Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6251/2022 29.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Mərdanova Xumar Afət qızı (sədrlik edən və məruzəçi), Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, X5 qızının katibliyi ilə İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1 Firmasının nümayəndəsi və vəkili, Cavabdeh2 nümayəndəsi və vəkili İsgəndərov X2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Firması və Cavabdeh2 qarşı inventarların təhvil verilməsi və pul tələbinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 01 iyul 2022-ci il tarixli qətnaməsindən İddiaçı, cavabdehlər Cavabdeh1 Firması və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 Firması və Cavabdeh2 qarşı inventarların təhvil verilməsi və pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mərhum əri X3 mülkiyyətində olan “OAZİS” restoranının fəaliyyətinə xitam verdikdən sonra həmin restoranın inventarlarını (Kondisioner şkaf - 2 ədəd, Uşaq oyun aparatı - 3 ədəd, Zum uşaq - 1 ədəd, Usaq sürüşkəni - 1 ədəd, Royal piano - 2 ədəd; Dekor tunba Royal - 2 ədəd, Reception mebeli - 1 ədəd, Qirmizi Divan (koja) - 31 ədəd, Dekor (Banbuk) - 4 ədəd, Dekor Çapar - 5 ədəd, Divan (qirmızı parça) - 3 ədəd, Giriş qapı üçün qapı feni - 1 ədəd, Kreslo (qırmızı koja Rubin zal) - 31 ədəd, Dekor dipçək gül - 5 ədəd, Parça stul (ağ mirvari) -273 ədəd, Arka Gül - 2 ədəd, Fontan motoru - 2 ədəd, Stol süfrəsi - 85 ədəd, Skayner (səhnədə) - 25 ədəd, Skayner Robot - 2 ədəd, Lazer aparatı - 2 ədəd, Dörd nəfərlik stol -123 ədəd, Qaz peçi (4 göz) - 2 ədəd, Duxovka -1 ədəd, Fritor aparatı - 2 ədəd, Mətbəx stolu - 2 ədəd, Soyuducu şkaf - 2 ədəd, Mikrodalğalı soba - 1 ədəd, Kolbasa kəsən -1 ədəd, Mikser -1 ədəd, Lülə şişi -100 ədəd; Tikə şişi - 100 ədəd; Pitiminutka - 2 ədəd; Sac qabı - 40 ədəd; Buz Aparatı -1 ədəd; Çay aparatı - 2 ədəd; Çəngəl - 300 ədəd; Bıçaq - 300 ədəd; Salfetka qabı - 20 ədəd; Duz istiot qabı - 15 ədəd dəst; Su çəni - 1 ədəd; Zibil qutusu - 2 ədəd; Qızıl stoyka (giris üçün) - 4 ədəd; Qirmızı daroşka (xalça) - 1 ədəd; Paltaryuyan -1 ədəd; Ət maşını -1 ədəd; Sredni qabı -178 ədəd; Salat qabı - 400 ədəd; Cörək qabı - 30 ədəd; Padnos - 20 ədəd; Seyf - 1 ədəd; Divan (parça koricneviy) - 4 ədəd; Kassa nömresi - 150 ədəd; Kserekopiya aparatı -1 ədəd; Korolevskiy stol - 2 ədəd; Kofe aparatı -1 ədəd; Kassa stolu - ədəd; Stul koja -163 ədəd; Stul üçün çexol -160 ədəd; Reklam Oazis - 4 ədəd; Kreslo-1 ədəd; Printer aparatı - 1 ədəd; Kompüter - 2 ədəd; Royal stulu - 2 ədəd; Show zalın qabaq stolu - 25 ədəd; Qaz peçi - 2 ədəd; Vıterok - 1 ədəd; Soyuducu - 2 ədəd; Stellaj- 1 ədəd; Moyka - 1 ədəd; Kamera havalandırma - 2 ədəd; Şadlıq səhnə nerj turbası -1 ədəd; Su motoru (yeka) - 1 ədəd; Qidrofor - 3 ədəd; Ariston - 2 ədəd; Palma agacı - 7 ədəd; Oturacaq stul - 240 ədəd; Buz qabı-1 kulok; Rəngli süfrə - 59 ədəd; Milli süfrə - 33 ədəd; Qırmızı divan - 25 ədəd) 01 oktyabr 2019-cu ildən qarşılıqlı razılıq əsasında cavabdehlər Cavabdeh1 firması və hüquqi şəxs yaratmadan fərdi sahibkarlıqla məşğul olan fiziki şəxs Cavabdeh2 istifadələrinə aylıq istifadə haqqı 5.000 min manat olmaqla vermişdir. 12 Noyabr 2021-ci il tarixdə əri Mirtalib Əmişov vəfat etmişdir. Vəfat etdiyi günə qədər cavabdehlər tərəfindən inventarlardan istifadəyə görə haqq ödənilmişdir. Lakin həmin vaxtdan hal-hazıra kimi inventarlar cavabdehlər tərəfindən ünvan 1 ünvanda fəaliyyət göstərən Cavabdeh1 Firmasının “Bakı Gecələri” restoranında istifadə olunmasına və gəlir əldə edilməsinə baxmayaraq, istifadə haqqı olaraq razılaşdırılmış 5.000 min manat ödənilmir. Qeyd olunanlarla bağlı inventarların yararlı vəziyyətdə qaytarılmasının və 6 (altı) ay üçün 30 (otuz) min manat istifadə haqqının ödənilməsini özündə ehtiva edən pretenziyalar cavabdehlərə göndərilmişdir, lakin hal-hazıradək nə inventarlar, nə də ki, istifadə haqqı ona təhvil verilməmşdir. Yuxarıda göstərilənlərə əsasən həmin inventarların cavabdehlərdən alınıb ona verilməsi, 30000 manat istifadə haqının, ödənilmiş dövlət rüsumuna görə 180 manatın, hüquqi yardıma görə ödədiyi 1010 manat pulun cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə iddiaçı məhkəməyə iddianın dəyişdirilməyinə dair ərizə ünvanlayaraq ərizəsini onunla əsaslandırmışdır ki, məhkəmə prosesi gedən dövrdə cavabdehlər iddia ərizəsində göstərilmiş inventarların bir hissəni geri qaytarmışlar. Lakin qalan inventarları qərəzli şəkildə qaytarmaq istəmirlər, hətta həmin inventarlardan istifadə onlara və üçüncü şəxslərə qadağan edilməsinə baxmayaraq, onlardan istifadə edərək gəlir əldə edirlər. Qaytarılan əmlaklarla bağlı tərəflər arasında təhvil-təslim aktları imzalanmışdır. Həmin aktlarda konkret və birmənalı şəkildə göstərilib ki, cavabdehlər digər əmlakları təhvil verməkdən imtina edirlər.Göstərilənlərə əsasən aşağıdakı inventarların: Reception mebeli - 1 ədəd; Qirmizi Divan (Rubin zal koja) - 19 ədəd; Qirmizi Kreslo (koja Rubin zal) - 9 ədəd; Dekor dipçək gül - 5 ədəd; Parça stul (ağ mirvari) - 211 ədəd; Arka Gül - 2 ədəd; Fontan motoru - 1 ədəd; Stol süfrəsi (ağ) - 85 ədəd; Skayner (səhnədə) - 21 ədəd; Lazer aparatı - 2 ədəd; Sarı işıq (asılan) - 40 ədəd; Dörd nəfərlik stol - 60 ədəd; Qaz peçi (4 göz) - 1 ədəd; Mətbəx stolu (dəmir) - 2 ədəd; Soyuducu şkaf - 2 ədəd; Mikser - 1 ədəd; Lülə şişi (uzun) - 100 ədəd; Tikə şişi (uzun) - 100 ədəd; Saç qabı (qara rəngdə)- 40 ədəd; Buz Aparatı (böyük) - 1 ədəd; Çay aparatı - 2 ədəd; Çəngəl (Güral Porselen) - 300 ədəd; Bıçaq (Güral Porselen) - 300 ədəd; Salfetka qabı (Güral Porselen) - 20 ədəd; Duz istiot qabı (Güral Porselen) -15 ədəd dəst; Su çəni - 1 ədəd; Zibil qutusu - 2 ədəd; Qızıl stoyka (giris üçün) - 4 ədəd; Oirmızı daroşka (xalça) - 1 ədəd; Ət maşını - 1 ədəd; Sredni qabı (Güral Porselen) - 178 ədəd; Salat qabı (Güral Porselen) - 400 ədəd; Çörək qabı (taxta) - 30 ədəd; Padnos (dəmir) - 20 ədəd; Divan (parça koricneviy) - 1 ədəd; Divan (koja koricneviy) - 18 ədəd; Kassa nömrəsi (qırmızı) - 150 ədəd; Kserekopiya aparatı (HP) - 1 ədəd; Kofe aparatı (böyük) - 1 ədəd; Kassa stolu (qırmızı) - 1 ədəd; Stul üçün çexol - 160 ədəd; Reklam Oazis - 1 ədəd; Kreslo- 1 ədəd; Printer aparatı (HP) - 1 ədəd; Kompüter (qara HP) - 2 ədəd; Show zalın qabaq stolu (6-8 nəfərlik) - 25 ədəd; Qaz peçi - 2 ədəd; Viterok - 1 ədəd; Soyuducu -1 ədəd; Stellaj - 1 ədəd; Moyka - 1 ədəd; Kamera havalandırma - 2 ədəd; Şadlıq səhnə nerj turbası - 1 ədəd; Su motoru (yekə) - 1 ədəd; Qidrofor - 1 ədəd; Palma agacı - 7 ədəd; Oturacaq stul - 240 ədəd; Buz qabı (metallik) - 50 ədəd (30 böyük, 20 balaca); Rəngli süfrə (qırmızı, ağ, mavi və sarı) - 59 ədəd; Milli süfrə - 33 ədəd; Arakəsmə açılış lenti - 8 ədəd cavabdehlər Cəmilə” Firması və Cavabdeh2 alınıb ona verilməsi, 30000 manat istifadə haqının, ödənilmiş dövlət rüsumuna görə 180 manatın, hüquqi yardıma görə ödədiyi 1010 manat pulun cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 01 iyul 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 Firması və Cavabdeh2 ünvan 3 ünvanında Cavabdeh1 firmasına məxsus “Bakı Gecələri” restoranında yerləşən İddiaçı məxsus olan aşağıdakı inventarlar: Reception mebeli - 1 ədəd; Qirmizi Divan (Rubin zal koja) - 19 ədəd; Qirmizi Kreslo (koja Rubin zal) - 9 ədəd; Dekor dipçək gül - 5 ədəd; Parça stul (ağ mirvari) - 211 ədəd; Arka Gül - 2 ədəd; Fontan motoru - 1 ədəd; Stol süfrəsi (ağ) - 85 ədəd; Skayner (səhnədə) - 21 ədəd; Lazer aparatı - 2 ədəd; Sarı işıq (asılan) - 40 ədəd; Dörd nəfərlik stol - 60 ədəd; Qaz peçi (4 göz) - 1 ədəd; Mətbəx stolu (dəmir) - 2 ədəd; Soyuducu şkaf - 2 ədəd; Mikser - 1 ədəd; Lülə şişi (uzun) - 100 ədəd; Tikə şişi (uzun) -00 ədəd; Saç qabı (qara rəngdə)- 40 ədəd; Buz Aparatı (böyük) - 1 ədəd; Çay aparatı - 2 ədəd; Çəngəl (Güral Porselen) - 300 ədəd; Bıçaq (Güral Porselen) - 300 ədəd; Salfetka qabı (Güral Porselen) - 20 ədəd; Duz istiot qabı (Güral Porselen) -15 ədəd dəst; Su çəni - 1 ədəd; Zibil qutusu - 2 ədəd; Qızıl stoyka (giris üçün) - 4 ədəd; Oirmızı daroşka (xalça) - 1 ədəd; Ət maşını - 1 ədəd; Sredni qabı (Güral Porselen) - 178 ədəd; Salat qabı (Güral Porselen) - 400 ədəd; Çörək qabı (taxta) - 30 ədəd; Padnos (dəmir) - 20 ədəd; Divan (parça koricneviy) - 1 ədəd; Divan (koja koricneviy) - 18 ədəd; Kassa nömrəsi (qırmızı) - 150 ədəd; Kserekopiya aparatı (HP) - 1 ədəd; Kofe aparatı (böyük) - 1 ədəd; Kassa stolu (qırmızı) - 1 ədəd; Stul üçün çexol - 160 ədəd; Reklam Oazis - 1 ədəd; Kreslo- 1 ədəd; Printer aparatı (HP) - 1 ədəd; Kompüter (qara HP) - 2 ədəd; Show zalın qabaq stolu (6-8 nəfərlik) - 25 ədəd; Qaz peçi - 2 ədəd; Viterok - 1 ədəd; Soyuducu -1 ədəd; Stellaj - 1 ədəd; Moyka - 1 ədəd; Kamera havalandırma - 2 ədəd; Şadlıq səhnə nerj turbası - 1 ədəd; Su motoru (yekə) - 1 ədəd; Qidrofor - 1 ədəd; Palma agacı - 7 ədəd; Oturacaq stul - 240 ədəd; Buz qabı (metallik) - 50 ədəd (30 böyük, 20 balaca); Rəngli süfrə (qırmızı, ağ, mavi və sarı) - 59 ədəd; Milli süfrə - 33 ədəd; Arakəsmə açılış lenti - 8 ədəd, hüquqi yardıma görə 400 (dörd yüz) manat və ödənilmiş 180 (yüz səksən) manat dövlət rüsumu alınaraq İddiaçı verilmiş, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Qətnamədən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti verərək qətnamənin iddianın təmin olmadığı hissədə ləğv edilməsi və iddia tələblərinin tam təmin ediməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin qətnamədən cavabdehlərin nümayəndəsi-vəkili İsgəndərov X4 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apellyasiya müdafiə etdiyini, cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətlərinin əsassız olduğunu bildirərək birinci instansiya məhkəməsinin qətnaməsinin təmin olunmayan hissədə ləğv edilərək iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehlərin nümayəndəsi-vəkili iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin əsassız olduğunu, həmçinin mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olduğunu, bu səbəbdən hazırki iş kommersiya mübahisəsi olduğu üçün qətnamənin ləğv edilməsini və işin aiddiyatı üzrə kommersiya məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 vəsatətə etiraz təqdim edərək göstərmişdir ki, 2019cu ildə cavabdehlər öz aralarında icarə müqaviləsi (xx.xx.2019-cuil il tarixli) bağlamışlar və ididaçı bu müqavilədə tərəf olmamışdır. İddiaçının həmin vaxt VOEN-i olmamış (iddiaçı vergi ödəyicisi kimi xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır). Yəni iddiaçı ilə cavabdehlər birgə sahibkarlıq fəaliyyəti ilə məşğul olmamışlar. İddiaçı yalnız mərhum ərindən ona miras qalmış əmlakını və 2019-cu ildən hazıradək cavabdehlərdən ondan istifadəsi ilə bağlı mərhum ərinə çatacaq pulu tələb edir. Bu tələblərin iddiaçının 2021-ci ilin dekabr ayında vergi ödəyicisi kimi qeydiyyata düşməsi və bununla da sahibkarlıq fəaliyyəti ilə məşğul olması arasında heç bir əlaqə yoxdur. Etiraz “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli Qərarının 10, 12, 13-cü bəndlərinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə qaldırılmış və işə baxılmasının nəticələri haqqında 4-cü səhifəsinin 2-ci abzasında göstərilənlərə əsaslandırılmışdır. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, mübahisənin mahiyyətinə qiymət verilmədən, məhkəmə aidiyyəti qaydalarının pozuntusu ilə qəbul edildiyi nəzərə alınmaqla Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 01 iyul 2022-ci il tarixli qətnaməsi ləğv edilərək, iş aidiyyatı üzrə müvafiq kommersiya məhkəməsinə göndərilməlidir. Belə ki, işin müəyyən olunmuş və mübahisələndirilməyən halına görə iddiaçının əri X1 mülkiyyətində olan “Oazis” restoranın fəaliyyətinə xitam verildikdən sonra həmin restoranın inventarlarını faktiki icarə müqaviləsinə əsasən Cavabdeh1 Firmasına və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan Cavabdeh2 Əlavan oğluna vermişdir. Həmin inventarlar ünvan 1 ünvanında yerləşən Cavabdeh1 Firmasının “Bakı Gecələri” restoranında istifadə olunması müəyyənləşdirilmişdir. İşin müəyyən olunan halı həmçinin ondan ibarətdir ki, iddiaçı mərhum ərinin cavabdehlərlə sahibkarlıq münasibətində olduğuna istinad etmiş, qeyd olunan inventarların yararlı vəziyətdə qaytarılmasını və istifadə olunduğu üçün 6 (altı) ay ödənilməmiş icarə haqqı 30 000 (otuz min) manat pulun ödənilməsi üçün cavabdehə pretenziya qaydasında məktublar göndərmişdir. Mülki Prosessual Məcəllənin 24.2-ci maddəsinə görə, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə görə isə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli Qərarında məhkəmələrə tövsiyyə olunmuşdur ki, “...MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. ...Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olubolmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Kollegiya hesab edir ki, mübahisə fərdi sahibkar statusu olan iddiaçının vəfat etmiş əri ilə ilə hüquqi şəxs Cavabdeh1 Firması və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan Cavabdeh2 arasında yaranmaqla və iddiaçının sahibkarlıq fəaliyyətindən irəli gəlməklə kommersiya xarakterlidir. Belə olan halda birinci instansiya məhkəməsi isə bunu nəzərə almayaraq iddia ərizəsini məhkəmə aidiyyəti qaydalarını pozmaqla icraatına götürmüş və işə mahiyyəti üzrə baxaraq qətnamə qəbul etmişdir. Halbuki, iddia ərizəsi işdə iştirak edən şəxslərin subyektiv tərkibinə, mübahisənin predmetinə və hüquq münasibətlərinin xarakterinə görə ixtisaslaşdırılmış, yəni kommersiya məhkəməsinə aiddir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsində isə təsbit edilmişdir ki, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Nəzərə alınmalıdır ki, məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının prosessual təminatlarına zəmanət verən şərtlərdən biri olduğuna görə qanunla dəqiq müəyyən edilmişdir. Əks təqdirdə bu və ya digər işin hansı məhkəmə tərəfindən ağlabatan müddətdə baxılmasında çətinlik yarana, son nəticədə şəxsin pozulmuş hüquqlarının bərpa edilməsi qeyri-mümkün ola bilər. Hüquq və azadlıqların məhkəmə təminatı hüququ ilk növbədə, qanunla müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən işə baxılmasını nəzərdə tutur. Məhkəmənin qanunla müəyyən edilməsi isə baxılan iş üzrə onun aidiyyətinin qabaqcadan aydın şəkildə şərtləndirilməsini və ikili anlam daşımamasını tələb edir. Məhkəmə aidiyyətinə dəqiq riayət edilməsi mübahisənin müvafiq məhkəmə icraatı qaydasında hərtərəfli araşdırılmasına zəmanət yaradır, eyni zamanda, məhkəmə icraatı növündən asılı olaraq məhkəmə prosesi xüsusi prinsiplər və prosessual qaydalara müvafiq aparılır. Bu prinsip və prosessual normalara riayət edilməsi mübahisənin ixtisaslaşdırılmış qaydada ədalətli həll edilməsinə şərait yaradır. Məhz ona görə mübahisəyə müvafiq məhkəmə aidiyyəti qaydasında baxılması konstitusion baxımdan əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun yuxarıda göstərilən qərarında tövsiyyə olunmuşdur ki, “...apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən MPM-in 384 və 387-ci maddəsində məhkəmə aidiyyətinin pozulması əsası ilə qətnamənin ləğv edilərək aidiyyəti üzrə göndərilməsi ilə bağlı konkret müddəaların nəzərdə tutulmadığına istinad etməklə, məhkəmə aidiyyəti məsələsinə qiymətin verilməməsi mümkünsüzdür. Bununla bağlı apelyasiya instansiyası məhkəmələrinə izah edilir ki, işin birinci instanisyası məhkəməsi tərəfindən məhkəmə aidiyyəti üzrə səhvən baxıldığının müəyyən edildiyi halda, apelyasiya məhkəməsi MPM-in 387.2.1-ci maddəsinə istinad etməklə qətnaməni ləğv etməli və MPM-in 365-ci maddəsindən çıxış etməklə MPM-in 32.4-cü maddəsini rəhbər tutub işin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul etməlidir. MPM-in 32.5-ci maddəsinə əsasən həmin qərardadlardan şikayətin verilməsi nəzərdə tutulduğundan, apelyasiya instansiyası məhkəmələri işin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qəbul etdikləri qərardadlardan tərəflərin kassasiya instansiyası məhkəməsinə şikayəti vermək hüquqlarının olduğunu da nəzərdən qaçırmamalıdırlar”. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehlərin vəkilinümayəndəsi tərəfindən verilmiş vəsatət təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-913/2022 saylı iş üzrə 01 iyul 2022-ci tarixli qətnaməsi ləğv edilməli və iş aidiyyatı üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 391, 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehlərin nümayəndəsi-vəkili İsgəndərov X4 tərəfindən verilmiş vəsatət təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-913/2022 saylı iş üzrə 01 iyul 2022-ci tarixli qətnaməsi ləğv edilsin və iş aidiyyatı üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakimlər: Xumar Mərdanova Elnur Həsənov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-6251/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6251/2022
29.09.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver