Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6195/2020 08.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və X2 ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbinə dair 2(009)-308/2020 nömrəli mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 1 saylı ünvanda 2013-cü ildə inşaasına yeni başlanan çoxmərtəbəli binanın 3-cü girişinin 6-cı mərtəbəsindəki, 82,5 kv.m. ümumi sahəsi olan 43 saylı mənzil üçün xx xxxxxx 2013-cü il tarixdə Cavabdeh MMC ilə bağladığı müqavilə öhdəliyinə cavabdeh əməl etmədiyi üçün ondan məhkəmə qətnaməsindən sonra hüququ yardıma görə 12 saylı vəkil bürosuna 2 dəfəyə ödədiyi 400 manat, Apelyasiya və Ali Məhkəmə hesabına rüsuma ödədiyi 45 manat, öhdəliyə əməl etmədiyi üçün 16025,625 manat bank uçot dərəcəsinə uyğun faiz və pulun dəyərdən düşməsi səbəbindən dəyən 34057,6923 manat, beləliklə cəmi 50528 manat əlavə pulun Cavabdeh MMC-dən alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(009)-853/2018 saylı qətnaməsi ilə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 1 saylı ünvanda 2013-cü ildə inşasına yeni başlanan çoxmərtəbəli binanın 3- cü girişinin 6-cı mərtəbəsindəki, 82,5 kv.m. ümumi sahəsi olan 43 saylı mənzil üçün xx.xx.2013-cü il tarixdə “xxxxxxxxxx” MMC ilə bağladığı alqı-satqı müqaviləsini etibarsız hesab etməklə, 34400 manat əvəzinə ödənmiş 9600 manat milli pulla verdiyi 12300 ABŞ dollarının, eləcə də 30000 ABŞ dollarının, cəmi 42300 dolların ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla, 12 saylı məsləhətxanaya ödənilən 400 manat və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun, mənəvi ziyana görə 50000 manatın cavabdehlər “xxxxxxxxxxx” MTK və Cavabdeh MMC-dən müştərək qaydada tutulub iddiaçıya verilməsinə dair iddia tələbi qismən təmin edilmişdir. Belə ki, iddianın müqavilənin etibarsız hesab edilməsinə dair, pul tələbindən müqavilə və maliyyə arayışında göstərilən 28875 manat, 400 manat hüquqi xidmət və 30 manat rüsum pulu hissəsi təmin edilmiş, qalan hissəsi sübut yoxdur qənaəti ilə təmin edilməmişdir. Tərəfindən apelyasiya şikayəti verilmişdir. İşə baxan Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)- 7581/2018 saylı qətnaməsi ilə şikayət təmin edilməmiş, qətnamə qüvvəsində saxlanmışdır. Tərəfindən kassasiya şikayəti verilmişdir. İşə baxan Ali Məhkəmənin Mülki kollegiyası xx.xx.2018-ci il tarixli, 2(102)-7629/2018 saylı qərarı ilə kassasiya şikayətini qismən təmin etmiş, Bakı Apelyasiya Məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Ali Məhkəmə qərarında apelyasiya instansiyası məhkəməsinin qanunvericiliyin tələblərini pozması qənaətinə gəlmiş və bu fikrə gəlməsinin səbəblərini qərarında ətraflı şərh etmiş və apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmadığını qətnamənin qanuni və əsaslı olmadığını göstərmişdir. Bu qanun pozuntularını Ali Məhkəmə müəyyən etməsinə, məhkəmənin düzgün nəticəyə gəlməməsini qərarında göstərməsinə baxmayaraq, eyni pozuntuları yenidən işə baxan apelyasiya instansiyası məhkəməsi tərəddüd etmədən təkrarlamış, yenidən işə baxan Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)-2419/2019 saylı qətnaməsi ilə şikayət təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsini qüvvəsində saxlanmışdır. Tərəfindən yenidən kassasiya şikayəti verilmiş, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)- 2419/2019 qətnaməsini ləğv edib Ali Məhkəmənin qüvvədə olan xx.xx.2018-ci il tarixli, 2(102)- 7629/2018 saylı qərarında şərh edilən və icrası məcburi olan göstərişlərinə əməl edilməsi üçün işi yeni apelyasiya baxışına qaytarılması xahiş edilmişdir. İşə baxan Ali Məhkəmənin Mülki kollegiyası xx.xx.2019-cu il tarixli, 2(102)-5801/2019 saylı qərarı ilə kassasiya şikayətini təmin etməmiş, şikayətin dəlillərindən yayınaraq tamam fərqli dəlillərlə Bakı Apelyasiya Məhkəməsinin qətnaməsini qüvvəsində saxlamışdır. Beləliklə ona dəyən ziyana görə təkcə cavabdehin məsuliyyət daşıması qüvvəyə minmiş məhkəmə aktları ilə təsdiq olunmuşdur. Həm də pulu ABŞ dolları ilə verməyinə dair hissəsini məhkəmə sübut hesab etməmişdir. Belə ki, o, Abşeron rayon, Xırdalan şəhəri, H.Əliyev prospekti, 1 saylı ünvanda inşasına yeni başlanan çoxmərtəbəli binanın 3-cü girişinin 6-cı mərtəbəsindəki 82,5 kv.m. ümumi sahəsi olan 43 saylı mənzili xx.xx.2013-cü il tarixdə Cavabdeh MMC-dən rəsmi müqavilə və maliyyə arayışına görə 28875 manata almışdır. Sonradan bəlli olmuşdur ki, Cavabdeh MMC ilə “xxxxxxxxxxx” MTK-nın xx.xx.2013-cü il tarixdə birgə fəaliyyət haqqında müqaviləsi olmuş, binanın tikintisinə sərəncam MTK-ya verilmiş, lakin 2014-cü ilin fevralından yolları ayrılmışdır. 2016-cı ilə kimi hər gedibgələndə “xxxxxxxxxxx” MTK-dan ona bildirmişlər ki, adları ev alanlar siyahısında var, binanın tikintisi hazır olan kimi 43 saylı mənzili onlara verəcəklər. Lakin 2016-cı ildə binanın ümumi tikintisinin başa çatmasını görüb mənzili təmin etmək istərkən onlara mənzil verilməsindən imtina edilmiş, şirkətlər günahı bir-birinin üstünə atmışlar. Nəticə etibarı ilə məcbur qalıb pozulmuş hüquqlarının bərpasına görə həm Cavabdeh MMC-ni, həm də “xxxxxxxxxxx” MTK-nı cavabdeh kimi işə cəlb edilməsinə, 43 saylı mənzilin ona verilməsi öhdəliyinin hər iki hüquqi şəxsə həvalə edilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. 3 ilə yaxın gedən məhkəmə çəkişmələri nəticəsində məhkəmə sənədlərə görə ziyanı cavabdehin ödəməli olması müəyyən edilib. Sumqayıt Apelyasiya Məhkəməsində o da bəlli olub ki, ona satılması iddia olunan mənzil ondan əvvəl başqasına satılmışdır. Məhz bu səbəblərdən Sumqayıt Apelyasiya Məhkəməsi xx.xx.2017-ci il tarixdə Abşeron Rayon Məhkəməsinin 43 saylı mənzilinin ona verilməsinə dair qətnaməsini ləğv etmiş, iddia tələbi olan 43 saylı mənzilin ona verilməsini mümkünsüz hesab etmişdir. Bundan sonra Səbail Rayon Məhkəməsinə müraciət edilmiş, yuxarıda göstərilən məhkəmə aktları ərsəyə gəlmişdir. Belə vəziyyətdə müqavilə öhdəliyinə əməl etməyən Cavabdeh MMC ona müqavilədə göstərilən 28875 manatı, xx.xx.2018-ci il tarixli, 2(009)-853/2018 saylı qətnamə çıxarılana kimi vəkil qurumuna ödədiyi 400 manatı və rüsum üçün ödədiyi 30 manatı ödəməlidir. Yuxarıda göstərildiyi kimi buna qüvvəyə minmiş məhkəmə qətnaməsi var. Lakin cavabdehin təqsiri üzündən xx.xx.2018-ci il tarixli, 2(009)- 853/2018 saylı qətnamədən sonrada ona əlavə xərcə düşmüşdür. Apelyasiya instansiyası üçün vəkil qurumuna xx.xx.2018-ci il tarixli, 217473 saylı qəbzlə 200 manat, kassasiya instansiyası üçün xx.xx.2018-ci il tarixli, 217791 saylı qəbzlə daha 200 manat ödəməklə yanaşı apelyasiya instansiyası məhkəməsinin hesabına 15 manat rüsum pulu, Ali Məhkəmənin hesabına hər dəfə 15 manat hesabı ilə 2 dəfə rüsum pulu ödəmişdir ki, cavabdeh əlavə olaraq ona daha 445 manat ödəməlidir. Bundan əlavə məhkəmə araşdırılmaları nəticəsində bəlli olmuşdur ki, cavabdeh “xxxxxxxxxxx” MTK ilə əlaqəni 2014-cü ilin 2 fevralında kəsmişdir. Məhkəmə araşdırılmaları və qüvvəyə minmiş qətnamələrlə təsdiq olunur ki, ona dəyən ziyanda “xxxxxxxxxxx” MTK-nın təqsiri müəyyən edilmir, ziyana görə Cavabdeh MMC məsuliyyət daşımalıdır. Belə olduqda cavabdeh 2014-cü ilin 2 fevralında onun pulunu qaytarmalı idi. Lakin 6 ildir müxtəlif bəhanələrlə nə mənzili vermiş, nə də pulunu qaytarmamış, müqavilə öhdəliyinə də əməl etməmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankı xx.xx.2019-cu il tarixə sonuncu dəfə uçot faizini 9,25 % müəyyən etmişdir. Belə olduqda öhdəliyin icra edilmədiyi 6 ilə hər ilə 9,25 faiz hesabı ilə 28875 manatın 55,5 faizi də cavabdehdən tələb edilməlidir. Bu hesabla ona cavabdeh 16025,625 manat əlavə pul ödəməlidir. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin xx.xx.2018-ci il tarixli, 04/1-01 saylı məktubunda göstərilir ki, təkcə istehlak qiymətləri indeksi 2017-ci ilin noyabr ayına 2013-cü ilin oktyabr ayına nisbətən 137 % təşkil etmişdir. Mərkəzi Bankın sorğuya verdiyi xx.xx.2017-ci il tarixli, 20-00324- 2017 saylı məktubunda var ki, xx.xx.2015-ci il tarixdə 1 dolların məzənnəsi 1 manat 5 qəpik, yəni 33,5 faiz, xx.xx.2015-ci il tarixdə 47,6 faiz bahalaşmışdır. Hazırda 1 dollar 1,7 manat civarındadır. Bu da o anlama gəlir ki, 2013-2014-cü illərdə 288xx xxxxx 37019,2308 ABŞ dolları dəyərində olmuş, bu pula hazırda 62932,6923 manat pul verilir. Bu puldan məhkəmə qətnaməsi olan 28875 manat çıxdıqda qalan 34057,6923 manatı da cavabdeh ona verməlidir. Ali Məhkəmənin Mülki kollegiyası xx.xx.2018-ci il tarixli, 2(102)-7629/2018 saylı qərarında göstərildiyi kimi “iddiaçı 2013-cü ildə cavabdeh MMC-yə pul ödəyərkən pulu ”əmanət” kimi verməmiş, məqsədi Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 1 saylı ünvanda 2013-cü ildə inşa edilmiş çoxmərtəbəli binanın 3-cü girişinin 6cı mərtəbəsindəki 82,5 kv.m. ümumi sahəsi olan 43 saylı mənzilini əldə etmək olmuş, lakin cavabdehin təqsirli hərəkəti nəticəsində mənzili əldə etmək imkanından məhrum olmuşdur. Əgər xx.xx.2013-cü il tarixli müqavilədən əmələ gələn öhdəlik icra edilərək mənzil iddiaçıya təhvil verilsəydi, iddiaçı həmin mənzilə sahib olacaqdır. Hazırda iddiaçı oxşar mənzili əldə etmək üçün (yəni pozulmuş hüququnu bərpa etmək üçün) 2013-cü ildə ödədiyi məbləğdə deyil, həmin mənzilin yerləşdiyi yerdə oxşar şəraitli, eyni sahəli mənzilə daha çox məbləğdə pul ödəməlidir. Belə ki, 2013-cü ildən indiki dövrdə qədər mənzillərin qiymətində artım olması hamıya məlum olan haldır. İddiaçı həmin dövrdə mübahisəli mənzilin alınması ilə bağlı verdiyi pul məbləğinə başqa mənzilə əldə edə bildiyi halda, həmin mənzil üçün 2013-cü ildə ödədiyi pul məbləği ona qaytarılacağı təqdirdə həmin mənzillə eyni şəraitli mənzil əldə etməsi mümkün görünmür. Digər tərəfdən iddiaçı ödədiyi pulun bir qismini ABŞ dolları ilə ödədiyini qeyd etmişdir. 2013-cü ildən hazırki vaxta qədər dolların məzərən məzənnəsinin qalxması da məlumdur”. Digər tərəfdən hamıya bəlli olan faktın sübuta ehtiyacı yoxdur. Pulun 2013-cü illə müqayisədə azı 2 dəfə dəyərdən düşməsi hamıya bəlli faktdır. Beləliklə cavabdeh ona 50528 (445+16025,625+34057,6923) manat əlavə pul ödəməlidir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələbini cavabdehin müqavilə öhdəliyinə əməl etməməsinə görə vermişlər. Onun iddiaçı ilə bağlanmış olduğu xx xxxxxx 2013-cü il tarixli alqı-satqı müqaviləsi məhz öhdəliyinə əməl etməməsi səbəbindən məhkəmənin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə etibarsız hesab edilmişdir. Məhkəmə qətnaməsindən bəlli deyil ki, 2013-cü ildən aldatma yolu tutub müqavilə öhdəliyinə əməl etməyən cavabdeh hansı qanuna əsasən müqavilə bağlandığı vaxtdan yox, məhkəmə qətnaməsi çıxarılan vaxtdan öhdəlik daşımalıdır. Çoxillik məhrumiyyətlərə görə hansı qanuna görə cavabdeh cavab verməməli və məsuliyyət daşımamalıdır. İddia tələbində haqlı olmuşlar. Dollara münasibətdə isə əgər məhkəmə dollarla infilasiyanın ölçülməsini mümkün hesab etmirdisə, o zaman Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin xx xxxxxx 2018-ci il tarixli, 04\l-01 saylı məktubunda göstərilən təkcə istehlak qiymətləri indeksi 2017-ci ilin noyabr ayına 2013-cii ilin oktyabr ayına nisbətən 137 % təşkil etməsini əsas götürməli idi. İddiaçı, Abşeron rayon, Xırdalan şəhəri, Əliyev prospekti 1 saylı ünvünda inşaasına yeni başlanan çoxmərtəbəli binanın 3-cü girişinin 6-cı mərtəbəsindəki, 82.5 kv.metr ümumi sahəsi olan 43 saylı mənzili xx xxxxxx 2013-cü il tarixdə Cavabdeh MMC-dən rəsmi müqavilə və maliyyə arayışına görə 28875 manata almışdır. Sonradan bəlli olmuşdur ki, Cavabdeh MMC ilə “xxxxxxxxxxx” MTK-nın xx xxxxxxx 2013-cü il tarixdə birgə fəaliyyət haqqında müqaviləsi olmuş, binanın tikintisinə sərəncam MTK-ya verilmiş, lakin 2014-cü ilin fevralından yolları ayrılmışdır. 2016-cı ilə kimi hər gedib-gələndə "xxxxxxxxxxx” MTK-dan ona bildirmişlər ki, adınız ev alanlar siyahısında var, binanın tikintisi hazır olan kimi 43 saylı mənzili verəcəklər. Lakin 2016-cı ildə binanın ümumi tikintisinin başa çatmasını görüb mənzili təmir etmək istərkən onlara mənzil verilməsindən imtina edilmiş, şirkətlər günahı bir-birinin üstünə atmışlar. Nəticə etibarı ilə məcbur qalıb pozulmuş hüquqlarının bərpasına görə həm Cavabdeh MMC-ni, həmdə “xxxxxxxxxxx” MTK-nı cavabdeh kimi işə cəlb edilməsinə, 43 saylı mənzilin ona verilməsi öhdəliyinin hər iki hüquqi şəxsə həvalə edilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. 3 ilə yaxın gedən məhkəmə çəkişmələri nəticəsində məhkəmə sənədlərə görə ziyanı cavabdehin ödəməli olması müəyyən edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsində o da bəlli olub ki, iddiaçıya satılması iddia olunan mənzil ondan əvvəl başqasına satılmışdır. Məhz bu səbəblərdən Sumqayıt Apelyasiya Məhkəməsi xx xxxxxx 2017-ci il tarixdə Abşeron Rayon Məhkəməsinin 43 saylı mənzilin iddiaçıya verilməsinə dair qətnaməsini ləğv etmiş, iddia tələbi olan 43 saylı mənzilin ona verilməsini mümkünsüz hesab etmişdir. Bundan sonra, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə müraciət etmişdir. Belə vəziyyətdə müqavilə öhdəliyinə əməl etməyən Cavabdeh MMC iddiaçıya müqavilədə göstərilən 28875 manatı, xx xxxx 2018-ci il tarixli 2(009)-853/2018 paylı qətnamə çıxarılana kimi vəkil qurumuna ödədiyi 400 manatı və rüsum üçün ödədiyi 30 manatı ödəməlidir. Buna dair qüvvəyə minmiş məhkəmə qətnaməsi var. Lakin cavabdehin təqsiri üzündən xx xxxx 2018-ci il tarixli |2(009)- 853/2018 saylı qətnamədən sonra da əlavə xərcə düşmüşdür. Apelyasiya instansiyası məhkəməsi üçün vəkil qurumuna xx xxxx 2018-ci il tarixli, 217473 saylı qəbzlə 200 manat, kassasiya instansiyası məhkəməsi üçün xx xxxxxxxx 2018-ci il tarixli, 217791 saylı qəbzlə daha 1200 manat ödəməklə yanaşı apelyasiya instansiyası məhkəməsi hesabına 15 manat rüsum, Azərbaycan Respublikası Ali Məhkəməsinin hesabına hər dəfə 15 manat hesabı ilə 2 dəfə rüsum ödəmişdir ki, cavabdeh əlavə olaraq ona daha 445 manat ödəməlidir. Qeyd edir ki, Azərbaycan Respublikası Mərkəzi Bankı xx xxxxxx 2019-cu il tarixə sonuncu dəfə uçot faizini 9.25 % müəyyən etmişdir.Belə olduqda öhdəliyin icra edilmədiyi 6 il üçün hər ilə 9.25 faiz hesabı ilə 28875 manatın 55.5 faizi də cavabdehdən tələb edilməlidir. Bu hesabla iddiaçıya cavabdeh 16025,625 manat əlavə pul ödəməlidir. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin xx xxxxxx 2018-ci il tarixli,04/l-01 saylı məktubunda göstərilir ki, təkcə istehlak qiymətləri indeksi 2017-ci ilin noyabr ayına 2013-cü ilin oktyabr ayına nisbətən 137 % təşkil etmişdir. Mərkəzi Bankın sorğuya verdiyi xx xxxxxx 2017-ci il tarixli, 20-00324-2017 saylı məktubuda var ki, xx xxxxxx 2015-ci il tarixdə 1 dolların məzənnəsi 1 manat 5 qəpik yəni 33,5 faiz, xx xxxxxx 2015-ci il tarixdə 47,6 faiz bahalaşmışdır. Hazırda 1 dollar 1,7 manat civarındadır. Buda o anlama gəlir ki,2013-2014-cü illərdə 288xx xxxxx 37019,2308 ABŞ dolları dəyərində olmuş, bu pula hazırda 62932,6923 manat pul verilir.Bu puldan məhkəmə qətnaməsi olan 28.875 manat çıxıldıqda qalan 34057,6923 manatıda cavabdeh ona verməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası xx xxxxxx 2018-ci il tarixli, 2 (102)- 7629/2018 saylı qərarında bu barədə göstərilmişdir. Bundan əlavə, məhkəmə araşdırılmaları nəticəsində bəlli olmuşdur ki, cavabdeh “xxxxxxxxxxx” MTK ilə əlaqəni 2014-cü ilin 2 fevralında kəsmişdir.Məhkəmə araşdırılmaları və qüvvəyə minmiş qətnamələrlə təsdiq olunur ki, ona dəyən ziyanda “xxxxxxxxxxx MTK”-nın təqsiri müəyyən edilmir, ziyana görə Cavabdeh MMC məsuliyyət daşımalıdır. Belə olduqda, cavabdeh xx xxxxxx 2014-cü ildə onun pulunu qaytarmalı idi. Lakin 6 ildir müxtəlif bəhanələrlə nə mənzili vermiş, nə də pulumu qaytarmamış, müqavilə öhdəliyinə də əməl etməmişdir. Apelyasiya baxışında iddiaçı şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh tərəf iclasda təmsil olunmamış və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçı tərəfi dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməlidir. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(009)- 853/2018 saylı qətnaməsinə əsasən, İddiaçı Kavi qızı ilə Cavabdeh MMC arasında Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 1 saylı ünvanda 2013-cü ildə inşa edilmiş çoxmərtəbəli binanın 3-cü girişinin 6-cı mərtəbəsindəki, 82,5 kv.m. ümumi sahəsi olan 43 saylı mənzilinə dair bağlanmış xx.xx.2013- cü il tarixli mənzil tikintisi haqqında müqavilənin etibarsız hesab edilməsi, Cavabdeh MMC-dən 28875 manat maddi ziyan, hüquqi yardımla bağlı ödənilmiş 400 manat və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı Kavi qızına verilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)-7581/2018 saylı qətnaməsi ilə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(009)-853/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(102)- 7629/2018 saylı qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)- 7581/2018 saylı qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)-2419/2019 saylı qətnaməsi ilə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(009)-853/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(102)-5801/2019 saylı qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Bakı şəhəri 12 saylı Vəkil Bürosuna ünvanlanmış xx.xx.2017-ci il tarixli məktubuna əsasən, pul məbləğlərinin indeksasiyası Azərbaycan Respublikası Mərkəzi Bankının səlahiyyətlərinə aid deyil. xx.xx.2015-ci il tarixində 1 ABŞ dollarının manata nəzərən rəsmi məzənnəsi xx.xx.2015-ci il tarixinə nisbətən 33,5%, xx.xx.2015-ci il tarixində isə 1 ABŞ dollarının manata nəzərən rəsmi məzənnəsi xx.xx.2015-ci il tarixinə nisbətən 47,6% möhkəmlənmişdir. İnflyasiya ilə bağlı hər hansı məlumatı əldə etmək üçün aidiyyatı üzrə Azərbaycan Respublikası Statistika Komitəsinə müraciət etməsini tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi tərəfindən Bakı şəhəri 12 saylı Vəkil Bürosuna ünvanlanmış xx.xx.2018-ci il tarixli məktubuna əsasən, istehlak qiymətləri indeksi 2017-ci ilin noyabr ayında 2013-cü ilin oktyabr ayına nisbətən 137,0 faiz təşkil etmişdir. Bakı şəhəri 12 saylı Vəkil Bürosu tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayışa əsasən büroya müraciət edən vətəndaş İddiaçı Bakı Apelyasiya Məhkəməsində hüquqlarını müdafiə etmək üçün büronun vəkili X3 ilə xx.xx.2018-ci il tarixdə 981 saylı müqavilə bağlanmış (qəbz 217791) və vətəndaş İddiaçı əri tərəfindən 200 manat pul vəsaiti vəkil Fikrət Azadovun hesabına keçirilmişdir. Bundan əlavə vətəndaş İddiaçı Azərbaycan Respublikası Ali Məhkəməsində hüquqlarını müdafiə etmək üçün vəkil Fikrət Azadov ilə xx.xx.2019-cu il tarixdə 635 saylı müqavilə bağlanmış (qəbz No 217473) və vətəndaş İddiaçı bacısı tərəfindən Fikrət Azadovun hesabına 200 manat pul vəsaiti keçirilmişdir. 12 saylı vəkil bürosu tərəfindən verilmiş GSU seriyalı 217473 nömrəli xx.xx.2018-ci il tarixli mədaxil qəbzinin surətindən görünür ki, X4 tərəfindən hüquqlarını müdafiə etmək üçün vəkil Fikrət Azadovun hesabına 200 manat ödəniş edilmişdir. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1, 21.2 və 449.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 107, 115.0.5, 115.0.6, 119.1 və 119.5-ci maddələrini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddia təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” xx xxxx 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfındən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İstinad edilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.3-cü maddəsinə görə isə lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. X6 Məhkəməsi “X1” qarşı xx.xx.2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affırmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx.xx.2008-ci il tarixli qərannda İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, mahkəmə siibutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Belə ki, hazırkı iş üzrə iddiaçının birinci instansiya məhkəməsində işə baxılması ilə əlaqədar çəkdiyi xərclər məhkəmə qətnaməsi ilə tutulmuşdur. Lakin apelyasiya və kassasiya instansiya məhkəmələrində işə baxılarkən iddiaçının apelyasiya və kassasiya şikayətləri təmin edilmədiyi üçün, həmin instansiyalarda çəkilən xərclər iş üzrə cavabdehdən tutula bilməz. Həmin xərclər iddiaçıya aiddir. Bu səbəbdən, iddia tələbi hüquqi yardıma və ödənilmiş dövlət rüsumuna görə cəmi 445 manat məbləğində pulun tutulması hissəsində əsassızdır və təmin edilməməlidir. Bununla yanaşı, iddiaçı cavabdehin 2014-cü il tarixdən pulun qaytarılması ilə bağlı öhdəliyin yaranmasını iddia etsə də, Cavabdeh MMC-dən pulun tutulması barədə qətnamə (Səbail Rayon Məhkəməsi) xx.xx.2018-ci il tarixdə qəbul edilmiş və xx.xx.2019-cu il tarixdə qanuni qüvvəyə minmişdir. Bu səbəbdən cavabdehin pulun qaytarılması ilə bağlı öhdəliyinin 2014-cü il tarixdən yaranması barədə iddiaçının dəlilləri əsaslı hesab edilə bilməz. Məhkəmə hesab edir ki, Səbail Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019cu il tarixli qərarı ilə qanuni qüvvəyə mindiyindən, cavabdehin iddiaçıya cəmi 29305 manat məbləğində pulun qaytarımlası ilə bağlı öhdəliyi həmin vaxtdan yaranmışdır. Belə olan halda iddiaçının 6 il ərzində bank uçot dərəcəsi nəzərə alınmaqla əlavə olaraq cavabdehdən 16025 manat məbləğində pulun tələb edilməsi barədə tələbi əsassızdır. Habelə, iddiaçı cavabdeh tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasında boyun qaçırmasını və məhkəmə qətnaməsi ilə tutulmalı pulun gecikdirilməsini iddia etsə də, bu halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Eyni zamanda iddiaçının ABŞ dolların məzənnəsinin bahalaşmasına istinad edərək 2013-cü il tarixdə ödədiyi pulun dəyərdən düşməsi ilə bağlı vurulmuş ziyan kimi 34057 manat məbləğində pulun tələb edilməsi barədə tələbi də əsaslı hesab edilə bilməz. Belə ki, iddiaçı tərəfindən cavabdehə müqavilə üzrə pul məbləği ABŞ dolları ilə deyil, milli valyuta olan manatla ödənilmişdir. Eyni zamanda məhkəmə qətnaməsi ilə cavabdehdən iddiaçının xeyrinə pul məbləği manatla tutulmuşdur. Belə olan halda iddiaçının ABŞ dolların məzənənsinin bahalaşmasına istinad edərək cavabdehdən 34057 manat məbləğində pulun tələb etməsi barədə tələbi əsassız hesab edilməli və təmin edilməməlidir. Qeyd edilənlərə əsasən, apelyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-308/2020 nömrəli mülki iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6195/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6195/2020
08.09.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver