Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6263/2020 03.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Humay Məmməd qızı Qurbanovanın katibliyi ilə, Cavabdehin nümayəndələri X9 və X7 iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(001)- 1441/2020 nömrəli qətnaməsindən cavabdeh “xxxxxxxxx” MMC tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh “xxxxxxxxx” BOKT MMC-yə qarşı “pul”tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1.867 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X12 “xxxxxxxxx” MMC-dən xx.xx.2015-ci il tarixdə borclu qismində kredit götürmüş iddiaçı və digər şəxslər isə C.Əliyeva zamin olmuşlar. Borclu krediti ödəmədiyindən cavabdeh zaminlərdən pulun tutulması tələbi ilə məhkəməyə müraciət etmiş və icra sənədinə əsasən birtərəfli qaydada “xxxxxxxxx” MMC-nin xeyrinə iddiaçının pensiyasından 1.867 manat pul tutulması icra edilmişdir. Borc digər cavabdehlər tərəfində tam ödənildiyindən iddiaçı ondan tutulan pulu əsassız hesab edir. Bu səbəbdən də əsasız tutulmuş pulun geri qaytarılması tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(001)- 1441/2020 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək, cavabdeh “xxxxxxxxx” BOKT MMC –dən 1.867 manat (bir min səkkiz yüz altmış yeddi) manat pul vəsaiti və 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməsi qət olunmuşdur. Qətnamədən narazı qalan cavabdeh “xxxxxxxxx” BOKT MMC apelyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1441/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsininin tamamilə ləğv edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Binəqədi rayon Məhkəməsi İddiaçı cavabdeh "xxxxxxxx" BOKT MMC-nə qarşı pul tələbinə dair iddiasını təmin edərkən gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları aydınlaşdırmamışdır. Belə ki, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən X12, İddiaçı və X4 müqavilə öhdəliklərini vaxtında və lazımınca icra etmədikləri üçün, kredit borcunun alınması bardə Biləsuvar rayon Məhkəməsinə məhkəmə əmrinin verilməsi barədə ərizə ilə müraciət edilmişdir. Biləsuvar rayon Məhkəməsinin 2(022)-1436/2015 saylı xx xxxxxxxx 2015-ci il tarixli məhkəmə əmrinə əsasən cavabdehlərdən müştərək qaydada 3939.60 manat borc və 31 manat ödənilmiş dövlət rüsumunun alınaraq "xxxxxxxx" BOKT MMC-nin xeyrinə verilmsinə qərar verilmişdir. Bundan sonra xx xxxxxxx 2015-ci il tarixdə məhkəmə əmrinin icra edilməsi bardə Biləsuvar rayon İcra və Probasiya Şöbəsi icraata başlamaq haqqında qərar qəbul edərək, 10 gün müddətində könüllü icra üçün vaxt verilmişdir. Sözügedən məhkəmə əmri verilmiş 10 gün müddətində könüllü icra edilmədiyindən, borc məbləği cavabdehlərin gəlirinə yönəldilmişdir. Bundan başqa cavabdehlər müxtəlif vaxtlarda təşkilatın Biləsuvar filialına nəğd qaydada ödənişlər etmişdir. Biləsuvar rayon Məhkəməsinin 2(022)-1436/2015 saylı xx xxxxxxxx 2015-ci il tarixli məhkəmə əmrinə əsasən borc tam ödənildikdən sonra iş üzrə icraata xitam veriləndən sonra, X1 Cavid Gülağa oğluna qarşı 3 920.42 manat məbləğində pul tələbinə dair iddiası Biləsuvar rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsilə təmin edilmişdir. Sonradan cavabdehlərdən ödəməli olduqları borc məbləğində artıq pul ödənildiyi üçün, artıq tutulan 1182.84 manat pul "xxxxxxxx" BOKT MMC tərəfindən xx xxxxx 2019-cu il tarixdə xxxxxxxxxxxx ASC-nin Biləsuvar rayon filialına X3 hesabına geri ödənilmişdir. Binəqədi rayon Məhkəməsi İddiaçı cavabdeh "xxxxxxxx" BOKT MMC-nə qarşı pul tələbinə dair mülki işə xx xxxx 2020-ci il tarixdə baxaraq iddianı təmin edərkən, cavabdehin təşkilatın nümayəndəsinin iştirakını təmin etməmiş, iş üzrə əhəmiyyət kəsb edən sübutların əldə edilib qiymətləndirilməsini təmin etməmişdir. Məhkəmə kolegiyasının iclasında iştirak edən cavabdehin nümayəndələri X9 və X13 apelyasiya şikayətini müdafiə edərək, apelyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. İş üzrə İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Belə ki, iddiaçı etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, o, həqiqətən də qəbul edir ki, xx.xx.2015-ci ildə X12 “X20 X14” MMC-dən kredit müqaviləsi əsasında pul götürmüş və onunla X4 zamin qismində iştirak etmişlər. X15 dələduzcasına kredit pulunu ödəmədiyindən həmin pulu Anarə Teymurovanın nağd şəkildə 3920 manat 42 qəpik məbləğində “xxxxxxxxx BOKT” MMC-yə ödənildiyini bildirmişdir.Bu barədə işdə sənədin olduğunu qeyd edir. Eyni zamanda o, FHN-nin sıravi bir işçisi olduğundan onun əmək haqqından da paralel ümumilikdə 1867 manat70 qəpik pul tutularaq “xxxxxxxxx” BOKT MMC-yə köçürüldüyünü qeyd etmişdir. Bu barədə işdə sənədin olduğunu bildirir. Həmçinin iddiaçı qeyd edir ki, işə əlavə edilmiş sənədlərdən də görünür ki, borc məbləği olan 3939 manat 60 qəpik “xxxxxxxxx” BOKT MMC-yə tam ödənildiyindən icra sənədi üzrə icraata xitam verilmişdir. İşdə olan Biləsuvar Rayon Məhkəməsinin 2(022)-103/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən də məlum olur ki, təkcə Anarə Teymurova tərəfindən “xxxxxxxxx” BOKT MMC-yə 3920 manat 42 qəpik pul ödənilib. Göründüyü kimi “xxxxxxxxx” BOKT MMC öz borcunu Anarədən alıb. Bəs belə olan təqdirdə hər ay mühasibatlıq tərəfindən əmək haqqının 50% -i tutularaq 1867 manat 70 qəpik “xxxxxxxxx” BOKT MMC-yə pul verilirdisə və bu pulun artıq olduğunu bilirdisə, “xxxxxxxxx” BOKT MMC nə səbəbə susurdu, hesab edirdi ki, “xam adama rast gəlmişəm, qoy göndərsinlər varlanarıq”. Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsində sonra “xxxxxxxxx” BOKT MMC Apelyasiya şikayətində göstərdiyi kimi 1182 manat 84 qəpik artıq tutulan pulu hələ xx xxxxx 2019-cu il tarixdə “xxxxxxxxxxxx” ASC Biləsuvar rayon filialına Teymurova Anarənin hesabına geri qaytarmışdır. Çox qəribə bir mənzərənin yarandığını bildirərək “xxxxxxxxx” BOKT MMC- gözəl bilir ki, Anarəyə nə qədər nağd yolla pul köçürüb, həm də daha da çox ondan mühasibatlığın nə qədər hər ay pul tutduğunu və “xxxxxxxxx” BOKT MMC-yə göndərildiyini bilir. Belə olan təqdirdə Anarə ümumi borcu tam ödəyibsə, həmin pulu əsas borclu olan Cavid Əliyevdən tələb edirsə və onun tələbi xx.xx.2019-cu ildə məhkəmə tərəindən təmin edilibsə, qətnamə qanuni qüvvəsini alıbsa, bəs nə səbəbə “xxxxxxxxx” BOKT MMC artıq köçürülmüş pulu təxminən 50 gündən sonra yəni xx.xx.2019-cu ildə məh Anarəyə göndərir, həmin pulu FHN-nin mühasibatlığına geri qaytarmır, axı həmin pul ondan tutulub, pulu nə üçün uzun müddətdə özündə saxlayıb? Hesab edir ki, “xxxxxxxxx” BOKT MMC onun həmək haqqından tutulan pulu Anarəyə qaytarmaqla yalnış hərəkət etmişdir. Ona görə də, Apelyasiya şikayətini əsassız hesab edir və Binəqədi rayon Məhkəməsinin bu iş üzrə qəbul etdiyi qətnaməsini dəyişdirmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kolegiyası iş üzrə materialları, apelyasiya şikayətinin dəllillərini və cavabdehin nümayəndələri X5 və X7 izahatlarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin olunmamalı və qətnamə dəyişdirilmədən qüvvədə saxlanmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, X6, X2 və İddiaçı “xxxxxxxxx” BOKT MMC-nin xeyrinə 3939.60 manat pulun tutulması əmr edilmiş və qanuni qüvvəsini aldıqdan sonra məhkəmə əmri icra edilməsi üçün icra şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən iş üzrə icraata başlanılmış və “xxxxxxxxx” BOKT MMC tərəfindən icra şöbəsinə ünvanlanmış məktuba əsasən borc məbləği tam ödənildiyindən xx.xx.2019-cu il tarixdə icra sənədi üzrə icraata xitam verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası ƏƏSMN yanında DSMF-nin xüsusi şərtlərlə təyinat idarəsinin xx.xx.2019-cu il tarixli 3904 nömrəli arayışından görünür ki, İddiaçı təqaüdündən “xxxxxxxxx” BOKT MMC-nin xeyrinə 1.867,70 tutulub. İş materiallarına əlavə edilmiş Biləsuvar Rayon Məhkəməsinin 2(022)-103/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən məlum olur ki, məhkəmə əmrinin icrası zamanı borcu (zamin) Anarə Teymurova tərəfindən “xxxxxxxxx” BOKT MMC-yə 3.920,42 manat məbləğində pul ödənilmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, digər borclular tərəfindən borc məbləği tam ödənildiyindən iddia tələbi təmin edilməli, İddiaçı əsasız tutulmuş 1867 manat pul məbləği “xxxxxxxxx” BOKT MMC-dən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Mülki Məcəllənin 1091.1-ci, 1091.2-ci və 1092.1-ci maddələrinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (Bundan sonra MPM-in) 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apelyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Kollegiya həmçinin qeyd edir ki, hazırki iddianın qiyməti 2000 manatdan az olduğundan Azərbaycan Respublikası MPM-in 404-1-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apelyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(001)- 1441/2020 nömrəli qətnaməsi cavabdehə münasibətdə dəyişdirilmədən saxlansın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-6263/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6263/2020
03.09.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver