Məhkəmə qərarları › İş №2(103)-6229/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6229/2022

12.12.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6229/2022 12.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdelər "xxxx" ASC və Cavabdeh2 Sabir oğluna qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: "maddi və mənəvi zərərin ödənilməsi" hakimlər X3 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, iddiaçı, onun nümayəndəsi Vəkil, cavabdehin Cavabdeh1 ASC-nin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdelər "xxxx" ASC və Cavabdeh2 qarşı "maddi və mənəvi zərərin ödənilməsi" tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 2(006)-238/2022 saylı işi üzrə 01 iyul 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:

1. İddiaçı cavabdehlər "xxxx" ASC və Cavabdeh2 qarşı "maddi və mənəvi zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 3 il üçün Quba rayonu İkinci Nügədi kəndində yerləşən 1,1425 ha torpaq sahəsinin, Quba rayonu İkinci Nügədi kəndində yerləşən 0,347 ha torpaq sahəsinin, Quba rayonu İkinci Nügədi kəndində yerləşən 1,2635 ha torpaq sahəsinin məhsulunu yığaraq mənimsədiklərinə görə və kökündən yox olmuş ağaclara görə, qurumuş ağaclara görə, budaqları sınmış ağaclara görə, bütün ağaclara düşmüş xəstəliyə görə 900000 manat maddi zərər, onu bu 3 il 6 ay ərzində zülm və əziyyətlərə düçar edərək məhkəmə, hüquq-mühafizə orqanları yollarında qoyaraq, sağlamlığını əlindən alaraq, maddi sıxıntılara (yeganə qazanc yerini qanunsuz əldə edərək onu və 3 uşağını 3 il ac, əsir-yesir qoymuşlar) məruz qoyduqlarına görə 400000 manat mənəvi zərər, 30 manat məhkəmə xərci, 1 manat bank xidməti haqqı olmaqla, ümumilikdə 1.300.031 manat pul məbləğinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 2(006)-238/2022 saylı işi üzrə 01 iyul 2022-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdelər "xxxx" ASC və Cavabdeh2 qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddiasının rədd edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarı; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu özünün «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarı; Mülki Məcəlləsinin 21.1, 21.2, 1096, 1097.1; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1,119.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, zərərin ödənilməsi ilə bağlı istənilən tələb öncə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. Borclu yalnız səbəb olduğu, yaranmasına görə cavabdehlik daşıdığı zərərin əvəzinin ödənilməsinə cəlb edilə bilər. Beləliklə zərərin mövcud olması, bunun cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri məsələləri məhkəmə tərəfindən müəyyən edilməli olan hallardır. İddia ərizəsindən göründüyü kimi iddiaçı hərracın nəticələrinə dair yekun protokolların əsasında duran və hərracın keçirilməsinə əsas verən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(004)-1874/2015 saylı qətnaməsinin ləğv edilməsi, buna baxmayaraq keçirilmiş hərraclarda ona məxsus torpaq sahələrinin satılması, daha sonra müvafiq məhkəmə aktına əsasən "X11” MMC-nin Hərracın yekunları barədə 12 mart 2018-ci il tarixli 84 nömrəli, 12 mart 2018-ci il tarixli 85 nömrəli və 12 mart 2018-ci il tarixli 86 nömrəli protokollarının etibarsız hesab edilməsi və sözügedən torpaq sahələrinin Cavabdeh2 sahibliyində faktiki olaraq əsassız qalması nəticəsində əmlakına zərər dəyməsinə istinad etmişdir. Lakin iş materiallarından göründüyü kimi iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşdığı müəyyən edilmir. Çünki iddiaçı tərəfindən baş verməsi ehtimal edilən zərərin məhz cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində əmələ gəlməsini təsdiq edən sübutlar təqdim edilməmiş və beləliklə də iddiaçı Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Maddi zərərlə bağlı tələb rədd olunduğundan, bundan irəli gələn mənəvi zərərlə əlaqədar iddia tələbi də rədd olunmalıdır.

3. İşin icraatı zamanı müəyyən edilmişdir ki : -Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4809/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən, iddiaçının apellyasiya şikayəti təmin edilmiş,Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 27/2020 saylı iş üzrə 13 fevral 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi, yeni qətnamə çıxarılmaqla iddia tələbinin təmin edilməsi, "X11” MMC-nin Hərracın yekunları barədə 12 mart 2018-d il tarixli 84 nömrəli, 12 mart 2018-ci il tarixli 85 nömrəli və 12 mart 2018-ci il tarixli nömrəli protokollarının etibarsız hesab edilməsi, Quba rayonu, İkinci Nügədi kəndində 1,1425 ha torpaq sahəsinin Cavabdeh2 adına xüsusi mülkiyyət hüququ əsasında qeydiyyata alınması barədə RX seriyalı ******* nömrəli, Quba rayonu, İkinci Nügədi kəndi 1,2635 ha torpaq sahəsinin Cavabdeh2 adına xüsusi mülkiyyət hüququ əsasında qeydiyyata alınması barədə RX seriyalı ******* nömrəli və Quba rayonu, İkinci Nügədi kəndi 0,347 ha torpaq sahəsinin Cavabdeh2 adına xüsusi mülkiyyət hüququ əsasında qeydiyyata alınması barədə RX seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi, həmin torpaq sahələrinə İddiaçı mülkiyyət hüquqlarının (adına olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların) bərpa edilməsi qət edilmişdir;-Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-1432/2021 saylı qərarına əsasən, kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4809/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır;- Quba rayonu PŞ-nin TB-nin Baş təhqiqatçısı X1 "Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 11 iyul 2021-ci il tarixli Qərara əsasən, cinayət işinin başlanması rədd edilmiş, İddiaçı və ya Cavabdeh2 sözügedən mübahisəli torpaq sahəsinin adlarına rəsmiləşdirilməsinin həll edilməsi üçün mülki iddia qaydasında məhkəməyə müraciıt etmək hüquqlarının olması izah edilmişdir;- "Rabitəbank” ASC tərəfindən Quba rayon İcra şöbəsinə ünvanlanmış məktuba əsasən, iddiaçı "Rabitəbank” ASC 13 yanvar 2015-ci il tarixində cavabdehlər İddiaçı, X6 və X7 qarşı "pulun tutulması, tələbin İpoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin boşaldılması, ipoteka predmetinin açıq hərracda satılması və digər” tələbə dair iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Yasamal Rayon Məhkəməsinin 08 sentyabr 2015-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Bundan sonra cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5089/2017 saylı 22 may 2017-ci il tarixli qətnaməsi ilə Yasamal Rayon Məhkəməsinin sözügedən qətnaməsi cavabdeh İddiaçı münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Qətnamə qanuni qüvvəsini aldığı üçün icra olunması üçün göndərilmişdir. Tərəfindən 20 noyabr 2017 ci il tarixində borclu İddiaçı mülkiyyətində olan Quba Rayonu İkinci Nügədi kəndində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 168,0 kv.m. yaşayış sahəsi, 149,7 kv.m. yardımşı sahədən ibarət fərdi yaşayış evi, Quba rayonu İkinci Nügədi kəndində yerləşən sahəsi 1,1425 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, Quba rayonu İkinci Nügədi kəndində yerləşən 1,2635 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, Quba rayonu, İkinci Nügədi kəndində yerləşən sahəsi 0,347 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin qiymətləndirilməsi və hərracın keçirilməsi sifariş verilmişdir. "X11” MMC tərəfindən sözügedən əmlaklara dair açıq hərracın keçirilməsi 29 yanvar 2018-ci il tarixinə saat 11:00-a Bakı şəhəri, Nərimanov rayonu, N.Nərimanov küçəsi 5 D-yə təyin edilmişdir. Lakin tərəfindən "X11” MMC-yə ünvanlanmış xx.xx.2018-ci il tarixli məktubunun surətindən görünür ki, cavabdeh tərəfindən Bakı Apellyasiya məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verildiyi üçün açıq hərracın keçirilməsinin dayandırılması xahiş edilmişdir. Odur ki, "Rabitəbank” ASC tərəfindən Bakı Apellyasiya Məhkəməsinə müvafiq sorğu edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 6ÜŞ-322/2018 saylı 06 fevral 2018-ci il tarixli məktubunda göstərilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5089/2017 saylı 11 dekabr 2017-ci il tarixli qərardadından İddiaçı tərəfindən kassasiya şikayətinin verilməsinə əsasən icra hərəkətlərini dayandırılıması "İcra Haqqında” Azərbaycan Respublikasının Qanunvericiliyində nəzərdə tutulmamışdır. Qeyd olunanlara və Apellyasiya Məhkəməsinin yuxarıda göstərilən məktubuna əsasən, qətnamədən kassasiya şikayəti verilmədiyi üçün hərəkətlərini davam etdirilməsini və müvafiq olaraq "X11” MMC-yə hərracın keçirilməsinin davam etdirilməsi barədə müraciət edilməsi xahiş edilmişdir;- Bakı Apellyasiya Məhkəməsinin "Rabitəbank” ASC-yə ünvanladığı məktuba əsasən, Bakı Apellyasiya Məhkəməsinə 30 yanvar 2018-ci il tarixdə daxil olmuş müraciəti ilə bağlı bildirilmişdir ki, iddiaçı Cavabdeh1 ASC-nin cavabdehbr X25ma, X5 və X8 qarşı «pulun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin boşaldılması, ipoteka predmetinin açıq hərracda satılması» tələblərinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5089/2017 saylı 22 may 2017-ci il tarixli qətnaməsindən Azəibaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilməmişdir. Azərbaycan Respublikası MPM-nin 393-cü maddəsinə əsasən apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 5089/2017 saylı 22 may 2017-ci il tarixli qətnaməsi qanuni qüvvəsini almışdır. Sonradan cavabdeh X23 21 avqust 2017-ci il tarixdə məhkəməyə müraciət edərək qeyd olunan qətnamədən kassasiya şikayəti verilməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 5089/2017 saylı 14 sentyabr 2017-ci il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5089/2017 saylı 22 may 2017-ci il tarixli qətnaməsindən Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin olunması barədə onun tərəfindən verilmiş ərizə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5089/2017 saylı 14 sentyabr 2017-ci il tarixli qərardadından cavabdeh X23 tərəfindən kassasiya şikayəti verilmiş, cavabdeh həmin qətnaməyə rəsmi qaydada imza etməklə xx.xx.2017-ci il tarixdə aldığından, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərardadı ilə şikayət edilməmişdir. Məhkəmənin həmin qərardadından cavabdeh X23 tərəfindən verilmiş kassasiya şikayəti mülki işlə birlikdə baxılması üçün 17 yanvar 2018-ci il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Göründüyü kimi iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 sentyabr 2015-ci il tarixli qətnaməsinə dair icra sənədi verilmiş və icra olunması üçün Quba rayon İcra Şöbəsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərardadından cavabdeh X23 tərəfindən kassasiya şikayətinin verilməsinə əsasən icra hərəkətlərinin dayandırılması "İcra Haqqında” Azərbaycan Respublikasının Qanunvericiliyində nəzərdə tutulmamışdır;-Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 7/1203 saylı ekspert rəyinə əsasən, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun mütəxəssis rəyinə əsasən İddiaçı məxsus Quba rayonu, İkinci Nügədi kəndində yerləşən 1,2635 ha torpaq sahəsinə 4p12-ci ildə 9 cərgədən ibarət, hər cərgədə 61 ədəd ağac olmaqla alçş bağı salınmışdır. Cəmi 549 ədəd tingdən ibarət "Göyçə Soltanı” və "kazvin” alça sortlarından ümumilikdə 489 ədədi məhsuldar olmuşdur;- Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/8209 saylı ekspert rəyinə əsasən, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun mütəxəssis rəyinə əsasən - 2018- 2020-ci illərdə təxmini olaraq orta hesabla bir ağacdan 35.0 kq meyvə məhsulu olmaqla bir ildə 489 ağac x 35 0 kq=17115 kq, 3 ildə isə 17115 kq x 3 il= 51345 kq alça məhsulu yığmaq mümkün olardı. Bağda əkilmiş sortların yetişmə vaxtının eyni deyildir, amma hər iki alça sortunun orta satış qiyməti eynidir. Meyvənin satış ilindən, ölçüsündən, yetişməsindən asılı olaraq 1 kq meyvənin orta satış qiyməti nəzərə alınmaqla 2018-ci ildən başlayaraq son üç ildə 51345 kq x 2,2 manat= 112959 manat məbləğində satışdan gəlir əldə etmək mümkündür. Bağ sahəsində quruyaraq məhv olmuş 45 ədəd alça ağacının 1 ədədinin dəyəri 64,5 manat olarsa alça ağaclarının ümumi dəyəri 2902,5 manat tə Həmin ağaclar vaxtından əvvəl qurumasaydı hər ağacdan 48,0 kq olmaqla məhsul əldə edilə bilərdi və 48 kq x 45 ağac=2160 kq, meyvə bağının istismar müddəti 25 il olduğunu nəzərə alsaq, baxımsızlıq üzündən qurumasaydılar həmin ağaclardan 15 il ərzində məhsul vermə qabiliyyətinə malik olub, 15 il ərzində 32400 kq alça məhsulu və həmin məhsulun satışından 32400 kq x 2.2 man=71280 manat gəlir əldə edə bilərdi. İddiaçı məxsus 1,2635 ha alça bağına baxış zamanı 15 ədəd alça ağacının budaqları sınmış və ağacların hamısı mamırla sirayətlənmişdir. Budaqların sınması məhsuldarlığın 40 % azalmasını nəzərə alsaq hər bir ağacdan 15 il istismar müddətində hər birindən ildə 28, 8 kq alça məhsulu yığılması gözlənilir. Sahibkar 15 ədəd skelet budaqlarə sınmış ağaclardan bir ildə 15 ağacx48,0 kq=720,0 kq əvəzinə, 15 ağac x 28,8 kq =432,0 kq meyvə məhsulu əldə etməklə, ümumi məhsul istehsalı 288,0 kq azalacaqdır. Növbəti 15 İl istismar müddətində İncUkram qızı İkramlı 288,0 kq x 15 il =4320,0 kq az məhsul istehsal etməklə 9504,0 manat məbləğində az gəlir əldə edəcəkdir. 2021-ci ildə ağaclara aqrotexniki qulluqlar edilmədiyindən, xüsusilə xəstəliklərə qarşı mübarizə tədbirləri həyata keçirilmədiyindən məhsuldarlığı 60% aşağı salmış, məhsulun 10269,0 kq azalmasına və nəticədə 10269,0 kq x 2,2 manat=22,591,8 manat məbləğində az gəlir əldə etməsinə səbəb olmuşdur. Bağda dərmanlama işləri düzgün şəkildə aparılsaydı İnci İkramli 900¬1000 manat məbləğində pul xərcləməli olacaqdı.1,1426 ha torpaq sahəsində 2018-ci ildən başlayaraq hər il buğda bitkisi əkəcəyi təqdirdə bir hektardan orta hesabla təxmini olaraq 32,0 sentner taxıl məhsulu olmaqla, 1,1425 ha torpaq sahədən isə 36,56 sentner buğda məhsulu və bir sentner məhsulun orta satış qiyməti 40,0 manatdan olmaqla 1462,4 manat gəlir əldə etmək mümkündür. Dörd ildə ümumi gəlirin miqdarı 4 x 1462,4=5848,6 manat təşkil edər. 0,347 ha torpaq sahəsində 2018-ci ildən başlayaraq buğda bitkisi əkilsəydi bir ilə orta hesabla təxmini olaraq 32,0 sentner olmaqla, ümumi sahədən 11,1 sentner buğda məhsulu və bir sentner buğda məhsulunun orta satış qiyməti 40,0 manat olmaqla, cəmi 444,0 manat gəlir əldə etmək olardı. Dörd ildə taxıl satışından 4 il x 444,0 man=1776 manat gəlir əldə etmək olardı (iş.səh.1-ci cild 7,12, 33, 70, 83-87, 142-155, 219-223). Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

4. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Konstitusiyasının 60, 71; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2, 741; “İnsan hüquqlan haqqında Ümumi Bəyənnamə”-nin 8; Mülki Prosessual Məcəllənin 14.2, 88,217,220, 386- 387-ci maddələrinə istinadən qeyd edilmişdir ki, Nəsimi Rayon Məhkəməsində iddiaçı X16 cavabdehlər "xxxx" ASC və X17 qarşı "maddi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkün hesab edilməsinə dair xx.xx.2021 ci il tarixli 2(006)-43 82/2021 saylı qərardad çıxarılmış, işə baxılarkən digər Cavabdeh2 artıq onun mülkiyyətimdə olan və bu məhkəmə prossesində adı keçən, maddi və mənəvi zərər tələb etdiyi torpaqlardan biri olan Quba rayonu İkinci Nügədi kəndində yerləşən 1,1425 ha torpaq sahəsindəki taxılını tam yetişməmiş, vaxtsız və qanunsuz olaraq biçib aparır. Bu barədə DİN-in 102 xidmətinə zəng edərək Cavabdeh2 qanunsuz hərəkətlərindən şikayət etmişdir. Cavabdeh2 iddia ərizəsi üzrə məhkəmə icraatının mümkün hesab edilməsinə dair xx.xx.2021-ci il tarixli 2(006)-4382/2021 saylı qərardadı sübut kimi göstərərək, bu barədə məhkəmə prosseslərinin yekunlaşmadığına izahat vermiş, Quba rayonu PŞ-nin baş təhqiqatçısı X2 ”Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 11 iyul 2021-ci il tarixli Qərar çıxarmışdır. Həmin qərarı əsas tutaraq dəftərxana vasitəsi ilə 14 sentyabr 2021-ci il tarixdə Quba rayonu PŞ-nin qərarını ərizəsinə əlavə edib məhkəməyə müraciət edərək, digər Cavabdeh2 dələduzluğu üzündən Quba rayonu İkinci Nügədi kəndində yerləşən 1,1425 ha torpaq sahəsindəki taxılından məhrum olduğuna görə 2021-ci il üçün də ona dəymiş maddi və mənəvi ziyanın Cavabdeh2 tərəfindən ödənilməsinin təmin edilməsini xahiş etmişdir (həmin ərizə sistemdə də var, ərizəni qoşmaya əlavə edir). Hakim bu ərizəsinə bəhanə gətirərək bildirir ki, “Quba rayonu PŞ-nin qərarı məhkəməyə tam aydın deyil və həqiqətən də taxılın Cavabdeh2 tərəfindən biçilib aparılmasını təhqiqatçı qərarda konkret sözlə göstərməmişdir”. Belə olan halda materialın Quba rayonu PŞ-ndən gətirilməsini və Cavabdeh2 verdiyi izahatın məhkəmə tərəfindən araşdırılmasını tələb etmişdir. Məhkəmə sorğu verərək “Quba rayonu PŞ-ndən iş üzrə materialı tələb edir. İş üzrə material dəftərxana vasitəsi ilə məhkəməyə təqdim olunur. Hakim materialla tanış olduqda digər cavahdeh Cavabdeh2 izahatında taxılın Cavabdeh2 tərəfindən biçilib aparılması aşkar olunur. Lakin hakim çıxardığı qətnamədə bütün bu olanları gizlədir. 30 iyun 2021-ci il tarixdə dəftərxana vasitəsi ilə iddia ərizəsinə əlavə vermişdir. Qoşmaya alça bağı cavabdehlərdə olarkən müxtəlif vaxtlarda çəkiliş apardığı 3 ədəd videodisklər əlavə etmişdir. Həmin 3 ədəd videodisk işin içindən məhkəmə tərəfindən götürülüb. Bütün bu olanlara şahid olduqda, məcbur qalaraq “X28”nə müraciət edərək onun məhkəmə prosseslərində iştirak etmələrini xahiş etmişdir. Media nümayəndəsinin iştirakı ilə məhkəmə prossesində Cavabdeh1 ASC-nin nümayəndəsi digər cavabdehin də müdafiəsini edirdi. Ona görə ki, hər iki cavabdeh əlbirdir, yəni Cavabdeh1 ASC gizli hərrac keçirərkən torpaqları hərracdan Cavabdeh2 adına alaraq rəsmiləşdirmişdir. İşə hansı tərəfdən baxsaq görürük ki, iddiasının təmin edilməsinə dair qətnamə qəbul edilməli idi. Çünki, o, daşınmaz əmlakını Cavabdeh1 ASC-nin girovuna qoymuşdu. Onlar girov qoyduğu əmlakını göz bəbəkləri kimi qorumalı idilər. Onlar girovlarında olan əmlakını qorumaqdansa, müxtəlif üsullardan istifadə edərək öz əllərinə keçirmişlər. Hörmətli Məhkəmə Kollegiyası, burdan sual yaranır; bütün bunları kim edib? Cavabdeh1 ASC. Əgər Cavabdeh1 ASC haqlı idisə nədən əmlakları geri qaytarıldı? Hakimin hansısa maraqları bu boyda qanuni əsası görməzdən gəlməyə çalışmış, həmin mülki işə baxarkən hakim əsassız qətnamə qəbul etmişdir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məlumat üçün bildirir ki, məhkəməyə rəsmi qaydada yazılı vəsatət verərək Quba Rayon İcara Şöbəsinin icra məmurunun məhkəmədə iştirakını istəsə də, həmin vəsatətini məhkəmə tərəfindən mövqe bildirilməmiş qalmış, sonra da hakim qanuni əsas tapmadığını qətnamədə göstərmişdir. Daşınmaz əmlakını Cavabdeh1 ASC-nin girovuna qoymuşdur. Onlar girov qoyduğu əmlakını qorumamışlar. Onlar girovlarında olan əmlakını qorumaqdansa, müxtəlif üsullardan istifadə edərək digər cavabdehlə birləşərək öz əllərinə keçirmişlər. Hörmətli Məhkəmə Kollegiyası, bütün bunları Cavabdeh1 ASC-nin günahı üzündən olduğuna görə əmlakları geri qaytarılmışdır. Buna sübut 3 il 6 ay müddətində keçirilmiş məhkəmə qətnamələridir. Hakimin hansısa maraqları bu boyda qanuni əsası görməzdən gəlməyə çalışmış, həmin mülki işə baxarkən hakim əsassız qətnamə qəbul etmişdir.

Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:

5. Məhkəmə iclasında iştirak edən iddiaçı məhkəmə çıxışı və izahat təqdim edərək Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinə və 29-cu maddəsinin İ və İİ hissələrinə; İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsinə; İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə 13 iyun 1979-cu il tarixli Qərarına; Mülki Məcəllənin 139-1, 152.1; Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 209.1; 210.1-ci maddələrinə istinadən qeyd etmişdir ki, RabitəBank” ASC rüşvətxor məmurlarla iş birliyinə girərək Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə zidd hərəkətlər edərək onun mülkiyyət hüqüqunu pozmuşdur. İş Azərbaycan Respublikası Ali Məhkəməsində olarkən, yekun məhkəmə qərarını gözləmədən mülkiyyətində olan, Cavabdeh1 ASC-nin girovunda olan Quba rayon İkinci Nügədi kəndində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 168.0 kvadrat metr yaşayış sahəsi, 149.7 kvadrat metr yardımçı sahədən ibarət fərdi yaşayış evindən başqa, Quba rayonu 2-ci Nügədi kəndində yerləşən sahəsi 1.1425 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini, Quba rayonu 2-ci Nügədi kəndində yerləşən 1.2635 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini, Quba rayonu 2-ci Nügədi kəndində yerləşən 0.347 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini hərrac vasitəsi ilə ondan xəbərsiz öz mənafelərini güdərək öz adamlarına Ağəliyev Səfərə satmışlar. Ona görə də hərracın protokolları ləğv olunarkən Ağəliyev Səfər, Cavabdeh1 ASC-nə qarşı heç bir iddia qaldırmayaraq səssiz qalmağa üstünlük verdi. Hətta məhkəmə mübahisələrində cavabdeh olasa da, heç bir məhkəmə iclaslarında nə nümayəndəsi, nə də özü iştirak etməmiş, hər zaman ,Cavabdeh1 ASC-nin nümayəndəsi Ağəliyev Səfərin əvəzinə qeyri rəsmi danışaraq ona vəkillik etmişdir. Məhkəmə də Ağəliyev Səfərin əmlaklarından istifadə etməsini sübut edən video və audio diskləri işin içindən çıxararaq məhv etmişdir, iddia ərizəsinə əlavə verərkən həmin diskləri məhkəməyə dəftərxana vasitəsi ilə təqdim etmiş, ərizənin qoşma hissəsində diskləri təqdim etməyi ilə bağlı qeyd də var. Həmin sübutlardan azı onda qalsa də onları məhkəməyə təqdim edir. Ağəliyev Səfər video və səs yazısında bir daha təsdiq edir ki, qeyd olunan torpaqlarda taxıl əkir və biçir, alça bağının məhsulunu da yığaraq mənfəət götürür. Həmin vaxt əmlaklarından gələn gəlir, yəni əldən çıxmış gəliri öz əlində olsaydı, Cavabdeh1 ASC-yə olan borc da çoxdan ödənmiş olardı. Çünki cavabdehlər məhkəməni uduzacaqlarını bilən kimi əmlaklarına qəsdən zərər vuraraq alça bağını məhsuldarlıqdan məhrum etmişlər. Cavabdehlərin üzündən 1.26 ha-da olan 540 alça ağacına xəstəlik düşmüşdür. Lakin öz istifadələrində olarkən məhsulu yığaraq əsassız varlanmışlar. Ona görə də yiğdıqları məhsulun pulunu ona geri qaytarmalıdırlar. Çünki Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın xx.xx.2021-ci il tarixli 2(102)-1432/2021 nömrəli qərarının 6-cı səhifəsinin 6-cı abzasında qevd edilmişdir ki, yekun hərracda əmlakları əldə etmiş fiziki şəxs X9 vicdanlı alıcı olmasına münasibətdə kollegiya qeyd etmişdir ki, həmin şəxsin vicdanlı alıcı olması müəyyən edilmir, belə ki« torpaq sahələrini alan şəxs onların həmyerlisi olmuş və onun tərəflər arasında olan mübahisədən məlumatsız olması inandırıcı görünmür. Məhkəməyə təqdim etdiyi audio və video görüntülərdən də Agəlivev Səfərlə bir kənddə yaşamaqları, qohumluq əlaqələrinin olması sübut olunurdu. Cavabdeh1 ASC öz vəzifələrini kobudcasına pozaraq girov qoyulmuş əmlaklarına təhlükə yaratmış və etdiyi qeyri-qanuni hərəkətləri nəticəsində əmlaklarından məhrum olduğuna görə 3 il məhkəmə çəkişmələrindən sonra məhkəmə qərarı ilə Quba rayonu 2-ci Nügədi kəndində yerləşən sahəsi 1.1425 ha, 1.2635 ha və 0.347 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri ona geri qayıtmışdır. Hal-hazırda icraatınızda olan mülki işdə məsuliyyətə cəlb edilə bilməyən şəxsləri qanun pozuntularına təhrik edən RabitəBankdır. Burda icraçı Rabitə bank sayılır. Ona görə də Səfər Ağəliyev əmlakından gələn gəliri mənimsəyərkən, bütün bu olanları məqsədli şəkildə RabitəBank ASC-nin icrası altında qurulduğuna görə Səfər Ağəliyevlə bərabər ona dəymiş zərəri, yəni əldən çıxmış gəlirimi ikisi birlikdə geri qaytarmalıdırlar. İpoteka qoyana vurulan zərərə görə ipoteka saxlayan məsuliyyət daşıyır. Bu üzdən birinci instansiya məhkəməsinin gəldiyi nəticəni və tətbiq etdiyi hüquq normalarını düzgün hesab etmir. Məhkəmə iddia tələbində əsassız varlanmaya qiymət verməmişdir. Məhkəmə bu ziddiyyətlərin aradan qaldırılması ilə bağlı hər hansı araşdırma aparmamışdır. İş üzrə ziddiyyətli halların mövcudluğu məhkəmə tərəfindən maddi hüquq normalarının da səhv tətbiq edilməsinə gətirib çıxarmışdır. Ağəliyev Səfər torpaqları mülkiyyətinə keçəndən sonra şəxsi mülkiyyətinin toxunulmazlığını pozaraq 1.14 ha taxıl sahəsini biçərək taxılı daşıyıb aparmışdır. Bu barədə yetərincə sübutlar olsa da, məhkəmə bu məsələyə də qiymət verməmişdir. Sadalanan hallar iddia ərizəsində dəlil kimi irəli sürülsə də, birinci instansiya məhkəməsi həmin dəlillərə heç bir qiymət verməmiş, hər hansı bir araşdırma aparmamış, halbuki qeyd edilən halların araşdırılıb, onlara qiymət verilməsi iddianın obyektiv və qanuni həlli baxımından mühüm əhəmiyyət kəsb edir. İddiaçı tərəfindən təqdim edilmiş izahatda qeyd edilmişdir ki, İddiaçı iddia tələbi aşağıda qeyd edilənlərə əsasən əsaslıdır və təmin edilməlidir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2015-ci ıl tarixli. 2(004j- 1874/2015-ci i! nömrəli icra sənədi üzrə Quba rayon İcra şöbəsinin sifarişi əsasında əmlakların qiymətləndirilməsi keçirilmiş və Quba rayonu, İkinci Nügədi kəndində yerləşən 1.1425 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə 9.15000 manat, sahəsi 1.2635 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə 10.000.00 manat 0.347 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə 3.000.00 manat qiymət qoyulmuş, həmin qiymətlərlə əmlakların hərraca çıxarılması 'X11" MMC-nə sifariş verilmişdir."X11" MMC 29 yanvar 2018-ci il tarixdə Quba rayonu İkinci Nügədi kəndində yerləşən 1.1425 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 9.15000 manat, sahəsi 1.2635 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 10.000 00 manat. 0 347 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini 30.000.00 manat olmaqla açıq hərracdan satışa çıxarmışdır. Quba Rayon İcra və Probasiya şöbəsi xx.xx.2018-ci il tarixli məktubu ilə Bakı Apellyasiyə Məhkəməsinin qətnaməsindən verilmiş kassasiya şikayətinin verilməsi ilə əlaqədar olaraq, hərracın keçirilməsinin dayandırılmasını "X11' MMC-dən xahiş etmişdir. Quba Rayon İcra və Probasiya şöbəsi xx.xx.2018-ci il tarixli məktubla Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli məktubuna istinad etməklə hərracın keçirilməsinin davam etdirilməsini "X12" MMC-dən xahiş etmişdir. Bakı Apeilyasıya Məhkəməsinin 06 fevral 2018-ci ü tarixli 6UŞ-322/2018 nömrəli İddiaçı mülkiyyət hüquqlarını pozan məktubunda qeyd edilmişdir ki,Bakı Apellyasıya Məhkəməsinin 2(103)-5089/2Q17 saylı qərardadından cavabdeh İddiaçı tərəfindən kassasiya şikayətinin verilməsinə əsasən icra hərəkətlərinin dayandırılması İcra Haqqında Azərbaycan Respublikası Qanunvericiliyində nəzərdə tutulmamışdır. "İcra haqqında” AR Qanunun 17.1.7-cı maddəsinə əsasən icraatda olan iş üzrə qəbul olunmuş məhkəmə aktlarından verilmiş apelyasıya və kassasiya şikayəti müvafiq məhkəmələrin icraatına qəbul olunduqda icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. "X12” MMC xx.xx.2018-ci il tarixli məktubu ilə Quba Rayon İcra və Probasiya şöbəsinə, "Rəbitəbank” ASC-yə məlumat verərək xx.xx.2018-ci ıl tarixilidə hərracın keçiriləcəyi bərədə məlumat vermişdir. 'Rəbitəbank” ASC və Cavabdeh2 kassasiya şikayətinin icraata götürülməsi və baxılması ilə bağlı bütün proseslərdən xəbərdar idi. 12 mart 2018-cı ıl tarixində keçirilən hərracda X19 məhkəmə prosesləri və torpaq sahələri üzrə mübahisə bərədə məlumatlı olduğu halda 84. 85, 86 nömrəli hərrac təşkilatının hərracın yekunları barədə protokollar əsasında Quba rayonu, ikinci Nügədi kəndində yerləşən 1.1425 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini 9.150.00 manat, sahəsi 1.2635 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini 10.100.00 manat. 0.347 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini 3 000.00 manat dəyərində əldə etmiş və qanunsuz şəkildə "mülkiyyət hüquqları' 10 aprel 2018-ci il tarixində DƏDRX-də qeydiyyata alınmışdır. Ağaİiyev Səfər Sabir oğlu yuxarıda qeyd edildiyi kimi, torpaq sahələri ilə bağlı məhkəmə mübahisəsinin və mübahisənin olduğunu bildiyi halda qeyri-qanuni olaraq torpaq sahələrini əldə etmiş və istifadə etməyə başlamışdır. "Rabitəbank' ASC və Ağaİiyev Səfər Sabir oğlunun əvvəlcədən düşünülmüş hərəkətləri ilə ipotekaya "İpoteka haqqında” AR Qanunun 48.1.3-cü maddəsinə əsasən xitam verilmiş və torpaq sahələri yüklulükdən azad edilmişdir. Bakı Apellyasiya Məhkəməsi İddiaçı ‘X11’’ MMC-nə, Cavabdeh1 ASC-nə qarşı “hərracın yekunları barədə protokolun və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılmış və 01 may 2018-ci il tarixli 2{103}-5561/2018 nömrəli qərardadı ilə şikayət təmin edilmişdir. Qərardadda iddianın təmin etmə tədbirinin tətbiqinə dair ərizə təmin edilmiş, İddiaçı məxsus Quba rayonu, İkinci Nügədi kəndində yerləşən 1.1425 ha torpaq sahəsinə, sahəsi 1.2635 ha olan torpaq sahəsinə və sahəsi 0.347 ha olan torpaq sahəsinə dair hər hansı hərəkətlərin (özgəninkiləşdirmənin) aparılmasına məhdudiyyət qoyulmuşdur. Bu məhdudiyyət İddiaçı torpaq sahələrinə mülkiyyət hüquqları bərpa edildikdən sonra onun ərizəsi əsasında Bakı Apellyasiya Məhkəməsi xx.xx.2021-ci il tarixli 2(103)-5561/201S nömrəli qərardadı ilə aradan qaldırılmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsi 29.11 2018-ci il tarixli) qərarı üzrə Bakı Apellyasiya Məhkəməsinin 22.05 2017-cı ıl tarixli 2(103)-5089/201 7 nömrəli qətnaməsi ləğv edilmiş və ış yeni apellyasiya baxışma qaytarılmışdır. Hansı kı, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(103)- 5089/2017 nömrəli qətnaməsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08.09 2015-cı il tarixli, 2(004)-1874/2015-ci ıl nömrəli qətnaməsi qüvvədə saxlanmışdır. Yeni apellyasiya baxışında Bakı Apellyasiya Məhkəməsi xx.xx.2020-cı il tarixli qətnaməsi ilə torpaq sahələrinin ilkin satış qiymətinin müəyyən olunması hissəsində ləğv olunmuş, Quba rayonu. İkinci Nügədi kəndində yerləşən 1.1425 ha torpaq sahəsinə 16.530.00 manat, sahəsi 1.2635 ha olan torpaq sahəsinə 18.270.00 manat, sahəsi 0.347 ha olan torpaq sahəsinə 4,930.00 manat qiymət qoyulmuşdur.Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın xx.xx.2021ci il tarixli 2(102)-1432/2Q21 nömrəli qərarının 6-cı səhifəsinin 6-cı abzasında qeyd edilmişdir ki, yekun hərracda əmlakları əldə ermiş fiziki şəxs X10 vicdanlı alıcı olmasına münasibətdə kollegiya qeyd etmişdir ki, həmin şəxsin vicdanlı alıcı olması müəyyən edilmir, belə ki, torpaq sahələrini alan şəxs onların həmyerlisi olmuş və onun tərəflər arasında olan mübahisədən məlumatsız olması inandırıcı görünmür. Ali Məhkəmənin MK-nın xx.xx.2021-ci il tarixli 2(102)-1432/2021 nömrəli qərarı ilə qüvvədə qaian Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-cı ıl tarixli. 2(103)-4809/20 saylı qətnaməsi əsasında Quba rayonu, İkinci Nugədı kəndində 1,1425 ha torpaq sahəsinin Cavabdeh2 adına xüsusi mülkiyyət hüququ əsasında qeydiyyata alınması barədə RX seriyalı ******* nömrəli, Quba rayonu, İkinci Nügədi kəndi 1,2635 ha torpaq sahəsinin X10 adına xüsusi mülkiyyət hüququ əsasında qeydiyyata alınması barədə RX seriyalı ******* nömrəli və Quba rayonu, İkinci Nügədi kəndi 0,347 ha torpaq sahəsinin Cavabdeh2 adına xüsusi mülkiyyət hüququ əsasında qeydiyyata alınması barədə RX seriyalı ******* nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışlar ləğv edilmiş, həmin torpaq sahələrinə İddiaçı mülkiyyət hüquqlarının adına olan DƏDRX-dən çıxarışlar bərpa edilmişdir. Cavabdeh1 ASC və X31 oqlu İddiaçı onlara qarşı “hərracın yekunları barədə protokolların etibarsız hesab edilməsi və göstərilən protokollar üzrə əmlakların alqı-satqısı bərədə müqavilələrin ləqv edilməsi” tələbinə dair iddia ərizəsinə qarşı qarşılıqlı iddia ərizəsi verməmişlər."xxxx" ASC və X20 Bakı Apellyasıya Məhkəməsində baxılmış və 01 may 2018-ci il tarixli 2(103)-5561/2018 nömrəli qərardadından məlumatlı idilər və qərardadla İddiaçı məxsus Quba rayonu. İkinci Nügədı kəndində yerləşən 1 1425 ha torpaq sahəsinə, sahəsi 1.2635 ha olan torpaq sahəsinə və sahəsi 0.347 ha oian torpaq sahəsinə dair hər hansı hərəkətlərin aparılmasına məhdudiyyət qoyulmasına baxmayaraq, cavabdehlər tərəfindən bu məhdudiyyətlərə əməl edilməmişdir. Cavabdeh1 ASC-nin məhkəmə təcrübəsi imkan verirdi ki, torpaq sahələri ilə bağlı məhkəmə prosesləri davam etdiyi üçün hərracın qanunsuz keçirilməsinin qarşısını ala bilərdi və torpaq sahələrinin mülkiyyətçisi İddiaçı illərlə torpaq sahələrindən istifadəsini bilərəkdən məhdudlaşdırmazdı. İddiaçı mülkiyyətçi kimi torpaq sahələrinə sahib olmaq və təyinatına uyğun olaraq ondan istifadə etmək hüquqları 12 mart 2018-ci il tarixindən xx.xx.2021-ci il tarixinə qədər Cavabdeh1 ASC və X32 oqlu tərəfindən pozulduğu üçün 900.000.00 manat maddi zərər cavabdehlərdən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməlidir.

6. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil 'Rəbitəbank” ASC və Ağaİiyev Səfər Sabir oğlu iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin icraata götürülməsi və baxılması ilə bağlı bütün proseslərdən xəbərdar olduqlarını, Quba Rayon İcra və Probasiya şöbəsi xx.xx.2018-ci il tarixli məktubu ilə Bakı Apellyasiya Məhkəməsinin qətnaməsindən verilmiş kassasiya şikayətinin verilməsi səbəbindən hərracın dayandırılmalı olduğunu, lakin bankın hərracın keçirilməsini dayandırmadığını, bundan əlavə Bakı Apellyasiya Məhkəməsi İddiaçı ‘X11’’ MMC-nə, Cavabdeh1 ASC-nə qarşı “hərracın yekunları barədə protokolun və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsində baxıldığını və şikayət təmin edildiyini, iddianın təmin etmə tədbirinin tətbiqinə dair ərizənin təmin edildiyini, İddiaçı məxsus torpaq sahəsinə dair özgəninkiləşdirmənin aparılmasına məhdudiyyət qoyulduğunu, lakin bankın bilərəkdən hərracı davam etdirdiyini, Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın xx.xx.2021-ci il tarixli qərarında yekun hərracda əmlakları əldə etmiş fiziki şəxs X10 vicdanlı alıcı olmasına münasibətdə həmin şəxsin vicdanlı alıcı olması müəyyən edilmədiyinin qeyd edildiyini, Rabitəbank” ASC-nin torpaq sahələri ilə baqlı məhkəmə prosesləri davam etdiyi üçün hərracın qanunsuz keçirilməsinin qarşısını almadığını və torpaq sahələrinin mülkiyyətçisi İddiaçı illərlə torpaq sahələrindən istifadəsini bilərəkdən məhdudlaşdırdığını, hər iki cavabdehin məhkəmə proseslərindən məlumatlı olduğunu, Rabitəbank” ASC və X31 oqlu İddiaçı onlara qarşı “hərracın yekunları barədə protokolların etibarsız hesab edilməsi və göstərilən protokollar üzrə əmlakların alqı-satqısı bərədə müqavilələrin ləğv edilməsi” tələbinə dair iddia ərizəsinə qarşı qarşılıqlı iddia ərizəsi vermədiklərini, bankın bilərəkdən əmlakın ücuz qiymətə satılmasına şərait yaratdığını qeyd etmiş, iddiaçının iddiasının əsaslı olduğunu və təmin edilməsini xahiş etmişdir.

7. Məhkəmə prosesində iştirak edən cavabdehin Cavabdeh1 ASC-nin nümayəndəsi X13 qarşı tərəfin dəlillərinin əsassız olduğunu, hərrac keçirildiyi zaman iddiaçının kassasiya şikayəti deyil, müddətin bərpası barədə ərizə verdiyini, hal-hazırda əmlakların iddiaçının mülkiyyətinə qaytarıldığını,özgəninkiləşdirilməsinin qadağan olunması barədə qərardad qəbul edildiyini, iddiaçının 4 il ərzində əmlakların istifadəsində olduğu dövrdə niyə banka olan borcunu ödəmədiyini sual etdiklərini, bankın verilmiş pulu tələb etdiyini bildirmiş, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya baxışının hədləri:

8. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı cavabdehlər "xxxx" ASC və Cavabdeh2 qarşı "maddi və mənəvi zərərin ödənilməsi" tələbinə dair iş üzrə iddia tələbinin “mənəvi ziyanın” ödənilməsi hissəsində baxılmamış saxlanılmasını xahiş etmişdir.

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə və əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalı və iddia tələbinin “mənəvi ziyanın” ödənilməsi hissəsində baxılmamış saxlanılması nəzərə alınmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi:

10. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 17-ci maddəsinə əsasən Aşağıdakı hallarda icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır: 17.1.4. icra sənədinə və ya onun verilməsinə əsas olan tələbə (“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aparılan notariusun icra qeydi və ya onun verilməsinə əsas olan tələb istisna olmaqla) dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırdıqda, əgər bu cür mübahisəyə qanunla yol verilirsə; 17.1.7. İcraatda olan iş üzrə qəbul olunmuş məhkəmə aktlarından verilmiş apellyasiya və kassasiya şikayəti müvafiq məhkəmələrin icraatına qəbul olunduqda;

11. Həmin Qanunun 51.1-ci maddəsinə əsasən Borclunun əmlakının “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tərəflərin razılığı, yaxud məhkəmənin qərarı ilə qiymətləndirildiyi, habelə tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, borclunun əmlakının qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. İcra məmuru qiymətləndirmə sahəsində ixtisaslaşmış və 5 ildən az olmayaraq fəaliyyət göstərən, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlərə və ya iqtisadi sahədə olan cinayətlərə görə məhkum edilməyən qiymətləndiricini dəvət etməlidir; 51.2.Qiymətləndiricinin xidmətlərindən istifadə olunması ilə bağlı xərclər bərabər həcmdə tərəflərin üzərinə qoyulur; 51.3. Notariusun icra qeydi əsasında ipoteka predmetinə tələb yönəldikdə, müstəqil qiymətləndiricinin xidmətlərindən istifadə olunması ilə bağlı xərclər ipoteka saxlayan tərəfindən ödənilir.

12. Qanunun 61-ci maddəsinə əsasən 61.1. Vergi borcuna görə siyahıya alınmış əmlak istisna olmaqla, borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir; 61.2. İxtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir; 61.3. Sifarişə aşağıdakılar əlavə edilir: 61.3.1. icra sənədinin surəti; 61.3.2. əmlak üzərinə həbs qoyulması haqqında icra məmuru tərəfindən tərtib edilmiş aktın surəti; 61.3.3. daşınmaz əmlak satıldıqda, həmin əmlaka dair sənədlər; 61.3.4. ayrıca tikili satıldıqda, həmin tikilinin yerləşdiyi torpaq sahəsindən istifadə hüququnu və ya həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənədlərin surəti.

13. İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 26-cı maddəsinə əsasən 26.1.İpoteka saxlayanın aşağıdakı hüquqları vardır: 26.1.1.ipoteka predmetinin mövcudluğunu,vəziyyətini və saxlanma şəraitini sənədlər üzrə və faktik surətdə yoxlamaq; 26.1.2. ipoteka qoyandan ipoteka predmetinin lazımi vəziyyətdə saxlanılması üçün zəruri tədbirlər görməyi tələb etmək; 26.1.3. ipoteka qoyanın öz vəzifələrini icra edə bilmədiyi aşkar olarsa, məhkəmə qaydasında ipoteka predmetinin ona verilməsini tələb etmək; 26.1.4. ipoteka predmetinin salamatlığına ziyan vuran və ya pisləşməsinə səbəb olan hərəkətlərə son qoyulmasını həmin hərəkətlərə yol verən şəxslərdən tələb etmək; 26.1.5. əsas öhdəlik üzrə tələbi başqa şəxsə güzəşt etmək və ya satmaq; 26.1.6. ipoteka hüququnu girov qoymaq; 26.1.7. bu Qanunun 37.1-ci maddəsinə uyğun olaraq ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edilmədikdə, ipoteka predmetinə tutmanı notariusun icra qeydi əsasında yönəltmək; 26.2. İpoteka müqaviləsinin şərtlərinə uyğun olaraq ipoteka predmeti ipoteka saxlayanın sahibliyinə və (və ya) istifadəsinə verildikdə ipoteka qoyanın müvafiq vəzifələri ona keçir; 26.3. İpoteka saxlayan bu Qanunun 30.6-cı və 38.2-ci maddələrində nəzərdə tutulmuş hallarda notariusa təqdim etmək üçün ipoteka qoyana əsas öhdəliyin həcmi barədə arayış verir

14. Həmin qanunun 36-cı maddəsinə əsasən 36.1. İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır; 36.2. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdə aşağıdakı məlumatlar əks etdirilməlidir: 36.2.1. müvafiq reyestrdəki ipotekanın qeydiyyat anı və nömrəsinə istinad edərək tutma yönəldilən ipoteka predmeti; 36.2.2. icra olunmalı öhdəlik barədə məlumat; 36.2.3. ipoteka predmetinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi barədə xəbərdarlıq; 36.2.4. bildirişin tarixi, bildirişi verən şəxsin adı və imzası. 36.4. Tutmanın yönəldilməsi proseduru aşağıdakı hallarda davam edə bilməz: 36.4.1. tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunun 36.1-ci maddəsinə uyğun olaraq təqdim edildikdən sonra 3 iş günü ərzində ərizə ipotekanın dövlət qeydiyyatı orqanına təqdim edilmədikdə; 36.4.2. tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunla nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən etibarsız sayıldıqda; 36.5. İpoteka saxlayan tutmanın yönəldilməsi haqqında bildirişi bu Qanunla nəzərdə tutulmuş qaydada qeydiyyat orqanına təqdim etmədikdə, o, ipoteka qoyan, hər hansı başqa ipoteka saxlayan və ipoteka predmeti üzərində hüquqları olan digər şəxs (şəxslər) qarşısında onlardan hər hansı birinə bununla əlaqədar vurulmuş zərərə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır; 36.6. İpoteka saxlayan ipoteka predmetinin satışının başlanılmasınadək tutmanın yönəldilməsi haqqında bildirişin ləğv olunması barədə qeydiyyat orqanına müraciət edə bilər.

15. Həmin qanunun 42-ci maddəsinə əsasən 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir; 42.2. Hərrac baş tutmadıqda, habelə keçirilməsindən imtina edildikdə hərracın təşkilatçısı behləri 7 təqvim günü müddətində geri qaytarmalıdır. Hərracı udan, lakin bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini ödəməyən şəxsin behi qaytarılmır. Həmin beh bu Qanunun 47-ci maddəsində nəzərdə tutulmuş qaydada istifadə edilir. Hərracda iştirak edən, lakin onu udmayan şəxslərin də behi 7 təqvim günü müddətində geri qaytarılır. Hərracı udmuş şəxslə müqavilə bağlandıqda onun verdiyi behin məbləği alış qiymətinə daxil edilir; 42.3. İstənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan hərracda alıcı qismində iştirak edə bilər. Hərracı sifariş edən icra qurumunun və hərrac təşkilatının əməkdaşlarının, habelə əmlakın qiymətləndirilməsini həyata keçirən şəxslərin birbaşa və ya dolayı yolla hərracda alıcı qismində iştirak etməsinə yol verilmir; 42.5. Ən yüksək qiymət təklif etmiş şəxs hərracı udmuş sayılır; 42.6. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Protokolun imzalanmasından imtina edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur; 42.8. Hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur.

16. Məhkəmə kollegiyası mübahisə edilən hissədə apellyasiya şikayətinin dəlillərinə, Azərbaycan Respublikası Konstitusiyasının 24(İİİ), 13, 29, 63; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 299, 319, 415, 416, 1096, 1097; “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 30, 34, 36, 39, 41-48, 59; İcra haqqında Azərbaycan Respublikası Qanununun 4,5, 16-18, 51.1, 53, 61, 62; Mülki Prosesual Məcəllənin 76, 77, 80-82, 88, 119, 216, 217, 218, 220, 360, 385-390-cı maddələrinə istinadən hesab edir ki, qətnamə tələbə münasibətdə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmışdır, apellyasiya şikayətinin (iddianın) cavabdehlərə münasibətdə sübuta yetirilməyən dəlilləri formal mülahizə xarakteri daşıdığından əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz.

17. Diqqətə çatdırılmalıdır ki, iddiaçının dəlilləri məhkəmə qərarı ilə ipoteka predmetinə yönəldilmiş və hərracda satılmış əmlakların satışı üzrə hərracların etibarsız hesab edilməsinə dair və mübahisə dövründə əmlaklara dair hər hansı hərəkətlərin (özgəninkiləşdirmənin) aparılmasına məhdudiyyət qoyulmasından ibarət olan digər məhkəmə qərarların olmasıdır. İddiaçının iddiasından anlaşılır ki, cavabdehlər öz hüquqlarından sui-istifadə etmiş və ona ziyan vurmuşlar. Bu baxımdan cavabdehlərin əməllərinə (təqsirliliyinə) qiymət verilməsi mülki icraat səlahiyyətlərindən kənardır və cinayət təqibi üzrə araşdırma aparılmasından imtina edilsə də, iddiaçı qərardan şikayət verməmişdir. Halbuki, cinayət qanunvericiliyinə görə Torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma (CM 188 m) , Torpaqla əlaqədar qanunsuz əqdlərin qeydiyyatı (CM 191 m.), Torpaqları korlama (CM 254 m.), Siyahıya alınmış və ya üzərinə həbs qoyulmuş, yaxud müsadirə olunmalı əmlak barəsində qanunsuz hərəkətlər (CM 303 m.) və digər mülkiyyət əlehinə olan cinayətlərin tərkibi təqsirsizlik prezumpsiyası əsası olan konstitusion prinsipə istinadən yalnız onların cinayət mühakimə icraatı qaydasında təqsirliliyi əsasında müəyyən edilə bilər. Bankın ipotekasaxlayan kimi ipoteka predmetinin salamatlığını təmin etmək kimi vəzifələri olsa da, mübahisə edilən təfərrüatlar məhkəmə qərarı əsasında icra mərhələsində icra qurumunun sifarişi və hərracın keçirilməsi üzrə müvəkkil edilmiş təşkilatın əmlaklar üzərində müvafiq vəzifələrini əhatə edir. Bundan əlavə, iddiaçı mübahisə dövründə əmlaklara dair hər hansı hərəkətlərin (özgəninkiləşdirmənin) aparılmasına məhdudiyyət qoyulmasından ibarət olan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 may 2018-ci il tarixli məhkəmə qərardadına istinad edərək əmlaklarına dair hər hansı hərəkətlərin aparılmasının qanunsuzluğu ilə izah edir. Halbuki, adı çəkilən qərardadla hər hansı hərəkətlər aparılmasına məhdudiyyətin qoyulması onun özgəninkiləşdirməsinin aparılmasına yönələn məhdudiyyəti nəzərdə tutmuşdur.

18. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, əsassız apellyasiya şikayətlərinin verilməsi üçün dövlət rüsumuna ödənilmiş məhkəmə xərcləri onları ödəyən şəxslərə aid edilməlidir.

19. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2, 8-14, 382, 384, 392, 393 və 402-406-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ : İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 2(006)-238/2022 saylı işi üzrə 01 iyul 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar