Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6254/2023 18.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh ) cavabdeh Bakı şəhəri 14 saylı Notariat Ofisinə qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “icra qeydinin ləğv edilməsi” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X5 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Mirzəyev Ziya Əziz oğlunun katibliyi ilə, İddiaçı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh ) cavabdeh Bakı şəhəri 14 saylı Notariat Ofisinə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-1401/2023 nömrəli qətnaməsindən cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. xx.xx.2020-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, ünvan 1 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ əsasında X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
2. xx.xx.2021-ci il tarixli 3M-1104 saylı kredit müqaviləsinə əsasən, Cavabdeh X3 340.000 manat məbləğində borc pul vermişdir.
3. xx.xx.2021-ci il tarixli 3M-1105 saylı ipoteka müqaviləsinə əsasən, X4 mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1 ünvanında yerləşən mənzili Bakı şəhəri 14 saylı notariat ofisində xx.xx.2021-ci il tarixdə bağlanmış 3M-1104 saylı kredit müqaviləsinə əsasən yaranmış öhdəliyinin icrasının təmin edilməsi məqsədilə Cavabdeh xeyrinə ipoteka ilə etmişdir.
4. AZ-İİ seriyalı 204649 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X4 xx.xx.2021-ci il tarixdə ölmüşdür.
5. xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2021-ci il tarixdə vəfat etmiş X2 vərəsəsi: ünvan 3 ünvanında qeydiyyatda olan qızı İddiaçı və o miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak: ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə X3 verilmiş **********84-05101-093020 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 171 kv/m olan mənzildən ibarətdir. Real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş xx.xx.2020-ci il tarixli qeydiyyat nömrəsi **********1170501 olan arayışa əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək ünvan 5 ünvanında yerləşən mənzil ipoteka ilə yüklüdür.
6. xx.xx.2022-ci il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydinə əsasən İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, M.Hüseyn küçəsindəki 69 saylı evin 33,34,35 saylı mənzilə tutma yönəldilməsi haqqında icra qeydi aparılmış, icra qeydində tələbkara ödənilməli olan cəmi məbləğin 340025 manat olduğu göstərilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh cəlb olunmaqla) cavabdeh Bakı şəhəri 14 saylı Notariat Ofisinə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 14 saylı notariat ofisinin 8İ- 23854 nömrəli, xx.xx.2022-ci il tarixli icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 07 aprel 2021-ci il tarixdə X1 ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən Cavabdeh tərəfindən X16ə 340.000 manat borc verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq 07 aprel 2021-ci il tarixdə ipoteka müqaviləsi bağlanmış və ilkin olaraq atasının mülkiyyətində olmuş Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseyn küçəsində yerləşən 69 saylı evin 33, 34, 35 saylı mənzilləri ipoteka qoyulmuşdur. Lakin bütün bunlara baxmayaraq Bakı şəhəri 14 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən heç bir araşdırma aparmadan, onların həqiqətən də Cavabdeh 340.000 manat məbləğində pul borcunun olub-olmamasını, borcun təminatı olaraq qeyd edilən mənzillərə dair ipoteka müqaviləsi bağlanarkən onların razılığının olub-olmamasını müəyyənləşdirmədən “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən, həmin sənədlər üzrə ünvan 6 ünvanında qeydiyyatda olan Cavabdeh xeyrinə, borclu ünvan 7 ünvanında qeydiyyatda olan xx.xx.1993-cü il təvəllüdlü İddiaçı xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən 07 iyul 2021-ci il tarixinədək vaxtında ödənilməmiş 340.000 manat pulun ondan tutulması barədə 20 dekabr 2022-ci il tarixli, 8i23854 nömrəli icra qeydi vermişdir. Odur ki, sözügedən icra qeydinin ləğv edilməsi barədə ərizə ilə Bakı şəhəri 14 saylı notariat ofisinə müraciət edərək, 8İ23854 nömrəli, xx.xx.2022-ci il tarixli icra qeydinin ləğv edilməsi xahiş edilmişdir. ünvan 8 ünvanlayaraq, icra qeydi çıxarılarkən, qanunvericiliyin tələblərinə ciddi riayət edildiyi, borc məbləğinin, borclu tərəfindən notariusun depozit hesabı vasitəsilə qaytarılmadığından, eyni zamanda, icra qeydinin çıxarılmaması üçün notariat ofisinə müraciəti daxil olmadığından, notariat hərəkətinin tərəfindən təsdiq edildiyini bildirmişdir. X1 ilə Cavabdeh arasında kredit müqaviləsi xx.xx.2021-ci il tarixdə bağlanmış və sözügedən kredit müqaviləsinin 2-ci bəndinə əsasən “Borc alan” krediti xx.xx.2021-ci il tarixinədək “Borc verənə” qaytarmağı öhdəsinə götürmüşdür. X16 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Atasının vəfat edənədək Cavabdeh bir dəfə də olsun gəlib borcunu tələb etməmiş, nə də ki, göründüyü kimi icra qeydi verilməsi üçün notariat ofisinə müraciət etməmişdir. Çünki, mərhum atası kredit müqaviləsində müəyyən edilmiş müddət ərzində 340.000 manat məblğində borcu tam olaraq borcverən Cavabdeh ödəmişdir. Hazırda isə atasının vəfat etməsindən istifadə edərək, əsassız olaraq həmin borc məbləğini atasının vərəsəsi olaraq ondan tələb edir. Mövcud qanunvericilikdə icra qeydi institutu tələbkarla yanaşı, eyni zamanda borclunun da hüquqlarının kifayət qədər qorunmasına xidmət edir. Belə ki, icra qeydləri yalnız təqdim edilmiş sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edərsə aparılır. Çünki, tələbkarla borсlu arasında bağlanmış müqavilələr üzrə yaranan öhdəliklərə dair mübahisə olduğu halda, icra qeydi aparılmır və bu halda yaranmış mübahisə məhkəmədə öz həllini tapmalıdır. Həmçinin notariat ofisi borcun ödənilməsi barədə borcluya yazılı bildiriş göndərməmiş, onun hüquqlarını pozaraq, borcun mübahisənin olub-olmamasını müəyyənləşdirmək üçün heç bir notarial hərəkət etməyərək, yalnız kredit və girov müqaviləsinə əsaslanmaqla, həmin müqavilə üzrə yoxlama aparmadan əsassız icra qeydi vermiş və bununla da “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76, 79-cu maddələrinin, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 saylı qərarı ilə təsdiq edilmiş “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 162-ci maddəsinin tələbləri pozularaq, aparılmış icra qeydi icra üçün göndərilmişdir.
9. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-1401/2023 nömrəli qətnaməsi ilə (hakim X9) iddia tələbi təmin edilməmişdir.
10. Məhkəmə iddia tələbini rədd edərkən ona istinad etmişdir ki, qanunvericilik tələb edir ki, bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunmalıdır. Məhkəmə sorğusuna əsasən iş materiallarına əlavə olunmuş 3M-1105 saylı notariat işinin materiallarından görünür ki, tələbkar (ipoteka saxlayan) tərəfindən borcluya (onun vərəsəsinə) bildiriş göndərilmiş, həmin bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəd icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunmuş, həmçinin bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında qeydə alınmış, notarius qanunvericiliyin tələbinə uyğun olaraq tutmanın yönəldilməsi prosedurunu davam etdirmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, müvafiq icra qeydinin verilməsi zamanı qanunvericilik müddəalarının pozuntusu hallarının olduğu müəyyən edilmədiyindən iddia tələbinin təmin edilməsi üçün əsaslar mövcud deyildir. Bundan başqa, iddiaçı iddia tələbinin əsasını təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim etməmiş, eləcə də məhkəmə tədqiqi zamanı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir.
11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddələrinə, "Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı, 79-cu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 161-ci, 162-ci, 169.1-ci bəndlərinə, "İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı, 37-ci, 38-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli qərarı ilə təsdiq edilmiş "Borcların icra qeydi əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısı”nın 1-1-ci bəndinə, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 119.1–ci, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinin dəlilləri
12. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
13. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsinin məzmunundan göründüyü kimi, işə baxan hakim yalnız maddi hüquq normalarını öz qətnaməsində sadalamaqla iş üçün mühüm əhəmiyyət kəbs edən faktiki halları, yəni iddia tələbinin əsaslarını və dəlillərini araşdırmamışdır. Belə ki, iddia tələbindən göründüyü kimi, mübahisə predmeti olan mənzillər borcun müqabilində ipoteka ilə yüklü edilsə də, mərhum atası X8 Anar Akif oğlundan almış olduğu borcu tam olaraq borc verənə qaytarmış, məhz bu səbəbdən atası rəhmətə gedənə kimi bir dəfə də olsun bu məsələ ilə nə mərhum atasına, nə notariat orqanına, nə də ki məhkəməyə müraciət etməmişdir. Eləcə də iddia tələbində notariat orqanı icra qeydi verənə kimi, öz üzərinə düşən vəzifə öhdəliklərini yerinə yetirmədiyi məhkəmənin diqqətinə çatdırılsa da, işə baxmış birinci instansiya məhkəməsi işin qeyd edilən hallarına qiymət verməmişdir. Göründüyü kimi, iş üçün əhəmiyyəti olan hal, yəni mərhum atasının Cavabdeh borcunun olmaması sübut olunsa da, məhkəmə əsassız və qanunsuz olaraq Bakı şəhəri 14 saylı notariat ofisinin icra qeydini əsaslı hesab etmişdir. Belə ki, yuxarıda qeyd etdiyi kimi, mərhum atasının borc verən Cavabdeh borcu olmamış, o borcunu tam olaraq ödəmiş, sadəcə onun səhhəti imkan verməmişdir ki, notariat orqanına gedib borc və ipoteka müqavilələrini ləğv etdirsin. Sonradan da göründüyü kimi, atası vəfat etmiş, Cavabdeh isə onun ölümündən istifadə edərək, atasına məxsus əmlakları ələ keçirmək istəmişdir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. İddiaçı X13 apellyasiya şikayətinə qarşı yazılı etiraz verərək göstərmişdir ki, cavabdeh X11 xx.xx.2022-ci il tarixli məhkəmə iclasında məhkəməyə ərizə təqdim edərək, iddiaçı X7 ona qarşı qaldırdığı iddianı qəbul etdiyini bildirmişdir. Lakin bu məbləği ödəyə bilmədiyi üçün ona iki il müddətinə ödəməyə izin verməsini xahiş etmişdir. Bundan əlavə Nəsimi RPİ-nin 20-ci PB-nin təhqiqatçısının xx.xx.2022-ci il tarixli Cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarından da görsənir ki, X11 mənə 16000 manat borcunun olduğunu və həmin bocru qaytaracağını bildirmişdir. Qeyd edilənlərə əsasən, cavabdeh X6 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-e-2(006)-4348/2022 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətinin təmin olunmaması və qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. ç) Proses iştirakçılarının izahatı
15. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə tərəflər məhkəmə iclasına gəlməmişdir. Kollegiya işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
d) Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 528-ci maddəsinə əsasən, öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir.
17. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 38.1-ci maddəsinə əsasən bu Qanunun 37.1-ci maddəsinə uyğun olaraq ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edilmədikdə, tutma ipoteka saxlayanın ipoteka müqaviləsinə, yaxud ipoteka kağızına əsaslanan tələbi üzrə notariusun icra qeydi əsasında həyata keçirilir. 48.1.2-ci maddəsinə əsasən ipotekaya əsas öhdəliyə xitam verildikdə xitam verilir.
18. "Notariat haqqında” Azərbaycan Respublikası Qanununun: 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər "Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. Tələbkar icra qeydini aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti "İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ının: 161-ci bəndinə əsasən borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq və ya əmlakı (ipoteka predmeti istisna olmaqla) tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8-ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün "Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün "Elektron notariat” informasiya sistemi vasitəsilə "Elektron icra” informasiya sisteminə göndərir. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər və ya bununla bağlı məlumatlar (korporativ məlumat mübadiləsinin istifadəçiləri üçün) icra qeydinin aparılması ilə bağlı ərizəyə və ya məlumata əlavə olunur. Tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana "Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır. İcra qeydinin aparılması üçün tələbkar borclunun olduğu yer üzrə notariat ofisinə müraciət etdikdə, notarius depozit hesabları vasitəsilə həmin borcun qaytarılıb-qaytarılmamasını yoxlayır. Bu abzasın birinci cümləsi borcun depozit hesabı vasitəsilə verildiyi hallara şamil edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti bu Təlimatın 169¬1 -ci hissəsində müəyyən edilmiş qaydada həyata keçirilir.
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə əsasə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
e) Apellyasiya baxışının hədləri
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
23. İddiaçı tərəfindən qətnamə tam mübahisələndirilərək onun ləğv edilməsi və iddianın təmin edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.
ə) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas yoxdur.
25. Məhkəmə kollegiyası işin hallarına istinadən qeyd etməyi zəruri hesab edir ki, xx.xx.2021-ci il tarixli 3M-1104 saylı kredit müqaviləsinə əsasən, Cavabdeh X3 340.000 manat məbləğində borc pul vermişdir. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli 3M- 1105 saylı ipoteka müqaviləsinə əsasən, X4 mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1 ünvanında yerləşən mənzili Bakı şəhəri 14 saylı notariat ofisində xx.xx.2021-ci il tarixdə bağlanmış 3M-1104 saylı kredit müqaviləsinə əsasən yaranmış öhdəliyinin icrasının təmin edilməsi məqsədilə Cavabdeh xeyrinə ipoteka ilə etmişdir. X4 xx.xx.2021-ci il tarixdə vəfat etmiş, xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X2 vərəsəsi ünvan 3 ünvanında qeydiyyatda olan qızı İddiaçı və o miras əmlakdan tam hissədə pay almışdır. Yuxarıda qeyd edilən həmin borc məbləğinin ödənilməsi üçün Bakı şəhəri 14 saylı notariat ofisi tərəfindən 20 dekabr 2022-ci il tarixli, 8i23854 nömrəli icra qeydi verilmişdir. Hazırda isə İddiaçı mərhum atası tərəfindən kredit müqaviləsi üzrə borc məbləğinin tam ödənildiyini və səhhəti ilə əlaqədar olaraq icra şöbəsinə məlumat verə bilmədiyini iddia edir.
26. İş materiallarından isə görünür ki, iddiaçı X1 tərəfindən Cavabdeh olan borcunu ödəməsi barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Buna görə də birinci instansiya məhkəməsi icra qeydinin ləğv edilməsi barədə iddia tələbini təmin etməməkdə haqlı olmuşdur.
27. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Bundan əlavə məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə istinadən qeyd etməyi zəruri hesab edir ki, qanunvericiliyin tələblərinə əsasən notarius icra qeydini borcun mübahisəsiz olduğunu, borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq etdiyi, həmçinin notarius vasitəsi ilə kreditorun ödəniş müddətinin keçirilməsi haqqında yazılı bildirişin borcluya göndərildiyi halda aparır.
29. İş materiallarına əlavə olunmuş 3M-1105 saylı notariat işinin materiallarından görünür ki, tələbkar (ipoteka saxlayan) tərəfindən borcluya (onun vərəsəsinə) bildiriş göndərilmiş, həmin bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəd icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunmuş, həmçinin bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında qeydə alınmış, notarius qanunvericiliyin tələbinə uyğun olaraq tutmanın yönəldilməsi prosedurunu davam etdirmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, müvafiq icra qeydinin verilməsi zamanı qanunvericilik müddəalarının pozuntusu hallarının olduğu müəyyən edilmədiyindən iddia tələbinin təmin edilməsi üçün əsaslar mövcud deyildir.
30. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq, belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla qətnamənin dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas vermir. Bu səbəbdən apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
31. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 402-403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-1401/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.