Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6257/2020 18.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadəninkatibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadından Cavabdeh nümayəndəsi və vəkili X1 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh adına qeydiyyata alınmış “Mitsubishi L200” markalı ** NE *** dövlət nömrə nişanlı, “Honda Accord” markalı ** SU *** dövlət nömrə nişanlı, “Mitsubishi Pajero-İO” markalı ** XF *** dövlət nömrə nişanlı, “BMV 328” markalı ** GS *** dövlət nömrə nişanlı, “Lexus LX570” markalı ** SG *** dövlət nömrə nişanlı, “M-21 Volqa” markalı ** DG *** dövlət nömrə nişanlı, “VAZ-21053” markalı ** KU *** dövlət nömrə nişanlı, “X5 Mİ” markalı ** HF *** dövlət nömrə nişanlı avtomobillərin, Cavabdeh adma qeydiyyata alınmış Abşeron rayonunun Saray qəsəbəsi ərazisində yerləşən 0,06 ha torpaq sahəsinin və Qusar rayonunun Çiləgir kəndində yerləşən 0.20 ha həyətyanı torpaq sahəsinin, ünvan 1 ünvanında yerləşən 19 saylı mənzilin, Sumqayıt şəhəri, Yaşma bağları ərazisi 105 saylı ünvanda yerləşən 0,12 ha torpaq sahəsinin və Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsinin tərəflər arasında bərbər paylarla naturada bölünməsi, həmin daşınar və daşınmaz əmlakların naturada bölünməsi mümkün olmadıqda həmin əmlakların açıq hərracdan satılması və satışdan əldə olunmuş pul vəsaitinin əmlakların paylı mülkiyyətçiləri arasında onların həmin əmlaklarda olan paylarına mütənasib surətdə, yəni bərabər hissələrdə bölünməsi, qeyd edilən əmlaklar olmadığı təqdirdə həmin əmlakların real bazar dəyərinin tərəflər arasında bərabər bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin iddiaçı iddianın təmini tədbiri haqqında ərizə verərək, Cavabdeh adına qeydiyyata alınmış “Mitsubishi L200” markalı ** NE *** dövlət nömrə nişanlı, “Honda Accord” markalı ** SU *** dövlət nömrə nişanlı, “Mitsubishi Pajero-İO” markalı ** XF *** dövlət nömrə nişanlı, “BMV 328” markalı ** GS *** dövlət nömrə nişanlı, “Lexus LX570” markalı ** SG *** dövlər nömrə nişanlı, “M-21 Volqa” markalı ** DG *** dövlət nömrə nişanlı, “VAZ-21053” markalı ** KU *** dövlət nömrə nişanlı, “X5 Mİ” markalı ** HF *** dövlət nömrə nişanlı avtomobillərin özgəninkiləşdirilməsi, avtomobillərin cavabdeh və digər şəxslər tərəfindən istismar olunmasının, avtomobillərə dair hər hansı hərəkətin edilməsinin cavabdeh və üçüncü şəxslərə qadağan edilməsi, avtomobillərin saxlanılaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X3 cərimə meydançasına yerləşdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1295/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı ilə iddianı təmin etmə tədbirinə dair ərizə qismən təmin edilərək, Cavabdeh adına qeydiyyata alınmış “Mitsubishi L200” markalı ** NE *** dövlət nömrə nişanlı, “Honda Accord” markalı ** SU *** dövlət nömrə nişanlı, “Mitsubishi Pajero-İO” markalı ** XF *** dövlət nömrə nişanlı, “BMV 328” markalı ** GS *** dövlət nömrə nişanlı, “Lexus LX570” markalı ** SG *** dövlər nömrə nişanlı, “M-21 Volqa” markalı ** DG *** dövlət nömrə nişanlı, “VAZ-21053” markalı ** KU *** dövlət nömrə nişanlı, “X5 Mİ” markalı ** HF *** dövlət nömrə nişanlı avtomobillərin özgəninkiləşdirilməsinin, avtomobillərin cavabdeh və digər şəxslər tərəfindən istismar olunmasının, avtomobillərə dair hər hansı hərəkətin edilməsnini cavabdeh və üçüncü şəxslərə qadağan edilməsi qərara alınmışdır. Həmin qərardaddan Cavabdeh nümayəndəsi və vəkili X1 şikayət verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1295/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, əvvəlki məhkəmə aktları mübahisələndirilən avtomobillərin üzərində tərəflərin arasında bərabər paylar müəyyən olunmuş və həmin qeydlər Azərbaycan Respublikası DİN-nin Dövlət X4 qeydə alınmış, hər avtomobilin üzərində məhdudiyyət növü qrafasında qeyd edilmişdir ki, 1/2 pay tərəflərin arasında məhkəmə qətnaməsi əsasında müəyyən edilmişdir. Həmin məhdudiyyət növü qeyd olunduqdan sonra hər bir tərəf mübahisələndirilən avtomobillərin üzərində heç bir əməliyyat apara bilməz. Ona görə də hesab edir ki, mübahisələndirilən avtomobillərin üzərində hər hansı məhdudiyyətin qoyulması artıqdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə şikayəti əsassız hesab edərək, təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, işin materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli və iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 158.1.1, 158.1.2, 158.1.3cü maddələrinə əsasən məhkəmə iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq, müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək, mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan edə bilər. Yuxarıda qeyd olunan mülki qanunvericiliyin tələblərinə əsasən iddianı təmin etmək barədə qəbul edilmiş qərardad müvəqqəti xarakter daşıyır və iş üzrə gələcəkdə qətnamənin icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilən hallara dair şübhələr olduqda iddianın təmin etmək üçün nəzərdə tutulmuş tədbirlər görülə bilər. Bununla da, məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və hazırki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2020ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-6257/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6257/2020
18.08.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver