Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6237/2025 17.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-6237/2025 (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X15 ibarət tərkibdə, Əmiraslanova Nigar Çingiz qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul tələbinə dair" mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 sentyabr 2025-ci il tarixli, 2(001)-3169/2025 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə 17 fevral 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. X31 ilə X21 arasında 12 aprel 2019-cu il tarixdə 1161 № ilə nikah akt qeydi tərtib olunmuşdur. Nikah 5 saylı Bakı “ASAN Xidmət” mərkəzi qeydiyyat şöbəsində qeydə alınmışdır. Nikahdan sonra arvada “Şahbazova” soyadı verilmişdir. X31 03iyun 2024cü il tarixində ölmüşdür.
2. X31 cavabdehlərin oğlu, iddiaçı isə keçmiş gəlinləridir. İddiaçı ilə O.Şahbazovun birgə nikahından 10 sentyabr 2020-ci il təvəllüdlü X25 adlı uşaqları var.
3. Azərbaycan Respublikası Baş X45 İdarəsi tərəfindən təqdim edilən nəqliyyat vasitəsinin qeydiyyat hərəkətlərini əks etdirən komputer çıxarışından və əlavə sənədlərdən görünür: (satıcı) X29 ilə (alıcı) X31 arasında bağlanan xx.xx.2022-ci il tarixli nəqliyyat vasitəsinin alğı-satqı müqaviləsindən görünür ki, “Toyota Rav- 4”markalı **-KJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X6.
4. 05 may 2024-cü il tarixli, ƏN-İX seriyalı, 364651 saylı nəqliyyat vasitəsinə sərəncam verilməsi barədə etibarnamədən görünür ki, X7 Mahir Güloğlan oğluna həmin tarixdə “Toyota Rav-4” markalı, **-KJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair sərəncam hüququ verən etibarnamə vermişdir.
5. X31 (satıcı) ilə X32 (alıcı) arasında bağlanan (satıcını etibarnamə ilə Quluzadə adlı şəxs təmsil etmişdir) 07 avqust 2024-cü il tarixli nəqliyyat vasitəsinin alğı-satqı müqaviləsindən görünür ki, “Toyota Rav-4” markalı **-KJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 12000 manata satılmış, həmin tarixdən qeydiyyat şəhadətnaməsinə əsasən alıcının mülkiyyətinə keçmişdir.
6. X31 12 may 2024-cü il tarixində nəqliyyat vasitəsinə sərəncam hüququ verən etibarnamə ilə “Kia Soul” markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini X13 almışdır. Etibarnamənin qüvvədə olma müddəti 12 may 2025-ci ilədək müəyyən edilmişdir.
7. Cavabdeh2 isə “Kia Soul” markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini X13 10 iyun 2024-cü il tarixində nəqliyyat vasitəsinə sərəncam hüququ verən etibarnamə almışdır.
8. X27 (satıcı) ilə Cavabdeh1 (alıcı) arasında 23 iyul 2024-cü il tarixində bağlanan alğısatqı müqaviləsi ilə, avtomobil sonuncunun adına rəsmiləşdirilməklə, qeydiyyat şəhadətnaməsi alınmışdır. Müqavilədə isə avtomobilin satış qiymətinin oxunması mümkün olmamışdır.
9. Cavabdeh1 (satıcı) ilə X9 (alıcı) arasında bağlanan xx.xx.2024-cü il tarixli alğı-satqı müqaviləsindən görünür ki, “Kia Soul” markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X2. Müqavilədə isə avtomobilin satış qiymətinin oxunması mümkün olmamışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, daha sonra tələbini dəqiqləşdirməklə məhkəmədən **-ST-*** dövlət qeydiyyat nişanlı “Kia Soul” minik markalı avtomobilinin onun mərhum əri X31 ilə ümumi birgə mülkiyyəti hesab edilməklə, X11nun 4 nəfər birinci növbə vərəsələri olması nəzərə alınmaqla, ondan miras qalmış **-ST-*** dövlət qeydiyyat nişanlı “Kia Soul” minik markalı avtomobilinin Cavabdeh1 tərəfindən X1 əldə olunmuş vəsaitdən birinci növbə vərəsələr kimi ona və onun 10 sentaybr 2020-ci il təvəllüdlü övladı X18 dörddə üç (1/2+1/8+1/8=3/4) hissə pay hesabına cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 15000 manat pulun, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 120 manat məbləğində pul vəsaitinin alınıb iddiaçıya verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçının əri X31 xx.xx.2024-cü il tarixdə ”ZİĞ” Gəmi Təmiri və Tikinti Zavodunda iş fəaliyyətində olan zaman “əsasən tənəffüs sisteminə təsir edən vasitələrlə zəhərlənmə” səbəbindən ölmüşdür. 12 may 2024-cü il tarixdə, yəni ölümündən bir ay öncə X11 İddiaçı ilə birgə nikah dövründə əldə etdikləri vəsait hesabına alınmış, şəxsi istifadələrində olan ** KJ *** dövlət qeydiyyat nişanlı “Toyoto Rav-4” minik avtomobilini sataraq, əldə olunmuş məbləği ödəməklə X13 ** ST *** dövlət qeydiyyat nişanlı “Kia Soul” minik markalı avtomobili alqı-satqı yolu ilə əldə etmişlər. Qeyd olunan avtomobilin əldə olunması ilə bağlı İddiaçı mərhum əri ilə aralarında olan Whatsup danışıqları ərizəyə əlavə olunur. İddiaçı mərhum əri ”ZİĞ” Gəmi Təmiri və Tikinti Zavodunun üzən tərsanə bölməsində növbə elektromexaniki peşəsində uzun illər çalışmış və aldığı əmək haqqı yüksək olmuşdur. Mərhumun 2019- 2024-cü illər üzrə hesablanmış əmək haqqı və digər qazancları barədə məlumat ərizəyə əlavə edilir. İddiaçı mərhum ərinin valideynləri ilə birgə yaşamışlar. İddiaçı mərhumun valideynləri ilə birgə yaşayan zaman mütəmadi olaraq cavabdehlər, yəni qaynanası Cavabdeh1 və qaynatası Cavabdeh2 tərəfindən müxtəlif psixoloji təsirlərə, təzyiqlərə məruz qalmışdır. Eyni damın altında yaşayan ailənin ailə faicəsi olan oğlunun ölümündən 3 gün sonra iş üzrə cavabdeh, daha dəqiq iddiaçının qaynatası Cavabdeh2 İddiaçı xəbəri olmadan, onun mərhum əri ilə birgə nikah dövründə qazandıqları vəsait hesabına əldə etdikləri “Kia Soul” minik markalı ** ST *** dövlət qeydiyyat nişanlı avtomobilin birinci sahibi yəni, X19 müraciət edərək ondan xx.xx.2024-cü il tarixdə yeni etibarnaməni almaqla avtomobili qaynanası, iş üzrə digər Cavabdeh1 mülkiyyətinə keçirmişdir. xx.xx.2024-cü il tarixdə cavabdehlər Cavabdeh2 və Cavabdeh1, İddiaçı xəbəri və razılığı olmadan sonuncunun mərhum əri ilə birgə nikah dövründə əldə etdikləri avtomobili alqı-satqı yolu ilə X4, əldə etdilkəri pulu cavabdehlər öz şəxsi məqsədlər üçün xərcləmişlər. DİN BDYPİ-nin xx.xx.2024-cü il tarixli 3-13- 16/2.184184/2024 saylı arayışına əsasən “Kia Soul” minik markalı ** ST *** dövlət qeydiyyat nişanlı və “Toyota Rav-4”markalı **-KJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin qeydiyyat hərəkətləri barədə komputer çıxarışından görünür ki, “Toyota Rav4”markalı **-KJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2020-ci il tarixdən xx.xx.2024-cü il tarixədək X11 mülkiyyətində olmuşdur. xx.xx.2024-cü il tarixdə X11 həmin nəqliyyat vasitəsini etibarnamə ilə X5. X11 xx.xx.2024-cü il tarixədə “Toyota Rav-4”markalı **-KJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini satdıqdan bir həftə sonra, yəni xx.xx.2024-ü il tarixdə X14 mülkiyyətində olan “Kia Soul” minik markalı ** ST *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə ilə almış, xx.xx.2024-cü il tarixədək yəni, ölən günə kimi sahibliyində və istifadəsində olmuşdur. İddiaçının qaynatası, iş üzrə Cavabdeh2 oğlunun dəfnindən bir həftə sonra, yəni xx.xx.2024-cü il tarixdə “Kia Soul” minik markalı ** ST *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin birinci sahibi yəni, X19 müraciət edərək ondan yeni etibarnamə almaqla avtomobili iddiaçının qaynanası, iş üzrə digər Cavabdeh1 mülkiyyətinə keçirilmişdir. İddiaçının qaynanası, iş üzrə Cavabdeh1 adına qeydə alınmış “Kia Soul” minik markalı ** ST *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini iddiaçının xəbəri, məlumatı və razılığı olmadan xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən X3. Daxili İşlər Nazirliyinin Baş X45 İdarəsi xx.xx.2024-cü il tarixli 3-13- 16/2.184184/2024 saylı məktubunda bildirmişdir ki, normativ hüquqi sənədlərin tələblərinə görə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 1999-cu il tarixli 39 nömrəli Qərarı) nəqliyyat vasitəsinin qeydiyyat hərəkətlərinin aparılmasına əsas olmuş sənədlərin (alqı-satqı müqaviləsi və s.) surətini almağa yalnız təhqiqat, istintaq, məhkəmə orqanlarının hüququ vardır. Buna görə də, “Kia Soul” minik markalı ** ST *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsini əldə etmək etmək və nəqliyyat vasitəsinin hansı qiymətə satılmasını müəyyən etmək mümkün olmamışdır. İnternet məlumatlarına əsasən “Kia Soul” minik markalı ** ST *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin dəyəri 2024-cü ilin bazar qiymətlərinə müvafiq olaraq 20.000 manat dəyərində müəyyən edilir. Bakı 14 saylı Medisiya Təşkilatında xx.xx.2025-cü il tarixli ilkin mediasiya sessiyasiyasında (İMS) cavabdehlərin iştirak edilməməsi barədə arayış əldə olunmuşdur.
12. "xxxx" MMC tərəfindən verilən mütəxəssis rəyindən görünür ki, “Kia Soul” minik markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin 2024-cü il üçün real bazar qiyməti tələblə-təklifin qarşılıqlı təsiri nəticəsində orta hesabla nəzəri qaydada təxminən 16800 manat müəyyən edilmişdir.
13. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(001)-3169/2025 nömrəli 05 sentyabr 2025-ci il tarixli qətnaməsi ilə (hakim İlkin Əliyev) iddianın qismən təmin edilməsi, Cavabdeh1 12600 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin təmin edilmiş hissəsinə münasibətdə 100,80 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.
14. Məhkəmə qeyd etmişdir ki, iddiaçının xx.xx.2024-cü il tarixdə vəfat etmiş əri X31 iddiaçı ilə birgə nikah dövründə əldə edilmiş “Toyota Rav 4” minik markalı avtomobilini xx.xx.2024-cü il tarixdə X5. Avtomobilin etibarnamə əsasında məhz həmin şəxsə satılmış olması sonradan həmin avtomobilin X10 etibarnamə əsasında digər şəxsə özgəninkiləşdirməsindən məlum olur. “Toyota Rav 4” minik markalı avtomobilin hansı qiymətə satılması müəyyən edilməsə də, iş materiallarında olan ərarvad arasındakı yazışmalardan bundan sonra yeni avtomobil alınmasının planlaşdırıldığı aşkardır. Bundan 7 gün sonra, yəni xx.xx.2024-cü il tarixdə iddiaçının mərhum əri X13 etibarnamə əsasında “Kia Soul” minik markalı avtomobili almışdır. Avtomobilin məhz alqı-satqı niyyəti ilə Orxan Şahbazova verilməsi, sonradan satıcı X16 mərhumun atası Cavabdeh2 xx.xx.2024-cü il tarixdə nəqliyyat vasitəsinə dair sərəncam verilməsi barədə etibarnamə verilməsindən müəyyən olunur. Yəni satıcı Gülalıyev Orxan “Kia Soul” markalı avtomobili satmaq niyyəti ilə X38a etibarnamə verməmiş olsaydı, sonradan mərhumun atasına nəqliyyat vasitəsinə dair sərəncam verilməsi barədə etibarnamə verməyinin heç bir məntiqli izahı olmazdı.
15. Bundan başqa həmin nəqliyyat vasitəsinin məhz mərhumun istifadə və sahibliyində olması işin mübahisəsiz halıdır, eyni zamanda həmin avtomobilin alınması üçün ödənilən vəsaitin ər-arvadın ümumi birgə mülkiyyəti hesab edilməsi üçün qanuni prezumpsiya da mövcuddur. Belə ki, onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər ər-arvadın ümumi birgə mülkiyyəti hesab edilir. Bunun əksini iddia edən cavabdeh isə hər hansı sübut təqdim etməmişdir. Belə ki, cavabdeh həmin avtomobilin alınması üçün pulun onun tərəfindən mərhum oğluna verildiyini, məhz avtomobilin onun üçün alındığını, bundan əvvəlki “Toyota Rav 4” markalı avtomobilin də onun tərəfindən alındığını, həmin avtomobilin satılmasından əldə olunan vəsaitin iddiaçı tərəfindən götürüldüyünü bildirsə də, bu barədə hər hansı mötəbər sübut təqdim etməmişdir.
16. Bununla belə, cavabdehlər “Kia Soul” minik markalı avtomobilin onlara məxsus olmadığını bilə-bilə, təmsilçinin şəxsən özü barədə əqd bağlaya bilməməsi barədə məhdudiyyəti nəzərə almadan ər-arvadın ümumi birgə gəlirləri hesabına alınmış avtomobili öz adına keçirtməklə özgəninkiləşdirmiş və iddiaçıya hər hansı məbləğ verilməmişdir. Halbuki, həmin avtomobil ər arvadın ümumi birgə gəlirlərinə hesabına əldə edilmişdir və dolayısı ilə iddiaçının həm birgə mülkiyyətçi kimi, həm də qanun üzrə vərəsə kimi həmin əmlakın satışından əldə olunan vəsaitə mülkiyyət hüququ olmuşdur. Hansı ki, işin mübahisəsiz hallarından biri də odur ki, X11nun qanun üzrə birinci növbədən 4 (atası, anası, oğlu, arvadı) vərəsəsi vardır.
17. Məhkəmə hesab etmişdir ki, iddiaçının “Kia Soul” markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə olunan vəsaitə həm birgə mülkiyyətçi kimi ½ hüququ, həm də digər ½ hissədə qanun üzrə vərəsə olaraq özünün və digər vərəsə yetkinlik yaşına çatmayan X17 qanuni nümayəndəsi kimi vərəsəlik hüququ tanınmalı və avtomobilin satışından əldə olunan vəsaitin ¾ (1/2+1/8+1/8) hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Avomobilin satış qiyməti xx.xx.2024-cü il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi ilə müəyyən edilmədiyindən və adətən X45 İdarəsində alqı-satqı qiymətləri formal olaraq göstərildiyindən, məhkəmə tərəfindən mütəxəssis rəyi alınmış və nəqliyyat vasitəsinin satış tarixinə olan bazar qiymətinin 16800 manat olduğu müəyyən edilmişdir. Beləliklə həmin məbləğ 12600 (16800x3/4) təşkil edir. Eyni zamanda avtomobilin satıcısı Cavabdeh1 olduğundan və avtomobilin satışından əldə olunan vəsait onun sərəncamına verildiyindən iddiaçının xeyrinə tutulmalı olan məbləğ də məhz ondan alınmalı, iddia digər cavabdehə münasibətdə əsassız hesab edilməlidir.
18. Məhkəmə gəldiyi nəticəni Ailə Məcəlləsinin 32.1, 32.2.1, 32.2.2, 36.1, 36.3, 36.4, 37.1, Mülki Məcəllənin 225.1, 225.2, 1151.1, 1159.1, 1162, “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli № 1/2024 qərarına, Mülki Prosessual Məcəllənin 14.2, 106.1, 119.1 və 216- 220-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
19. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək onun ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
20. Apellyasiya şikayəti ounun əsaslandırılmışdır ki, iş üzrə şahidlərinin olmasını məhkəməyə bildirsə də əhəmiyyət verilməmiş, şahidləri dindirilməmişdir. Yəni, məhrum oğlunun istifadəsinə verdikləri “Toyota Rav-4” markalı **-KJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi cavabdehlərin vəsaiti hesabına alınmış, birlikdə eyni evdə yaşadıqlarına görə ailəyə xidmət üçün nəzərdə tutulmuşdur. Mübahisə predmeti olan “Kia Soul” markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi X27 əvvəlcə X26 12 may 2024-cü il tarixində nəqliyyat vasitəsinə sərəncam hüququ verən etibarnamə vermiş, sonradan isə nəqliyyat vasitəsinin sahibi 10 iyun 2024-cü il tarixində Cavabdeh2 nəqliyyat vasitəsinə sərəncam hüququ verən etibarnamə yazmışdır. Göründüyü nəqliyyat vasitəsinin mülkiyyətçisi X27 həm X11nu, həm də Cavabdeh2 əvvəldən tanımış və sonradan ona da sərəncam hüququ ilə etibarnamə verməsinin səbəbi mübahisə predmeti olan nəqliyyat vasitəsinin alınmasında iştirak etməsi, həmçinin də ödənişin Cavabdeh2 tərəfindən edilməsi olmuşdur. Bundan sonra “Kia Soul” markalı, **-ST- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi X27 ilə Cavabdeh1 arasında 23 iyul 2024-cü il tarixində alğı-satqı müqaviləsi bağlanılmış, avtomobil sonuncunun adına rəsmiləşdirilməklə, mülkiyyətə dair qeydiyyat şəhadətnaməsi verilmişdir. Qeyd edir ki, məhkəmə araşdırması zamanı qonşuların təsdiq etdikləri aktı, mərhum oğlumun işlədiyi müddətdə aldığı əmək haqqı barədə ayayışı məhkəməyə təqdim edə bilməmiş, həmçinin də iş üzrə şahidlərinin dindirilməsi mümkün olmamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
21. İddiaçının nümayəndəsi-vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz ünvanlayaraq, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
c) Proses iştirakçılarının izahatı
22. İddiaçının nümayəndəsi-vəkili məhkəməyə ərizə ünvanlayaraq, başqa məhkəmə iclasında iştirak etmək zərurəti olduğundan hazırki iclasın onun iştirakı olmadan keçirilməsini və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
23. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər (nümayəndə) məhkəmə iclasına gəlmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
24. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh1 və onun nümayəndəsi-vəkili qonşuları X20 və X23 iş üzrə şahid qismində dindirilməsini xahiş etmişlər. Onlar bildirmişlər ki, şahidlər iddiaçının və ərinin onlarla birgə yaşadıqlarını, avtomobilin ailəyə məxsus olmasını təsdiq edə bilərlər. Lakin şahidlər avtomobilin alınması üçün maliyyə mənbəyi barədə məlumatsız olduqlarından vəsatət təmin edilməmişdir.
Tətbiq edilən hüquq
Mülki Məcəllə
25.Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 26.Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. 27.Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 28.Maddə 1157. Əgər bir neçə vərəsə vardırsa, miras vərəsələr arasında bölüşdürülənədək vahid əmlak şəklində bütün vərəsələrə mənsubdur. Bu əmlakdan sonuncu xəstəliyi zamanı miras qoyana qulluq və onun müalicəsi, dəfn, mirasın mühafizəsi və idarə edilməsi, əmək haqqı verilməsi və vəsiyyətin icrası üçün lazımi xərclər ödənilə bilər. Bu tələblər mirasın dəyərindən, həm də bütün başqa tələblərə, o cümlədən ipoteka və digər girovla təmin edilmiş tələblərə nisbətən üstün qaydada ödənilməlidir. 29.Maddə 1157-1.1. Miras şərikləri mirasın bölüşdürülməsinə qədər onu birgə idarə edirlər. İdarəçiliklə bağlı qərarlar vərəsələr tərəfindən onların miras paylarına mütənasib surətdə sadə səs çoxluğu ilə qəbul edilir. 30.Maddə 1159.1.1. Qanun üzrə vərəsəlik zamanı Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. 31.Maddə 1162. Sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir.
Ailə Məcəlləsi
32. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 33.Maddə 32.2.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. 34.Maddə 36.1. Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ərarvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. 35.Maddə 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. 36.Maddə 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir.
Mülki Prosessual Məcəllə
37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
38. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
39. Maddə 62.1. Məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. 40.Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 41.Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
43. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
44. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
45. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
46. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
47. Qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
48. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.
49. İşin halları ilə müəyyən olunur ki, iddiaçı cavabdehlərin oğlu ilə nikaha daxil olmuşdur. Birgə nikah müddətində “Toyota Rav 4” markalı avtomobil alınmış, sonradan həmin avtomobil satılaraq əvəzinə “Kia Soul” markalı avtomobil baş etibarnamə əsasında əldə edilmişdir. İddiaçının əri-cavabdehlərin oğlu öldükdən bir neçə gün sonra Cavabdeh2 mülkiyyətçidən öz adına baş etibarnamə almış, həmin etibarnamə əsasında avtomobili Cavabdeh1 adına özgəninkiləşdirmiş, sonuncu da öz nəvbəsində avtomobili alqı-satqı müqaviləsi əsasında başqa şəxsə satmaqla pul əldə etmişdir. Hazırda iddiaçı həmin məğbləğdən vərəsə kimi öz payını tələb edir. Apellyator cavabdeh isə hər iki avtomobilin iddiaçının deyil, cavabdehlərin vəsiti hesabına əldə edildiyini qeyd edərək, iddiaçıya düşən payı ödəməkdən imtina edir.
50. İşin mübahisəsiz hallarından biri də odur ki, X11nun qanun üzrə birinci növbədən dörd (atası, anası, oğlu, arvadı) vərəsəsi vardır.
51. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “12” mart 2024-cü il tarixli № 1/2024 saylı qərarına görə, Mülki Məcəllənin 225.1 və Ailə Məcəlləsinin 32.1-ci maddələri nikah dövründə əldə olunmuş (qazanılmış) əmlakın ər-arvadın birgə mülkiyyəti sayılmasına dair qanuni prezumpsiyanı ehtiva edir. Prezumpsiya dedikdə, əksi sübut edilənədək həqiqi sayılan ehtimal başa düşülür. Qeyd edilən ehtimala əsas verən hər hansı hüquqi faktın və ya hadisənin mövcudluğuna istinad edilərək, bəlli olmayan digər bir hal (prezumpsiyanın nəticəsi) təsbit olunur. Bu halda şəxs prezumpsiyanın nəticəsini deyil, onun təməlini təşkil edən halı sübut etməklə prezumpsiyanın nəticəsini ayrıca sübut etmək yükündən azad olur. Prezumpsiyanın qanuni (hüquqi) və faktiki növləri fərqləndirilir. Əgər qanuni prezumpsiya birbaşa normativ hüquqi aktın məzmununda əks olunursa, bundan fərqli olaraq faktiki prezumpsiya hüquq normalarında əks olunmur. Bu ehtimal bir qayda olaraq həyatın təbii axarına, ağlabatan mühakiməyə və ya formalaşmış təcrübəyə söykənir. Odur ki, əmlakın nikah dövründə əldə olunmasının (prezumpsiyanın təməli) sübuta yetirilməsi həmin əmlakın ümumi birgə mülkiyyət kimi qəbul olunması (prezumpsiyanın nəticəsi) üçün yetərlidir. Başqa sözlə, əksi sübuta yetirilənədək nikah müddətində ər və ya arvad tərəfindən əldə edilmiş əmlak ər-arvadın ümumi birgə mülkiyyəti sayılır. Həmçinin, ailə birliyi ümumi təsərrüfatı özündə ehtiva etdiyi üçün nikah müddətində əldə edilmiş əmlakın ər-arvadın ümumi vəsaiti hesabına qazanıldığı ehtimal olunur.
52. "xxxx" MMC təfərindən verilmiş mütəxəssis rəyinə görə avtomobilin 2024-cü il üçün real bazar qiyməti 16800 manat müəyyən edilmişdir.
53. Göründüyü kimi iddiaçı və onun əri birgə təsərrüfat nəticəsində əldə edilmiş daşınar əşyanın satılmasından əldə olunmuş gəlirə münasibətdə kollegiya qeyd edir ki, 16800 manatın ½ hissəsi iddiaçının öz payı, digər ½ payı isə bütün vərəsələr arasında bölünməlidir.
54. Belə olduqda avtomobilin dəyərinin yarısı hər biri vərəsəyə münasibətdə 2100 manat müəyyən edilməlidir (8400:4).
55. Bundan əlavə iddiaçı vərəsə - yetkinlik yaşına çatmayan X17 qanuni nümayəndəsi kimi avtomobilin satışından əldə olunan vəsaitin 2100 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
56. Avtomobilin satıcısı Cavabdeh1 olduğundan və avtomobilin satışından əldə olunan vəsait onun sərəncamına verildiyindən iddiaçının xeyrinə tutulmaqda birinci instansiya məhkəməsi haqlı olmuşdur.
57. Cavabdehin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, avtomobilin alınmasına görə ödənilən məbləğin məhz cavabdehlər tərəfindən ödənilməsi barədə hər hansı sübut təqdim edilməmişdir.
58. Kollegiya hesab edir ki, məhkəmənin qənaəti qanuni və əsaslı olmuşdur, cavabdehin dəlilləri əsassızdır.
59. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3169/2025 nömrəli iş üzrə 05 sentyabr 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.