Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6187/2022 08.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Hüseynli Gültəkin Xalıq qızının katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə qarşı üçüncü şəxs Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsi olmaqla “icra sənədinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işin aiddiyyatı üzrə məhkəməyə verilməsi məsələsinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə qarşı üçüncü şəxs Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsi olmaqla “icra sənədinin ləğv edilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-201/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinin (icra sənədinin) ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3653/2022 saylı, xx.xx.2022-ci il qərardadı ilə İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə qarşı üçüncü şəxs Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsi olmaqla “icra sənədinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin “2(008)- 3653/2022” nömrəli mülki işi aidiyyatı üzrə məhkəməyə verilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə qərarını belə əsaslandırmışdır ki, İddiaçı Bakı şəhəri Sabunçu Rayon Məhkəməsini cavabdeh kimi müəyyən etmiş və tələbi həmin məhkəməyə qarşı yönəltmişdir, odur ki, mülki iş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin icraatında baxıla bilməz və iş aid olduğu məhkəməyə verilməsi üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, hesab edir ki, hAZırkı mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, AZərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən aidiyyat qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 44.2.4-cü maddəsinə əsasən iddia həmin məhkəməyə qarşı qaldırılmışdırsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Həmin Məcəllənin 45.5-ci maddəsinə əsasən iddianın həmin məhkəməyə qarşı qaldırıldığı hallarda işin aid olduğu məhkəməyə verilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən həyata keçirilir. Qanunvericiliyin yuxarıda sadalanan normalarının tələbinə əsasən məhkəmə kollegiyası hesab edir ki, hAZırkı işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində baxılmalıdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, hAZırkı iş Bakı Apellyasiya Məhkəməsinə işin hansı məhkəmədə baxılması məsələsinin həll edilməsi üçün daxil olduğundan, məhkəmə kollegiyası mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq baxılan işin mahiyyətinə toxunmadan yalnız aidiyyat məsələsini həll edir. Başqa sözlə, məhkəmə kollegiyası hAZırkı mülki işin icraata düzgün qəbul edilib edilməməsi, hAZırkı işin mülki mühakimə icraatında baxılmasının mümkünlüyü, habelə Bakı şəhəri Sabunçu rayon məhkəməsinin bu iddia üzrə cavab verməli olan qurum olması kimi məsələləri yoxlamır. Kollegiya hesab edir ki, qeyd edilən məsələləri hAZırkı işə baxmalı olan Bakı şəhəri Suraxanı rayon məhkəməsi öz səlahiyyətləri daxilində araşdıraraq qiymət verməlidir. Şərh olunanlara əsasən və AZərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.1, 44.2.4 və 45.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ : İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə qarşı üçüncü şəxs Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsi olmaqla “icra sənədinin ləğv edilməsi” tələbinə dair mülki iş baxılması üçün aidiyyatı üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-6187/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6187/2022
08.09.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver