Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6231/2025 19.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlu (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı "kompensasiya verilməklə mənzildən çıxarılma, mənzilin boşaldılaraq təhvil verilməsi" tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-5257/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı "kompensasiya verilməklə mənzildən çıxarılma, mənzilin boşaldılaraq təhvil verilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xüsusi mülkiyyətində olan ünvan 1al rayonu, Fuad İbrahimbəyov küçəsi 10, mənzil ünvanında yerləşən mənzilin əvəzinə İddiaçı MMC tərəfindən cavabdehə həmin mənzilin orta bazar dəyərinə mütənasib məbləğdə pul kompensasiyasının ödənilməsi, cavabdehin söküləcək mənzildən çıxarılması, mənzilin boşaldılması və həmin mənzilin sökülməsi üçün İddiaçı MMC-yə təhvil verilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Yasamal Rayon Məhkəməsinin e-2(004)-5257/2025 xx.xx.2025-ci il tarixli qərardadı ilə mülki iş üzrə kompleks məhkəmə mühəndis-texniki (inşaat) və məhkəməəmtəəşünaslıq ekspertizaları təyin edilmiş və ekspertizanın rəyi məhkəməyə təqdim edilənədək iş üzrə icraat dayandırılmışdır. Həmin qərardaddan Cavabdeh şikayət verərək, Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il, 2(004)-5257/2025 nömrəli qərardadının ekspertiza təyin olunması ilə bağlı işin icraatının dayandırılması hissəsində ləğv edilərək, onun verdiyi vəsatətinin təmin olunaraq həmin vəsatət üzrə iş üzrə icraatın dayandırılması haqqında yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayətin təmin olunmaması, baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şikayətin dəlillərindən müəyyən olunur ki, cavabdeh mülki iş üzrə icraatın ekspertiza təyin edilməsinə görə deyil, tərəfindən verilmiş vəsatətin təmin olunaraq həmin vəsatət üzrə dayandırılmasını xahiş etmişdir. İşdən görünür ki, cavabdeh tərəfindən verilmiş icraatın dayandırılması barədə vəsatət məhkəmə iclasında müzakirə olunmuş və vəsatətin təmin olunmaması qənaətinə gəlmişdir. Məhkəmənin mövqeyi məhkəmə iclas protokoluna qeyd edilmişdir. Məhkəmə qeyd edir ki, mülki-prosessual qanunvericilikdə “iş üzrə icraatın dayandırılması barədə vəsatətin rədd edilməsi” barədə məhkəmə qərardadından şikayət verilməsi nəzərdə tutulmamışdır. Bununla yanaşı, ekspertiza təyini zamanı icraat dayandırılmışdırsa və məhkəmənin bununla bağlı qəbul etdiyi qərardaddan şikayət verilmişdirsə, bu zaman ekspertizanın təyin olunması səbəbinə görə məhkəmənin icraatı dayandırmaqda haqlı olub-olmadığı araşdırılır. Qanunverici məhkəmənin üzərinə iş üzrə icraatı dayandırmaq vəzifəsi qoyan (MPM-nin 254-cü maddəsi) və məhkəməyə belə hüququ verən (MPM-nin 255-ci maddəsi) konkret hallar müəyyən edərək, icraatın dayandırılması hallarını məcburi və qeyri-məcburi növlərə ayırır. İcraatın dayandırılmasının qeyri-məcburi hallarından biri Mülki Prosessual Məcəllənin 255.0.5-ci maddəsində nəzərdə tutulan – məhkəmə tərəfindən ekspertizanın təyin olunmasıdır. Bu əsasla işin icraatının dayandırılması, xüsusilə, ekspert tədqiqatının uzunmüddətli olacağı, habelə iş materiallarının ekpertizaya göndərilməli olduğu hallarda, eləcə də, ekspert rəyi alınmadan işin icraatının davam etdirilməsinin məqsədəmüvafiq olmadığı hallarda zəruridir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə icraatı dayandırmaqda haqlı olmuşdur – xüsusilə ona görə ki, təyin etdiyi ekspertizanın növü baxımından tədqiqatın uzunmüddətli olacağı ehtimalı ilə yanaşı, iş materialları da ekpertizaya göndərilməlidir; habelə, ekspert rəyi alınmadan işin icraatının davam etdirilməsi məqsədəmüvafiq deyildir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254, 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-5257/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova
Məhkəmə qərarları › İş №2(103)-6231/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6231/2025
19.11.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver