Məhkəmə qərarları › İş №2(103)-6242/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6242/2020

27.07.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6242/2020 27.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X4 (sədrliyi və məruzəsilə), Eyvazov Rafael Əmir oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Hüseynova Amilya Aqil qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi vəkil X5 iştirakları ilə, İddiaçı cavabdeh Zamanova (Mustafayeva) Leyla Özbəyi qızına qarşı təhsil haqqının ləğv edilməsi tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3240/2020 saylı mülki işi üzrə xx.xx.2020-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Zamanova (Mustafayeva) Leyla Özbəyi qızına qarşı “təhsil haqqının ləğv edilməsi barədə” iddia ərizəsi ilə məhkəməyə müəraciət edərək, xx.xx.2014-cü il təvəllüdlü X7 qızının Bakı Modern məktəbində təhsil alması üçün hər ay 600 manat təhsil haqqının ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı eyni zamanda ərizə ilə məhkəməyə müraciət edərək, hazırki iş mahiyyəti üzrə baxılıb müvafiq qərar qəbul edilənədək, xüsusi karantin zamanı məktəbəqədər təhsilin fəaliyyətinin dayandırılmasına nəzərən və Yasamal rayon məhkəməsinin icra dənədi üzrə xx.xx.2014-cü il təvəllüdlü X2 Bakı Modern məktəbində təhsil alması üçün hər ay 600 manat təhsil haqqının alınmasının dayandırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3240/2020 saylı mülki işi üzrə xx.xx.2020-ci il tarixli qərardadı ilə İddiaçı iddianı təmin etmə tədbirinin görülməsi barədə ərizəsi təmin edilməmişdir. Qərardadda Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 157-159; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” xx.xx.2018-ci il tarixli qərarına istinadən qeyd edilmişdir ki, Yasamal rayon Məhkəməsinin 2(004)-4106/2018 saylı, xx.xx.2018-ci il tarixli qanuni qüvvəsini almış qətnamənin surətindən görünür ki, İddiaçı xx xxxxx 2018-ci il tarixdən başlayaraq xx xxxxxxxx 2014-cü il təvəllüdlü X1 Bakı Modern məktəbində təhsil alması üçün hər ay 600 manat təhsil haqqı tutularaq Mustafayeva Leyla Özbəyi qızına ödənilməsi qət olunmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Buda o deməkdir ki, qanuni qüvvəsini almış qətnamənin icrasını iddianı təmin etmək haqqında qərardad dayandıra bilməz. İddiaçı qərardaddan şikayət verərək, Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 2(004)-3240/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı əsassız və qanunsuz olduğundan ləğv edilməli, hal-hazırda təhsil haqqının ləğvi barədə iddia verdiyindən və mübahisləndirildiyindən Respublikada mövcud xüsusi karantin zamanı məktəbəqədər təhsil bağçaların fəaliyyəti dayandırıldığı zaman bunun hamıya bəlli olan hallar kimi nəzərə alaraq Yasamal Rayon Məhkəməsinin icra sənədi üzrə xx.xx.2014-cü il təvəllüdlü X2 Bakı Modern məktəbində təhsil alması üçün hər ay 600 manat təhsil haqqının alınmasının dayandırılması barədə qərar qəbul edilməsini, əks təqdirdə hazırki şikayəti baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 157-159, 263-cü maddələrinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” xx xxxx 2018-ci il tarixli Qərarına istinadən qeyd edilmişdir ki, o, cavabdeh Mustafayeva Leyla Özbəyi qızı qarşı “təhsil haqqının ləğv edilməsi” barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri, Yasamal rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(004)-4106/2018 saylı qətnaməsi ilə nikah pozulmuş, azyaşlı uşaqlar ananın yanında qalması, ondan xx.xx.2018-ci il tarixdən başlıyaraq xx.xx.2014-cü il təvəllüdlü X2, xx.xx.2016-cı ilə təvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün hər ay qazancının və başqa gəlimıin 1/3 hissəsi miqdarında aliment və xx.xx.2018-ci il tarixdən başlayaraq xx.xx.2014-cü il təvəllüdlü X2 Bakı Modem məktəbində təhsil alması üçün hər ay 600 manat təhsil haqqı tutularaq Mustafayeva Leyla özbəyi qızına ödənilməsi qət edilmişdir. Hal-hazırda qızı 2020-2021-ci ildən birinci sinifə getməyə hazırlaşır, o, ata kimi onun ümumi əsaslarla təhsil almasını istəyir. Buna görə də o, təhsil haqqının ləğv edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət edərək iddianın təmin tədbiri məhz iddia tələbi ilə birbaşa əlaqəli olmasını və mübahisələndirilməsini, hal-hazırda Respublikada olan mövcud şərait, koronavirus pandemiyasının olduğu şəraitdə məktəbəqədər təhsil baxçalarının, məktəblərin 2020-ci ilin mart ayından tədris olmamasını hamıya məlum olan hallardır və bunun sübuta ehtiyacı yoxdur. Belə olan halda onun əmək haqqından 2020-ci ilin mart ayından bugunki dövrədək əsassız olaraq uşağın hər ay təhsil haqqı kimi 600 manat tutulması onun təhsilinə deyil, yalnız tələbkarın maddi təlabatının ödənilməsinə gedir.Göstərilən hallan məhkəmə qərar qəbul edərkən nəzərə almamış, yalnız qanuni qüvvəsini almış qətnamənin icra olunması üçün iddianın təmin etmə haqqında qərardad dayandıra bilməz qeyd etməklə səhv nəticəyə gəlmişdir. Belə ki, qızının bu ilin sentyabr aynıdan məktəbə getməyə hazırlaşması, bir ata kimi onun da uşağı üçün təhsilin formasını seçməsinə hüququnun olması, təhsil haqqının tutulması uşağın məhz təhsili üçün nəzərdə tutulması və hal-hazırda uşaq baxçalarının fəaliyyət göstərməməsinə, təhsilin tədris edilməməsinə məhkəmə diqqət etməmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3240/2020 saylı mülki işi üzrə xx.xx.2020-ci il tarixli qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 3240/2020 saylı mülki işi üzrə xx.xx.2020-ci il tarixli qərardadından İddiaçı şikayəti təmin edilməmiş, şikayət baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil şikayəti müdafiə edərək, Yasamal Rayon Məhkəməsinin icra sənədi üzrə xx.xx.2014-cü il təvəllüdlü X2 Bakı Modern məktəbində təhsil alması üçün hər ay 600 manat təhsil haqqı tutulduğunu, lakin uşağın Evrika liseyində təhsil aldığını, həmçinin karantin rejiminə görə baxçaların fəaliyyət göstərmədiyini, iddiaçının qızının dövlət təhsil müəssələrində təhsil ala bilcəyini, icra icraatı qaydasında icranın qismən dayandırılması qanunvericiliklə nəzərdə tutulmadığından icra orqanına müraciət etmədiklərin bildirmiş və şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi vəkil X8 şikayəti qəbul etməyərək, Bakı Modern məktəbi və Evrika liseyində təhsil haqqının fərqi olmadığını, iyun ayına kimi onlayn təhsil keçirildiyini, sentyabr ayından isə birinci sinfə gedəcəyini, hal-hazırda liseydə əlavə dərslər aldığını, Evrika liseyində təhsil haqqının 550 manat təşkil etdiyini bildirmiş və qərardadın qüvvədə saxlanılmasını xahiş etmişdir. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası şikayəti araşdırıb, Azərbaycan Respublikasının Konstitusiyasının 42, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunun 63-67 və MPM-in 157, 386, 388, 398ci maddələrinə əsasən hesab edir ki, şikayətin təmin edilməsi üçün əsaslar müəyyən edilmir. Belə ki, iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə müvəqqəti səciyyə daşıyır, iddiaçının hüquqlarının təminatına yönəlmişdir. Lakin məhkəmə qərarının icrasının qarşısının alınmasına yönəlik iddianın təmin tədbirinin mümkünlüyü sui-istifadəyə şərait yaradan hal kimi yolverilməzdir. İddiaçı icra icraatı qaydasında icranın dayandırılması üçün icra orqanına müraciət etməmələrini öz subyektiv fikirləri ilə əsaslandırmışdır və subyektiv (sübuta yetirilməyən) əsaslandırma da qərardadın ləğv edilməsinə əsas ola bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 157, 159, 263, 398-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı şikayəti təmin edilməsin.Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 3240/2020 saylı mülki işi üzrə xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar