Məhkəmə qərarları › İş №2(103)-6179/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6179/2020

28.07.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6179/2020 28.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Nağıyeva Aynur Valeh qızının katibliyi, Cavabdeh və onun vəkili X1 iştirakı ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1832/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadından Cavabdehtərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Şahavat oğlu Cavabdeh qarşı Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, 3 nömrəli Zeytun sovxozu ünvanında yerləşən torpaq sahəsində Cavabdeh tərəfindən tikilən üstüaçıq tikilinin sökülməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı Şahavat oğlu həmçinin, iddianın təmini tədbiri barədə ərizə də təqdim edərək, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, 3 nömrəli Zeytun sovxozu ünvanında yerləşən torpaq sahəsində Cavabdeh tərəfindən aparılan tikilinin dayandırılması və torpaq sahəsində başqa hərəkətlərin aparılmasının cavabdehə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1832/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı ilə İddiaçı Şahavat oğlunun iddianın təmini tədbiri barədə ərizəsi təmin edilmiş və Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, 3 nömrəli Zeytun sovxozu ünvanında yerləşən torpaq sahəsində Cavabdeh tərəfindən aparılan tikinti işlərinin dayandırılması və torpaq sahəsində başqa hərəkətlərin aparılmasının cavabdehə qadağan edilməsi qərara alınmışdır. Həmin qərardaddan Cavabdeh şikayət verərək qərardadın ləğv edilməsi və iddianın təmini tədbiri barədə ərizənin rədd edilməsi barədə qərardad qəbul edilməsinixahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, cavabdeh iddiaçıya aid mənzili və torpaq sahəsini zəbt etməmişdir. Tikinti aparılan torpaq sahəsinin iddiaçıya heç bir aidiyyəti yoxdur. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1832/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı iləşikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Cavabdeh şikayəti müdafiə etdi və təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin vəkili X2 bildirdi ki, iddianın təmini tədbiri barədə ərizənin təmin edilməsi iddianın təmin edilməsi deməkdir. İddiaçı cavabdehin torpaq sahəsindən çıxarılmasını istəmir. Bu da o deməkdir ki, torpaq sahəsinə iddialı deyil. Məhkəmə torpaq sahəsinin kimə məxsus olduğunu aydınlaşdırsa idi, iddianın təmini tədbiri ilə bağlı hazırki mübahisəli hal da yaranmazdı. Odur ki, məhkəmədən şikayətin təmin edilməsini və ərizənin təmini tədbiri ilə bağlı ərizənin rədd edilməsini xahiş edir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 157.1-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı (bankın öhdəliklərinin könüllü restrukturizasiyası zamanı bank və (və ya) onun aktivləri ilə bağlı verilmiş iddia istisna olmaqla) təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1-ci və 158.1.1-ci, 158.1.2-ci və 158.1.3-cü maddəsinə əsasən, iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq; müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək; mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək kimi kimi tədbirlər görülə bilər. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayətdə göstərilən dəlillər qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, birinci instansiya məhkəməsi iddianı təmin tədbirinin tətbiqinə dair ərizəni təmin edərkən tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Çünki iddianın məzmunundan da görünür ki, iddiaçı Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, 3 nömrəli Zeytun sovxozu ünvanında yerləşən özünə məxsus torpaq sahəsində Cavabdeh tərəfindən tikilən üstüaçıq tikilinin sökülməsini tələb edir. Həmin ünvanda yerləşən yaşayış sahəsinin iddiaçıya məxsus olması mübahisəsisdir. İddiaçıya 0,10 ha. torpaq sahəsi ayrılmasına dair də işdə(i.v.14) qərar mövcuddur. Buna görə də yalnız qanunla müəyyən edilmiş qaydada iddiaçıya ayrılmış torpaq sahəsində Cavabdeh tərəfindən aparılan tikilinin dayandırılması və torpaq sahəsində başqa hərəkətlərin aparılması ona qadağan edilməlidir. Apellyasiya instansiya məhkəməsi həmçinin hesab edir ki, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıdığından və işi qabaqcadan mahiyyəti üzrə həll etmədiyindən, hazırki iş üzrə də iddianın təmini tədbiri iddia tələbinin məzmununa, həddinə və ruhuna uyğundur. Mülki Prosessual Məcəlləsinin 398.0 və 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək etmək hüququ vardır. Şərh olunanları nəzərə alaraq, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilmədən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1832/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadıdəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. İş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1832/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar