Məhkəmə qərarları › İş №2(103)-6195/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6195/2022

14.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6195/2022 14.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Salman-zadə Şahin Səfər oğlunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Hüseynli Gültəkin Xalıq qızının katibliyi, İddiaçı Salman-zadə Şahin Səfər oğlunun və onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2, Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Salman-zadə Şahin Səfər oğlunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(008)-638/2022 saylı qətnaməsindən iddiaçı Salman-zadə Şahin Səfər oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Cavabdeh3 ləğvetmə prosesində olan "xxxx" ASC-nin İdarə Heyətinin sədri, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin bankın işçiləri olmuşlar.

2. Bakı şəhəri, Azadlıq prospekti, 146 ünvanında yerləşən 200 m2 ümumi sahədən ibarət olan qeyri-yaşayış sahəsi (bundan sonra – mübahisəli obyekt) tam mülkiyyət hüququ üzrə iddiaçı Salman-zadə Şahin Səfər oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

3. İş materiallarında Salman-zadə Şahin Səfər oğlunun mülkiyyətində olan mübahisəli obyektə dair Salman-zadə Şahin Səfər oğlu tərəfindən xx.xx.2008-ci il tarixdə 3 il müddətinə Cavabdeh1 adına verilmiş satmağa, bağışlamağa, dəyişməyə və sair səlahiyyətlərə dair 32 saylı Dövlət Notariat Kontorunda ƏN-İ seriyalı 119711 №-li, 7E- 23/9600 saylı reyestrlə qeyd edilmiş, səlahiyyətlər başqa şəxsə ötürülə bilən etibarnamə var. Həmin etibarnamədə mübahisəli obyektə xx.xx.2008-ci il tarixdə DƏDRX tərəfindən verilmiş, ********** qeydiyyat nömrəsi, **********33-05101- 083004 reyestr nömrəsi olan Çıxarışa istinad edilmişdir. İddiaçı həmin etibarməni vermədiyini, həmin etibarnamənin saxta olduğunu iddia edir.

4. Beləliklə, həmin obyektə dair: registrdən çıxarış xx.xx.2007-ci; sifariş məktubu xx.xx.2008-ci; Çıxarış xx.xx.2008-ci; etibarnamə xx.xx.2008-ci il tarixlərdə verilmişdir.

5. "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Bankda baş vermiş qanunsuzluqlar barədə Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət etmiş, həmin müracitə əsasında xx.xx.2017-ci il tarixdə Cinayət Məcəlləsinin 178.3.2, 308.1 və 313-cü maddələri ilə istintaq aparılmışdır.

6. Həmin cinayət işi üzrə Korrupsiyaya qarşı Mübarizə Baş İdarərəsinin böyük müstəntiqi Q.Q.Səfərov tərəfindən xx.xx.2017-ci il tarixli sübutların qiymətləndirilməsi barədə qərar qəbul edilmişdir. Hazırki iş üzrə iddiaçı Salman-zadə Şahin Səfər oğlu, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 adıçəkilən cinayət işində şahid qismində ifadələr vermişdilər.

7. Salman-zadə Şahin Səfər oğlunun ifadəsinə əsasən Sadıqov Həsənlə yaxın dost olaraq Sankt-Peterburq şəhərində biznes fəaliyyəti ilə məşğul olmuşdular. 2008-ci ilin aprel ayında mübahisəli obyekti Əmlak Komitəsində keçirilən hərrac vasitəsilə özəlləşdirmişlər. Bütün sənədləşmə işləri onun adına aparılmış, 2008-ci ilin aprel ayında Çıxarış almışdır. 2009-cu ilin əvvəlində Teymur Əliyev küçəsi, 23 ünvanında obyekt almaq üçün təcili 600000 ABŞ dolları pula ehtiyacları olmuşdur. 2009-cu ilin əvvəlində Cavabdeh3 600000 ABŞ dolları məbləğində yüksək faizlə pul almışdır. Lakin, Cavabdeh3 həmin pulu rəsmi kredit kimi deyil, sadəcə özünün qoyduğu şərtlər əsasında yüksək faizə vermişdir. Həmin məbləğin götürülməsi, faizlərin ödənilməsi və ümumiyyətlə bütün söhbətlərin əksəriyyətində Həsən özü iştirak etmişdir. 3 ay müddətində Niyaziyə hər ay 30000 ABŞ dolları faiz ödəmiş, iqtisadi böhran dərinləşdiyinə görə faizləri ödəyə bilməmiş, 9 ay götürdükləri pulun əsas və faiz borcunu ödəyə bilmədiklərinə görə məbləğ artmağa başlamışdır. 2009-cu ilin dekabr ayında Həsən Niyazi ilə görüşmüş, Cavabdeh3 faizi ödəmədikləri üçün 9 ay üçün 426000 manat cərimə, 360000 ABŞ dolları faiz hesablamışdır. Bununla bağlı Bakı şəhərində yerləşən obyektlərini və bir neçə evini satıb əsas borcu tam ödəmişdir. Lakin, Niyazi cərimə və faiz borcu ödəməyi tələb etmişdir. Bu səbəbdən Bakı şəhərində yerləşən obyektləri satıb həmin məbləği ödəməyə başlamış, həmçinin 8-ci mikrorayonda yerləşən Hüseynov Niyaziyə və 8-ci kilometrdə yerləşən Xəlilov Sadiqə məxsus mənzilləri Cavabdeh3 vermişdir. Eyni zamanda, ünvan 2 ünvanında yerləşən «Məkan» kafesini, qardaşı Salman-zadə Soltan Səfər oğlunun adına rəsmiləşdirilmiş qeyri-yaşayış sahəsini satmış və 2010-cu ilin dekabr ayınadək ümumiyyətlə 716000 ABŞ dollarını Cavabdeh3 ödəmişdir. Sonradan Cavabdeh3 qeyriqanuni yollarla ona məxsus obyekti ələ keçirtmişdir (eyni ifadəni Sadıqov Həsən vermişdir).

8. Cavabdeh1 və Cavabdeh2 ifadələrinə əsasən Cavabdeh3 2011-ci ilin təxminən noyabr ayında Cavabdeh1 Salman-zadə Şahinin adından ona verilmiş etibarnamə təqdim edərək Salman-zadə Şahinə məxsus obyektin çıxarışının dublikatını alması və alqısatqısının həyata keçirtməsi barədə göstəriş vermişdir. O, etibarnamə verilən zaman notariat kontorunda olmamış, ümumiyytələ belə bir etibarnamə barədə məlumatı olmamışdır. Cavabdeh3 göstərişinə uyğun olaraq onun təqdim etdiyi etibarnamə əsasında İddiaçı məxsus mübahisəli obyektə dair çıxarışın dublikatınm verilməsi üçün DƏDRX-nə ərizə yazmış və həmin ərizə əsasında həmin əmlakın yüklü olmaması barədə arayış və çıxarışın dublikatını almışdır. Sənədlər tam hazır olanda Cavabdeh3 həmin obyekti onun adına alqı-satqı etməyinə göstəriş vermişdir. O, etibarnamə əsasında özü-özünə alqı-satqı edə bilməyəcəyindən başqa bir şəxsin iştirakına ehtiyacı olduğundan Cavabdeh3 göstərişinə əsasən xx.xx.2011-ci il tarixdə o, səlahiyyətləri etibarnamə əsasında bankın işçisi Cavabdeh2 ötürmüş, səhərisi gün xx.xx.2011-ci il tarixdə Cavabdeh2 mubahisəli obyekti Cavabdeh1 60000 manat məbləğində satmışdır. Həmin məbləğ Cavabdeh3 tərəfindən verilmiş və sonradan onun özünə qaytarılmışdır. Cavabdeh1 və Cavabdeh2 bütün hərəkətləri Cavabdeh3 göstərişləri əsasında etmişdilər.

9. Aparılmış istintaq zamanı Salman-zadə Şahin Səfər oğlu xx.xx.2008-ci il tarixdə, yəni onun adından etibarnamə verilən tarixdə Azərbaycan Respublikasında olmadığı və etibarnaməni imzalamadığı barədə ifadə vermişdir. Lakin, «Giriş-çıxış və qeydiyyat» idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi vasitəsi ilə əldə edilmiş məlumatdan həmin tarixdə Salman-zadə Şahin Səfər oğlunun həmin tarixdə Azərbaycan Respublikasında olduğu müəyyən edilmişdir.

10. Eyni zamanda iş üzrə məhkəmə-xəttşünaslıq ekspertizası təyin edilmiş, xx.xx.2017ci il tarixli, 9616 №-li ekspert rəyinə əsasən xx.xx.2008-ci il tarixli etibarnamədə kiril əlifbası ilə yazılmış «Salman-zadə» soyadı və qarşısındakı imzanın Salman-zadə Şahin Səfər oğlu tərəfindən icra olunduğu müəyyən edilmişdir.

11. Salman-zadə Şahin Səfər oğlunun mülkiyyətində olan mübahisəli obyekt aşağıdakı qaydada özgəninkiləşdirilmişdir.

12. xx.xx.2011-ci il tarixdə Cavabdeh1 Bakı şəhəri 24 saylı Notariat Kontorunda, reyestrdə 7E/15-6734 N-ilə qeydə alınmış ƏN-İ № 60109 saylı etibarnamə ilə xx.xx.2008ci il tarixli etibarnamədəki səlahiyyətlərini Cavabdeh2 ötürmüşdür.

13. xx.xx.2011-ci il tarixli alğı-satqı müqaviləsi əsasında Cavabdeh2 mübahisəli qeyriyaşayış sahəsini etibarnamə əsasında iddiaçı Salman-zadə Şahin Səfər oğlunun adından digər Cavabdeh1 satmışdır.

14. Adıçəkilən alqı-satqı əsasında Cavabdeh1 adına DƏDRX tərəfindən xx.xx.2012-ci il tarixdə (********** qeydiyyat nömrəsi) ******* №-li Çıxarış verilərkən obyektin ölçüsü 200 kv metr deyil, artıq 270 kv metr olmuşdur.

15. Cavabdeh1 Bakı şəhəri, 53 saylı DNK-da xx.xx.2012-ci il tarixli “Bağışlanma müqaviləsi” əsasında Cavabdeh3 atası X8 bağışlamışdır.

16. X10 qeyri-yaşayış sahəsini Bakı şəhəri 14 saylı Notariat Kontorunda xx.xx.2013-cü il tarixində “Bağışlanma müqaviləsi” əsasında Nəbiyeva Hicran Mirzə qızına bağışlamışdır.

17. Nəbiyeva Hicran Mirzə qızı qeyri-yaşayış sahəsini xx.xx.2014-cü il tarixində «Alqısatqı müqaviləsi» əsasında X2 1.000.500 manata satmışdır.

18. İddiaçı Salman-zadə Şahin Səfər oğlunun arvadı X3 cavabdehlər Cavabdeh1, Nəbiyeva Hicran Mirzə qızına, X5ma, Cavabdeh2, Bakı şəhəri 24 saylı Notariat Kontoruna, Bakı şəhəri 53 saylı Notariat Kontoruna, Bakı şəhəri 14 saylı Notariat Kontoruna qarşı Yasamal Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək mübahisəli obyekt barədə İddiaçı ilə Cavabdeh1 arasında bağlanılmış xx.xx.2011 -ci İl tarixli "Alğı-salqı müqaviləsinin”, xx.xx.2012-ci il tarixli '"Bağışlanma müqaviləsinin”, xx.xx.2013-cü il tarixli “Bağışlanma müqaviləsinin” və xx.xx.2014-cü il tarixli “İlkin alqısatqı müqaviləsinin” etibarsız hesab edilməsi və qeyri-yaşayış sahəsinin geri qaytarılmasını xahiş etmiş, Yasamal rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi iddia müddəti ötürüldüyünə görə iddia rədd edilmiş, qətnamə qanuni qüvvəsini almışdır (Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi, Ali Məhkəmənin xx.xx.2020ci il tarixli qərarı).

19. Cavabdeh3 arvadı X6 "xxxx" MMC-dən 100.080 manata aldığı mənzili əvəzsiz olaraq Salman-zadə Şahinin arvadı Salmanzadə Almaza özgəninkiləşdirmişdir.

20. Bundan başqa, tərəflər mübahisə etmirlər ki, Cavabdeh3 iddiaçı Salman-zadə Şahin Səfər oğluna 50.000 manat nəğd pul vermişdir.

21. Hazırda iddiaçı qeyri-yaşayış sahəsindən məhrum olduğuna görə, 850.000 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutulmasını istəyir.

Birinci instansiya məhkəməsində icraat

22. İddiaçı Salman-zadə Şahin Səfər oğlu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlərin hüquqa zidd hərəkətləri nəticəsində mülkiyyətində olan Bakı şəhəri Azadlıq prospekti, 146 ünvanında yerləşən 200 m2 ümumi, 194,8 m2 əsas və 5,2 m2 köməkçi sahədən ibarət olan qeyri-yaşayış sahəsindən məhrum olduğuna görə 850 000 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutularaq ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

23. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, Cavabdeh1 Bakı şəhəri 32 saylı Dövlət Notariat Kontorunda xx.xx.2008-ci il tarixində ƏN-İ CVh-li 119711, 7E-23/9600 saylı reyestrlə güya qeyd edilmiş və iddiaçının adından ona verilmiş, lakin mövcudluğundan tam xəbərsiz olduğu etibarnamə əsasında iddiaçının səlahiyyətlərini xx.xx.2011-ci il tarixində digər Cavabdeh2 ötürülmüşdür. Halbuki xx.xx.2008-ci il tarixli etibarnamənin qeydə alındığı reyestr kitabı notariat ofisinin arxivində aşkar olunmamışdır. Bir gün sonra, yəni xx.xx.2011-ci il tarixində həmin etibarnamə ilə alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsini iddiaçının və onun rəsmi nikahda olan həyat yoldaşı X1 xəbəri olmadan Cavabdeh1 60000 manat qarşılığında satmışdır. O, həqiqətən ona məxsus əmlakı kiməsə nəyin qarşılığındasa verməli olsaydı, təbii ki, etibarnamə ilə yanaşı veriləcək əmlakın çıxarışını və texniki pasportunu da verərdi, eyni zamanda həyat yoldaşı da öz razılığını verərdi. Cavabdeh1 cinayət işinin gedişatında ifadəsində Cavabdeh3 göstərişinə uyğun hərəkət etdiyini, alqı-satqı zamanı istifadə olunmuş 60000 manat pulun formal olaraq istifadə edildiyini, yəni faktiki Cavabdeh2 ödənilmiş həmin məbləğin Cavabdeh3 tərəfindən Sadiq Qafarova verildiyini, sonradan həmin pulların Cavabdeh3 qaytarıldığını bidlrimişdir. Bir müddət sonra həmin qeyriyaşayış sahəsi Cavabdeh3 göstərişinə uyğun atası Şaiq Vəliyevə bağışlanmışdır”. Daha sonra bu qeyri-qanuni əqdin izini itirmək üçün Cavabdeh1 həmin əmlakı xx.xx.2012-ci il tarixli “Bağışlanma müqaviləsi” əsasında işlədiyi "xxxx" ASC-nin müdiri Cavabdeh3 atası X8 bağışlamışdır. X10 isə həmin əmlakı Bakı şəhəri xx.xx.2013-cü il tarixində “Bağışlanma müqaviləsi” əsasında Nəbiyeva Hicran Mirzə qızma bağışlamışdır. Nəhayət 270,6 m2 sahədən ibarət olan mübahisəli obyekt Nəbiyeva Hicran Mirzə qızı ilə X4 arasında xx.xx.2014-cü il tarixində bağlanılmış “alqı-satqı müqaviləsinə” əsasən ******* manata satılmışdır. İlkin alqı-satqı müqaviləsindən sonrakı iki bağışlama və sonuncu alqı-satqı müqavilələri bağlanan zaman qanunvericiliyin tələblərinə riayət edilməklə nikahda olan ailə üzvlərinin rəsmi razılığı alınmışdır. Lakin mübahisəli əmlaka dair xx.xx.2011-ci il tarixində, əmlaka dair alqı-satqı müqaviləsi bağlanan zaman Cavabdeh2 ərizə verərək bildirmişdir ki, guya həmin tarixə kimi iddiaçı rəsmi nikahda olmamışdır, subaydır, gələcəkdə bu barədə hər hansı bir problem yaranarsa bütün məsuliyyəti öz üzərinə götürmüşdür. Beləliklə, iddia ərizəsinə əlavə olunan materiallardan aydın görünür ki, mübahisəli obyektin ardıcıllıqla özgəgninkiləşdirilməsi görünüşdə sonrakı alıcının “vicdanlı” alıcı olmasına “hüquqi imkan” əldə etməyə çalışılmışdır.

24. Cavabdeh3 nümayəndəsi (vəkili) Vəkil2 tərəfindən məhkəmə iddia müddətinin ərizə təqdim edilməsi barədə ərizə təqdim edilmişdir. Eyni zamanda ərizədə qeyd edilmişdir ki, iddiaçı öz sərbəst ifadəsini ortaya qoyaraq xx.xx.2008-ci il tarixdə notariat kontorunda Cavabdeh1 etibarnamə verimş, cavabdeh də həmin etibarnamədən istifadə etmişdir. İddiaçının həmin etibarnaməni verməməsi ilə bağlı söylədikləri Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi araşdırılarkən təkzib olunmuşdur. İddiaçı 13 il ərzində etibarnaməni xitam etməməsi səbəbindən, həmçinin bağlanan əqdlərin ləğv və ya etibarsızlığı ilə bağlı tələblər iləri sürmədiyindən hazırki iddia tələbi qanuni və əsaslı hesab oluna bilməz. Bu iddianın verilməsində iddiaçının məqsədi yalnız və yalnız əsassız varlanmaqdan ibarətdir.

25. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(008)-638/2022 saylı qətnaməsi ilə (hakim T.Əsədova) iddia rədd edilmişdir.

26. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı Cavabdeh3 borca pulun alındığını etiraf edir, eyni zamanda həmin pulun qaytarıldığını da iddia edir, lakin pulun qaytarılması sübut edilmir. İddiaçı xx.xx.2008-ci il tarixdə 3 il müddətinə Cavabdeh1 adına verilmiş etibarnamənin onun tərəfindən verildiyini inkar etsə də, qeyd edildiyi kimi ekspert rəyi ilə cinayət işinin gedişatı zamanı imzanın və xəttin Salman-zadə Şahinə məxsus olması, eyni zamanda onun həmin tarixdə Azərbaycanda olması faktları təsdiq edilmiş, həmin etibarnamədə obyektə dair verilmiş Çıxarışın parametrləri dəqiqliyi ilə göstərilmişdir (xx.xx.2008-ci il tarixdə DƏDRX tərəfindən verilmiş, ********** qeydiyyat nömrəsi, **********33-05101-083004 reyestr nömrəsi). Beləliklə, Salman-zadə Şahin ona məxsus obyektə dair başqasına etibarnamə verərkən, artıq həmin əmlakın onun mülkiyyətindən çıxma ehtimalını bilməli idi. Bundan başqa, iddiaçı Salman-zadə Şahin Səfər oğlu məhkəmə iclasında mübahisəli obyektin Çıxarışının onun adına olmasına baxmayaraq, əslində obyektin özü və şəriki Sadıqov Həsən tərəfindən özəlləşdirildiyini, yəni, obektin onların ikisinə məxsus olmasını etiraf etmişdir (xx.xx.2022-ci il tarixli məhkəmə iclasının protokolu). Belə olan halda, həmin obyektin Sadıqov Həsənin borcuna görə girov qoyulması məntiqli görünür. Beləliklə, iddiaçı tərəfindən etibarnamənin verilməməsi iş materialları ilə təkzib edilmişdir. İddiaçı ziyana düşməmişdir. Belə ki, qeyd edildiyi kimi, ilk alqı-satqı formal da olsa, 60000 manata rəsmiləşdirilmiş, iddiaçıya isə 150000 manatlıq əmlak verimşdir. Əmlak ******* manat iddiaçının verdiyi etibarnamə əsasında satılmamışdır. Obyektin Salman-zadə Şahin tərəfindən 70-75 faiz hissəsində təmir edilməsi də inandırıcı deyil. Belə ki, qeyd edildiyi kimi, obyektin özəlləşdirilməsi prosesi xx.xx.2007-ci il tarixdən xx.xx.2008-ci il tarixədək həyata keçirilmiş, etibarnamə xx.xx.2008-ci il tarixdə verilmişdir. Belə bir qısa zaman çərçivəsində obyektin təmir edilməsi ağlabatan deyil. İddiaçı tərəfindən obyektin onun tərəfindən təmir edilməsinə dair hər-hansı sübut təqdim edilməmişdir. 2008-ci ildə iddiaçının mülkiyyətində bir milyonluq obyektin olduğu təqdirdə o, qanuni yolla həmin obyekti banklarda ipoteka ilə yüklü edib ona lazım olan 600000 ABŞ dollarını əldə edə bilərdi.Bundan başqa, qeyd edildiyi kimi, obyekt iddiaçının mülkiyyətində çıxandan sonra obyektə 70 kv metr əlavə edilmişdir. Qeyd edildiyi kimi, etibarnamə xx.xx.2008-ci il tarixdə verilmiş, mübahisəli obyekt iddiaçının mülkiyyətindən üç il sonra çıxmışdır. İddiaçı bu üç ilə ərzində etibarnaməyə xitam verdirməmişdir. Məhkəmə həmçinin hesab etmişdir ki, hazırki iddia iddia müddətinin ötürülməsi əsası ilə də rədd edilməlidir. Belə ki, mübahisəli obyekt iddiaçının mülkiyyətindən müqavilələr əsasında çıxmış, həmin müqavilələr ləğv edilməmiş, etibarsızlığı tanınmamış, əmlak onun mülkiyyətindən 2011-ci ilin dekabr ayında çıxmış, o, isə iddia ilə 10 ilə yaxın müddət keçdikdən sonra xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Bu əsasdan altı illik iddia müddəti tədbiq edilməlidir.

27. Məhkəmə öz mövqeyini AR Mülki Məcəlləsinin 359.1, 359.3, 360.1, 364.1, 364.2-ci maddələrinə və MPM-in iddia müddəti ilə bağlı maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373cü maddəsinin şərh edilməsinə dair» 27 dekabr 2001-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin dəlilləri

28. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(008)-638/2022 saylı qətnaməsinin tamamilə ləğv edilməsi və iddia tələbinin tam həcmdə təmin olunmasına dair yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

29. Apellyasiya şikayəti iddia ərizəsinin dəlilləri ilə yanaşı həmçinin onunla əsaslandırılmışdır ki, Mülki Məcəllənin 359.3-cü maddəsinin tələblərinin pozulubpozulmamasına və xx.xx.2011-ci il tarixli alqı-satqı müqaviləsinin qanuni olubolmamasına hüquqi qiymət verməmişdir. Halbuki, Sadiq Qafarov təmsilçi olduğu halda təmsil edilən adından şəxsən özü barəsində əqd bağlamışdır. Birinci instansiya məhkəməsi MPM-nin maddələrini düzgün tətbiq etməmiş və mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsini əsas gətirərək iddianın rədd edilməsində səhv qənaətə gəlmişdir, eyni zamanda mübahisəli obyektin iddiaçının mülkiyyətindən qanunsuz xx.xx.2011-ci il tarixli müqavilə əsasında çıxmasına baxmayaraq birinci instansiya məhkəməsi həmin müqaviləni qanuni sayaraq altı illik iddia müddətini tətbiq etməkdə qanunu səhv təfsir etmişdir. İddiaçının iddiasının predmeti cavabdehlərin hüquqazidd hərəkətləri nəticəsində mülkiyyətdən məhrum olmaya görə dəymiş ziyanın ödənilməsidir, lakin birinci instansiya məhkəməsi iddianın predmetinin pul tələbində görməklə səhv qənaətə gəlmişdir. Digər tərəfdən “Məhkəmə hesab edir ki, iddiaçı hətta bu normalardan çıxış etsə də o, ziyana düşməmişdir. Belə ki, qeyd edildiyi kimi, ilk alqı-satqı formal da olsa, 60 000 manat rəsmləşdirilmiş, iddiaçıya isə 150 000 manatlıq əmlak verilmişdir. Əmlak 1 000 500 manat iddiaçının verdiyi etibarnamə əsasında satılmamışdır. Obyektin Salman-zadə Şahin tərəfindən 70-75 faiz hissəsində təmir edilməsini də məhkəmə inandırıcı saymır. Əvvəla məhkəmə tərəfindən müvafiq məhkəmə-mühəndis ekspertizası keçirilmədən iddiaçının mülkiyyətində olan əmlakının illər üzrə təmirsiz, qismən təmirli və tam təmirli halda dəyərinin miqdarını müəyyən etmədən cavabdehin mövqeyi ilə razılaşaraq qətnamə qəbul etməsi özü-özlüyündə həmin qətnamənin əsassız və qanunsuz olmasına dəlalət edir. Məhkəmə bir yandan formal sayılan alqı-satqı müqaviləsində göstərmiş 60.000 manata istinad edir və onun qarşılığında iddiaçıya 150 000 manatlıq əmlak verilməsini kifayət hesab edir. Digər tərəfdən iddiaçının məhkəməyə təqdim etdiyi sənədlərdəki faktları görməzdən gəlir, Cavabdeh3 isə mübahisəli əmlaka guya 800 000 manat məbləğində təmir xərci çəkməsini inandırıcı sayır. Qətnamədən belə görünür ki, Cavabdeh3 İddiaçı məxsus mülkiyyəti qeyri-qanuni ələ keçirdikdən sonra təmirinə 800 000 manat, əlavə 70 kv.m sahənin özəlləşdirilməsinə bir xeyrli , bəlli olmayan xərc çəkir daha sonra 2014-cü ildə həmin əmlakı 1.000 500 manata satır və 2016-cı ildə İddiaçıin hüquq-mühafizə orqanlarına şikayətlərindən sonra ona 150 000 manatlıq əmlak verir. Deməli 600 000 ABŞ dolları pulu bankdan kənar, qeyri- rəsmi olaraq aylıq 10 faiz sələmə verən Cavabdeh3 faktiki olaraq 2011-ci ildə qeyri qanuni əldə etdiyi əmlaka üç il ərzində bir milyon manata kimi xərc çəkir nəticədə isə cəmi 500 manat xeyrinə həmin əmlakı özgəninkiləşdirir və məhkəmə də bunu nədənsə inandırıcı sayır. İddiaçı şikayəti əsasında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində Cavabdeh3 barəsində araşdırmalar aparılmış, daha sonra Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cavabdeh3 barəsində ********* saylı cinayət işi açılmışdır. Yəni cavabdehlər AR Mülki Məcəlləsinin 359.3.-cü maddəsinə zidd şəkildə iddiaçının mülkiyyətini 03 dekabr 2011-ci il tarixində satandan beş il sonra, iddiaçı tərəfindən dəfələrlə müxtəlif instansiyalara şikayətlər etdiyini görən Cavabdeh3 səhvini etiraf edərək barışıq təklif etmiş və ilkin olaraq 27 may 2016-cı il tarixində dəyəri 100 000 manat olan iki otaqlı mənzil və 50 000 manat pul vermişdir, bir müddət sonra əmlaklarını satıb 850 000 manat da verəcəyinə söz vermiş lakin İddiaçı şikayətinə əsasən aparılan cinayət təqibinə xitam veriləndən sonra vədinə əməl etməmişdir. Cavabdeh3lə İddiaçı arasında 1 000 000 manat qarşılığında barışıq razılaşmasının olması İddiaçı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində xx.xx.2017-ci il tarixində verdiyi izahatda (izahatın surəti iddia ərizəsinə əlavə olunmuşdur) öz əksini tarmışdır. İddiaçı bu tələbindən heç zaman əl çəkməmişdir. Cavabdeh3lə 150 000 manat qarşılığında razılaşma və barışıq olsaydı həmin məbləğin ödənildiyi zaman tərəflər arasında sadə bir sənəd tərtib olunaraq imzalanardı. İddiaçı əmlakının dəyərini cavabdehdən tam şəkildə tələb edəcəyində hər zaman israrlı olmuşdur və neçə ildir ki, məhkəmə çəkişmələrindədir. Hazırki mübahisə də Cavabdeh3 tərəfindən barəsində cinayət təqibi başlanmazdan əvvəl iddiaçıya vəd verdiyi məbləğin bir qismini ödədikdən və barəsində aparılan cinayət təqibinə xitam verildikdən sonra verdiyi sözə əməl etməməsindən qaynaqlanır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

30. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

31. Məhkəmə kollegiyasının iclasında iddiaçı Salman-zadə Şahin Səfər oğlu və onun nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdilər.

Apellyasiya baxışının hədləri

32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

33. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.

35. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qətnamənin ləğv edilərək, iddia tələbinin tam təmin edilməsinə yöndəldiyindən, apellyasiya baxışının predmetini qətnamənin tam yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

36. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. [16]

37. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

38. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

39. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

40. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

41. Maddə 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər;

42. Maddə 359.3. Təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz;

43. Maddə 360.1. Əgər başqa şəxsin (təmsil edilənin) adından əqdi bağlayan şəxsin (təmsilçinin) başqa şəxsin (təmsil edilənin) adından hərəkət etmək səlahiyyəti olmazsa və ya bu səlahiyyət aşılarsa, əqdin digər tərəfinin təmsilçidən həmin əqdin icrasını və ya əqdin bağlanması nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır, bu şərtlə ki, başqa şəxs (təmsil edilən) əqdi sonradan bəyənməsin;

44. Maddə 364.1. Etibarnamə verilmiş şəxs vəkil edildiyi hərəkətləri şəxsən özü etməlidir. O, etibarnamə ilə buna vəkil edildikdə və ya etibarnaməni verənin mənafelərinin qorunması üçün şəraitin buna məcbur etdiyi halda həmin hərəkətlərin icrasını başqa şəxsə etibar edə bilər;

45. Maddə 364.2. Səlahiyyətləri başqa şəxsə verən bunu etibarnaməni verənə bildirməli və səlahiyyətləri verdiyi şəxs barəsində ona lazımi məlumat verməlidir. Bu vəzifənin icra edilməməsi səlahiyyəti verənin üzərinə səlahiyyətləri verdiyi şəxsin hərəkətləri üçün öz hərəkətləri üçün olduğu kimi məsuliyyət qoyur.

46. Maddə 540.1. Əgər iki şəxs arasında mövcud olan qarşılıqlı tələblərin icra müddəti çatmışsa, həmin tələblərə onların əvəzləşdirilməsi yolu ilə xitam verilə bilər.

47. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

48. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

49. Maddə 560.3.4. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadədir.

AR Mülki Prosessual Məcəlləsi

50. Maddə 14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

51. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

52. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

53. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

54. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

55. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.4-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

56. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmalıdır.

57. Məlum olduğu kimi, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

58. Hazırkı iş üzrə iddiaçının tələbi cavabdehlərin hüquqa zidd hərəkətləri nəticəsində mülkiyyətində olan qeyri-yaşayış sahəsindən məhrum olduğuna görə 850.000 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədədir.

59. Belə ki, iddiaçı sözügedən əmlakın onun iradəsinə zidd olaraq mülkiyyətindən çıxarıldığını cavabdehlərin hüquqa zidd hərəkətləri ilə əsaslandırmış və tələbin qanuni əsası kimi Mülki Məcəllənin 21, 1096.2, 1097.1, 1097.3-cü maddələrinə istinad etmişdir.

60. Bu mənada kollegiya nəzərə alır ki, hazırkı mübahisə üzrə tələbin əsaslılığına qiymət vermək üçün ilk növbədə cavabdehlərin hüquqa zidd hərəkətlərə yol verməsi, bu hərəkətlərin nədə ifadə olunması, həmin hərəkətlərin qanuni olub-olmaması araşdırılmalıdır.

61. İddiaçı iddia edir ki, aralarındakı şifahi razılaşmaya görə onun dostu Həsən Sadıqov "xxxx" ASC-nin İdarə Heyətinin sədri Cavabdeh3 600.000 ABŞ dolları pul götürüb, sözügedən əmlak isə borcun təminatı kimi girov qoyulub. Borcu artıqlaması ilə qaytarsalar da, Cavabdeh3 əlavə faizlər hesablayaraq əmlakı mənimsəyib. Bu məqsədlə Cavabdeh3 ondan xəbərsiz saxta etibarnamə əsasında ona məxsus qeyri-yaşayış sahəsini formal olaraq Bankın işçisi Cavabdeh1 adına alqı-satqı edib, sonuncu da əmlakı Cavabdeh3 atasına bağışlayıb, daha sonra əmlak üçüncü şəxslərə satılıb. 2016-cı ildə "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Bankda baş vermiş qanunsuzluqlar barədə Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciəti əsasında xx.xx.2017-ci il tarixdə Cinayət Məcəlləsinin 178.3.2, 308.1 və 313-cü maddələri ilə istintaq aparılmış, həmin vaxt Cavabdeh3lə aralarında şifahi razılıq olmuş, razılığa əsasən Cavabdeh3 ona 1.000.500 manat qaytaracağına söz vermişdir. Bu razılaşmanın bir hissəsi olaraq, ona 50.000 manat pul və 100.000 manat dəyərində mənzil vermiş, daha 850.000 manat da qaytaracağına da söz vermişdir. Lakin sözünə əməl etməmişdir. Mübahisəli qeyri-yaşayış sahəsi sonuncu dəfə 1.000.500 manata satılıb. Ona görə edilmiş ödənişlər nəzərə alınmaqla 850.000 manat pulun qaytarılmasını xahiş edir.

62. Cavabdeh3 isə iddianı qəbul etməyərək bildirmişdir ki, sözügedən əmlakı ona ödənilməli olan borcun əvəzi olaraq iddiaçının razılığı əsasında satmışdır.

63. Digər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 isə "xxxx" ASC-nin işçiləri olduqlarını, Cavabdeh3 göstərişi ilə hərəkət etdiklərini, həmin əmlaka hər hansı aidiyyətlərinin olmadığını bildirmişlər.

64. Göründüyü kimi iddia tələbi cavabdehlər tərəfindən etiraf olunmadığından iddiaçı əmlakın cavabdehlərin hüquqa zidd hərəkətləri nəticəsində mülkiyyətindən çıxdığını sübuta yetirməlidir.

65. İddiaçı sübutlarını etibarnamənin saxtalaşdırıldığını, alqı-satqı müqaviləsinin formal bağlandığını, əmlakın qısa müddət ərzində 3-4 dəfə addan-ada keçməsi, əmlakın sənədlərinin əsillərinin onda olması, Cavabdeh3lə cinayət işinin istintaqı zamanı razılığın olması, bu faktın cavabdehlərin özləri tərəfindən də etiraf olunması ilə bağlı izahatları ilə əsaslandırmışdır.

66. Halbuki, işdən mübahisəsiz qaydada müəyyən olunur ki, "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Bankda baş vermiş qanunsuzluqlar barədə Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciəti əsasında xx.xx.2017-ci il tarixdə Cinayət Məcəlləsinin 178.3.2, 308.1 və 313-cü maddələri ilə istintaq aparılmışdır.

67. Həmin cinayət işi üzrə Korrupsiyaya qarşı Mübarizə Baş İdarərəsinin böyük müstəntiqi Q.Q.Səfərov tərəfindən xx.xx.2017-ci il tarixli sübutların qiymətləndirilməsi barədə qərar qəbul edilmiş, iddiaçı Salman-zadə Şahin Səfər oğlu, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 adıçəkilən cinayət işində şahid qismində ifadələr vermişdilər. Salman-zadə Şahin Səfər oğlunun ifadəsinə əsasən Sadıqov Həsənlə yaxın dost olaraq Sankt-Peterburq şəhərində biznes fəaliyyəti ilə məşğul olmuşdular. 2008-ci ilin aprel ayında mübahisəli obyekti Əmlak Komitəsində keçirilən hərrac vasitəsilə özəlləşdirmişlər. Bütün sənədləşmə işləri onun adına aparılmış, 2008-ci ilin aprel ayında Çıxarış almışdır. 2009-cu ilin əvvəlində Teymur Əliyev küçəsi, 23 ünvanında obyekt almaq üçün təcili 600.000 ABŞ dolları pula ehtiyacları olmuşdur. 2009-cu ilin əvvəlində Cavabdeh3 600.000 ABŞ dolları məbləğində yüksək faizlə pul almışdır. Lakin Cavabdeh3 həmin pulu rəsmi kredit kimi deyil, sadəcə özünün qoyduğu şərtlər əsasında yüksək faizə vermişdir. Həmin məbləğin götürülməsi, faizlərin ödənilməsi və ümumiyyətlə bütün söhbətlərin əksəriyyətində Həsən özü iştirak etmişdir. 3 ay müddətində Niyaziyə hər ay 30.000 ABŞ dolları faiz ödəmiş, iqtisadi böhran dərinləşdiyinə görə faizləri ödəyə bilməmiş, 9 ay götürdükləri pulun əsas və faiz borcunu ödəyə bilmədiklərinə görə, məbləğ artmağa başlamışdır. 2009-cu ilin dekabr ayında Həsən Niyazi ilə görüşmüş, Cavabdeh3 faizi ödəmədikləri üçün 9 ay üçün 426.000 manat cərimə, 360.000 ABŞ dolları faiz hesablamışdır. Bununla bağlı Bakı şəhərində yerləşən obyektlərini və bir neçə evini satıb əsas borcu tam ödəmişdir. Lakin Niyazi cərimə və faiz borcu ödəməyi tələb etmişdir. Bu səbəbdən Bakı şəhərində yerləşən obyektləri satıb həmin məbləği ödəməyə başlamış, həmçinin 8-ci mikrorayonda yerləşən Hüseynov Niyaziyə və 8-ci kilometrdə yerləşən Xəlilov Sadiqə məxsus mənzilləri Cavabdeh3 vermişdir. Eyni zamanda, ünvan 2 ünvanında yerləşən «Məkan» kafesini, qardaşı Salman-zadə Soltan Səfər oğlunun adına rəsmiləşdirilmiş qeyri-yaşayış sahəsini satmış və 2010-cu ilin dekabr ayınadək ümumiyyətlə 716.000 ABŞ dollarını Cavabdeh3 ödəmişdir. Sonradan Cavabdeh3 qeyriqanuni yollarla ona məxsus obyekti ələ keçirtmişdir.

68. Eyni ifadəni Sadıqov Həsən də vermişdir.

69. Cavabdeh1 və Cavabdeh2 ifadələrinə əsasən Cavabdeh3 2011-ci ilin təxminən noyabr ayında Cavabdeh1 Salman-zadə Şahinin adından ona verilmiş etibarnamə təqdim edərək Salman-zadə Şahinə məxsus obyektin çıxarışının dublikatını alması və alqı-satqısının həyata keçirtməsi barədə göstəriş vermişdir. O, etibarnamə verilən zaman notariat kontorunda olmamış, ümumiyytələ belə bir etibarnamə barədə məlumatı olmamışdır. Cavabdeh3 göstərişinə uyğun olaraq onun təqdim etdiyi etibarnamə əsasında İddiaçı məxsus mübahisəli obyektə dair çıxarışın dublikatının verilməsi üçün DƏDRX-nə ərizə yazmış və həmin ərizə əsasında həmin əmlakın yüklü olmaması barədə arayış və çıxarışın dublikatını almışdır. Sənədlər tam hazır olanda Cavabdeh3 həmin obyekti onun adına alqı-satqı etməyinə göstəriş vermişdir. O, etibarnamə əsasında özüözünə alqı-satqı edə bilməyəcəyindən başqa bir şəxsin iştirakına ehtiyacı olduğundan Cavabdeh3 göstərişinə əsasən xx.xx.2011-ci il tarixdə o, səlahiyyətləri etibarnamə əsasında bankın işçisi Cavabdeh2 ötürmüş, səhərisi gün xx.xx.2011-ci il tarixdə Cavabdeh2 mubahisəli obyekti Cavabdeh1 60.000 manat məbləğində satmışdır. Həmin məbləğ Cavabdeh3 tərəfindən verilmiş və sonradan onun özünə qaytarılmışdır. Cavabdeh1 və Cavabdeh2 bütün hərəkətləri Cavabdeh3 göstərişləri əsasında etmişdilər.

70. Aparılmış istintaq zamanı Salman-zadə Şahin Səfər oğlu xx.xx.2008-ci il tarixdə, yəni onun adından etibarnamə verilən tarixdə Azərbaycan Respublikasında olmadığı və etibarnaməni imzalamadığı barədə ifadə vermişdir. Lakin «Giriş-çıxış və qeydiyyat» idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi vasitəsi ilə əldə edilmiş məlumatdan həmin tarixdə Salman-zadə Şahin Səfər oğlunun həmin tarixdə Azərbaycan Respublikasında olduğu müəyyən edilmişdir. Eyni zamanda iş üzrə məhkəmə-xəttşünaslıq ekspertizası təyin edilmiş, xx.xx.2017-ci il tarixli, 9616 №-li ekspert rəyinə əsasən xx.xx.2008-ci il tarixli etibarnamədə kiril əlifbası ilə yazılmış «Salman-zadə» soyadı və qarşısındakı imzanın Salman-zadə Şahin Səfər oğlu tərəfindən icra olunduğu müəyyən edilmişdir.

71. Goründüyü kimi iddiaçı Salman-zadə Şahin Səfər oğlu Cavabdeh3 tərəfindən 600.000 ABŞ dolları məbləğində borcun verildiyini, borcun təminatı kimi mübahisəli qeyriyaşayış sahəsinin girov qoyulduğunu qəbul edir. İddiaçı 600.000 ABŞ dolları borcun qaytarıldığını cinayət işi üzrə aparılmış istintaq zamanı və hazırkı məhkəmə baxışında da bildirmişdir.

72. Cavabdeh3 isə 600.000 ABŞ dolları borcun verildiyini bildirsə də, həmin borcun sonradan qaytarıldığını etiraf etməmişdir.

73. Belə olan halda, mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı normalarına əsasən borcun qaytarıldığını sübut etmə yükü iddiaçının üzərinə düşür.

74. İddiaçı isə alınmış borcun qaytarılmasına dair məhkəməyə nə yazılı, nə şifahi, heç bir sübut təqdim etməmiş, iş materialları ilə də bu fakt öz təsdiqini tapmamışdır.

75. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir.

76. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır.

77. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər.

78. Məhkəmə kollegiyası qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.

79. İddiaçı 600.000 ABŞ dolları borcun qaytarıldığını təsdiq edən sübut təqdim etmədiyindən Kollegiya belə qənaətə gəlir ki, iddiaçının Cavabdeh3 qarşısında icra olunmamış 600.000 ABŞ dolları borc öhdəliyi olmuş, sözügedən etibarnamə də borcun təminatı kimi girov qoyulmuş qeyri-yaşayış sahəsinin borcun qaytarılmadığı təqdirdə, özgəninkiləşdirilməsi məqsədilə verilmişdir.

80. İddiaçı xx.xx.2008-ci ildə Cavabdeh1 etibarnamə vermədiyini, etibarnamənin saxtalaşdırıldığını bildirsə də, bu fakt cinayət işinin istintaqı zamanı keçirilmiş ekspertizanın rəyi ilə təkzib olunmuş, imzanın və xəttin Salman-zadə Şahinə məxsus olması, eyni zamanda onun həmin tarixdə Azərbaycanda olması faktları təsdiq edilmişdir.

81. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-12093/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, Cavabdeh3 həmin məhkəmə işində üçüncü şəxs qismində iştirak etmiş və izahatında bildirmişdir ki, Həmin əmlak 200.000 manata satılıb, özü isə ora 800.000 manat xərc qoyub. Obyekt tamamilə yararsız olub. Borcu Şahinin dostuna verib, onlar da təminat olaraq Şahinin əmlakını veriblər, sonra da borcu qaytarmayıblar, borcu istəyəndə Şahin həmin əmlakın satılmasına icazə verib, əmlak ucuz qiymətə satılıb, 800.000 pul təmirə sərf edib, karaoke kimi faəliyyət göstərib, Şahin əmlakını qaytarmaq üçün onu barəsində hüquq mühafizə orqanlarına şikayət edib, barəsində cinayət işi rədd edilib. Söz-söhbəti aradan qaldırmaq, Şahini razı salmaq üçün onun həyat yoldaşı Şahinin həyat yoldaşına ev verib.

82. Həmin məhkəmə prosesində İddiaçı də üçüncü şəxs qismində ifadə vermiş və bildirmişdir ki, Cavabdeh3 nə borc, nə faizlə, nə də rəsmi kreditlə pul almışdır. Peterburq şəhərindəki biznesində şərik olduğu dostu Cavabdeh3 aylığı 10 faizlə 600.000 ABŞ dolları üçün faktiki olaraq Cavabdeh3 1,5 milyon dollar borc almış və borcu tam bağlamışdır. “Deka Bankdan” ona xeyli əvvəllər az miqdarda kreditlər aylıq qaytardığından, bankda onun şəxsiyyət vəsiqəsinin surəti qalmışdır. Həmin sənədin surəti ilə Cavabdeh3 ondan xəlvət və onun ehtimalına görə, şəriki Həsən Sadıqova faizlə verdiyi pulun hər ehtimal təminatı olaraq saxtakarlıqla Cavabdeh1 adına etibarnamə almışdır.

83. Cavabdeh1 və Cavabdeh2 cinayət işinin gedişatında verdikləri izahatı apellyasiya baxışında da təsdiq etmiş, alqı-satqının formal aparıldığını bildirmişlər.

84. Mülki qanunvericliyin tələblərinə əsasən əgər iki şəxs arasında mövcud olan qarşılıqlı tələblərin icra müddəti çatmışsa, həmin tələblərə onların əvəzləşdirilməsi yolu ilə xitam verilə bilər (MM, m.540.1).

85. İşin halları, tərəflərin izahatları onu deməyə əsas verir ki, iddiaçı Cavabdeh3 olan borcunu sözügedən qeyri-yaşayış sahəsi ilə əvəzləşdirməklə ödəmək istəmiş, buna iradəsini ifadə edərək məqsədli şəkildə Bankın işçisinin adına etibarnamə vermişdir.

86. Mülki Məcəlləyə əsasən əqd təmsilçi vasitəsi ilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir (359.1).

87. Göründüyü kimi mülki qanunvericilik əqdin təmsilçi vasitəsilə bağlanmasını istisna etmir. Əksinə qanunun imperativ tələbindən göründüyü kimi təmsilçinin etibarnaməyə əsaslanan səlahiyyətə görə təmsil edilən adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Qanunla müəyyən edilmiş qaydada təmsilçiyə etibarnamə vermiş şəxs bağlanmış müqavilənin onun iradə ifadəsini əks etdirmədiyini o halda mübahisələndirə bilər ki, etibarnamə qanunsuz olsun və ya təmsilçi etibarnamə ilə ona həvalə edilmiş səlahiyyətlərdən kənara çıxsın.

88. Sadalanan əsasların mövcudluğunu, eləcə də təmsilçinin digər tərəflə pis niyyətlə razılığa gəldiyini iddia etdiyi halda etibar edən bununla bağlı zəruri sübutları məhkəməyə təqdim etməlidir.

89. İddiaçı isə bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Kollegiya nəzərə alır ki, iddiaçının 600.000 ABŞ dolları borc öhdəliyinin olduğu, mübahisəli əmlakın borcun təminatı kimi girov qoyulduğu halda, həmin əmlaka dair borclu olduğu şəxsin idarə etdiyi Bankın işçisinin adına etibarnamə verilməsi realdır.

90. Tərəflər arasında mövcud olmuş münasibətlərin xarakteri onu deməyə əsas verir ki, iddiaçı qeyd edilən qeyri-yaşayış sahəsinə dair onun üzərində sərəncam verilməsinə dair uzunmüddətli etibarnamə verməklə, borcun qaytarılmayacağı təqdirdə həmin əmlakın özgəninkiləşdiriləcəyini dərk etmiş və buna şüurlu surətdə razılığını bildirmişdir.

91. Bu mənada, kollegiya hesab edir ki, verilmiş borc qaytarılmadığından sözügedən əmlakın etibarnamə əsasında Cavabdeh1 adına alqı-satqı yolu ilə özgəninkiləşdirilməsi iddiaçının iradəsinə uyğun həyata keçirilmişdir.

92. Bundan başqa kollegiya qeyd edir ki, iddiaçı əmlakının əldən çıxması ilə bağlı Cavabdeh3 şikayət verməməsi üçün onunla 1.000.000 manata razılaşdıqlarını, sonuncunun ona 100.000 manat dəyərində 2 otaqlı mənzil və 50.000 manat nəğd pul verdiyini, qalan 850.000 manatın isə qaytarılmadığını, bütün bu hadisələrin 2016-cı ildə baş verdiyini bildirir və qeyri-yaşayış sahəsindən məhrum olduğuna görə 850.000 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutulmasını tələb edir.

93. İş materiallarından görünür ki, Həsən Sadıqov Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində verdiyi izahatında göstərmişdir ki, 2016-cı ilin yay aylarında Cavabdeh3 “Dekabankdan” kənarlaşandan sonra, mübahisəli obyekti satdığını etiraf etmiş, ondan şikayətçi olmasınlar deyə, 1.000.000 manat verəcəyini vəd etmişdir. Növbəti gün Niyazı Vəliyev 100.000 manata qiymətləndirdiyi 2 otaqlı mənzili İddiaçı arvadının adına rəsmiləşdirmiş, 2016-cı ilin iyun ayının sonunda isə 50.000 manat pulu Şahinə vermişdir. Qalan 850.000 manatı isə qısa müddətdə ödəyəciyini bildirmişdir. Bir müddət sonra isə Bankın fəaliyyət göstərmədiyini, ciddi maliyyə problemləri olduğunu, həmin məbləği Vahid Rzayevdən tələb etməyi məsləhət görmüşdür. Sonuncu isə Niyazınin ona 7.000.000 manat pulunu mənimsədiyini bildirmişdir.

94. İddiaçı də Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində oxşar məzmunlu izahat vermişdir.

95. Cavabdeh3 isə iddiaçı ilə aralarında 1.000.000 manata dair razılaşma olmadığını, 150.000 manatın verilməsinin isə iddiaçının onun barəsində müxtəlif orqanlara şikayət etdiyi üçün veridiyini bildirir.

96. Mülki proses üçün səciyyəvi olan formal həqiqət prinsipinə əsasən hakim faktlarla və hallarla bağlı tərəflərin dəlillərinin həqiqiliyini yalnız o zaman müəyyən edə bilər ki, onları qarşı tərəf mübahisələndirsin. Başqa sözlə, hakim yalnız tərəflərin mübahisələndirdikləri hallarla bağlı məhkəməyə təqdim etdiyi faktiki halları və sübutları nəzərə almalıdır.

97. Mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı normalarına əsasən baxılan iş üzrə iddiaçı cavabdehlə aralarında 1.000.000 manata dair razılaşma olduğunu, həmin razılaşmanın şərtlərinin cavabdeh tərəfindən tam yerinə yetirilmədiyini sübut etməlidir. İddiaçı isə bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmiş, iş materialları ilə də bu fakt öz təsdiqini tapmamışdır.

98. Bundan əlavə, Kollegiya onu da qeyd edir ki, iddiaçının bildirdiyi kimi həqiqətən cavabdehlə aralarında 1.000.000 manata dair razılaşma olduğu, cavabdehin ona 150.000 manat ödədiyi, qalan 850.000 manat isə ona qaytarılmamış olduğu halda, hüququnun pozulduğunu bildiyi 2016-cı ildən keçən 5 il ərzində həmin qalıq məbləğin tələb edilməsi ilə bağlı məhkəməyə müraciət etməməsinin səbəblərini ağlabatan dəlillərlə əsaslandıra bilməmişdir. Bu isə onların arasında həqiqətən də, belə bir razılaşmanın mövcud olmasına əsaslı şübhələr yaradır.

99. Qeyd edilənlərdən bu nəticəyə gəlmək olur ki, iddiaçıya məxsus qeyriyaşayış sahəsi onun mülkiyyətindən qanunsuz olaraq deyil, iddiaçının öz iradəsinə uyğun olaraq, onun verdiyi etibarnamə əsasında, icra edilməmiş borc öhdəliyinin əvəzləşdirilməsi məqsədi ilə 2011-ci ildə çıxmışdır. Buna baxmayaraq, iddiaçının müxtəlif orqanlara şikayət etməsi səbəbindən Cavabdeh3 tərəfindən iddiaçıya 2016-cı ildə 100.000 manat dəyərində əmlak və 50.000 manat pul verilmiş, iddiaçı həmin əmlakı və pulu qəbul etmişdir. Bundan daha 5 il keçdikdən sonra, yəni 2021-ci ildə iddiaçı yenidən həmin əmlakın qeyri-qanuni onun mülkiyyətindən çıxmasını iddia etməklə cavabdehlərdən 850.000 manat pul tələb etmişdir.

100. Göründüyü kimi iddiaçı götürülmüş borcun təminatı olaraq mübahisəli əmlak üzərində sərəncam verilməsinə dair cavabdehə etibarnamə verməklə həmin borcun qaytarılmayacağı təqdirdə bu əmlakın hesabına borcun ödəniləcəyinə onu inandırmış, lakin sonradan əmlakın həmin etibarnamə əsasında onun mülkiyyətindən çıxmasının qanunsuz olmasını iddia etmişdir.

101. Kollegiya hesab edir ki, iddiaçının həmin əmlakın onun sahibliyindən hüquqa zidd yolla çıxmasına istinad etməklə hazırkı tələbi irəli sürməsi hüquqdan sui-istifadə kimi qiymətləndirilməlidir.

102. Belə ki, mülki qanunvericiliyin tələblərinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqa zidd davranış hesab edilir.

103. Mülki qanunvericilikdə həmçinin, hüquqdan sui-istifadəyə yol verilməməsi, bu əsas üzərində həyata keçirilən razılaşma və hərəkətlərın isə etibarsız olması təsbit edilmişdır.

104. Beləliklə, işin məhkəmə iclasında araşdırılan hallarından bu nəticəyə gəlmək olur ki, iddiaçı mübahisəli qeyri-yaşayış sahəsinin onun iradəsinə zidd mülkiyyətindən çıxarılmasını və nəticədə ona 850.000 manat ziyan dəyməsini sübuta yetirə bilməmişdir. Ona görə də, iddia əsassız olmuşdur.

105. Lakin birinci instansiya məhkəməsinin qətnaməsindən müəyyən edilir ki, məhkəmə iş üzrə qərar qəbul edərkən işin yuxarıda göstərilən hallarını düzgün müəyyən etməmiş, habelə yuxarıda qeyd edilən maddi hüquq normalarına istinad etməməklə, tələbin qanuni əsasının müəyyən edilməsində səhvə yol vermişdir.

106. Nəticədə məhkəmənin iş üzrə iddianın rədd edilməsinə dair gəldiyi nəticə doğru olsa da, iddianın əsassızlığı ilə bağlı hüquqi mövqeyi düzgün olmamışdır.

107. Habelə, məhkəmə hazırkı iddianı rədd edərkən iddiaçı tərəfindən iddia müddətinin ötürülməsinə istinad etmişdir.

108. Kollegiya qeyd edir ki, hazırkı iddia tələbi mülki hüquq-pozuntusu nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi ilə bağlı olmuşdur. Bu növ iddialar üzrə iddia müddəti 10 il təşkil edir (MM maddə 373.1).

109. İddiaçı hazırkı iddianı irəli sürərkən xx.xx.2011-ci il tarixli alqı-satqı müqaviləsi nəticəsində ona məxsus olmuş əmlakın onun sahibliyindən çıxmasına istinad etmiş, hazırkı iddianı isə xx.xx.2021-ci il tarixdə irəli sürmüşdür. Deməli, hazırkı iş üzrə iddia müddəti ötürülməmişdir.

110. Yuxarıda göstərilənlərə əsasən Kollegiya apellyasiya şikayətinin dəlillərini qismən əsaslı hesab edir və bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi yuxarıda göstərilən hallara və maddi hüquq normalarına əsasən təmin edilməməlidir.

111. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(008)-638/2022 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar