Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6287/2021 15.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Məmmədovanın sədrliyi ilə, Elşən Cələddin oğlu Kazımov və Akif Əsgər oğlu İsgəndərovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı, onun vəkilləri və nümayəndələri Vəkil3 və Vəkil1, Cavabdeh1 vəkili Vəkil2, Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil4 iştirakları ilə, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1255/2020 nömrəli iş üzrə 02 mart 2020-ci il tarixli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 734.098,24 ABŞ dolları məbləğində borcun ödəniş günü Azərbaycan manatının məzənnəsi ilə tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, uzun müddətdir ki, xarici ölkədə sahibkarlıq fəaliyyəti ilə məşğul olur. İddiaçının bu fəaliyyəti ilə bağlı Bakı şəhərində bir sıra şəxslərlə tanışlığı var.Cavabdehlərdən Cavabdeh1 ilə uzun müddətdir ki, tanışdır. 2011-ci ildə cavabdeh iddiaçıya bildirib ki, kürəkəni, digər Cavabdeh2 idman mallarının alqı-satqısı ilə məşğul olur və xahiş edib ki, Tural iddiaçı ilə birlikdə bizneslə məşğul olsun. Amil iddiaçıdan xahiş edib ki, o, Dubaydan idman mallarını Bakı şəhərinə göndərsin, Tural da həmin malları Bakı şəhərində satsın, sonra həmin malların pulunu iddiaçıya qaytarsın, həmçinin, bu işə zamin olaraq bildirib ki, əgər birgə işdə hər hansı bir problem olarsa, Tural pulu qaytarmazsa o, öz evini, mülklərini satıb iddiaçının pullarını qaytaracaq. 2011-ci ildə Turalla birgə fəaliyyətə başladılar. İlk vaxtlarda Amilin nəzarəti altında Tural göndərilən malları sataraq pulları qaytarıb. 2011-ci ildən başlayaraq hissə-hissə olmaqla Turala 3.159.785 ABŞ dolları məbləğində idman malları göndərib. Tural göndərdiyi malları satmaqla iddiaçıya pulların bir hissəsini ödəyib, lakin 986.000,0 ABŞ dolları məbləğində malın pulunu bu günə qədər qaytarmayıb. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Daxili İşlər Nazirliyi Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsində aparılmış araşdırma prosesində Cavabdeh2 etiraf etdiyi borc məbləğindən ödənilməmiş 55.000 ABŞ dollarının da qaldırılmış iddia məbləğinə əlavə edilərək, cavabdehlərdən müştərək qaydada 789.098,24 ABŞ dolları məbləğində borcun ödəniş günü Azərbaycan manatının məzənnəsi ilə tutulub iddiaçıya verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(006)-1255/2020 nömrəli iş üzrə 02 mart 2020-ci il tarixli qətnaməsi ilə (hakim – R.Səmədov) iddia tələbi təmin edilərək, cavabdehlərdən müştərək qaydada 789.098,24 ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) məbləğində pul, habelə 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı cavabdehlərə xarici ölkədən ticarət məqsədi ilə müxtəlif vaxtlarda 3.159.785 ABŞ dolları məbləğində idman malları göndərmiş, lakin cavabdehlər iddiaçı qarşısında aldıqları mala görə ödənişə dair öz öhdəliklərini tam yerinə yetirməmişlər və hazırda iddiaçı 789.098,24 ABŞ dolları məbləğində pulun tutulmasını tələb edir, lakin cavabdehlər iddiaçıya cəmi 55.000 ABŞ dolları borclu olduqlarını etiraf edirlər. Məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iş materialları ilə cavabdehlərin iddiaçıya 55.000 ABŞ dollarından əlavə, 06.04.2019-cu il tarixə 743.098,24 ABŞ dolları, ümumilikdə isə 789.098,24 ABŞ dolları borclarının olması təsdiq olunur. Belə ki, Cavabdeh2 Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin İstintaq şöbəsində verdiyi izahatında təsdiq etmişdir ki, iddiaçının mallara görə verdiyi pul təxminən 3.159.000 ABŞ dolları məbləğində olmuş, həmin məbləğdən o, iddiaçıya 2.000.000 ABŞ dolları məbləğindən artıq pulu - bir hissəsini əlbəəl, bir hissəsini isə bank köçürmələri vasitəsi ilə göndərmişdir. Məsələ İstintaq şöbəsində araşdırılarkən iddiaçıya 116.000 ABŞ dolları nağd pul vəsaiti ödəmiş və "xxxx" MMC-nin yaşayış binasında 206 kv.m sahəsi olan mənzili ona təqdim etmişdir (mənzilin qiyməti 120.000 ABŞ dolları kimi razılaşdırılmışdır). Həmin pul vəsaitləri “Faqihi Enterprises LLC” şirkətinin hesabdan çıxarışında da ödənilmiş pul vəsaitləri kimi nəzərə alınmışdır. Qeyd olunanlara əsasən, məhkəmə belə qənaətə gəlmişdir ki, iddia tələbi təmin olunmalıdır və öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 385.1, 442, 1091, 1091.2, 1092.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 76.1, 76.2, 77.1, 106.1, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-5201/2020 nömrəli iş üzrə 14 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – F.Talışinski (sədrlik edən və məruzəçi), X.Mərdanova və Z.Şirinov) cavabdehlərin apellyasiya şikayətləri təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul olunaraq, iddia təmin edilməmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı tərəfin istinad etdiyi sübutlar mümkünlük, aidiyyət və mötəbərlik baxımından müvafiq sənədləşmə (müqavilə, məxaric və mədaxil qəbzləri və sair) ilə dəqiq müəyyən edilməli olan pul-mal dövriyyəsi üzrə iddia tələbini təsdiq etmir və prosessual qanunvericiliklə müəyyən edilmiş etiraf etmə proseduru istisna edilməklə, ehtimallara (izahat, ifadə və sair bu növ yanakı sübutlara) əsasən belə əhəmiyyətli məsələdə iddiaçının xeyrinə qənaətin bərqərar edilməsi suiistifadəyə şərait yaradan hal kimi yolverilməzdir. Apellyasiya şikayətlərində iddiaçının əsassız varlanma tələbi üzrə müddətə görə qüvvədən düşməsinə istinad edilməsinə isə qanuni zərurət mövcud deyil. Belə ki, bu zərurət iddianın mahiyyəti təsdiq edildiyi halda mövcud ola bilərdi. Mövcud olmayan (sübuta yetirilməyən) “əsassız varlanma”ya dair müddətin tətbiqi isə mümkünsüzdür. Məhkəmə hesab etmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin hazırkı mübahisəli münasibətlərinə uyğun qətnaməni düzgün əsaslandırmamış, mülki (prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada cavabdeh tərəfindən etiraf edilməmiş) qanunvericiliklə əsassız varlanma üzrə münasibətləri tənzimləyən maddi hüquq normalarını ehtimal edilən və mülki hüquqi əsası olmayan öhdəliyə tətbiq etmişdir. Məhkəmə qətnamədə Mülki Məcəllənin 21, 385-388, 399, 470, 739, 1091-ci, MPM-in 14.2, 52, 76, 77.1, 80-82, 106.2, 216, 106.2, 216, 217.3, 217.4-cü maddələrini sadalamışdır. İddiaçı (vəkillər Vəkil3 və Vəkil1) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 19 aprel 2021-ci il tarixli, 2(102)- 1977/2021 saylı Qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5201/2020 nömrəli iş üzrə 14 sentyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına qaytarılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 19 aprel 2021-ci il tarixli, 2(102)- 1977/2021 saylı Qərarında qeyd edilmişdir ki, “Məhkəmə kollegiyası hesab edir ki, sadəcə bir sıra qanunvericilik normalarının sadalanması və mübahisənin mahiyyətinə qiymət vermədən iddianın əsassız olması barədə qənaəti əks etdirən bir cümlədən ibarət olan məhkəmə aktı əsaslandırılmış məhkəmə aktı kimi qəbul edilə bilməz.Məhkəmə qərarlarının qanunvericiliyin tələblərinə əməl olunmadan, əsaslandırılmamış qaydada çıxarılması həmin qərarları ədalət mühakiməsinin lazımi qaydada qəbul edilmiş qanuna uyğun aktı kimi qəbul etməyə imkan vermir.” Məhkəmə kolegiyasının iclasında iştirak edən cavabdehlərin vəkilləri (nümayəndələri) apelyasiya şikayətinin məzmunununa uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini, qətnamənin ləğv olunmasını və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdirlər. Məhkəmə kolegiyasının iclasında iştirak edən iddiaçı, vəkilləri (nümayəndələri) iddia tələbinin dəlillərinə istinad etməklə, cavabdehlərin apelyasiya şikayətinin təmin edilməməsini və 1-ci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdirlər.İddiaçı verilən suallara cavab olaraq bildirmişdir ki, Dubay şəhərində “Faqihi Enterprises LLC” şirkətində işləməklə, yaxşı əməkhaqqı almış, eyni zamanda işlədiyi həmin şirkətdən kredit şəklində pul vəsaiti götürmüşdür.Həmin pul vəsaitini Cavabdeh2 Dubayda ayrı-ayrı maqazinlərdə baxıb almaq üçün bəyəndiyi idman mallarının ödənişinə sərf etmişdir.Lakin həmin malları karqo ilə çatdırmaq üçün şirkətin adından göndərməli olmuşdur. Məhkəmə kolegiyası tərəfləri dinləyərək, iş üzrə materialları və apelyasiya şikayətlərinin dəlillərini araşdıraraq, Azərbaycan Respublikası Ali Məhkəməsinin 19 aprel 2021-ci il tarixli, 2(102)-1977/2021 saylı Qərarında qeyd olunanları nəzərə alaraq hesab edir ki, cavabdehlərin apelyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iddia tələbinin qismən təmin olunması barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, iş materiallarından və tərəflərin izahatından görünür ki, iddiaçı ilə cavabdehlər arasında birgə fəaliyyətlə bağlı şifahi razılaşma olmuş, razılaşmaya əsasən cavabdehlərdən Cavabdeh1 2011-ci ildə iddiaçıya bildirib ki, kürəkəni, digər Cavabdeh2 idman mallarının alqı-satqısı ilə məşğul olur və xahiş edib ki, Tural iddiaçı ilə birlikdə bizneslə məşğul olsun. Amil iddiaçıdan xahiş edib ki, o, Dubaydan idman mallarını Bakı şəhərinə göndərsin, Tural da həmin malları Bakı şəhərində satsın, sonra həmin malların pulunu iddiaçıya qaytarsın, həmçinin, Cavabdeh1 bildirmişdir ki, əgər bu birgə işdə hər hansı bir problem olarsa, Tural pulu qaytarmazsa o, iddiaçının pullarını qaytaracaq.İddiaçı və Cavabdeh2 birgə fəaliyyətə başlamışdırlar.İlk vaxtlarda Amilin nəzarəti altında Tural göndərilən malları sataraq pulları qaytarıb.Tural iddiaçının göndərdiyi malları satmaqla iddiaçıya pulların bir hissəsini ödəyib, lakin hazırda iddiaçıya borcu qalmış və həmin məbləğ pulunu bu günə qədər qaytarmayıb.İddiaçı həmin borc məbləğinin 789.098,24 ABŞ dolları olduğunu iddia edir, cavabdehlər isə borcun ödənildiyini və heç bir borc qalmadığını bildirirlər. Kollegiya ilk olaraq qeyd edir ki, tərəflər arasındakı mübahisə gəlir götürmək məqsədi ilə birgə fəaliyyət göstərməklə bağlı razılaşmadan yaransa da, həmin razılaşmadan irəli gələn fəaliyyətləri zamanı tərəflərin sahibkar kimi statusları olmamış (hazırda da belə statusları yoxdur) və odur ki, mübahisəyə mülki icraat qaydasında baxılır. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. 3-cü və 4-ci maddələrinə əsasən sahibkarlıq fəaliyyətinin və mülkiyyətçi ilə münasibətlərin xarakterindən asılı olaraq sahibkarlıq fəaliyyəti ilə həm mülkiyyətçinin özü, həm də onun müəyyən etdiyi səlahiyyətlər daxilində təsərrüfatın başçısı hüququ əsasında mülkiyyətçinin əmlakını idarə edən subyekt məşğul ola bilər. Müəssisəni idarə edən subyektin və əmlakın mülkiyyətçisinin münasibətləri tərəflərin qarşılıqlı öhdəliklərini, hüquqlarını və məsuliyyətlərini müəyyən edən müqavilə (bağlaşma) ilə tənzimlənir. 4.2-ci maddəsinə əsasən fərdi və şərikli şəkildə həyata keçirilən sahibkarlıq qanunvericilikdə nəzərdə tutulmuş formalarda təşkil edilə bilər. Daha sonra Kollegiya qeyd edir ki, iddiaçı cavabdehlərin borc məbləğinin 789.098,24 ABŞ dolları olduğunu iddia edir, cavabdehlər isə borcun ödənildiyini və heç bir borc qalmadığını bildirirlər.Həmçinin, iddiaçının iddia ərizəsindən (əlavə ərizəsindən) və izahatlardan müəyyən olunur ki, iddiaçının tələb etdiyi 789.098,24 ABŞ dolları pul məbləğinin 231.209,0 ABŞ dolları “Karvan” Ticarət Mərkəzində və “Sədərək” Ticarət Mərkəzində Cavabdeh2 iddiaçı üçün aldığı ticarət obyektlərinə görə ödədiyi pul məbləği, 375.615,0 ABŞ dolları 4 il ərzində satılan mallara görə verilməli olduğu gəlir, qalan 373.176 ABŞ dolları isə göndərdiyi malların dəyəridir.(Bu məbləğlərin cəmi ilə iddia məbləği arasında uyğunsuzluq olsa da iddiaçı tələbini göstərilən qaydada əsaslandırmışdır). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarından (i/vərəqi 94-107 və i/vərəqi 188-203) görünür ki, həm 1-ci instansiya məhkəməsi, həm də apellyasiya baxışı zamanı məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin 03.03.2020-ci il tarixli və 20.11.20-ci il tarixli məktublarına qoşma olaraq sənədlər təqdim edilmişdir.Həmin sənədlərə əsasən müəyyən olunur ki, İddiaçı yuxarıda qeyd edilən pul mübahisəsi ilə əlaqədar Cavabdeh1 və onun kürəkəni Cavabdeh2 şikayət ərizəsi ilə Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət etmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində İddiaçı verdiyi izahatı iddia ərizəsi ilə oxşar məzmunlu olmuşdur. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində Cavabdeh1 verdiyi izahatında göstərmişdir ki, 2014-cü ildə Novruz söhbət zamanı bildirmişdir ki, o, Dubay şəhərindən Bakı şəhərinə idman malları göndərə bilər, elə bir adam lazımdır ki, həmin malları Bakı şəhərində satsın və əldə edilən pulu da aralarında bölsünlər.O isə bildirmişdir ki, onun kürəkəni Tural həmin malların satışı ilə məşğul ola bilər.Eyni zamanda Novruza bildirmişdir ki, əgər Tural onun pulunu qaytarmasa, o, (Cavabdeh1) zamindir və cavabdehdir.Bundan sonra Turalla Novruz işləməyə başlamışlar.Lakin onların arasındakı biznes işinin dərinliyini bilmir.Tural Novruza “Karvan” Ticarət Mərkəzində və “Sədərək” Ticarət Mərkəzində iki obyekt də almışdır.Lakin sonradan mübhisə yarandıqdan sonra Novruz həmin obyektləri yox pulunu istəməyə başlamışdır.Hesab edir ki, Novruzun göndərdiyi malların dəyəri Novruz dediyi kimi deyil, Novruza 109.000,0 ABŞ dolları bor qalmışdır. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində Cavabdeh2 verdiyi izahatında göstərmişdir ki, Novruz Dubay şəhərindən Bakı şəhərinə idman malları göndərmiş, o, həmin malların Bakı şəhərində satışı ilə məşğul olmuş, satışdan əldə olunan pulun bir hissəsini qaytarmış, eyni zamanda Novruza “Karvan” Ticarət Mərkəzində və “Sədərək” Ticarət Mərkəzində iki obyekt də almış, onları 20.382,0 ABŞ dolları xərcləyərək təmir etdirmişdir,19.535,0 ABŞ dolları dəyərində malları Novruzun sözü ilə onun tanışına vermişdir, 375.615,0 ABŞ dolları dəyərində gəlir kimi tələb etdiyi məbləği isə qəbul etmir, çünki həmin məbləğdə gəlir əldə etməmişdir.Novruza 307.510,0 ABŞ dolları bor qalmışdır.Həmin pulun 116.000,0 ABŞ dollarını nağd şəkildə 25 mart 2019-cu il tarixə kimi verəcək, 191.000,0 ABŞ dolları (324.000,0 manat) pulun məbləğində Novruza mənzil verəcəkdir. İş materiallarından (i/vərəqi -104 ) görünür ki, 116.000,0 ABŞ dolları borcu nağd şəkildə 25 mart 2019-cu il tarixə kimi verəcəyi, 191.000,0 ABŞ dolları (324.000,0 manat) pulun məbləğində Novruza mənzil verəcəyi barədə Cavabdeh2 Tərəfindən İltizam yazılaraq imza edilmişdir. İş materiallarından (i/vərəqi -107 ) görünür ki, İddiaçı (iddiaçı) və Cavabdeh2 (cavabdeh) tərəfindən imzalanmış və həmçinin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq şöbəsinin baş müstəntiqi, polis polkovnik-leytenantı Fəxri Babazadə tərəfindən tərtib və təsdiq edilmiş “Pul vəsaitinin ödənilməsi haqqında” 06 aprel 2019-cu il tarixli Protokolda qeyd edilmişdir ki, Cavabdeh2 İddiaçı 116.000,0 (yüz on altı min) ABŞ dolları məbləğində nağd pul vəsaiti ödədi və "xxxx" MMC-nin yaşayış binasından 206,24 kvadrat metr sahədə olan mənzilin İddiaçı satılması haqqında 25 mart 2019-cu il tarixli, 72 nömrəli müqaviləni ona təqdim etdi, eyni zamanda Cavabdeh2 55.000,0 ABŞ dolları pul vəsaitini ən geci 1 ay müddətində İddiaçı ödəyəcəyiinə dair öhdəlik götürdü. Protokol ucadan oxundu, şikayət daxil olmadığı üçün iştirakçılar tərəfindən imzalandı.” İş materiallarından (i/vərəqi -105 və 106 ) görünür ki, iddiaçı, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 (cavabdehlər) tərəfindən imzalanmış və həmçinin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq şöbəsinin baş müstəntiqi, polis polkovnik-leytenantı Fəxri Babazadə tərəfindən tərtib və təsdiq edilmiş “Pul vəsaitinin ödənilməsi haqqında” 29 mart 2019-cu il tarixli Protokola və “Maddi ziyanın ödənilməsi haqqında” 30 mart 2019-cu il tarixli Protokola, həmçinin, “Pul vəsaitinin ödənilməsi haqqında” 06 aprel 2019-cu il tarixli Protokola əsasən Cavabdeh2 və Cavabdeh1 İddiaçı vurulmuş ziyan 307.000,0 ABŞ dolları puldan 93.000,0 ABŞ dolları + 23.000,0 ABŞ dolları olmaqla 116.000,0 (yüz on altı min) ABŞ dolları məbləğində nağd pul vəsaitini ödəmiş və "xxxx" MMC-nin yaşayış binasından 206,24 kvadrat metr sahədə olan mənzilin İddiaçı satılması haqqında 25 mart 2019-cu il tarixli, 72 nömrəli müqaviləni İsmayıl Novruzova təqdim etmiş, həmin müqavilənin dəyəri 286.112,0 manat dəyərində olmuş, eyni zamanda Cavabdeh2 55.000,0 ABŞ dolları pul vəsaitini ən geci 1 ay müddətində İddiaçı ödəyəcəyiinə dair öhdəlik götürmüşdür. Beləliklə, müəyyən edilmişdir ki, iddiaçı cavabdehlərin borc məbləğinin 789.098,24 ABŞ dolları olduğunu iddia edir, cavabdehlər isə borcun ödənildiyini və heç bir borc qalmadığını bildirirlər.Həmçinin, iddiaçının iddia ərizəsindən (əlavə ərizəsindən) və izahatlardan müəyyən olunur ki, iddiaçının tələb etdiyi 789.098,24 ABŞ dolları pul məbləğinin 231.209,0 ABŞ dolları “Karvan” Ticarət Mərkəzində və “Sədərək” Ticarət Mərkəzində Cavabdeh2 iddiaçı üçün aldığı ticarət obyektlərinə görə ödədiyi pul məbləği, 375.615,0 ABŞ dolları 4 il ərzində satılan mallara görə verilməli olduğu gəlir, qalan 373.176 ABŞ dolları isə göndərdiyi malların dəyəridir.Bu məbləğlərin cəmi ilə iddia məbləği arasında uyğunsuzluq olsa da iddiaçı tələbini göstərilən qaydada əsaslandırmışdır. Cavabdeh iddiaçının 375.615,0 ABŞ dolları dəyərində gəlir kimi tələb etdiyi məbləği qəbul etmir, bildirir ki, həmin məbləğdə gəlir əldə etməmişdir.İddiaçı malların satışından cavabdehlərin göstərilən məbləğdə gəlir əldə etmələri ilə bağlı heç bir sübut təqdim etməmişdir.Cavabdeh borc məbləğini qismən etiraf etmişdir və bildirmişdir ki, İddiaçı ümumilikdə 307.510,0 ABŞ dolları bor qalmışdır. Beləliklə, iş materiallarından (i/vərəqi -105 və 106 ) görünür ki, iddiaçı, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 (cavabdehlər) tərəfindən imzalanmış və həmçinin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq şöbəsinin baş müstəntiqi, polis polkovnik-leytenantı Fəxri Babazadə tərəfindən tərtib və təsdiq edilmiş “Pul vəsaitinin ödənilməsi haqqında” 29 mart 2019-cu il tarixli Protokola və “Maddi ziyanın ödənilməsi haqqında” 30 mart 2019-cu il tarixli Protokola, həmçinin, “Pul vəsaitinin ödənilməsi haqqında” 06 aprel 2019-cu il tarixli Protokola əsasən həmin puldan, yəni İddiaçı 307.510,0 ABŞ dolları borcdan Cavabdeh2 və Cavabdeh1 116.000,0 (yüz on altı min) ABŞ dolları məbləğində nağd pul vəsaiti ödəmiş və "xxxx" MMC-nin yaşayış binasından 206,24 kvadrat metr sahədə olan mənzilin İddiaçı satılması haqqında 25 mart 2019-cu il tarixli, 72 nömrəli müqaviləni ona təqdim etmiş (həmin müqavilənin dəyəri 286.112,0 manat dəyərində olmuş), eyni zamanda Cavabdeh2 55.000,0 ABŞ dolları pul vəsaitini ən geci 1 ay müddətində İddiaçı ödəyəcəyiinə dair öhdəlik götürmüşdür. Kollegiya Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə və 77.1-ci maddəsinə müvafiq olaraq (Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.) hesab edir ki, iddiaçı iddia tələbinin tam təmin olmasına əsas verən mötəbər və təkzibedilməz sübutları təqdim etməmiş, cavabdehlər isə ödənilməsinə öhdəlik götürdükləri qalan 55.000,0 ABŞ dolları pul vəsaitinin iddiaçıya ödədiklərini sübut edə bilməmişlər. Kollegiya yuxarıda sadalanan iş materiallarına və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə və 77.1-ci maddəsinə əsaslanaraq hesab edir ki, iddia tələbi qismən- 55.000,0 ABŞ dolları pul vəsaitinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilməsi hissədə sübut olunduğundan həmin hissədə təmin olunmalıdır. Kollegiya Cavabdeh1 qarşı tələbin əsassız olması ilə bağlı apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində Cavabdeh1 verdiyi izahatından müəyyən olunur ki, o, kürəkəni Cavabdeh2lə İddiaçı arasında birgə fəaliyyət göstərilməsi üçün razılaşma əldə olunmasında bilavasitə iştirak etməklə bərabər, Cavabdeh1 baş tutacaq birgə fəaliyyətdən yaranacaq öhdəliklər üçün məsuliyyət daşıması barədə öhdəlik götürərək bildirmişdir ki, əgər Tural onun pulunu qaytarmasa, o, (Cavabdeh1) cavabdehdir.Bundan sonra Turalla Novruz işləməyə başlamışlar. Mülki Məcəllənin 14.2-ci maddəsinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərdir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır Kollegiya qeyd edir ki, tərəflər arasında yazılı müqavilə olmasa da, onlar şifahi qaydada əqd bağlamışlar (bu fakt həm iddiaçı, həm də cavabdehlər tərəfindən də təsdiq olunmuşdur) və bu zaman tərəflər arasında qarşılıqlı öhdəlik yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 329.3-ci maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə, Kollegiya hesab edir ki, cavabdehlərin apelyasiya şikayəti qismən təmin olunmalı, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1255/2020 nömrəli iş üzrə 02 mart 2020-ci il tarixli qətnaməsi ləğv olunmalı, iş üzrə yeni qətnamə qəbul olunmaqla İddia qismən təmin olunmalı və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 55.000,0 (əlli beş min) ABŞ dolları pul vəsaiti ödəniş günü Azərbaycan manatının məzənnəsinə uyğun tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin olunmamalıdır. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: Cavabdehlərin apelyasiya şikayəti qismən təmin olunsun. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1255/2020 nömrəli iş üzrə 02 mart 2020-ci il tarixli qətnaməsi ləğv olunsun. İddia qismən təmin olunsun. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 55.000,0 (əlli beş min) ABŞ dolları pul vəsaiti ödəniş günü Azərbaycan manatının məzənnəsinə uyğun tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-6287/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6287/2021
15.07.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver