Məhkəmə qərarları › İş №2(103)-6212/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6212/2022

16.11.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6212/2022 16.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X20 cavabdehlər X27, "xxxx" MMC, "xxxx" MMC və X11 qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-6212/2022 (Açar sözlər: zərərin ödənilməsi) Bakı şəhəri 16 noyabr 2022-ci il Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçı X18, cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X12, cavabdeh "xxxx" MMCnin nümayəndəsi X7 iştirakları ilə, İddiaçı X29 cavabdehlər X27, "xxxx" MMC, "xxxx" MMC və X11 qarşı “zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 242/2022 saylı 24 fevral 2022-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi-vəkili X21 tərəfindən verilmiş apelyasiya şikayətinə 16 noyabr 2022-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı X20 məxsus «Mercedes Benz» markalı **-CM-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində "xxxx" MMC-yə məxsus və X13 etibarnamə olmadan idarə etdiyi “Ravon Nexia R3” markalı **- PN-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq zədələnmiş, həmin yol-nəqliyyat hadisəsinin törədilməsində X27 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.1 və 327.8-ci maddələrinə əsasən təqsirli bilinmişdir. Dəymiş zərərlə əlaqədar iddiaçı müvafiq qiymətləndirmə şirkətinə müraciət edərək qüsur aktı əldə etmiş, həmin akta əsasən «Mercedes Benz» markalı **-CM-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş zərərin məbləği 7.663 manat kimi müəyyən edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı X29 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X27 və "xxxx" MMC-dən müştərək qaydada avtomobilə vurulmuş ziyan qismində 4614 manat, hər ay üçün əldən çıxan gəlir qismində 1200 manat olmaqla, 3 aylıq 3600 manat, mənəvi ziyan olaraq 2000 manat, dövlət rüsumu kimi ödənilmiş 30 manat, ümumilikdə 10.244 manatın ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia onunla əsaslandırılmışdır ki, «Mercedes Benz» markalı **-CM-*** dövlət qeydiyyat nişanlı avtomobil nəqliyyat vasitəsi qeydiyyat şəhadətnaməsi əsasında onun mülkiyyətindədir. Həmin avtomobili 25 iyul 2012-ci il tarixdə almışdır. Avtomobili «BE». «CE», «DE» kateqoriyalı sürücülük vəsiqəsi əsasında idarə edir. Avtomobili bir qayda olaraq özü İdarə edir və taxi fəaliyyəti ilə məşğul olaraq ailəsini dolandırır. Avtomobil texniki cəhətdən saz vəziyyətdədir və hər-hansı bir texnikin nasazlığı olmamışdır. 22 mart 2021-ci il tarixdə təxminən saat 13 radələrində idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan «Mercedes Benz» markalı **-CM-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Pirşağı-Fatmayı yolu ilə Fatmayı qəsəbəsi istiqamətində hərəkət etmişdir. Həmin zaman idarə etdiyi avtomobilin arxa tərəfindən eyni istiqamətdə hərəkətdə olan avtomobil qabaq tərəfi ilə avtomobilinin arxa tərəfinə çırpılmışdır. Zərbənin təsirindən idarə etdiyi avtomobil qarşı hərəkət istiqamətinə keçib qabaq sol tərəfi ilə Novxanı-Fatmayı yolu ilə hərəkətdə olan «Hyundai Sonata» markalı avtomobilin qabaq sol tərəfinə dəymişdir. Toqquşmanın təsirindən idarə etdiyi avtomobil yerində dövrə vuraraq yolun hərəkət hissəsində mərkəzində hərəkət istiqamətinin əksinə dayanmışdır. «Hyundai Sonata» markalı avtomobil isə bir qədər irəliyə doğru hərəkət edib qarşıda dayanmışdır. Bu zaman idarə etdiyi avtomobilin arxa tərəfinə çırpılmış avtomobilin «Ravon Nexia» markalı avtomobil olmasını müəyyən etmişdir. Həmin zaman avtomobili sürən X27 olmuşdur və o, heç bir etibarnaməsi olmadan həmin avtomobili idarə etmişdir. Binəqədi Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsində aparılmış araşdırma nəticəsində qəbul edilmiş xx.xx.2021-ci İl tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar əsasında müəyyən edilmişdir ki, 22 mart 2021- ci il tarixdə saat 13 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Fatmayı qəsəbəsi, Pirşağı-Fatmayı yolunun hərəkət hissəsində «Azərmaş MMC»-yə məxsus X13 etibarnamə olmadan idarə etdiyi «Ravon Nexia R3» markalı **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilin yolun hərəkət hissəsində həmin avtomobillə eyni istiqamətdə qarşısında hərəkətdə olan X20 məxsus olmaqla idarə etdiyi «Mercedes Benz» markalı 99-CM865 dövlət qeydiyyat nişanlı avtomobilin arxa tərəfinə çırpılması və nəticədə «Mercedes Benz» markalı **-CM-*** dövlət qeydiyyat nişanlı avtomobilin yolun hərəkət hissəsinin qarşı hərəkət istiqamətinə keçməsi ilə Novxanı- Pirşağı yolu ilə hərəkətdə olan X6 idarə etdiyi «Hyundai Sonata» markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq tərəfinə dəyməsi nəticəsində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı «Mercedes Benz» markalı **-CM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X29 və «Ravon Nexia R3» markalı **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin olan X4 qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid, «Ravon Nexia R3» markalı **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X27 həmin avtomobildə sərnişin olan azyaşlıları X23 və X5 zərər vurmayan bədən xəsarətləri almışdırlar. «Ravon Nexia R3» markalı **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X13 X29 və X1 qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid, X27, X24 və X2 zərər vurmayan bədən xəsarətləri almaları ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməsi faktı üzrə əməlində cinayət tərkibli xüsusatları olmadığı müəyyən edilmişdir. Bununla belə «Ravon Nexia R3» markalı 90-PN829 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X13 etibarnamə olmadan idarə etdiyi avtomobillə ara məsafəsinin saxlanılması qaydalarını pozaraq X13 X29 və X1 qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid, X27, azyaşlılar X24 və X3 zərər vurmayan bədən xəsarətləri almaları ilə nəticələnən yolnəqliyyat hadisəsi törətdiyindən Azərbaycan Respublikasının İXM-nin 327.8 və 332.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi müəyyən olunmuşdur. Hadisənin baş verməsində təqsirkar sürücü X27 barəsində Azərbaycan Respublikasının İXM-nin 327.8 və 332.1-cİ maddələrinə əsasən inzibati tənbeh tədbirlərinin görülməsi üçün Binəqədi RPİ-nin DYPŞ-yə göndərilmişdir.

4. Nəsimi Rayon Məhkəməsinin 24 fevral 2022-ci il tarixli 2(006)-242/2022 saylı qətnaməsi ilə (hakim Cəmilə Musayeva) iddianın cavabdeh X19 münasibətdə qismən təmin edilməsi, maddi zərər olaraq 4.414 manat, mənəvi zərər olaraq 200 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manatın 14 manatı, cəmi 4.628 manat məbləğində pul cavabdeh X9 tutularaq iddiaçı X20 ödənilməsi, iddia cavabdehlər "xxxx" MMC, X25 və "xxxx" MMC-yə münasibətdə tam və cavabdeh X19 münasibətdə digər hissədə rədd edilməsi, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 100 manatın 55 manatı iddiaçı X16, 45 manatı isə cavabdeh X9 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.

5. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 449.1, 449.2, 1096.1, 1096.2, 1097.1, 1108.1-ci, Mülki Prosessual Məcəllənin 77.1, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

6. Qətnamədən iddiaçının nümayəndəsi-vəkili apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın tam təmin olunması və pulun müştərək qaydada bütün cavabdehlərdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Apelyasiya şikayətini iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmışdır.

8. Apellyasiya məhkəmə baxışında iddiaçının nümayəndəsi-vəkili apelyasiya şikayətinə əlavə verərək qətnamənin ləğv edilməsi, iddia tələbinin əldən çıxan gəlir qismində 3600 manat və mənəvi ziyan olaraq 2000 manat hissəsində təmin olunması və həmin pulun müştərək qaydada cavabdehlərdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir

9. Apelyasiya şikayəti onunla əsaslandırmışdır ki, iddiaçının avtomobillə taksi fəaliyyəti göstərməyi və aylıq 1000-1200 manat gəlir əldə etməsi və avtomobilin tamamilə yarasız vəziyyətə düşdüyünə görə heç bir gəlir əldə edə bilməməsi hissəsinə münasibət bildirməmişdr. Hətta həmin hadisə nəticəsində iddiaçı xəsarət də almış, mənəvi iztirabda keçirmiş, mənəvi sarsıntıya məruz qalmışdır. Bundan başqa, müqavilə üzrə Kazım Faracov "xxxx" MMC-yə 3-cü şəxslər tərəfindən dəyə biləcək zərəri qarşılamağı öz öhdəsinə götürmüşdür. "xxxx" MMC ilə Kazım Fərəcov arasında icarə müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən avtomobilə faktiki sahiblik Kazım Fərəcova ötürülmüşdür. Nəticədə, Kazım Fərəcov törətdiyi qəzadan yaranmış mülki məsulliyət üçün tam cavabdehlik daşıyır. Halbuki, məhkəmə tərəfindən həmin müqavilə düzgün təvsir olunmamışdır. Belə ki, müqavilə üzrə Kazım Fərəcov "xxxx" MMC- yə 3-cü şəxslər tərəfindən dəyə biləcək zərəri qarşılamağı öz öhdəsinə götürmüşdür.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun izahat verərək təmin edilməsini xahiş etdi.

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər "xxxx" MMC-nin və "xxxx" MMC-nin nümayəndələri apelyasiya şikayətiə etiraz edərək, onun təmin edilməməsini xahiş etdilər.

13. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq digər cavabdeh məhkəmə iclasına gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mənzil Məcəlləsi

14. Maddə 21.1 Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

15. Maddə 21.2 Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

16. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.

17. Maddə 449.2. Bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir.

18. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

19. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

20. Maddə 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir

21. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

25. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apelyasiya baxışının hədləri

26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

28. Qətnamədən iddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayəti verərək qətnamənin əldən çıxmış faydanın, mənəvi ziyanın bütün cavabdehlərdən tutulması hissəsində mübahisələndirdiyindən, qətnamə həmin hissədə yoxlanılır.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

30. Kollegiya ilk növbədə dəymiş ziyanın bütün cavabdehlərdən müştərək qaydada tutulmasına dair apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apeellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin olunmamalı.

31. Kollegiya hesab edir ki, bu hissədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəmişdir.

32. Belə ki, iş materiallarında olan "xxxx" MMC (Lizinq verən) ilə X25 (Lizinq alan) arasında bağlanmış xx.xx.2018-ci il tarixli, AL-181 saylı “Daxili lizinq müqaviləsi”nin təsdiq olunmuş surətindən görünür ki, Lizinq verən lizinq alanın yekun sifarişi əsasında əmlakı əldə edib muzdla lizinq alanın müvəqqəti sahiblik və istifadəsinə verməyi, Lizinq alan isə bu müqavilədə müəyyən edilmiş ödənişlərini ödəməyi öhdəsinə götürür.

33. "xxxx" MMC ilə X25 və "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, MAS-181 nömrəli “Öhdəliklərin ötürülməsi müqaviləsi”nin təsdiq edilmiş surətindən görünür ki, X25 "xxxx" MMC qarşısında götürdüyü bütün öhdəlikləri "xxxx" MMC-yə ötürür, "xxxx" MMC isə bu öhdəlikləri X11 qarşı heç bir tələb irəli sürmədən tam həcmdə qəbul etməyi və bu öhdəlikləri Lizinq müqaviləsində göstərilən müddətdə, şərtlərlə və qaydada "xxxx" MMC qarşısında tam həcmdə və lazımınca yerinə yetirəcəyinə dair öhdəlik götürmüşlər.

34. xx.xx.2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, "xxxx" MMC-nin direktoru Bünyatov Vüsal, X10 istifadəsində olan və "xxxx" MMC-nin mülkiyyətində olan «Ravon Nexia R3» markalı **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobili təhvil almışdır.

35. "xxxx" MMC ilə X27 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 1073/i nömrəli “Nəqliyyat vasitələrinin icarə müaviləsi” nin surətindən görünür ki, "xxxx" MMC «Ravon Nexia R3» markalı **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2023-cü il tarixinə kimi X19 icarəyə vermişdir.

36. Göstərilənlərə əsasən müəyyən olunur ki, "xxxx" MMC (Lizinq verən) ilə X25 (Lizinq alan) arasında bağlanmış xx.xx.2018-ci il tarixli, AL-181 saylı “Daxili lizinq müqaviləsi”nə əsasən «Ravon Nexia R3» markalı **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobil lizinq verən tərəfindən öz mülkiyyətinə əldə edilməsi və muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsinə dair xx.xx.2018-ci il tarixdə AL-181 saylı “Daxili lizinq müqaviləsi” bağlanmışdır. “Daxili Lizinq” müqaviləsinin 11.2-ci bəndinə uyğun olaraq müqavilənin qüvvədə olduğu bütün müddət ərzində lizinq obyektindən istifadə edilməsi zamanı yaranmış üçüncü şəxslərə dəymiş zərərə görə (maddi və mənəvi ziyan, həmçinin səhhətə dəymiş ziyan da daxil olmaqla) məsuliyyəti lizinq alan daşıyır. "xxxx" MMC ilə X25 və "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, MAS-181 nömrəli “Öhdəliklərin ötürülməsi müvailəsi”nə əsasən X25 "xxxx" MMC qarşısında götürdüyü bütün öhdəlikləri "xxxx" MMC-yə ötürmüş, "xxxx" MMC isə bu öhdəlikləri X11 qarşı heç bir tələb irəli sürmədən tam həcmdə qəbul edib Lizinq müqaviləsində göstərilən müddətdə, şərtlərlə və qaydada "xxxx" MMC qarşısında tam həcmdə və lazımınca yerinə yetirəcəyinə dair öhdəlik götürmüşdür. "xxxx" MMC ilə X27 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 1073/i nömrəli “Nəqliyyat vasitələrinin icarə müaviləsi” nin surətindən görünür ki, "xxxx" MMC «Ravon Nexia R3» markalı **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2023-cü il tarixinə kimi X19 icarəyə vermişdir.

37. Kollegiya qeyd edir ki, cavabdeh X27 yol-nəqliyyat hadisəsini törədərkən «Ravon Nexia R3» markalı **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobili qanuni əsaslarla (icarə hüququ ilə) idarə etdiyindən digər cavabdehlər - nəqliyyat vasitəsinin mülkiyyətçisi olan "xxxx" MMC və lizinq alanlar X25 və "xxxx" MMC zərərə görə məsuliyyət daşımırlar.

38. Kollegiya qeyd edir ki, nəqliyyat vasitəsindən istifadə - ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyət hesab olunur və Mülki Məcəllənin 1108.1-ci maddəsinə görə belə fəaliyyət nəticəsində vurulmuş zərərə görə məsuliyyəti yüksək təhlükə mənbəyinə sahiblik edən şəxs daşıyır. Təqsirkar sürücü Kazım Fərəcov “Ravon Nexia R3” markalı avtomobili etibarnamə olmadan idarə edib, lakin onun adına icarə müqaviləsi olub. Mülki Məcəllənin 1108.1-ci maddəsində “icarə hüququ” yüksək təhlükə mənbəyinə sahibliyin əsaslarından biri kimi müəyyən edilib. Bu tip mübahisələr həll edilərkən inzibati və mülki hüququn tənzim etdiyi məsələlər eyniləşdirilməli deyil. İnzibati hüquq etibarnamə olmadan avtomobilin başqa şəxs tərəfindən idarə edilməsini qadağan etsə də (X17, maddə 332.1), mülki hüquq avtomobilin icarə müqaviləsi əsasında başqa şəxsin sahibliyinə verilməsinə icazə verir (Mülki Məcəllə, maddə 700). Hazırkı mübahisə mülki hüququn tənzimetmə predmetidir, yəni mülki hüquq normalarına əsasən həll olunur. Həmçinin nəzərə alınmalıdır ki, idarə etmə və sahiblik etmə ayrı-ayrı anlayışlardır. İnzibati hüquq etibarnamə olmadan sahiblik etməni deyil, idarə etməni qadağan edir. 1108-ci maddədə isə “sahiblik edən şəxs” ifadəsindən istifadə olunur. İcarə müqaviləsi mübahisələndirilmədiyinə görə hesab olunur ki, o, etibarlıdır. Etibarlı icarə müqaviləsi sahiblik hüququ yaradır. Odur ki, təqsirkar sürücü Kazım Fərəcov yüksək təhlükə mənbəyinə (avtomobilə) mülki-hüquqi müstəvidə qanuni əsasla sahiblik edən şəxs sayılıb.

39. Mülki Məcəllənin 1108.2-ci maddəsində qeyd olunub ki, yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Bu maddədə istifadə olunan “yiyələnmə” sözü “sahiblənmə” sözünün sinonimidir, yəni “yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxs” deyiləndə sahiblik səlahiyyətinin olmaması nəzərdə tutur. "xxxx" MMC ilə Kazım Fərəcovun arasında icarə müqaviləsi olduğuna görə hesab olunur ki, sürücü Kazım Fərəcov avtomobilə hüquq zidd yiyələnmiş şəxs sayılmıır, yəni yüksək təhlükə mənbəyi "xxxx" MMC-nin sahibliyindən hüquqa zidd götürülməyib. Beləliklə, zərərə görə iş üzrə digər cavabdehlər məsuliyyət daşımır.

40. Əldən çıxmış faydanın təmin olunmaması ilə bağlı apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, həmin hissədə də apellyasiya şikayəti əsassızdır və bu hissədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

41. Belə ki, iddiaçı hər ay üçün gəlir qismində 1200 manat olmaqla, 3 aylıq 3600 manat qazancını təsdiq edəcək hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Faktiki olaraq iddiaçının hansı qazancından məhrum olunduğunu iş materialları ilə müəyyən etmək mümkün deyildir.

42. Mənəvi ziyanın tam təmin olunması ilə bağlı apellyasiya şikayətinin dəlillərini əsasız hesab edən kollegiya aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

43. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında Plenum izah etmişdir ki, “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Plenumun mövqeyinə görə mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun.

44. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Rusiya Federasiyasına qarşı çıxarılmış qərarlarının icrası ilə bağlı xx.xx.2009-cu il tarixli Aralıq qətnaməsində qeyd olunmuşdur ki, mənəvi ziyan hüquq pozuntusunun özünün birbaşa nəticəsi olduğuna görə vətəndaş mənəvi ziyanın mövcudluğunu sübut etməli deyildir. Həmin Məhkəmənin mənəvi ziyanla bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amillər inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır.

45. Bununla belə kollegiyanın qənaətinə görə, mənəvi ziyan məbləği insanın mənəvi dünyasında baş vermiş sarsıntıların, habelə məruz qaldığı mənəvi iztirabların təsəlliverici kompensasiyası olması etibarilə heç bir halda şəxsin maddi qazanc əldə etməsinə yönələ bilməz və bu mənada iddiaçının tələb etdiyi mənəvi ziyan məbləği də ağlabatan deyildir. Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd olunan qərarında da, mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər, məhkəmələrin zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borclu olduqları tövsiyyə edilmiş, bununla həm də zərər məbləğinin müəyyənləşdirilməsinin meyarları təsbit edilmişdir.

46. Şərh olunanların məcmusuna əsaslanmaqla kollegiya hesab edir ki, dəymiş maddi və mənəvi ziyanın iddiaçıya daha artıq məbləğdə müəyyən olunması işin hallarına uyğun deyil.

47. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

48. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-242/2022 saylı iş üzrə 24 fevral 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Şərafət Məmmədova Rafael Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar