Məhkəmə qərarları › İş №2(103)-6231/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6231/2020

25.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6231/2020 25.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Məmmədov Məmməd Allahverdi oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və 6 saylı Regional Ekologiya və X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, avtomobilə dəymiş maddi ziyana görə 5.113 manat, mənəvi zərərə görə 10.000 manat, əldən çıxmış faydaya görə 7.200 manat və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 22.343 manat pulun cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim V.Hacıyev, iş № 2(004)-4173/19) iddia rədd edilmişdir. Bundan narazı qalan İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddianın tam təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər X.Mərdanova-sədrlik edən və məruzəçi, E.Həsənov və F.Babayev, iş № 2(103)-13832/19) iddiaçının apellyasiya şikayəti təmin edilməyərək iş üzrə Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarı ilə (hakimlər V.Həsənov-sədrlik edən və məruzəçi, Ə.Əhmədov və İ.Dəmirov, iş № 2(102)- 1858/20) cavabdeh İddiaçı kassasiya şikayəti təmin edilərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv olunmuş və iş yeni apellyasiya baxışına qaytarılmışdır. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2009-cu ildən etibarən İsmayıllı rayonundan kömür alaraq Bakı şəhərinə gətirib satmaqla məşğul olur. Onu bir neçə dəfə Ekologiya və X2 əməkdaşları kömür daşımasına görə saxlayaraq iki dəfə 500 manat cərimə etmişlər. O, cərimə ödəməmək və qazanc əldə etmək üçün Fəda adlı şəxslə tanış olmuş, əvvəlcədən hər dəfə ona 50 manat, sonradan isə 30 manat ödəməklə avtomobilinə kömür yükləyərək, heç bir maneə olmadan gətirib Bakı şəhərində satmışdır. Onun aldığı kömürlərin qanuni yolla meşədən kəsilən ağaclardan hazırlanmasına dair sənədi olmamışdır. Qanuni yolla kömür alıb satmaq üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etməmişdir. O, meşə işçisi olan Fəda Hacıyevə pulunu verərək, sakitcə kömürləri Bakıya gətirib satmış, polis əməkdaşları onu saxlayanda isə Fədanın adını vermiş və onu buraxmışlar. Sonradan Fəda ondan hər maşına görə 120 manat ödəməyi tələb etmişdir. O, isə bu məbləğin çox olduğunu deyərək, başqa şəxslə iş görməyi qərara almışdır. Bu məqsədlə 6 saylı Regional Ekologiya və X2 rəisi Ədalət Əsgərov və onun sürücüsü Səxavət Sərdarovla tanış olmuş, onlara əvvəlcədən pul verərək, kəndlərdən kömür alıb gətirmişdir. O, kömürü meşədən yox, fiziki şəxslərə məxsus fərdi evlərdən alırdı. Sonuncu dəfə 2018-ci ilin oktyabr ayında etibarnamə əsasında idarə etdiyi atasına məxsus “KİA PREGİO” markalı ** OJ *** dövlət qeydiyyat nişanlı avtomobillə kömür alıb gələrkən, Fəda, Münasib, Əkrəm, Elçin onu yolda saxlatmış və cərimə etmək üçün avtomobilini 6 saylı Regional Ekologiya və X2 həyətinə aparmışlar. O, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə şikayət etdikdən sonra avtomobilini və kömürləri ona təhvil vermişlər. Lakin avtomobil uzun müddət işləmədiyi üçün işə düşməmişdir. Evakuator çağıraraq avtomobilini yoxlatdırmaq üçün Bakı şəhərinə KİA servisə gətirmişdir. Müəyyən edilmişdir ki, avtomobil uzun müddət işə salınmadığı üçün təmirə ehtiyacı var. Ehtiyat hissələrinin alınması üçün 4263 manat və 850 manat usta haqqı olmaqla, 5113 manat vəsait tələb olunur. Həmçinin, onun İsmayıllı rayonuna dəfələrlə gedib-gəlməsinə görə və orada oteldə qaldığına görə 2.000 manat xərci çıxmışdır. Eyni zamanda cavabdehlərin ona qarşı qanunsuz hərəkətləri nəticəsində o, həmin müddət ərzində qazancı əldə edə bilməmiş və buna görə də 7.200 manat pulu qazana bilməmişdir. O, baş vermiş hadisələrlə bağlı psixoloji sarsıntı keçirtmiş və ona cavabdehlər tərəfindən mənəvi zərər dəymişdir. Bu səbəbdən cavabdehlərdən dəymiş mənəvi ziyana görə 10.000 manat pulu da tələb edir. Birinci instansiya məhkəməsində iştirak edən cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi iddianı qəbul etməmiş və rədd olunmasını xahiş edir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Apelyasiya şikayətinin dəlilləri: İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, ümumiyyətlə o, hər hansı bir təşkilata və ya idarəyə hər hansı bir cərimə ödəməmişdir. O, 6 saylı Regional Ekologiya və X5ndən, o cümlədən Meşə Təsərrüfatı idarəsindən və həmin idarələrin əməkdaşlarından prokurorluğa və sair yerlərə şikayətlər etdikdən sonra yuxarıda qeyd edilən idarələrin əməkdaşları tərəfindən onun adından ödənişlər olunmuşdur. Onun avtomobili qanunsuz olaraq 8 ay 6 saylı Regional Ekologiya və X2 həyərində saxlanılmışdır. Həmin idarənin onun avtomobilini orada saxlamağa ixtiyarı yox idi, əgər kömürə görə avtomobil saxlanılırdısa, bununla bağlı bildirir ki, avtomobilini saxlanılan gün kömürlər avtomobildən boşaldılaraq anbara yığılmışdır, yəni avtomobil tam qanunsuz olaraq orada saxlanılmışdır və bunun nəticəsində də avtomobil yararsız hala düşmüşdür. Göründüyü kimi, işə baxmış birinci instansiya məhkəməsi bunların heç birini nəzərə almadan, iş üzrə qeyri-obyektiv mövqe tutaraq ədalətsiz və qanunsuz qətnamə qəbul etmişdir. Bakı Apellyasiya Məhkəməsi tərəfindən Şükürov Tofiq Böyükkişi oğlu iş üzrə qətnamə ilə maraqlarına toxunulan şəxs qismində cəlb edilmişdir. İddiaçı və nümayəndəsi (vəkili) Vəkil məhkəmə kollegiyasının iclasında apelyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdilər. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh tərəf məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPMin 376.2-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, iddiaçının, onun nümayəndəsinin (vəkilinin) izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin iş üzrə xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşdən göründüyü kimi, iddiaçının tələbi ona vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi barədədir və o, bu tələbi cavabdeh hesab etdiyi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və 6 saylı Regional Ekologiya və X1rşı yönəltmişdir. Yəni, iddia ərizəsində tələbinə cavab verməli şəxs kimi həmin orqanları göstərmişdir. İddiaçı tələbini əsaslandırarkən göstərmişdir ki, 2018-ci ilin oktyabr ayında etibarnamə əsasında idarə etdiyi atasına məxsus “KİA PREGİO” markalı ** OJ *** dövlət qeydiyyat nişanlı avtomobillə kömür alıb gələrkən saxlanılmış, avtomobil 6 saylı Regional Ekologiya və X2 həyətinə aparılmış, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə şikayət etdikdən sonra xx.xx.2019-cu il tarixdə avtomobili və kömürləri ona təhvil verilmişdir. Uzun müddət açıq havada qalmaqla işləmədiyindən avtomobili yararsız vəziyyətə düşmüş və bununla da ona maddi və mənəvi ziyan vurulmuşdur. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinin tələbinə müvafiq olaraq verilən tələblər həddində işə baxaraq cavabdehlər tərəfindən iddiaçıya hər hansı maddi və mənəvi zərər vurulmasını müəyyən etməmiş və bununla bağlı mötəbər sübutlar təqdim olunmadığını əsas gətirərək iddianı rədd etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. İddiaçı iddia ərizəsində və izahatlarında yük avtomobilinin 6 saylı Regional Ekologiya və X5 tərəfindən və həmin idarənin həyətində saxlanıldığını və bununla da ona ziyan vurulduğunu göstərsə də, iş materiallarında bunu təsdiq edən hər hansı mötəbər sübut yoxdur. Belə ki, iddiaçının özünün mötəbər sübut kimi istinad etməklə iddia ərizəsinə əlavə etdiyi xx.xx.2019-cu il tarixli aktın (i.v.19) məzmunundan görünür ki, iddiaçının etibarnamə əsasında idarə etdiyi “KİA PREGİO” markalı ** OJ *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2018-ci il tarixdə X6 Təsərrüfatı Mərkəzinin əməkdaşları tərəfindən həmin Mərkəzin Xanagah kəndində yerləşən inzibati idarəsinin həyətində saxlanılmış və xx.xx.2019-cu il tarixdə iddiaçıya təhvil verilmişdir. Göründüyü kimi, adı çəkilən aktda avtomobilin xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək 6 saylı Regional Ekologiya və X5 tərəfindən deyil, X6 Təsərrüfatı Mərkəzi tərəfindən və sonuncuya məxsus inzibati idarənin həyətində saxlanıldığı qeyd olunmuşdur. Lakin iddiaçı iddia ərizəsində nədənsə tələbinə cavab verməli şəxs kimi X6 Təsərrüfatı Mərkəzini deyil, Ekologiya və Təbii Sərvətlər Nazirliyini və 6 saylı Regional Ekologiya və X4 göstərmişdir. Apellyasiya baxışı zamanı 6 saylı Regional Ekologiya və X5 sorğuya əsasən verdiyi xx.xx.2020-ci il tarixli məktubda bildirmişdir ki, iddiaçıya məxsus “KİA PREGİO” markalı ** OJ *** dövlət qeydiyyat nişanlı yük avtomobili X6 Təsərrüfatı Mərkəzi tərəfindən saxlanılmış və iddiaçı barəsində həmin qurum tərəfindən tədbir görülmüşdür. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq iddiaçının tələbinə ilk növbədə onun cavabdeh qismində göstərdiyi şəxslərin bu iddiaya cavab verməli şəxslər olub-olmadığı, həmin şəxslərin iddiaçının hər hansı hüququnu pozub-pozmadığı kontekstində qiymət vermiş və gəlinən nəticəyə uyğun qərar qəbul etmişdir. Məhkəmə kollegiyası bu fikrin davamı olaraq qeyd edir ki, məhkəmə hər bir işə baxarkən ilk növbədə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Məhkəmə kollegiyası kassasiya məhkəməsinin qərarında şərh olunan göstərişləri nəzərə alaraq hazırkı işdə iddiaçının məhkəməyə müraciət etmək üçün subyektiv hüququ olduğunu qəbul etsə də, bu hüququn məhz iddia ərizəsində göstərilən cavabdehlər tərəfindən pozulması faktı müəyyən edilmədiyindən iddianın təmin olunmasını mümkün saymır. Bu kontekstdə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi məhz ona cavab verməli olan şəxsə qarşı irəli sürüldüyü zaman əsaslı hesab edilə və təmin oluna bilər; hazırkı işdə cavabdeh kimi göstərilən Ekologiya və Təbii Sərvətlər Nazirliyi və 6 saylı Regional Ekologiya və X5 isə iddiaçının istinad etdiyi mülki qanunvericilik normaları çərçivəsində hazırkı iddiaya cavab verməli olan subyekt olaraq qəbul edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən bu qənaətə gəlir ki, irəli sürdüyü iddia tələbinə münasibətdə iddiaçı məhkəmə müdafiəsi hüququna malik olsa belə, həmin tələb buna cavab verməli olan şəxsə qarşı yönəldilmədiyindən təmin edilə bilməz; iddianın əsaslılığı məsələsinə isə, iddiaya cavab verməli olan subyektə qarşı tələb irəli sürüldüyü təqdirdə müvafiq məhkəmə qərar verə bilər. Nəzərə alınmalıdır ki, mülki işlər üzrə məhkəmə icraatı iddiaçının məhkəməyə təqdim etdiyi ərizə əsasında başlanan icraatdır və iddiasına cavab verməli olan subyekti müəyyənləşdirmək bilavasitə iddiaçının müstəsna hüququdur.Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki-prosessual qanunvericilik yalnız iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslərin cavabdeh hesab olunduğunu nəzərdə tutur (MPM-nin 50-ci maddəsi). Birinci instansiya məhkəməsində işə baxılarkən X6 Təsərrüfatı Mərkəzi cavabdeh qismində cəlb olunmamışdır. Bu səbəbdən həmin orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində iddiaçıya hər hansı formada ziyan vurulub-vurulmadığına hazırkı icraat çərçivəsində qiymət verilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı, yaxud avtomobilin mülkiyyətçisi pozulmuş hüquqlarının müdafiəsi ilə bağlı həmin orqana qarşı başqa icraatda iddia qaldıra, tələb irəli sürə bilərlər. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin iş üzrə xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: Məmməd Məmmədov Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar