Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6181/2024 03.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X7 Xidmətinin 2-ci Ərazi X7 İdarəsi cəlb olunmaqla) cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı iş üzrə (Açar sözlər: maneənin aradan qaldırılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızından və X2 ibarət tərkibdə Axundova Ülkər Səfər qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə1 iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 29 avqust 2024-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 03 dekabr 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. ünvan 1, mənzil 26 İddiaçı xüsusi mülkiyyətindədir. ünvan 1 ünvandakı bina Cavabdeh1 Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətinin idarəetməsindədir.
2. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 3(009)-230/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Cavabdeh1 Mənzil Mülkiyyətçiləri Müşətərək Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 350 manat məbləğində cərimə edilmişdir.
a. Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı (3-cü şəxs: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X7 Xidmətinin 2-ci Ərazi X7 İdarəsi) cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən çoxmənzilli yaşayış binasının 2-ci girişinin 3-cü mərtəbəsinin pilləkən qəfəsində, dəhlizində və binanın ümumi istifadə üçün nəzərdə tutulmuş hər hansı digər bir yerində dolabların, rəflərin quraşdırılmasının, həmin sahələrdə hər hansı bir əşyaların saxlanılmasının cavabdehlərə qadağan edilməsinə, vəkilin (nümayəndənin) göstərdiyi yardıma görə ödənilmiş 320 manat məbləğin, ödənilmiş dövlət rüsumunun əvəzində 100 manatın cavabdehlərdən alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər tərəfindən sözügedən ünvan 1 ünvanında yerləşən çoxmənzilli yaşayış binasının 2-ci giriş, 3-cü mərtəbəsinin pilləkən qəfəsində, dəhlizində dəfələrlə taxta konstruksiyadan ibarət dolablar, rəflər quraşdırılmış, bununla da dolabların, rəflərin quraşdırıldığı ümumi istifadədə olan sahə cavabdehlər tərəfindən zəbt edilmiş, dolabların, rəflərin quraşdırılması nəticəsində, eyni zamanda həmin mərtəbədə olan qaz xəttinin qarşısı da bağlanmışdır. Cavabdehlər tərəfindən zəbt edilmiş ümumi istifadədə olan pilləkən qəfəsində dəhlizdə dolabların, rəflərin qanunsuz olaraq quraşdırılması çoxmənzilli yaşayış binasinda baş verə biləcək yanğın və ya hər hansı sair fövqəladə hadisələr zamanı yanğınların vaxtında söndürülməsinə (yanğınsöndürənlərin hərəkət etməsi, texniki avadanlıqlardan istifadə edilməsi), insanların vaxtında təxliyyə edilməsinə maneə yaradan amil olduğundan, bununla da yanğın təhlükəsizliyi norma və qaydalarının tələbləri pozulduğuna görə həmin dolablar və rəflər X7 Xidmətinin 2-ci Ərazi X7 İdarəsinin əməkdaşları tərəfindən dəfələrlə sökülmüş, rəflərin, dolabların ümumi istifadədə olan dəhlizdə quraşdırılmasının çoxmənzilli yaşayış binasinda baş verə biləcək yanğın və ya hər hansı fövqəladə hadisələr zamanı yanğınların vaxtında söndürülməsinə (yanğınsöndürənlərin hərəkət etməsi, texniki avadanlıqlardan istifadə edilməsi), insanların vaxtında təxliyyə edilməsinə maneə yaradan amil olduğu və bu kimi əməllərin qanunvericiliklə qadağan olunduğu cavabdehlərə izah edilmiş, lakin cavabdehlər pilləkən qəfəsində, dəhlizdə yenidən qanunsuz olaraq dolablar, rəflər quraşdırmışlar. Səbail rayon məhkəməsinin 3(009)-230/2024 saylı, xx.xx.2024-cü il tarixli qararı ilə çoxmənzilli yaşayış binasının idarəetməsinə məsul olan Cavabdeh1 MMMC Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsi ilə təqsirli bilinərək 350 manat məbləğində cərimə edilmiş, lakin cavabdehlər bundan sonra da qanunsuz əməllərinə davam edərək pilləkən qəfəsində, dəhlizdə yeni dolablar, rəflər quraşdırmışlar. Bir neçə il bundan əvvəl, hazırda 2-ci Cavabdeh2 sahibliyində olan ünvan 3 ünvanında yerləşən yaşayış sahəsi univermaq kimi istifadə olunurdu. Həmin univermaqda baş vermiş güclü yanğın zamanı həmin dövrdə qeyri-yaşayış sahəsi kimi istifadə olunan həmin sahə tamamilə yanmış, onun mənzili isə həmin sahənin üstündəki mərtəbədə yerləşdiyindən onun mənzilinə də külli miqdarda ziyan dəymişdi. Yanğın hadisəsinin baş verdiyi tarixdən, cəmi bir neçə il keçməsinə baxmayaraq, cavabdehlər tərəfindən qüvvədə olan yanğın təhlükəsizliyi qaydalarının tələbləri yenə də pozulur, bu hərəkətlər isə hər an yeni bir yanğın hadisəsinin baş verməsi üçün zəmin hazırlayır. Digər tərəfdən isə cavabdehlərin həmin qanunsuz hərəkətlərinin baş verə biləcək yeni bir yanğın hadisəsi zamanı, yüzlərlə sakini olan sözügedən çoxmərtəbəli, çoxmənzilli binanın şəhərin ən sıx yerlərindən biri olan metronun “Sahil” stansiyasının düz yanında yerləşdiyi də nəzərə alınsa, yanğının vaxtında söndürülməsinə, insanların vaxtında təxliyyə edilməsinə necə böyük çətinliklər yaradacağını təsəvvür etmək çətin deyil.
5. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(009)-1530/24 saylı iş üzrə 29 avqust 2024-cü il tarixli qətnaməsi ilə (hakim M.Bağırova) iddia təmin edilmişdir.
6. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, cavabdehlər tərəfindən zəbt edilmiş ümumi istifadədə olan pilləkən qəfəsində dəhlizdə dolabların, rəflərin qanunsuz olaraq quraşdırılması çoxmənzilli yaşayış binasinda baş verə biləcək yanğın və ya hər hansı sair fövqəladə hadisələr zamanı yanğınların vaxtında söndürülməsinə (yanğınsöndürənlərin hərəkət etməsi, texniki avadanlıqlardan istifadə edilməsi), insanların vaxtında təxliyyə edilməsinə maneə yaradan amil olduğundan, bununla da yanğın təhlükəsizliyi norma və qaydalarının tələbləri pozulduğuna görə həmin dolablar və rəflər X7 Xidmətinin 2-ci Ərazi X7 İdarəsinin əməkdaşları tərəfindən dəfələrlə sökülmüş, rəflərin, dolabların ümumi istifadədə olan dəhlizdə quraşdırılmasının çoxmənzilli yaşayış binasinda baş verə biləcək yanğın və ya hər hansı fövqəladə hadisələr zamanı yanğınların vaxtında söndürülməsinə (yanğınsöndürənlərin hərəkət etməsi, texniki avadanlıqlardan istifadə edilməsi), insanların vaxtında təxliyyə edilməsinə maneə yaradan amil olduğu və bu kimi əməllərin qanunvericiliklə qadağan olunduğu cavabdehlərə izah edilmiş, lakin cavabdehlər pilləkən qəfəsində, dəhlizdə yenidən qanunsuz olaraq dolablar, rəflər quraşdırmışlar. Səbail rayon məhkəməsinin 3(009)-230/2024 saylı, xx.xx.2024-cü il tarixli qararı ilə çoxmənzilli yaşayış binasının idarəetməsinə məsul olan Cavabdeh1 MMMC Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsi ilə təqsirli bilinərək 350 manat məbləğində cərimə edilmiş, lakin cavabdehlər bundan sonra da qanunsuz əməllərinə davam edərək pilləkən qəfəsində, dəhlizdə yeni dolablar, rəflər quraşdırmışlar.
7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (bundan sonra – Mənzil Məcəlləsi) 29.4, 35.1, 123.0.6-cı maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a. Apellyasiya şikayətinin dəlilləri
8. Cavabdeh2 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, ümumi əmlakın istifadəsi barədə hansısa məsul şəxs də deyil, sahəyə dair hansısa vəzifələri də yoxdur. Bununla yanaşı tərəfindən yanğına səbəb olacaq hal da yaradılmamış, qaz xəttinin önü də kəsilməmişdir. Onun hansısa əməli sübuta yetirilmədiyi, hansısa ümumi qaydanı pozduğu, Mənzil Məcəlləsinin tələblərinə riayət etməyən əməli müəyyən edilmədiyi halda məhkəmə bu halları sübut etmədən qanunsuz, əsassız qətnamə qəbul etmişdir.
a. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
a. Məhkəmə icraatı iştirakçılarının izahatları
11. İddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi.
12. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan işə baxılmasını mümkün saydı.
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikası Mənzil Məcəlləsi
Maddə 29.4. Yaşayış sahəsinin mülkiyyətçisi onu yararlı vəziyyətdə saxlamağa, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yaşayış sahəsindən istifadə qaydalarına, habelə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi əmlakının saxlanması qaydalarına riayət etməyə borcludur. Maddə 35.1. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Maddə 123.0.6. Ümumi əmlaka sahiblik, ondan istifadə və barəsində sərəncam vermək qaydası müəyyən edilərkən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin hüquqlarına və qanuni mənafelərinə riayət edilməsini təmin etmək mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin vəzifəsidir.
Apellyasiya baxışının hədləri
14. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
15. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə Cavabdeh2 tərəfindən mübahisələndirildiyindən, qətnamənin əsaslılığı iddianın ona qarşı təmin olunmuş hissəsində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
16. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə mübahisələndirilən hissədə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
17. Birinci instansiya məhkəməsinin qənaətinə görə cavabdehlər tərəfindən zəbt edilmiş ümumi istifadədə olan pilləkən qəfəsində dəhlizdə dolabların, rəflərin qanunsuz olaraq quraşdırılması çoxmənzilli yaşayış binasinda baş verə biləcək yanğın və ya hər hansı sair fövqəladə hadisələr zamanı yanğınların vaxtında söndürülməsinə (yanğınsöndürənlərin hərəkət etməsi, texniki avadanlıqlardan istifadə edilməsi), insanların vaxtında təxliyyə edilməsinə maneə yaradan amil olduğundan, bununla da yanğın təhlükəsizliyi norma və qaydalarının tələbləri pozulduğuna görə həmin dolablar və rəflər X7 Xidmətinin 2-ci Ərazi X7 İdarəsinin əməkdaşları tərəfindən dəfələrlə sökülmüş, rəflərin, dolabların ümumi istifadədə olan dəhlizdə quraşdırılmasının çoxmənzilli yaşayış binasinda baş verə biləcək yanğın və ya hər hansı fövqəladə hadisələr zamanı yanğınların vaxtında söndürülməsinə (yanğınsöndürənlərin hərəkət etməsi, texniki avadanlıqlardan istifadə edilməsi), insanların vaxtında təxliyyə edilməsinə maneə yaradan amil olduğu və bu kimi əməllərin qanunvericiliklə qadağan olunduğu cavabdehlərə izah edilmiş, lakin cavabdehlər pilləkən qəfəsində, dəhlizdə yenidən qanunsuz olaraq dolablar, rəflər quraşdırmışlar. Cavabdehlər tərəfindən iddiaçının təhlükəsizliyi üçün maneələr yaradılır və bunun nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulur.
18. Səbail rayon məhkəməsinin 3(009)-230/2024 saylı, xx.xx.2024-cü il tarixli qararı ilə çoxmənzilli yaşayış binasının idarəetməsinə məsul olan Cavabdeh1 MMMC Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsi ilə təqsirli bilinərək 350 manat məbləğində cərimə edilmiş, lakin cavabdehlər bundan sonra da qanunsuz əməllərinə davam edərək pilləkən qəfəsində, dəhlizdə yeni dolablar, rəflər quraşdırmışlar.
19. Mənzil Məcəlləsinin 123.0.6-cı maddəsinə əsasən ümumi əmlaka sahiblik, ondan istifadə və barəsində sərəncam vermək qaydası müəyyən edilərkən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin hüquqlarına və qanuni mənafelərinə riayət edilməsini təmin etmək mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin vəzifəsidir.
20. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə Kollegiya qeyd edir ki, işdə olan Səbail rayon İcra şöbəsinin icra məmuru X6, X3, tələbkarın nümayəndəsi və vəkili Nümayəndə1, hal şahidlərinin iştirakı ilə binanın komendantı X1 tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş aktdan görünür ki, dolabdakı əşyalar borclu Cavabdeh2 məxsus mənzilə yığıldı, dolab söküldü, dəhliz kənar əşyalardan tam boşaldıldı.
21. Beləliklə, apellyator hazırkı mübahisəyə aidiyyətinin olmadığını, iddiaya cavab verməli olan şəxs olmadığını bildirsə də, aktın məzmunundan da görünür ki, mübahisəli ünvanda əşyalar Cavabdeh2 məxsus olmuş, maneələr sonuncu tərəfindən yaradılmış, bununla bağlı Səbail rayon Məhkəməsi 16(009)-119/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsi də vermişdir.
22. İş üzrə 3-cü şəxs olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X7 Xidmətinin 2-ci Ərazi X7 İdarəsinin nümayəndəsi də məhkəmə iclasında izahat verərkən iddianın əsaslı olduğunu bildirmişdir.
23. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X7 Xidmətinin 2-ci Ərazi X7 İdarəsinin Səbail rayon Polis İdarəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubundan da görünür ki, qeyd olunan quraşdırma işləri məhz Cavabdeh2 tərəfindən aparılmışdır. Bu baxımdan apellyasiya şikayətinin Cavabdeh2 təqsirliliyinin müəyyən edilməməsi barədə dəlili əsassızdır və rədd edilməlidir.
24. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh2 apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizə xarakterli dəlillər sayaraq hesab edir ki, MPM-nin 385.2-ci maddəsinin tələbinə əsasən həmin dəlillər faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz.
26. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
Qət etdi: Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin iş üzrə 29 avqust 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər.