Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6213/2024 25.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Maraqlı şəxs cəlb edilməklə) iddia tələbinə dair mülki iş üzrə (açar sözlər: “çıxarışın qüvvədən düşmüş hesab edilməsi və qeydiyyat yazısının ləğv edilməsi, sahiblik və istifadə hüququnun tanınması” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, məhkəmə katibi Qaraşarlı Layla Çingiz qızının katibliyi, İddiaçı və nümayəndəsi (vəkili) Vəkil, mübahisə premeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (mübahisə premeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Maraqlı şəxs cəlb edilməklə) “çıxarışın qüvvədən düşmüş hesab edilməsi və qeydiyyat yazısının ləğv edilməsi, sahiblik və istifadə hüququnun tanınması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(005)-362/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Maraqlı şəxs cəlb edilməklə) “çıxarışın qüvvədən düşmüş hesab edilməsi və qeydiyyat yazısının ləğv edilməsi, sahiblik hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1-də yerləşmiş, faktiki olaraq mövcud olmayan 13 saylı mənzilə dair Maraqlı şəxs adına verilmiş xx.xx.1996-cı il tarixli qeydiyyat vəsiqəsinin qüvvədən düşmüş hesab edilməklə qeydiyyatın ləğv edilməsi və ünvan 1-də yerləşmiş və 2000-ci ildən sonra təmamilə sökülmüş 13 saylı mənzilin yerində inşa edilən özbaşına tikilmiş fərdi həyət evinə sahiblik və istifadə hüquqlarının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 1 ünvanında yerləşən 13 saylı mənzili 2000-ci ildə həmin evin qeydiyyat vəsiqəsi (çıxarış) əsasında mülkiyyətçisi olmuş Maraqlı şəxs almış və həmin evin dəyərini həmin dövr üçün qüvvədə olmuş bazar qiyməti əsasında razılaşaraq 1200 ABŞ dollarını onun sahibinə ödəmişdir. Həmin evin sahibi olmuş Maraqlı şəxs böyük bacısı Dürnisənin qızı olduğuna görə, evə dair onlar arasında aparılmış alqı-satqı rəsmiləşməmiş və gələcəkdə rəsmiləşəcəyinə dair razılıq əldə edilmişdir. Maraqlı şəxs həmin evi iddiaçıya satmamışdan əvvəl iddiaçı və ailəsinə həmin evə köçməyi və orada yaşamağı təklif etmişdir. Həmin dövr üçün maddi imkanı çox çətin olduğundan bacısı Dürnisənin qızı Vüsaləyə məxsus həmin evdə yaşamağa razılıq vermiş və bu məqəsədlə 2000-ci ilin iyun və ya iyul aylarında iddiaçı ailəsi ilə birlikdə həmin evə köçmüşdür. Yaşamaq üçün heç bir şəraiti olmayan evdə oktyabr ayına kimi çox çətinliklə yaşamış və havalar soyuduqca həmin evdə yaşamağın mümkün olmadığını görüb, həmin evdən başqa evə köçmək və yeni evdə yaşamağa qərar vermişdir. Bu barədə bacısı Dürnisəyə və onun qızı Vüsaləyə bildirmiş, onlar isə bunun müqabilində həmin evi iddiaçıya ucuz qiymətə sata biləcəklərini və bundan sonra iddiaçının vəsaiti hesabına həmin evi yenidən düzəltməklə yaşamağa şərait yarada biləcəklərini təklif etmişlər. Beləliklə, iddiaçı həmin evin ona satılmasına razılaşmış və evə görə 1200 ABŞ dolları məbləğində pul vəsaitini bacısı qızı Vüsaləyə ödəmişdir. Evin qiymətinə dair razılıq əldə edildikdə Vüsalənin əlavə şərtinə görə, evin bir neçə illik ödənilməmiş kommunal xərclərinin iddiaçı tərəfindən ödənilməsinə dair razılaşma əldə olunmuş və sonradan həmin kommunal xərcləri hissə-hissə ödənilmişdir. Beləliklə, evdə olan qəzalı vəziyyət və 2000-ci ilin noyabr ayında baş vermiş güclü zəlzələ nəticəsində həmin evi daha da yarasız vəziyyətə saldı və iddiaçı bu səbəbə görə də həmin evin yanında olan nisbətən yararlı evə köçməli olmuş və həmin qonşu evdə yaşamaqla bacısı qızının satdığı evi 2002-ci ilin iyun ayında təmamilə söküb yerində tamamilə fərqli formada yeni ev tikməli olmuşdur. Maraqlı şəxs ilə evin alqı-satqısına dair aralarında olan razılaşmadan sonra 22 il müddətində iddiaçı fasiləsiz olaraq bütün ailə üzvülərilə birlikdə həmin evdə yaşamış və hal-hazırdada yaşayır. Həmin müddətdə yaxın qohumluq münasibətləri davam etmişdir. Həmin evin qiymətinə dair evin sahibi ilə razılaşmanın şərtlərinə tərəfindən əməl edilsə də, ev sahibi tərəfindən evin addanada rəsmiləşməsinə əməl edilməmiş və bu səbəbdən də, evin alqısatqısı rəsmiləşdirilməmiş qalmışdır. Belə ki, bacısı qızı Vüsalə və bacısı Dürnisə iddiaçının onlara olan etibarından sui-istifadə edib onu aldatmışlar. Onların iddiaçını və onun ailə üzvülərini aldatmaq barədə fikirləri həmin evlərin söküləcəyi barədə son dövrlərdə yayılmış şayiələrdən sonra üzə çıxmışdır. Maraqlı şəxs həmin şayiələrə inanaraq, əsassız varlanmaq həvəsi səbəbindən satdığı həmin evi yenidən almaq üçün iddiaçının xəbəri olmadan və mütəmadi olaraq iddiaçı ilə qohumluq münasibətlərini saxlamaqla bərabər, 22 ildən artıq fasiləsiz yaşadıqları, sahiblik və idarə etdiyi evdən iddiaçının çıxarılmasına dair məhkəməyə iddia qaldırmış və bundan sonra onun və bacısı Dürnisənin iddiaçını aldatmasının şahidi olmuşdur. Sözügedən mənzil iddiaçı və ailə üzvləri tərəfindən 2002-ci ildin iyun ayında təmamilə sökülmüş, onun yerində tam fərqli ölçüdə, fərqli quruluşda və fərqli hündürlükdə yeni ev tikilmişdir. ünvan 1-də yerləşmiş və Maraqlı şəxs məxsus olmuş 13 saylı mənzil 22 ildən artıqdır ki, mövcud deyil. Həmin mənzilin yerində olan və hal-hazırda iddiaçının yaşadığı mənzil özbaşına tikilidir və 22 ildir ki, fasiləsiz olaraq onun və ailə üzvülərinin sahibliyində və istifadəsindədir. ünvan 1-də yerləşən 13 saylı mənzilin sökülərək yenidən tikilməsi, həmin mənzilin 2000-ci ilədək mövcud olmuş mənzil olmadığını ərazi üzrə MKİS-də saxlanılan "şəxsi hesab vərəqəsi"ndə olan məlumatlarla yeni tikilmiş mənzilin ölçüləri arasındakı fərqlər və həmin mənzili tikmiş ustaların və qonşuların izahatları, həmin mənzilin faktiki ölçülərini özündə əks etdirən cizgi məlumatları təsdiq edir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs iddia tələbinə qarşı etirazı onunla əsaslandırmışdır ki, Bakı şəhəri, S.Vurğun küçəsi, dalan 2 ünvanında yerləşən 5 nömrəli yaşayış evinin 13 nömrəli mənzili onun mülkiyyətindədir. 2000-ci xalası (iddiaçı) İddiaçı Bakı şəhərində yaşamaq üçün mənzillərinin olmadığını, həyat şəraitlərinin ağır olduğunu və kirayə haqqlarının baha olduğunu bildirərək ona məxsus olan ünvan 2 ünvanında yerləşən 13 saylı mənzildə müvəqqəti olaraq cüzi kirayə haqqı qarşılığında yaşamaqlarına icazə verməsini xahiş etdi. Bu tarixə qədər onlar şəhərin müxtəlif yerlərində kirayə qalmış, hətta son qaldıqları yerdə kirayə haqqını ödəyə bilməmişdilər. Həmin dövrdə Maraqlı şəxs yeni ailə həyatı quraraq Salyan rayonunda yaşayır, qeyd olunan mənzildə isə qardaşı yaşamışdır. Onun razığı ilə xalası (iddiaçı) və onun ailəsi müvəqqəti olaraq həmin mənzildə qardaşı ilə birlikdə yaşamağa başlamışdır. Qardaşı ilə birlikdə yaşayarkən kirayə haqqı ödənilməmiş, 2005-ci ildə qardaşının həmin mənzildən köçdükdən sonra 2009-cu ilə qədər hər ay 100 ABŞ dolları kirayə haqqı ödəmişlər. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsində məhkəmə iclası zamanı İddiaçı nümayəndəsi və şahidlər bu faktı qəbul etdi, hətta ödənilmiş kirayə haqqını geri tələb edəcəklərini bildirdilər. Sonra isə ailə vəziyyətlərinin ağır olması bəhanəsi ilə ödənişi dayandırmışlar. 2013-cü ildə həyat yoldaşının vəfat etməsindən sonra bir müddət rayonda yaşamış, daha sonra övladları ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsinə köçmüşdür. Yaşadığı yerin şəhər kənarında və iş yerinə uzaq olması və övladlarımın məktəbə gedibgəlməsinin olduqca böyük əziyyətlə həyata keçməsi səbəbindən, eyni zamanda xalasıgilin artıq yeni mənzil aldıqları xəbərini eşitdikdən sonra öz mənzilinə köçmək istəyərək, xalasına ailəsi ilə birlikdə mənzilindən çıxmasını və mənzili ona təhvil verməsini bildirmişdir. Xalası (iddiaçı) İddiaçı ailəsi ilə birlikdə son bir ildən artıq müddətdir ki, faktiki olaraq həmin mənzildə yaşamadıqlarına baxmayaraq, mənzili təhvil vermək istəmədi, ilk öncə mənzildə əşyalarının olmasını, daha sonra isə mənzildə yaşayarkən təmir etdiklərini və s. kimi bəhanələr gətirməyə başladı. Bu səbəbdən xx.xx.2022-ci il tarixdə ona məxsus olan mənzilin boşaldılaraq Maraqlı şəxs təhvil verilməsi iddiası ilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Bundan sonra sonra xalası (iddiaçı) İddiaçı qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək, mənzili təmir etdiklərini bildirərək təmir pullarının Maraqlı şəxs tutulmasını iddia etdilər. Hətta iddia ilə yanaşı, müvafiq ekspertizanın təyin edilməsini və mənzilin təmir xərclərinin hesablanması ilə bağlı iki dəfə vəsatət də verdilər. Vəsatətləri təmin olunub iş ekspertizaya getsə də, ekspertizaya heç bir sənəd təqdim edə bilməmiş və nəticədə eksperizadan heç bir rəy verilmədən iş geri qayıtmışdır. Hətta iş ekspertizaya göndəriləndən sonra, 2022-ci ilin dekabr ayında mənzili təmir etməyə çalışmış, tərəfindən foto və video materialların Nəsimi Rayon Məhkəməsinə təqdim edilməsindən sonra dayanmışlar. Məhkəmə prosesində istədiklərini ala bilməyəcəklərini görən xalası yeni absurd iddia ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etdi. Belə ki, guya həmin evi V.Əliyevnın onlara satdığını qeyd etmiş, nəinki olmayan, haqqında müzakirə belə edilməmiş “əqd”in etibarlılığını irəli sürərək iddia ərizəsi verdilər. Eyni məzmunlu işin daha əvvəl başladığı səbəbi ilə həmin məhkəmə işi digər işlə birləşdirildi. Bir-birini yalanlayan iki iddianın absurd olmasını başa düşən iddiaçı və onun ailəsi təmir xərclərinin ödənilməsinə dair iddia tələbini geri götürmüşdür. Ailəsi ilə birlikdə məhkəmə iclasında iştirak edən iddiaçı tərəfindən verilən ifadələrdə də bir-birinə zidd fikirlər səsləndirilmişdir. Hətta, xalasının həyat yoldaşı belə onun ifadəsini yalanlamışdır. Nəticədə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24.0.2023-cü il tarixli qətnaməsi ilə mübahisəli mənzilin boşaldılaraq Maraqlı şəxs təhvil verilməsi və xalasının iddia tələbinin isə rədd edilməsi qət edilmişdir. İddiaçı yazdığı iddia ərizəsində qeyd olunan mənzilin tamamilə söküldüyünü və yerində başqa ölçülərə məxsus ev tikildiyini iddia edir. İddiaçı 20 il qaldığı mənzilin 4 tərəfdən qonşu mənzillərin divarı ilə əhatə olunan şəraitdə başqa ölçüdə ev tikilə bilməsinin mümkünsüzlüyünü nəzərə almamışdır. İddiaçı yazdığı ərizədə mənzilin özbaşına tikili olduğunu iddia etsə də, həmin mənzil V.Əliyevnın mülkiyyətindədir və mülkiyyəti təsdiq edən bütün sənədləri mövcuddur. İddiaçı Nəsimi Rayon Məhkəməsinə təqdim etdiyi iddiada 2000-ci ildə mənzili təmir etdiklərini, sonrakı ərizələrdə 2002-ci ildə tikdiklərini, imkanları olmadığı üçün həmin mənzilə köçdüklərini, sonra isə birdən-birə ev tikdiklərini, 7 ay qonşuda kirayəçi olaraq yaşadıqlarını və s. kimi bir-birini yalanlayan ifadələrdən istifadə etmişdir. İddiaçı qeyd olunan evin onların adına keçiriləcəyi, və s. kimi absurd və əsassız iddialar irəli sürsə də, bu günə qədər bu iddianı mübahisələndirməməsinin səbəbini qeyd etməmişdir. Həmçinin ddiaçı guya qeyd olunan mənzili 1200 ABŞ dolları qarşılığında almasını qeyd etsə də, bu vəsaiti kimə və necə verdiyini izah edə bilməmişdir. Eyni zamanda həmin mənzilin dəyərinin 1200 ABŞ dolları qiymətində ola biləcəyini də nə özü nə də ki, şahidlər təsdiq etməmişdir. Bundan başqa, iddiaçının öz ailəsi ilə birlikdə yaşadığı mənzildə 20 il ərzində bütün kommunal və mənzil xərclərinin onun adına ödənilməsinin səbəblərini də aydınlaşdırmamışdır. Əgər iddiaçının iddia etdiyi kimi qeyd olunan mənzil 23 il əvvəl ləğv olunmuşdursa, bu gunə qədər həmin mənzilin ləğv olunması ilə bağlı heç bir iddia ərizə və s. kimi məlumat verilməmsii, heç bir dövləq qurumunda bu məsələnin qeydiyyata alınmaması ağlabatan deyil. Şəhərin mərkəzində özbaşına tikilinin mövcud olması, inşa edilməsi və heç bir qurum tərəfindən bununla əlaqədar hansısa addımın atılmaması mümkün deyildir. İddiaçı iddia ərizəsində evi yenidən tikdiklərini iddia etməklə əslində mülkiyyətçi olaraq onun razılığı və icazəsi olmadan ona məxsus əmlakda hansısa işlər aparmaqla Maraqlı şəxs ziyan vurduqlarını etiraf etmişlər. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(005)- 362/2024 nömrəli qətnaməsinə əsasən, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Maraqlı şəxs cəlb edilməklə) “çıxarışın qüvvədən düşmüş hesab edilməsi və qeydiyyat yazısının ləğv edilməsi, sahiblik və istifadə hüququnun tanınması” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmə işdə olan iş üçün mötəbər sübut hesab edilən və iddiaçı tərəfindən təqdim edilən ekspert rəyini, ərazi MKİS-dən alınmış arayış və sairə sübutları əsas götürərək iddia tələbində qeyd edildiyi kimi mübahisə olunan evin həqiqətən sökülərək yenidən tikilməsini və evə dair texniki pasportda və çıxarışda olan evin həqiqətən mövcud olmasını və ya olmamasını müəyyən etmək üçün tikinti-texniki ekspertizası təyin etmiş və həmin mülki iş Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinə göndərilmişdir. İş müvafiq ekspertə verildikdən sonra həmin ekspertə evə baxış keçirilməsinə Maraqlı şəxs tərəfindən bilərəkdən şərait yaradılmamış, sonra həmin işi onlara məlum olmayan səbəbdən baxılmadan geri qaytarmışdır. Ekspertza Mərkəzindən məhkəmə qərardadı geri qaytarıldıqdan sonra məhkəmə ekspertzanın keçirilməsi barədə qəbul etdiyi qərardadın icrası və sonrakı taleyi ilə bağlı konkret nəticəyə gəlməmiş və işə baxılmasını davam etdirmişdir. Məhkəmə tərəfindən heç bir əsas olmadan mübahisəli tədqiqat obyekti olan evə keçirilən yerli baxış zamanı müəyyən olunmuşdur ki, mübahisəli mənzilin giriş qapısının sol tərəfində pəncərə, sağ tərəfində isə çən yerləşir, həmçinin qapının hər iki tərəfindən boru xətləri keçir. Mübahisəli fərdi yaşayış evi təmirsiz vəziyyətdədir və kiçik ölçülü giriş (dəhliz), sanitar qovşağı, mətbəx və iki yaşayış otağından ibarətdir. Kiçik ölçülü girişdən (dəhliz) mətbəxə, o cümlədən mətbəxdən hər iki yaşayış otağına birbaşa keçid mövcuddur. İddiaçı bildirir ki, kiçik ölçülü girişin (dəhlizin) sol tərəfində yerləşən sanuzel otağına bitişik divar onun tərəfindən tikilmişdir. Baxış zamanı mənzilin sahəsi daha kiçik olan yaşayış otağında və mətbəxdə eninə formada pəncərələrin olduğu müəyyən edildi. Həmçinin, baxış zamanı aşkar olunmuşdur ki, kiçik girişin (dəhlizin) tavanında sütun və boru mövcuddur. Göründüyü kimi, məhkəmə iddiaçı tərəfindən həmin evin həqiqətən sökülərək yenidən tikilməsini müəyyən etmək üçün xüsusi bilik tələb edən sahə üzrə rəy verilməsinin vacib olduğu məsələnin həll etmək üçün mütəxəssis və ya ekspert dəvət etmək əvəzinə, özü tərəfindən yerli baxış keçirilmişdir. Qəbul edilmiş qətnamədə bu barədə də qeyd edilmişdir. Sual olunur ki, işə baxan hakimin xüsusi biliyi olmadığı halda mübahisə predmetinə yerli baxış keçirməkdə məqəsədi nə idi. Bundan əlavə qəbul edilmiş qətnamənin əsaslandırma hissəsindən məlum olur ki, guya iddiaçının belə bir iddia vermək üçün subyektiv hüququ yoxdur. Belə ki, qətnamənin əsaslandırıcı hissəsindən məlum olur ki, məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını və iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab etmişdir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Məhkəmə iddiaçının subyektiv hüququnun olmaması barədə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır: Konstitusiya Məhkəməsi Plenumunun S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 3 iyul 2015-ci il tarixli Qərarında ifadə edilən hüquqi mövqeyinə əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. “Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Bununla bağlı olaraq qeyd edir ki, məhkəmənin iddia təlbinin təmin olunmamasını subyektiv hüququn olmaması ilə əlaqələndirməsi və bunu Konstitusiya Məhkəməsi Plenumunun S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 3 iyul 2015-ci il tarixli Qərarında ifadə edilən hüquqi mövqeyi əsasında rədd etməsini təmamilə yanlış əlaqələndirmə hesab edir. Belə ki, İddiaçı iddia tələbində konkret olaraq qeyd edir ki, qeydiyyat vəsiqəsi ilə Maraqlı şəxs məxsus evi 2002-ci ildə təmamilə sökmüş və yerində təmamilə yeni ölçüdə ev tikmişdir. İddia ərizəsində yeni tikilmiş evin yeni ölçüdə tikməsi onunla əlaqədardır ki, yəni evin daxili otaqlarının sayı, mətbəxin yeri, hamam və tualetin, həmçinin dəhlizin yeri dəyişdirilmiş və tavanın hündürlüyü qaldırılmışdır. İddiaçı iddia tələbini konkret olaraq əsaslandırmışdır ki, 2000-ci ildə baş vermiş zəlzələ nəticəsində həmin evə tam yararsız hala düşmüş, Əliyev Vüsalə evin alınması ilə bağlı razılaşdıqdan və evin dəyərini ödədikdən sonra 2002-ci ildə həmin evin divarlarını və tavanını təmamilə sökmüş və qeydiyyat vəsiqəsində qeyd edilmiş evin yerində tam başqa bir ev tikmişdir. Yəni iddiçının özü ailəsi ilə tikilmiş həmin evdə 22 il fasiləsiz yaşamışdır. İddiaçının həmin evdə 22 il fasiləsiz yaşamasını təsdqi edən sübutları məhkəməyə təqdim edilmişdir. 22 il həmin evdə yaşanılması və bütün kommunal xərcləri ödənilməsi, həmçinin qeydiyyat vəsiqəsi ilə Maraqlı şəxs məxsus evin sökərək yerində təmamilə başqa evin tikilməsi iddiaçının həmin evə dair çıxarışın qüvvədən düşümüş hesab edilməklə ləğv edilməsi və sairə tələblə məhkəməyə verdiyi iddia tələbi subyektiv hüququnun olmaması barədə məhkəmənin gəldiyi nəticənin yanlış olmasını təsdiq edir. Qətnaməni qəbul etmiş məhkəmənin məntiqi ilə götürülsə, iddiaçı 22 il bundan əvvəl özü tərəfindən inşa etdiyi və fasiləsiz yaşadığı evə sahiblik və istifadə hüququnun tanınması, həmçinin 22 il bundan əvvəl təmamilə sökülmüş, hal-hazırda mövcud olmayan evə dair əvvəlki mülkiyyətçinin adına olan qeydiyyat vəsiqəsinin qüvvədən düşümüş hesab edilməklə ləğv edilməsi tələbinə dair iddia verə bilməz?! Qətnaməni qəbul etmiş məhkəmə tərəfindən Konstitusiya Məhkəməsi Plenumunun S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2014-cü il tarixli qərarına istinad etməsi və yaranmış mübahisənin 2014-cü ildən çox əvvəlki tarixdə, yəni 2000-ci ildən başalayıb 2002-ci ildən bitməsi barədə fərqə, yəni illərə qiymət verməmişdir. Baxamayaraq ki, həmin qərarın hazırki mübahisə üzrə heç bir aidiyyəti yoxdur. Bundan əlavə, işin hallarından da göründüyü kimi məhkəmənin həmin iddia tələbi üzrə iddaiçı tərəfindən ”müvəqqəti təminat tədbiri olaraq mübahisə olunan evin qeydiyyat vəsiqəsi əsasında satışına və ya həmin evin daxilində hər hansı tikiniti və ya söküntü işlərinin həyata keçirilməsini qadağan edilməsinə” dair ərizəsi əsasında qəbul edilmiş müvafiq qərardadın qəbul edilməsindən qısa vaxt keçməmiş həmin qərardadı ləğv etməsi, bundan sonra isə iddia tələbinin əsasında tikinti texniki ekspertiza təyin etməsi və sonradan həmin ekspertiza tərəfindən rəy verilməməsi, nəticədə isə qəbul edilmiş qərardadın icra olunmadan, yəni ekspert tərəfindən rəy verilmədən geri qaytarılması, qərardadı qəbul etmiş məhkəmənin qərardadın icra olunmasını tələb etməməsi və bunu qətnamədə əsaslandırmaması belə nəticəyə gəlməyə əsas verir ki, işə baxan hakim işin nəticəsi ilə maraqlıdır. Bütün qeyd etdikləri belə nəticəyə gəlməyə əsas verir ki, məhkəmə tərəfindən verilmiş iddia üzrə iddiaçının ədalətli məhkəmə aradırılması hüququ pozulmuş və kobud qaydada tapdalanmışdır. Qətnamənin əsaslandırıcı hissəsində dəfələrlə qeyd edilir ki, Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilən qeydiyyat vəsiqəsindən görünür ki, S.Vurğun, Dalan 2 küçəsindəki 5 nömrəli yaşayış evinin 13 nömrəli mənzili Maraqlı şəxs adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə xx.xx.1996-cı il tarixdə qeydiyyat aparılmışdır. xx.xx.2023-cü il tarixli Mənzil-Kommunal Təsərrüfat Birliyi 15 saylı MKİS tərəfindən verilən arayışdan görünür ki, S.Vurğun küçəsi, dalan 2, ev 5, mənzil 13 ünvanında mülk sahibi xx.xx.1996-cı il tarixli qeydiyyat vəsiqəsinə əsasən, Maraqlı şəxsdır. Ona qədər müllkiyyətçi X2muşdur. Mənzil 1 otaq 17 kv.m olmaqla, ümumi sahəsi 35.4 kv.m-dir və ev 1890-cı ildə inşa edilmişdir. Bununla bağlı olaraq qeyd edir ki, Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilən Qeydiyyat vəsiqəsində göstərilən S.Vurğun, Dalan 2 küçəsindəki 5 nömrəli yaşayış evinin 13 nömrəli mənzili 2002-ci ilədək mövcud olmuşdur. Həmin ev mövcud olduğu müddətdə tam yarasız və qəzalı vəziyyətdə olduğundan tam sökülmüş və yerində tamamilə başqa ev tikilmişdir. Yəni Maraqlı şəxs adına qeydiyyat vəsiqəsi ilə olmuş 13 saylı mənzil (ev) 2002-ci ildən mövcud deyil. Həmin mənzilin sökülənə qədər qəzalı vəziyyətdə olmasını, 2002-ci ildən təmamilə sökülməsi və yerində yeni mənzilin tikilməsini sübut edən sənədlər, yəni iddiaçı tərəfindən təqdim edilən ekspert rəyi işə əlavə edilsə də, məhkəmə tərəfindən qətnamənin əsaslandırıcı hissəsində evin mülkiyyət hüququ ilə Maraqlı şəxs məxsus olmasını təkrarən qeyd etməsini anlamaq olmur. Maraqlı şəxs evi faktiki olaraq omadığı halda, həmin evə dair ancaq qeydiyyat vəsiqəsinin olması və iddiaçının bildirdiyi kimi evin mövcud olmadığını və sökülərək yerində təzə evin tikilməsinə dair tələbində göstərdiklərinə məhkəmə tərəfindən heç bir münasibət göstərilməməsi həmin qətnamənin qərəzsizliyinə və obyektivliyinə şübhə yaradır. Məhkəmə tərəfindən təyin edilmiş tikinti ekspertizası evə baxış keçirsəydi, həmin evin bütün divarlarının, tavanının, döşəməsinin və ev daxili arakəsmələrin təzə olan tikinti materilları ilə yenidən tikilməsini təsdiq edərdi. İddiaçı olaraq İddiaçı ailəsi ilə birlikdə tikdiyi həmin özbaşına tikili olan evi külli miqdarda vəsait xərcləməklə tikmiş və həmin evin Maraqlı şəxs aidiyyəti yoxdur. Maraqlı şəxs qeydiyyat vəsiqəsi ilə məxsus olmuş ev (mənzil) ancaq kağız üzərində mövcuddur. Layihəçi təşkilat “X3” MMC tərəfindən sifarişçi İddiaçı məxsus ünvan 3 ünvanı üzrə veriilmiş eskiz layihədən görünür ki, mənzilin yaşayış otaqlarından birinin sahəsi 19.22 kv.m, digərinin sahəsi 9.05 kv.m, sanitar qovşaq sahəsi 2 kv.m, dəhliz və mətbəxin sahəsi 7.43 kv.m olmaqla, mənzilin ümumi sahəsi 37.7 kv.m təşkil edir. İddiaçı məhkəməyə sübut kimi tədqim etdiyi Layihəçi təşkilat “X3” MMC tərəfindən veriilmiş eskiz layihədən görünür ki, mənzilin yaşayış otaqlarından birinin sahəsi 19.22 kv.m, digərinin sahəsi 9.05 kv.m, sanitar qovşaq sahəsi 2 kv.m, dəhliz və mətbəxin sahəsi 7.43 kv.m olmaqla, mənzilin ümumi sahəsi 37.7 kv.m təşkil edir.Yəni bu onu sübut edir ki, həmin ev texniki pasportda olan ev (mənzil) deyil. Texniki pasportda olan evin ölçüləri ilə hazırki evin ölçüləri təmamailə fərqli ölçüdədir. Göründüyü kimi iş üçün mühüm əhəmiyyət daşıyan həmin faktlara məhkəmə hüquqi qiymət verməmiş və nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Qəbul edilmiş qətnamənin əsaslandırıcı hissəsindən məlum olur ki, məhkəmə iddanın təmin olunmaması üçün qətnaməyə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-314/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsini və həmin qətnaməsinin nəticə hissəsini, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5892/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinni və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)541/2024 nömrəli, xx.xx.2024-cü il tarixli Qərarına istinad etmişdir. Sual olunur ki, əgər İddiaçı belə iddia tələbi ilə məhkəmədə iddia qaldırmaq üçün subyektiv hüququ yoxdursa, nəyə görə həmin qətnamələri qəbul edilmiş həmin qətnamənin əsaslandırıcı hissəsinə qeyd etmişdir? Bununla bağlı hesab edir ki, həmin qətnamələri qəbul edilmiş indiki qətnamənin əsaslandırıcı hissəsinə yazmaqda məqsəd ondan ibarətdir ki, guya iddiaçının tələbi əsassız və böhtan xarakterlidir. Guya iddiaçı kənar şəxsə məxsus evi qanunsuz yolla almaq üçün iddia tələbini uydurmuşdur. Qətnamənin əsaslandırma hissəsində qeyd edilir ki, iddiaçı evin Maraqlı şəxs əldə etdiyini iddia etsə də, tərəflər arasında həmin razılaşmaya, eləcə də onun rəsmiləşdirilməsinə, mübahisəli mənzilin onun tərəfindən satın alınmasına dair hər hansı sübut təqdim edə bilməmişdir. Odur ki, iddiaçı tərəfindən irəli sürülən iddia tələblərinin əsaslandırılması üçün mübahisəli mənzilə müvafiq hüquqlarının olmasını təsdiq edən sübutların təqdim edilməməsi onun həmin sahəyə subyektiv hüququnun mövcudluğunu istisna edir. Belə olan halda, mülkiyyət hüququ ilə Maraqlı şəxs məxsus olan mübahisəli mənzil barəsində iddiaçının qeydiyyat vəsiqəsinin qüvvədən düşmüş hesab edilməklə qeydiyyatın ləğv edilməsi barədə tələbi subyekiv hüququn pozulması ilə nəticələnməklə yanaşı, hazırda həmin iddia tələbinin araşdırılması, hüququ olmayan şəxsin iddiasına qiymət verilməsi mənasına gəlməklə, məhkəmə müdafiəsi hüququnun ümumi prinsiplərinə zidd olardı. Bununla bağlı olaraq qeyd edir ki, İddiaçı həmin iddia tələbi ilə həmin evin alqı-satqı yolu ilə Maraqlı şəxs şifahi razılaşma ilə almasını mübahisələndirmir. Bu səbəbə görə də evin Maraqlı şəxs almasına dair iddia tələbinə heç bir sübut əlavə etməmişdir. İddiaçı iddia tələbində konkret qeyd etmişdir ki, həmin evi aldıqdan sonra mülkiyyətçi ilə evin alqı-satqısı həyata keçirməmiş, həmin evi təmamilə sökərək yerində təzə evi tikmişdir. Yəni tələb bundan ibarətdir. Qətnamənin həmin əsaslandırma hissəsinə iddiaçının evin Maraqlı şəxs əldə etdiyini iddia etməsi, mübahisəli mənzilin onun tərəfindən satın alınmasına dair hər hansı sübut təqdim edə bilməməsi səbəbindən iddiaçının belə bir iddia tələbi ilə iddia verməyə subyektiv hüququnun olmaması barədə nəticəyə gəlinməsi qətnaməni qəbul etmiş hakimin ya iddia tələbinin məzmunu ilə tanış olmamasını, əgər tanış olmuşsa, deməli qəbul etdiyi qətnaməni bilərkədən qanunsuz olaraq qəbul etməsini sübut edir. Qətnamənin digər əsaslandırıcı hissəsində qeyd edilmişdir ki, həmçinin, iddiaçının əmlakdan hansısa müddət ərzində istifadə etməsi və ya mübahisəli mənzilin təmirinə dair xərclər çəkməsi, hətta bu xərclərin çəkilməsinin ekspertiza nəticəsində müəyyən olunması halında belə, hələ iddiaçının subyektiv hüququnun olması anlamına gəlməməlidir və ona mübahisəli mənzilə dair Maraqlı şəxs qeydiyyat vəsiqəsini mübahisələndirmək hüququ vermir. Məhz bu kontekstdən yanaşdıqda, iddiaçı hazırki iddianı qaldırmaq üçün subyektiv hüququn daşıyıcısı deyildir. Bununla bağlı olaraq qeyd edir ki, iddia tələbində iddiaçının hansı müddət ərzində evdən istifadə etməsi, mənzilin təmirinə xərc çəkməsi, hətta xərcin ekspert tərəfindən müəyyən olunması barədə məhkəmənin gəldiyi nəticə yanlışdır. Belə ki, iddiaçı iddia tələbində evdən müəyyən müddət istifadə etməsini, evin təmirinə xərc çəkməsini irəli sürməmişdir. Belə ki, iddiaçı iddia tələbində konkret qeyd etmişdir ki, həmin evin təmamilə sökmüş və yerində təzədən yeni ev tikmişdir. Evin mövcud olmaması və həmi evin yerində iddiaçı ailəsi ilə birlikdə ev tikməsi və həmin evdə 22 il fasiləsiz yaşaması iddiaçıya qeyd edilən tələblə məhkəməyə iddia qaldırmaq üçün subyektiv hüquq vermişdir. Məhkəmənin iddiaçıya belə bir tələblə iddia verməyə subyektiv hüququnun olmaması və bu səbəbdən iddia tələbinin təmin olunmaması barədə gəldiyi nəticə iddiaçının Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsində nəzərdə tutulan qaydada hüquq və azadlıqların inzibati və məhkəmə təminaını pozmuş və məhdudlaşdırmışdır. Məhkəmə iddia tələbinin digər hissələrinə münasibətdə əlavə qiymət verilməsinə zərurət görməyərək, özünün bu mövqeyini prosessual qənaət prinsipi ilə əsaslandırır. Belə ki, iddiaçı Maraqlı şəxs mülkiyyətində olan daşınmaz əmlakdan qanuni əsaslarla istifadə etmək hüququnun olmasını, mübahisəli mənzillin yerində başqa mənzil inşa etməsini, habelə həmin inşa edilmiş mənzilin özbaşına tikili olmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmiş, iddia tələbinin dəlilləri kimi istinad etdiyi halları əsaslandırmamışdır. Göründüyü kimi məhkəmə gəldiyi nəticədən məlum olur ki, iddia tələbini əsassız olaraq rədd etmək və qanunsuz qətnamə qəbul etmək üçün məhkəmə işə iddiaçı tərəfindən əlavə edilmiş evin sökülməsi və yeni tikilmiş evin yenidən tikilməsini təsdiq edən eskiz lahiyənin olmasına düzgün qiymət verməmiş və nəticədə əsassız olaraq qeyd etmişdir ki, guya iddiaçı evin sökülməsi və təzə evin tiklilməsini təsdiq edən sübutları işə əlavə etməmişdir. İddiaçının mübahisələndirilən mənzilin vaxtı ilə onun tərəfindən sökülərək yerində yeni evin tikilməsi, çıxarış əsasında Maraqlı şəxs adına olan sözügedən 13 nömrəli mənzilin fakitki olaraq mövcud olmaması, habelə həmin mənzilin özbaşına tikili olması ilə bağlı dəlilləri isə hazırda öz təsdiqini tapmamaqla yanaşı, iddia tələbinin təmin edilməsi üçün əsas hesab edilə bilməz. Belə olan halda, iddiaçının mübahisəli mənzilə dair hazırda qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüququ olmadığı üçün, iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Göründüyü kimi məhkəmə qətnamənin əsaslandırıcı hissəsində konkret olaraq qeyd edir ki, iddiaçının mübahisələndirilən mənzilin vaxtı ilə onun tərəfindən sökülərək yerində yeni evin tikilməsi, çıxarış əsasında Maraqlı şəxs adına olan sözügedən 13 nömrəli mənzilin fakitki olaraq mövcud olmaması, habelə həmin mənzilin özbaşına tikili olması ilə bağlı dəlilləri isə hazırda öz təsdiqini tapmaması barədə nəticəyə gəlmişdir. Yəni məhkəmənin qəbul etdiyi qətnamədə gəldiyi nəticə ilə işdə olan sübutlarla öz təsdiqini tapmır və iş materilları ilə təkzib olunur. Məhkəmənin evin sökülüb sökülməməsini aydınlaşdırmadan fikrini bildirməsi qəbul edilmiş qətnamənin tam qanunsuz olmasını sübut edir. Ona görə də hesab edir ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Maraqlı şəxs cəlb edilməklə) “qeydiyyat yazısının ləğv edilməsi, sahiblik və istifadə hüququnun tanınması” tələbinə dair iddiası əsaslı olduğuna görə Bakı şəhəri Nərimanov Rayon Məhkməsinin xx.xx.2024-cü il tarixli, № e-2(005)- 362/2024 saylı qətnaməsi ləğv edilməli və iddia tələbinin təmin olunması haqqında qətnamə qəbul edilməlidir. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs apellyasiya şikayətinə qarşı etirazını onunla əsaslandırılmışdır ki, İddiaçı tərəfindən yazılmış tamamilə şər və böhtandan ibarət apellyasiya şikayəti istər haqq-ədalət, istərsə də qanunvericilik baxımından qəbuledilməzdir. İddiaçının haqq iddia etdiyi Bakı şəhəri, S.Vurğun küçəsi, dalan 2-də yerləşən 5 nömrəli yaşayış evinin 13 nömrəli mənzili onun mülkiyyətindədir. İlk öncə bildirir ki, İddiaçı Bakı şəhəri, S.Vurğun küçəsi, dalan 2-də yerləşən 5 nömrəli yaşayış evinin 13 nömrəli mənzili ilə heç bir əlaqəsinin olmaması ilə yanaşı onun belə bir iddia ilə məhkəməyə müraciət etməsinə subyektiv hüququ yoxdur. İddiaçının qeyd olunan mənzillə heç bir aidiyyətinin olmaması, həmin mənzilə dair maraqlı şəxs qismində belə çıxış etməsinin mümkünsüzlüyü Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası tərəfindən qəbul edilmiş, xx.xx.2024-cü il tarixli, 2(102)- 541/2024 saylı qərarı ilə təsdiqlənmişdir. Belə ki, iddiaçı tərəfindən iddia ərizəsində əsas kimi qeyd olunmuş bütün iddialar başqa məhkəmə icraatında uzun müddət ərzində araşdırılmış, yalan iddiaların heç biri öz təsdiqini tapmamış və yekun nəticə elan edilərək öz hüquqi qüvvəsini almışdır. Eyni zamanda, iddiaçı tərəfindən müvəqqəti təminat tədbirinin tətbiq edilməsi ilə bağlı verilmiş şikayət də Bakı Apellyasiya Məhkəməsində araşdırılmış və iddiaçının qeyd olunan mənzillə heç bir əlaqəsinin olmamasına, iddialarının əsassız olmasına münasibət bildirilmişdir. Həmçinin, iddiaçının şəxsən özü və həyat yoldaşı tərəfindən mənzilin ona məxsus olması ilə bağlı etiraflar və s. kimi bütün sübutlar işdə mövcuddur. Qeyd olunanları nəzərə alaraq, İddiaçı tərəfindən yazılmış tamamilə şər və böhtandan ibarət apellyasiya şikayətinin rədd edilməsini, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş e-2(005)-362/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnamənin dəyişdirilmədən saxlanılması xahiş olunur. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı və nümayəndəsi (vəkili) Vəkil apellyasiya şikayətini müdafiə edib təmin edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında mübahisə premeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs apellyasiya şikayəti ilə razılaşmayaraq şikayətin təmin edilməməsini xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə məlumat verilsə də, nümayəndəsi heç bir səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmiş, bu səbəbdən də Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq normaları Azərbaycan Respublikasının Konstitusiyası Maddə 62. Hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Maddə 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); 2.2.4. inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia); 2.2.5. inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia); Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Maddə 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Maddə 18.1. Məhv olunmuş daşınmaz əmlakın qeydiyyatının ləğvi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 150-ci maddəsinə uyğun olaraq aparılır. Maddə 18.2. Daşınmaz əmlak üzərində mülkiyyət hüququ yüklü deyildirsə və bu cür əmlak mülkiyyətçinin iradəsi ilə sökülüb tam məhv edilmişdirsə, onun ərizəsi əsasında qeydiyyat orqanı mülkiyyət hüququnun qeydiyyatını ləğv edir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 19.1. Daşınmaz əmlak üzərində müddəti on bir aydan çox olan icarə və ya istifadə hüququ dövlət qeydiyyatına alınır. İcarə və ya istifadə hüququnun dövlət qeydiyyatına alınması barədə ərizəni daşınmaz əmlakın icarə (istifadə) müqaviləsi üzrə tərəflərdən biri verə bilər. Daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) hüququ, daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) müqaviləsi bağlamaq hüququ olan müvafiq icra hakimiyyəti orqanının müraciəti əsasında dövlət reyestrində qeydiyyata alınır. Ərizənin və müraciətin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015ci il tarixli 4 nömrəli Qərarı
2. Nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. 3.1. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. 3.2. İnzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri “İnzibati icraat haqqında” Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır.
4. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. 5.1. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı” Bənd İİ.31. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.1. iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə; Maddə 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 262.3. Bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.5. birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir; Maddə 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(005)-362/2024 nömrəli qətnaməsi ləğv edilməli, İddiaçı inzibati orqan olan cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdaəsinə qarşı “çıxarışın qüvvədən düşmüş hesab edilməsi və qeydiyyat yazısının ləğv edilməsi, sahiblik və istifadə hüququnun tanınması” tələbinə dair mülki iş üzrə icraata işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə xitam verilməlidir. Belə ki, hazırkı mübahisəyə dair işdə iddiaçının hüquqi marağı və məqsədi ünvan 1də yerləşən 13 saylı mənzilə dair daşınmaz əmlakın dövlət reyestrində üçüncü şəxs Maraqlı şəxs adına aparılmış qeydiyyatın ləğv edilməsinə, yeni inşa olunan tikiliyə isə özünün hüquqlarının qeydə alınmasına nail olmaqdan ibarətdir. Göründüyü kimi, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsinə dair öhdəliyin qoyulması barədə iddialara mülki məhkəmə icraatı qaydasında baxıla bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası
Qərara aldı:
İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(005)- 362/2024 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (mübahisə premeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Maraqlı şəxs cəlb edilməklə) “çıxarışın qüvvədən düşmüş hesab edilməsi və qeydiyyat yazısının ləğv edilməsi, sahiblik və istifadə hüququnun tanınması” tələbinə dair mülki iş üzrə icraata, işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə, xitam verilsin. İddiaçı hazırkı tələbləri ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmək, müraciəti təmin edilmədiyi halda, Bakı İnzibati Məhkəməsinə müraciət etmək hüququnun olması izah olunur. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.