Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6187/2021 16.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İlham Kərimli və Elşən Kazımovdan ibarət tərkibdə, Aytən Kərimovanın katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi barədə” ilk iddiasına, iddiaçı Cavabdeh İddiaçı Məmmədli qızına qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi barədə” qarşılıqlı iddiasına dair mülki iş üzrə Binəqədi Rayon Məhkəməsinin 16.03.2021-ci il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İlk iddia ərizəsində tələb olunub ki, maddi zərərin əvəzi kimi 1.450 manat, mənəvi zərərin əvəzi kimi 1.000 manat Cavabdeh alınaraq İddiaçı verilsin. Qarşıqlılı iddia ərizəsində tələb olunub ki, maddi və mənəvi zərərin əvəzi kimi 100 manat İddiaçı tutularaq “YAŞAT” fonduna köçürülsün. Qətnamə ilə qət olunub ki, hər 2 iddia rədd olunsun. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ilk iddianın təmin edilməyən hissəsində ləğv edilsin və ilk iddia təmin edilsin. Tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Qətnamə mübahisələndirilən hissədə, yəni ilk iddianın rədd edilməsinə aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, İddiaçı icra sənədi üzrə borclu olub, icra sənədinin icrası ilə bağlı onun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb, daha sonra məhdudlaşdırmanın tətbiqi üçün əsas aradan qalxıb. Zülviyyə Didari iddia edir ki, məhdudlaşdırmanın ləğvinə əsas olan hal baş versə də icra məmuru məhdudlaşdırmanın ləğvi ilə bağlı üzərinə düşən vəzifəni yerinə yetirməmiş, nəticədə isə ölkədən getmək hüququnu həyata keçirə bilməyərək maddi və mənəvi zərər çəkmişdir. Lakin icra məmuru həmin məhdudlaşdırmanın ləğvi ilə bağlı qanuna zidd hərəkət və ya hərəkətsizliyə yol verməyib. İşin bu halı birinci instansiya məhkəməsinin qətnaməsində düzgün müəyyən edilib və lazımi qaydada əsaslandırılıb. Beləliklə, məhkəmə Mülki Məcəllənin 14, 21 və 1096-cı maddələrinin göstərişinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi ilk iddianı rədd etməklə düzgün nəticəyə gəlib, qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Binəqədi Rayon Məhkəməsinin 16.03.2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6187/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6187/2021
16.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver