Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-62/2025 07.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bir icraatda birləşdirilmiş İddiaçı cavabdehlər Cavabdeh1 və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı birinci, iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı və "xxxx" Mənzil–Tikinti Kooperativinə qarşı ikinci mülki iş üzrə Açar sözlər: çıxarışın və texniki pasportun ləğv edilməsi, qeyri-yaşayış sahəsindən çıxarılma və sahənin təhvil verilməsi, əqdin bir hissəsinin etibarsız hesab edilməsi X3 (sədrlik edən və məruzəçi), X11 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X6, Birinci iş üzrə iddiaçı, ikinci iş üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Birinci iş üzrə cavabdeh, ikinci iş üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə Bir icraatda birləşdirilmiş İddiaçı cavabdehlər Cavabdeh1 və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın və texniki pasportun ləğv edilməsi, qeyri-yaşayış sahəsindən çıxarılma və sahənin təhvil verilməsi” tələbinə dair birinci mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-38/2022 saylı, xx.xx.2022cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən və iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı və "xxxx" Mənzil-Tikinti Kooperativinə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair ikinci mülki iş üzrə çıxarılmış Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e- 2(011)-11/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən cavabdeh İddiaçı tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İşin halları
1. Cavabdeh1 ilə "xxxx" MTK arasında xx.xx.2006-cı il tarixdə bağlanmış müqaviləyə əsasən Bakı ŞİH-nin 267 saylı, xx.xx.2005-ci il tarixli sərəncamına əsasən MTK onun üzvlərinin (payçılarının) vəsaiti və imkanları hesabına tikilən Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında yüksək mərtəbəli binanın tikintisi başa çatdıqdan sonra həmin binanın A girişinin 1-ci mərtəbəsində 220 kv.m. təşkil edən ümumi dəyəri 700.000 manat olan qeyriyaşayış sahəsini Cavabdeh1 (payçıya) verməyi, Cavabdeh1 (payçı) isə həmin qeyriyaşayış sahəsinin tam dəyərini ödəməklə sahəni qəbul etməyi öz öhdəsinə götürmüşdür. Kooperativin sədri tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli maliyyə arayışına əsasən həmin qeyri-yaşayış sahəsi Cavabdeh1 məxsusdur, onun pay dəyəri 700.000 manat təşkil edir, qeyri-yaşayış sahəsinin dəyəri tam ödənilibdir, qalıq borcu yoxdur.
2. İddiaçı ilə "xxxx" MTK arasında xx.xx.2007-ci il tarixdə bağlanmış müqaviləyə əsasən Bakı ŞİH-nin 267 saylı, xx.xx.2005-ci il tarixli sərəncamına əsasən MTK onun üzvlərinin (payçılarının) vəsaiti və imkanları hesabına tikilən Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında yüksək mərtəbəli binasının tikintisi başa çatdıqdan sonra həmin binanın A1 girişinin 1-2-3-4-cü mərtəbəsində yerləşən və 1-ci mərtəbənin ümumi sahəsi 130 kv.m, 2-ci mərtəbənin ümumi sahəsi 130 kv.m, 3-cü mərtəbənin ümumi sahəsi 300 kv.m, 4-cü mərtəbənin ümumi sahəsi 300 kv.m., ümumilkdə 860 kv.m. təşkil edən və ümumi dəyəri 1.290.000 manat olan qeyri-yaşayış sahəsini İddiaçı (payçıya) verməyi, sonuncu (payçı) isə həmin qeyri-yaşayış sahəsinin tam dəyərini ödəməyi öhdəsinə götürmüşdür.
3. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5834/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsinə əsasən İddiaçı Ağali oğlunun “X22” MTK-ya qarşı iddiası təmin edilərək aralarında bağlanmış xx.xx.2007-ci il tarixli, 11 saylı müqaviləyə əsasən MTK-nın Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında inşa etdiyi yüksək mərtəbəli binanın A1 girişinin 1-2-3-4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 860 kv.m., o cümlədən, 1-ci mərtəbədə ümumi sahəsi 130 kv.m, 2-ci mərtəbədə ümumi sahəsi 130 kv.m, 3-cü mərtəbədə ümumi sahəsi 300 kv.m, 4-cü mərtəbədə ümumi sahəsi 300 kv.m. olan qeyriyaşayış sahəsinə İddiaçı sahiblik və istifadə hüququnun tanınması, həmin müqaviləyə əsasən göstərilən sahədə qeyri-yaşayış sahəsinin İddiaçı istifadəsinə və sahibliyinə verilməsinin MTK-ya həvalə edilməsi, xx.xx.2007-ci il tarixli, 32 saylı müqaviləyə əsasən eyni ünvanda inşa edilmiş yaşayış binasının A1 blokunun 10-11-12-ci mətəbələrində yerləşən ümumi sahəsi 1.770 kv.m. olan yaşayış sahəsinə İddiaçı sahiblik və istifadə hüququnun tanınması, həmin yaşayış sahəsinin sonuncunun sahiblik və istifadəsinə verilməsinin MTK-ya həvalə edilməsi qət edilmişdir. Həmin iş üzrə MTK tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətləri müvafiq olaraq Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1496/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2939/2016 saylı, xx.xx.2016-cı il tarixli Qərarı ilə təmin edilməmişdir.
4. Cavabdeh1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “hüququn qeydə alınması və çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin 2-1(82)- 4488/2017 saylı, xx.xx.2017-ci il tarixli qərarı ilə təmin edilmiş, “X22” MTK-nın Bakı şəhəri, Xocalı prospekti, 32 ünvanında inşa etdiyi yüksək mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən 220 kv.m. qeyri-yaşayış sahəsi üzərində Cavabdeh1 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, reyestrdən çıxarışın verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Həmin qərarın icrası qaydasında Cavabdeh1 həmin qeyriyaşayış sahəsinə dair mülkiyyət hüququ xx.xx.2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatına alınmış (Qeydiyyat nömrəsi: **********) və ona bu barədə ******* nömrəli Çıxarış verilmişdir.
5. İddiaçı 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsində baxılan iş üzrə üçüncü şəxs qismində cəlb edilməsi barədə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş, onun ərizəsi həmin məhkəmin xx.xx.2019-cu il tarixli qərardadı ilə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli qərardadı ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmişdir. Sonda İddiaçı Azərbaycan Respublikası Ali Məhkəməsinə verdiyi kassasiya şikayəti təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli qərardadı ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılmışdır. İşə ikinci dəfə baxan Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli qərarı ilə İddiaçı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadından verdiyi şikayət təmin edilərək, həmin qərardad ləğv edilmiş, İddiaçı Ağaəli oğlu 2-1(82)-4488/2017 saylı inzibati iş üzrə 3-cü şəxs qismində məhkəmə icraatına cəlb edilmiş, eyni zamanda 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin xx.xx.2017 il tarixli, 2-1(82)-4488/2017 saylı qərarı ləğv edilərək, həmin inzibati iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir.
6. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4189/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarına əsasən iddiaçı Cavabdeh1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər İddiaçı və “X23” MTK) “hüququn qeydə alınması və çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. Həmin qərardan iddiaçı tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətləri müvafiq olaraq Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)- 2465/2021 saylı, xx.xx.2021-ci il tarixli və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)-702/2022 saylı qərarı ilə təmin edilməmişdir.
7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/361 saylı ekspert rəyinə əsasən Cavabdeh1 ilə "xxxx" MTK arasında bağlanmış xx.xx.2006-cı il tarixli müqaviləyə əsasən satılmış 220 kv.m. qeyri-yaşayış sahəsi və İddiaçı ilə "xxxx" MTK arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən satılmış 130 kv.m. qeyri-yaşayış sahəsinin həmin müqavilə əsasında "xxxx" MTK tərəfindən Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 32 ünvanında inşa edilmiş yüksək mərtəbəli binanın A-1 korpusunun birinci mərtəbəsində yerləşdiyi müəyyən edilir. Lakin Cavabdeh1 və İddiaçı müqaviləyə əsasən satılmış qeyri-yaşayış sahələrinin yerləşməsinə dair ayrıc aktı və ya plan-sxem müqavilələrə əlavə edilmədiyindən, həmin sahələrin binanın faktiki olaraq hansı hissəsində yerləşməsini müəyyən etmək mümkün omadı.
Birinci instansiya məhkəməsində icraat
8. Birinci iş üzrə İddiaçı cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələrlə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 32 (1181-ci məhəllə) ünvanında ”Hom-Paş Prestij” MTK tərəfindən inşa olunmuş yüksək mərtəbəli yaşayış binasının A1 blokunun 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 203.1 kv.m. olan qeyri-yaşayış sahəsinə dair Cavabdeh1 adına Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər ərazi idarəsindən verilmiş xx.xx.2017-ci il tarixli, RX serialı, ******* nömrəli çıxarış və həmin çıxarış əsasında tərtib edilmiş texniki pasportun ləğv edilməsi, Bakı şəhəri, Xətai rayonu, Xovalı prospekti, 32 (1181-ci məhəllə) ünvanında inşa olunmuş yüksək mərtəbəli yaşayış binasının A1 blokunun 1-ci mərtəbəsində 1-4 oxları ilə D-E oxları arasında yerləşən qeyri-yaşayış sahəsindən Cavabdeh1 çıxarılması və qeyri-yaşayış sahəsinin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddiaçı tələbini işin yuxarıda göstərilmiş faktiki hallarına istinad edərək onunla əsaslandırmışdır ki, onun Hompaş Prestij MTK-dan xx.xx.2007-ci il tarixli, 11 saylı müqaviləyə əsasən aldığı və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsinə əsasən üzərində sahiblik və istifadə hüququ tanınmış Bakı şəhəri Xocalı prospekti 32 ünvanında inşa edilmiş yüksək mərtəbəli binanın A1 blokunun 1-2-3-4-cü mərtəbələrində yerləşən ümumi sahəsi 860 kv.m, o cümlədən 1-ci mərtəbədə ümumi sahəsi 130 kv.m qeyri-yaşayış sahəsinə Cavabdeh1 adına Əmlak Məsələləri Dövlət Komitəsi Yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2017 ci il tarixli, RX seriyalı ******* nömrəli çıxarış verilmişdir. Əmlak Məsələləri Dövlət Komitəsi Yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsindən Cavabdeh1 adına verilmiş xx.xx.2017-ci il tarixli, RX seriyalı ******* nömrəli çıxarışda və texniki pasportda qeyd olunan Bakı şəhəri Xocalı prospekti 32 ünvanında inşa edilmiş yüksək mərtəbəli binanın A1 blokunun 1-ci mərtəbəsində yerləşən 220 kv.m qeyri-yaşayış sahəsinin 130 kv.m hissəsi, yuxarıda istinad etdiyi Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(011)- 5834/2015 saylı qətnaməsi ilə üzərində onun sahiblik və istifadə hüququ tanınan və onun sahibliyinə və istifadəsinə verilməsi qət olunan qeyri-yaşayış sahəsi ilə eynidir.
10. Bakı şəhəri Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-38/2022 saylı, xx.xx.2022-cü il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 32 (1181-ci məhəllə) ünvanında ”X22” MTK tərəfindən inşa olunmuş yüksək mərtəbəli yaşayış binasının A1 blokunun 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 203.1 kv.m. olan qeyri-yaşayış sahəsinə dair Cavabdeh1 adına Əmlak məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsindən verilmiş xx.xx.2017-ci il tarixli, RX serialı, ******* nömrəli çıxarışın və həmin çıxarış əsasında tərtib edilmiş texniki pasportun ləğv edilməsi, Bakı şəhəri, Xətai rayonu, Xovalı prospekti, 32 (1181-ci məhəllə) ünvanında inşa olunmuş yüksək mərtəbəli yaşayış binasının A1 blokunun 1-ci mərtəbəsində 1-4 oxları ilə D-E oxları arasında yerləşən qeyri-yaşayış sahəsindən Cavabdeh1 çıxarılması, həmin qeyri-yaşayış sahəsinin boşaldılaraq İddiaçı təhvil verilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. (hakim X14)
11. Məhkəmə iddia tələbi ilə bağlı qeyd etmişdir ki, preyudisial əhəmiyyətə malik olan qərardan məlum olduğu kimi, hazırda cavabdehin mübahisəli yaşayış sahəsinə sahiblik etməsinə əsas olmuş hallar məhkəmə qərarı ilə aradan qalxmışdır. Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 (1181-ci məhəllə) ünvanında inşa olunmuş yüksək mərtəbəli yaşayış binasının A1 blokunun 1-ci mərtəbəsində 1-4 oxları ilə D-E oxları arasında yerləşən qeyri-yaşayış sahəsi isə İddiaçı sahiblik və istifadəsindədir. Həmin qeyri-yaşayış sahəsinə dair Əmlak Məsələləri Dövlət Komitəsi Yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsindən xx.xx.2017-ci il tarixli, RX seriyalı ******* nömrəli Çıxarışın verilməsinə əsas olmuş qərar ləğv edilərək, iddia tələbi təmin edilməmişdir. Göründüyü kimi, qeyri-yaşayış sahəsinə dair verilmiş çıxarışın hazırda hər hansı hüquqi əsası qalmayıb. İddiaçı hüquqi nəticə etibarı ilə qanunla müəyyən edilən və qorunan hüquqlarından məhrum edilmişdir. Bu səbəbdən də Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 (1181-ci məhəllə) ünvanında inşa olunmuş yüksək mərtəbəli yaşayış binasının A1 blokunun 1-ci mərtəbəsində 1-4 oxları ilə D-E oxları arasında yerləşən qeyri-yaşayış sahəsinə dair Cavabdeh1 adına Əmlak Məsələləri Dövlət Komitəsi Yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsindən xx.xx.2017-ci il tarixli, RX seriyalı, ******* nömrəli Çıxarış və həmin çıxarış əsasında tərtib olunmuş texniki pasport ləğv edilməli, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 (1181-ci məhəllə) ünvanında inşa olunmuş yüksək mərtəbəli yaşayış binasının A1 blokunun 1-ci mərtəbəsində 1-4 oxları ilə D-E oxları arasında yerləşən qeyriyaşayış sahəsindən Cavabdeh1 çıxarılmalı, həmin qeyri-yaşayış sahəsi boşaldılaraq İddiaçı təhvil verilməli, iddia tələbi üzrə dövlət rüsumunun ödənilməsi bağlı tələb olmadığından, mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
12. İkinci iş üzrə iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı və "xxxx" Mənzil–Tikinti Kooperativinə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər arasında Qeyri-yaşayış sahəsinin ümumi sahəsi 130 kv.m. olan hissəsinə dair 19 dekabr 2007-ci tarixdə bağlanılmış 11 saylı müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
13. İddia tələbi işin faktiki hallarına istinad edilərək onunla əsaslandırılmışdır ki, İddiaçı ilə MTK-a arasında məhkəmə mübahisəsi olmuş, İddiaçı iddia tələbi təmin edilmiş, həmin məhkəmə mübahisəsi artıq bitdikdən sonra, o, həyat yoldaşı ilə birlikdə Azərbaycanda olmadığı müddət ərzində İddiaçı qeyri-yaşayış sahəsinə daxil olmuş, xüsusi icazə olmadan istifadəsində olan qeyri-yaşayış sahəsinin tavanından yuxarı mərtəbələrə çıxış açmağa, binanın lahiyəsinə zidd olaraq rekonstruksiya işləri aparmağa başlamış, bununla da ona ziyan vurmuşdur. Eyni zamanda, həmin müddət ərzində MTK-nın sədri Hikmət Yigitdöl barəsində Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası CM-nin 178.3.2, 29,178.3.2, 308.2 və 313-cü maddələri ilə cinayət işi başlanılmış və o, həmin cinayət işi üzrə zərərçəkmiş şəxs qismində cəlb edilmişdir. Cinayət işinin ibtidai istintaq müddətində qeyriyaşayış sahəsi yenidən ona qaytarılmış və əvvəlki vəziyyətə qaytarmaq üçün yenidən təmir işləri aparılmışdır. Hazırki iş üzrə cavabdeh İddiaçı icazəsi olmadan binada rekonstruksiya işləri apardığı üçün Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X8 Agentliyi tərəfindən xx.xx.2018-ci il tarixli tikinti işlərinin dayandırılması barədə 0612 nömrəli qərar qəbul edilmişdir. Daha sonra, cinayət işinin ibtidai araşdırması zamanı İddiaçı şahid qismində dindirilmiş və istintaq zamanı bildirmişdir ki, MTK ilə bağlanılmış müqavilələrə dair pul ödəməmişdir. Bu hal Bakı Ağır Cinayətlər Məhkəməsinin X4 barəsində Azərbaycan Respublikası CM-nin 178.3.2, 29,178.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair xx.xx.2020-ci il tarixli hökmündə də öz əksini tapmış, məsələyə hüquqi qiymət verilmişdir. Başqa sözlə, həm ibtida istintaq, həm də məhkəmədə müəyyən edilmişdir ki, yuxarıda qeyd olunan sahələr Hikmət Yigitdöl tərəfindən İddiaçı satılmamış, sahələr girov məqsədi ilə sonuncunun adına rəsmiləşdirilmiş, İddiaçı ilə H.Yigitdöl razılaşma baş tutmaması səbəbindən sonuncu həmin müqavilələrin əsillərini cıraraq məhv etmiş, lakin həmin müqavilələrin müvafiq qaydada ləğv olunmasını rəsmiləşdirməmişdir. Qeyd olunan hökm Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Cinayət işi üzrə təyin olunmuş auditor (mütəxəssis) tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli akta göstərilmişdir ki, təqdim edilmiş sənədlərdən və həmin qeyri-yaşayış sahəsinə baxış keçirərkən müəyyən olunmuşdur ki, lahiyə-smeta sənədlərinə uyğun olaraq Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 32 ünvanında tikilmiş çoxmərtəbəli yaşayış kompleksin A1 blokunun birinci mərtəbəsindəki, xx.xx.2006-cı il tarixli müqaviləyə, xx.xx.2017-ci il tarixli çıxarış sənədinə əsasən ona məxsus 220 kv.m.-dən ibarət qeyri-yaşayış sahəsinin göstəriciləri faktiki olaraq həmin kompleksin A1 blokunun 1-ci mərtəbəsindəki 1-ci oxdan 4-cü oxa qədər, A oxu ilə L oxu və 4-cü oxdan 5-ci oxa qədər, D oxu ilə E oxu arasındakı 220 kv.m. ölçüdə olan qeyri-yaşayış sahəsinin göstəriciləri ilə həqiqətən də üst-üstə düşür və həmin sahə həqiqətən də ona məxsusdur. Bundan əlavə xx.xx.2017-ci il tarixdə İddiaçıla 130 kv.m.dən ibarət qeyri-yaşayış sahəsinə dair müqavilə bağlanılmış, həmin müqavilədə də və eskiz planında tələbkar İddiaçı imza etmiş və həmin qeyri-yaşayış sahəsi binanın digər bir nöqtəsində mövcuddur. Qeyd edilən 130 kv.m.-dən ibarət olan qeyri-yaşayış sahəsi də eskiz planına əsasən tələbkar tikintiyə gəldiyi zaman İddiaçı təqdim ediləcək.
14. Cavabdeh İddiaçı iddia ərizəsinə yazılı etiraz (iddia müddətinin tətbiqi barədə ərizə) təqdim edərək bildirmişdir ki, o, xx.xx.2007-ci il tarixli, 11 saylı müqaviləyə əsasən MTK-nın Bakı şəhəri, Xocalı prospekti, 32 ünvanında inşa etdiyi yüksək mərtəbəli binanın A1 blokunun 1-2-3-4-cü mərtəbələrində yerləşən, ümumi sahəsi 860 kv.m (o cümlədən 1ci mərtəbədə ümumi sahəsi 130 kv.m, 2-ci mərtəbədə ümumi sahəsi 130 kv.m, 3-cü mərtəbədə ümumi sahəsi 300 kv.m, 4-cü mərtəbədə ümumi sahəsi 300 kv.m olan) qeyriyaşayış sahəsinin dəyərini MTK-ya ödəyərək almışdır. MTK həmin müqavilə üzrə qeyd olunan qeyri-yaşayış sahələrinin təhvil verilməsi ilə bağlı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyinə görə, İddiaçı iddia tələbi əsasında Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(011)- 5834/2015 saylı qətnaməsinə əsasən MTK-nın göstərilən ünvanında inşa etdiyi yüksək mərtəbəli binanın A1 blokunun 1-2-3-4-cü mərtəbələrində yerləşən, ümumi sahəsi 860 kv.m olan qeyri-yaşayış sahəsinə İddiaçı sahiblik və istifadə hüququ tanınmış və həmin 860 kv.m qeyri-yaşayış sahəsinin onun sahibliyinə və istifadəsinə verilməsi vəzifəsi MTK-ya həvalə edilmiş və qətnamə qüvvəyə minmişdir. Bundan sonra Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(011)- 5834/2015 saylı qətnaməsi icraya yönəldilmiş, qətnamənin icrası ilə bağlı Bakı şəhəri Xətai rayon İcra şöbəsinin xx.xx.2017 ci il tarixli, xx/xx-3173/10 saylı məktubu əsasında Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X8 Agentliyindən xx.xx.2017-ci il tarixli rəy alınmışdır. Həmin rəylə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin müqaviləyə görə MTK tərəfindən İddiaçı təhvil verilməli olan Bakı şəhəri Xocalı prospekti 32 ünvanında inşa olunmuş yüksək mərtəbəli binanın Al blokunun 1-2-3-4-cü mərtəbələrində yerləşən ümumi sahəsi 860 kv.m olan qeyri yaşayış sahəsinin dəqiq yerləşmə koordinatları, o cümlədən hazırda mübahisə predmeti olan 1-ci mərtəbədə yerləşən ümumi sahəsi 130 kv.m-dən ibarət hissənin 1-4 oxları ilə D-L oxları arasında yerləşməsi dəqiq müəyyən edilmişdir. Qeyd olunan 860 kv.m qeyri-yaşayış sahəsi İddiaçı təhvil verilmiş və Xətai rayon İcra şöbəsinin xx.xx.2017 ci il tarixli qərarı ilə həmin icra sənədi üzrə icraata xitam verilmişdir. İddiaçı tərəfindən həmin qeyri-yaşayış sahəsində zəruri təmir tikinti və rekonstruksiya işləri aparılmışdır. Sözügedən məhkəmə qərarı icraya yönəldikdən və faktiki olaraq icra edilərək sözügedən qeyri-yaşayış sahəsi (hazırda mübahisə predmeti olan 1-ci mərtəbədə yerləşən 130 kv.m dən ibarət qeyri-yaşayış sahəsi də daxil olmaqla) İddiaçı təhvil verildikdən sonra, 2017-ci ilin sentyabr ayında Cavabdeh1 MTK-nın Bakı şəhəri Xocalı prospekti 32 ünvanında inşa etdiyi yüksək mərtəbəli binanın A1 blokunun 1-ci mərtəbəsində yerləşən 220 kv.m qeyri-yaşayış sahəsinin DƏDR-də onun adına qeydiyyata alınması və həmin qeyri-yaşayış sahəsinə çıxarışın verilməsi tələbi ilə 2 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinə müraciət etmiş və iddia ərizəsi cəmi 20 gün müddətində təmin edilmişdir. Qeyd olunan qərarın mövcudluğundan onun məlumatı olmamışdır. O, bu barədə məlumat aldıqdan dərhal sonra xx.xx.2019-cu il tarixdə 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinə müraciət etmiş, sonda o, 2-1(82)-4488/2017 saylı inzibati iş üzrə 3-cü şəxs qismində işə cəlb edilmiş və iddiaçının “çıxarışın verilməsi barədə” iddiası rədd edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(011)-5834/2015 saylı qətnaməsi ilə onun iddiasına baxılarkən mübahisəli qeyriyaşayış sahəsinə dair müqavilənin etibarlılığı məhkəmə tərəfindən müəyyən edilmiş və müqavilə predmeti olan əmlakların onun sahibliyinə və istifadəsinə verilməsi qət edilmişdir. Bundan başqa, qanunvericilikdə hazırki iddia tələbinin irəli sürülməsi ilə bağlı 1 illik müddət müəyyənləşdirilməsinə baxmayaraq, iddiaçı hazırki tələbi 3 il sonra irəli sürmüşdür. Bu da iddiaçının hazırki tələbinin iddia müddəti tətbiq edilərək rədd edilməsini şərtləndirir.
15. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-11/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, "xxxx" MTK ilə İddiaçı arasında 19.12 2007-ci tarixdə bağlanılmış 11 saylı müqavilənin Bakı şəhəri, ünvan ünvanda inşa edilən yüksək mərtəbəli binanın A1 girişinin 1-ci mərtəbəsində yerləşən 130 kv.m. olan qeyri-yaşayış sahəsinə aid hissədə etibarsız əqd hesab edilməsi qət edilmişdir. (hakim X9)
16. Məhkəmə öz mövqeyi ilə bağlı qeyd etmişdir ki, cavabdehlər arasında bağlanmış müqavilə mənzilin əldə edilməsinə dair həqiqi müqavilə yox, yalan əqd olmuşdur. Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin Hikmət Yigitdöl barəsində Azərbaycan Respublikası CM-nin 178.3.2, 29,178.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair xx.xx.2020-ci il tarixli hökmündən görünür ki, həmin cinayət işi üzrə şahid qismində cəlb edilmiş Eldəniz Axudov ifadəsində bildirmişdir ki, Hikmət Yigitdölü qohumu Rövşən və Ceyhun (Hikmətin dostu) adlı şəxlərin vasitəsi ilə tanımış və Hikmətin etibarlı şəxs olaraq Bakı şəhərində bina tikintisi ilə məşğul olmasını bildirmişlər. Sonra ona demişlər ki, Ceyranbatan qəsəbəsində 10 ha torpaq sahəsi var, Hikmət oranı almaq istəyir. Hikmətlə görüşdükdə həmin torpaq sahəsini almağa imkanı olmadığını, bu səbəbdən həmin torpaq sahəsini onun əvəzindən almağı, qarşılığında Bakı şəhəri, Xocalı prospektində tikdiyi binada mənzillər və qeyri-yaşayış sahəsi verəcəyini, sonradan bankdan pul götürüb torpaq sahəsini ondan geri alacağını, torpaq sahəsinin qiymətindən əlavə ona 400.000 manat mənfəət də verəcəyini bildirmişdir. Təklifin sərfəli olduğunu görüb Hikmətlə razılaşmış, Hikmətə özünə torpaq sahəsi lazım olmadığını, torpaq sahəsinin qiymətindən əlavə mənfəət, yaxud da adına sənədləşdirilən mənzil və qeydi-yaşayış sahəsinin ona verilməsini bildirmişdir. Hikmətin razılığı ilə 4.000.000 ABŞ dollarını Ceyhuna vermiş, sənəd əvvəlcə Ceyhunun adına olmuş, lakin sonradan Hikmətin düz adam olmadığını gördükdə torpağı öz adına sənədləşdirmişdir. Hikmət həmin torpaq müqabilində Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında yerləşən hündür mərtəbəli binasının A1 girişində 1- 2-3-4-cü mərtəbələrdə yerləşən 860 kv.m. qeyri-yaşayış sahəsi, 10-11-12 mərtəbələrdə yerləşən 1770 kv.m. yaşayış sahəsini onun adına sənədləşdirmiş, bu barədə ona müqavilə və maliyyə arayışı verilmişdir. Daha sonra, binanın tikilmədiyini görmüş, təxminən 2010-cu ildə Hikmət torpaq sahəsini ona verməsini, adına sənədləşdirilmiş yerlərin də onun olmasını təklif etmiş, lakin bu təklifi qəbul etməmiş, sənədləri Hikmətə qaytarmışdır. 2014cü ildə Hikmət şəriki Qabil adlı şəxslə onun yanına gəlmiş, Hikmət ondan 850.000 manat pul istəmiş, hissə-hissə qaytaracağına söz vermişdir. Pulun müqabilində ona verilmiş mənzillərin yanında qonşu blokdan 300 kv.m. qeyri-yaşayış sahəsi, 900 kv.m yaşayış sahəsini adına notarial qaydada sənədləşdilməsini təklif etmişlər. 300 kv.m qeyri-yaşayış sahəsi və 900 kv.m yaşayış sahəsi adına sənədləşdirilmiş, bu barədə ona müqavilə və maliyyə arayışı verilmişdir. Lakin sonuncu pul vəsaiti də tam olaraq ona qaytarılmamışdır. Bundan başqa, həm ibtidai istintaqla, həm də məhkəmə istintaqı ilə müəyyən edilmişdir ki, qeyd olunan sahələrə dair məhkəmə qərarı ilə İddiaçı iddiası təmin olunsa belə, sonuncu həmin sahələrə görə pul ödənişi etməmiş, Hikmət Yigitdöl 2007-ci ilin qış aylarında İddiaçı Abşeron rayonu, Saray qəsəbəsində 10 ha torpaq sahəsinin alınması, sonradan həmin torpaq sahəsinin pulunu ödəyərək sonuncudan geri alıb həmin yerdə yaşayış binası tikəcəyi barədə razılaşmalarına əsasən Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllədə inşa etdiyi həmin yaşayış binasının A1 girişində 1-ci mərtəbədə ümumi sahəsi 130 kv.m., 2-ci mərtəbədə ümumi sahəsi 130 kv.m., 3-cü mərtəbədə ümumi sahəsi 300 kv.m., 4-cü mərtəbədə ümumi sahəsi 300 kv.m. olmaqla, cəmi 860 kv.m. qeyri-yaşayış, həmin binanın A1 giriş 10, 11 və 12-ci mərtəbəsində yerləşən 1.770 kv.m. yaşayış sahəsi, ümumilikdə isə yaşayış və qeyri-yaşayış sahəsindən ibarət olan cəmi 2.630 kv.m. sahənin xx.xx.2007-ci il tarixdə Bakı şəhəri 19 saylı Dövlət Notariat Kontorunda təsdiq edilmiş 2 müqavilə üzrə faktiki girov kimi İddiaçı adına alqı-satqı müqaviləsi formasında rəsmiləşdirilməsini həyata keçirmiş, sonuncu ilə aralarında razılaşdırılmış həmin birgə təsərrüfat fəaliyyətinin baş tutması sabəbindən xx.xx.2007-ci il tarixli həmin alqı-satqı müqavilələrinin ləğvini müvafiq qaydada həyata keçirməmiş, girov məqsədi ilə İddiaçı adına rəsmiləşdirdiyi sahələri sonradan və ya əvvəldən müxtəlif şəxslərə satmışdır.
17. Məhkəmə, həmçinin, qeyd etmişdir ki, xx.xx.2007-ci il tarixli müqavilə nə bağlanana qədər, nə də bağlandıqdan sonra cavadehlərin həmin müqavilə üzrə həqiqi iradə ifadəsi mübahisəli qeyri-yaşayış sahəsinin alınması, yaxud pay dəyərinin ödənilməsi yolu ilə əldə edilməsi məqsədi daşımamışdır. Qeyri-yaşayış sahəsinə görə (alqı-satqı, yaxud pay dəyəri olaraq) hər hansı pul vəsaitinin ödənilməməsi və müqavilənin cavabdehlərin həqiqi iradə ifadələrini əks etdirməməsi ilə bağlı işin mühüm faktiki halı Bakı Ağır Cinayətlər Məhkəməsinin Hikmət Yigitdölün CM-nin 178.3.2, 29,178.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair xx.xx.2020-ci il tarixli hökmündə işə baxan məhkəmənin gəldiyi nəticə kimi də qeyd olunmuşdur.
18. Göstərilənlərdən əlavə, məhkəmə qeyd etmişdir ki, xx.xx.2007-ci il tarixli müqavilə həm də ona görə etibarsız olmuşdur ki, həmin müqavilə bağlanan vaxt qeyriyaşayış sahəsinə dair iddiaçı ilə bağlanmış xx.xx.2006-cı il tarixli müqavilə mövcud olmuşdur. Həmin müqavilə üzrə iddiaçı da qeyri-yaşayış sahəsinin dəyərini (700.000 manat) ödəmiş, buna dair ona maliyyə arayışı verilmiş, hətta qeyri-yaşayış sahəsi iddiaçı tərəfindən təmir edilərək, əmlaka dair faktiki sahiblik həyata keçirilmişdir. Hazırda da iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış həmin müqavilə qüvvədədir. Göründüyü kimi, iddiaçının qeyri-yaşayış sahəsi üzərində müqavilə üzrə sahiblik və istifadə hüququ olduğu halda, həmin əmlaka dair digər bir müqavilə bağlana bilməzdi.
19. Məhkəmə, onu da qeyd etmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5834/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə İddiaçı MTK-ya qarşı “yaşayış və qeyri-yaşayış sahələrinə sahiblik və istifadə hüquqlarının tanınması” tələbinə dair iddiası təmin edilərək xx.xx.2007-ci il tarixli 11 saylı müqavilə üzrə MTK-nın Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında inşa etdiyi yüksək mərtəbəli binanın A1 girişinin 1-2-3-4-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 860 kv.m. qeyri-yaşayış sahəsinə dair İddiaçı sahiblik və istifadə hüququnun tanınması, həmin müqaviləyə əsasən göstərilən sahədə qeyri-yaşayış sahəsinin İddiaçı istifadəsinə və sahibliyinə verilməsinin MTK-ya həvalə edilməsi qət edilsə də, həmin iş üzrə iddiaçı tərəf olaraq (cavabdeh, yaxud üçüncü şəxs) cəlb edilmədiyinə görə həmin qətnamə hazırkı mübahisədə məcburi xarakter daşıya bilməz.
20. Birləşdirilmiş işlər üzrə məhkəmələr öz mövqelərini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü, 139.1-ci, 139.3-cü, 139.1.1-ci, 146.2-ci, 152-ci, 157.4-cü, 324-cü, 329-cu, 337-ci, 340.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 82.3-cü, 119.1-ci, 217.4-cü maddələrinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-ci maddəsinə, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarına və Avropa İnsan Hüquqları Məhkəməsinin bir sıra qərarlarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
21. Birinci iş üzrə çıxarılmış qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
22. Cavabdeh1 apellyasiya şikayətini ikinci iş üzrə iddia ərizəsinin məzmununa uyğun əsaslandırmış və əlavə olaraq göstərmişdir ki, məhkəmə prosesində iştirakı təmin olunmamış, ünvanına heç bir məhkəmə bildirişi daxil olmamış, qətnamə təqdim edilməmiş və bu səbəbdən özünü müdafiə və sübutları təqdim etməkdən məhrum olmuşdur. Qətnamənin qəbul olunması barədə Bakı şəhəri Xətai Rayon Məhkəməsində digər məhkəmə prosesində iddiaçının nümayəndəsi tərəfindən məlumat verilmiş və qətnamənin surəti təqdim edilmişdir. Mübahisəli sahə ilə bağlı inzibati iş üzrə icraat çərçivəsində çıxarılmış Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarının 26-cı bəndində qeyd edilmişdir ki, “məhkəmə kollegiyası nəzərə alır ki, iddiaçı ilə “X22” MTK arasında xx.xx.2006-cı tarixdə bağlanılmış müqaviləyə əsasən Bakı şəhəri, Xocalı prospekti, 32 ünvanında inşa edilən yüksək mərtəbəli binanın tikintisi başa çatdıqdan sonra binanın A blokunun 1-ci mərtəbəsində 220 kv.m. təşkil edən qeyri-yaşayış sahəsinin kooperativ payçıya verilməsini, payçı isə həmin qeyri-yaşayış sahəsinin tam dəyərini ödəməyi öhdəsinə götürmüş, xx.xx.2006-cı il tarixli maliyyə arayışına əsasən Bakı şəhəri, Xocalı prospekti, 32 ünvanında yerləşən binanın A blokunun 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 220 kv.m. olan qeyri-yaşayış sahəsinə aid pay haqqı iddiaçı tərəfindən tam ödənilmişdir və xx.xx.2006-cı il tarixdən həmin qeyri-yaşayış sahəsi ilə ifadə olunan pay xüsusi mülkiyyət hüququ üzrə iddiaçıya məxsusdur.” Beləliklə, Azərbaycan Respublitkası Ali Məhkəməsi öz qərarı ilə mübahisəli qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüququnun ona məxsus olması ilə razılaşaraq və qərarın təsviri hissəsində bu halı təsdiq etmişdir. Qeyri-yaşayış sahəsinin ona məxsus olması MTK-nin rəhbər işçiləri barəsində açılmış cinayət işinin ibtidai istintaq və məhkəmə icraatı zamanı da öz təsdiqini tapmışdır. Birinci instansiya məhkəməsi diqqət yetirməmişdir ki, İddiaçı ilə “X22” MTK arasında mübahisə predmetinə çevrilmiş, əslində isə ona məxsus olan qeyri-yaşayış sahəsinə dair müqavilə, onun MTK ilə bağladığı xx.xx.2006-cı il tarixli müqavilədən sonra, yəni xx.xx.2007-ci il tarixdə bağlanılmışdır. Bu halla bağlı məhkəmə araşdırma aparmamışdır. Mübahisəli qeyri-yaşayış sahəsinin məhkəmə qərarı ilə müəyyən olunmuş xüsusi mülkiyyət hüququ ona məxsus olduğu halda, onun tərəfindən boşaldılması və İddiaçı təhvil verilməsi qeyrimümkündür.
23. İkinci iş üzrə çıxarılmış qətnamədən cavabdeh İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
24. Cavabdeh İddiaçı apellyasiya şikayətini birinci iş üzrə iddia ərizəsinin və ikinci iş üzrə etirazın məzmununa uyğun əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, mübahisəli qeyri-yaşayış sahəsi üzərində həm onun sahiblik və istifadə hüququ tanınmaqla həmin sahələrin ona təhvil verilməsi, həm də həmin qeyri-yaşayış sahəsinə dair sonuncunun adına verilmiş çıxarışın ləğv edilməsinin rədd edilməsi barədə qanuni qüvvədə olan məhkəmə qərarları olduğu, həmin qərarlarla mübahisəli daşınmaz əmlaka onunla bağlanmış müqaviləsinin etibarlılığı yoxlanıldığı halda, məhkəmə hazırkı iş üzrə preyudisial əhəmiyyət kəsb edən həmin qərarları nəzərə almamış, bu da qanunsuz qətnamənin çıxarılması ilə nəticələnmişdir. Bundan başqa, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3281/2019 nömrəli xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən iddiaçı X1 cavabdehlər İddiaçı Ağaəli oğluna, X2 və "xxxx" Prestij MTK-nə qarşı “müqavilənin etibarsızlığı, sahənin boşaldılması və tikilidən çıxarılma” tələbinə dair iddiası rədd edilmişdir. Həmin qətnamədə məhkəmə eyni müqavilə üzrə daha əvvəl baxılmış və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin preyudisiallığına istinad edərək, iddiaçı X1 iddiasını rədd etmişdir. Lakin məhkəmə iddiaçı Cavabdeh1 hazırkı iş üzrə preyudisial əhəmiyyət kəsb edən məhkəmə qətnaməsi üzrə işə cəlb edilmədiyini əsas gətirərək, iddianı təmin etmişdir ki, bu da məhkəmənin eyni mübahisə üzrə iki fərqli mövqedə olmasını təsdiq edir. Həmçinin, həm hazırda mübahisələndirilən qətnamə, həm də Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3281/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi eyni hakim (Pərviz Zamanlı) tərəfindən çıxarılmışdır. Bundan başqa, məhkəmə iddianı təmin edərkən xx.xx.2007-ci il tarixli müqaviləni, həm də ona görə etibarsız hesab etmişdir ki, həmin müqavilə bağlanan vaxt qeyri-yaşayış sahəsinə dair iddiaçı ilə bağlanmış xx.xx.2006-cı il tarixli müqavilə mövcud olmuşdur. Məhkəmənin bu mövqeyi də tamamilə əsassızdır. Belə ki, onun mübahisəli daşınmaz əmlakı daha tez əldə edərək, əmlakdan sahiblik və istifadə hüququnun tanınması qanuni qüvvəyə minmiş və icra edilmiş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(011)- 5834/2015 saylı qətnaməsi ilə təsdiq edilir. Bundan əlavə, məhkəmə iddianı təmin edərkən Bakı Ağır Cinayətlər Məhkəməsinin Hikmət Yigitdöl barəsində Azərbaycan Respublikası CM-nin 178.3.2, 29,178.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair xx.xx.2020-ci il tarixli hökmünə istinad etsə də, həmin hökmün qanuni qüvvəyə minib-minmədiyini araşdırmamışdır. Həmçinin, iddiaçı hazırkı iddia ərizəsi ilə mübahisə predmeti olan müqavilənin (əqdin) bağlanmasından və icrasına başlandığı vaxtdan, ən azı 3 ilə yaxın müddət keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəf iddia müddətinin tətbiq edilməsinə dair məhkəməyə ərizə təqdim etsə də, məhkəmə həmin ərizəyə hüquqi qiymət verməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
26. Məhkəmə iclasında birinci iş üzrə iddiaçı, ikinci iş üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil1 tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə etmiş, qarşı tərəfin apellyasiya şikayətini qəbul etməmiş və apellyasiya şikayətinin, habelə iddia ərizəsinin və ikinci iş üzrə etirazın məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etmişdir.
27. Məhkəmə iclasında birinci iş üzrə cavabdeh, ikinci iş üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə etmiş, qarşı tərəfin apellyasiya şikayətini qəbul etməmiş və apellyasiya şikayətinin, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, şikayətlərinin təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etmişdir.
28. Birinci iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi, habelə ikinci iş üzrə cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativi məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə kollegiyası apellyasiya şikayətinə qeyd edilən tərəflərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
29. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
30. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər; xx.xx.2018-ci il tarixədək qüvvədə olan redaksiyada 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər; 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir; 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir; 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir; 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır; 352-ci maddəsinə əsasən əqdin bir hissəsinin etibarsızlığı onun qalan hissələrinin etibarsızlığına o halda səbəb olmur ki, əqd onun etibarsız hissəsi daxil edilmədən də bağlana bilərdi; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür; 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun.
31. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyənedilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2010-cu il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər.
33. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir.
Apellyasiya baxışının hədləri
34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
35. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
36. Hazırda birləşdirilmiş mülki işlər üzrə verilmiş apellyasiya şikayətlərinin hər ikisində mübahisələndirilən qətnamələrin ləğv edilib, iddiaların rədd edilməsi xahiş olunduğundan, qətnamələr tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətilərinin dəlillərini iş mаtеriаllаrı ilə əlaqəli şəkildə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi ikinci iş üzrə iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Birinci iş üzrə isə birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış münasibətlərin mahiyyətini qiymətləndirməkdə səhvə yol verərək, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Bu qətnamədə göstərilmiş dəlillər işin hallarına uyğun hesab edilə bilməz. Bu səbəbdən birinci iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsindən verilmiş apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmaqla iddia rədd edilməlidir.
38. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərinə və işin hallarına istinadən qeyd edir ki, bir icraatda birləşdirilmiş hər iki iş üzrə mübahisə predmetini "xxxx" MTK tərəfindən Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 (1181-ci məhəllə) ünvanında inşa olunmuş yüksək mərtəbəli yaşayış binasının A1 blokunun 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin 130 kv.m hissəsi (A1 blokunun 1-ci mərtəbəsində yerləşən 1-4 oxları ilə D-E oxları arasında yerləşən qeyri-yaşayış sahəsi) təşkil edir. Hər iki tərəf "xxxx" ilə aralarında bağlanmış müqaviləyə istinadən bu sahənin ona məxsus olduğunu bildirir.
39. Belə ki, Cavabdeh1 ilə "xxxx" MTK arasında xx.xx.2006-cı il tarixdə bağlanmış müqaviləyə əsasən Bakı ŞİH-nin 267 saylı, xx.xx.2005-ci il tarixli sərəncamına əsasən MTK onun üzvlərinin (payçılarının) vəsaiti və imkanları hesabına tikilən Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında yüksək mərtəbəli binanın tikintisi başa çatdıqdan sonra həmin binanın A girişinin 1-ci mərtəbəsində 220 kv.m. təşkil edən ümumi dəyəri 700.000 manat olan qeyri-yaşayış sahəsini Cavabdeh1 (payçıya) verməyi, Cavabdeh1 (payçı) isə həmin qeyri-yaşayış sahəsinin tam dəyərini ödəməklə sahəni qəbul etməyi öz öhdəsinə götürmüşdür. Koperativin sədri tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli maliyyə arayışına əsasən həmin qeyri-yaşayış sahəsi Cavabdeh1 məxsusdur, onun pay dəyəri 700.000 manat təşkil edir, qeyri-yaşayış sahəsinin dəyəri tam ödənilibdir, qalıq borcu yoxdur.
40. İddiaçı ilə "xxxx" MTK arasında xx.xx.2007-ci il tarixdə bağlanmış müqaviləyə əsasən isə MTK onun üzvlərinin (payçılarının) vəsaiti və imkanları hesabına tikilən Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında yüksək mərtəbəli binasının tikintisi başa çatdıqdan sonra həmin binanın A1 girişinin 1-2-3-4-cü mərtəbəsində yerləşən və 1-ci mərtəbənin ümumi sahəsi 130 kv.m, 2-ci mərtəbənin ümumi sahəsi 130 kv.m, 3-cü mərtəbənin ümumi sahəsi 300 kv.m, 4-cü mərtəbənin ümumi sahəsi 300 kv.m, ümumilkdə 860 kv.m. təşkil edən və ümumi dəyəri 1.290.000 manat olan qeyri-yaşayış sahəsini İddiaçı (payçıya) verməyi, sonuncu (payçı) isə həmin qeyri-yaşayış sahəsinin tam dəyərini ödəməyi öhdəsinə götürmüşdür.
41. Bundan sonra həmin müqavilələrin predmetini təşkil edən qeyri-yaşayış sahələri ilə bağlı həm İddiaçı, həm də Cavabdeh1 məhkəmə mübahisəsi yaranmışdır. Belə ki, xx.xx.2007-ci il tarixli müqavilənin predmetini təşkil edən qeyri-yaşayış sahələrinin təhvil verilməsi tələbi ilə bağlı "xxxx" MTK ilə İddiaçı arasında məhkəmə mübahisəsi olmuş və sonuncunun bu barədə iddiası Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5834/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə təmin edilərək, müqavilədə göstərilən binanın A1 girişinin 1-2-3-4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 860 kv.m (o cümlədən 1-ci mərtəbədə yerləşən ümumi sahəsi 130 kv.m) olan qeyri-yaşayış sahəsinin onun istifadə və sahibliyinə verilməsi MTK-ya həvalə edilmişdir. Həmin iş üzrə MTK tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətləri müvafiq olaraq Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1496/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2939/2016 saylı, xx.xx.2016-cı il tarixli Qərarı ilə təmin edilməmişdir.
42. Cavabdeh1 isə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, xx.xx.2006-cı il tarixli müqavilənin predmetini təşkil edən qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb etmişdir. Həmin iddia 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin 2- 1(82)-4488/2017 saylı, xx.xx.2017-ci il tarixli qərarı ilə təmin edilmiş, qeyd edilən qeyriyaşayış sahəsi üzərində Cavabdeh1 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, reyestrdən çıxarışın verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Bu qərarın icrası qaydasında Cavabdeh1 həmin qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüququ xx.xx.2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatına alınmış və ona bu barədə Çıxarış verilmişdir. Bundan sonra müraciətinə əsasən müvafiq məhkəmə aktı ilə İddiaçı həmin (2-1(82)-4488/2017 saylı) inzibati iş üzrə 3-cü şəxs qismində məhkəmə icraatına cəlb edilmiş, eyni zamanda 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin xx.xx.2017 il tarixli, 2-1(82)-4488/2017 saylı qərarı ləğv edilərək, həmin inzibati iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4189/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarına əsasən Cavabdeh1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər İddiaçı və “X23” MTK) irəli sürdüyü həmin iddia təmin edilməmişdir. Bu qərardan onun tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətləri müvafiq olaraq Bakı Apellyasiya Məhkəməsinin 2- 1(103)-2465/2021 saylı, xx.xx.2021-ci il tarixli və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)-702/2022 saylı qərarı ilə təmin edilməmişdir (bax, 4-6-cı bəndlərə).
43. Hazırda İddiaçı xx.xx.2007-ci il tarixli müqaviləyə, habelə qeyd edilən məhkəmə aktlarına istinadən ona məxsus olan qeyri-yaşayış sahəsinin 130 kv.m. hissəsinin qanunsuz olaraq Cavabdeh1 istifadə və sahibliyində olduğunu iddia edir və həmin sahəyə dair verilmiş çıxarış və çıxarış əsasında tərtib edilmiş texniki pasportun ləğv edilməsini, onun həmin sahədən çıxarılmasını, sahənin boşaldılaraq ona təhvil verilməsini tələb edir.
44. Cavabdeh1 isə xx.xx.2006-cı il tarixli müqaviləyə, eyni tarixli maliyyə arayışına, əmlakın ona təhvil verilməsinə, hazırda da istifadə və sahibliyində olmasına, habelə X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 178.2.3, 308.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə çıxarılmış və qanuni qüvvəsini almış Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(101)-78/2020 saylı Hökmünə istinadən bu sahənin ona məxsus olduğunu iddia edir və onunla "xxxx" MTK arasında bağlanmış xx.xx.2007-ci il tarixli müqaviləni 130 kv.m. sahəyə aid hissədə etibarsız hesab edilməsini tələb edir. İddiaçı ilə "xxxx" MTK arasında xx.xx.2007-ci il tarixdə bağlanmış müqavilədə göstərilən binanın A1 girişinin 1-ci mərtəbəsində olan ümumi sahəsi 130 kv.m qeyriyaşayış sahəsi Cavabdeh1 ilə "xxxx" MTK arasında xx.xx.2006-cı il tarixdə bağlanmış müqavilədə göstərlən həmin binanın A girişinin 1-ci mərtəbəsində olan 220 kv.m. sahə ilə (onun 130 kv.m hissəsi ilə) üst-üstə düşür (koordinatlar baxımından 220 kv.m sahənin tərkib hissəsidir). Tərəflər biri-birinin iddiasını qəbul etmir.
45. Məhkəmə kollegiyası vurğulayır ki, təşkilati hüquqi formasından, habelə müqavilədə tərəflərin necə adlandırılmasından asılı olmayaraq tərəflər arasında bağlanmış müqavilələr öz hüquqi təbiətinə görə podrat müqaviləsidir.
46. Məhkəmə kollegiyası mübahisənin mahiyyətini, habelə yuxarıda qeyd edilən müddəaların tələblərini rəhbər tutaraq qeyd etməyi zəruri hesab edir ki, bir əmlaka (hazırda mübahisələndirilən qeyri-yaşayış sahəsinə) dair müxtəlif şəxslərlə podrat müqaviləsinin bağlanması və bir sahənin eyni zamanda müxtəlif şəxslərin istifadə və sahibliyinə verilməsi həm faktiki, həm də hüquqi baxımdan qeyri mümkündür. Belə ki, bu qəbildən olan müqavilənin icrası nəticəsində sifarişçi həmin müqavilənin predmeti olan əmlaka sahiblik və ondan istifadə etmək hüququ əldə etdikdən sonra podratçı digər sifarişçi ilə də həmin əmlakla bağlı eyni məzmunlu müqavilənin bağlanması üçün səlahiyyətli olmadığından ikinci müqavilə hüquqi nəticə etibarı ilə artıq əhəmiyyətsiz olur. Belə olan halda, hazırki vəziyyətdə mübahisəli sahə üzərində tərəflərdən hansının daha əvvəl üstün hüquqlarının yaranması müəyyən edilməlidir. Bunun üçün də reallıqda müqavilələrdən hansının daha əvvəl bağlanması (öhdəliyin əmələ gəlməsi), mübahisəli sahənin daha əvvəl onların hansının istifadə və sahibliyinə verilməsi və sair bu kimi aidiyyəti hallar araşdırılmalıdır.
47. Bu baxımdan məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli 130 kv.m sahənin də daxil olduğu sahə ilə bağlı daha əvvəl "xxxx" MTK ilə Cavabdeh1 arasında müqavilə bağlanmış və müqavilə bağlanan, yəni xx.xx.2006-cı il tarixdə bu şəxs müqavilə üzrə müəyyən edilmiş 700.000 manat məbləğində pulu kooperativə ödəmiş və bu halın təsdiqi olaraq kooperativ tərəfindən ona maliyyə arayışı verilmişdir. Bundan sonra da bu müqavilənin predmetini təşkil edən qeyri-yaşayış sahəsi məhz onun istifadə və sahibliyinə verilmişdir.
48. Bu hal iş materiallarında olan sənədlərlə, habelə yuxarıda göstərilən qanuni qüvvəsini almış Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5834/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi üzrə verilmiş icra sənədinin mübahisəli 130 kv.m sahə ilə bağlı hissədə bugünədək icra olunmaması ilə öz təsdiqini tapır.
49. Məhkəmə kollegiyası bu hissədə ilk növbədə o halı nəzərə alır ki, Cavabdeh1 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5834/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsinin çıxarılmasına əsas olmuş mülki iş üzrə tərəf olmamışdır. Bu baxımdan qeyd edilən qətnamə hazırki mübahisəyə münasibətdə hər hansı preyudusial əhəmiyyətə malik deyil, həmin icraat çərçivəsində müəyyən edilmiş faktlar hazırki mübahisədə məcburi xarakter daşıya bilməz.
50. Bu qətnamə əsasında verilmiş icra sənədini icra edən Bakı şəhəri Xətai rayon İcra şöbəsi tərəfindən həmin icra sənədi üzrə icraata xitam verilməsi barədə xx.xx.2017-ci il tarixli qərar qəbul edilsə də, Cavabdeh1 şikayətinə əsasən şöbənin həmin qərarı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərardadı ilə ləğv edilmiş və icra sənədi icra icraatının davam etdirilməsi üçün yenidən şöbəyə göndərilmişdir. Bundan başqa xx.xx.2006-cı il tarixli müqavilə üzrə təhvil verilmiş sahə ilə bağlı 2021-2022-ci illərdə Cavabdeh1 ayrı-ayrı şəxslərlə icarə müqavilələri bağlamışdır. Məhkəmə kollegiyası tərəfindən xx.xx.2025-ci il tarixdə keçirilmiş yerində müayinə zamanı da bu sahənin məhz Cavabdeh1 istifadəsində olduğu və onun tərəfindən həmin sahədə təmir işlərinin aparıldığı müəyyən edilmişdir.
51. Cavabdeh1 İddiaçı ilə "xxxx" MTK arasında məhkəmə mübahisəsinin artıq bu əmlak onun tərəfindən təhvil alındıqdan, ona sahiblik və istifadə etməyə başladıqdan sonra yarandığını, həmin məhkəmə mübahisəsi bitdikdən sonra, əri ilə birlikdə Azərbaycan Respublikasında olmadığı müddət ərzində İddiaçı həmin sahəni zəbt edərək, orada rekonstruksiya işlərini apardığını, başqa sözlə əmlak onun sahibliyinə və istifadəsinə keçdikdən sonra sonuncu tərəfindən zəbt olunduğunu bildirir. “Elektron” məhkəmə informasiya sistemində Cavabdeh1 aid sərhədkeçmə məlumatlarından onun xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək ölkə hüdudlarından kənarda olduğu müəyyən edilir. İcra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarı da tarix etibarı ilə 2018-ci ilin iyul ayından, yəni onun ölkəyə qayıdışından sonra mübahisələndirilir. Qeyd edilənlər də öz növbəsində İddiaçı bu sahədən Cavabdeh1 ölkədə olmadığı dövrdə istifadə etdiyini və onun sahibliyinin qanunsuz olduğunu təsdiq edir. Hər bir halda bu sahə xx.xx.2007-ci il tarixli müqaviləyə əsasən ona təhvil verilsə idi, onun tərəfindən "xxxx" MTK-ya qarşı 2015-ci ildə əmlakın təhvil verilməsi ilə bağlı iddia qaldırılmazdı.
52. Digər tərəfdən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərardadı ilə Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra sənədi üzrə icraata xitam verilməsi barədə xx.xx.2017-ci il tarixli qərarı ləğv edildikdən və icra sənədi icra icraatının davam etdirilməsi üçün yenidən şöbəyə göndərildikdən sonra bu icra sənədinin icrası ilə bağlı görülmüş tədbirlər çərçivəsində İddiaçı müqaviləsində göstərilən A1 girişinin 1-ci mərtəbəsindəki ümumi sahəsi 130 kv.m qeyri-yaşayış sahəsinin Cavabdeh1 aid xx.xx.2006-cı il tarixli müqavilədə göstərlən həmin binanın A girişinin 1-ci mərtəbəsində olan 220 kv.m. sahə ilə (onun 130 kv.m hissəsi ilə) üst-üstə düşdüyü müəyyən edilmişdir. Bu hal xx.xx.2018-ci il tarixdə tərtib edilmiş aktda öz əksini tapmışdır (2-ci iş üzrə 1-ci cild, i.v.69). Eyni zamanda, icra mərhələsində İddiaçı xx.xx.2017-ci il tarixli müqavilə və müqaviləyə 1 saylı Əlavə olan Eskiz Planını imzalamış və Eskiz Planına əsasən binanın digər bir nöqtəsində mövcud olan 130 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinin tikintiyə gəldiyi halda İddiaçı təqdim edilcəyi göstərilmişdir. Bununla belə, icra mərhələsində tərtib edilmiş bu aktdan (2-ci iş, 1-ci cild, i.v. 69), habelə xx.xx.2018-ci il tarixli rəydən (2-ci iş, 1ci cild, i.v. 81) mübahisəli sahənin məhz Cavabdeh1 istifadə və sahibliyində olduğu, həmin sahənin İddiaçı tərəfindən zəbt edildiyi müəyyən edilir.
53. Tərəflərlə müqavilə bağlamış "xxxx" MTK-nın təsisçisi və qanuni təmsilçisi X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 178.2.3, 308.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə çıxarılmış və qanuni qüvvəsini almış Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(101)-78/2020 saylı Hökmü ilə də mübahisəli sahənin İddiaçı təhvil verilmədiyi öz təsdiqini tapır.
54. Bununla belə, məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alıb, belə qənaətə gəlir ki, Cavabdeh1 "xxxx" MTK ilə aralarında bağlanmış müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri icra etmiş və müqavilə üzrə müəyyən edilmiş məbləği kooperativə ödəməklə müqavilənin predmetini təşkil edən və mübahisəli 130 kv.m sahənin də daxil olduğu əmlakı təhvil almış və hüquqi nəticə etibarı ilə onun həmin əmlaka münasibətdə daha əvvəl üstün hüquqları yaranmışdır. Bu da öz növbəsində "xxxx" MTK ilə İddiaçı arasında 19.12 2007-ci tarixdə bağlanılmış 11 saylı müqavilənin mübahisəli sahəyə (130 kv.m.) aid hissədə yuxarıda göstərilən əsasa görə əhəmiyyətsiz olması səbəbindən etibarsız hesab edilməsini şərtləndirir. Birinci instansiya məhkəməsi də İddiaçı tərəfindən xx.xx.2007-ci il tarixli müqavilə bağlanan zaman Cavabdeh1 ilə "xxxx" MTK arasında artıq müqavilənin bağlandığını vurğulamış və bu hala istinadən xx.xx.2007-ci il tarixli müqaviləni mübahisəli sahəyə aid hissədə etibarsız hesab etmişdir. Həmin müqavilənin mübahisəli sahəyə aid hissədə hər hansı digər əsasla etibarsız hesab edilməsinə, o cümlədən yalan əqd kimi qiymətləndiriməsinə hər hansı hüquqi əsas görünmür.
55. Məhkəmə kollegiyasının bu qənaəti Cavabdeh1 iddiasına hər hansı formada müddətin tətbiq edilməsini istisna edir.
56. Məhkəmə kollegiyası tərəflərin biri birinə qarşı irəli sürdükləri iddiaların mahiyyətini, o cümlədən hüquqi nəticə etibarı ilə bir iddianın təmin edilməsinin, digərinin rədd edilməsi üçün əsas yaratdığını nəzərə alıb, habelə sərgilədiyi hüquqi mövqeyi rəhbər tutub, belə qənaətə gəlir ki, ikinci iş üzrə birinci instansiya məhkəməsi İddiaçı ilə "xxxx" MTK arasında bağlanmış xx.xx.2007-ci il tarixli müqaviləni mübahisəli qeyri-yaşayış sahəsinə aid hissədə etibarsız hesab etməklə düzgün nəticəyə gəlmişdir. Bu səbəbdən ikinci iş üzrə çıxarılmış qətnamədən İddiaçı apellyasiya şikayəti əsassızdır və təmin edilə bilməz.
57. Həmin müqavilənin qeyd edilən hissədə etibarsız hesab edilməsi ilə İddiaçı hüquqi nəticə etibarı ilə Cavabdeh1 qarşı birinci iş üzrə belə bir tələb irəli sürməsi üçün subyektiv hüququnu itirmiş olur. Başqa sözlə, mövcud vəziyyətdə Axundov X7 Könül Nadir qızına qarşı bu iddianı qaldırmaq üçün subyektiv hüquqa malik deyil. Qeyd edilənlər öz növbəsində Cavabdeh1 apellyasiya şikayətinin əsaslı olduğunu təsdiq edir və onun təmin edilməsini şərtləndirir. Bunun nəticəsi olaraq birinci iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, həmin iş üzrə yeni qətnamə çıxarılmaqla iddia rədd edilməlidir.
58. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci iş üzrə iddiaçı, ikinci iş üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməməli, ikinci iş üzrə çıxarılmış qətnamə İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalı, birinci iş üzrə cavabdeh ikinci iş üzrə iddiaçı Cavabdeh1 apellyasiya şikayəti təmin edilməli, birinci iş üzrə çıxarılmış qətnamə ləğv edilməli, həmin iş üzrə yeni qətnamə çıxarılmaqla, iddia rədd edilməlidir. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə, birinci iş üzrə ödənilmiş dövlət rüsumu isə İddiaçı aid edilməlidir.
59. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384- 385-ci, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Birinci iş üzrə iddiaçı, ikinci iş üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməsin. İkinci iş üzrə çıxarılmış Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-11/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Birinci iş üzrə cavabdeh, ikinci iş üzrə iddiaçı Cavabdeh1 apellyasiya şikayəti təmin edilsin. Birinci iş üzrə çıxarılmış Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 38/2022 saylı, xx.xx.2022-cü il tarixli qətnaməsi ləğv edilsin. Həmin iş üzrə yeni qətnamə çıxarılsın. Birinci iş üzrə İddiaçı cavabdehlər Cavabdeh1 və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın və texniki pasportun ləğv edilməsi, qeyri-yaşayış sahəsindən çıxarılma və sahənin təhvil verilməsi” tələbinə dair iddiası rədd edilsin. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə, birinci iş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.