Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6264/2022 27.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçılar İddiaçı9, İddiaçı10, İddiaçı8, İddiaçı12, İddiaçı11, İddiaçı7, İddiaçı6, İddiaçı5, İddiaçı4, İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Bakı şəhəri 18 saylı notariat kontoruna və Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia tələblərinə dair iş üzrə (Açar sözlər: miras əmlak, mirasın qəbul olunması, vərəsəlik şəhadətnaməsi, bağışlama müqaviləsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı12 nümayəndəsi (vəkili) Nümayəndə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2, tərcüməçi X11 iştirakları ilə İddiaçı9, İddiaçı10, İddiaçı8, İddiaçı12, İddiaçı11, İddiaçı7, İddiaçı6, İddiaçı5, İddiaçı4, İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh1, Cavabdeh2, Bakı şəhəri 18 saylı notariat kontoruna və Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin və bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışların ləğv olunması, mirasın faktiki qəbul olunması faktının müəyyən edilməsi” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 08 iyun 2022-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən birgə verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. X7 ilə Əliyeva (Feyzullayeva) Aida Baba qızı xx.xx.1978-ci il tarixdə; X13 ilə Əliyeva (Feyzullayeva) Ofeliya Cavabdeh2 qızı xx.xx.1973-cü il tarixdə; X3 ilə İddiaçı11 xx.xx.2003-cü il tarixdə; İddiaçı5 Şahbala oğlu ilə Həbibə Qurbanqulu qızı (Feyzullayeva) xx.xx.1939-cu il tarixdə; X16 ilə Məmmədova (Feyzullayeva) Kifayət Hidayət qızı xx.xx.1967-ci il tarixdə; Şahpələng Feyzulla oğlu ilə X42 xx.xx.1956-cı il tarixdə nikaha daxil olmuşlar.
2. xx.xx.1979-cu il təvəllüdlü İddiaçı1 atası X7, anası İddiaçı4dır.
3. xx.xx.1980-ci il təvəllüdlü İddiaçı2 atası X7, anası İddiaçı4dır.
4. xx.xx.1985-ci il təvəllüdlü Feyzullayeva (Cavabdeh2ova) Rəna Bahadur qızının atası X7, anası İddiaçı4dır.
5. xx.xx.1973-cü il təvəllüdlü İddiaçı5 atası X17, anası X2r.
6. xx.xx.1974-cü il təvəllüdlü İddiaçı6 atası X13, anası Feyzullayeva Ofeliya Cavabdeh2 qızıdır.
7. xx.xx.1984-cü il təvəllüdlü Feyzullayeva (Həsənzadə) Günel Baladadaş qızının atası X3, anası İddiaçı11dır.
8. xx.xx.1968-ci il təvəllüdlü Feyzullayeva (Qarayeva) Təranə Arif qızının atası X16, anası İddiaçı9dır.
9. xx.xx.1975-ci il təvəllüdlü X12 atası X16, anası İddiaçı9dır.
10. Şahpələng Feyzulla oğlu xx.xx.1967-ci il tarixdə vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.1967-ci il tarixdə 481 nömrə ilə qeydiyyat aparılmışdır.
11. X7 xx.xx.2018-ci il tarixdə vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2018-ci il tarixdə 1288 nömrə ilə qeydiyyat aparılmışdır.
12. X13 xx.xx.1995-ci il tarixdə vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.1995-ci il tarixdə 740 nömrə ilə qeydiyyat aparılmışdır.
13. Feyzullayeva Ofelya Cavabdeh2 qızı xx.xx.2016-cı il tarixdə vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2016-cı il tarixdə 796 nömrə ilə qeydiyyata aparılmışdır.
14. X17 xx.xx.2010-cu il tarixdə vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2010-cu il tarixdə 326 nömrə ilə qeydiyyat aparılmışdır.
15. X3 xx.xx.2017-ci il tarixdə vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2017-ci il tarixdə 1651 nömrə ilə qeydiyyat aparılmışdır.
16. X5 xx.xx.1975-ci il tarixdə vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.1977-ci il tarixdə 28 nömrə ilə qeydiyyat aparılmışdır.
17. İddiaçı5 Şahpələng oğlu xx.xx.1972-ci il tarixdə vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.1972-ci il tarixdə 881 nömrə ilə qeydiyyat aparılmışdır.
18. Aminə Nəcəfqulu qızı xx.xx.1984-cü il tarixdə vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.1984-cu il tarixdə 326 nömrə ilə qeydiyyat aparılmışdır.
19. X16 xx.xx.2000-ci il tarixdə vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2000-ci il tarixdə 913 nömrə ilə qeydiyyat aparılmışdır.
20. X18 xx.xx.1996-cı il tarixdə vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.1996-cı il tarixdə 426 nömrə ilə qeydiyyat aparılmışdır.
21. Daşınmaz əmlakın Dövlət reyestrinin xx.xx.2019-cu il tarixdə verdiyi ********** nömrəli çıxarışına əsasən, ünvan 1 (0.25 ha) Cavabdeh2 mülkiyyətində olmuşdur.
22. Cavabdeh2 ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0.25 ha olan torpaq sahəsini xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən tam mülkiyyət üzrə qızı Cavabdeh1 bağışlamışdır (hədiyyə olaraq).
23. Daşınmaz əmlakın Dövlət reyestrinin xx.xx.2020-ci il tarixdə verdiyi ********** nömrəli çıxarışına əsasən, ünvan 1 (0.25 ha) Cavabdeh1 tam mülkiyyətindədir.
24. Daşınmaz Əmlakın Dövlət Reyestri Ximdətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli sorğuya cavab məktubunda göstərilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 223 saylı bağ sahəsi xx.xx.2019-cu il tarixdə Əminə Nəcəfqulu qızının adına qeydiyyatdan keçmiş, 18 saylı DNK-nın xx.xx.2019-cu il tarixli 2V-172 reyetsr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4513/2015 nömrəli xx.xx.2015-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh2 adına qeydiyyata alınmış, 18 saylı DNK-nın xx.xx.2019cu il tarixli 4Ə/411 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən Cavabdeh1 adına qeydiyyatdan keçmişdir.
25. Binəqədi Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışda göstərilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağlar massivində 2500 kv.metrdən ibarət olan 222a saylı (faktiki 223 (keçmiş 299b)) bağ X8 adınadır. X8 vəfatından sonra bu torpağın baxılması, abadlıq işlərinin aparılması və vergilərin ödənilməsi onun ailəsi və övladları tərəfindən həyata keçirilmişdir.
26. Binəqədi Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışda göstərilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağlar massivində 2500 kv.metrdən ibarət olan 223 saylı bağ sahəsi Cavabdeh1 məxsusdur və onun xx.xx.2021ci il tarixinədək Binəqədi rayon Bələdiyyəsinin büdcəsinə torpaq vergisi borcu yoxdur.
27. Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2019-cu il tarixli şəhadətnaməyə əsasən, Cavabdeh2 xx.xx.1984-cü il tarixdə ölmüş Əminə Nəcəfqulu qızının miras əmlakından pay almalıdır. Verilən miras əmlak ƏMDK-nın yanında DƏDRXın Bakı şəhəri Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə Əminə Nəcəfqulu qızına verilmiş reyestr nömrəli, 02/77 qeydiyyat nömrəli qabaqcadan qeydiyyat haqqında arayışa əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0.25 ha olan torpaq sahəsindən ibarətdir.
28. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli qətnaməsi ilə, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağlar massivində yerləşən İddiaçı5 Şahpələng oğlunun adına olan 222 saylı bağa dair ilkin icarə müqaviləsinin və icarə müddətinin uzadılması barədə digər icarə müqavilələrinin təsdiq edilmiş surətinin X1, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağlar massivində yerləşən İddiaçı5 Şahpələng oğlunun adına olan 223 saylı bağa dair ilkin icarə müqaviləsinin və icarə müddətinin uzadılması barədə digər icarə müqavilələrinin təsdiq edilmiş surətinin Cavabdeh2-Ağa Şahpalıq oğluna verilməsinin DƏDRX-ın Bakı şəhəri Ərazi İdarəsinə tapşırılması qət edilmişdir.
29. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə, Cavabdeh2-Ağa Şahpalıq oğlunun adının “Cavabdeh2”, ata adının “Şahpələng”, doğum tarixinin “xx.xx.1936-cı il” olması faktının müəyyən edilməsi qət edilmişdir.
30. ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən Cavabdeh2 Ağa Şahpalıq oğluna verilmiş 2015-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, bağ sahələrinə dair icarə müqaviləsinin müddətinin artırılması və ya yeni müqavilə bağlanması İdarənin səlahiyyətlərinə daxil edilmədiyindən Novxanı qəsəbəsi, 223 saylı bağ sahəsinin Cavabdeh2 Ağa Şahpalıq oğlunun adına keçirilməsinə dair müqavilə bağlanmamışdır.
31. Bağ və binaların uzunmüddətli icarəyə verilməsinə dair xx.xx.1969-cu il tarixli 7310 nömrəli müqaviləyə əsasən, Novxanı qəbəsəsində yerləşən 299b saylı 0.25 ha torpaq sahəsi Əminə Nəcəfqulu qızına 10 il müddətinə, yəni xx.xx.1979-cu il tarixədək icarəyə verilmişdir.
32. 08.01.1952-ci il tarixli 1055 nömrəli müqaviləyə əsasən, İddiaçı5 1948-ci ildən hesablanmaqla, 10 il müddətinə (1958-ci ilədək) 0.53 ha (0.51 ha) torpaq sahəsi icarəyə verilmişdir.
33. 05.03.1963-cu il tarixdə Şahpələng Feyzullayev və İddiaçı5 ərizə verərək, ayrı-ayrı yaşadıqlarından mövcud bağ sahəsinin aralarında bölünməsini (1/2 hissədə) xahiş etmişlər.
34. xx.xx.1963-cü il tarixli 7310 nömrəli müqaviləyə əsasən, Novxanı qəsəbəsində yerləşən bağ sahəsinin 0.25 ha hissəsi xx.xx.1963-cü il tarixdən xx.xx.1969cü il tarixdək Şahpələng Feyzulla oğluna verilmişdir.
35. xx.xx.1969-cu il tarixli 1055 nömrəli müqaviləyə əsasən, Novxanı qəsəbəsində yerləşən bağ sahəsinin 0.25 ha hissəsi (299b (222), bir otaq) xx.xx.1969-cu il tarixdən xx.xx.1979-cu il tarixdək İddiaçı5 Şahpələng oğluna verilmişdir.
36. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə, Bakı şəhər Sovetinin İcraiyyə Komitəsinin X31 xx.xx.1969-cu il tarixli 7310 saylı müqaviləsinə əsasən, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağlar massivində yerləşən, ümumi sahəsi 0.25 ha olan 299 "b” saylı bağ torpaq sahəsinə dair mərhumə Əminə Nəcəfqulu qızının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət resyestrində hüquqi qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi vəzifəsinin ƏMDK yanında DƏDRX-ın Bakı şəhər Ərazi İdarəsinə həvalə olunması qərara alınmışdır.
37. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarının ləğv edilməsi, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağlar massivində yerləşən, ümumi sahəsi 0.25 ha olan 299 "b” saylı bağ torpaq sahəsinə hüququ olmuş iddiaçının anası Əminə Nəcəfqulu qızının adına dair müvafiq arayışın verilməsi vəzifəsinin ƏMDK yanında DƏDRX-ın Bakı şəhər Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır.
38. X34, X21 və X37 notarial qaydada verilmiş ərizələrdə bildirmişlər ki, onlar tərəflərin hamısını tanıyırlar. Bakı şəhəri, Novxanı qəsəbəsində yerləşən bağ massivi daimi yaşayış yeri deyil. Ora bağ kimi istifadə edilmiş və orada heç kim daimi yaşamamışdır.
39. Enerjitəchiatı məssisəsi ilə məişət abonenti (əhali) arasında “Elektrik enerjisinin alqı- satqısı”nın birtipli 019489 nömrəli xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, "xxxx" ASC və İddiaçı10 arasında Novxanı bağlar massivində yerləşən bağ sahəsinə dair müqavilə bağlanmışdır.
40. Enerjitəchiatı məssisəsi ilə məişət abonenti (əhali) arasında “Elektrik enerjisinin alqı- satqısı”nın birtipli 019490 nömrəli xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, "xxxx" ASC və Qarayeva (Feyzullayeva) Təranə Arif qızı arasında Novxanı bağlar massivində yerləşən bağ sahəsinə dair müqavilə bağlanmışdır.
41. Enerjitəchiatı məssisəsi ilə məişət abonenti (əhali) arasında “Elektrik enerjisinin alqı- satqısı”nın birtipli 019491 nömrəli xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, "xxxx" ASC və X26 arasında Novxanı bağlar massivində yerləşən bağ sahəsinə dair müqavilə bağlanmışdır.
42. Enerjitəchiatı məssisəsi ilə məişət abonenti (əhali) arasında “Elektrik enerjisinin alqı- satqısı”nın birtipli 019492 nömrəli xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, "xxxx" ASC və İddiaçı5 arasında Novxanı bağlar massivində yerləşən bağ sahəsinə dair müqavilə bağlanmışdır.
43. “Su təchizatı və tullantı sularının axıdlması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanmış müqavilə”yə əsasən, "xxxx" ASC ilə İddiaçı10 arasında xx.xx.2011-ci il tarixdə Novxanı bağlar massivində yerləşən bağ sahəsinə dair 32374476 nömrəli müqavilə bağlanmışdır.
44. “Su təchizatı və tullantı sularının axıdlması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanmış müqavilə”yə əsasən, "xxxx" ASC ilə X27 arasında xx.xx.2011-ci il tarixdə Novxanı bağlar massivində yerləşən bağ sahəsinə dair 32357262 nömrəli müqavilə bağlanmışdır.
45. “Su təchizatı və tullantı sularının axıdlması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanmış müqavilə”yə əsasən, "xxxx" ASC ilə İddiaçı5 arasında xx.xx.2011-ci il tarixdə Novxanı bağlar massivində yerləşən bağ sahəsinə dair 32125539 nömrəli müqavilə bağlanmışdır.
46. “Su təchizatı və tullantı sularının axıdlması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanmış müqavilə”yə əsasən, "xxxx" ASC ilə Qarayeva (Feyzullayeva) Təranə Arif qızı arasında xx.xx.2012-ci il tarixdə Novxanı bağlar massivində yerləşən bağ sahəsinə dair 32335777 nömrəli müqavilə bağlanmışdır.
47. “Qaz paylacısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilə”yə əsasən, "xxxx" ASC ilə İddiaçı12 arasında xx.xx.2016-cı il tarixdə Novxanı bağlar massivində yerləşən bağ sahəsinə dair 27453 nömrəli müqavilə bağlanmışdır.
48. “Qaz paylacısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilə”yə əsasən, "xxxx" ASC ilə Baladadaş Feyzullayev arasında xx.xx.2013cü il tarixdə Novxanı bağlar massivində yerləşən bağ sahəsinə dair müqavilə bağlanmışdır.
49. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə, Cavabdeh2 İddiaçı12, Qarayeva (Feyzullayeva) Təranə Arif qızına və X4 qarşı “bağ sahəsinin boşaldılması və özbaşına tikililərin sökülməsi” tələbinə dair iddiası təmin edilməmişdir.
50. ƏMDK yanında DƏDRX-ın Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli məktubda, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı qəsəbəsində yerləşən 299 saylı bağ sahəsinin (iki bağ sahəsi) bir hasar daxilində yerləşdiyi və ara mərz nişanlarının olmadığı göstərilmişdir.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
51. İddiaçı9, İddiaçı10, İddiaçı8, İddiaçı12, İddiaçı11, İddiaçı7, İddiaçı6, İddiaçı5, İddiaçı4, İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh1, Cavabdeh2, Bakı şəhəri 18 saylı notariat kontoruna və Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə (birinci instansiya məhkəməsi) müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi 223 saylı (keçmiş 299b) bağ sahəsinə dair Bakı şəhəri 18 saylı notariat konrotu tərəfindən Cavabdeh2 verilmiş 25 may 2019-cu il tarixli, reyestrdə 2V-172 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, 04 dekabr 2019-cu il tarixli, reyestrdə 4Ə-411 nömrə ilə qeyd edilmiş “Daşınmaz əmlakın bağışlanması” müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh2 adına verilmiş 14 iyun 2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışın və Cavabdeh1 adına verilmiş 08 fevral 2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv olunması; mərhum Əminə Nəcəfqulu qızından miras qalmış Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi 223 saylı (küçmiş 299b) bağ sahəsinin və üzərindəki fərdi yaşayış evlərinin tam olaraq İddiaçı9, İddiaçı10, İddiaçı8, İddiaçı12, X9, İddiaçı11, İddiaçı7, X22, İddiaçı6, X6, İddiaçı5, İddiaçı4, İddiaçı1, İddiaçı2 və İddiaçı3 tərəfindən faktiki qəbul edilməsinin müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
52. İddiaçılar iddia tələblərini belə əsaslandırmışlar ki, Bakı şəhər Sovetinin İcraiyyə Komitəsinin 08/279 saylı xx.xx.1948-ci il tarixli əmri əsasında İddiaçı5 Şahpələng oğluna Novxanı bağlar massivindən 0,53 ha bağ sahəsi ayrılmış, həmin torpağın 10 il müddətində istifadə edilməsi barədə sonuncu ilə Bakı şəhər Sovetinin İcraiyyə Komitəsinin X39 arasında 01 oktyabr 1948-ci il tarixli 1055 saylı müqaviləsi bağlanmışdır. Sonradan Bakı şəhər Sovetinin icraiyyə Komitəsinin xx.xx.1962-ci il tarixli 33/2218 saylı əmrinə əsasən, hər bir şəxsə ayrılmış bağ sahəsinin 0,25 hektardan artıq sahə olmaması müəyyən edilmiş, bu səbəblə icarədar İddiaçı5 Şahpələng oğlu ona ayrılmış həmin 0,53 ha torpaq sahəsini itirməmək məqsədilə onun 0,25 hektarlıq hissəsinin atası Şahpələng Feyzullayevə verilməsindən ötrü 05 mart 1963-cü il tarixdə Bakı şəhər Sovetinin İcraiyyə Komitəsinə müraciət etmiş, nəticədə 0,53 ha torpaq sahəsinin 0,25 ha-lıq hissəsi İddiaçı5 atası Şahpələng Feyzullayevə verilmişdir. Beləliklə, İddiaçı5 icarəsində olan 0.53 ha torpaq sahəsi bölünmüş, onun 0,25 ha-lıq hissəsinə 299-a nömrəsi müəyyən edilməklə İddiaçı5, qalan 0,25 ha sahəyə isə 299-b nömrəsi müəyyən edilərək Şahpələng Feyzullayevə verilmişdir. Şahpələng Feyzullayev vəfat etdikdən sonra ona məxsus olan həmin 0,25 ha torpaq sahəsi arvadı Əminə Nəcəfqulu qızının istifadəsinə verilmiş və bu barədə sonuncu ilə Bakı şəhər Sovetinin İcraiyyə Komitəsinin X38 arasında 14 mart 1969-cu il tarixli 7310 saylı müqavilə bağlanmışdır. 1984-cü il tarixdə Əminə Nəcəfqulu qızı vəfat etmişdir. Qeyd edilən bağ sahəsi sənəd üzrə iki hissəyə bölünsə də, həmişə ilkin müqavilədə göstərildiyi kimi 0,53 ha olmaqla bir sahə daxilində yerləşmiş və faktiki olaraq İddiaçı5 istifadəsində olmuşdur. Sadəcə olaraq, o zamankı qanunun tələbinə əsasən İddiaçı5 faktiki olaraq, ona məxsus olmuş bağ sahəsini itirməmək üçün formal olaraq bağ sahəsinin 0.25 ha sahəsini atası mərhum Şahpələng Feyzullayevin adına keçirmiş, həm öz adına olan bağ sahəsi, həmçinin atası Şahpələng Feyzullayevin adına olan bağ sahəsi əvvəldən öz sahiblik və istifadəsində olmuş, vəfatından sonra isə bu günədək həmin bağ sahəsində onun ailəsi, övladları yaşayıb istifadə etmişlər. Cavabdehlərdən Cavabdeh2 mərhum İddiaçı5 qardaşı, Cavabdeh1 isə Cavabdeh2 qızıdır. 2020-ci il tarixdə Cavabdeh1 İddiaçı12, Qarayeva (Feyzullayeva) Təranə Arif qızına, X4 və X10 qarşı “bağ sahəsindən çıxarılma” tələbi ilə məhkəməyə müraciət etdikdən sonra məlum olmuşdur ki, Cavabdeh2 14 iyun 2019-cu il tarixdə ünvan 1nə dair adına çıxarış almış, daha sonra 04 dekabr 2019-cu il tarixdə Bakı şəhəri 18 saylı notariat kontorunda həmin torpaq sahəsini qızı Cavabdeh1 bağışlamış və Cavabdeh1 adına xx.xx.2020-ci il tarixli çıxarış verilmişdir. 24 avqust 2020-ci il tarixdə Bakı şəhəri 18 saylı notariat kontoruna vəkil sorğusuna verilmiş cavab məktubu və qoşması olan 2V-172 nömrəli vərəsəlik işinin notarial təsdiqli surətindən məlum olmuşdur ki, Cavabdeh2-Ağa Şahpalıq oğlu (hazırda adı Cavabdeh2, ata adı Şahpələngdir) 2015-ci il tarixdə 18 saylı notariat kontoruna ərizə ilə müraciət edərək anası Əminə Nəcəfqulu qızından miras əmlak olan torpaq sahəsi qaldığını göstərmiş, ərizənin “Məndən başqa aşağıdakı vərəsələr var” bölməsini boş saxlayaraq, ümumiyyətlə heç kimin adını qeyd etməmişdir. Qeyd edildiyi kimi, 23 iyun 1948-ci il tarixdən ölənə qədər faktiki olaraq, Novxanı kəndində yerləşən 0,53 ha torpaq sahəsi və üzərindəki fərdi yaşayış evləri (baxmayaraq ki, 1962-ci il tarixdə 0,25 ha torpaq sahəsini formal olaraq atasının adına keçirmişdir) İddiaçı5 Şahpələng oğlunun istifadə və sahibliyində olmuş, onun ölümündən sonra isə bu günədək övladlarının və nəvələrinin istifadə və sahibliyindədir, yəni faktiki olaraq onlara qalmış, həmin evdən və torpaq sahəsindən onlar istifadə etmişlər. Sözügedən 223 saylı (keçmiş 299-b) bağ sahəsinin həqiqətdə nə Cavabdeh2, nə də Cavabdeh1 heç bir aidiyyatı yoxdur. Onlar heç vaxt həmin bağda yaşamayıblar. Belə olan təqdirdə qanunsuz olaraq Cavabdeh2 özünü tək vərəsə qeyd edib heç kimin xəbəri olmadan qanun üzrə vərəsəlik şəhadətnaməsi əldə etməklə müvafiq çıxarış əldə etmiş və həmin əmlakı daha sonra qızına bağışlamışdır. 223 saylı (keçmiş 299-b) bağ sahəsinə dair sonuncu icarə müqaviləsi mərhum Əminə Nəcəfqulu qızının adına bağlansa da, həmin bağ sahəsi və üzərindəki daşınmaz əmlaklar istər Əminə Nəcəfqulu qızının sağlığında, istərsə də 1984cü il tarixdə Əminə Nəcəfqulu qızının vəfatından sonra faktiki olaraq İddiaçı5 övladları və nəsli tərəfindən qəbul edilərək, bu günə qədər tərəflərindən istifadə və idarə olunur. Maraqlı budur ki, Cavabdeh2 heç kimə xəbər vermədən, gizli şəkildə notariat kontoruna ərizə ilə müraciət etmiş, qəsdən özünü tək vərəsə kimi qeyd edərək, digər vərəsələri belə gizlətmişdir. Hazırki məsələdə söhbət mirasın faktiki qəbulundan getsə də, Cavabdeh2 yalan məlumat verərək, hətta qanun üzrə vərəsəliyə dair tələbləri də qəsdən pozmuşdur. Bakı şəhəri 18 saylı notariat kontoru da, mərhum Əminə Nəcəfqulu qızının vərəsələrinin dairəsini müəyyən etməmiş, kortəbii şəkildə, qanunun tələblərinə zidd vərəsəlik işi açaraq, daha sonra qanunsuz vərəsəlik haqqında şəhadətnaməni vermiş, onlarla şəxsin hüquqlarını kobud şəkildə pozmuş, illər öncə faktiki olaraq qəbul edilmiş miras əmlaka dair qanunsuz qanun üzrə vərəsəlik haqqında şəhadətnamə vermişdir. Notarius həmçinin əvvəldən qanunun tələbini pozmuş, Cavabdeh2 müddəti ötürdüyünə görə müvafiq imtinanı verməmişdir.
53. Birinci instansiya məhkəməsində izahat verən Cavabdeh1 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, atası Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qətnaməsinə əsasən DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsinə gedərək mübahisəli bağ sahəsini adına keçirmişdir. xx.xx.2014-cü il tarixdə atası həmin idarəyə sorğu göndərmiş, sorğuya əsasən ona mübahisəli ərazidə yeləşən bağ sahəsinə dair müqaviləninin surəti verilmişdir. Həmin müqavilədən də görünür ki, bağ sahəsi yalnız atasının mülkiyyətində olmuşdur. Lakin qarşı tərəfin verdiyi sənəddən məlum olur ki, onlar özlərindən adlar əlavə etmişlər. 1984-cü il tarixdə Əminə Nəcəfqulu qızı vəfat etmişdir, o, uşaqlıqdan orada yaşamışdır. 2008-ci ilin sonu, 2009-cu ilin əvvəli atası sənədləşdirmə işlərinə başlamaq üçün həmin bağ sahəsinə getdikdə ağacların kəsildiyini görmüşdür. Daha sonra yenidən getdiyi zaman özbaşına tikilinin tikildiyini görmüşdür. Atası sonradan qərara gəlmişdir ki, torpaq sahəsini öz adına sənədləşdirsin. Məhkəmə davam etdiyi vaxtda cavabdehlər tərəfindən orada 4 yaşayış yeri tikilmişdir. 222 saylı bağ sahəsindən Xuraman istifadə edirdi, hal-hazırda isə onun qızları Səmayə və Səmayənin qızı Lətafət istifadə edir. 2008ci il tarixə qədər Xuramanla bir yerdə qalmışlar, daha sonra qərara gəlmişlər ki, atasının yaşlılığından istifadə edərək ərazisini zəbt etsinlər. 2014-cü ildə verilən sorğuya cavabdan da görünür ki, məhkəmə qərarına əsasən ilk çıxarış onun atasının adına olub. Həmin torpaq sahəsi nənəsinə çoxuşaqlı ana olduğuna görə verilib, ondan da övladlarına qalıb.
54. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/6787 nömrəli ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 222 və 223 saylı bağ sahələri bir-birinə bitişik olmaqla qonşu sahələrdə yerləşirlər. Həmin bağ sahəsi ümumilikdə faktiki olaraq 0.57 ha (222 saylı bağ sahəsi faktiki 0.285 ha, 223 saylı bağ sahəsi faktiki 0.285 ha) təşkil edir. Bağ sahələri faktiki vəziyyətdə mişar daşından inşa edilmiş hasar vasitəsi ilə bir-birindən ayrılmış sərhədlər daxilində yerləşir. Torpaq sahəsinin koordinatları “Google Earth” xəritə proqramı vasitəsilə ilə illər üzrə yoxlandıqda faktiki vəziyyətdə mövcud olan sərhəd hasarının 2018ci ildən sonrakı dövr ərzində inşa edildiyi müəyyən olunmuşdur. Həmçinin Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 222 saylı və 223 saylı bağ sahələrində ümumilikdə 8 (səkkiz) yaşayış evinin mövcud olduğu, 223 saylı bağ sahəsinin hüdudları daxilində yerləşən 3 (üç) ədəd yaşayış evinin 2008-ci ildə, 1 (bir) ədəd yaşayış evinin isə 2011-ci ildən sonrakı dövrlərdə mövcud olduğu müəyyən edilmişdir. 222 saylı bağ sahəsində yerləşən 4 (dörd) yaşayış evinin hansı tarixdə inşa edilməsini dəqiqliklə müəyyən etmək mümkün olmasa da, tikililərin köhnə tikili olması nəzərə alınaraq həmin tikililərin 2008-ci il tarixdən daha əvvəlki dövrdə inşa edildiyi istisna edilmir.
55. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 08 iyun 2022-ci il tarixli tarixli qətnaməsi ilə iddia tələblərinin təmin edilməsi qət olunmuşdur.
56. Məhkəmə gəldiyi nəticəni aşağıdakı kimi əsaslandırmışdır:
56.1. İddiaçılar mübahisəli bağ sahəsinə sahiblik və əmlakı idarə etməklə mirası qəbul etdiklərini şəksiz nümayiş etdirmiş, bununla da miras əmlakını tam olaraq qəbul etmiş, bağ sahəsinə faktiki sahiblik və idarə etdikdən sonra orada tikililər tikmişlər. Bu isə həmin bağ sahəsinə iddiaçıların faktiki sahiblik etdiklərinin şəksiz sübutudur. 56.2. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2014-cü il tarixli qərarına əsasən, Mülki Məcəllənin 1246-cı maddəsinin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itir. 56.3. İş materiallarından müəyyən edilmişdir ki, iddiaçılar mübahisəli torpaq sahəsində və torpaq sahəsi üzərindəki tikililərdə yaşamışlar. Əminə Nəcəfqulu qızının ölümündən sonra iddiaçılar miras qalmış əmlakın saxlanılması və orada yaşayıb təsərrüfat aparması üçün mübahisəli evə faktiki sahib durmaqla miras əmlaka faktiki sahiblik etmiş və həmin əmlakı faktiki idarə etmişlər. İddiaçılar evi təmir etdirmiş, əlavə otaqlar tikdirmiş, hal-hazıradək həmin evdə yaşamaqla evin bütün xərclərini ödəmişlər. İddiaçılar mübahisəli torpağa və onun üzərində inşa edilmiş evə sahiblik etməklə və əmlakı idarə etməklə mirası qəbul etdiklərini şəksiz nümayiş etdirmiş və bununla da, miras əmlakı tam olaraq qəbul etmişlər. 56.4. Miras əmlaka yalnız daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçmiş daşınmaz əmlak deyil, həmçinin əmlaklara dair mövcud olan əmlak hüquqları da daxildir. Hazırkı işin hallarından göründüyü kimi, mübahisəli torpaq sahəsi Əminə Nəcəfqulu qızının öldüyü anda mövcud olmuşdur. Həmin vaxt həmin ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, mərhumun həmin evə dair istifadə və sahiblik hüquqları mövcud olmuşdur. 56.5. Məhkəmə Əminə Nəcəfqulu qızının xx.xx.1984-cü il tarixdə öldüyünü və mirasın həmin vaxt açılmasını nəzərə alaraq qeyd edir ki, 2000-ci ilə qədər mövcud olan Mülki Məcəllənin vərəsəlik haqqında müddəalarında birbaşa göstərilmişdir ki, "vərəsə, digər vərəsələrin gəlməsini gözləmədən, miras əmlakına sahiblik və ya onu idarə etməyə başlaya bilər (maddə 555). Mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir (maddə 552).” 56.6. Bu baxımdan məhkəmə hesab edir ki, hazırki halda miras dedikdə həmin əmlak hüquqları nəzərədə tutulmalıdır. Göründüyü kimi Əminə Nəcəfqulu qızı vəfat edəndə həmin hüquqlardan ibarət miras mövcud idi və onun vərəsələri həmin əmlakı qanunla nəzərdə tutulmuş şəkidə qəbul etməli idilər. Lakin işdə olan sənədlərlə, habelə tərəflərin izahatları ilə müəyyən edilir ki, iddiaçılardan fərqli olaraq cavabdehlər tərəfindən mirasın qəbulu üçün nəzərdə tutulmuş vaxt ərzində miras faktiki olaraq qəbul edilməmişdir.
57. Gəldiyi qənaətin hüquqi əsaslandırması zamanı məhkəmə həmçinin, Mülki Məcəllənin 1134.1-ci, 1134.2-ci, 1243.1-ci, 1243.2-ci, 1243.3-cü, 1246-cı və 1151.1-ci maddələrinə, Konstitusiya Məhkəməsinin “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 18 iyul 2014-cü il tarixli qərarına istinad etmişdir.
58. Həmin qətnamədən Cavabdeh1 və Cavabdeh2 birgə apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddia tələblərinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətlərini iddiaya etirazın məzmununa uyğun əsaslandırmaqla məhkəmənin işin hallarına düzgün qiymət vermədiyini, maddi hüquq normalarını düzgün tətbiq etmədiyini, iş üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmadığını irəli sürmüşlər.
Apelyasiya baxışı zamanı keçirilən məhkəmə iclasları və verilən izahatlar
59. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh1 və Cavabdeh2 birinci instansiya məhkəməsində Cavabdeh1 verdiyi izahatla (§ 53) eyni məzmunda izahatlar verərək apellyasiya şikayətini müdafiə etmişlər.
60. Məhkəmə iclaslarında iştirak edən iddiaçılar İddiaçı9 və İddiaçı4, həmçinin İddiaçı12 nümayəndəsi (vəkili) Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahatlar verməklə (§ 52) şikayətin əsassız olduğunu bildirmişlər.
61. Mübahisəsi gedən bağ sahəsinə yerində baxış keçirən məhkəmə kollegiyası müəyyən etmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 222 və 223 saylı bağ sahələri bir-birinə bitişik olmaqla qonşu sahələrdə yerləşir və mişar daşından inşa edilmiş hasar vasitəsi ilə bir-birindən ayrılmış sərhədlər daxilindədirlər. Bağ sahələrində ümumilikdə 8 (səkkiz) yaşayış evi mövcuddur, sahənin 4 giriş darvazası var. 223 saylı baga girişi təmin edən soldan 1-ci darvazadan girişdədəki evdə İddiaçı12 yaşayır. 2-ci darvazadan həyətə daxil olanda yerləşən birinci evdə İddiaçı9, həmin darvaza ilə üzbəüz evdə İddiaçı8, Təranənin evinin arxasındakı evdə Bahadurun qızları İddiaçı3, İddiaçı2 və İddiaçı1 yaşayırlar. 3-cü və 4-cü darvazalar eyni həyətin müxtəlif istiqamətlərinə açılır, 3-cü darvazadan girişdə soldan birinci evdə İddiaçı6 yaşayır. Bu ev ikinci həyətin daxilindədir. Həyətdəki bənövşəyi rənglə boyanmış evdə İddiaçı11, qırmızı rənglə boyanmış evdə Feyzullanın qızı olan mərhum Səmayənin qızları Lətafət və Sədaqət yaşayırlar. 222 saylı bağ sahəsində yerləşən 4 (dörd) yaşayış evi köhnə tikililərdir.
62. İşə baxılmasının vaxtı (yeri) barəsində məlumatlandırılmalarına baxmayaraq digər iddiaçılar məhkəməyə gəlməmiş, cavabdehlər Bakı şəhəri 18 saylı notariat kontoru və Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi isə nümayəndələrini göndərməmişlər.
Tətbiq edilən hüquq
Azərbayca Respublikasının Konstitusiyası
63. Maddə 13 (İ hissə). Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
64. Maddə 29. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
Azərbaycan SSR-in Mülki Məcəlləsi (1964-cü il redaksiyalı)
65. Maddə 532. Qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (övladlığa götürülənlər), arvad (ər), ölənın valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar.
66. Maddə 552. Vərəsə, vərəsəlik açıldığı gündən altı ay müddətində miras əmlakı faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab edilir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
67. Maddə 324.1, 324.2, 324.4 və 324.5. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.
68. Maddə 337.1 və 339. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər.
69. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.
70. Maddə 667.1. Fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın.
71. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
72. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
73. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.
74. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
75. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər); 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar; 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar; 1159.2. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar.
76. Maddə 1160. Əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir.
77. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.
78. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
79. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.
80. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.
81. Maddə 1321.1. Vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər.
82. Maddə 1321.2. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir.
83. Maddə 1321.3. Vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun.
“Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu
84. Maddə 57. Mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş müddətlərdə verilməlidir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
85. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
86. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
87. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
89. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
90. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının həddi
91. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
92. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
93. Kollegiya izahatları dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
94. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. Rəsmi üsulla vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirilir.
95. Qanunvericiliyin mənasına görə, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsinin G.Qəhrəmanovanın şikayəti üzrə 18 iyul 2014-cü il tarixli qərarı).
96. Vərəsəlik hüququ haqqında şəhadətnamənin, eləcə də həmin şəhadətnamə əsasında verilmiş çıxarışın etibarsızlığı məsələsi həll edilərkən ilk növbədə iddia qaldırmış şəxsin (o cümlədən onun sələflərinin) miras əmlakı qəbul edib-etməmələri (rəsmi və ya faktiki) faktı müəyyən olunmalıdır. Burada diqqətə alınmalı məqam isə ondan ibarətdir ki, Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş vərəsəlik hüququna verilmiş təminat vərəsəlik hüququnun əsasını təşkil edən sosial ədalətlilik prinsipinin qorunmasına və gələcəkdə hər hansı vərəsənin qanuni əsaslarla qəbul edilmiş miras əmlak üzərində mülkiyyət hüququndan formal tələblərə görə məhrum edilməməsinə yönəlmişdir. Başqa sözlə, mirasın faktiki qəbulu məsələsi həll edilərkən sosial ədalətlilik və mütənasiblik prinsipi rəhbər tutularaq tərəflərin hüquqları arasında ədalətli balans qurulmalı, hər hansı fərdin üzərinə əlavə yük qoyulmamalı, eləcə də tərəflərdən hər hansı birinin mülkiyyət hüququ əsassız məhdudlaşdırılmamalıdır.
97. İşin yuxarıda qeyd olunan hallarından göründüyü kimi, Əminə Nəcəfqulu qızının ölümündən sonra iddiaçılar (onların sələfləri) miras əmlaka faktiki sahiblik və onu faktiki idarə etmiş, evi təmir etdirmiş, əlavə otaqlar tikdirmiş, hal-hazıradək orada yaşamaqla evin bütün xərclərini ödəmişlər. Başqa sözlə iddiaçılar (onların sələfləri) mübahisəli torpağa və onun üzərində inşa edilmiş ev(lər)ə sahiblik və əmlakı idarə etməklə mirası qəbul etdiklərini şəksiz nümayiş etdirmiş, bununla da miras əmlakı tam olaraq qəbul etmişlər.
98. Cavabdeh2 isə iddiaçılardan fərqli olaraq Əminə Nəcəfqulu qızından qalmış mirasın qəbulu üçün nəzərdə tutulmuş vaxt ərzində mirası nə faktiki, nə də rəsmi qəbul etməmişdir.
99. Məhz bu səbəblə, cavabdehlər arasında bağlanmış bağışlanma müqaviləsi və onun əsasında verilən çıxarış da etibarlı sayıla bilməz. Belə ki, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir; Cavabdeh2 miras əmlakı qəbul etməmiş olduğu müəyyən edildiyindən, onun həmin əmlakla əlaqədar bağladığı əqd səlahiyyətli şəxslərin arasında bağlanmış əqd kimi qiymətləndirilə bilməz.
100. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir.
101. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-287/2022 saylı iş üzrə 08 iyun 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorlara aid olunsun. Qətnamədən Cavabdeh1 və Cavabdeh2 tərəfindən, qətnamə onlara rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Vahid Sadıqov