Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-620/2021 22.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı “xxxx” MMC-nin direktoru İddiaçı1, onun nümayəndəsi X5, Cavabdeh “xxxx” MMC-nin nümayəndəsi X3, Müstəqil tələb irəli sürməyən üçüncü şəxslər “xxxx” QSC BOKT-un nümayəndəsi X6 və “xxxx” ASC-nin nümayəndəsi X9 iştirakı ilə, İddiaçı “xxxx” MMC-nin cavabdeh “xxxx” MMC-yə qarşı hərracın yekunları barədə protokolun ləğv edilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 09 dekabr 2019-cu il tarixli 2(009)-2964/2019 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı1 cavabdeh “xxxx” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” MMC-yə məxsus Qazax rayonu Yuxarı Salahlı kəndində 0,1 ha torpaq sahəsində yerləşən iki girişli, 79,5 kv.m. əsas sahədən ibarət qeyri-yaşayış binasına (yanacaqdoldurma məntəqəsi) dair hərracın yekunları barədə 24 dekabr 2012-ci il tarixli Y- 1105 saylı protokolun ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı iddiaçı X2 əsl iddiaçı “xxxx” MMC ilə əvəz edilmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, cavabdeh ”xxxx” MMC tərəfindən hərracın yekunları barədə 24 dekabr 2012-ci il tarixli Y-1105 saylı protokola əsasən “xxxx” MMC-yə məxsus Qazax rayonu Yuxarı Salahlı kəndində 0,1 ha torpaq sahəsində yerləşən iki girişli 79,5 kv.m ümumi, 79,5 kv.m əsas sahədən ibarət qeyri-yaşayış binası (yanacaqdoldurma məntəqəsi) 10838 manata satılmışdır. Əmlakın ilkin satış qiyməti 17000 manat müəyyən edilmişdir. Həmin yanacaqdoldurma məntəqəsinin hərracda satılması barədə ona məlumat verilməmiş, bu barədə onun xəbəri olmamış, bu günə qədər həmin obyektdə fəaliyyətini davam etdirir və vergi ödəyir. Qeyd olunan yanacaqdoldurma məntəqəsinin real bazar qiyməti 200000 manatdan artıqdır. 200000 manat dəyərində olan yanacaqdoldurma məntəqəsinin ilkin satış qiyməti 17000 manat müəyyən edilərək yekunda 10838 manata satılmışdır. Hesab edir ki, bu tamamilə qanunsuz və əsassızdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 09 dekabr 2019-cu il tarixli 2(009)- 2964/2019 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, ona mübahisənin məhkəmədən kənar həll edilməsi barədə heç bir təklif edilməmiş, həmin qeyri-yaşayış sahəsinin hərraca çıxarılması barədə məhkəmə mübahisəsi zamanı onun ümumiyyətlə məhkəmədən xəbəri olmamış və bankın iddiasına cavabdeh olaraq İddiaçı1 iştirakı və xəbəri olmadan baxılmışdır. Bu barədə məhkəmə iclasında iddiaçı tərəfindən bildirilsə də, işə baxan məhkəmə buna əhəmiyyət verməmiş və nəzərə almamışdır. Həmçinin birinci instansiya məhkəməsi zamanı yenidən qiymətləndirmə üçün vəsatət verilsə də, məhkəmə tərəfindən həmin vəsatətə qiymət verilməmişdir. Halbuki mübahisənin həllində qiymətləndirmə keçirilməsi obyektiv qərar qəbul edilməsi üçün vacib məqam idi. Hərracın keçirilməsinə dair xəbərnamələrdəki imza isə İddiaçı1 məxsus deyildir. Çünki o, latın qrafikası ilə yaza bilməmiş və ümumiyyətlə imzalar da açıq-aşkar onun imzasına uyğun olmamışdır. Nə həmin dövrdə, nə də hazırkı dövrdə 10838 manata yanacaqdoldurma məntəqəsi almaq mümkün deyil. Bank bunu bildiyi halda özü bilərəkdən qərəzli şəkildə iddiaçını xəbərsiz və məlumatsız qoymaqla ondan gizli şəkildə bu məsələləri həll etmiş və onun xəbəri olmadan əmlakı əldə etmişdir. Halbuki iddiaçı hal-hazırda borcu ödəməyə hazırdır. Hazırkı işlə bağlı bütün hərracın keçirilməsi qaydası pozulmuşdur. Qiymətləndirməyə dair hesabatdan göründüyü kimi Qazax rayonunda yerləşən yanacaqdoldurma məntəqəsinə ümumiyyətlə baxış keçirilməmiş, Şəmkir şəhəri C.Cabbarlı küçəsində yerləşən obyektin qiymətləndirilməsinin isə Qazax rayonunda yerləşən “xxxx” MMC-yə məxsus yanacaqdoldurma məntəqəsinə aidiyyatı olmamışdır. İş üzrə sübutlardan görünür ki, hərrac qanuna müvafiq qaydada həyata keçirilmədiyindən İddiaçı1 da məlumat verilməmiş və onun bu məsələlərdən xəbəri olmaması üçün gizlədilməsi istiqamətində müxtəlif qanunsuz hərəkətlərə əl atılmışdır. Həmin hərəkətlərdən biri odur ki, İddiaçı1 adından xəbərnaməyə onun familiyasını yazmaqla və imza etməklə guya ona məlumat verilməsi görüntüsü yaradılmışdır. Bu hallar birinci instansiya məhkəməsində tədqiq edilməli və araşdırılmalı olduğu halda bunu etməmişdir. Buna görə də məhkəmədən göstərilən halların ətraflı araşdırılmasını tələb edir. Məhkəmə kollegiyasının iclasında iddiaçı “xxxx” MMC-nin nümayəndəsi (direktoru) apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini, cavabdehin nümayəndəsi və üçüncü şəxs “xxxx” QSC BOKT-un nümayəndəsi X11 apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş “xxxx” ASC-nin nümayəndəsi X14 apellyasiya şikayətinin təmin edilməməsini xahiş edərək izahatında bildirdi ki, həmin qeyri-yaşayış sahəsi onların mülkiyyətindədir. Yanacaqdoldurma məntəqəsinə dair “xxxx” ASC-yə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Həmin yanacaqdoldurma məntəqəsini hal-hazırda Fazil Şıxməmmədov adlı şəxs 01 mart 2021-ci il tarixli icarə müqaviləsi əsasında istifadə edir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Şəmkir rayon icra və probasiya şöbəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına öz nümayəndəsini göndərməmişdir. Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayətinə həmin üçüncü şəxsin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 09 dekabr 2019-cu il tarixli 2(009)- 2964/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Şəmkir Rayon Məhkəməsinin 12 mart 2010-cu il tarixli 2(076)-75/2010 saylı qətnaməsindən görünür ki, “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Gəncə filialı ilə X15 arasında bağlanmış 23.11.2006-cı il tarixli F280i N saylı kredit müqaviləsinə əsasən bank tərəfindən X12 18 ay müddətinə 18 %-lə 130000 ABŞ dolları məbləğində kredit verilmiş, kreditin qaytarılmasının təminatı olaraq Bankla “xxxx” MMC arasında bağlanmış 23.11.2006-cı il tarixli F280/1 saylı ipoteka müqaviləsinə əsasən “xxxx” MMC-nin mülkiyyətində olan Qazax rayonu Yuxarı Salahlı kəndində 0,1 ha torpaq sahəsində yerləşən iki girişli, 79,5 kv.m ümumi, 79.5 kv.m əsas sahədən ibarət bir mərtəbəli qeyri-yaşayış binası və X4 arasında bağlanmış 23.11.2006-cı il tarixli F280i saylı ipoteka müqaviləsinə əsasən X13 məxsus Şəmkir şəhəri C.Cabbarlı küçəsində yerləşən 0,12 ha torpaq sahəsi olan iki mərtəbəli, üç otaqlı 64 kv.m yaşayış, 209 kv.m köməkçi sahədən ibarət 19 saylı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Həmin qətnamə ilə bankın iddiası qismən təmin olunaraq, ipoteka predmeti olan X13 məxsus fərdi yaşayış evi və “xxxx” MMC-yə məxsus Qazax rayonu Yuxarı Salahlı kəndində 0,1 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binasının boşaldılıb açıq hərracdan satılaraq, realizə edilmiş əmlakın dəyərindən icra olunduğu gün manata məzənnəsi ilə 29286 ABŞ dolları əsas, 2098 ABŞ dolları məbləğində faiz borcu və 2548 ABŞ dolları məbləğində cərimə pulu, cəmi 33932 ABŞ dolları məbləğində pulun “xxxx” ASC-nin kredit tələbinin ödənilməsinə yönəldilməsi qət edilmişdir. İş materiallarında olan kommersiya təşkilatlarının dövlət reyestrindən çıxarışdan görünür ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti 05.07.2005-ci ildə dövlət qeydiyyatına alınmış, MMC-nin təsisçisi və qanuni təmsilçisi İddiaçı1dur. İş materiallarında olan “xxxx”nin hərracın nəticələri haqqında 24 dekabr 2012-ci il tarixli Y-19 nömrəli yekun protokolundan görünür ki, ilkin satış qiyməti 17000 manat olan “xxxx” MMC-yə məxsus Qazax rayonu Yuxarı Salahlı kəndində 0,1 ha torpaq sahəsində yerləşən iki girişli 79,5 kv.m ümumi, 79,5 kv.m əsas sahədən ibarət qeyri-yaşayış binasını (yanacaqdoldurma məntəqəsi) ipoteka saxlayan “xxxx” ASC 10838 manata almışdır. İş materiallarında olan daşınmaz əmlakın dövlət reyestrindən 16.03.2013-cü il tarixli RX seriyalı ******* saylı çıxarışdan görünür ki, Qazax rayonu Yuxarı Salahlı kəndində 0,1 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 79,5 kv.m olan qeyri-yaşayış binası xüsusi mülkiyyət hüququ ilə “xxxx” ASC-nin adına qeydiyyata alınmışdır. İş materiallarında olan daşınmaz əmlakın dövlət reyestrindən 28.02.2018-ci il tarixli RX seriyalı ******* saylı çıxarışdan görünür ki, Qazax rayonu Yuxarı Salahlı kəndində 0,1 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 79,5 kv.m olan qeyri-yaşayış binası xüsusi mülkiyyət hüququ ilə “xxxx” QSC-nin adına qeydiyyata alınmışdır. Apellyasiya icraatı zamanı keçirilmiş məhkəmə xətşünaslıq ekpertizasının 02 dekabr 2020-ci il tarixli 4/975 saylı rəyindən görünür ki, poçt göndərişlərinin verilməsi haqqında 18.11.2010-cu il tarixli xəbərnamədə “şəxsən” qrafasındakı imza, poçt göndərişinin verilməsi haqqında 18.11.2011-ci il tarixli xəbərnamədə “etibarnamə ilə” qrafasındakı imza, poçt göndərişinin verilməsi haqqında 17.11.2012-ci il tarixli xəbərnamənin kserosurətində “şəxsən” qrafasındakı “Şıxməmmədov” yazısı və imza İddiaçı1 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. “xxxx” MMC tərəfindən verilən 30.10.2020-ci il tarixli hesabatdan görünür ki, “xxxx” MMC-yə məxsus Qazax rayonu Yuxarı Salahlı kəndində yerləşən qeyri-yaşayış binasının (yanacaqdoldurma məntəqəsinin) likvid qiyməti 290000 manat təşkil edir. “B+Ş audit” Konsaltinq MMC tərəfindən verilən 11.04.2021-ci il tarixli hesabatdan görünür ki, “xxxx” MMC-yə məxsus Qazax rayonu Yuxarı Salahlı kəndində yerləşən qeyriyaşayış binasının (yanacaqdoldurma məntəqəsinin) 09 mart 2021-ci il tarixə bazar qiyməti 100000 manat, 2012-ci il tarixinə likvid qiyməti 55000-60000 manat, 11 aprel 2021-ci il tarixə olan likvid qiyməti isə 75000-80000 manat təşkil edə bilər. İşdə olan qəzetdən çıxarış, bildiriş və kuryer xidməti üçün mədaxil qəbzlərinin surətlərindən görünür ki, hərrac təşkilatı olan “xxxx” MMC hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirmiş, iddiaçı “xxxx” MMC-nin ünvanına hərracın keçirilməsi barədə bildirişlər göndərmiş, bildirişlər həmin ünvanda imza edilməklə qəbul edilmiş, ipoteka qoyan MMC hərracda iştirak etməmişdir. Təkrar hərracın yeri, vaxtı və əmlakın satış qiyməti barədə məlumatlandırılmasına baxmayaraq, “xxxx” MMC-nin nümayəndəsi hərracda iştirak etməmiş, “hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” müqavilə imzalanaraq hərracın nəticələri ilə əlaqədar Y- 1105 saylı protokol tərtib edilmişdir. Lakin mübahisəsi gedən qeyri-yaşayış binası ilə bağlı təkrar hərrac baş tutmadığından ipoteka predmeti olan əmlak tələbkara təklif olunmuş və tələbkar ipoteka əmlakı almağa razılıq vermişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Tutma yönəldilən ipoteka predmetinin satış üsullarından biri olan hərracların keçirilmə qaydaları, hərracın baş tutmamış elan edilməsi, bu halda təkrar hərracın keçirilməsi qaydaları və nəticələri “İpoteka haqqında” Qanunun 42 və 43-cü maddələri ilə tənzimlənir. Həmin Qanunun 41.2-ci maddəsinə əsasən məhkəmənin qərarı və notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən həyata keçirilir. İcra məmuru hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata sifariş verir. Qanunun 41.3-cü maddəsinə əsasən hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Hərrac açıq auksion formasında keçirilir. Həmin Qanunun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi miqdarında beh ödəməlidir. Qanunun 42.3-cü maddəsinə əsasən hərracın təşkilatçı və onun əməkdaşları istisna omaqla hərracda istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan alıcı qismində iştirak edə bilər. Həmin Qanunun 43.1-ci maddəsinə görə hərraca iki nəfərdən az alıcı gəldikdə; hərracın iştirakçısı olmadıqda; hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə (bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın) hərracın təşkilatçısı hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində məlumat dərc etdirir. Həmin Qanunun 43.3-43.5-ci maddələrinə əsasən hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq, təkrar hərrac keçirilir. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. Həmin Qanunun 43.7-ci maddəsinə əsasən bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25% az olmayan qiymətlə ala bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 414.4-cü maddəsinə hərrac auksion və ya müsabiqə formasında keçirilir. Həmin Məcəllənin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən azı otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası və s. məlumatlar olmalıdır. Həmin Məcəllənin 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. İşdə olan sübutlardan görünür ki, mübahisələndirilən hərrac qanuni əsaslarla keçirildiyinə görə onun ləğvi üçün əsas yoxdur. Belə ki, əvvəla X10 “xxxx” SKB ilə bağladığı kredit müqaviləsinin təminatı kimi 23 noyabr 2006-cı il tarixdə həmin bankla “xxxx” MMC arasında ipoteka müqaviləsi bağlanarkən həmin dövrdə Cəmiyyətin qanuni təmsilçisi olan İddiaçı1 məlumatlı olmuşdur. X15 bank qarşısında kredit müqaviləsindən irəli gələn öhdəliklərini yerinə yetirmədiyinə görə bank iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Şəmkir Rayon Məhkəməsinin 12 mart 2010-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin olunaraq ipoteka predmeti olan daşınmaz əmlaklar, o cümlədən “xxxx” MMC-yə məxsus yanacaqdoldurma məntəqəsinin açıq hərracda satılması yolu ilə kredit borcunun ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minərək icraya yönəldilmiş, Şəmkir rayon icra bölməsi tərəfindən 18.09.2012-ci il tarixli məktubla həmin yanacaqdoldurma məntəqəsinin hərrac yolu ilə satılması barədə hərrac təşkilatına, ipoteka saxlayan banka və “xxxx” MMC-yə məlumat verilmişdir. Hərracın keçirilməsi barədə hərrac təşkilatı tərəfindən “xxxx” MMC-yə də sifarişli poçtla bildirişlər göndərilmiş və həmin ünvanda qəbul edilmişdir. İpoteka qoyan şəxs qismində “xxxx” MMC çıxış etdiyinə görə bildirişlər X1 ünvanına yox, MMC-nin ünvanına göndərilmişdir. Ona görə də həmin bildirişlərdə olan imzanın məhz İddiaçı1 məxsus olmasının iş üçün əhəmiyyəti yoxdur. Həmin yanacaqdoldurma məntəqəsində Şıxməmmədov soyadlı digər şəxslərin də işləməsi və bildirişləri alması istisna olunmur. Belə ki, iş materiallarında olan poçt qəbzindən görünür ki, Bakı Apellyasiya Məhkəməsində 24 fevral 2020-ci il tarixdə və 08 iyun 2021-ci il tarixdə keçirilməli olan məhkəmə iclaslarına çağırılması barədə “xxxx” MMCnin ünvanına göndərilmiş bildirişləri də “Şıxməmmədov” soyadlı şəxs qəbul edərək latın qrafikalı Azərbaycan əlifbası ilə soyadını yazmış və imza etmişdir. (i.v.152) Buna görə də hərracla bağlı “xxxx” MMC-nin ünvanına göndərilmiş poçt qəbzlərində olan imza və yazıların həmin MMC-nin direktoru İddiaçı1 məxsus olmaması Cəmiyyətin hərracın keçirilməsindən məlumatlı olmaması anlamını vermir. İş materiallarından göründüyü kimi, hərrac barədə qəzetdə elanlar verilmiş və hərrac iştirakçılarına bildirişlər göndərilmişdir. Məhkəmə kollegiyası “xxxx” MMC-nin rəhbəri İddiaçı1 hərracın keçirilməsindən məlumatlı olmaması barədə dəlilini ağlabatan hesab etmir. Belə ki, hərracın keçirilməsi barədə bildirişlər İddiaçı1 tərəfindən şəxsən imza edilib qəbul edilməsə də, həmin ünvanda digər şəxslər tərəfindən, o cümlədən şəxsiyyəti məhkəməyə bəlli olmayan “Şıxməmmədov” soyadlı şəxs tərəfindən qəbul edilmişdir. Əmlakın qiymətləndirilməsi barədə hesabatda yanacaqdoldurma məntəqəsinin yerləşdiyi ünvanın ünvan 1də hərracın yekunları barədə protokolun ləğv edilməsinə və beləliklə hərracın nəticələrinin etibarsız hesab edilməsinə əsas vermir. Daşınmaz əmlakın qiymətləndirilməsində kəskin fərqlərlə bağlı məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya icraatı zamanı keçirilmiş qiymətləndirmənin nəticələrinə əsasən tərtib olunmuş rəylər kifayət qədər əsaslandırılmamış, oxşar şəraitə malik daşınmaz əmlakların qiymətləri ilə müqayisəli tədqiqat aparılmamışdır. Buna görə də məhkəmə kollegiyası həmin rəyləri mötəbər sübut kimi qəbul etmir. Mülki dövriyyənin sabitliyinin qorunması, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması prinsipləri baxımından iddianı rədd edən birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, iddiaçının tələbi əsassızdır və qanuni əsaslar olmadan mübahisəli əmlakın onun mülkiyyətçisindən geri almaq niyyətini təsdiq edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində qeyd olunanlar yuxarıda göstərilənlərə əsasən qanuni və əsaslı qətnamənin ləğvi üçün əsas sayıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 385, 392, 393, 402-404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı “xxxx” MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 09 dekabr 2019-cu il tarixli 2(009)- 2964/2019 saylı qətnaməsi iddiaçı “xxxx” MMC-nin apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. İş üzrə məhkəmə xətşünaslıq ekspertizasının keçirilməsinə sərf olunmuş 127 manat pul iddiaçıdan tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-620/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-620/2021
22.06.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver