta yetirilmədiyindən iş üzrə mənəvi ziyana dair iddia tələbi də əsaslı deyildir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının hazırkı iddiası əsassızdır və buna görə də təmin edilməməlidir.

3. İşin icraatı zamanı muəyyən edilmişdir ki : - İddiaçı və Cavabdeh1 MMC arasında bağlanmış 22 aprel 2017-ci il tarixli müqaviləyə əsasən, müqavilənin 1.2-ci bəndinə əsasən Cavabdeh1 MMC ünvan 1 ünvanında yerləşən, yaşayış üçün təhlükəli vəziyyətdə olan fərdi yaşayış evinin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, həmin binada İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən, yaşayış üçün təhlükəli vəziyyətdə olan ümumi sahəsi 87.80 kv/m olan 3 otaqlı mənzilin əvəzinə İddiaçı tərəfindən 6000 manat əlavə pul vəsaiti ödənilməsi şərti ilə 37.8 % artıq, B2 blokunun 8-ci mərtəbəsində təmirli otaqlı, ümumi tikinti sahəsi 120,37 kv/m olan 151 nömrəli mənzili və ünvan 2 ünvanda İddiaçı istifadəsində olan sahəsi 21.0 kv/m olan qarajın əvəzinə 51.5% artıq, B2 blokunun 6-cı mərtəbəsində təmirsiz 1 otaqlı, ümumi tikinti sahəsi 31,83 kv/m olan 132 nömrəli mənzili “Mulkiyyətçi”-nin mulkiyyətinə verməyi öhdəsinə götürür. Muqavilənin 1.1.6-cı bəndinə əsasən, “Mulkiyyətçi” bu muqaviləyə əsasən mülkiyyətində olan mənzili söküntü üçün Cavabdeh1 MMC-yə təhvil verməyi, bu Müqavilədə göstərilən müddətdə və qaydada yeni tikilmiş mənzili qəbul etməyi öhdəsinə götürür. Müqavilənin 2.2.9-cu bəndinə əsasən, Cavabdeh1 MMC mulkiyyətçiyə hər ay 400 manat kirayə pulu vermək (ona məxsus mənzili təhvil verənədək) vəzifəsi vardır; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 10/475 nömrəli ekspert rəyinə əsasən, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti məcəlləsinin 59-cu bəndində və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş "Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”na əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Bəsti Bağırova kuçəsinda "ArchiCO” MMC tərəfindən inşa edilmiş binanın "A” blokunda 6-cı mərtəbədə yerləşən İddiaçı məxsus mənzilin ümumi sahəsi (yaşayış və köməkçi sahə ilə birgə) 23,2 m2, 8-ci mərtəbədə yerləşən mənzilin umumi sahəsinin 100,0 m2 təşkil etdiyi muəyyən olunur. Bakı şəhəri, Nəsimi rayonu, Bəsti Bağırova kuçəsinda "ArchiCO” MMC tərəfindən inşa edilmiş binanın "A” blokunda İddiaçı məxsus olan 6-cı mərtəbədə yerləşən mənzilin daxili divarlarının altına, şaxta altına, beton sütunlar altına və balkonlara düşən sahələr nəzərə alınmaq şərti ilə, habelə yardımçı sahə daxil edilməklə ümumi sahəsinin 31,8 m2 (24,2+7,6), 8-ci mərtəbədə yerləşən mənzilin daxili divarlarının altına, şaxta altına, beton sütunlar altına və balkonlara düşən sahələr nəzərə alınmaq şərti ilə, habelə yardımçı sahə daxil edilməklə ümumi sahəsi 120,2 m2 (106,0+14,2) təşkil edir; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2023-cu il tarixdə verilmiş 10/6855 nömrəli ekspert rəyinə əsasən, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, İddiaçı ilə "Archico” MMC arasında bağlanmış 22 aprel 2017-ci il tarixli muqaviləyəə əsasən İddiaçı verilmiş təmirli 3 otaqlı 151 nömrəli mənzil B2 blokunun 8-ci, təmirsiz 1 otaqlı 132 nömrəli mənzil isə faktiki olaraq B2 blokunun 6-cı mərtəbəsində yerləşdiyi muəyyən edilir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti məcəlləsinin 59-cu bəndində və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydalarının 3.2-ci maddəsinin və tələbləri baxımından İddiaçı ilə "Archico” MMC arasında bağlanmış 22 aprel 2017-ci il tarixli müqaviləyə əsasən İddiaçı verilmiş ünvan 3 ünvanında "Archico” MMC tərəfindən inşa edilmiş binanın B2 blokunun 8-ci mərtəbəsində yerləşən 3 otaqlı 151 saylı mənzilin faktiki ümumi sahəsinin 100,0 m2 olduğu muəyyən edilir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti məcəlləsinin 59-cu bəndində və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydalarının 3.2-ci maddəsinin və tələbləri baxımından İddiaçı ilə "Archico” MMC arasında bağlanmış 22 aprel 2017-ci il tarixli muqaviləyə əsasən İddiaçı verilmiş Bakı şəhəri, Nəsimi rayonu, Bəsti Bağırova kuçəsi 35 unvanında "Archico” MMC tərəfindən inşa edilmiş binanın B2 blokunun 6-cı mərtəbəsində yerləşən 1 otaqlı 132 saylı mənzilin faktiki ümumi sahəsinin 23 m2 olduğu muəyyən edilir; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 10/475 nömrəli ekspert rəyindən görunur ki, ünvan 3 ünvanında "Archico” MMC tərəfindən inşa edilmiş binanın B2 blokunun 8-ci mərtəbəsində yerləşən 3 otaqlı 151 saylı mənzilin ümumi tikinti sahəsinin 120,3 m2, ünvan 3 ünvanında "Archico” MMC tərəfindən inşa edilmiş binanın B2 blokunun 6-cı mərtəbəsində yerləşən 1 otaqlı 132 saylı mənzilin ümumi tikinti sahəsinin 31,8 m2 təşkil etdiyi muəyyən edilir. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

4. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 19 iyul 2023-cu il tarixli 2(005)-51/2023 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mulki Məcəlləsinin 6.2, 148.2, 157.1, 1097.1, 1097.3; Mulki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 175.1, 217.4, 385.1; Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.3; Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 saylı qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması Qaydaları”nın 3.2-ci maddələrinə istinadən qeyd edilmişdir ki, İddiaçı muqavilənin şərtləri ilə razı olmadığından həmin vaxt müxtəlif yuxarı instansiyalara müraciətlər etdiyindən ona muxtəlif təzyiqlər göstərilərək müqaviləni imzalamağa məcbur edilmişdir. Aşağıda göstərilənlərə əsasən İddiaçı həmin müqavilənin şərtləri ilə razı deyildir: İddiaçı mülkiyyətində olan ünvan 4 ünvanda yerləşən yaşayış evi Cavabdeh1 ilə bağlanmış 22aprel 2017-ci il tarixli müqaviləyə əsasən sökuldukdən sonra ona həmin evin yerləşdiyi ərazidə inşa edilmiş "A” blokunda mənzil verilməli olduğu halda, ona "B” blokunda mənzil verilmişdir. Müqavilə imzalanarkən cavabdehlər inşa ediləcək "A” və "B” blokunun eyni binada olmayacağını, "A” və "B” bloku dedikdə bir-birindən təxminən 35 metr aralı məsafədə muxtəlif binaların inşa ediləcəyini nəzərdə tutduqlarını iddiaçıya izah etməmişlər. İddiaçı isə ümumi qəbul olunmuş qaydaya əsasən "A və B bloku dedikdə, eyni binanın muxtəlif giriş qapılarını nəzərdə tutmuşdur. Bina inşa edildikdən sonra iddiaçı bunu bildikdə cavabdehlərə öz iradını bildirsə də, heç bir müsbət nəticəsi olmamışdır. Halbuki, A bloku, yerləşdiyi coğrafi mövqe baxımından, magistral yol kənarında yerləşməsi, həmin binada olan mənzillərin qiymətinin yuksək olmasına təsir edəcək digər amillər səbəbindən "A” bloku daha elit bina hesab edilir, A blokunda yerləşən mənzillər "B” blokundakı mənzillərlə müqayisədə xeyli bahadır. Digər tərəfdən, İddiaçı özu və ailə üzvləri yaşadıqları ünvan 4 ünvanda yerləşən yaşayış evinin sökulməsinə, onların yaşadıqları evin ərazisində tikimış "A” blokunda onlara mənzil verilməsi şərti ilə razılıq vermişlər. İddiaçı ilə "Archico” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 22 aprel 2017-ci il tarixli muqavilə bağlanarkən MMC tərəfindən ona 120,9 m2 (87,80+33,18%=120,98) sahəsi olan mənzil verilməli olduğu halda, İddiaçı 114 m2 sahəsi olan mənzil təklif edilmiş, həmin sahə İddiaçı qane etmədiyindən MMC tərəfindən ona hər m2 1000 manat hesabı ilə 6 m2 əlavə sahə satılmış və beləliklə, MMC İddiaçı sahəsi 120 m2 olan mənzil verməyi öhdəsinə götürmüşdür. Lakin, MMC tərəfindən İddiaçı ayrılmış yeni mənzilin sahəsi xüsusi lazer cihazı vasitəsi ilə ölçülərkən məlum olmuşdur ki, mənzilin sahəsi 109, 0 m2 olmaqla, müqavilədə nəzərdə tutulandan 11,90 m2 əskikdir. İddiaçı ilə Cavabdeh1 arasında 22 aprel 2017-ci il tarixli müqavilə bağlanarkən İddiaçı mülkiyyətində olmuş qeyri-yaşayış sahəsi, yəni qarajla bağlı da hesablamalar düzgün aparılmamışdır. Belə ki, həmin qeyri-yaşayış sahəsi daşdan inşa edilmiş qarajdan ibarət olmuşdur. Qarajın ümumi yerləşdiyi ərazi 20,0 m2, istifadə olunan sahəsi 24,0 m2 olmuşdur. Buna baxmayaraq, müqavilə sahəsi 21.0 m2 olan qeyri-yaşayış sahəsinə görə bağlanmışdır. Qeyd olunan qeyri-yaşayış sahəsinə görə MMC tərəfindən ona 36,36 m2 (21,0+51,7%=36.36) sahəsi olan mənzil verilməli olduğu halda guya sahəsi 31,0 m2 olan 1 otaqlı mənzil verilmişdir. Halbuki, həmin mənzilin faktiki sahəsi 24,5 m2 -dir. Beləliklə, qeyri-yaşayış sahəsinə görə MMC tərəfindən İddiaçı 11,06 m2 az mənzil sahəsi verilmişdir. Qeyri-yaşayış sahəsi sökuldukdən sonra ötən dövr ərzində ona kirayə haqqı ödənilməmişdir. Halbuki, sökulmuş qeyri-yaşayış sahəsinə görə ona yeni inşa edilmiş binada qeyri-yaşayış sahəsi verilməli idi. Müqavilənin şərtlərinə əsasən söküntü işlərindən 36 ay muddət ərzində yeni mənzillər verilməli olduğu halda, muqavilənin bu şərtinə də əməl edilməmişdir. Müqavilənin bağlanmasından 5 ilə yaxın vaxt, yəni 60 ay keçməsinə baxmayaraq, yeni mənzillər iddiaçıya təhvil verilməmişdir. Binanın mansard hissəsi, evləri sökülmüş sakinlərin çardaqlı damı hesabına onların arasında bölunməli olduğundan mansard hissəsindən müvafiq sahə ayrılmalı idi. İddiaçı xx.xx.2021-ci il tarixli pretenziya ilə cavabdehlərə muraciət etmişdir. Lakin cavabdehlər iddiaçının pretenziyasına rəsmi cavab verməmiş, şifahi olaraq məhkəməyə muraciət etməsini tövsiyə etmişlər. Cavabdehlərin təsvir olunan qanunsuz hərəkətləri nəticəsində 5 ilə yaxındır ki, İddiaçı ailə üzvləri ilə birlikdə mənəvi əzab-əziyyətlərə, sarsıntılarla, iztirablara duçar olmaqla şəraitsız və dözülməz vəziyyətdə olan mənzillərdə yaşamağa məcbur olmuşlar. Ona görə də iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçıya mənzil ayrılarkən cavabdehlər tərəfindən Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 saylı qərarı ilə təsdiq edilmiş Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması Qaydalarının və Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələbləri pozulmuşdur. Belə ki, həmin Qaydaların 3.2-ci maddəsinə əsasən yaşayış binasında otaqların və digər yerləşgələrin sahələri divar və arakəsmələrin tamamlanmış səthləri arasında döşəmə səviyyəsində (plintuslar hesaba alınmadan) ölçülməklə təyin edilir. Binanın isidilmə sisteminə daxil olan sobanın (buxarının) və havalandırma üçün nəzərdə tutulmuş şaquli boşluqların yerləşdiyi sahə otağın və digər yerləşgələrin sahələrinə daxil edilmir. Cavabdehlər mövcud qanunvericiliyin tələblərini və bağlanmış müqavilənin şərtlərini kobud şəkildə pozmaqda davam etmiş, müqavilənin 2.2.4-cu bəndinə əsasən yeni tikiləcək binanın bunövrəsi qoyulduqdan sonra tikinti işlərini 30 ay muddətində başa çatdıraraq muqavilə şərtlərinə əsasən mənzili təmir edib, iddiaçıya təhvil verməli olduğu halda, müqavilənin bu şərtinə də əməl etməmiş, 5 ilə yaxın vaxt keçməsinə baxmayaraq, bu günə kimi mənzil təhvil verilməmişdir. Bundan əlavə Müqavilənin 1.2-ci bəndinə əsasən 3 otaqlı təmirli mənzil binanın 0-ci mərtəbəsində, 1 otaqlı təmirsiz mənzil binanın 6-cı mərtəbəsində verilməli olduğu halda, 3 otaqlı mənzilin, binanın 7-ci mərtəbəsincə, 1 otaqlı mənzilin binanın 6-cı mərtəbəsində verilməsi nəzərdə tutulmuşdur. Halbuki 7-ci mərtəbədən sonrakı mənzillər daha müasir tipdə tikilməklə elit və bahalı mənzillər hesab olunur. Daha sonra, cavabdehlər, iddiaçının yaşadığı ərazinin mövqeyinə uyğun ayda 500 manat kirayə pulu verməli olduğu halda, sökülmuş 3 otaqlı mənzilə görə ayda 400 manat kirayə pulu vermiş, sökülmüş qeyri-yaşayış sahəsinə görə isə ümumiyyətlə kirayə pulu verilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi bu nəticələrlə razılaşmaq olmaz. Nəsimi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2007-ci il tarixli 94 №-li sərəncamından görünür ki, vətəndaş İddiaçı ərizəsi, 59 saylı MKiS-nin xx.xx.2007-ci il tarixli ve qonşuların imzaları ila təsdiq edilmiş xx.xx.2007-ci il xx.xx.2007-ci İl tarixil aktları əsas götürülmüş, B.Bağırov küçəsl 35 saylı ünvanda yerləşən daş qaraj, həmin ünvanda yaşayan vətəndaş İddiaçı tərəfindən istifadəsinə icazə verilmişdir. Öm seriyalı 193359 saylı Qeydiyyat vəsiqəsindən görünür ki, İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, B.Bağırov küçəsi 35 saylı evin 55.0 yaşayış sahəsindən ibarət 4 otaqlı mənzili İddiaçı adına 22.0 kv.m payda xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir. Bu barədə xx.xx.2004-cu il tarixində qeydiyyat aparılmışdır. Birinci instansiya məhkəməsinin iş materiallarına əlavə edilmiş Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2022-ci İl tarixli, 3/55 nömrəli məktubuna istinad etməsi tam qanunsuzdur. Belə ki, həmin məktubda adı çəkilən Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının 21 oktyabr 2016-cı il tarixli, 197 saylı sərəncamında sökülməsi nəzərdə tutulan binaların Bakı şəhəri Nəsimi rayonu, Ağadadaş Qurbanov, Sarabski və Məhəmməd Naxçıvani küçələrlndə yerləşdiyi halda, birinci instansiya məhkəməsi iddiaçının mülklyyətində olmuş və sonradan sökülmüş tikililərin Bakı şəhəri Bəsti Bağirova küçəsində yerləşməsinə əhəmiyyət verməmişdir. Digər tərəfdən, həmin sərəncamın məzmunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsi kollegiyasının 04 dekabr 2012-ci İl tarixli 07 saylı qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması” Qaydalarının və Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti məcəlləsinin tələblərinə ziddir və subut növu kimi qəbul edilə bilməz. Apellyasiya icraatında muəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:

5. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayəti ilə eyni məzmunda izahat verərək, müqaviləni mübahisələndirmədiklərini, iddiaçı ilə bağlanmış müqaviləyə uyğun ölçülərdə mənzil verilmədiyini, müqavilə bağlanarkən mənzilin sahəsinin içəridən hesablandığı halda, mənzil təhvil verilərkən çöldən hesablanma aparıldığını, Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının məktubunda Bəsti Bağırova küçəsinin qeyd edilmədiyini, hesablama ilə bağlı olan məktubun tövsiyə xarakterli olduğunu, həmin məktublara istinad edilməsinin düzgün olmadığını qeyd etmiş, apellyasiya şikayətini müdafiə etmiş, birinci instansiya məhkəməsi qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

6. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı cavabdeh tərəfin şikayət verdiyi üçün onunla prinsip apardığını bildirmiş, nümayəndəsinin izahatında göstərdiyi hallara əlavə olaraq müqavilə imzaladığı zaman onu aldatdıqlarını, müqavilədə qeyd edilən “ümümi tikinti sahəsi” ibarəsindən məlumatının olmadığını qeyd etmiş, şikayətinin təmin edilməsini xahiş etmişdir.

7. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin numayəndəsi X4 cavabdehin müqavilə öhdəliklərini tam icra etdiyini bildirməklə, apellyasiya şikayətinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

8. Məlumatlandırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdehlər Cavabdeh2 və Cavabdeh3 oğunun iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri:

9. Azərbaycan Respublikası Mulki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə muddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mulki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: maddi və prosessual huquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mubahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən huquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi:

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə (maddələrinə) əsasən: 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.106.2. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə (maddələrinə) əsasən: 441.1- 441.4. Tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır; Mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçirilməyəcəyini aşkar edən hallar olduqda qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər; Əgər müqavilədə şərtləşdirilmiş öhdəliyin icrası tam həcmdə həyata keçirilməzsə, qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya həyata keçirilməmiş icraya müvafiq hissədə icradan imtina edə bilər; Əgər digər tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyinin icrasını həyata keçirmədiyinə baxmayaraq öhdəliyin qarşılıqlı icrası həyata keçirilərsə, digər tərəf öz öhdəliyini icra etməlidir 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. 770. Əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. 772.1. Görülmüş işin təsadüfən məhv olması və ya zədələnməsi riski icranın sifarişçiyə verildiyi vaxtadək podratçının üzərinə düşür. İcranın sifarişçiyə verilməsi ilə bir vaxtda təsadüfən məhvolma və ya zədələnmə riski də ona keçir. Sifarişçinin icranı qəbul etməyi gecikdirməsi də icranın verilməsinə bərabər tutulur. 776.1. Sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər. 776.2. Əgər müqaviləyə əsasən iş hissə-hissə qəbul edilmişdirsə, qüsur barəsində tələb müddətinin axımı işin tam qəbul olunduğu gündən başlanır.

12. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 12.2 və 12.5-ci maddələrinin tələblərinə əsasən: «Yaşayış sahəsi dedikdə - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə (bundan sonra – tələblərə) cavab verən) ayrıca sahə başa düşülür». «Yaşayış sahəsinin ümumi sahəsi vətəndaşların yaşayış sahəsində yaşaması ilə əlaqədar onların məişət və digər ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan yardımçı sahələrin (balkon və ya eyvanlar istisna olmaqla) sahəsi daxil olmaqla həmin yaşayış sahəsinin bütün hissələrinin sahəsinin məcmusundan ibarətdir».

13. Azərbaycan Respublikası Tikinti Məcəlləsinin 59-cu maddəsinə əsasən : 59.1. Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları bu maddənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.59.2. Yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. 59.3. Yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. 59.4. Yaşayış binalarında mənzillərin döşəmədən tavana qədər hündürlüyü 2,7 metrdən az olmamalıdır.59.5. Mansarda mərtəbələrinin bayır divarlar boyunca hündürlüyü 1,6 metrdən, yüksək hissəsində hündürlüyü 2,7 metrdən az olmamalıdır.

14. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının "04” dekabr 2012-cİ il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”-ına əsasən: 3.8. Mənzillərin ümumi sahəsi - yaşayış otaqların, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri - 0,3; şüşəbənd və lociyalar - 0,5; eyvanlar (verandalar) - 1,0 azaltma əmsallarına vurulmaqla hesablanır. Mənzildaxili pilləkənin altındakı sahə, hündürlüyü döşəmədən konstruksiyanın altına qədər 1,6 metr və daha az olduqda pilləkən olan yerləşgənin sahəsinə daxil edilmir. Mansarda mərtəbəsində yerləşən mənzilin sahəsi təyin edilərkən tavanın hündürlüyü 2,7 metrdən az olan hissənin sahəsi 0,7 azaltma əmsalına vurulmaqla hesablanır. Eyni zamanda, mansardada yerləşən mənzilin hündürlüyü 2,7 metrdən az olan hissənin sahəsinin həmin mənzilin ümumi sahəsinin 50%-dən çox olmasına yol verilmir.

15. Cavabdehin təhvil verdiyi sahənin iddia edilən (qəbul edilməsi imtina edilən) müqavilədə göstərilən kimi olduğu və cavabdeh tərəfindən pozuntuya yol verilmədiyi müəyyən edilmişdir. Belə ki, apellyasiya şikayətinin dəlilləri - muqaviləni imzalamağa məcbur edilməsi, muqavilənin şərtləri ilə razı olmaması, "A” blokunda mənzil verilməli olduğu halda, ona "B” blokunda mənzil verilməsi, muqavilədə nəzərdə tutulandan əskik sahənin verilməsi, iddiaçının yaşadığı ərazinin mövqeyinə uyğun ayda 500 manat kirayə pulu verməli olduğu halda, sökülmüş 3 otaqlı mənzilə görə ayda 400 manat kirayə pulu verilməsi, sökülmüş qeyri-yaşayış sahəsinə görə isə ümumiyyətlə kirayə pulunun verilməməsindən ibarət olmuşdur. Qeyd edilən dəlillərin əksəriyyəti bağlanmış müqavilənin şərtləri ilə bağlı olmuş, lakin iddiaçı müqaviləni və ya onun şərtlərini mübahisələndirmədiyindən onların müzakirəsi mümkün olmamışdır. Müqavilə üzrə nəzərdə tutulmuş sahələrin az olması dəlilləri isə müqavilədə göstərilmiş “ümumi tikinti sahəsi” göstərilməsi ilə şərtləndirilmiş və ekspert rəyi ilə öz təsdiqini tapmamışdır. Əmlakın müvafiq normalara uyğun ölçülərinin fərqli göstərilməsi isə cavabdeh tərəfindən öhdəliklərinin lazımınca yerinə yetirilməməsini sübuta yetirmir və qanunun tələbi kimi qəbul edilən ölçülərlə faktiki tikinti sahələrinin eyniləşdirilməsi fərqli meyyarlardır. Belə ki, müqavilədə əks edilmiş mənzilin ölçüləri Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin və (ya) Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması” Qaydalarının tələbləri nəzərə alınmaqla göstərilməmiş və belə bir qeyd əks edilməmişdir. Kirayə verilməsi üzrə isə müqavilə şərtləri isə mənzilə görə ayda 400 manat kirayə pulunun verilməsi nəzərdə tutulduğu halda, sökülmuş qeyri-yaşayış sahəsinə görə isə ümumiyyətlə kirayə pulunun verilməsi nəzərdə tutulmamışdır. Cavabdehin (MMC) müqavilə üzrə sahələrin təqdim etdiyi halda onu qəbul etməkdən iddia edilən əsaslarla iddiaçının imtina etməsi işin mübahisəsiz halı olmuşdur. Müqavilə şərtlərin mübahisələndirməyən iddiaçının icranın qəbul edilməməsinə əsas olmuş (iddia edilən) cavabdehin qüsurlu fəaliyyəti müəyyən edilməmişdir.

16. Beləliklə, nəzərədən keçirilən qanunvericiliyə və işin faktiki hallarına dair birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası Mülki Məcəllənin 21, 324, 372-390 , 421-441, 560, 567-607, 646-650, 752-776; Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması” Qaydalarına, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59; Mülki Prosessual Məcəlləsinin 77, 81-82, 88, 372, 385-390-cı maddələrinə istinadən hesab edir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin münasibətləri üzrə və qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəldiyindən qətnamənin ləğv edilməsi üçün əsaslar müəyyən edilmir. İddiaçı müqavilə öhdəlikləri üzrə tələbinin əsası kimi istinad etdiyi halları və hüquqi əsasları dəqiq müəyyən etməmiş, mülki prosessual qaydaya uyğun hər bir cavabdehə qarşı yönələn tələbləri təsnif etməmiş və bu hallara dair dəlillər irəli sürməmişdir.Məhkəmə kollegiyası müqavilə öhdəliklərindən irəli gələn cavabdehliyin müstəvisində araşdırma apararaq bu prizmada mülki hüquq pozuntular müəyyən etməmişdir.

17. Apellyasiya şikayəti əsassız olduğundan və təmin edilmədiyindən onun verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu üzrə məhkəmə xərci onu ödəyən şəxslərə aid edilməlidir.

18. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mulki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-51/2023 saylı işi uzrə 19 iyul 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gundən iki ay muddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar