Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6206/2022 28.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı ("xxxx" MMC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: borcun olmaması barədə arayışın verilməsi öhdəliyinin qoyulması və s.) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı, Cavabdeh LPO Cavabdeh ASCnin ləğvedicisi Əmanətlərin Sığortalanması X1 iştirakları ilə, İddiaçı cavabdeh LPO Cavabdeh ASCnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı ("xxxx" MMC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «borcun olmaması barədə arayışın verilməsi öhdəliyinin qoyulması və s.» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 iyul 2022-ci il tarixli, e-2(006)-2580/2022 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 28 sentyabr 2022-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 21 noyabr 2014-cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, 13.853,01 ABŞ dolları əsas kredit borcu, 6.486,30 ABŞ dolları faiz borcu, 1.000 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 21.339,31 ABŞ dolları ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manat hesabı ilə, həmçinin ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun İddiaçı tutularaq Cavabdeh ASC-yə ödənilməsi, tələb üzrə tutmanın «Mercedes Benz GL 550» minik markalı, ** OX *** dövlət qeydiyyat nişanlı, 2009-cu il buraxılışlı, qara rəngli avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracda satılması, satışdan əldə ediləcək vəsait hesabına Cavabdeh ASC-yə olan borcun ödənilməsi, qətnamənin icrasından artıq qalan məbləğin İddiaçı qaytarılması, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir.
2. Bakı Apelyasiya Məhkəməsinin 16 fevral 2017-ci il tarixli, 2(103)-13/2017 saylı qətnaməsi ilə cavabdeh İddiaçı apelyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 21 noyabr 2014-cü il tarixli qətnaməsinin ləğv edilməsi, iddiaçı Cavabdeh ASC-nin ləğvedicisi «X2 Company» MMC-nin cavabdeh İddiaçı qarşı «kredit borcunun, ona hesablanmış kredit faizlərinin tutulması və tutulmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.
3. LPO Cavabdeh ASC-nin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(103)-13/2017 saylı qətnaməsi ilə Sabunçu Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsinin ləğv edilməsi, Cavabdeh ASC-nin “kredit borcunun, ona hesablanmış kredit faizlərinin tutulması və tutulmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Sözügedən məhkəmə qərarı ilə Əmanətlərin Sığortalanması Fondu üzərinə icra ediləcək hər hansı bir öhdəlik qoyulmamışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdeh LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2009-cu il tarixli, 344 saylı kredit müqaviləsinə əsasən Cavabdeh ASCdə onun adına borc kimi görünən məbləğin və həmin borca görə yaranmış gecikmə günlərinin silinməsi ilə bağlı Mərkəzləşdirilmiş Kredit Reyestrinə məlumatın verilməsi və eyni zamanda, xx.xx.2009-cu il tarixli, 344 saylı kredit müqaviləsinə əsasən LPO Cavabdeh ASC-yə kredit borcunun olmadığı barədə arayışın ona təqdim edilməsi öhdəliyinin LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
5. Birinci instansiya məhkəməsi baxışı zamanı iddiaçının şifahi vəsatətinə əsasən "xxxx" MMC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsinə əsasən ondan cəmi 21.339 ABŞ dolları 31 sent və 30 manat rüsumun tutularaq Cavabdeh ASC-yə ödənilməsi, tələb üzrə tutmanın girov predmeti olan nəqliyyat vasitəsinə yönəldilməsi barədə qərar qəbul edilmişdir. Qeyd etməyi zəruri hesab edir ki, onunla Cavabdeh ASC arasında hazırki iş üzrə heç bir kredit və ipoteka müqaviləsi imzalanmayıb, eyni zamanda, həmin iş üzrə girov predmeti kimi qeyd edilən, lakin DİN BDYPİ-dən aldığı qeyri-rəsmi məlumata əsasən heç bir zaman girov predmeti kimi rəsmiləşdirilməyən “Mercedes Benz GL-550” markalı, ** OX *** d.q.n. avtomobilin ümumiyyətlə kimə məxsus olduğu və hansı səbəbdən və nə məqsədlə girov predmeti kimi qeyd olunduğu barədə məlumatı yoxdur. İş üzrə məhkəmə prosesinin getməsindən məlumatı olmadığı üçün iştirak etmədiyindən, sonradan onun tərəfindən Sabunçu Rayon Məhkəməsinin çıxardığı qətnamədən apelyasiya şikayəti verilmişdir. İş üzrə kredit və ipoteka müqavilələrində çəkilən imzaların ona aid olmadığı, yəni onun adının qarşısında başqa şəxs tərəfindən saxta imzalar atıldığı, Bakı Apelyasiya Məhkəməsində ekspertiza rəyinə əsasən təsdiq olunmuşdur. Bu səbəbdən də, xx.xx.2017ci il tarixdə Bakı Apelyasiya Məhkəməsi Sabunçu Rayon Məhkəməsinin 21 noyabr 2014cü il tarixli qətnaməsini ləğv edərək, onun Cavabdeh ASC qarşısında heç bir borc öhdəliyinin olmadığı barədə qərar qəbul etmişdir. Qeyd etdiyi işlə bağlı Mərkəzləşdirilmiş Kredit Reyestrində onun adına görünən borc məbləği və həmin borc məbləğinə görə gecikmə günləri gündəlik sosial həyatında ona mane olduğu üçün xx.xx.2021-ci il tarixində ləğv prosesində olan Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna müraciət etsə də, sonuncu, yazılı olaraq imtina etmişdir.
7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 iyul 2022-ci il tarixli, e-2(006)- 2580/2022 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, xx.xx.2009-cu il tarixli, 344 saylı kredit müqaviləsi üzrə İddiaçı adına borc kimi görünən məbləğin və həmin borca görə yaranmış gecikmə günlərinin silinməsi ilə bağlı Mərkəzləşdirilmiş Kredit Reyestrinə məlumatın verilməsi və həmin müqavilə üzrə İddiaçı borcunun olmamasına dair arayışın təqdim edilməsi öhdəliyi LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulması qət edilmişdir.
8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının bank qarşısında xx.xx.2009-cu il tarixli, 344 saylı kredit müqaviləsi üzrə hər hansı bir öhdəliyinin (borcunun) olmamasına baxmayaraq, Azərbaycan Kredit Bürosuna təqdim edilmiş yanlış bilgiyə görə, iddiaçının hüquqları pozulmuşdur. İddiaçı müxtəlif instansiyalara, həmçinin iş üzrə cavabdehə müraciət edərək, yanlışlığın aradan qaldırılması, qeydlərdə olan səhvlərə düzəliş edilməsini xahiş etsə də, onun haqlı tələbi yerinə yetirilməmişdir. Beləliklə də məhkəmə hesab etmişdir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir.
9. Məhkəmə gəldiyi nəticəni işin qeyd olunan hallarına eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apelyasiya şikayətinin dəlilləri
10. Qətnamədən cavabdeh tərəfindən apelyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
11. Apellyasiya şikayətində göstərilmişdir ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları əsasında bir daha açıq görünür ki, kredit müqaviləsi üzrə 90 000 ABŞ dolları kredit vəsaiti götürülmüş və həmin kredit üzrə əsas borcdan 76 146,99 ABŞ dolları ödəniş edilmiş, faiz borcundan isə 40 710,01 ABŞ dolları ödəniş edilməklə ödənişlər tamamlanmamış və sistem üzrə 13 883, 01 ABŞ dolları əsas borc və 13 486,53 ABŞ dolları faiz borcu olmaqla ödənilməmiş borc öhdəliyi qalmışdır. Göründüyü kimi məhkəmə həqiqətə nail olmaq üçün ilk növbədə iddiaçının kredit müqaviləsi üzrə götürdüyü öhdəlikləri müqavilədə nəzərdə tutulmuş müddət ərzində icra edib-etməməsini tərəflərindən məhkəməyə təqdim olunmuş sübutlar əsasında araşdırmağa borclu idi. Həmçinin iddiaçı tərəfindən ünvanlanmış xx.xx.2021-ci tarixli məktuba yazılmış 2116.200801207 saylı və xx.xx.2021-ci il tarixli cavab məktubuna əsasən də borclunun öhdəliklərini tam icra etməməsi halı bir daha vurğulanmışdır.
b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən X4 apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verməklə, əlavə olaraq bildirdi ki, iddiaçının bank qarşısında götürdüyü öhdəliklərini tam olaraq həyata keçirməmiş və müqavilə üzrə ödənilməmiş borcu qalmışdır. Belə olan halda hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iddia tələbi rədd edilməlidir.
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq izahatında əlavə olaraq bildirdi ki, cavabdeh bankla hər hansı bir müqavilə bağlamamış və bankdan kredit vəsaiti götürməmişdir. xx.xx.2009-cu il tarixli kredit müqaviləsinə isə onun adından başqa bir şəxs imza etmişdir və bu hallar qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə öz təsdiqini tapmışdır. Hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
15. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən maddi hüquq normaları:
16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 17.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir. 18.Həmin Məcəllənin 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər-hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 19.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 20.Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
21. Azərbaycan Respublikası Mülki Məcəllənin 527.1-ci maddəsinə əsasən, öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir.
Apelyasiya baxışının hədləri
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
24. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddia tələbinin rədd edilməsini xahiş etdiyindən birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə yoxlanılmalıdır.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası izahatları bu kontekstdə dinləyib, apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
26. Belə ki, iş materiallarında olan qanuni qüvvəsini almış Bakı Apelyasiya Məhkəməsinin 16 fevral 2017-ci il tarixli, 2(103)-13/2017 saylı qətnaməsi ilə cavabdeh İddiaçı apelyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 21 noyabr 2014-cü il tarixli qətnaməsinin ləğv edilməsi, iddiaçı Cavabdeh ASC-nin ləğvedicisi «X2 Company» MMC-nin cavabdeh İddiaçı qarşı «kredit borcunun, ona hesablanmış kredit faizlərinin tutulması və tutulmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. 27.Həmin qətnamə ilə müəyyən edilmişdir ki, iş üzrə ekspertiza keçirilmiş və aparılmış tədqiqat nəticəsində Cavabdeh ASC-nin xx.xx.2009-cu il tarixli, 344 saylı kredit müqaviləsi ilə 90.000 ABŞ dolları pulun İddiaçı tərəfindən götürülməsi sübut edilməmişdir. 28.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 29.Görünüyü kimi qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir ki, İddiaçı tərəfi olduğu kredit müqaviləsi ilə bağlı sənədlərə imza etməmiş, müqaviləyə dair hüquqi proseslər barəsində tərəf kimi faktiki iştirak etməmiş, hərəkətləri ilə mülki hüquqlar əldə etməmiş və özü üçün mülki vəzifələr yaratmamış, müqavilə şərtləri onun iradəsi çərçivəsində müəyyənləşdirilməmiş, bankdan pul götürməmişdir. 30.Belə olan halda isə Kredit Reyestrində iddiaçının adına borc olduğunun görünməsi onun gələcəkdə ehtiyaclarını ödəmək üçün hər hansı bir bankdan kredit götürmək hüququnu məhdudlaşdırır. 31.Cavabdeh isə əsassız olaraq xx.xx.2021-ci il tarixli məktubunda Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(103)-13/2017 saylı qətnaməsində Əmanətlərin Sığortalanması Fondu üzərinə icra ediləcək hər hansı bir öhdəliyin qoyulmamasına istinad etmişdir. 32.Halbuki Mülki Məcəllənin 16.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. 33.Nəzərə alınmalıdır ki, mülki münasibətlərdə riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, hüquq sistemi hüquqdan açıqca suiistifadə edilməsini qorumur. Dürüstlük qaydası hər bir şəxsdən dürüst bir insan olaraq gözlənilən davranışı ifadə edir; bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, bir təməl hüquq prinsipidir. 34.Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının bank qarşısında xx.xx.2009-cu il tarixli, 344 saylı kredit müqaviləsi üzrə hər hansı bir öhdəliyinin (borcunun) olmadığından birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir.
35. Beləliklə məhkəmə kollegiyasının qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
36. Belə ki, cavabdeh hesabdan çıxarışa istinad etsə də məhz qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə iddiaçının bank qarşısında xx.xx.2009-cu il tarixli, 344 saylı kredit müqaviləsi üzrə öhdəliyinin olmadığı müəyyən edilmişdir.
37. Göründüyü kimi cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla formal mülahizələrdən ibarət olmuşdur.
38. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.
39. Həmin Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
40. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
41. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.
42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
43. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
44. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh LPO Cavabdeh ASCnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 iyul 2022-ci il tarixli, e-2(006)-2580/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh LPO Cavabdeh ASCnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov