Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6278/2024 03.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası X3 Əmlak Hərrac Mərkəzinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Abşeron rayon İcra Şöbəsi) qarşı mülki iş üzrə (Açar sözlər: hərraca dair sifarişin qanunsuz hesab edilməsi, hərracın yekunları barədə protokolun etibarsız sayılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X13 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X6 ibarət tərkibdə, məhkəmə iclas katibi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası X3 Əmlak Hərrac Mərkəzinə (Abşeron rayon İcra Şöbəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “hərraca dair sifarişin qanunsuz hesab edilməsi, hərracın yekunları barədə protokolun etibarsız sayılması və ona dair verilən çıxarışın ləğv edilməsi’’ tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3109/2024 saylı, 2 sentyabr 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi İşin halları
1. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1031/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsindən görünür ki, ipoteka predmeti olan İddiaçı mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən, 2 otaqlı, 53.7 kv.m ümumi, 34 kv.m sas, 19.7 kv.m yardımçı sahədən ibarət olan 34 nömrəli mənzilin açıq hərracda satılması, mənzilin satışından əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin cavabdeh İddiaçı, X7 və "xxxx" MTK-dan tutularaq, iddiaçı "xxxx" ASC-yə ödənilməsi; ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən, 2 otaqlı, 53.7 kv.m ümumi, 34 kv.m əsas, 19.7 kv.m yardımçı sahədən ibarət olan 34 nömrəli mənzil açıq hərraca çıxarılarkən ilkin satış qiymətinin onun dəyərinə uyğun 70 000 manat müəyyən edilməsi qət edilmişdir.
2. Abşeron rayon İcra və Probasiya şöbəsinin 13 iyul 2023-cü il tarixli sifarişinə əsasən ünvan 1 ünvanında yerləşən, 2 otaqlı, 53.7 kv.m ümumi, 34 kv.m əsas, 19.7 kv.m yardımçı sahədən ibarət olan 34 nömrəli mənzilin satılması ilə bağlı hərracın keçirilməsi Azərbaycan Respublikası X3 Əmlak Hərrac Mərkəzinə sifariş olunmuşdur.
3. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kolegiyasının 8(105)-28/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən Abşeron rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş bildirişin qanunsuz hesab olunması barədə borclu İddiaçı tərəfindən verilmiş şikayətin təmin edilməməsi qərara alınmışdır. Həmin qərarın əsaslandırıcı hissəsində “...Abşeron rayon İcra və Probasiya Şöbəsi tərəfindən tələbin könüllü icra edilməsi ilə bağlı borclu İddiaçı xx.xx.2023-cü il tarixdə bildiriş və bir neçə SMS göndərilmiş, bildiriş borclunun ünvanında yaşayan əmisi D.Əmiraslanov tərəfindən xx.xx.2023-cü il tarixdə qəbul edilmişdir. Borclu İddiaçı tərəfindən tələb könüllü icra edilmədiyindən icra məmuru hərracın keçirilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli sifariş vermişdir. ...İcra sənədində göstərilən tələbin könüllü icrası üçün borcluya təqdim edilməli olan bildiriş hüquqi nəticələrə səbəb olsa da, icra məmuru tərəfindən bu hərəkətlərin aparılması zamanı qanunvericiliyin hər hansı bir tələbləri pozulmamışdır...” qeyd edilmişdir.
4. xx.xx.2023-cü il tarixli 1486/23 №-li bildirişin surətindən müəyyən olunur ki, “X3” nəzdində yaradılmış Cavabdeh MMC tərəfindən xx.xx.2023-cü il tarixdə, saat 11:00-də ilkin satış qiyməti 70000 manat müəyyən edilməklə hərracın keçirilməsi barədə xəbərdarlıq-bildirişlər İddiaçı Tovuz rayonu Qaraxanlı kəndində yerləşən və ünvan 2 ünvanına göndərilmişdir.
5. “Birja News” qəzetinin xx.xx.2023-cü il qəzetinin surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən 2 otaqlı mənzil üzrə hərracın keçirilməsi barədə məlumat dərc olunmuşdur.
6. X10 tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış ərizədən görünür ki, S.Ə.Ələkbərli xx.xx.2023-cü il tarixdə keçiriləcək açıq hərracda iştirak etmək üçün müraciət etmiş və 3500 manat məbləğində beh ödəmişdir.
7. X3 Cavabdeh MMC tərəfindən verilmiş hərracın yekunları barədə xx.xx.2023-cü il tarixli 197/23 nömrəli protokoldan görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 1031/2022 saylı xx.xx.2022-ci il tarixli icra vərəqəsinə və Abşeron rayon İcra Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli sifariş əsasında ünvan 3 ünvanında yerləşən 2 otaqlı mənzil 70050 manata X1.
8. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" MMC-nin X17 tərəfindən Abşeron rayon İcra və Probasiya şöbəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli 14/530 nömrəli cavab məktubundan görünür ki, Abşeron rayon İcra və Probasiya Şöbəsi tərəfindən İddiaçı 50928-4N reyestr nömrəli,Ə xx.xx.2023-cü il tarixdə göndərilən SS805471312AZ saylı məktub xx.xx.2023-cü il tarixində Elnarənin əmisi Əmiraslanov Dilqəmə F-8 çatdırma vərəqəsinə imza edilərək verilmişdir. Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı cavabdeh Azərbaycan Respublikası X3 Əmlak Hərrac Mərkəzinə (Abşeron rayon İcra Şöbəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “hərraca dair sifarişin qanunsuz hesab edilməsi, hərracın yekunları barədə protokolun etibarsız sayılması və ona dair verilən çıxarışın ləğv edilməsi’’ tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron icra şöbəsinin 17Y756502V saylı, xx.xx.2023-cü il tarixli hərracın keçirilməsinə dair sifarişinin qanunsuz hesab edilməsi, cavabdeh Azərbaycan Respublikası X3 Əmlak Hərrac Mərkəzinin tərtib etdiyi xx.xx.2023ci il tarixli, 197/23 nömrəli Hərracın Yekunları barədə Protokolun və ona dair verilən çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 1031/2022 saylı, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli (xx.xx.2023-cü il tarixdə verilmiş) icra vərəqəsinə əsasən Abşeron rayon icra şöbəsi tərəfindən verilmiş 17/756502V saylı xx.xx.2023-cü il tarixli (daxil olma xx.xx.2023-cü il) sifarişi üzrə borclu İddiaçı məxsus, ünvan 5 ünvanında yerləşən, 2 otaqlı 53,7 kv metr ümumi, 34 kv metr əsas, 19.7 kv metr yardımçı sahədən ibarət olan 34 saylı mənzili ilkin hərracda alış qiyməti 70050 (yetmiş min əlli) manata olmaqla X2 və bununla əlaqədar olaraq, hərracın təşkilatçısı tərəfindən hərracın yekunları barədə xx.xx.2023-cü il tarixli, 197/23 nömrəli protokol tərtib edilmişdir. Belə ki, Abşeron rayon icra şöbəsi tərəfindən 17/756502V saylı, xx.xx.2023-cü il tarixli (daxil olma xx.xx.2023-cü il) sifarişi hərraca göndərməmişdən öncə icra vərəqəsi üzrə borclu İddiaçı qərar bildiriş göndərilməmişdir. Bu da icra haqqında qanunvericiliyə ziddir. Bu baxımdan da Abşeron rayon icra şöbəsi tərəfindən 17/756502V saylı, xx.xx.2023-cü il tarixli hərraca göndərilən sifariş qanunsuz hesab edilməli və hərracın yekunları barədə xx.xx.2023-cü il tarixli, 197/23 nömrəli protokolu hesab edir ki, etibarsız sayılmalıdır. Ondan əlavə hərracın keçirilməsinə dair bildirişi qərəzli olaraq o, yaşadığı ünvan 6 ünvanında yox, Tovuz rayonu, Qaraxanlı kəndində əmisinin ünvanına göndərilmişdir.
11. Cavabdeh iddiaya etiraz edərək qeyd etmişdir ki, iddia əsassız olduğundan təmin olunmamalıdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1031/2022 saylı, xx.xx.2022ci il tarixli (xx.xx.2023-cü il tarixdə verilmiş) icra vərəqəsinə əsasən Abşeron rayon İcra Şöbəsi tərəfindən verilmiş 17/756502V saylı, xx.xx.2023-cü il tarixli üzrə tələbkar "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş, İddiaçı məxsus, tələbkar "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş, ünvan 8 ünvanında yerləşən 2 otaqlı, 53.7 kv.metr ümumi, 34 kv.metr əsas, 19.7 kv.metr sahədən ibarət olan 34 saylı mənzilin açıq hərracda satılması Cavabdeh MMC-yə sifariş olunmuşdur. Sözügedən sifarişdə qeyd olunan mənzilin açıq hərracda ilkin satış dəyəri 70.000 (yetmiş min) manat məbləğində müəyyənləşdirilmişdir. Yuxarıda sözügedən hərrac sifarişi Cavabdeh MMC-yə daxil oduqdan sonra həmin hərrac sifarişinə əsasən satılmalı olan əmlaka dair ilkin hərracın keçirilməsi 11 avqust 2023-cü il, saat 10:00 (növbəlik qaydasında) təyin edilmiş və hərracın qeyd olunan tarixə təyin edilməsi barədə elan xx.xx.2023-cü il tarixində kütləvi informasiya vasitəsi kimi Azərbaycan Respubikası Ədliyyə Nazirliyində qeydiyyata alınmış “Birjanyus” internet informasiya saytında (portalında) (www.birianews.az) dərc olunmuş və həmin elan həmçinin hərracın təşkiltaçısının rəsmi internet səhifəsində də (“E-herrac.com'’) yerləşdirilmişdir. Bundan sonra iş olunan əmlaka dair açıq hərracın keçirilməsinə dair 1486/23 saylı, xx.xx.2023-cü il tarixli keçirilmiş hərracın sifarişçisinə, borclular İddiaçı, X11, eləcə də digər tərəflərə poçt vasitəsi ilə göndərilmişdir. Yuxarıda sözügedən tarixə təyin olunmuş ilkin açıq hərracda iştirak etmək üçün X10 və X5 ərizə ilə "Əmlak Hərrac Mərkəzi” MMC-yə müraciət edərək, iştirakının təmin olunmasını xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə keçirilən açıq hərracda hərracın predmeti olan mənzil 70.050 (yetmiş min əlli) manata X1. Bununla əlaqədar olaraq, hərracın yekunları barədə 197/23 saylı, xx.xx.2023cü i tarixli protokol tərtib olunmuşdur. 197/23 saylı, xx.xx.2023-cü il tarixli hərracın yekunları barədə protokol qalibi alıcı, eləcə də hərracın təşkilatçısının sənədlərlə iş üzrə bölmə rəhbəri və direktor müavinin imzası, həmçinin hərracın təşkilatçısının möhürü ilə təsdiq edildikdən sonra elektron qaydada hərracın sifarişçisinə göndərilmişdir. Kağız daşıyıcısında tərtib və təsdiq olunmuş protokol növbəti tədbirlərin təmin edilməsi məqsədi ilə hərracın qalibi vasitəsi ilə sifarişçi icra qurumuna göndərilmişdir. Yuxarıda sadalanan xüsusatlardan, eləcə də istinad olunan sənədlərdən görünür ki, yuxarıda sözügedən sifariş üzrə keçirilən hərrac qanuni və əsaslıdır. Odur ki, həmin hərracın nəticələrinə dair tərtib və təsdiq olunmuş protokolun etibarsız sayılmasına hər hansı hüquqi əsas yoxdur.
12. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3109/2024 nömrəli, 02 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.
13. Məhkəmə qeyd etmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kolegiyasının qanuni qüvvəyə minmiş 8(105)-28/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən Abşeron rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş bildirişin qanunsuz hesab olunması barədə borclu İddiaçı tərəfindən verilmiş şikayətin təmin edilməməsi qərara alınmışdır. Eyni zamanda İddiaçı həm Tovuz rayonu Qaraxanlı kəndində yerləşən və ünvan 9 ünvanına hərracın keçirilməsi ilə bağlı rəsmi qaydada xəbərnaməli bildiriş göndərilmiş, eləcə də “Birja news” qəzetində də müvafiq qaydada elan yerləşdirilmişdir.
14. Məhkəmə öz mövqeyini “İpoteka haqqında” AR Qanununun 41.2, 41.3, 42.1, 42.3, 42.4, 42.6-cı maddələri; “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 53.2, 62.1-ci maddələri; Azərbaycan Respublikası Mülki Məcəllənin 415.2 və 416.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin dəlilləri və şikayətə etirazın dəlilləri
15. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3109/2024 nömrəli, 2 sentyabr 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.
16. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qəbul edilərkən maddi və prossesual hüquq normaları pozulmuşdur. Məhkəmə işi obyektiv araşdırmamış və proses zamanı iş üçün mühüm əhəmiyyət kəsb edən təqdim edilən edilmiş sübutlar obyektiv qiymətləndirilməmişdir. Belə ki, cavabdehin etiraz ərizəsinə əsaəsən qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Qeyd etmişdir ki, Abşeron Rayon rayon icra şöbəsinin icra məmuru tərəfindən icra sənədi üzrə üzrə icra haqqında qanunvericiliyin tələbinə uygun ona rəsmi qərar bildiriş təqdim olunmamışdır. Bu da onu göstərir ki, hərracın keçirilməsi qanunsuzdur. Lakin çox təəssüflər olsun ki, məhkəmədə hərracın keçirilməsinə dair bildirişi qəsdən bilərəkdən onun yaşadığı ünvanı qala-qala Tovuz rayonuna əmisigilə hərracın keçirilməsinə dair bildiriş göndəriblər. Ondan əlavə həmin bildirişi məhkəmə hesab edib ki, həmin əmisigildə qəbul edilən məktub icra məmurunun icra sənədi üzrə qərar bildirişdir. Hərçənd icra məmuru icra sənədi üzrə heç bir qərar bildiriş ona təqdim etməyib. Sadəcə məhkəmə qəsdən qərəzli olaraq cavabdehin əmisigilə hərracın keçirilməsinə dair bildirişi icra məmurunun ona göndərdiyi qərar bildiriş kimi qəbul etmişdir. Bu baxımdan da hesab edir ki, qətnamə qanunsuz və əsasız olduğundan ləgv edilməlidir.
17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
18.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış digər tərəflər məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Apellyasiya baxışının hədləri 19.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 20.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 21.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 22.Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddia tələbinin təmin edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
23.16.1-ci maddəsində isə müəyyən edilmişdir ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. 24.337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. 25.415.1-ci maddəsinə əsasən, auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər. 26.415.2-ci maddəsinə əsasən, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir.
27. 415.3-cü maddəsinə əsasən, əgər bu Məcəllədə və ya hərracın keçirilməsi barədə bildirişdə ayrı qayda nəzərdə tutulmayıbsa, bildirişi göndərən açıq hərrac təşkilatçısı auksionu keçirməkdən istədiyi vaxt, lakin onun keçirilməsi gününə ən geci üç gün qalmış, müsabiqəni keçirməkdən isə onun keçirilməsinə ən geci otuz gün qalmış imtina edə bilər. Açıq hərracın təşkilatçısı onu keçirməkdən həmin müddətləri pozmaqla imtina etdikdə, iştirakçılara dəyən real zərərin əvəzini ödəməlidir. Qapalı auksionun və ya qapalı müsabiqənin təşkilatçısı hərracdan imtinanın bildiriş göndərildikdən sonra məhz hansı müddətdə edildiyindən asılı olmayaraq, dəvət etdiyi iştirakçılara dəyən real zərərin əvəzini ödəməlidir. 28.415.4-cü maddəsinə əsasən, hərracın iştirakçıları hərracın keçirilməsinə dair bildirişdə göstərilən məbləğdə, müddətdə və qaydada beh verirlər. Hərrac keçirilmədikdə beh geri qaytarılmalıdır. Hərracda iştirak edən, lakin onu udmayan şəxslərin də behi qaytarılır. Hərracı udmuş şəxslə müqavilə bağlandıqda, onun verdiyi behin məbləği bağlanmış müqavilə üzrə öhdəliklərin icrası hesabına daxil edilir.
29. 415.5-ci maddəsinə əsasən, hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Hərracı udmuş şəxs protokolu imzalamaqdan boyun qaçırarsa, verdiyi behi itirir. Protokolu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçısı hərracı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir.
30. 416.1 və 416.2-ci maddələrinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.
“İpoteka haqqında” Qanunun
31.41.2-ci maddəsinə əsasən, məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. 32.41.3-cü maddəsinə əsasən, hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. 33.42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. 34.43.3-cü, 43.4-cü, 43.5-ci, 43.6-cı və 43.7-ci maddələrinə görə isə, hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda, birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq, təkrar hərrac keçirilir. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. 35.44-cü maddəsinə əsasən, bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur.
“İcra haqqında” Qanunun
36.61.2-ci maddəsinə əsasən, ixtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir. 37.62.2-ci maddəsinə əsasən, hərracın keçirilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir.
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin
38.14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 39.14.2, 77.1 və 88-ci maddələrinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
40.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamənin qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları isə müəyyən edilmir. Bu baxımdan mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
41. İş materiallarından göründüyü kimi İddiaçı məhkəməyə müraciət edərək, Abşeron İcra Şöbəsinin 17Y756502V saylı, xx.xx.2023-cü il tarixli hərracın keçirilməsinə dair sifarişin qanunsuz hesab edilməsini, həmçinin cavabdeh Azərbaycan Respublikası X3 Cavabdeh MMC-nin tərtib etdiyi xx.xx.2023-ci il tarixli, 197/23 nömrəli Hərracın Yekunları barədə Protokolun və əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
42. Məhkəmə kollegiyası 17Y756502V saylı, xx.xx.2023-cü il tarixli hərracın keçirilməsinə dair sifarişinin mübahisələndirilməsi ilə əlaqədar ilk öncə qeyd etməyi zəruri sayır ki, iddiaçı icra məmuru tərəfindən verilmiş sifarişi mübahisələndirir, icra məmuru tərəfindən icra sənədinin icra edilməsi məqsədi ilə borcluya məxsus əmlakın hərracda satılmasına dair sifarişin hərrac keçirən müəsissəsinə göndərməmişdən öncə ona göndərilmədiyindən narazı olduğunu bildirir.
43. Göründüyü kimi iddiaçı hərracın keçirilməsinə əsas olmuş sifarişi mübahisələndirərkən icra məmurunun hərəkətlərinin qanunsuz olduğuna əsaslansa da, həmin tələbi mübahisələndirdiyi sifarişin verilməsinə görə məsuliyyət daşıyan icra şöbəsini cavabdeh qismində cəlb etməmişdir.
44. Halbuki Mülki Prosessual Məcəllənin 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunduğundan və əqdlərin etibarsızlığı tələbinə cavab verməklə bağlı müvafiq hüquqi mükəlləfiyyətə həmin müqavilənin bütün tərəfləri malik olduğundan bu cür tələbin əsl cavabdehi müvafiq əqdin tərəfləri birlikdə ola bilərlər. Əks halda, işə baxan məhkəmə, Mülki Prosessual Məcəllənin 51.3 və 54-cü maddələrinin tələblərinə müvafiq olaraq, iddiaçının yazılı razılığı ilə cavabdehi əsl cavabdehlə əvəz etməli və ya başqa cavabdehi işə cəlb etməli, iddiaçı razı olmadıqda isə məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxaraq əsl olmayan cavabdehə qarşı qaldırılmış iddiaya dair qaydaları tətbiq etməlidir.
45. Bundan başqa iddiaçı hərracın qanunsuz keçirilməsini iddia etməklə, hərrac keçirilərkən ona məlumat verilmədiyinə istinad etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi qənaətlə razılaşaraq qeyd etməyi zəruri sayır ki, Abşeron rayon İcra şöbəsinin xx.xx.2022-ci il tarixli sifarişi (Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1031/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə) əsasında "xxxx" MMC-nin təşkilatçılığı ilə hərrac xx.xx.2023-cü il tarixində keçirilmiş, nəticədə həmin tarixli 197/23 saylı Hərrac yekunları barədə protokoluna əsasən ünvan 1 ünvanında yerləşən, 2 otaqlı 34 nömrəli mənzil ilkin açıq hərracdakı satış qiymətinə - 70.050 manata X1.
46. İş materiallarından göründüyü kimi hərracın keçirilməsi ilə bağlı bütün iştirakçılara hərracın keçiriləcəyi yer, tarix və sair aidiyyəti məlumatları özündə əks etdirən bildirişlər göndərilmiş, kütləvi informasiya vasitələrində elanlar dərc edilmişdir. Buna baxmayaraq iddiaçı hərrac barədə məlumatsız olduğuna, hərracın qanunvericiliklə müəyyən edilmiş qaydaların pozulmaqla keçirildiyinə istinad edərək, bu əsaslarla da hərracın nəticələrinin etibarsız hesab edilməsini tələb edir. 47.“F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mulki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415.2-ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. 48.Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. 49.Beləliklə qanunvericilikdə bu qəbildən olan işlər üzrə hərracın keçirilməsinə məsul olan təşkilat hərrac iştirakçısının yaşadığı ünvanı axtarıb tapmaq və bildirişlərin borclunun bu ünvanına göndərmək, habelə onun özünü şəxsən tapıb, bildirişi şəxsən onun özünə təqdim etmək və ya hərrac barədə özündə məlumatları əks etdirən qəzetləri göndərmək öhdəliyi daşımır. Qanunverici hərrac təşkilatının üzərinə hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirmək, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərmək vəzifəsi qoymuşdur. Bununla da, hərrac təşkilatı qeyd edilən şəxslərə təsdiq etmə üsulu ilə bildiriş göndərməklə və qəzetlərdə elan dərc etdirməklə üzərinə qoyulmuş bu öhdəliyi yerinə yetirmiş olur. 50.Beləliklə məhkəmə kollegiyasının gəldiyi qənaətə görə, Cavabdeh MMC tərəfindən mübahisə predmeti olan hərracın etibarsızlığına dəlalət edən və bunun nəticəsində bağlanmış protokolun ləğv edilməsini şərtləndirən hər hansı qanunsuz hərəkətə yol verildiyi müəyyən edilməmişdir, hərracın özü-özlüyündə etibarsız olması halı isə öz təsdiqini tapmamışdır. Belə olan halda kollegiya Abşeron rayon İcra şöbəsinin xx.xx.2022ci il tarixli sifarişi (Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1031/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə) ilə Cavabdeh MMC-nin təşkilatçılığı ilə keçirilmiş hərracın nəticələrinin etibarsız hesab edilməsi üçün hər hansı hüquqi əsasın olmadığı qənaətinə gəlir. 51.MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
52. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. 53.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3109/2024 saylı, 2 sentyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Fuad Abdıyev