Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6226/2023 24.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X8 və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddaçı İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “ödənilmiş pulun geri qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-718/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “ödənilmiş pulun geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müvafiq pul vəsaitinin 75 faizinin Maliyyə Nazirliyi, 25 faizinin isə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Əmlak Məsələləri Xidməti tərəfindən ona geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin Dövlət Əmlakının hüquqi və fiziki şəxslərə satılmasına dair xx.xx.2007-ci il tarixli Şəhadətnaməsinə əsasən - Samux rayonu, İnstitut qəsəbəsi ünvanda yerləşən Laboratoriya Korpusunun yarımçıq tikilisinin satın alınması üçün iddiaçı tərəfindən dövlət büdcəsinə 8517 manat məbləğində pul vəsaiti ödənilmişdir. Bununla yanaşı, bu əmlakın alınması üçün iddiaçı tərəfindən əlavə olaraq həmin hesaba 1067 manat məbləğində də pul vəsaiti ödənilmişdir. Lakin, Azərbaycan Dövlət Maşın Sınaq Stansiyasının İddiaçı və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Gəncə Ərazi İdarəsinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı Azərbaycan Dövlət Maşın Sınaq Stansiyasının balansındakı yarımçıq tikinti olan laboratoriya korpusunun və 1,34 ha torpaq sahəsinin geri qaytarılması, alqı-satqı şəhadətnaməsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası Samux Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsi ilə təmin edilməmişdir. Bundan sonra, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-21/2012 saylı, 19 yanvar 2012-ci il tarixli qətnaməsi ilə, Samux Rayon Məhkəməsinin qeyd olunan qətnaməsi ləğv edilərək, iddia təmin olunmuş Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən X4 verilmiş 26 dekabr 2007-ci il tarixli 002887 saylı “Dövlət Əmlakının hüquqi və fiziki şəxslərə satılmasına dair” şəhadətnamə və 29 may 2008-ci il tarixli 001290 saylı “Özəlləşdirilən müəssisə və obyektlərin, habelə fiziki və hüquqi şəxslər tərəfiindən inşa edilmiş obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satımasına dair” şəhadətnamənin etibarsız hesab edilməsi və Azərbaycan Dövlət Maşın Sınaq Stansiyasının balansındakı yarımçıq tikinti olan laboratoriya korpusu və 1,34 ha torpaq sahəsinin Azərbaycan X1ytarılması qət edilmişdir. Bundan sonra da Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-21/2012 saylı, 19 yanvar 2012-ci il tarixli icra sənədinin icraatına xitam verilməsi haqqında Samux rayon icra qrupunun 11 yanvar 2013-cü il tarixli təqdimatı əsasında, Samux Rayon Məhkəməsinin 8(58)-02/2013 saylı 28 yanvar 2013-cü il tarixli qərardadı ilə həmin işin icraatına xitam verilmişdir. Bununla əlaqədar olaraq, iddiaçının ayrı-ayrı orqanlara və qurumlara, yuxarı instansiya məhkəmələrinə də olan müraciətləri heç bir nəticə vermədikdən sonra, həmin əmlakın alınması üçün onun tərəfindən ödənilən pulunun geri qaytarılmasını və sonuncu dəfə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə xx.xx.2022-ci il tarixdə müraciət edərək xahiş etsə də, Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini cənab Rüstəm Şahbazovun ona ünvanladığı 22 noyabr 2022-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, müraciətdə qeyd olunan məhkəmə qətnaməsində ödənilən vəsaitin geri qaytarılması ilə bağlı qərar qəbul edilmədiyi üçün tələb olunan vəsaitin qaytarılması mümkün deyildir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 avqust 2023-cü il tarixli, e-2(011)- 718/2023 saylı qətnaməsi ilə (hakim İlahə Abbasova ) iddia təmin edilərək, İddiaçı tərəfindən ödənilmiş 9584 manat pulun 25 %-i, yəni, 2396 manat hissəsinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən, 75 %i, yəni, 7188 manat hissəsinin Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən alınıb, İddiaçı qaytarılması qət edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi qeyd edilən qətnamədən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv, iddianın isə təmin olunmamasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”nın 13-cü bəndinə əsasən, özəlləşdirmədən əldə olunmuş pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsinə daxil olur və bu vəsaitdən 25 %-i Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin hesabına ayrılır. Sözügedən Fərmanda qeyd olunan müddəa hər hansı bir orqanın səhv hərəkəti nəticəsində dövlət büdcəsinə tutulmanın yönəldilməli olduğu anlamına gəlməməlidir. İş materiallarından tam aydın olaraq görünür ki, inzibati orqan olaraq Maliyyə Nazirliyi ilə iddiaçı arasında heç bir hüquq münasibətləri olmadığından və Maliyyə Nazirliyi tərəfindən iddiaçıya hər hansı ziyan vurulmadığından iddia tələbinin və bununla bağlı hər hansı öhdəliyin Maliyyə Nazirliyinə və dövlət büdcəsinə qarşı yönəldilməsi yolverilməzdir və əsassız hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 43-cü maddəsinə əsasən Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. İddia ərizəsində qeyd edilən hərracın etibarsız hesab edilməsi və bununla bağlı iddia tələbinin Maliyyə Nazirliyinə yönəldilməsi əsassız olduğundan və Maliyyə Nazirliyinə heç bir aidiyyatı olmadığından məhkəmə tərəfindən iddia baxılmamış saxlanılmalı və ya iş üzrə icraata xitam verilməli idi. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2023-cü il 26 iyul tarixli 2-1(102)-1598/2023 nömrəli qərarı da analoji olaraq bu qisim işlərdə tətbiq olunmalıdır. İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmiş, eyni zamanda mübahisənin məhkəmə aidiyyətinin həllini məhkəmə kollegiyasının mülahizəsinə buraxdığını bildirmişdir. Cavabhdehin nümayəndəsi apellyasiya şikayətini əsassız sayaraq, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmiş, eyni zamanda mübahisənin məhkəmə aidiyyətinin həllini məhkəmə kollegiyasının mülahizəsinə buraxdığını bildirmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə digər cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə rəsmi qaydada məlumat verilmiş, lakin nümayəndəsi, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Bu səbəbdən də, məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə digər cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, qətnamə ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinə əsasən inzibati məhkəmə birinci instansiya məhkəməsi kimi qanunla səlahiyyətlərinə aid edilmiş inzibati mübahisələrə dair işlərə baxır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin birinci bəndinin əsasən hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Vasilesku Rumıniyaya qarşı iş üzrə 22 may 1998-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə əsasən, yalnız işə baxmaq üçün tam həcmdə səlahiyyətə malik olan məhkəmə Konvensiyanın 6-cı maddəsində əks olunan «məhkəmə» anlayışının tələblərinə cavab vermiş olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Çekniçkin Rusiya Federasiyasına qarşı iş üzrə 16 sentyabr 2010-cu il tarixli qərarında qeyd etmişdir ki, qanunverici tərəfindən aidiyyət məsələlərinin dəqiq müəyyən edilməməsi şəxsin məhkəmədə müdafiə olunmaq hüququnu və Konvensiyanın 6-cı maddəsinin İ bəndinin tələblərini pozur. Qeyd olunan daxili və beynəlxalq hüquq normalarının mənasına görə, hər kəsin işinin qanun əsasında yaradılan səlahiyyətli, müstəqil və qərəzsiz məhkəmə tərəfindən araşdırılması hüququ işə istənilən məhkəmə tərəfindən deyil, səlahiyyətləri qanunla əvvəlcədən müəyyən edilmiş müvafiq yurizdiksiyalı məhkəmələr tərəfindən hərtərəfli və obyektiv baxılmasını nəzərdə tutur. Əgər işə baxan məhkəmə həmin mübahisəyə baxmaqda səlahiyyətli deyildirsə, onun tərəfindən iş üzrə mahiyyəti üzrə hər hansı araşdırmanın aparılması qanunvericiliyin tələblərinə zidd olardı. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında məhkəmə aidiyyəti ilə bağlı müddəaların qanunvericiliklə dəqiq müəyyən edilməsi və bu normaların məhkəmə vasitəsindən istifadə edən subyektlər üçün aydın olmasını vurğulamışdır (Konstitusiya Məhkəməsi Plenumunun “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1 və 2.0.2-ci maddələrinin şərh edilməsinə dair” 6 oktyabr 2012-ci il; “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şəhr edilməsinə dair” 4 aprel 2012-ci il; “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinin şəhr edilməsinə dair” 28 mart 2013-cü il tarixli Qərarları). Məhkəmə aidiyyəti məsələsinin dəqiq müəyyən olunması yuxarıda qeyd edildiyi kimi milli və beynəlxalq hüquq normaları, eləcə də «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin tələbləri baxımından şəxsin məhkəmə müdafiəsi hüququnun təminatına yönəlmişdir. Nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. İddiadan (iddia tələbinin hüquqi təbiətindən) görünür ki, o mülki-hüquqi deyil, inzibati xarakterli olmaqla, əvvəllər iddiaçı ilə inzibati orqan arasında publik hüquq sahəsində yaranmış münasibətlərin nəticələrindən yaranmışdır. Belə ki, işdən göründüyü kimi, Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən verilmiş 26 dekabr 2007-ci il tarixli 002887 qeydiyyat nömrəli “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılmasına dair” şəhadətnamənə əsasən, İddiaçı Samux rayonu, İnstitut qəsəbəsi ünvanında yerləşən Laboratoriya korpusunun yarımçıq tikilisini satın almış, əmlakın ümumi satış qiyməti 8517 manat təşkil etmişdir. Dövlət əmlakının alınması nəticəsində hesablaşma hesabı Milli Bankdakı **********944 №-li tranzit manat hesabı ünvanlı dövlət büdcəsinə 8517 manat məbləğində pul köçürülmüşdür. Bu şəhadətnamə müəssisə və obyekt üzərində hüquqların qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması məqsədilə verilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-21/2012 saylı, 19 yanvar 2012-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Azərbaycan Dövlət Maşın Sınaq Stansiyasının cavabdehlər İddiaçı, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Gəncə Ərazi İdarəsinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı “Azərbaycan Dövlət Maşın Sınaq Stansiyasının balansında olan yarımçıq tikinti olan labarotoriya korpusunun 1,34 ha torpaq sahəsinin geri qaytarılması və 26 dekabr 2007-ci il tarixli 002887 saylı 29 may 2008-ci il tarixli 001290 saylı alqı-satqı şəhadətnamələrin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Samux Rayon Məhkəməsinin direktoru C.K.Bağırov tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Samux Rayon Məhkəməsinin 16 sentyabr 2011-ci il tarixli ləğv edilərək, iddia təmin olunmuş, Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən İddiaçı verilmiş 26 dekabr 2007-ci il tarixli 002887 saylı “Dövlət əmlakını hüquqi və fiziki şəxslərə satılmasına dair” şəhadətnamənin və 29 may 2008-ci il tarixli 001290 saylı “Özəlləşdirilən müəssisə və obyektlərin, habelə fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş obyetklərin yerləşdiyi dövlət torpaq sahələrinin satılmasına dair” şəhadətnamənin etibarsız hesab edilməsi, Azərbaycan Dövlət Maşın Sınaq Stansiyasının balasında olan yarımçıq tikinti olan labarotoriya korpusunun və 1.34 ha torpaq sahəsinin Azərbaycan X1ytarılması qət edilmişdir. Hazırda iddiaçının tələbi məhz həmin ləğv olunmuş şəhədətnamə əsasında onunla bağlanmış alqı-satqı müqaviləsi üzrə ödədiyi müvafiq pul vəsaitinin qaytarılması barədədir, həmin tələb cavabdehlər kimi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı yönəldilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş inzibati orqanların təsnifatından göründüyü kimi cavabdehlər inzibati orqan kimi təsnif olunmuşlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci bəndinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Qeyd olunmalıdır ki, inzibati orqanların fəaliyyəti inzibati aktların qəbul edilməsi ilə yanaşı, həmçinin faktiki xarakterli hərəkətlər və onların nəticəsi kimi qəbul edilmiş hüquqi aktlarla da əhatə olunur («İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanununun 1.2-ci mad). «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanunu inzibati orqanlar tərəfindən publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətə tətbiq edilir. İnzibati mübahisələrin səciyyəvi xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, onun tərəfləri əvvəlcədən qeyri bərabərdirlər, onlardan biri suverenlik daşıyıcısıdır və həmin tərəf (inzibati orqan) digərinə (fiziki və ya hüquqi şəxs) münasibətdə hakimiyyət səlahiyyətlərinə malikdir. İnzibati Prosessual Məcəllə inzibati orqanlarla fiziki və ya hüquqi şəxslər arasında inzibati hüquq münasibətləri ilə bağlı yaranan mübahisələrə məhkəmə tərəfindən baxılması və həll edilməsi prosesini tənzimləyir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinin tələbinə görə, bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə görə bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Beləliklə, iddiaçı publik hüquq sahəsinə aid mübahisə ilə bağlı ümumi məhkəmədə inzibati xarakterli tələb irəli sürməklə məhkəmə aidiyyətini pozmuş, birinci instansiya məhkəməsi isə həmin iddia tələbinin mahiyyətini dəqiq müəyyən etmədən yekun məhkəmə aktı qəbul etmişdir. Eyni zamanda, işdə olan məhkəmə aktlarından açıq-aşkar görürür ki, bu növdən olan analoji mübahisələrə inzibati qaydada baxılaraq, qərarlar qəbul edilmişdir (Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(103)-314/2023 saylı qərarı, Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(103)-1884/2023 saylı qərarı, Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasının xx.xx.2020-ci il tarixli 2-1(102)-145/2020 saylı qərarı, Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasının xx.xx.2023-cü il tarixli 2- 1(102)-321/2023 saylı qərarı). Həmçinin qeyd edilməlidir ki, məhkəmə aidiyyətinin yoxlanılması məhkəmənin xidməti vəzifəsindən irəli gəlməklə, şikayətin dəlillərindən asılı deyildir. «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 10 nömrəli Qərarının 15.4-cü bəndinə əsasən inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-in 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. MPM-in 385.1 və 385.1.1-ci maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual huquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. MPM-in 261.0 və 261.0.1-ci maddəsinin tələbinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. MPM-in 384.0.5-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməli, həmçinin iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Şərh olunanlara əsasən və MPM-in 261, 263-264, 357-358, 391, 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “ödənilmiş pulun geri qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-718/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. İş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-718/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilsin, mülki iş üzrə icraata xitam verilsin. İddiaçıya izah edilsin ki, onun mübahisə üzrə aidiyyəti üzrə səlahiyyətli inzibati məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6226/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6226/2023
24.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver