Məhkəmə qərarları › İş №2(103)-6190/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6190/2021

15.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6190/2021 15.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, İddiaçı və onun vəkili Allahverdiyev Tofiq Əbdürrəhim oğlunun, Cavabdeh nümayəndəsi X16, üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi Bəgülov Rasim Ayaz oğlunun iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya şöbəsinə qarşı ("xxxx" ASC üçüncü şəxs qismində cəlb edilməklə) maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 16 aprel 2021-ci il tarixli, 2(005)- 103/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinadarlığı Ağentliyinin 7 saylı Xəzinadarlıq İdarəsinə, Cavabdehnə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Ağentliynin 7 saylı Xəzinədarlıq İdarəsindən və Cavabdehndən 33.849,14 manat pul vəsaitinin, 2877,17 manat gecikdirilmiş faizin, 3000 manat mənəvi ziyanın, habelə ödənilmiş 30 manat dövlət rüsumunun və vəkilə hüquqi xidmət görə ödəniş edilmiş 110 (yüz on) manat, cəmi 39866,31 (otuz doqquz min səkkiz yüz altmış altı AZN 31 qəp.) məbləğində pul vəsaitinin tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, Nərimanov Rayon Məhkəməsinin 06 iyul 2006-cı il tarixli qətnaməsi ilə əri X2 40900 ABŞ dolları məbləğində pul (manatla məzənnədə) tutularaq X12 verilməsi qət edilmişdir. Həmin pul vəsaitinin əri X2 tutulmasını təmin etmək üçün Nərimanov Rayon Məhkəməsi onun mülkiyyətində olan Bakı şəhəi, Ş Mustafayev küçəsində yerləşən 2 otaqlı, 39,7 yaşayış sahəsi, 48,8 kv metr ümumi sahəsi olan fərdi yaşayış evinə yönəltməklə 07 noyabr 2006-cı il tarixli qəradadı ilə həmin ev onun mülkiyyətindən özgəninləşdrilmişdir. Belə ki, həmin ev 80000 (səksən min) ABŞ dolları məbləğində qiymətləndirlməklə X10 mülkyyətinə keçirilmişdir. Evin qiymətləndirilməsini 80000 ABŞ dolları məbləğində rəsmləşdirlməsini nəzərə alaraq, həmin pul məbləğinin fərqi kimi 39100 (otuz doqquz min yüz) ABŞ dolları təşkil olması 20 dekabr 2006-cı il tarixli akt ilə məhkəmə icraçısı X11, X13, X5, habelə X10 işirakları ilə sənədləşdirilmişdir. Onun evinin X10 mülkiyyətinə keçirilməsi ilə bağlı fərqi təşkil edən və Nərimanov rayon İcra və Probasiya şöbəsinin depozitində olan 39100 ABŞ dollar məbləğindən pul vəsaitinin ona qaytarılması üçün Nərimanov rayon İcra və Probasiya şöbəsi rəsmi qaydada Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Ağentliynin 7 saylı Xəzinədarlıq İdarəsinə müraciət edib depozitdə olan 39100 ABŞ dolları pul vəsaitinin ona ödənilməsi üçün rəsmi göstəriş verməyi xahiş olunmuşdur. Lakin 1-ci cavabdeh üzün müddət ona pul vəsaitinin ödənişi ilə bağlı hər hansı hərəkətlər etməmişdir. 3-cü cavabdeh təkrarən 20 iyun 2019-cu il tarixdə 7580 saylı məktubla 1-ci cavabdehə müraciət edərək ona çatası pul vəsaitinin Nərimanov rayon İcra və Probasiya şöbəsinnin depozit hesabında olub-olmaması barədə məlumat verilməsini xahiş etmişdir. Uzun müddət pul vəsaitinin qaytarılmasını təmin edilməmişdir. Azərbaycan Respublikası Maliyyə Nazirinə və X7 27 avqust 2019-cu il tarixli ərizələr ilə müraciət edib pulu ilə bağlı məsələnin həll edilməsini xahiş etmişdir. Lakin pulunun qaytarılması təmin edilməmişdir. 01 mart 2019-cu il tarixli ərizəsinin 3-cü cavabdeh tərəfindən icra edilməsi müddətində 30 iyul 2007-ci il tarixli bir sənədin surətini Nərimanov rayon İcra və Probasiya şöbəsindən alanda görmüşdür ki, 02/3 nömrə ilə 30 mart 2007-c il tarixdə Nərimanov rayon MN və Mİ şöbəsi sifariş edilmiş ilkin xərc kimi 33.849,14 AZN və 27,10 AZN göstərilməklə bir tərəfdən Nərimanov rayon MN və Mİ şöbəsi İ.Y.Əliyev, M.B.Əlirzayev soyadları timsalında qarşılarında imzaları habelə dairəvi möhürlə təsdiqlənmiş, digər tərəfdən Nərimanov rayon üzrə Maliyyə İdarəsinin rəisi timsalında R.Q.Hacıyev soyadı göstərilməklə qarışısında imzası dairəvi möhür ilə, eyni zamanda «Xəzinədarlıq» ştampı ilə 30.03.2007-ci il tarixdə təsdiqlənilməklə, həmin pul vəsaitinin depozitdə olması sübut olunur. Lakin ona çatası (39100 ABŞ doll) 33.849,14 AZN pul məbləği ilə bağlı ödəniş taşırığının müəyyən edilmədiyi halda, elə həmin qərardad ilə bağlı ödəniş edilmiş 27,10 manat pul vəsaitinə dair 30 mart 2007-ci il tarixli 07/03 saylı ödəniş tapşırığı ilə həmin pul vəsaitinin 7 saylı Xəzinədarlıq idarəsində olması öz təsdiqini tapır. Beləliklə də 1-ci cavabdeh, 2-ci cavabdeh iddiaçının mülkiyyət hüququnu pozaraq, qeyd edilən məbləğdə pul vəsaitini qaytamaqdan boyun qaçırırlar. 01 mart 2019-cu il tarixdən 33.849,14 AZN pul vəsaitinin iddiaçının dövriyyəsindən çıxarmaqla özündə saxlaması ilə əlaqədar Azərbaycan Respublikasının Mərkəzi Bankının uçot dərəcəsinə müvafiq olaraq 3,5 faizinin, habelə AR MM-nin 445.7 maddə əsasən gecikdirilmiş vaxt üçün illik beş faizinin ödənilməsi borclu olmasının nəzərə alaraq, cavabdehdən gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində ödəniş tutulmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mərkəzi Bankının uçot dərəcəsi 3,5 % olmasının nəzərə alaraq cavabdehin qeyd edilən düstur ilə ödəniş etməlidir. Daha sonra iddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, AR Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Ağentliynin 7 saylı Xəzinədarlıq İdarəsini cavabdehlər sırasından xaric edilməsini xahiş etmişdir. Daha sonra məhkəmənin təşəbbüsü ilə "xxxx" ASC mülki iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb edilmişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 16 aprel 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədiyyə Nazirliyinin Cavabdehnə qarşı, (müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC cəlb edilməklə) maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətamə əsasız və qanunsuzdur. Belə ki, ona verilməli olan 39100 ABŞ dolları məbləğində pul vəsaitini nağd qaydada X9 alınması və həmin pul vəsaitin birbaşa Nərimanov rayon İcra şöbəsinin icraçısı X19, X3 və X13 iştirakı ilə həll olunmuş, lakin pulun ona ödənilməsi bu günədək təmin edilməmişdir. Apellyasiya baxışı zamanı cavabdeh tərəf qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi mübahisənin həllini məhkəmə kollegiyasının mülahizəsinə buraxdığını bildirdi. Kollegiya sədrlik edənin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini ayrı-ayrılıqda müzakirə edib, proses iştirakçılarının izahatlarını dinləyib, işdə olan sübutları qiymətləndirdikdən sonra hesab edir ki, aşağıdakı hüquqi əsaslara görə apellyasiya şikayəti qismən təmin olunmalı, işə məhkəmədə baxılmalı olmadığından birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş üzrə icraata xitam verilməli, İddiaçı icra vərəqəsinin tam icra edilməməsi ilə əlaqədar icra məmurunun hərəkət və ya hərəkətsizliyi ilə bağlı müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Belə ki, iş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 21012/2006 saylı, 06 iyul 2006-cı il tarixli qətnaməsi əsasında verilmiş 2-1012/06 saylı icra vərəqəsinə əsasən borclu X2 40000 ABŞ dolları məbləğində pul manatla məzənnədə tutularaq tələbkar X14 verilməlidir. İş materiallarında olan Bakı şəhəri Nərimanov rayon MN və Mİ şöbəsinin məhkəmə icraçısı X19, X1, hal şahidləri X25 və X4 iştirakları ilə tərtib edilmiş 20.12.2006-cı il tarixli aktdan görünür ki, Nərimanov Rayon Məhkəməsinin 07.11.2006-cı il tarixli 8-308/2006-cı il saylı qərardadı ilə icra vərəqəsində göstərilən məbləğin ödənilməsi borclu X6 yaşadığı, onun arvadı İddiaçı mülkiyyətində olan Bakı şəhəri Nərimanov rayonu Ş.Mustafayev küçəsi 27,119 saylı evin hesabına təmin edilməsi qərara alınmışdır. 06.12.2006-cı il tarixli, 1042 saylı ekspert rəyinə əsasən həmin ev 80.000 ABŞ dolları və ya 71.000 (yetmiş bir min) manat məbləğində qiymətləndirilmişdir. Qanunverciliyin tələbinə əsasən X15 təklif edilmişdir ki, icra vərəqəsinə əsasən borclu X2 onun xeyrinə alınmalı olan 40.900 ABŞ dolları ekspert tərəfindən evə təyin edilmiş 80.000 ABŞ dolları və ya 71.000 manat arasında olan 39.100 ABŞ dolları fərqi manatla məzənnədə ödəməklə sözügedən evi borc əvəzinə qəbul edə bilər. X1 evi borc əvəzi qəbul etməyə razı olduğunu bildirmiş və icra vərəqəsinə əsasən X2 onun xeyrinə alınmalı olan 40.900 ABŞ dolları ilə ekspert tərəfindən evə təyin edilmiş 80.000 ABŞ dolları və ya 71.000 manat arasında olan fərqi, yəni 39.100 ABŞ dolları (33.876,24 manat 24 qəpik fərqi) ödəmişdir. Beləliklə, ev borc əvəzinə X15 verilmişdir. İş materiallarında olan Cavabdeh Bakı şəhəri ünvan 1 ünvanlanmış 20.06.2019-cu il tarixli, 7580 №-li məktubundan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Ş.Mustafayev küçəsi, 27/119 saylı ev 80000 ABŞ dollarına qiymətləndirilmişdir. X1 evi 40900 ABŞ dollara qəbul etmişdir. Həmin vəsaitin qalıq hissəsi 39100 ABŞ dolları məbləğində pul isə 20.12.2006-cı il tarixli qəbzə əsasən şöbənin depozit hesabına keçirilmişdir. Hazırda şöbənin depozitində 39100 ABŞ dolları pulun mövcud olub-olmaması barədə məlumat verilməsi xahiş olunur. İş materiallarında olan Cavabdeh X8 ünvanlanmış 03.10.2019-cu il tarixli 12347-15-2A №-li məktubundan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Ş.Mustafayev küçəsi, 27/119 saylı mənzili 80000 ABŞ dollarına qiymətləndirilmiş və X1 mənzili 40900 ABŞ dollara qəbul etmişdir. Həmin vəsaitin qalıq hissəsi 39100 ABŞ dolları məbləğində vəsaitin şöbənin depozit hesabında olub-olmaması barədə 7 saylı Xəzinədarlıq İdarəsinə sorğu edilmiş, sorğuya verilmiş cavabda şöbənin kassa sifarişləri əsasında 33876,20 manat vəsait şöbənin depozit hesabından 30 mart 2007-ci il tarixdə şöbənin təqdim etdiyi ödəniş tapşırığında göstərilən rekvizitlər üzrə köçürülməsi qeyd edilmişdir. Eləcə də, həmin dövrü əhatə edən sənədlər məhv edildiyindən təsdiqedici sənədlərin əlavə edilməsinin mümkün olmadığı bildirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyinin 7 saylı Xəzinədarlıq İdarəsinin Cavabdeh rəisinə ünvanlanmış 03.09.2019-cu il tarixli, 04/147 №-li məktubdan görünür ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyinin 7 saylı Xəzinədarlıq İdarəsində 39100,00 ABŞ dolları məbləğində pul vəsaitinin Nərimanov rayon İcra və Probasiya Şöbəsinin depozit hesabına ödənilməsi barədə məktuba baxılmışdır. Bildirilmişdir ki, məktuba əlavə edilmiş Nərimanov rayon İcra və Probasiya Şöbəsinin kassa xərclərinin sifarişi əsasında 33 876,20 manat vəsait Şöbəsinin depozit hesabından 30 mart 2007-ci il tarixdə Şöbənin təqdim etdiyi ödəniş tapşırığında göstərilən rekvizitlər üzrə köçürülmüşdür. Göstərilənlərlə bərabər bildirilmişdir ki, Nərimanov rayon İcra və Probasiya Şöbəsinin depozit hesabı üzrə xərc əməliyyatları Şöbənin xərc sirafişləri və ödəniş sənədləri əsasında aparılır və bu xəzinə hesabında aparılan əməliyyatlar aylıq üzləşmə aktı ilə təsdiq olunur. Bununla əlaqədar xəzinə hesabında aparılan daxilolma və xərc əməliyyatlarının Nərimanov rayon İcra və Probasiya Şöbəsinin ilkin sənədləri əsasında aparılması məqsədəmüvafiq hesab edilir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyinin 7 saylı Xəzinədarlıq İdarəsinin 10.10.2019-cu il tarixli DA01/02-03-1063 №-li məktubundan görünür ki, Nərimanov rayon Məhkəmə Nəzarətçiləri və Məhkəmə İcraçıları Şöbəsinin depozit hesabı üzrə xərc əməliyyatları Şöbənin xərc sifarişləri və ödəniş sənədləri əsasında aparılır və bu ödənişlər Şöbənin mühasibatlığında əks olunmalıdır. Ərizədə qeyd edilən 33.849,14 manat vəsait 06 iyul 2006-cı il tarixli 2-1012/0006 saylı və 07 noyabr 2006-cı il tarixli 8/308-2006 saylı icra vərəqələri üzrə İcra Şöbəsinin 30 mart 2007-ci il tarixli sifarişinə əsasən həmin tarixdə Şöbənin depozit hesabından ödənilmişdir. Qeyd olunan ödənişin dəqiqləşdirilməsi məqsədilə Nərimanov rayon İcra və Probasiya Şöbəsinə müraciət edilməsini məqsədəmüvafiq hesab edilir. Beləliklə, iş materiallarından göründüyü kimi tələbkar X21 icra vərəqəsinə əsasən borclu X2 alınaraq olan verilməli olan 40900 ABŞ dolları pulun əvəzində borclunun arvadı (hazırki iş üzrə iddiaçı) İddiaçı mülkiyyətində olan 80000 ABŞ dolları dəyərində olan fərdi yaşayış evini qəbul etmiş və icra vərəqəsinə əsasən ona verilməli olan məbləğ çıxıldıqdan sonra qalan fərq (80000- 40900=39100) X21 tərəfindən qaytarılmaqla depozit hesaba köçürülməsi üçün Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinə təqdim edilmişdir. Bu hal işdə olan sənədlərlə kifayət qədər təsdiq olunur. Lakin icra şöbəsi 39100 ABŞ dolları pulun İddiaçı qaytarılmasını təmin etməmiş, bunun üçün lazımi icra hərəkətlərini davam etdirməmiş, icra işi tam olaraq icra edilməmişdir və icra işinin yekunu olaraq 39100 ABŞ dolları pulun İddiaçı qaytarılması məsələsi açıq qalmaqla bu günədək həll olunmamışdır. . İddiaçı isə icra şöbəsinin depozit hesabına yerləşdirilmiş məbləğin ona qaytarılması üçün icra hərəkətlərinin davam etdirilməsi ilə əlaqədar icra məmurunun hərəkət və ya hərəkətsizliyi barədə müvafiq iddia tələbi ilə birinci instansiya məhkəməsinə müraciət etməmişdir. Göründüyü kimi, iddiaçı maddi və mənəvi ziyan tələbinə dair iddia ərizəsi ilə cvabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinadarlığı Ağentliyinin 7 saylı Xəzinadarlıq İdarəsinə və Cavabdehnə qarşı Nərimanov rayon Məhkəməsinə müraciət etmişdir. Kollegiya hesab edir ki, hazırkı iş üzrə göstərilən qaydada verilmiş iddiaya məhkəmədə baxılmalı deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Göründüyü kimi, birinci instansiya məhkəməsi hazırki iddia ərizəsinə məhkəmədə baxılmalı olmadığı halda, icraata qəbul etmiş, ərizəyə mahiyyəti üzrə baxaraq iddianı rədd etmiş və bununla da maddi və prosessual hüquq normalarını pozmuşdur. Belə olan halda, qətnamə ləğv edilməli və mülki iş üzrə icraata xitam verilməlidir. Kollegiya həmçinin İddiaçı izah edir ki, icra vərəqəsinin tam icra edilməməsi ilə əlaqədar icra məmurunun hərəkət və ya hərəkətsizliyi ilə bağlı müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququ vardır. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinin göstərişinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-ci maddəsini rəhbər tutaraq, kollegiya qərara aldı: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 16 aprel 2021-ci il tarixli, 2(005)- 103/2021 nömrəli qətnaməsi ləğv edilsin və mülki iş üzrə icraata xitam verilsin. İddiaçı icra vərəqəsinin tam icra edilməməsi ilə əlaqədar icra məmurunun hərəkət və ya hərəkətsizliyi ilə bağlı müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar