Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-62/2022 23.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kərimli İlham Əziz oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdeh1 iştirakları ilə, Sabunçu Rayon Məhkəməsinin 2(008)-4098/2017 saylı, 12 oktyabr 2017-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları: İddiaçı cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 adına olan 11 fevral 2017-ci il tarixli RX seriyalı ******* nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın etibarsız hesab edilməsi və Cavabdeh1 onun istifadəsində olan 0,12 ha mübahisəli torpaq sahəsindən istifadəsi ilə bağlı hər hansı maneənin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda, Cavabdeh1 cavabdehlər İddiaçı və Sabunçu rayonu Kürdəxanı Bələdiyyəsinə qarşı qarşılıqlı iddia verərək, Kürdəxanı Bələdiyyəsi ilə İddiaçı arasında bağlanmış 11 fevral 2006-cı il tarixli 537 saylı icarə müqaviləsinin etibarsız hesab edilməsi, mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi ərazisində sahəsi 0,12 ha olan 1141 saylı bağ sahəsindən İddiaçı çıxarılması, 5 mişar daşı hündürlüyündə çəkilmiş hasarın üstünə əlavə olaraq tikilən hissəsinin sökülməsi vəzifəsinin həmin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sabunçu Rayon Məhkəməsinin 2(008)-4098/2017 saylı, 12 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRXnin Bakı şəhər Ərazi İdarəsinə qarşı “daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi, torpaq sahəsindən istifadə ilə bağlı yaranan hər hansı maneçiliyin aradan qaldırılması” barədə ilk iddiası rədd, iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı, Sabunçu rayonu Kürdəxanı Bələdiyyəsinə qarşı “müqavilənin etibarsız hesab edilməsi, bağdan çıxarılma, əlavə tikililərin sökülməsi” barədə qarşılıqlı iddiası təmin edilərək, Kürdəxanı Bələdiyyəsinin 11 fevral 2006-cı il tarixli, 537 saylı torpaq icarə müqaviləsi etibarsız hesab edilərək, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən və Cavabdeh1 mülkiyyətində olan 1141 saylı bağ sahəsindən çıxarılması və həmin bağ sahəsində 5 mişar daşı hündürlüyündə çəkilmiş hasarın üstünə əlavə olaraq tikilmiş hissənin İddiaçı hesabına sökülməsi qət edilmişdir. Cavabdeh qətnaməni mübahisələndirməmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)- 2720/2018 saylı, 05 noyabr 2018-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 12 oktyabr 2018-ci il tarixli qətnaməsi qismən qarşılıqlı iddia ərizəsinin təmin edilməsi hissəsində ləğv edilmiş, qarşılıqlı iddia ərizəsi rədd olunmuşdur. Cavabdeh1 və vəkili Akif Əliyev qətnamədən kassasiya şikayəti vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 26 fevral 2019-cu il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2720/2018 saylı, 05 noyabr 2018-ci il tarixli qətnaməsi qismən - iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı, Sabunçu rayonu Kürdəxanı Bələdiyyəsinə qarşı “torpaq icarə müqaviləsinin etibarsız sayılması, torpaq sahəsindən çıxarılma və daş hasarın üstünə əlavə olaraq tikilən hissənin sökülməsi”nə dair qarşılıqlı iddia ərizəsinin rədd edilməsi hissəsində ləğv edilmiş, mülki iş həmin hissədə yenidən baxılması Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5996/2019 saylı, xx.xx.2019 tarixli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4098/2017 saylı iş üzrə 12 oktyabr 2017-ci il tarixli qətnaməsi qismən -ilk iddia ərizəsinin təmin edilməmiş “çıxarışın etibarsız hesab edilməsi” hissəsində ləğv edilsin və həmin hissədə işin icraatına işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə xitam verilmiş, İddiaçı aidiyyəti üzrə İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmək hüququ izah olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 03 iyun 2019-cu il tarixli qətnaməsi ilə hazırkı iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4098/2018 saylı işi üzrə 12 oktyabr 2018-ci il tarixli qətnaməsi İddiaçı cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRXnin Bakı şəhər Ərazi İdarəsinə qarşı “torpaq sahəsindən istifadə ilə bağlı yaranan hər hansı maneçiliyin aradan qaldırılması” barədə ilk iddiasının rədd, iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı və Sabunçu rayonu Kürdəxanı Bələdiyyəsinə qarşı “müqavilənin etibarsız hesab edilməsi, bağdan çıxarılma, əlavə tikililərin sökülməsi” barədə qarşılıqlı iddiasının təmin edilməsi hissələrində dəyişdirilmədən saxlanılması qət edilmişdir. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-6016/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, İddiaçı kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 03 iyun 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-6016/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə Cavabdeh1 kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə 06 iyun 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İşə yenidən apellyasiya qaydasında baxılarkən Bakı Apellyasiya Məhkəməsinin (103)- 8307/2018 saylı, 05 sentyabr 2018-ci il tarixli qərardadı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin icraatında olan İddiaçı cavabdeh DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi, üçüncü şəxs Cavabdeh1 qarşı “torpaq sahəsinə dair plan-ölçünün etibarsız hesab edilməsi” tələbinə dair 2-1(82)-2763/2019 saylı inzibati iş üzrə yekun məhkəmə aktı qəbul edilənə qədər hazırkı iş üzrə icraat dayandırılmışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə İddiaçı cavabdeh DƏDRXnin 1 saylı Bakı Ərazi İdarəsi, üçüncü şəxs Cavabdeh1 qarşı “torpaq sahəsinə dair planölçünün etibarsız hesab edilməsi” tələbinə dair inzibati iş üzrə iddia təmin edilmiş, AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi ərazisində sahəsi 0,12 ha olan 1141 saylı bağ sahəsinə dair Cavabdeh1 adına verilmiş torpaq sahəsinin planı və ölçüsü ləğv edilərək, həmin bağ sahəsinə dair Bağların bölgüsü sxematik xəritəyə uyğun yeni “torpaq sahəsinin planı və ölçüsü”nün tərtib edilməsi vəzifəsi AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Həmin qərardan üçüncü şəxs Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-206/2021 saylı, 04 mart 2021ci il tarixli qərarı ilə təmin edilməmiş, iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1394/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 06 iyun 2022 -ci il tarixli qərardadı ilə mülki iş üzrə icraat təzələnmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi N.Quliyeva apellyasiya şikayətini müdafiə edərək, bildirdi ki, iddiaçının Cavabdeh1 qarşı “torpaq sahəsinə dair plan-ölçünün etibarsız hesab edilməsi” tələbinə dair iddiası Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir, həmin qərar da hazırda qanuni qüvvədədir, bununla da müəyyən olunur ki, cavabdehin hər hansı hüquqları pozulmur, onlar özü torpaq sahəsində tikili aparıblar, bu səbəbdən apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdeh apellyasiya şikayəti ilə razılaşmayaraq şikayətin əsassız olduğunu və təmin edilməməsini xahiş etdi. Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, digər tərəflər məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədiqi: Mülki iş materiallarına əlavə edilmiş Bakı şəhər İHB-nın 05 avqust 1994-cü il tarixli, 1085 saylı sərəncamından çıxarışdan görünür ki, Bakı şəhər Soveti İK-nin 14 iyun 1988-ci il tarixi, 6/333 saylı və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 iyun 1988-ci il tarixli, 195 saylı qətnaməsinə əsasən Pirşağı qəsəbəsində yerləşən 1141 T saylı bağ sahəsi Cavabdeh1 istifadəsinə ayrılmış və həmin sərəncam əsas tutulmaqla Bağlar Təsərrüfatı İdarəsi tərəfindən sonuncunun adına 20 saylı order verilmişdir. Bundan sonra həmin sənədlər əsas tutulmaqla 09 fevral 2017-ci il tarixdə DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən sözügedən bağ sahəsinə dair Zeynal Əliyvin adına “torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmiş və 11 fevral 2017-ci il tarixli Çıxarışa əsasən həmin bağ sahəsi daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə Cavabdeh1 adına qeydə alınmışdır. Mülki iş materiallarında olan 13 fevral 2006-cı il tarixli, 537 saylı torpaq icarə müqaviləsinin surətindən görünür ki, həmin müqaviləyə əsasən Kürdəxanı qəsəbəsi, Kürdəxanı bağlarının Şimal hissəsində yerləşən ümumi sahəsi 1200 m2 olan torpaq sahəsi Kürdəxanı Bələdiyyəsi tərəfindən 10 il müddətinə İddiaçı icarəyə verilmişdir. 28 sentyabr 2011-ci il tarixdə torpaq icarə müqaviləsi əsas tutularaq Kürdəxanı Bələdiyyəsi tərəfindən sənəd üzrə sahəsi 1200 m2 olan 1140 T saylı torpaq sahəsinə dair İddiaçı adına “plan-cizgi sənədi” tərtib edilməklə, həmin sənəd bələdiyyənin dairəvi möhürü ilə təsdiq edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 sentyabr 2017-ci il tarixli rəyi ilə müəyyən olunur ki, tərəflərin mübahisə etdikləri torpaq sahəsi bağlar üçün ayrılmış ərazi olmaqla, dövlət mülkiyyəti torpağıdır. Kürdəxanı Bələdiyyəsinin 13 fevral 2006-cı il tarixli 537 saylı torpaq icarə müqaviləsinə əsasən İddiaçı verilmiş Kürdəxanı qəsəbəsi, Kürdəxanı bağlarının Şimal hissəsində yerləşən ümumi sahəsi 1200 m2 olan torpaq sahəsi ilə, 11 fevral 2017-ci il tarixli Çıxarışa əsasən Cavabdeh1 mülkiyyətində olan Pirşağı qəsəbəsində yerləşən “plan və ölçü sənədin”də göstərilən 1141 saylı bağ sahəsinin göstəriciləri üst-üstə düşür. Həmin Mərkəzin işə əlavə edilmiş digər 24 sentyabr 2018-ci il tarixli rəyindən görünür ki, İddiaçı faktiki iddia etdiyi (iddiasına əsasən istifadəsində olan) 1140 saylı bağın naturada sahəsi 1644 m2 -dir. Bağların bölgüsünə dair sxematik xəritəyə əsasən həmin (mübahisələndirilən hissədə) ərazidə 1139, 1140 və 1141 saylı bağların nömrələri qeyd edilmişdir. İddiaçı faktiki iddia etdiyi (iddiasına əsasən istifadəsində olan) bağ sahəsinə keçmiş BTİ və İB tərəfindən heç bir ilkin hüquq müəyyənedici sənədlər, order verilməmiş, icarə müqaviləsi bağlanmamışdır. Mübahisələndirilən ərazidə yerləşən bağların bölgü xəritəsinin sxematik olması səbəbindən (xəritədə miqyas və yaxud ölçülərin göstərilməməsi səbəbindən) hüquqların dövlət qeydiyyatına alınması işləri naturada faktiki mövcud olan hasar daxilində aparılaraq İddiaçı faktiki iddia etdiyi (iddiasına əsasən istifadəsində olan 1140 saylı) 1644 m2 torpaq sahəsinin 1200 m2 hissəsi 1141 saylı bağ sahəsi kimi Cavabdeh1 adına qeydə alınmışdır. Reyestr Xidmətinin məlumatına görə mübahisələndirilən ərazidə yerləşən bağ sahələrində qonşular arasında hasarlanma işləri düzgün aparılmadığı üçün 1141 saylı bağın bir çox hissəsi 1139 saylı bağın mövcud olan hasarının hüdudları daxilində qalmışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə İddiaçı cavabdeh DƏDRXnin 1 saylı Bakı Ərazi İdarəsi, üçüncü şəxs Cavabdeh1 qarşı “torpaq sahəsinə dair planölçünün etibarsız hesab edilməsi” tələbinə dair inzibati iş üzrə iddia təmin edilmiş, AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi ərazisində sahəsi 0,12 ha olan 1141 saylı bağ sahəsinə dair Cavabdeh1 adına verilmiş torpaq sahəsinin planı və ölçüsü ləğv edilərək, həmin bağ sahəsinə dair Bağların bölgüsü sxematik xəritəyə uyğun yeni “torpaq sahəsinin planı və ölçüsü”nün tərtib edilməsi vəzifəsi AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Həmin qərardan üçüncü şəxs Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-206/2021 saylı, 04 mart 2021ci il tarixli qərarı ilə təmin edilməmiş, iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1394/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-212/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin olunaraq, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmiş, ekspert qarşısında Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi ərazisində sahəsi 0,12 ha olan 1141 saylı bağ sahəsi (həmin torpaq sahəsinə verilmiş yeni plan və ölçüsü nəzərə alınmaqla) ilə 13 fevral 2006-cı il tarixli, 537 saylı torpaq icarə müqaviləsi ilə Kürdəxanı qəsəbəsi, Kürdəxanı bağlarının Şimal hissəsində yerləşən ümumi sahəsi 1200 kv.metr olan İddiaçı icarəyə verilmiş 1140 T saylı torpaq sahəsinin üstüstə düşüb-düşmədiyinin müəyyən edilməsi və həmçinin həmin torpaq sahələrinin üst-üstə düşdüyü halda, hansı hissədə neçə kvadrat metr hissəsinin düşməsi, orada hər hansı tikililərin olub-olmaması və sair yerində araşdırılmaqla müəyyən edilməsi sualları qoyulmuşdur. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/1435 saylı ekspertiza rəyi ilə Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi ərazisində sahəsi 0,12 ha olan 1141 saylı bağ sahəsinin, naturada mübahisələndirilən torpaq sahəsi ilə tam olaraq üst-üstə düşmədiyi müəyyən edildi. Mütəxəssis rəyinin verilməsi üçün 27276 saylı qəbzdən görünür ki, ekspertizanın keçirilməsi ilə bağlı 311 (üç yüz on bir) manat məbləğində pul vəsaiti iddiaçının nümayəndəsi X2 tərəfindən AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi "xxxx" MMCnin hesabına ödənilmişdir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 26 fevral 2019-cu il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2720/2018 saylı, 05 noyabr 2018-ci il tarixli qətnaməsi qismən - iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı, Sabunçu rayonu Kürdəxanı Bələdiyyəsinə qarşı “torpaq icarə müqaviləsinin etibarsız sayılması, torpaq sahəsindən çıxarılma və daş hasarın üstünə əlavə olaraq tikilən hissənin sökülməsi”nə dair qarşılıqlı iddia ərizəsinin rədd edilməsi hissəsində ləğv edilmiş, mülki iş həmin hissədə yenidən baxılması Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Belə olan halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə əsasən iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı, Sabunçu rayonu Kürdəxanı Bələdiyyəsinə qarşı “torpaq icarə müqaviləsinin etibarsız sayılması, torpaq sahəsindən çıxarılma və daş hasarın üstünə əlavə olaraq tikilən hissənin sökülməsi” qarşılıqlı iddia ərizəsi hissəsində yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyərək, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə qarşılıqlı iddia tələbi hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin tələbinə görə kasassiya qaydasında işə baxan məhkəmənin qərarında şərh olunan göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli Qərarında da müəyyən edilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiya məhkəməsi üçün məcburidir. Məhkəmə Kollegiyası hazırkı mülki işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının Qərarında qeyd edilmiş göstərişlər Konstitusiya Məhkəməsinin qeyd edilən Qərarında nəzərdə tutulmuş “qanuni hədlər daxilində” olduğundan, həmin göstərişlərlə razılaşaraq onları nəzərə alır. Kollegiya qeyd edir ki, işə yenidən apellyasiya qaydasında baxılarkən Bakı Apellyasiya Məhkəməsinin (103)-8307/2018 saylı, 05 sentyabr 2018-ci il tarixli qərardadı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin icraatında olan İddiaçı cavabdeh DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi, üçüncü şəxs Cavabdeh1 qarşı “torpaq sahəsinə dair plan-ölçünün etibarsız hesab edilməsi” tələbinə dair 2-1(82)-2763/2019 saylı inzibati iş üzrə yekun məhkəmə aktı qəbul edilənə qədər hazırkı iş üzrə icraat dayandırılmışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə İddiaçı cavabdeh DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi, üçüncü şəxs Cavabdeh1 qarşı “torpaq sahəsinə dair plan-ölçünün etibarsız hesab edilməsi” tələbinə dair inzibati iş üzrə iddia təmin edilmiş, AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi ərazisində sahəsi 0,12 ha olan 1141 saylı bağ sahəsinə dair Cavabdeh1 adına verilmiş torpaq sahəsinin planı və ölçüsü ləğv edilərək, həmin bağ sahəsinə dair Bağların bölgüsü sxematik xəritəyə uyğun yeni “torpaq sahəsinin planı və ölçüsü”nün tərtib edilməsi vəzifəsi AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Həmin qərardan üçüncü şəxs Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-206/2021 saylı, 04 mart 2021ci il tarixli qərarı ilə təmin edilməmiş, iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-1394/2020 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, qüvvədə olan məhkəmə qərarı ilə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi ərazisində sahəsi 0,12 ha olan 1141 saylı bağ sahəsinə dair Cavabdeh1 adına verilmiş torpaq sahəsinin planı və ölçüsü ləğv edildiyindən onun hazırkı qarşılıqlı iddia tələbinin əsassız olduğu müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılması”na dair 30 iyul 2008-ci il tarixli qərarında aşağıdakıları qeyd etmişdir. Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.» Göstərilənlərə əsasən Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 hazırkı qarşılıqlı iddia tələbi əsassız olduğundan birinci instansiya məhkəməsinin qətnaməsi qarşılıqlı iddia tələbi hissədə ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 388-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin olunmalı, hazırkı iş üzrə rayon məhkəməsinin qətnaməsi, qismən, iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı, Sabunçu rayonu Kürdəxanı Bələdiyyəsinə qarşı “torpaq icarə müqaviləsinin etibarsız sayılması, torpaq sahəsindən çıxarılma və daş hasarın üstünə əlavə olaraq tikilən hissənin sökülməsi” qarşılıqlı iddia ərizəsi hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia ərizəsi və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu tərəflərin özünə aid edilməli, ekspertiza tədqiqatlarının dəyəri cavabdehdən tutulmalıdır. Mütəxəssis rəyinin verilməsi üçün 27276 saylı qəbzdən görünür ki, ekspertizanın keçirilməsi ilə bağlı 311 (üç yüz on bir) manat məbləğində pul vəsaiti iddiaçının nümayəndəsi X2 tərəfindən AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi "xxxx" MMCnin hesabına ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, 311 (üç yüz on bir) manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Sabunçu Rayon Məhkəməsinin 2(008)-4098/2017 saylı, 12 oktyabr 2017-ci il tarixli qətnaməsi qismən, iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı, Sabunçu rayonu Kürdəxanı Bələdiyyəsinə qarşı “torpaq icarə müqaviləsinin etibarsız sayılması, torpaq sahəsindən çıxarılma və daş hasarın üstünə əlavə olaraq tikilən hissənin sökülməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi hissəsində ləğv olunsun, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin, qarşılıqlı iddia tələbi təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat dövlət büdcəsinə SAP (XİİS) hesabı X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE******************** hesablaşma hesabına, mütəxəssis rəyinin verilməsi üçün ödənilmiş 311 (üç yüz on bir) manat məbləğində pul vəsaiti isə İddiaçı Cavabdeh1 alınaraq ödənilsin. İddia ərizəsi və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu tərəflərin özünə aid edilsin. Qətnamə rəsmən təqdim edildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: İlham Kərimli Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-62/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-62/2022
23.06.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver