Məhkəmə qərarları › İş №2(103)-6226/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6226/2024

25.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6226/2024 25.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), X1 və İsgəndərov Akif Əsgər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qaraşarlı Layla Çingiz qızının katibliyi ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyinə və qeyrilərinə qarşı vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 sentyabr 2*24-cü il tarixli, 2(**6)-3534/2*24 saylı qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, müəyyən etdi İddiaçı cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyinə, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Abşeron rayon Polis İdarəsinə, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X3 İdarəsinə, Azərbaycan Respublikasının Cavabdeh4na qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, universitetin iki imtahanında iştirak edə bilmədiyi üçün hər imtahan üçün 72* manat olmaqla - cəmi 144* manat pul, yaşadığı stress onun və ailə üzvlərinin çəkdiyi izdirablar, mənəvi sarsıntılar ilə bağlı məhrumiyyətlər, müayinə və müalicələr səbəbilə məruz qaldığı mənəvi zərərin əvəzi olaraq 5 *** manat məbləğində kompensasiya, saxlanıldığı üçün işə gedə bilmədiyi iki gün üçün cəmi 14* manat əməkhaqqı olmaqla, cəmi 658* manat pulun cavabdehlər Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Abşeron rayon Polis İdarəsindən, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X3 İdarəsindən, Azərbaycan Respublikasının Cavabdeh4 müştərək qaydada tutularaq İddiaçı ödənilməsi, cavabdehlər Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X3 İdarəsinin və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi DYP-nın Ekologiya Postunun əməkdaşlarının səhvi və ya qanunsuz hərəkətləri nəticəsində təqsirləndirilən şəxs qismində cəlb edildiyi və həbsdə saxlanıldığı üçün həmin cavabdehlər Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X3 İdarəsinin və Azərbaycan Respublikasının Cavabdeh4 rəhbərliyinin ondan yazılı qaydada üzr istəməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 sentyabr 2*24-cü il tarixli, 2(**6)- 3534/2*24 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin olunaraq dövlət büdcəsinin vəsaiti hesabına İddiaçı xeyrinə 2** manat məbləğində mənəvi zərərin əvəzinin tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 sentyabr 2*24-cü il tarixli, 2(**6)- 3534/2*24 saylı qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş, lakin bir neçə gün sonra birinci instansiya məhkəməsi məktubla müraciət edərək, həmin məhkəmə aktından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümlkünlüyünün yoxlanması üçün mülki iş materiallarının birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, mülki iş apellyasiya baxışından çıxarılaraq birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 357-358, 366 və 384cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı İddiaçı cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyinə və qeyrilərinə qarşı vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş apellyasiya baxışından çıxarılaraq Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar