Məhkəmə qərarları › İş №2(103)-6209/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6209/2025

18.11.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6209/2025 18.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X2 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X1 barət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2 və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X5 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (Bakı şəhər İcra Hakimiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “texniki pasportun qismən etibarsız hesab edilməsi və s.” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3303/2025 saylı 6 avqust 2025-ci il tarixli qərardadından İddiaçı nümayəndəsi-vəkili Vəkil tərəfindən verilmiş şikayətə əsasən işə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X5 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (Bakı şəhər İcra Hakimiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ƏMDX DƏDKR X8 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən **********7676-12301 reyestr nömrəsi ilə xx.xx.2020 tarixdə olan vəziyyətə əsasən tərtib olunmuş “Əmlak kompleksi kimi müəssisə”nin Texniki Pasportunda göstərilən torpaq sahəsi hissəsində qismən, 0,02283 (0,7811-0,75827) ha, yəni 2,283 sot və yaxud 228 kv.m. hissəsində etibarsız hesab edilməsi və müvafiq düzəlişin aparılması, eləcə də istifadəsində olan torpaq sahəsi üzərindəki hüquqlarına edilən müdaxilənin aradan qaldırılması, məhkəmə məsrəfləri olan 100 manat dövlət rüsumunun, sənədlərin surətlərinin notariat qaydasında təsdiqinə və poçt xidmətinə görə ödənilmiş 50 manatın, 330 manat hüquqi xidmət haqqının Cavabdeh2 tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən dövlət mülkiyyətində olan 911 kv.m. torpaq sahəsi icarə müqaviləsi əsasında qanuni nümayəndəsi olduğu 1-ci qrup əlil İddiaçı 49 il müddətinə istifadəsinə verilmiş, sonradan qanuni qüvvədə olan məhkəmə qətnamələri və qərarları əsasında iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin sərhədləri, yerində bərkidilmiş və dönmə nöqtələrinə əsasən 871 (911-40) kv.metr təşkil etməsi müəyyən olunmuş və həmin müqaviləyə müvafiq dəyişiklik və əlavələr edilmiş, həmçinin qanuni qüvvədə olan məhkəmə qərardadı ilə ona müvafiq iddia ilə Cavabdeh2 mülkiyyətində olan torpaq sahəsinin ayrıc aktının mübahisələndirilməsi hüququ izah edilmişdir, eləcə də qanuni qüvvədə olan məhkəmə qətnaməsində müəyyən edilmişdir ki, Cavabdeh2 mülkiyyətində olan torpaq sahəsi vaxtı ilə müvafiq məhkəmə qərarları əsasında özəlləşdirildiyindən, torpaq sahəsinin ayrıc aktı olmamışdır. Odur ki, torpaq sahəsinin koordinatları yalnız Texniki Pasportda göstərilir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3303/2025 nömrəli, 6 iyul 2025ci il tarixli qərardadı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X5 1 saylı Bakı Ərazi İdarəsinə qarşı texniki pasportun qismən etibarsız hesab edilməsi, müdaxilələrin aradan qaldırılması və sair tələbinə dair mülki iş üzrə icraata “ƏMDX DƏDKR X8 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən **********7676-12301 reyestr nömrəsi ilə xx.xx.2020 tarixdə olan vəziyyətə əsasən tərtib olunmuş “Əmlak kompleksi kimi müəssisə”nin Texniki Pasportunda göstərilən torpaq sahəsi hissəsində qismən, 0,02283 (0,7811-0,75827) ha, yəni 2,283 sot və yaxud 228 kv.m. hissədə etibarsız hesab edilməsi və müvafiq düzəlişin aparılması” hissəsində xitam verilmiş, İddiaçı texniki pasporta müvafiq düzəliş edilməsi ilə bağlı onu verən orqana, narazı qaldığı halda inzibati məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi-vəkilinin X3 vəsatət təqdim edərək mülki işin Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, mübahisə daşınmaz əşyanın başqasının qeyriqanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar kateqoriyasına aid olduğundan, yəni daşınmaz əmlakın zəbt edilməsi ilə bağlı olduğundan bu iddiaya daşınmaz əmlakın yerləşdiyi ərazi üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsində baxılmalıdır. İddiaçı 20 ildən artıqdır ki, müxtəlif iddialarla Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edir və həmin məhkəmə tərəfindən iş üzrə obyektiv araşdırma aparılaraq iddiaçının iddiaları rədd edilir. İddiaçının irəli sürdüyü bu iddia da növbəti qanunsuz və əsassız iddialardan biridir və o, bu iddiasının növbəti dəfə Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən rədd edilməməsi üçün Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinin tələblərini kobud şəkildə pozaraq daşınmaz əmlakın yerləşdiyi ərazi üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə deyil, cavabdehin yaşayış yeri üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edib. Halbuki, hazırkı iddia üzrə müstəsna aidiyyət qaydalarına uyğun olaraq yalnız daşınmaz əmlakın yerləşdiyi Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edilə bilərdi. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3303/2025 saylı 6 avqust 2025ci il tarixli qərardadı ilə vəsatət təmin edilərək, mülki işin ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, hazırki tələb qanuni sahibin hüquqlarının müdafiəsi ilə bağlı olduğundan, müstəsna aidiyyət qaydaları tətbiq edilməli və mülki iş daşınmaz əşyanın olduğu yer üzrə məhkəməyə göndərilməlidir. Həmin qərardaddan narazı qalan İddiaçı nümayəndəsi-vəkili Vəkil şikayət verərək Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-3303/2025 nömrəli, xx.xx.2025-ci il tarixli (S/N: 020) qərardadının ləğv olunmasını və sonrakı prosessual hərəkətlərin edilməsi barədə qərardad çıxarılmasını, hazırkı şikayət təmin edilmədiyi, baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərildiyi halda, MPM-nin 397.2-ci maddəsinə əsasən, şikayət üzrə işə məhkəmə iclasında baxılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad qəbul edilərkən prosessual hüquq normaları düzgün tətbiq edilməmiş; birinci instansiya məhkəməsi tərəfindən hüquqi məsələlər dügun qiymətləndirilməklə prosessual hüququn impera6v normasının tələbi pozulmuş və bir qədər ədalətsizliyə yol verilməklə əsassız və qanunvericiliyin tələbinə zidd qərardad çıxarılmışdır. Əvvala qeyd olunmalıdır ki, “İddiaçı Cavabdeh2 və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri”X5 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (Bakı şəhər İcra Hakimiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ƏMDX DƏDKR X8 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən müraciət edərək, ƏMDX DƏDKR X8 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən **********7676-12301 reyestr nömrəsi ilə xx.xx.2020-ci il tarixdə olan vəziyyətə əsasən tərtib olunmuş “Əmlak kompleksi kimi müəssisə”nin Texniki Pasportunda göstərilən torpaq sahəsi hissəsində qismən, 0,02283 (0,7811- 0,75827) ha, yəni 2,283 sot və yaxud 228 kv.m. hissəsində e6barsız hesab edilməsi və müvafiq düzəlişin aparılması, eləcə də iddiaçının istifadəsində olan torpaq sahəsi üzərindəki hüquqlarına edilən müdaxilənin aradan qaldırılması, məhkəmə məsrəfləri olan 100 manat dövlət rüsumunun, sənədlərin surətlərinin notariat qaydada təsdiqinə və poçt xidmətinə görə ödənilmiş 50 manatın, 330 manat hüquqi xidmət haqqının Cavabdeh2 tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.” (Qərardadın 1-ci səhifəsinin “Müəyyən etdi:” hissəsinin 1-ci abzası) Qərardadın 1-ci səhifəsinin “Müəyyən etdi:” hissəsinin 2-ci abzasında göstərilir ki, “Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3303/2025 saylı,xx.xx.2025-ci il tarixli qərardadı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X5 1 saylı Bakı Ərazi İdarəsinə qarşı texniki pasportun qismən etibarsız hesab edilməsi, müdaxilələrin aradan qaldırılması və sair tələbinə dair mülki iş üzrə icraata “ƏMDX DƏDKR X8 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən **********7676-12301 reyestr nömrəsi ilə xx.xx.2020 tarixdə olan vəziyyətə əsasən tərtib olunmuş “Əmlak kompleksi kimi müəssisə”nin Texniki Pasportunda göstərilən torpaq sahəsi hissəsində qismən, 0,02283 (0,7811-0,75827) ha, yəni 2,283 sot və yaxud 228 kv.m. hissədə etibarsız hesab edilməsi və müvafiq düzəlişin aparılması” hissəsində xitam verilmiş, İddiaçı texniki pasporta müvafiq düzəliş edilməsi ilə bağlı onu verən orqana, narazı qaldığı halda inzibati məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur.” Məhkəmə aidiyyətinin qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır. Daşınmaz əmlakın Texniki Pasportunun inzibati akt və yaxud mülki-hüquqi akt olması, tərəflər arasında yaranan münasibətlərin xarakteri mübahisənin mülki mühakimə icraatı qaydasında, yoxsa inzibati məhkəmə icraatı qaydasında baxılması, yəni məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Odur ki, həmin Qərardadın da əsassız və qanunsuz olmasını nəzərə alaraq, həmin işin mülki məhkəmə icraatında baxılması müəyyən olunduğundan (yəni məhkəmə əsassız olaraq həmin iş üzrə icraata xitam verdiyindən), hazırkı mülki işin eyni tərəflərin iştirak etdiyi bir-biri ilə əlaqəli işlər olduqları üçün onların bir icraata birləşdirilməsi məqsədəuyğundur. Buna görə də hazırkı iş, digər iddia tələblərinə dair işlə birləşdirilərək onlara bir icraatda baxılmalıdır. Mülkiprosessual hüquq institutu olan “işlərin bir icraatda birləşdirilməsi” institutunun yuxarıda qeyd olunan iddia tələblərinə (mülki işlərə) münasibətdə tətbiqi məqsədəmüvafiq hesab edilməlidir. Digər tərəfdən, məhkəmə ümumiyyətlə iddia tələblərinin ayrılması ilə bağlı ayrıca qərardad da qəbul etməmişdir. Xüsusi olaraq qeyd olunmalıdır ki, iddiaçının nümayəndəsi və vəkili olaraq xəstəliklə bağlı müalicə almaq üçün xx.xx.2025-ci il tarixdənxx.xx.2025-ci il tarixədək Azərbaycan Respublikasında olmayacağı və göstərilən səbəbdən də məhkəmə icraatının dayandırılması və ya məhkəmə iclasının xx.xx.2025-ci il tarixdən sonrakı dövrə təyin olunması barədə AZEMİS-dəki E-Kabinet vasitəsilə xx.xx.2025-ci il tarixli ərizə ilə məhkəməyə müraciət olunmuşdur. Sübut olaraq təyyarə biletləri və VM Medical park Xəstəxanası tərəfindən verilmiş arayış da təqdim olunmuşdur. Artıq şərhə ehtiyac yoxdur ki, məhkəmə iddiaçının mövqeyini öyrənmədən, cavabdehin əsassız mövqeyini məhkəmənin mövqeyi olaraq qəbul etmiş və bununla da iddiaçıya qarşı açıq-aşkar qərəzli mövqey nümayiş etdirmişdir. Digər tərəfdən hesab edir ki, məhkəmə prosessual qənaət prinsipinə əsaslansa da, həmin prinsip hər bir halda iddiaçının hüquqlarının məhdudlaşdırılması kimi təfsir edilməsi, ən azından “jura novit curia” (“məhkəmə qanunu bilir”) prinsipinə görə yol verilməzdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3303/2025 saylı, 10 sentyabr 2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci və 35.2-ci maddələrinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Həmin Məcəllənin 39.1-ci maddəsinin tələblərinə görə daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. Qeyd edilən maddələrdə mülki məhkəmə icraatının ərazi aidiyyəti ilə bağlı əsas prinsipləri əks olunmuşdur. Göründüyü kimi iddianın bir qayda olaraq cavabdehin rəsmi qeydə alındığı yerin və ya hüquqi şəxsin ünvanının olduğu yerin məhkəməsinə verilməli olduğu təsbit edilmişdir. Bununla yanaşı Mülki Prosessual Məcəllədə bir sıra hallar üçün ərazi aidiyyəti dəqiq müəyyən edilərək iddiaçının başqa məhkəmədə iddia qaldırmaq imkanı istisna olunmuşdur. Belə ki, həmin Məcəllədə daşınmaz əşyalarla bağlı müəyyən mübahisələrə dair qanunla müəyyən edilmiş ümumi ərazi aidiyyətindən fərqli aidiyyət növü (müstəsna aidiyyət) nəzərdə tutulmuşdur. Müstəsna aidiyyəti tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinə görə, tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Həmin maddənin məzmununa görə, daşınmaz əşya kimi tikinti, qurğu və torpaq sahəsi ilə bağlı istənilən mübahisələrə deyil, yalnız aşağıdakı mübahisələrə müstəsna aidiyyət şamil olunur: - daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması; - daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi; - sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar (mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan). Kollegiya hazırki münasibətlərin hüquqi təbiətinə nəzər salaraq qeyd etməyi zəruri sayır ki, iddiaçının məhkəməyə müraciət etməsinin əsas məqsədi istifadəsində olan əmlak üzərində hüquqlarına edilmiş müdaxilələrin aradan qaldırılması, habelə həmin müdaxilələrin qanunsuzluğunun məhkəmə qaydasında müəyyən edilməsindən ibarətdir. Bu baxımdan, sözügedən mübahisə mahiyyət etibarilə daşınmaz əmlaka əşya hüquqları ilə bağlıdır. Həmçinin qeyd edilməlidir ki, mülki prosessual qanunvericiliyin ərazi aidiyyətinə dair normalarından da müəyyən edildiyi kimi, qanunvericinin ərazi aidiyyətinin müəyyənləşdirilməsində başlıca məqsədi: şəxslərin məhkəməyə əlçatanlığının; işlərə ağlabatan müddətdə baxılmasının; prosessual qənaət prinsipinin; ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsidir. Qeyd edilməlidir ki, hüquq və azadlıqların məhkəmə təminatı hüququ ilk növbədə, qanunla müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən işə baxılmasını nəzərdə tutur. Məhkəmənin qanunla müəyyən edilməsi isə baxılan iş üzrə onun aidiyyətinin qabaqcadan aydın şəkildə şərtləndirilməsini və ikili anlam daşımamasını tələb edir. Məhz ona görə mübahisəyə müvafiq ərazi aidiyyəti qaydasında baxılması konstitusion baxımdan əhəmiyyət kəsb edir. Belə ki, Mülki Prosessual Məcəllənin 40.1-ci maddəsinin tələbinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Yuxarıda şərh edilənlərə əsasən kollegiya hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməyərək birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 263, 267, 397, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı nümayəndəsi-vəkili Vəkil tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3303/2025 saylı 6 avqust 2025ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim imza: Cəmilə Musayeva Hakimlər imzalar: Fuad Babayev Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar