Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6257/2024 19.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-6257/2024 (Açar sözlər: maddi və mənəvi zərərin ödənilməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X17 və X11 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi İddiaçının nümayəndə-vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə (Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Azərbaycan Respublikası Baş Prokurorluğu mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi və s” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2452/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə 19 dekabr 2024-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı mərhum həyat yoldaşı X9 “vətənə xəyanət” etməkdə şübhəli bilinərək 16 iyun 2017-ci il tarixində bir qrup şəxs tərəfindən saxlanılmış və komanda məntəqəsinə gətirilərək qanunsuz sorğulamalara məruz qalmışdır. Məntəqədə saxlanıldığı müddətdə ona ağır işgəncələr verilmiş və nəticədə həyatını itirmişdir.
2. X4 qanunsuz sorğulamalara cəlb edilərək saxlanılması və ağır işgəncələrlə bir günün içərisində öldürülməsi faktı Tərtər Hərbi Məhkəməsinin 1(098)-187/2018 saylı, 28 dekabr 2018-ci il tarixli hökmü ilə öz təsdiqini tapmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Azərbaycan Respublikası Baş Prokurorluğu mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, maddi zərər olaraq 340.000 manat, mənəvi zərər olaraq isə 3.000.000 manat həcmində kompensasiyanın indeksasiya olunmaqla cavabdehdən alınaraq iddiaçıya ödənilməsi, X1 maaş qismində aldığı pul vəsaitinin hər ay ömürlük olmaqla övladlarına və həyat yoldaşı İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2016-cı il aprel ayının əvvəlində düşmən təxribatları nəticəsində sərhəd boyunca başlayan döyüşlər cəmi dörd gün davam etdi və “Aprel döyüşləri” kimi Azərbaycan tarixinə düşdü. Döyüşlər əsasən, Tərtər bölgəsində baş verdi və bəzi mövqelərimiz düşməndən azad olunmaqla, Azərbaycan Ordusunun üstünlüyü ilə nəticələndi və bununla da “keçilməz erməni səngərləri” haqqında mif alt-üst edildi və ordumuz nəyə qadir olduğunu real olaraq düşmənə göstərdi. Bu tarixi döyüşlərdən cəmi bir il sonra, yəni 2017-ci ilin may ayının 1-dən başlayaraq, Tərtər bölgəsində yerləşən hərbi hissələrdə xidmət göstərən və birbaşa “Aprel döyüşləri”nin iştirakçısı olan hərbi qulluqçular arasında kütləvi şəkildə olmaqla, “düşmənə hərtərəfli xidmət göstərən xəyanətkarlar” axtarılmağa başladı və bu barədə 2017-ci il may ayının 7də Azərbaycan Respublikası Baş Prokurorluğu, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti birgə bəyanat yaydı (Ətraflı: https:/ genprosecutor.gov.az/az/post/1752). Həmin bəyanatda deyilirdi: “Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat və xüsusi xidmət orqanları tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Tərtər rayonu istiqamətində yerləşən bölmələrinə və yaşayış məntəqələrimizə qarşı genişmiqyaslı təxribat fəaliyyətinin həyata keçirilməsinin planlaşdırıldığı barədə əldə edilmiş məlumat əsasında aparılmış tədbirlər nəticəsində müəyyən olunub ki, xalqına, vətəninə və dövlətinə xəyanət yolunu tutan iradəsi zəif, vətəndaşlıq ruhunu və vətəninə bağlılığını itirmiş bir qrup hərbi qulluqçular və digər mülki şəxslər Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq düşmən kəşfiyyatçıları ilə məxfi əməkdaşlığa cəlb edilərək müxtəlif vaxtlarda maddi maraqları naminə hərbi sirr təşkil edən məlumatları əldə etməklə düşmən tərəfinə ötürüblər”. Bəyanatdan o da məlum oldu ki, Azərbaycan Respublikası Hərbi Prokurorluğu dövlətə xəyanət və hərbi xidmət əleyhinə olan digər cinayət faktları üzrə 3 may 2017-ci ildə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) və digər bir sıra maddələri ilə cinayət işi başlayıb. Bir müddət sonra isə bu “cinayət işi” üzrə məhkəmələrin hökmü ilə 25 nəfər şəxsin təqsirləndirilərək 10 ildən 20 ilədək müddətə azadlıqdan məhrum edildiyi, eyni zamanda, yüzlərlə əsgər və zabitin (dəqiq sayı məlum deyil) bu “cinayət işinin istintaqı” zamanı amansız işgəncələrə məruz qaldığı və ən azı 11 nəfər hərbiçinin vəhşicəsinə, verilən işgəncələr nəticəsində həyatını itirdiyi barədə xəbərlər yayıldı. Bütün bu qanlı hadisələr Azərbaycan cəmiyyətində şərti olaraq, “Tərtər işi”, “Tərtər terroru”, “Tərtər qətliamı” kimi adlanır və mütəmadi olaraq, geniş ictimai müzakirələrə səbəb olur. İddiaçı mərhum həyat yoldaşı, N nömrəli hərbi hissənin 4-cü taborunun, 12-ci bölüyünün, 3-cü tağım komandirinin müavini olmuş, gizir X9 da, 16 iyun 2017-ci il tarixində, günorta saatlarında (həmin vaxt keçirilən təlimlərlə əlaqədar taborun şəxsi heyəti ilə birgə olduğu X25) qanunsuz sorğulamaların aparıldığı işgəncə məkanına gətirilmış və elə həmin gün, dəhşətli işgəncələr nəticəsində öldürülmüşdür. X4 ölümü ilə bağlı Tərtər Hərbi Məhkəməsinin 1(098)-187/2018 saylı, 28 dekabr 2018-ci il tarixli hökmündə yazılır: “...Korpusun hüquqşünası X34 Nazirliyinin 1-ci təhqiqat bölməsində Asiman Abasovun barəsində aparılan araşdırma zamanı onun verdiyi məlumatların araşdırılacağını bildiyi halda, cinayətkar əməllərini davam etdirərək, Asiman Abasovun qanunsuz sorğu-sual prosesi zamanı düşmən hərbi qulluqçusunun ona dediyi məlumata istinadən bildirdiyi, hərbi hissənin guya düşmənlə məxfi əməkdaşlıq edən Ruslan adlı hərbi qulluqçusunun, N nömrəli hərbi hissənin 4-cü taborunun 12-ci bölüyünün 3-cü tağım komandirinin müavini, gizir X4 olmasını hesab edib, sonuncunun 16 iyun 2017ci il tarixdə, günorta saatlarında, həmin vaxt keçirilən təlimlərlə əlaqədar taborun şəxsi Heyəti ilə birgə olduğu X25 dərinləşdirilmiş komanda məntəqəsinə, üzərində xəsarət və ya xəsarət izləri, səhhəti ilə bağlı şikayətləri olmayan, sərbəst şəkildə hərəkət edən vəziyyətdə gətirilməsini təmin etmişdir. Bundan sonra Fuad Ağayevin qanunsuz göstərişinə əsasən, Nicat Niftalıyev, Nemət Poladov və X32 Ocaxverdiyevin əllərini arxadan yapışqanlı lentlə bağladıqdan, habelə ətrafda baş verənləri görməməsi üçün hərbi papağını onun gözünün üstünə salıb üstündən yapışqanlı lentlə bağladıqdan sonra yerin altında yerləşən komanda məntəqəsinin otaqlarından birinə aparmış, orada Fuad Ağayevin göstərişi ilə Ruslan Ocaxverdiyevin əllərini açıb, əynində olan bütün paltarlarını tam soyundurduqdan sonra yenidən əllərini arxadan yapışqanlı lentlə bağlamışlar. X33 Fuad Ağayevin göstərişi ilə qanunsuz olaraq psixoloji təsir vasitəsi kimi Ruslan Ocaxverdiyevin qoluna və sağrı nahiyəsinə, əvvəlcədən həmin məqsədlə özü ilə götürdüyü, güclü fiziki ağrı və keyimə hissi verən dərman preparatını iynə ilə yeritmiş, Fuad Ağayev danışmayacağı halda iynənin təsirindən birazdan ayağının “quruyacağını”, danışacağı təqdirdə isə başqa iynə vurulacağını və əvvəlki iynənin mənfi nəticəsinin olmayacağını, başqa çıxış yolunun olmadığını bildirərək, Ruslan Ocaxverdiyevdən düşmənlə münasibətləri barədə məlumat verməsini tələb etmiş, o isə düşmənlə əməkdaşlıq etmədiyini, təqsirsiz olduğunu bildirdikdə, ondan etirafedici məlumat almaq, qorxutmaq, törədilməsi ehtimal olunan, şübhəli bilindiyi əmələ görə “cəzalandırmaq”, iradəsi əleyhinə hər hansı əməli törətməyə məcbur etmək məqsədi ilə Fuad Ağayevin göstərişi ilə Nicat Niftalıyev, Nemət Poladov və X32 Ocaxverdiyevi arxası üstə yerə uzadıb, tərpənməməsi, müqavimət göstərə bilməməsi üçün qollarından və ayaqlarından tutmuş, X3saqol alt köynəyini qatlayıb onun ağzının üstünə, sifətinin üzərinə qoymuş, Nicat Niftalıyev, Nemət Poladov və Nicat Paşayev tərəfindən əvvəlcədən gətirilərək həmin otağa qoyulmuş, 1 litrlik plastik su qabı ilə vannadan və vedrədən su doldurub, başından tutub saxlayaraq, suyu köynəyin üstündən Ruslan Ocaxverdiyevin ağzına tökmüş, su ağzına dolduğundan və nəfəs ala bilmədiyindən boğulmaq həddinə çatdıqda ağzının üstündən köynəyi götürərək nəfəs almasına imkan vermiş, sonra yenidən həmin prosesi təxminən 15-20 dəqiqə ərzində eyni qaydada bir neçə dəfə davam etdirmiş, ağzına su tökülərkən Ruslan Ocaxverdiyev boğularaq çabaladıqda Nicat Niftalıyev, Nemət Poladov və Nicat Paşayev onu tutub saxlamış, lakin hər dəfə soruşduqda Ruslan Ocaxverdiyev düşmənlə əlaqəsini təkzib etmiş, Nemət Poladovla birlikdə Ruslan Ocaxverdiyevə işgəncə verməyə davam etmişdir. Bundan sonra Fuad Ağayev, Nicat Niftalıyev və Nicat Paşayevlə birlikdə, Ruslan Ocaxverdiyevin ağzına su tökərək ona işgəncə verməyə davam edərək və eyni zamanda onun qarın və bədəninin digər nahiyələrinə çoxsaylı yumruq və təpik zərbələri vuraraq, qəsdən xüsusi amansızlıqla, o cümlədən ağır iztirablar verməklə aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı insan həyatı üçün təhlükəli olan zorakı hərəkətlər edib, Ruslan Ocaxverdiyevə sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin edilməyən “alt dodaqda sağda 1 ədəd, üst dodaqda ortada 1 ədəd, sol ağız bucağı nahiyəsində 1 ədəd, sağ ağız bucağında 1 ədəd olmaqla, cəmi 4 ədəd əzilmiş yaralar, sol dirsək oynağının arxa səthində 1 ədəd, sol saidin aşağı 1/3-nin iç səthində 1 ədəd, sağ dirsək oynağının arxa səthində 1 ədəd, sol baldırın orta 1/3-nin bayır səthində 1 ədəd sıyrıqlar, sağ saidin orta 1/3- nin ön səthində 1 ədəd, sağ mil-bilək oynağının və əl pəncəsinin arxa səthində 2 ədəd, sol mil-bilək oynağının arxa iç səthində 2 ədəd və bayır səthində 2 ədəd qançırlar” xəsarətləri, sağlamlığa yüngül zərərvurmaya aid olan “başın təpə nahiyəsinin yumşaq örtük toxumasında və sağ böyrəkətrafı yumşaq toxumada qansızmalar” xəsarətləri, sağlamlığa ağır zərər vurmaya aid olan “döş qəfəsinin və qarnın küt travması-döş qəfəsi və qarın əzələlərinə qansızmalar, qaraciyərin sağ payının ön səthində qansızma, mədə divarına yayılmış qansızmalar, selikli qişasında çoxsaylı səthi cırılmalar və diffuz qansızmalar, mədə qanaxması (boşluğunda 150-200 ml miqdarında duru, qanlı möhtəviyyat)” xəsarətlərini yetirmiş, sonuncu dəfə Fuad Ağayev köynəyi Ruslan Ocaxverdiyevin üzündən açanda onun nəfəs almadığı, hərəkətsiz olduğu məlum olmuş, bundan sonra göstərilən tibbi yardımların nəticəsi olmamış, Ruslan Ocaxverdiyevin döş qəfəsinin və qarnın küt travması nəticəsində, yəni ağzına tökülmüş çoxlu miqdarda su ilə dolmuş vəziyyətdə olan mədəsinə, habelə sinə nahiyəsinə vurulmuş çoxsaylı zərbələrin təsirindən mədəsinin selikli qişasında əmələ gəlmiş çoxsaylı cırılmalardan yaranmış mədə qanaxması ilə əlaqədar mədəsinə toplanmış qanlı möhtəviyyatın, o, arxası üstə uzadılmış, müqaviməti qırılmış vəziyyətdə saxlanıldığından, habelə ağzının üzərinə əski parçası qoyularaq davamlı şəkildə su töküldüyündən, beləliklə də ağzından ifraz olunmaq imkanı aradan qalxdığından, tənəffüs yollarına sorulmasından (aspirasiyasından) və mənfəzlərinin tutulmasından (obturasiyasından) törənmiş mexaniki asfiksiya nəticəsində, o, saat 15:30 radələrində yerin altında yerləşən dərinləşdirilmiş komanda məntəqəsində ölmüş, Fuad Ağayevin bilavasitə özü rəhbərlik etməklə və göstəriş verməklə, Nicat Niftalıyev, Nemət Poladov və Nicat Paşayevlə qabaqcadan əlbir olan bir qrup şəxs halında, Ruslan Ocaxverdiyevin sağlamlığına qəsdən insan həyatı üçün təhlükəli olan ağır zərər vurmaları ehtiyatsızlıqdan onun ölümünə səbəb olmuşdur” (1-ci cild; səh.52-53). X4 qanunsuz sorğulamalara cəlb edilərək saxlanılması və ağır işgəncələrlə bir günün içərisində öldürülməsi faktı, Tərtər Hərbi Məhkəməsinin 1 (098)-187/2018 saylı, 28 dekabr 2018-ci il tarixli hökmü ilə, həmçinin, Tərtər Hərbi Məhkəməsinin 1 (098)-7/2019 saylı, 31 yanvar 2019-cu il tarixli hökmü ilə və Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır Cinayətlərə dair işlər üzrə İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi Qasım Məmmədovun icraatında olan ********* saylı cinayət işinin materialları və yüzlərlə şahid ifadələri ilə öz təsdiqini tapmışdır. Lakin həmin cinayət işləri üzrə təqsirləndirilən şəxslər ordumuzun yüzlərlə əsgər və zabitlərinə qarşı ağlagəlməz, dəhşətli işgəncə növlərini amansızlıqla tətbiq etməklərinə baxmayaraq, onlara etdikləri cinayət əməlinə uyğun olmayan, çox cüzi cəzalar verildi və zərərçəkmiş şəxslər, oğul itirmiş analar və həyat yoldaşları işgəncə altında öldürülmüş xanımlar onlara qarşı edilən bütün təsir və təzyiqlərə baxmayaraq, illərlə, öz haqlarını tələb etməklə müxtəlif instansiyalara, eyni zamanda, ölkə başçısına yazılı müraciətlər və açıq çağırışlar etdilər. Yüzlərlə zərərçəkmişə misli görünməmiş üsullarla işgəncələrin verildiyi bu cinayət işinə yenidən baxılmasını və iş üzrə istintaqın təzələnməsini tələb etdilər. Nəticədə ölkə başçısının göstərişi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunda sözügedən cinayət işinin istintaqı təzələndi. Yenidən başladılmış istintaqın nəticəsi olaraq Azərbaycan Respublikası Baş Prokurorunun müraciəti əsasında sözügedən iş üzrə məhkəmələrin müvafiq hökm və qərarlarına Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunda yeni açılmış hallar üzrə yenidən baxıldı. “Dövlətə xəyanət” adı altında dəhşətli işğəncələr görmüş və 10 ildən 20 ilə qədər qanunsuz olaraq azadlıqdan məhrum edilmiş əsgər və zabitlərin barəsindəki bütün cinayət işlərinə bəraətverici əsaslarla xitam verildi, öldürülən şəxslərin və digər zərərçəkmişlərin üzərindən “Vətən xaini” damğası götürüldü. Yenidən aparılmış istintaqın nəticəsi olaraq zərərçəkmiş şəxslərin təqsiri sübuta yetirilmədiyindən, onların tutulması, saxlanılması, qanunsuz sorğulamalara cəlb edilməsi, təqsirləndirilən şəxs qismində azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi nəticəsində onlara vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası onlara izah edildi (Ətraflı bu linkdə: https://apa.az/az/hadise/terter-isi-uzre-cinayetislerininicraati-tezelenib-birgemelumat-video-676760). Bu işdə yuxarıda qeyd edilmiş tələbkarlardan biri də İddiaçı oldu. İki azyaşlı övladı ilə birgə yaşadığı maddi çətinliklərə baxmayaraq, o, 7 il ərzində mərhum həyat yoldaşının haqqını tələb etməkdən bir addım belə geri çəkilmədi. Ruslan Ocaqverdiyev aldığı çoxsaylı xəsarətlər nəticəsində işgəncə məkanında həyatını itirdikdən sonra, ailəsinə xəbər verilmədən Müdafiə Nazirliyinin tanımadığı əməkdaşları tərəfindən kəndə gətirilmiş və “vətən xaini” kimi, kənd qəbirstanlığında urvatsız şəkildə basdırılmışdır. O isə həyat yoldaşının “vətən xaini” olmasına heç cür inanmasa da, Müdafiə Nazirliyinin vəzifəli şəxslərinin və digərlərinin qanunsuz hərəkətləri nəticəsində həyat yoldaşının heç bir günahı olmadan öldürülməsinin əzabını çəkməklə yanaşı, həm də iki azyaşlı övladı ilə birgə daha ağır və dözülməz məhrumiyyətlər yaşamağa məhkum olunmuşdur. Belə ki, həyat yoldaşının barəsində istər xidmət yoldaşlarının, istərsə də yaşadıqları rayonda (kənddə) əhali arasında yaranmış mənfi fikir və şübhələr, “vətən xaininin arvadı”, “vətən xaininin övladları” və bu kimi eşitdiyi sözlər, edilən qınaqlar bir gənc qadın və iki məktəbli uşaq üçün dözülməz hala çevrilmiş və onlar utanc hissləri ilə yaşadıqları evlərini və kəndlərini tərk etməyə məcbur olmuşlar. Lakin hara getsələr də, həyat yoldaşına vurulmuş bu qara ləkə hər yerdə onların baş qaxıncı olmuşdur. Bütün bu olanlar onun və övladlarının şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olmuş və onlara çox ağır sarsıntılar yaşatmışdır. Həyat yoldaşının dövlətə xəyanət adı altında qanunsuz əməllərə məruz qalması təkcə ona deyil, həm də gələcəyin əsgəri olan azyaşlı balalarına da, saysız-hesabsız psixi, fiziki və mənəvi olmaqla, ağır və dözülməz iztirablar yaşatmış və bu gün də həmin iztirablarla yaşamaqdadırlar. Eyni zamanda, 10 ilə yaxın bir müddət ərzində birgə yaşadığı həyat yoldaşının heç bir günahı olmadan, 31 yaşında ağır işgəncələr altında öldürülməsi və bununla da ikisi azyaşlı olmaqla, üç nəfərlik ailəyə hansı dərəcədə, həm mənəvi, həm də maddi zərər vurulması işin mübahisə olunmayan tərəfidir. Odur ki, qanuna müvafiq olaraq iddiaçıya vurulmuş maddi və mənəvi ziyanın əvəzi ödənilməlidir. Ruslan Ocaxverdiyev hərbçi kimi qulluq etdiyi ərazidən qanunsuz olaraq işgəncə məkanına aparılaraq, amansızlıqla öldürülən zaman İddiaçı cəmi 29 yaşı var idi. Ev xanımı idi, ikiazyaşlı övladı vardı və heç bir yerdə işləmirdi. Ailənin bütün təminatı həyat yoldaşının üzərində idi. Güvəndiyi həyat yoldaşı, özünün və uşaqlarının qayğısız həyatının təminatçısı olan ailə başçısı, uşaqlarının atası var idi. Lakin birdən-birə o sakit, qayğısız, güvənli həyatı darmadağın oldu. Uşaqları utandıqlarından məktəbə gedə bilmədilər, çünki həmişə fəxr etdikləri atalarına “xain” deyilirdi artıq. Özü isə onlara edilən tənələrə, ona rişxənd edən insanlara, hər dəfə onu aşağılayan baxışlara dözə bilmədi. Övladlarını da götürüb, heç kimin görmədiyi, bilmədiyi bir yerə getmək istədi, lakin bu da çıxış yolu olmadı. Hər yerdə əzildi, sındı, utandı. Bütün bu əzabları bitirmək üçün özünü öldürmək, onu yaşamağa qoymayan, utandıran, sıxan həyatından qurtulmaq istədi, lakin iki körpə balasını düşündü, bacarmadı, yaşamaq məcburiyyət oldu ona. Dərin depressiya yaşadı, lakin sonunda çıxış yolunu amansız işgəncələr altında öldürülən həyat yoldaşının, uşaqlarının və özünün haqqı uğrunda mübarizə aparmaqda gördü və bilmədiyi, görmədiyi, hər addımında təhdid, qorxu, şantaj, hədə dolu çətin bir yola çıxdı. Övladları günlərlə bağlı qapı arxasında təkbaşına, qorxu içində, acsusuz qaldı. Bütün bu yaşadıqları iddiaçının sağlamlığına və mənəviyyatına çox ağır zərbələr və sağalmaz yaralar vurdu. X4 zərərçəkmiş şəxs qismində tanındığı cinayət işi üzrə cəlb edilmiş təqsirləndirilən şəxslər iddiaçılara və digər şəxslərə işgəncə verən, bu prosesi təşkil edən zaman Azərbaycan dövlətini təmsil ediblər, Yəni adi mülki vətəndaş kimi yox hərbi hissənin Müdafiə Nazirliyi tərəfindən təyin edilmiş hərbi rütbəli vəzifəli şəxsləri kimi çıxış ediblər. Müdafiə Nazirliyinin digər qurumlarla birlikdə 07 may 2017-ci il tarixli bəyənatından sonra dövlətə xəyanət və digər cinayət faktlarının araşdırılması üçün tabeçiliyində olan iddiaçı və çoxsaylı digər hərbi qulluqçuları xidmət yerlərindən (postlardan, döyüş mövqelərindən, bölüklərdən) həbi hissənin digər ərazilərində yerləşən bölük və hissələrinə aparmağa göstəriş vermiş, qara maskada olan digər hərbi hissələrdən olan hərbi qulluqçuların ixtiyarına vermişlər. Azərbaycan Respublikası Baş Prokurorluğunun yaydığı rəsmi məlumatlardan görünür ki, 2017-ci ilin may-iyun ayları ərzində Ağdam, Tərtər, Beyləqan və digər rayonlar ərazisində həm 1-ci, həm də 2-ci Ordu korpuslarının tərkibinə daxil olan müxtəlif hərbi hissələrdən N nəfər hərbi qulluqçu (zabit, gizir, müddətdən artıq və müddətli hərbi xidmət hərbi qulluqçuları) qanunsuz olaraq azadlıqdan məhrum edilmiş, işgəncəyə və qeyri-insani rəftara məruz qalmışlar ki, onlardan da 11 nəfəri bu qanunsuz proses zamanı həyatlarını itirmişdir. Başqa sözlə, cinayət əməlləri Müdafiə Nazirliyinin tabeçiliyində olan 1 Ordu korpusunda yüzlərlə hərbi qulluqçunu əhatə etmişdir, cinayət əməlləri qısa müddət ərzində deyil, ən azı 2 ay ərzində davamlı şəkildə həyata keçirilmişdir. Bu səbəblərdən də təqsirləndirilən şəxslərin belə böyük miqyasda və uzun müddət ərzində həyata keçirdiyi qanunazidd əməllər nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi AR Mülki Məcəlləsinin 1100-cü maddəsinin tələbləri əsasında həyata keçirilməlidir. Həmin tələblərdən göründüyü kimi, dövlət orqanlarının və bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası ödəməlidir. Qeyd edilənlərdən, məhkəmə hökmlərindən və istintaq sənədlərindən məlum olur ki, R.Ocaxverdiyev ağlasığmaz formada ən ağır işgəncələrə məruz qalmış, nəticədə faciəli şəkildə həyatını itirmişdir. Bütün bunlar azmış kimi, ona “vətən xaini” ləkəsi vurulmuş, bunun nəticəsində bütün yaxınları əzab-əziyyətə və mərhumiyyətlərə məruz qalmışlar. Azyaşlı uşaqları ata qayğısından məhrum olmaqla yanaşı, cəmiyyət içərisində utanc hissi ilə yaşamış, iddiaçı özü tənhalığa qapılmış, intihara meyllilik hissləri ilə yaşamış, uzun illər fəal ictimai həyat tərzindən mərhum olmuş, şəxsi və ailə sirləri cəmiyyət içərisində təhrif olunmuş qaydada yayılmış, şərəf, ləyaqət və işgüzar nüfuzlarına ləkə gəlmiş, illərlə cəmiyyətdən təcrid olunmuşlar. Belə ki, yaşadıqları kənddə, rayonda toya, yasa gedə bilməmiş, qohum-qonşu arasında utanc hissi ilə yaşamış, daima mənəvi narahatlıq, stres və əzab hissləri keçirmiş, ətrafdakı insanlar tərəfindən mütəmadi olaraq, alçaldıcı və təhqiredici hərəkətlərə, münasibətlərə məruz qalmış, nəticədə sağlamlığını da itirmişdir. Bu səbəblərdən vurulmuş mənəvi ziyanın əvəzini hər hansı bir pul qarşılığında kompensasiya etmək mümkün olmasa da, iddiaçı nisbi olaraq, ona və övladlarına vurulmuş mənəvi zərəri 3 000 000 (üç milyon) manat məbləğində qiymətləndirir. Həmçinin, bundan sonra həyatı yurd-yuvasından, evindən-təsərrüfatından ayrı düşərək, Bakı şəhərində, rayon mərkəzində və digər yerlərdə kirayələrdə, işsiz və gəlirsiz qalıb, iki körpəni atasız böyütməklə, həyat yoldaşına olan haqsızlıqlarla mübarizə aparmaqla, vəkil axtarmaq və ona pul ödəmək, yüzlərlə dövlət idarələrinə qəbullara getmək, teleqramlar, ərizələr, şikayətlər göndərmək, digər ailələri tapıb onlarla birgə hərəkət etməklə mübarizə aparmaq, sübutlar toplamaq, Tərtər, Gəncə, Şəki və Bakı şəhərlərində illərlə gedən məhkəmələrdə iştirak etməklə davam edib. Bütün bunlar isə qaçılmaz şəkildə mənəvi ağır psixoloji travmaları birə on qat artırıb, eyni zamanda onsuz da bərbad olan maddi vəziyyətlərini daha da pisləşdirib. Bütün bunlarla yanaşı, o həm də maddi gəlirlərindən, həmçinin, əldən çıxmış fayda olaraq digər gəlirlərindən məhrum olmuşdur. Belə ki, Ruslan Ocaqverdiyev işlədiyi müddət ərzində, yəni 2017-ci ilin iyun ayının 16-a qədər hər ay, 1132 manat maaş qismində və digər əlavə ödənişlər almışdır. Əgər 2017-ci ilin iyun ayında öldürülməsə idi, R.Ocaxverdiyevin öldürüldüyü tarixdən bu günə qədər keçən 83 ay ərzində ailə, 93 956 manat maaş qismində pul vəsaitinə malik ola bilərdi. Bundan əlavə, əldən çıxmış fayda olaraq, vəzifədə yüksəliş, hərbçilərin maaşlarının artırılması, həmin pulun müəyyən bir qisminin hansısa, bir işə yatırılaraq əlavə gəlirlərin də əldə olunmasını nəzərə alsaq, ümumlikdə ailənin itirdiyi vəsait 300 000 (üç yüz min) manat məbləğində dəyərləndirilməlidir. İddiaçı maddi çətinliklər ucbatından bir neçə dəfə müxtəlif vaxtlarda, müxtəlif şəxslərdən ümumilikdə 5000 manatdan çox borc və müxtəlif banklardan ümumi həcmi 10 000 manata yaxın kredit götürməyə məcbur olub. Bundan əlavə, iddiaçı əsassız ittiham və işgəncələr nəticəsində, eyni zamanda yoldaşının dövlətə xəyanət kimi ağır mənəvi iztirab verən cinayətdə əsasız ittiham edilərək öldürülməsi nəticəsində ciddi psixoloji travmalar alıb və bu səbəbdən fiziki sağlamlığına zərər dəyib. Bu psixoloji travmaların müalicəsi uzun müddətli və çox bahalıdır, dəfələrlə psixoterapevtin seanslarına getmək, müxtəlif bahalı dərmanlarla müalicə kursları almaq, massaj seansları almaq, iynə terapiyası (akupunktuasiya), müalicəvi bədən tərbiyəsi, manual terapiya, qrup və fərdi məşğuliyyətlər lazımdır. Bu sahədə həkimin, bir seans qəbulu 102 manat təşkil edir, stasionarda bir gün qalmaq 122 manatdır. Beləliklə, iddiaçıya tam reabilitasiya və fiziki sağlamlığına vurulmuş zərəri aradan qaldırmaq üçün təxminən 10 000 (on min) manat civarında vəsait lazımdır. 2017-ci ildən hazırkı tarixə qədər Bakı şəhəri də daxil olmaqla, respublikanın bir çox şəhər və rayonlarında gedən məhkəmə proseslərində və digər proseslərdə iştirak etmək üçün çəkilən xərclər 15.000 manat civarında dəyərləndirilməlidir. Ruslan Ocaxverdiyev 2017-ci ilin iyun ayının 16-da qanunsuz saxlanılaraq işgəncələrlə öldürüldükdən sonra ölkədə həm ümumi, həm sahəvi – xüsusi inflyasiya daim olub: ərzaq, geyim və s. bazarı, əmək bazarı, əmlak-kirayə və torpaq alqı-satqı bazarı və s. Buna görə də, bütün tanınacaq olan zərərlərin aid olduqları sahələr üzrə və ümumi ölkə inflyasiyası göstəricilərinə uyğun indeksləşməsi aparılmalı və həmin məbləğlər də cavabdehdən tələb edilməlidir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən cavabdeh təşkilatdan aşağıdakı kompensasiya məbləğləri tələb olunur: maddi zərər kimi – 340.000 manat, mənəvi zərər kimi – 3.000.000 manat. Həmçinin, həmin məbləğlər azı 38% həcmdə inflyasiyaya görə indeksləşdirilərək ödənilməlidir.
5. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi iddia tələbinə etiraz ərizəsi təqdim edərək, iddianın rədd edilməsini xahiş etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı hüquq-mühafizə orqanlarının işgəncə və qeyri-insani hərəkətləri nəticəsində həyatdan məhrum olmuş həyat yoldaşı X4 ölümünü əsas gətirərək mənəvi ziyanın ödənilməsi tələbi ilə çıxış edərək Azərbaycan Respublikasının Maliyyə Nazirliyini cavabdeh qismində müəyyən etmiş və iddia tələbini ərizəsində qeyd etdiyi kimi hüquq pozuntusu törədən Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə deyil, Maliyyə Nazirliyinə yönəltmişdir. İlk növbədə qeyd edilməlidir ki, iddia predmetinin əsasını təşkil edən hallar «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikasının Qanununda göstərilən əsasları özündə ehtiva etməmişdir. Belə ki, iddiaçı iddia ərizəsində həmin qanuna istinad edərək hüquqlarının pozulduğunu və bu əsasla da ona dəymiş ziyanın dövlət büdcəsi hesabına ödənilməsini məhkəmədən tələb etmişdir. Həmçinin, iddia ərizəsində mərhum X4 barəsində ibtidai istintaq orqanları tərəfindən cinayət işinin başlanması, ona ittiham elan edilməsi, habelə ibtidai araşdırma dövründə təhqiqat və ibtidai istintaq orqanlarının qanunsuz hərəkətlərini sübuta yetirə biləcək sənədlər qeyd olunmamış və əlavə edilməmişdir. Dövlətin adından isə Maliyyə Nazirliyi deyil, hüquq pozuntusuna yol vermiş aidiyyəti dövlət orqanı və ya bələdiyyələr çıxış edir. Maliyyə Nazirliyinin sözügedən məhkəmə işlərinə cavabdeh qismində cəlb edilməsi və sonrakı prosessual hərəkətlərin (vəsatətlərin, apellyasiya və kassasiya şikayətlərinin verilməsi və s.) onun tərəfindən həyata keçirilməsi cəmiyyətdə və mediada Nazirliyin fiziki şəxslərə zərər vurulmasında təqsirli olması imicini yaratmaqla, Mülki Məcəllənin 23-cü maddəsində qeyd olunan işgüzar nüfuzuna xələl gətirməkdədir. Həmçinin “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq hər ilin dövlət büdcəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilmiş ayırmalar ciddi şəkildə öz təyinatına uyğun olaraq maliyyələşdirilir və onların icra müddəti büdcə ilinin sonunda başa çatır. Maliyyə Nazirliyi Azərbaycan Respublikası Milli Məclisi tərəfindən hər il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını onların sifarişləri əsasında tərtib olunmuş smetalarına uyğun olaraq mütəmadi maliyyələşdirir. İş materialları əsasında sübut olunur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya qarşı onun hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmasına gətirib çıxaran heç bir qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir, onunla mənəvi zərər arasında səbəbli əlaqə mövcud deyildir. Buna görə də iddia mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh Maliyyə Nazirliyinə münasibətdə təmin edilə bilməz. İddiaçı mənəvi zərərə məruz qaldığını bildirsə də, bu zəzərin məhz Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən vurulması ilə bağlı heç bir sübut göstərməmişdir. İddia ərizəsindən görünür ki, iddiaçı hüquq pozuntusunun Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən törədildiyini bildirsə də, əsaslı səbəb göstərmədən ona dəymiş maddi və mənəvi zərərin Maliyyə Nazirliyi tərəfindən ödənilməsini tələb edir.
6. Birinci instansiya məhkəməsində keçiilmiş məhkəmə iclasında şahid qismində dindirilmiş X20 ifadəsində göstərdi ki, iddiaçının bacısıdır. Hadisədən sonra ona 2.000 manat məbləğində borc vermişdir.
7. Birinci instansiya məhkəməsində keçiilmiş məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, iddiaçı onun gəlininin dayısı qızıdır. Hadisədən sonra ona 3.000 manat məbləğində borc vermişdir.
8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2452/2024 saylı xx.xx.2024cü il tarixli qətnaməsi ilə (hakim Günay Abidova) iddianın qismən təmin edilməsi, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına mənəvi zərərin əvəzi olaraq 40.000 manat məbləğində pulun İddiaçı xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin İİİ hissəsinə, «İnsan hüquqları haqqında Ümumi Bəyannamə»nin 3-cü maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-21.2, 1096, 1097.1 və 1100-cü maddələrinə, «İnsan hüquqlarının və X16 haqqında» Avropa Konvensiyasının 41ci maddəsinə , «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarına, Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»na, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 54.1-54.2, 76.1-76.2, 77.1, 80, 81, 82.4, 88, 106.1, 217.3 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
10. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apelyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, maddi zərərinin ödənilməməsi və tələb edilən mənəvi zərər üçün çox kiçik bir məbləğin ödənilməsi ilə bağlı qətnamə barədə bildirir ki, iddiada qeyd olunan “indeksasiya olunaraq verilməsi” tələbi yalnız maddi ziyanla bağlıdır, mənəvi ziyana aidiyyatı yoxdur, ola bilər ki, bu hissədə iddiaçı tərəfindən texniki səhv, yaxud, məhkəmət tərəfindən səhv anlaşılma olub. Məhkəmə öz qətnaməsində R.Ocaxverdiyevin ölümünü də, qanun pozuntusunu da təsdiq və qəbul edir, lakin 31 yaşında 2 azyaşlı uşaqla tək qalan, həmdə“vətən xaini” kimi öldürülmüş bir hərbçinin dul qalmış arvadı olaraq hansı maddi çətinliklər yaşadığının sübutunun olmamasını əsas gətirərək həmin hissədə iddianı rədd edir. Halbuki, bu ağlabatmayan absurd bir səbəbdir, yəni sübuta ehtiyacı olmayan bir haldır. Eyni zamanda, iddiaçının Kredit müqavilələri, borcla bağlı şahid ifadələri, zərərçəkmişin maaş kartından çıxarışlar məhkəməyə təqdim olunub. Lakin nədənsə, məhkəmə maddi zərərin təmin edilməsi üçün daha mötəbər sübutlara ehtiyac duyur və hesab edir ki, maddi zərərin əvəzinin ödənilməsi tələbinin təmin olunması üçün həmin zərər mötəbər və kifayətedici sübutlarla təsdiq edilməlidir. Belə sübutlar iddiaçı tərəfindən təqdim edilmədiyi üçün məhkəmələrin iddianı maddi zərər hissəsində rədd etməsi üçün əsasdır. Halbuki, AR Mülki Məcəllənin 21-ci maddəsinə müvafiq olaraq, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Bundan başqa məhkəmə qeyd edir ki, mənəvi zərərin kompensasiya edilməsinin məqsədinin zərərçəkmiş şəxsi zənginləşdirmək deyil, məhz onu mənəvicəhətdən rahatlaşdırmaq olması nəzərə alınmalıdır. Göstərilən bütün diqqətəlayiq halları nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçıya dəymiş mənəvi zərərin 40.000 manat məbləğində qiymətləndirilməsi daha ədalətli və ağlabatandır. Hesab edir ki, “Tərtər işi” üzrə zərərçəkmiş şəxslərə qətnamədə qeyd olunan miqdarda kompensasiya ödənilməsi ədalətsizliyin ən bariz nümunəsidir. İnsan hüquqlarının və X16 haqqında Konvensiyanın 3-cü maddəsinə əsasən, heç kəs işgəncəyə, qeyri insani və ya ləyaqətialçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır. Dövlət nümayəndələri tərəfindən Konvensiyanın 3-cü maddəsinə zidd olaraq qəsdən qeyri-insani rəftar hallarında, AİHM dəfələrlə kifayət qədər kompensasiyaüçün iki tədbirin görülməsinizəruri hesab etmişdir: Birincisi, dövlət orqanları təqsirkar şəxslərin müəyyən edilməsi və cəzalandırılması üçün hərtərəfli vəeffektiv araşdırma aparmalıdırlar. İkincisi, ərizəçiyə uyğun olduqda təzminatın ödənilməsi və ya heç olmasa ərizəçiyə qeyri-insani rəftar nəticəsində vurulmuş ziyanın əvəzi olaraq təzminatın istənilməsi və əldə edilməsi imkanı yaradılmalıdır (Gafgen Almaniyaya qarşı, 2010, § 116; Razzakov Rusiyaya qarşı, 2015, § 50). Qeyd edir ki, bu göstərişlərin heç birinə tam olaraq əməl olunmamışdır. Beləliklə, aşağı instansiya məhkəməsi tətbiq etməli olduğu maddi hüquq normalarını tətbiq etməməklə və tətbiq etdiyi maddi hüquq normalarını səhv təfsir etməklə səhvə yol vermiş və nəticədə qanuna söykənməyən, iddiaçının hüquqlarını pozan, ədalətsiz qətnamə qəbul etmişdir. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Heç bir məhkəmə prosesində cavabdeh tərəf iştirak etməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
13. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndə-vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
14. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası
15. Maddə 68. İİİ hissə. Hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır.
Azərbaycan Respublikası Mülki Məcəlləsi
16. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
17. Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır.
18. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir.
19. Maddə 1101.1. Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir.
20. Maddə 1101.2. Təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir.
«Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002ci il tarixli qərarı
21. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəql nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.
«Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarı
22. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X16 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər... Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər.
23. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X12rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərərin ödənilməsi qərarına gəlmişdir.
Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»
24. Bənd 13. Mənəvi zərərə aid məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir
28. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur
29. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.
Apellyasiya baxışının hədləri
30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
32. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində iddianın təmin olunmayan hissəsi mübahisələndirildiyindən, qətnamə həmin hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi mənəvi ziyanın təmin olunan hissəsində dəyişdirilməlidir.
34. Nikah haqqında AZ-T seriyalı 025422 nömrəli şəhadətnamədən görünür ki, X9 ilə X8 nikahı 05 oktyabr 2008-ci il tarixdə 10 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra arvada “Ocaxverdiyeva” soyadı verilmişdir. 35.Ölüm haqqında AZ-İ seriyalı 867844 nömrəli şəhadətnamədən görünür ki, X9 xx.xx.2017-ci il tarixdə qarının və döş qəfəsinin küt travması səbəbindən ölmüşdür.
36. Azərbaycan Respublikasının Hərbi Prokurorluğu tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2017-ci il tarixli məktubdan görünür ki, o, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmət etmiş mərhum əri X4 ölməsi faktı üzrə Hərbi Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaq olunan ********* saylı cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmışdır.
37. Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2019-cu il tarixli 2V-1304 reyestr nömrəli şəhadətnamədən görünür ki, xx.xx.2017-ci il tarixdə ölmüş – X4 vərəsəsi İddiaçıdır. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin xx.xx.2019-cu il tarixli, 2313 nömrəli məktubuna əsasən mərhum X4 adına əşya əmlakın əvəzinə hesablanmış 1291.19 (bir min iki yüz doxsan bir manat on doqquz qəpik) manat pul kompensasiyasından ibarətdir.
38. Tərtər Hərbi Məhkəməsinin 28 dekabr 2018-ci il tarixli, 1(098)-187/2018 saylı hökmündən görünür ki: - zərərçəkmiş şəxsin hüquqi varisi İddiaçı həmin məhkəmə iclasında iştirak etmişdir; - ... Fuad Ağayev, Nicat Niftalıyev və Nicat Paşayevlə birlikdə, Ruslan Ocaxverdiyevin ağzına su tökərək ona işgəncə verməyə davam edərək və eyni zamanda onun qarın və bədəninin digər nahiyələrinə çoxsaylı yumruq və təpik zərbələri vuraraq, qəsdən xüsusi amansızlıqla, o cümlədən ağır iztirablar verməklə aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı insan həyatı üçün təhlükəli olan zorakı hərəkətlər edib, Ruslan Ocaxverdiyevə sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin edilməyən “alt dodaqda sağda 1 ədəd, üst dodaqda ortada 1 ədəd, sol ağız bucağı nahiyəsində 1 ədəd, sağ ağız bucağında 1 ədəd olmaqla, cəmi 4 ədəd əzilmiş yaralar, sol dirsək oynağının arxa səthində 1 ədəd, sol saidin aşağı 1/3-nin iç səthində 1 ədəd, sağ dirsək oynağının arxa səthində 1 ədəd, sol baldırın orta 1/3-nin bayır səthində 1 ədəd sıyrıqlar, sağ saidin orta 1/3- nin ön səthində 1 ədəd, sağ mil-bilək oynağının və əl pəncəsinin arxa səthində 2 ədəd, sol mil-bilək oynağının arxa iç səthində 2 ədəd və bayır səthində 2 ədəd qançırlar” xəsarətləri, sağlamlığa yüngül zərərvurmaya aid olan “başın təpə nahiyəsinin yumşaq örtük toxumasında və sağ böyrəkətrafı yumşaq toxumada qansızmalar” xəsarətləri, sağlamlığa ağır zərər vurmaya aid olan “döş qəfəsinin və qarnın küt travması-döş qəfəsi və qarın əzələlərinə qansızmalar, qaraciyərin sağ payının ön səthində qansızma, mədə divarına yayılmış qansızmalar, selikli qişasında çoxsaylı səthi cırılmalar və diffuz qansızmalar, mədə qanaxması (boşluğunda 150-200 ml miqdarında duru, qanlı möhtəviyyat)” xəsarətlərini yetirmiş, sonuncu dəfə Fuad Ağayev köynəyi Ruslan Ocaxverdiyevin üzündən açanda onun nəfəs almadığı, hərəkətsiz olduğu məlum olmuş, bundan sonra göstərilən tibbi yardımların nəticəsi olmamış, Ruslan Ocaxverdiyevin döş qəfəsinin və qarnın küt travması nəticəsində, yəni ağzına tökülmüş çoxlu miqdarda su ilə dolmuş vəziyyətdə olan mədəsinə, habelə sinə nahiyəsinə vurulmuş çoxsaylı zərbələrin təsirindən mədəsinin selikli qişasında əmələ gəlmiş çoxsaylı cırılmalardan yaranmış mədə qanaxması ilə əlaqədar mədəsinə toplanmış qanlı möhtəviyyatın, o, arxası üstə uzadılmış, müqaviməti qırılmış vəziyyətdə saxlanıldığından, habelə ağzının üzərinə əski parçası qoyularaq davamlı şəkildə su töküldüyündən, beləliklə də ağzından ifraz olunmaq imkanı aradan qalxdığından, tənəffüs yollarına sorulmasından (aspirasiyasından) və mənfəzlərinin tutulmasından (obturasiyasından) törənmiş mexaniki asfiksiya nəticəsində, o, saat 15:30 radələrində yerin altında yerləşən dərinləşdirilmiş komanda məntəqəsində ölmüş, Fuad Ağayevin bilavasitə özü rəhbərlik etməklə və göstəriş verməklə, Nicat Niftalıyev, Nemət Poladov və Nicat Paşayevlə qabaqcadan əlbir olan bir qrup şəxs halında, Ruslan Ocaxverdiyevin sağlamlığına qəsdən insan həyatı üçün təhlükəli olan ağır zərər vurmaları ehtiyatsızlıqdan onun ölümünə səbəb olmuşdur...
39. Azərbaycan Respublikasının Baş Prokurorluğunun xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Tərtər Hərbi Məhkəməsinin icraatında olmuş 1(098)-187/2018 saylı cinayət işi üzrə 28 dekabr 2018-ci il tarixli hökmlə X15 Azərbaycan Respublikası CMnin 126.3-cü maddəsi ilə təqsirli bilinmiş, barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq edilməklə, həmçinin CM-nin 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6, 341.2.1 və 341.2.3-cü maddələri ilə təqsirli bilinib qəti olaraq 7 (yeddi) il 3 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-nin 48.0.2-ci maddəsinə əsasən hərbi rütbədən məhrum edilmişdir. X18 Azərbaycan Respublikası CM-nin 126.3-cü maddəsi ilə təqsirli bilinmiş, barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq edilməklə, həmçinin CMnin 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6, 32.5, 341.2.1 və 341.2.3-cü maddələri ilə təqsirli bilinib qəti olaraq 7 (yeddi) il 3 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, X24 Azərbaycan Respublikası CM-nin 126.3-cü maddəsi ilə təqsirli bilinmiş, barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq edilməklə, həmçinin CM-nin 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6, 32.5, 341.2.1 və 341.2.3-cü maddələri ilə təqsirli bilinib qəti olaraq 7 (yeddi) il 3 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişlər. Gəncə Apellyasiya Məhkəməsinin 26 sentyabr 2019-cu il tarixli qərarı ilə məhkumların müdafiəçiləri və zərər çəkmiş şəxsin hüquqi varisi İddiaçı tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə baxılmış, Tərtər Hərbi Məhkəməsinin 28 dekabr 2018-ci il tarixli, 1(098)-187/2018 saylı hökmü dəyişdirilmiş, X10, X13 və X21 təyin edilmiş qəti azadlıqdan məhrumetmə cəzasının müddətləri 4 il 6 aya endirilmiş, ..., hökm qalan hissələrdə dəyişdirişilmədən saxlanılmış, Gəncə Apellyasiya Məhkəməsinin 26 sentyabr 2019-cu il tarixli qərarına mahiyyəti üzrə Ali Məhkəmədə baxılmamış, Tərtər Hərbi Məhkəməsinin 28 dekabr 2018-ci il tarixli hökmü 26 sentyabr 2019-cu il tarixdə qanuni qüvvəyə minmişdir.
40. İş materiallarına, həmçinin, X6 məxsus əmək haqqı kartı üzrə hesabdan çıxarış, İddiaçı ilə banklar arasında bağlanmış kredit müqavilələri üzrə hesabdan çıxarışlar və ödəniş cədvəlləri də əlavə edilmişdir.
41. Beləliklə, işdə olan yazılı sübutlarla müəyyən olunur ki, İddiaçı əri X2 Nazirliyinin N nömrəli hərbi hissəsində hərbi qulluqçu (N nömrəli hərbi hissənin 4-cü taborunun 12-ci bölüyünün 3-cü tağım komandirinin müavini, gizir) olaraq xidmət edərkən “vətənə xəyanət” etməkdə şübhəli bilindiyindən bir qrup şəxs tərəfindən saxlanılaraq dərinləşdirilmiş komanta məntəqəsinə gətirilmiş və Müdafiə Nazirliyinin vəzifəli şəxsləri tərəfindən orada qanunsuz sorğulamalara cəlb edilərək əməlini etiraf etdirmək məqsədilə müxtəlif üsul və metodlarla dəhşətli işgəncələr tətbiq edilmiş və nəticədə faciəli şəkildə ölmüşdür. Bu fakt nazirliyin vəzifəli şəxsləri barəsində aparılmış cinayət işi üzrə qəbul edilmiş Tərtər Hərbi Məhkəməsinin 28 dekabr 2018-ci il tarixli hökmü və Gəncə Apellyasiya Məhkəməsinin 26 sentyabr 2019-cu il tarixli qərarı ilə öz təsdiqini tapmışdır və hazırki iş üçün məcburi əhəmiyyət daşıyan (preyudisial), iddiaçının sübut etməkdən azad olduğu, mübahisəsiz haldır. Həmçinin müəyyən olunur ki, iddiaçı R.Ocaqverdiyeva mərhum X4 vərəsəsi kimi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almış, habelə yuxarıda qeyd olunan cinayət işi üzrə istintaq və məhkəmə zamanı zərərçəkmişin hüquqi varisi qismində tanınmışdır.
42. İddiaçı iddia ərizəsində bir sıra dəlillərə istinad edərək Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsilə Dövlət büdcəsi vəsaiti hesabına mənəvi zərərə görə 3.000.000 manat, maddi zərərə görə isə 340.000 manat pulun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir.
43. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi ziyanla bağlı hissələrdə kifayət qədər əsaslandırılmışdır. Kollegiya həmin əsaslandırmanın mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquq baxımından düzgün olduğu qənaətinə gələrək, qətnamənin həmin hissədə ləğv edilməsi üçün hər hansı əsasın olmadığını bildirir.
44. Lakin birinci instansiya məhkəməsinin cavabdehdən 40.000 manat mənəvi ziyanın tutularaq iddiaçıya ödənilməsi ilə bağlı gəldiyi nəticə işin hallarına uyğun olmamışdır. Belə ki, kollegiya hesab edir ki, iddiaçının ailə başçısının, yəni ərinin və övladlarının atasının yuxarıda qeyd edilən hökmlə müəyyən edilmiş qaydada və şəraitdə, dövlətə xəyanət etməkdə şübhəli bilinməklə, fiziki və psixi zor tətbiq edilməyə və işgəncələrə məruz qalaraq ölməsi faktı heç şübhəsiz ki, iddiaçının mənəvi sarsıntı və iztirab keçiməsinə səbəb olmuşdur. Bundan əlavə, Azərbaycan Respublikası Müdafə Nazirliyinin vəzifəli şəxsləri tərəfindən törədilən qanunsuz əməllər nəticəsində iddiaçının ərinin və övladlarının atasının həyatını faciəli şəkildə itirməsi ilə yanaşı, həmçinin mərhumun barəsində istər xidmət yoldaşları, istərsə də yaşadıqları ərazidə əhali arasında mənfi fikir və şübhələr də iddiaçının şüuruna təsir göstərməklə mənfi psixxoloji reaksiyaya səbəb olmuşdur. Bunları nəzərə alaraq kollegiya hesab edir ki, mənəvi ziyanın həcminin 50.000 manat müəyyən edilməsi iddiaçının keçirdiyi mənəvi əzabın xarakteri və ağırlığı baxımından daha ədalətli və ağlabatan kompensasiyadır.
45. Məhkəmə qeyd edir ki, mənəvi zərər bir tərəfdən hüquqa zidd əməl nəticəsində şəxsin əmlak və qeyri-əmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalmadırsa, digər tərəfdən onun meydana gəlməsi üçün şəxsin bu azalmanı hiss etməsi, psixoloji sarsıntı və iztirab keçirməsidir. Mənəvi zərər anlayışına şəxsin əmlak və qeyri-əmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalma kimi yanaşma ona dəlalət edir ki, bəzi hallarda baş vermiş faktın özü mənəvi zərərin vurulmasının dəlili kimi qəbul edilir və bu faktın başqa dəlillərlə sübuta ehtiyacı olmur.
46. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair» 24 aprel 2020-ci il tarixli Qərarında göstərilmişdir ki, «Konstitusiyanın 68-ci maddəsinin İİ hissəsi cinayət, habelə hakimiyyətdən sui-istifadə nəticəsində zərər çəkmiş şəxsin hüquqlarının qanunla qorunmasını bəyan edir və zərər çəkmiş şəxsin ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququnu müəyyən edir. Həmin maddənin İV hissəsində qeyd edilir ki, dövlət, dövlət qulluqçuları ilə birlikdə, dövlət qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyır. Konstitusiyanın bu norması insan hüquq və azadlıqlarının pozulduğu təqdirdə zərərçəkmiş şəxsə dəymiş ziyana görə kompensasiyanın ödənilməsini ədalətli sayaraq bu öhdəliyin yerinə yetirilməsində dövlətin də məsuliyyətini müəyyən edir. Mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. Mənəvi təzminat isə hüquqa zidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Mənəvi zərərin əvəzinin ödənilməsi tələbi maddi zərərin ödənilməsi tələbindən fərqləndirilməlidir. Maddi zərərin həcmi vurulmuş ziyanın həcmi ilə şərtlənsə də, mənəvi zərərin həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddiada müəyyən edilir və məhkəmələr tərəfindən mənəvi zərərin həcmi (miqdarı) ədalətlilik və mütənasiblik meyarları baxımından qiymətləndirilməlidir. ... Şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur.»
47. Həmin Qərarda həmçinin göstərilmişdir ki, «... Mülki qanunvericiliyin qeyd edilən normaları ilə hüquqa zidd hərəkət nəticəsində vurulmuş zərərə görə mülki məsuliyyət müəyyən edilmişdir. Mülki Məcəllənin 21-ci maddəsi ilə isə hüquqa zidd əməl nəticəsində yaranan maddi zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ yaranırsa, həmin Məcəllənin 23-cü maddəsinə uyğun olaraq şəxs mənəvi zərərin ödənilməsini tələb edə bilər. Mülki qanunvericilikdə şəxsin ölümü və ya sağlamlığına zərər yetirilməsi ilə əlaqədar mənəvi zərərin ödənilməsi əsaslarını müəyyən edən konkret hüquq normasının nəzərdə tutulmaması bu barədə iddia tələbinin rədd edilməsi üçün əsas ola bilməz və belə tələb Mülki Məcəllənin 23-cü maddəsinə əsaslanmaqla mənəvi zərərin ödənilməsi qaydasında irəli sürülə bilər. Mülki Məcəllənin 14-cü maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Başqa şəxsə zərər vurulması həmin maddə ilə hüquq və vəzifə doğuran əsas kimi nəzərdə tutulmuşdur (Mülki Məcəllənin 14.2.6-cı maddəsi). Bu hüquq normasındakı «qanunvericilikdə nəzərdə tutulmasa da» ifadəsi isə bilavasitə Məcəllə ilə nəzərdə tutulmayan hallarda belə mənəvi zərərin ödənilməsi ilə bağlı tələbin irəli sürülməsi üçün əsas yaradır. Məhkəmələr mənəvi zərərə görə təzminat müəyyən edərkən hər baxılan iş üzrə sosial, psixoloji və iqtisadi qiymətləndirməni mütənasiblik və ədalətlilik prinsipləri əsasında aparmalıdırlar. Mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları, ər-arvad olduqları təqdirdə, həmçinin evlilik həyatının müddəti və s. amillər nəzərə alınmalıdır.»
48. Məhkəmə qeyd edir ki, Avropa Məhkəməsi mənəvi zərəri “nigarançılıq, ruhi sarsıntı və iztirab”, “həyəcan, acizlik və sarsıntı”, “məyusluq, ədalətsizlik hissi və uzunmüddətli qeyri-müəyyənlik” kimi səciyyələndirmişdir (Luluyev və digərləri Rusiyaya qarşı iş üzrə 006-cı il 9 noyabr tarixli, Pelipenko Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli, Şiborş və Kuzmina Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli Qərarlar)
49. Avropa Məhkəməsi Varnava və digərləri Türkiyəyə qarşı iş üzrə 2009-cu il 18 sentyabr tarixli Qərarında mənəvi zərəri şəxsin fiziki və ya psixoloji ağrı və əzabı, sıxıntı, narahatlıq, məyusluq, ədalətsizlik və ya alçalma hissi, uzun müddət davam edən qeyrimüəyyənlik, həyatın pozulması və ya real imkansızlıqdan əziyyət çəkən vəziyyəti kimi müəyyən etmiş və qeyd etmişdir ki, maddi zərərin müəyyən edilməsi zamanı məhkəmənin əsaslandığı obyektiv hallardan fərqli olaraq, mənəvi zərərin müəyyən edilməsində subyektiv və hissi ünsürlərə əsaslanaraq qərar qəbul edildiyindən məhkəmə təcrübəsi baxımından nəzərə alınmalı olan ümumi qiymətləndirmə meyarlarının müəyyən edilməsi vacibdir. Mənəvi zərər müəyyən edildikdə məhkəmələr tərəfindən hüquqa zidd əməlin növü, dərəcəsi, şiddəti, davam etdiyi müddət nəzərə alınmalıdır. Bu zaman hüquqa zidd hərəkətin hansı şəraitdə, mühitdə baş verməsinin müəyyən edilməsi də zəruridir.
50. Beləliklə, kollegiya mənəvi zərərin həcmini müəyyən edərkən iddiaçının mərhum həyat yoldaşının məruz qaldığı hüquqa zidd əməlin növünü, dərəcəsini, şiddətini, davam etdiyi müddəti, hüquqa zidd əməlin hansı şəraitdə və mühitdə baş verməsini, hüquqa zidd əməlin iddiaçının həyat yoldaşının ölümünə səbəb olmasını və bunun nəticəsində onun keçirdiyi mənəvi sarsıntının və iztirabın dərəcəsini, habelə işin sair diqqətəlayiq hallarını nəzərə alıb hesab edir ki, ki, iddiaçının məruz qaldığı mənəvi zərərin əvəzləşdiilməsi üçün 50.000 manat pul iddiaçıya ödənilməlidir.
51. Məhkəmə göstərilən nəticəyə gələrkən oxşar işlərlə bağlı mənəvi zərərin kompensasiya məbləğinin müəyyən edilməsinə dair vahid məhkəmə təcrübəsinə əsaslanmışdır və hesab edir ki, təyin edilən mənəvi zərərin məbləği analoji işlər üzrə təcrübəsinə uyğundur.
52. Mənəvi zərərin cavabdeh vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına tutulması ilə bağlı qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin yuxarıda qeyd edilən 1100-cü madddəsinin tələbindən də göründüyü kimi dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən, Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 09 fevral 2009-cu il tarixli, 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamənin 1-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi (bundan sonra - Nazirlik) Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. Məhkəmə qanunvericiliyin tələbini nəzərə alaraq qeyd edir ki, zərərin ödənilmə mənbəyinin «dövlət büdcəsinin vəsaiti», zərəri ödəməli olan subyektin isə «Azərbaycan Respublikası» kimi müəyyən edilməsi əsaslıdır. Belə ki, «Azərbaycan Respublikası» dövlətin adıdır, yəni bu ifadə ilə dövlət nəzərdə tutulur. Baxılan işdə hüquq münasibətinin tərəfi (qanunvericiliyin tələbi baxımından) dövlətdir, dövlətin səlahiyyətlərini isə onun orqanları həyata keçirir. Dövlətdən pul tələb olunduğu halda onun maliyyə siyasətini həyata keçirən və dövlət maliyyəsinin idarə olunmasını təşkil edən orqan dövlətin səlahiyyətlərini həyata keçirir. Göründüyü kimi, dövlətin bu kimi səlahiyyətlərini Azərbaycan Respublikası Maliyyə Nazirliyinin həyata keçirməsi qanunvericiliklə tənzimlənir. Məhkəmə, hazırki halda vurulmuş zərərin ödənilməsinin dövlət büdcəsinin vəsaiti hesabına, dövlətin bu kimi səlahiyyətlərinin isə Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən həyata keçirməsinin qanunvericiliklə tənzimlənməsini nəzərə alaraq hesab edir ki, iddiaçıya (onun ərinə) qarşı qanunsuz hərəkətlər Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin vəzifəli şəxsi (şəxsləri) tərəfindən törədilsə də, hazırki iddia üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi cavabdehlik daşımır. Belə olan halda zərərin əvəzi dövlət büdcəsi hesabına Azərbaycan Respublikası Maliyyə Nazirliyindən tutulmalıdır.
53. Beləliklə, qeyd olunanlar konteksində kollegiya iddiaçı tərəfindən verilmiş şikayəti araşdıraraq belə nəticəyə gəlir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2452/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi qismən - mənəvi zərərə görə pulun ödənilməsi hissəsində dəyişdirilməlidir.
54. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2452/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi cavabdehdən mənəvi ziyanın tutulması hissəsində dəyişdirilsin. İddiaçı vurulmuş mənəvi zərərə görə 50.000 (əlli min) manat məbləğində pul cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev