Məhkəmə qərarları › İş №2(103)-6288/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6288/2021

06.07.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6288/2021 06.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, İddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı Bağçılıq Yoldaşlıq Cəmiyyətinin sədri Nümayəndə1 Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsini və X3 üçüncü şəxs qismində cəlb etdiyi Cavabdeh qarşı “29.01.2010-cu il tarixli protokolun ləğvi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-7723/2018 saylı, 03 oktyabr 2018-ci il tarixli qətnaməsindən iş üzrə qətnamə ilə maraqlarına toxunan şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bağçılıq Yoldaşlıq Cəmiyyətinin sədri Nümayəndə1 Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsini və X3 üçüncü şəxs qismində cəlb etdiyi Cavabdeh qarşı “29.01.2010-cu il tarixli protokolun ləğvi tələbinə dair” iddia ərizəsi, daha sonra iddia tələbinin dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Prezidentinin 22.10.2013-cü il tarixli, 6 saylı Sərəncamı ilə ləğv olunmuş Azərbaycan Dövlət X6, idarənin tabeliyindəki qurumlar, həmçinin qeyri-hüquqi şəxs olan “Gəmitəmiri və Gəmiqayırma” İstehsalat Birliyinin “Gəmitəmirçisi” bağçılıq yoldaşlığı adlandırılan qurumun 15.11.2015-ci il tarixli və 07.04.2018-ci il tarixli protokollarının ləğv olunması və nəticələrinin etibarsız hesab edilməsi, üzərində Baş direktor və Həmkarlar İttifaqının sədrinin imzaları olmayan, kompüter vasitəsi ilə tərtib olunmuş 3 saylı 15.05.1986-cı il tarıxli protokolun ləğv olunması və nəticələrinin etibarsız hesab edilməsi, keçmiş “Gəmitəmirçisi" b/y birliyinin Hövsan ərazisində yerləşən sahəsində aparılan inventarizasiyanın gedişi haqqındakı iclasın 29.01.2010-cu il tarixli protokolunun ləğv edilməsi, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, “Gəmitəmirçisi” b/y-nin ərazisində üzvlərə ayrılmış torpaq sahələrində, Hövsan qəsəbəsi “Gəmitəmirçisi” bağçılıq yoldaşlığının torpaq sahələrinin rəsmiləşdirilməsi (özəlləşdirilməsi) üçün hazırlanmış sənədlərin qəbul edilməsinin yalnız Dövlət qeydiyyatından keçən ”Gəmi təmirçısi" Bağçılıq Yoldaşlıq Cəmiyyətinə aid möhür və ştampla təsdiqlənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Bağçılıq Yoldaşlıq Cəmiyyətinin sədri Nümayəndə1 iddia tələbini onunla əsaslandırmışdır ki, Yasamal Rayon Məhkəməsinin qüvvədə olan 2(004)-7054/2015 saylı qotnaməsinə əsasən ləğv olunmuş "Gəmitəmiri və Gəmiqayırma" İstehsalat Birliyinin “Gəmitəmirçisi” bağçılıq yoldaşlığı adlandırılan qurumun qəbul etdiyi qərarların və protokolların qəbul edildiyi tarixdən etibarsız və qanunsuz hesab edilməsinə baxmayaraq, bu günə kimi naməlum əsaslarla hazırlanmış saxta möhürlərdən istifadə edilərək müxtəlif dövlət qurumlarına, habelə məhkəmələrə saxta sənədlər təqdim olunur. X5 tərəfindən ləğv olunmuş "Xəzərdəniz.gəmitəmiri” İB-nin "Gəmitəmirçisi” b/y adlandırılan qurumun möhürü hüquq mühafızə orqanlarına təhvil vermişdir. Hüquq mühafizə orqanları tərəfindən ləğv olunmuş Azərbaycan Dövlət X4 nıımayəndəsi Maraqlı şəxsva təhvil verilmişdir. Ləğv olunmuş Azərbaycan Dövlət X4 varisi "X6" QSC dəfələrlə sorğulara rəsmi surətdə bildirmişdir ki, adı çəkilən "Gəmitəmiri və Gəmiqayırma” İstehsalat Birliyinin "Gəmitəmirçisi” bağçılıq yoldaşlığı adlandırılan qurumun möhürü mövcud deyildir. Eyni zamanda da bildirilmişdir ki, QSC-nin tabeliyində olan qurum və strukturunda "Gəmitəmirçisi” bağçılıq yoldaşlığı adlandırılan qurum, habelə "Gəmitəmiri və Gəmiqayırma” İstehsalat Birliyi mövcud deyildir. Nəsimi Rayon Məhkəməsinin 03.10.2006-cı il tarixli hökmü X2 AR CM 306.1-ci maddəsi ilə tövsüf edilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkən şəxs qismində dindirilmiş X5 bildirmişdir ki, X2 rus dilində olan ləğv olunmuş «KacпMopcyдopемonт» СПO caдoвoe товapишеcтвo «Cyдоpeмонтник» adlandırılan qurumun möhürü və sənədləri geri qaytarmaması səbəbindən məhkəməyə müraciət etmişdir. Təəsüflər olsun ki, məhkəmə qətnamələri bu günə kimi icra olunmayıb. Hal-hazırda, ləğv olunmuş Azərbaycan Dövlət X4 "Gəmitəmiri və Gəmiqayırma" İB-nin "Gəmitəmirçisi” bağçılıq yoldaşlığı adlandırılan qurumun möhürü, ləğv olunmuş "Xəzərdənizgəmitəmiri” İB-nin "Gəmitəmirçisi" b/y adlandırılan qurumun möhürü və rus dilində olan ləğv olunmuş «KacпMopcyдopемonт» СПO caдoвoe товapишеcтвo «Cyдоpeмонтник» adlandırılan qurumun möhürü kənar şəxslərin əllərində olduğundan, həmin möhürlərdən istifadə edilərək saxta arxiv sənədləri bu günə kimi hazırlanır və müxtəlif dövlət qurumlarına təqdim olunur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, keçmiş “Gəmitəmirçisi" bağçılıq yoldaşlığı birliyinin Hövsan ərazisində yerləşən sahəsində aparılan inventarizasiyanın gedişi haqqında iclasın 29.01.2010-cu il tarixli protokolunun ləğv edilməsi. Üzərində Baş direktor və Həmkarlar İttifaqının sədrinin imzaları olmayan, kompüter vasitəsi ilə tərtib olunmuş 3 saylı 15.05.1986-cı il tarıxli protokolun ləğv olunması və nəticələrinin etibarsız hesab ediləsi, Azərbaycan Respublikası Prezidentinin 22.10.2013-cü il tarixli, 6 saylı Sərəncamı ilə ləğv olunmuş Azərbaycan Dövlət X6, idarənin tabeliyindəki qurumlar, həmçinin qeyrihüquqi şəxs olan “Gəmitəmiri və Gəmiqayırma” İstehsalat Birliyinin “Gəmitəmirçisi” bağçılıq yoldaşlığı adlandırılan qurumun 15.11.2015-ci il tarixli və 07.04.2018-ci il tarixli protokollarının ləğv olunması və nəticələrinin etibarsız hesab edilməsi, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, “Gəmitəmirçisi” bağçılıq yoldaşlığının ərazisində üzvlərə ayrılmış torpaq sahələrində, Hövsan qəsəbəsi “Gəmitəmirçisi” bağçılıq yoldaşlığının torpaq sahələrinin rəsmiləşdirilməsi (özəlləşdirilməsi) üçün hazırlanmış sənədlərin qəbul edilməsi yalnız Dövlət qeydiyyatından keçən ”Gəmi təmirçısi" Bağçılıq Yoldaşlıq Cəmiyyətinə aid möhür və ştampla təsdiqlənməsi qət edilmişdir. Həmin qətnamədən maraqlarına toxunan şəxs Maraqlı şəxs apellyasiya şikayəti verərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 oktyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8084/2020 saylı 17.11.2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, hazırkı iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunan qərardaddan narazı qalan maraqlarına toxunan şəxs Maraqlı şəxs apelyasiya məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, iddia tələbinin rədd edilməsi və ya işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2413/2021 saylı 20.04.2021-ci il tarixli qərarı ilə, maraqlarına toxunan şəxs Maraqlı şəxs kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8084/2020 nömrəli iş üzrə 17 noyabr 2020ci il tarixli qətnaməsi ləğv olunaraq, iş yenidən baxılması üçün apellyasiya baxışına göndərilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması səbəbindən əsassızdır. Belə ki, “Gəmitəmirçi” Bağçılıq Yoldaşlıq Cəmiyyətinin Nümayəndə1 tərəfindən təsis edilmiş “Gəmitəmirçi” Bağçılıq Yoldaşlığına aidiyyəti yoxdur. Qeyd olunanlara əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 oktyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılması xahiş edilmişdir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər tərəflər məhkəmə kollegiyasının iclasında iştirak etmədiklərindən və bunun səbəbləri barədə məhkəməyə məlumat vermədiklərindən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iddiaçının vəkilinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməli, iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi rədd edilməlidir. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki, ləğv olunmuş Azərbaycan Dövlət X4 əməkdaşlarının istifadələrində bağ sahələri olmuşdur. Həmin idarə ləğv olunanadək bağ sahələrinin idarəçiliyini “Gəmitəmirçisi” bağçılıq yoldaşlığı təşkilatı həyata keçirmişdir. 02.11.2017-ci il tarixdə “Cəmi təmirçisi” bağçılıq yoldaşlıq cəmiyyəti adlı qeyrikommersiya hüquqi şəxsi Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Əvvəlki “Gəmitəmirçisi” bağçılıq yoldaşlığı təşkilatı, onun rəhbər işçiləri və sonradan qeydiyyatdan keçmiş “Cəmi təmirçisi” bağçılıq yoldaşlıq cəmiyyəti arasında davamlı məhkəmə mübahisələri olmuşdur. Mübahisələrin mahiyyəti idarə tərəfindən paylanmış bağ sahələri ilə bağlı mütəmadi xidmətin hansı təşkilat tərəfindən həyata keçirilməsi, hansı təşkilatın həmin bağlara xidmət göstərən səlahiyyətli orqan kimi tanınması ilə bağlı olmuşdur. Hazırkı mübahisəni sonradan yaradılmış təşkilat başlamış və yenə də mahiyyəti həmin bağların idarə olunması ilə bağlı əvvəl qəbul edilmiş bir neçə qərarların, protokolların etibarsızlığı, bağların idarə olunması sahəsində sonradan yaradılmış cəmiyyətin səlahiyyətlərinin tanınması ilə bağlıdır. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, İddiaçı Bağçılıq-Yoldaşlığının hüquqi şəxs olması təsdiq olunmamışdır. Eyni zamanda, bağçılıq yoldaşlığının 1986-cı il tarixli Nizamnaməsinin 23-cü maddəsinə əsasən bağçılıq yoldaşlığının ali orqanı ümumi yığıncaqdır. Həmin maddəyə, 25ci maddənin D bəndinə əsasən Bağçılıq-Yoldaşlığın sədr müavini, xəzinədardan ibarət idarə heyətınin seçilməsi, məqsədli ödənişlərin müəyyən edilməsi ümumi yığıncağın səlahiyyətlərinə aiddir. Nizamnamənin 24-cü rnaddəsinə əsasən Bağçılıq-Yoldaşlığın ümumi iclası 2/3-dən az olmayan sayda üzvləri iştirak etdikdə səlahiyyətlidir. İcraiyyə komitəsinin 12.10.1985-ci il tarixli 16/358 saylı qərarından və sənədlərdən göründüyü kimi bağçılıq yoldaşlığı təşkil olunanda cəmi 200 nəfərdən ibarət olmuş, 15.11.2015-ci və 07.04.2018-ci il tarixlərdə bağçılığın ümumi iclaslarında, müvafiq olaraq 72 nəfər və 51 nəfər Bağçılıq-Yoldaşlığın üzvü ilə idarə heyətinin seçilməsində iştirak etməsi, ümumi iclas üzvlərinin göstərilən say tərkibinin BY-nin nizamnaməsi ilə müəyyən edilmiş ixtisaslı səs çoxluğunun sayı ilə uyğun gəlməməsi, 15.05.1986-cı il tarıxli 3 saylı protokolun tarixi 1986-cı il göstərilməsinə baxmayaraq ilkin versiyası 1989-cu ildə buraxılmış microsoft word qrafikası ilə tərtib edilməsi müəyyən edilmişdir. Həmçinin mübahisələndirilən protokolların hüquq fəaliyyəti olmayan, heç bir səlahiyyətli dövlət təşkilatında qeydiyyatdan keçməmiş, ləğv edilmiş qurumun adından tərtib olunması müəyyən edilmişdir. Ona görə də, 29.01.2010-cu il, 15.11.2015-ci və 07.04.2018-ci il tarixlərdə keçirilən ümumi iclaslar öz fəaliyyəti yaxud başqa məsələlərlə bağlı qərarlar vermək səlahiyyətinə malik olmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin mövqeyinə görə, iddiaçının tələblərini şərti olaraq qruplaşdırsaq İddiaçı Bağçılıq Yoldaşlıq Cəmiyyəti Cavabdeh qarşı beş tələb irəli sürmüşdür. 1) 29.01.2010-cu il tarixli protokolun ləğv edilməsi. 2) “Gəmitəmiri və Gəmiqayırma” İstehsalat Birliyinin “Gəmitəmirçisi” bağçılıq yoldaşlığı adlandırılan qurumun 15.11.2015-ci il tarixli və 07.04.2018-ci il tarixli protokollarının ləğv olunması və nəticələrinin etibarsız hesab edilməsi. 3) Üzərində Baş direktor və Həmkarlar İttifaqının sədrinin imzaları olmayan, kompüter vasitəsi ilə tərtib olunmuş 3 saylı 15.05.1986-cı il tarıxli protokolun ləğv olunması və nəticələrinin etibarsız hesab edilməsi, 4) Keçmiş “Gəmitəmirçisi" b/y birliyinin Hövsan ərazisində yerləşən sahəsində aparılan inventarizasiyanın gedişi haqqındakı iclasın 29.01.2010-cu il tarixli protokolunun ləğv edilməsi, 5) Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, “Gəmitəmirçisi” b/y-nin ərazisində üzvlərə ayrılmış torpaq sahələrində, Hövsan qəsəbəsi “Gəmitəmirçisi” bağçılıq yoldaşlığının torpaq sahələrinin rəsmiləşdirilməsi (özəlləşdirilməsi) üçün hazırlanmış sənədlərin qəbul edilməsinin yalnız Dövlət qeydiyyatından keçən ”Gəmi təmirçısi" Bağçılıq Yoldaşlıq Cəmiyyətinə aid möhür və ştampla təsdiqlənməsi. İşə baxan məhkəmə ilk olaraq iddiaçının belə tələbləri irəli sürməyə özünün subyektiv hüququnun olması ilə bağlı dəyərləndirmə aparmalı idi. Beləki, 02.11.2017-ci il tarixdə dövlət qeydiyyatına alınmış cəmiyyətin bağçılıq təsərrüfatının idarə olunması ilə bağlı illər əvvəl qəbul edilmiş qərarların iddiaçının mənafeyinə hansı qaydada zidd olması (pozması) məsələsini aydınlaşdırmalı idi. Məhkəmə belə bir dəyərləndirmədən sonra iddiaçının xeyrinə müsbət rəyə gəlmiş olsa, onda ikinci qaydaya uyun olaraq Cavabdeh irəli sürülmüş tələblərə cavab verməli şəxs olub-olmamasına qiymət veriməli idi. Cavabdeh iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslərdirlər (MPM-nin 50.3. maddəsi). İddia tələbi o şəxsə qarşı yönəlməlidir ki, həmin şəxs o tələbə cavab verməli şəxs olsun. Əks təqdirdə həmin şəxsə qarşı iddia təmin oluna bilməz. Qərarın 27-ci bəndində şərti olaraq qruplaşdırılan beş tələbdən hər-hansı birinə Cavabdeh olması aydın deyil. Açıq-aşkar həmin cavabdeh əsl cavabdeh deyil. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır (MPM-nin 54.1,54.2. maddələri). Etibarsızlığı və yaxud ləğv olunması tələb olunan yeganə bir sənəddə Cavabdeh adı var. Həmin sənəd Keçmiş ”Gəmi təmirçısi" Bağçılıq Yoldaşlıq birliyi Hövsan ərazisində yerləşən sahəsində aparılan inventarizasiyanın gedişi haqqında iclasın 29.01.2010-cu il tarixli protokoludur. Həmin protokola əsasən Cavabdeh doqquz iştirakçıdan biri olmuşdur. Həmin iclasda X4 sosial məsələlər və təsərrüfat xidmətinin rəisi, hüquq şöbəsinin hüquq məsləhətçisi, inzibati-təsərrüfat şöbəsinin rəisi, həmkarlar ittifaqı komitəsinin sədri, İ.Allahverdiyev adına və Paris Kommunası adına istehsalat vahidinin həmkarlar ittifaqı komitəsinin sədrləri, X6 “Yelkən” bağçılıq idarə heyətinin sədri və nəhayət həmin vaxt Zaqfederasiya adına gəmi təmiri istehsalat vahidinin həmkarlar ittifaqı komitəsinin sədri işləmiş Cavabdeh iştirak etmişlər. Qeyd olunan şəxslərin iştirak etdiyi X6 üzrə 29.01.2010- cu il tarixli protokolu Cavabdeh kimi cəlb etməklə ləğv olunmasının qanuni əsasları ilə bağlı məhkəmələr dəyərləndirmə aparmamışlar. İrəli sürülən digər tələblər üzrə Cavabdeh olmasına dair heç bir sübut təqdim edilməmişdir. Təsadüfi deyil ki, hazırkı iş üzrə 1 -ci instansiya məhkəməsinin qətnaməsi maraqlı şəxs qoşulanadək qanuni qüvvəsini alaraq icra olunması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinə göndərilmişdir. Həmin hissə bağ sahələrinin sənədləşdirmələri ilə bağlı iddiaçı təşkilatın sənədləşmələrinin tanınması ilə bağlı olmuşdur. 1 -ci instansiya məhkəməsi qətnamənin qət etdi hissəsinə iddiaçının ərizəsi əsasında belə bir izah vermişdir ki, nəticədə həmin xidmətin verdiyi şikayət əsasında izah qərardadı üç dəfə apellyasiya icraatının baxış predmeti olmuş və nəticədə ləğv edilmişdir. Deməli, əslində həmin tələb Cavabdeh yönələn tələb deyildi. Ümumiyətlə, işə baxan məhkəmələr "Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, “Gəmitəmirçisi” b/y-nin ərazisində üzvlərə ayrılmış torpaq sahələrində, Hövsan qəsəbəsi “Gəmitəmirçisi” bağçılıq yoldaşlığının torpaq sahələrinin rəsmiləşdirilməsi (özəlləşdirilməsi) üçün hazırlanmış sənədlərin qəbul edilməsinin yalnız Dövlət qeydiyyatından keçən ”Gəmi təmirçısi" Bağçılıq Yoldaşlıq Cəmiyyətinə aid möhür və ştampla təsdiqlənməsi” tələbinə məhkəmədə baxılmalı olub-olmaması ilə bağlı heç bir dəyərləndirmə aparmamışlar. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd olunan prosessual pozuntular məhkəmə qətnaməsinin ləğv olunması üçün müstəqil əsaslar olduğundan mübahisənin mahiyyəti üzrə düzgün həll edilib-edilməməsi ilə bağlı əlavə dəyərləndirmə aparılmasına zərurət yoxdur. İşə yenidən baxan məhkəmə şərh olunan ardıcıllıqla, hansı tələbə məhkəmədə baxılmalı olub-olmaması, iddiaçının ləğv olunması və etibarsızlığını tələb etdiyi protokol və qərarların onun subyektiv hüququnu pozub-pozmaması, cavabdehin həmin tələblərə cavab verməli şəxs olub-olmamasını aydınlaşdırdıqdan sonra irəli sürülmüş tələblər üzrə qərar qəbul etməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ olmamış, eyni zamanda iddia tələbini iddiaya cavab verməli olmayan şəxsə qarşı qaldırmışdır. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı aşağıdakı hüquqi mövqelər ifadə olunmuşdur: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: -öz hərəkətlərinə hüquqi ixtiyar; -başqa (borclu) şəxslərdən tələb etmək hüququ; -müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz”. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mübahisə predmetinə dair hər-hansı hüququ olmadığından, onun müvafiq subyektiv hüquqa, malik şəxs kimi qəbul edilə bilməz. Mülki hüquq münasibətlərində subyektiv hüququn sahibi cavabdeh kimi qoyduğu hüquqi mükəlləfiyyətlidən müəyyən davranışı o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstərişinin qüvvəsinə görə labüd olsun. İddianın qanuni əsasının mövcud olmadığı halda tələbin təmin edilməsi isə müvafiq subyektiv hüquqa malik olmayan şəxs barəsində əsassız olaraq hüquqların (daha sonra qanunla qorunan) yaradılması nəticəsini doğurur. Göründüyü kimi İddiaçı Bağçılıq-Yoldaşlıq Cəmiyyətinin sədri Nümayəndə1 hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ olmadığından iddia tələbi təmin edilə bilməz. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 385.1.1-ci mаddəsinə görə, mаddi hüquq nоrmаlаrının və yа prоsessuаl hüquq nоrmаlаrının pоzulmаsı və yа düzgün tətbiq edilməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаrdаn biridir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, maraqlarına toxunan şəxs Maraqlı şəxs apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-7723/2018 saylı, 03 oktyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi rədd edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 385, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Maraqlarına toxunan şəxs Maraqlı şəxs apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-7723/2018 saylı, 03 oktyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar